ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz...

570
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI 20 Yanvar 1 ANIM TƏDBİRLƏRİ Azərbaycan Respublikasının Ankaradakı səfirliyi xatirə gecəsi keçirmişdir (yanvar, 2000-ci il) .........23 Azərbaycan Respublikasının Ankaradakı səfirliyi Qanlı Yanvar şəhidlərimizin xatirəsini yad etmişdir (yanvar, 2001-ci il) ......................................................................................................................................24 Azərbaycanın Almaniyadakı səfirliyində Qanlı Yanvar faciəsi yad edilmişdir (yanvar, 2001-ci il) ......25 Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində xatirə mərasimi keçirilmişdir (yanvar, 2001-ci il) .................................................................................................................................................................26 Azərbaycanın Gürcüstandakı səfirliyində xatirə mərasimi keçirilmişdir (yanvar, 2001-ci il) ................27 Ərəb dünyası 20 Yanvar barədə məlumatlandırılır (19 yanvar, 2004-cü il)............................................28 Türkiyədə 20 Yanvar şəhidlərinin xatirəsi yad olundu (20 yanvar, 2004-cü il) ......................................29 Ukraynada Qara Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (20 yanvar, 2004-cü il) ............................ 31 Moskvada matəm gecəsi (21 yanvar, 2004-cü il) .................................................................................... 32 Azərbaycanın Daşkənddəki səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı mərasim keçirilmişdir (21 yanvar, 2004-cü il)..........................................................................................................34 Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı mərasim keçirilmişdir (21 yanvar, 2004-cü il)..........................................................................................................35 Şəhidlərimizin əziz xatirəsi Əbu Dabidə ehtiramla anılmışdır (21 yanvar, 2004-cü il) .......................... 36 20 Yanvar faciəsi ilə bağlı Strasburqda tədbir keçirilmişdir (21 yanvar, 2004-cü il) ............................. 37 Sankt-Peterburqda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (21 yanvar, 2004-cü il) ............38 “Əhli-Beyt” təşkilati 20 Yanvara həsr olunmuş matəm tədbiri keçirmişdir (22 yanvar, 2004-cü il) ......39 Aşqabadda 20 Yanvar faciəsi qeyd olunmuşdur (22 yanvar, 2004-cü il)................................................40 Moskvada Qanlı Yanvar hadisələrinin 15-ci ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir (17 yanvar, 2005-ci il) .................................................................................................................................41 Avstriyada yaşayan həmvətənlərimiz beynəlxalq təşkilatları 20 Yanvar hadisələri haqqında məlumatlandırırlar (17 yanvar, 2005-ci il) .................................................................................................42 20 Yanvar faciəsinin on beşinci ildönümü Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində qeyd edilmişdir (17 yanvar, 2005-ci il) ......................................................................................................43 20 Yanvar faciəsi ilə bağlı Daşkənddəki səfirliyimizdə mətbuat konfransı keçirilmişdir (19 yanvar, 2005-ci il) .................................................................................................................................................... 44 ABŞ-ın Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır (19 yanvar, 2005-ci il)......45

Transcript of ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz...

Page 1: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

1

ANIM TƏDBİRLƏRİ

➢ Azərbaycan Respublikasının Ankaradakı səfirliyi xatirə gecəsi keçirmişdir (yanvar, 2000-ci il) ......... 23

➢ Azərbaycan Respublikasının Ankaradakı səfirliyi Qanlı Yanvar şəhidlərimizin xatirəsini yad etmişdir

(yanvar, 2001-ci il) ...................................................................................................................................... 24

➢ Azərbaycanın Almaniyadakı səfirliyində Qanlı Yanvar faciəsi yad edilmişdir (yanvar, 2001-ci il) ...... 25

➢ Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində xatirə mərasimi keçirilmişdir (yanvar, 2001-ci

il) ................................................................................................................................................................. 26

➢ Azərbaycanın Gürcüstandakı səfirliyində xatirə mərasimi keçirilmişdir (yanvar, 2001-ci il) ................ 27

➢ Ərəb dünyası 20 Yanvar barədə məlumatlandırılır (19 yanvar, 2004-cü il) ............................................ 28

➢ Türkiyədə 20 Yanvar şəhidlərinin xatirəsi yad olundu (20 yanvar, 2004-cü il) ...................................... 29

➢ Ukraynada Qara Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (20 yanvar, 2004-cü il) ............................ 31

➢ Moskvada matəm gecəsi (21 yanvar, 2004-cü il) .................................................................................... 32

➢ Azərbaycanın Daşkənddəki səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı mərasim

keçirilmişdir (21 yanvar, 2004-cü il) .......................................................................................................... 34

➢ Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı mərasim

keçirilmişdir (21 yanvar, 2004-cü il) .......................................................................................................... 35

➢ Şəhidlərimizin əziz xatirəsi Əbu Dabidə ehtiramla anılmışdır (21 yanvar, 2004-cü il) .......................... 36

➢ 20 Yanvar faciəsi ilə bağlı Strasburqda tədbir keçirilmişdir (21 yanvar, 2004-cü il) ............................. 37

➢ Sankt-Peterburqda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (21 yanvar, 2004-cü il) ............ 38

➢ “Əhli-Beyt” təşkilati 20 Yanvara həsr olunmuş matəm tədbiri keçirmişdir (22 yanvar, 2004-cü il) ...... 39

➢ Aşqabadda 20 Yanvar faciəsi qeyd olunmuşdur (22 yanvar, 2004-cü il) ................................................ 40

➢ Moskvada Qanlı Yanvar hadisələrinin 15-ci ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir

(17 yanvar, 2005-ci il) ................................................................................................................................. 41

➢ Avstriyada yaşayan həmvətənlərimiz beynəlxalq təşkilatları 20 Yanvar hadisələri haqqında

məlumatlandırırlar (17 yanvar, 2005-ci il) ................................................................................................. 42

➢ 20 Yanvar faciəsinin on beşinci ildönümü Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində

qeyd edilmişdir (17 yanvar, 2005-ci il) ...................................................................................................... 43

➢ 20 Yanvar faciəsi ilə bağlı Daşkənddəki səfirliyimizdə mətbuat konfransı keçirilmişdir (19 yanvar,

2005-ci il) .................................................................................................................................................... 44

➢ ABŞ-ın Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır (19 yanvar, 2005-ci il) ...... 45

Page 2: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

2

➢ Azərbaycanın Qahirədəki səfirliyində şəhidlərin xatirəsi anılmışdır (19 yanvar, 2005-ci il) ................. 46

➢ Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar tədbir

keçirilmişdir (19 yanvar, 2005-ci il)........................................................................................................... 47

➢ Azərbaycanın Budapeştdəki səfirliyində Qanlı 20 Yanvar qurbanlarının xatirə gecəsi keçirilmişdir (22

yanvar, 2005-ci il) ....................................................................................................................................... 48

➢ 20 Yanvar Şəhidlərinin nurlu xatirəsi Ukraynada yad edilmişdir (22 yanvar, 2005-ci il) ...................... 49

➢ Azərbaycanın Pakistandakı səfirliyində faciənin ildönümü qeyd edilmişdir (22 yanvar, 2005-ci il) ..... 50

➢ Azərbaycanın Avstriyadakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (22 yanvar,

2005-ci il) .................................................................................................................................................... 51

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Birləşmiş Ərəb Əmirliklərində anılmışdır (22 yanvar, 2005-ci

il) ................................................................................................................................................................. 52

➢ Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi (22 yanvar, 2005-ci il) ........................................... 53

➢ Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 20 Yanvar faciəsi münasibətilə

tədbir keçirilmişdir (22 yanvar, 2005-ci il) ................................................................................................ 54

➢ Ümumrusiya Azərbaycan Konqresi 20 Yanvar faciəsi ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyində

xatirə gecəsi keçirmişdir (22 yanvar, 2005-ci il) ........................................................................................ 55

➢ Fransada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (22 yanvar, 2005-ci il) .......................................... 56

➢ Daşkənddəki səfirliyimiz Azərbaycan diasporu ilə birgə mərasim keçirmişdir (22 yanvar, 2005-ci il) . 58

➢ Astanada şəhidlərin xatirəsi yad edilmişdir (22 yanvar, 2005-ci il) ........................................................ 59

➢ Qanlı Yanvar faciəsinin qurbanları Rumıniyada anılmışlar (22 yanvar, 2005-ci il) ............................... 60

➢ Belarusda yaşayan soydaşlarımız 20 Yanvar faciəsinin ildönümünü qeyd etmişlər (22 yanvar, 2005-ci

il) ................................................................................................................................................................. 61

➢ Corctaun Universitetində təhsil alan azərbaycanlı tələbələr 20 Yanvar hadisələrinin on beşinci ildönümü

ilə əlaqədar tədbir keçirmişlər (22 yanvar, 2005-ci il) ............................................................................... 62

➢ ABŞ-da yaşayan soydaşlarımız Qanlı Yanvar hadisələrinin ildönümünü qeyd etmişlər (22 yanvar, 2005-

ci il) ............................................................................................................................................................. 63

➢ ABŞ-ın Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır (19 yanvar, 2006-cı il) ...... 64

➢ 20 Yanvar faciəsinin 16-cı ildönümü İğdır və Qarsda qeyd edilmişdir (19 yanvar, 2006-cı il) .............. 65

➢ Gürcüstandakı soydaşlarımız şəhidlərin nurlu xatirəsini ehtiramla andılar (19 yanvar, 2006-cı il) ........ 66

➢ Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il) .............................. 67

➢ Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2006-cı il) ........................... 68

Page 3: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

3

➢ Qanlı Yanvarın ildönümü Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyində qeyd edilmişdir

(20 yanvar, 2006-cı il) ................................................................................................................................. 69

➢ Tbilisidə 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (20 yanvar, 2006-cı il) .................................. 70

➢ Pekində 20 Yanvar faciəsinin on altıncı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir (20 yanvar,

2006-cı il) .................................................................................................................................................... 71

➢ 20 Yanvar faciəsinin ildönümü Misirdə də qeyd edilmişdir (20 yanvar, 2006-cı il) ............................... 72

➢ İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma gecəsi keçirilmişdir (21 yanvar, 2006-cı il)

73

➢ 20 Yanvar şəhidləri Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində anılmışdır (21 yanvar,

2006-cı il) .................................................................................................................................................... 74

➢ Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (21 yanvar, 2006-cı il) .................................... 75

➢ Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik nümayəndəliyimizin Belarusdakı ofisi 20 Yanvar

faciəsi ilə əlaqədar matəm tədbiri keçirmişlər (21 yanvar, 2006-cı il) ....................................................... 76

➢ Özbəkistanda 20 Yanvar faciəsi ilə bağlı mərasim keçirilmişdir (21 yanvar, 2006-cı il) ....................... 77

➢ Strasburqda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir (21 yanvar, 2006-cı il) .............................. 78

➢ İtaliya mətbuatına 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının Romadakı səfirliyi

materiallar təqdim edilmişdir (21 yanvar, 2006-cı il) ................................................................................ 79

➢ Şəhidlərimizin xatirəsi Aşqabadda anılmışdır (21 yanvar, 2006-cı il) .................................................... 80

➢ Kanadada 20 Yanvar faciəsinin on altıncı ildönümü qeyd edilmişdir (21 yanvar, 2006-cı il) ................ 81

➢ 20 Yanvar faciəsinin ildönümü Moskvada qeyd olunmuşdur (22 yanvar, 2006-cı il) ............................ 82

➢ Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyində 20 Yanvar faciəsinə həsr olunmuş

xatirə gecəsi keçirilmişdir (19 yanvar, 2007-ci il) ..................................................................................... 84

➢ 20 Yanvar həqiqətləri Sidney radiolarında da səsləndirilmişdir (19 yanvar, 2007-ci il) ......................... 85

➢ Marneulidə 20 Yanvar faciəsinin anma mərasimi keçirilmişdir (19 yanvar, 2007-ci il) ......................... 86

➢ Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinin 17-ci ildönümünə

həsr olunmuş mərasim keçirilmişdir (20 yanvar, 2007-ci il) ..................................................................... 87

➢ Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində Qanlı Yanvar faciəsinin on yeddinci ildönümü

ilə bağlı tədbir keçirilmişdir (20 yanvar, 2007-ci il) .................................................................................. 88

➢ Londonda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (20 yanvar, 2007-ci il) .................................. 89

➢ KADF Kanada hökumətinə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi üçün müraciət etmişdir (20

yanvar, 2007-ci il) ....................................................................................................................................... 90

Page 4: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

4

➢ Kanada Azərbaycan Assosiasiyaları Assambleyası 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi

keçirmişdir (21 yanvar, 2007-ci il) ............................................................................................................. 91

➢ Bişkekdə türk diasporu ilə birlikdə 20 Yanvar faciəsinin ildönümü keçirilmişdir (21 yanvar, 2007-ci il)

92

➢ İzmirdə 20 Yanvar faciəsini əks etdirən sərgi təşkil edilmişdir (21 yanvar, 2007-ci il) .......................... 93

➢ “TÜRKEL” Beynəlxalq Fondunun təşəbbüsilə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi

keçirilmişdir (21 yanvar, 2007-ci il)........................................................................................................... 94

➢ Azərbaycanın İordaniyadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bəyanat yaymışdır (23

yanvar, 2007-ci il) ....................................................................................................................................... 95

➢ Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (17 yanvar,

2008-ci il) .................................................................................................................................................... 96

➢ Kiyevdə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş matəm mitinqi keçirilmişdir (18 yanvar,

2008-ci il) .................................................................................................................................................... 97

➢ Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsi anılmışdır (18 yanvar, 2008-ci

il) ................................................................................................................................................................. 98

➢ 20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılmışdır (18 yanvar, 2008-ci il) .................................... 100

➢ Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (18 yanvar, 2008-ci il) ............................ 101

➢ Mərakeş Krallığında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir (18

yanvar, 2008-ci il) ..................................................................................................................................... 102

➢ Dubayda 20 Yanvar faciəsini anma mərasimi keçirilmişdir (18 yanvar, 2008-ci il) ............................. 103

➢ İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (18 yanvar, 2008-ci il) ........................ 104

➢ Nyu-Yorkda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anim tədbiri keçirilmişdir (18 yanvar, 2008-ci il)

105

➢ ABŞ-da Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2008-ci il) .................. 106

➢ Ukraynanın populyar “5-ci kanal”ında 20 Yanvar hadisələrinə həsr olunmuş veriliş hazırlanmışdır (19

yanvar, 2008-ci il) ..................................................................................................................................... 107

➢ Almaniyanın bir sıra şəhərlərində 20 Yanvar faciəsinə həsr edilmiş tədbirlər keçirilmişdir (19 yanvar,

2008-ci il) .................................................................................................................................................. 108

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük Britaniyada anılmışdır (19 yanvar, 2008-ci il) ........... 109

➢ Bişkekdəki Manas Qırğız-Türk Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim

keçirilmişdir (19 yanvar, 2008-ci il)......................................................................................................... 110

➢ İsraildə 20 Yanvar faciəsinin 18-ci ildönümü qeyd edilmişdir (19 yanvar, 2008-ci il) ......................... 111

Page 5: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

5

➢ Kanadadakı Azərbaycan diaspor təşkilatları 20 Yanvar faciəsi ilə bağlı anma mərasimi keçirmişlər (19

yanvar, 2008-ci il) ..................................................................................................................................... 112

➢ Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilmişdir (19

yanvar, 2008-ci il) ..................................................................................................................................... 113

➢ Azərbaycanın Pakistandakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılmışdır

(19 yanvar, 2008-ci il) ............................................................................................................................... 114

➢ İspaniyada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (19 yanvar, 2008-ci il) ............................... 115

➢ Misirdə 20 Yanvar faciəsinin 18-ci ildönümü qeyd edilmişdir (20 yanvar, 2008-ci il) ........................ 116

➢ Küveytdə 20 Yanvar faciəsinin qurbanları yad edilmişdir (20 yanvar, 2008-ci il) ............................... 117

➢ Moskvadakı Azərbaycan diasporu 20 Yanvar qurbanlarının xatirəsini yad etmişdir (20 yanvar, 2008-ci

il) ............................................................................................................................................................... 118

➢ Ukraynada 1990-cı il yanvar faciəsi qurbanlarının nurlu xatirəsi anılmışdır (20 yanvar, 2008-ci il) ... 119

➢ Qanlı Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar Buxarestdə anma mərasimi keçirilmişdir (20

yanvar, 2008-ci il) ..................................................................................................................................... 120

➢ Azərbaycan, türk və gürcü icmalarının nümayəndələri Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının

xatirəsini anmışlar (20 yanvar, 2008-ci il) ............................................................................................... 122

➢ Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunmuşdur

(20 yanvar, 2008-ci il) ............................................................................................................................... 123

➢ Azərbaycanlı tələbələr 20 Yanvar faciəsi ilə əlaqədar Çexiya parlamentinə müraciət göndərmişlər (21

yanvar, 2008-ci il) ..................................................................................................................................... 124

➢ Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (21

yanvar, 2008-ci il) ..................................................................................................................................... 126

➢ Daşkənddəki Azərbaycan diasporunun üzvləri 20 Yanvar faciəsi ilə bağlı mərasim keçirmişlər (21

yanvar, 2008-ci il) ..................................................................................................................................... 127

➢ İğdırda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir (21 yanvar, 2008-ci il) .................... 128

➢ Düşənbədə 20 Yanvar şəhidlərinin ruhu yad edilmişdir (21 yanvar, 2008-ci il) ................................... 129

➢ Kanadada yayımlanan “Azkan” televiziyası 20 Yanvar faciəsi ilə bağlı xüsusi proqram hazırlamışdır

(21 yanvar, 2008-ci il) ............................................................................................................................... 130

➢ Azərbaycanın Pekindəki səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir (21 yanvar,

2008-ci il) .................................................................................................................................................. 131

➢ Daşkənddə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mərasim keçirilmişdir (21 yanvar, 2008-ci il)

132

➢ Azərbaycanın Bişkekdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (21 yanvar, 2008-ci il)

133

Page 6: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

6

➢ Stokholmda 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir (21 yanvar, 2008-ci il) . 134

➢ Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda anma mərasimi keçirilmişdir (22 yanvar,

2008-ci il) .................................................................................................................................................. 135

➢ Hollandiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (22 yanvar, 2008-ci il) .................................. 136

➢ Kanadada 20 Yanvar faciəsinin on səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir (22 yanvar,

2008-ci il) .................................................................................................................................................. 137

➢ Azərbaycanın Çexiyadakı səfirliyində 20 yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (22 yanvar,

2008-ci il) .................................................................................................................................................. 138

➢ İzmirdə 20 Yanvar qətliamının ildönümü ilə bağlı tədbirlər keçirilmişdir (18 yanvar, 2009-cu il) ...... 139

➢ Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmişdir

(19 yanvar, 2009-cu il) .............................................................................................................................. 140

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində ehtiramla yad edilmişdir (19

yanvar, 2009-cu il) .................................................................................................................................... 141

➢ Azərbaycanın Niderland Krallığındakı səfirliyində 20 yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır

(19 yanvar, 2009-cu il) .............................................................................................................................. 142

➢ Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı “Turan-Astana” universiteti ilə birgə bu təhsil

ocağında 20 Yanvar faciəsi ilə bağlı mərasim keçirmişdir (19 yanvar, 2009-cu il) ................................. 143

➢ 20 Yanvar faciəsi ilə əlaqədar Tacikistanda anma mərasimi keçirilmişdir (19 yanvar, 2009-cu il) ..... 144

➢ Türkiyədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilir (19 yanvar, 2009-cu il) ............ 145

➢ Dubayda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir (19 yanvar, 2009-cu il) ........... 146

➢ İsveç parlamentinin deputatlarına 20 Yanvar faciəsi haqqında Azərbaycan diaspor təşkilatları məlumat

vermişdir (19 yanvar, 2009-cu il) ............................................................................................................. 147

➢ Strasburqda 20 Yanvar faciəsi ilə bağlı Fransız dilində radio verilişi səslənmişdir (19 yanvar, 2009-cu

il) ............................................................................................................................................................... 148

➢ Buxarestdə Qanlı Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi yad edilmişdir (20 yanvar, 2009-cu il) ..... 150

➢ Kiyevdə 20 Yanvar qurbanlarının xatirə gecəsi və akademik Ramiz Mehdiyevin “Azərbaycanlıların

soyqırımının reallıqları” kitabının təqdimatı keçirilmişdir (20 yanvar, 2009-cu il) ................................. 151

➢ Tehranda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir (20 yanvar,

2009-cu il) ................................................................................................................................................. 153

➢ Belçikada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir (20 yanvar, 2009-cu il) ............................... 154

➢ İstanbuldakı Fatih Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı konfrans keçirilmişdir (20

yanvar, 2009-cu il) .................................................................................................................................... 155

Page 7: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

7

➢ Torontoda 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir (20 yanvar, 2009-cu il) .................... 156

➢ Sankt-Peterburqda anma mərasimi keçirilmişdir (20 yanvar, 2009-cu il) ............................................. 157

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın böyük Britaniyadakı səfirliyində də yad edilmişdir (20

yanvar, 2009-cu il) .................................................................................................................................... 158

➢ Qətərdə 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (20 yanvar, 2009-cu il) ................................ 159

➢ Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilmişdir

(20 yanvar, 2009-cu il) .............................................................................................................................. 160

➢ Azərbaycanın Çindəki səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilmişdir (20

yanvar, 2009-cu il) .................................................................................................................................... 161

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Almaniyada anılmışdır (20 yanvar, 2009-cu il) .................................. 162

➢ Azərbaycanın Bişkekdəki səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi olmuşdur

(21 yanvar, 2009-cu il) .............................................................................................................................. 163

➢ ABŞ konqresində 20 Yanvar faciəsinin ildönümü anılmışdır (21 yanvar, 2009-cu il) ......................... 164

➢ Azərbaycanın Moskvadakı səfirliyinin təşəbbüsü ilə “20 Yanvar Azərbaycanın ən yeni tarixində dönüş

nöqtəsi” mövzusunda seminar keçirilmişdir (21 yanvar, 2009-cu il) ....................................................... 166

➢ Azərbaycanın Belarusdakı səfirliyi 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbir keçirmişdir

(21 yanvar, 2009-cu il) .............................................................................................................................. 167

➢ Daşkənddə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir (21 yanvar, 2009-cu il) ....... 168

➢ Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı “Xəzər” mədəniyyət mərkəzi ilə birgə 20

Yanvar faciəsi ilə əlaqədar mərasim keçirmişlər (21 yanvar, 2009-cu il) ................................................ 169

➢ Daşkənddəki səfirliyimizdə 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi

keçirilmişdir (21 yanvar, 2009-cu il) ........................................................................................................ 170

➢ Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğumuz “Dostluq” Azərbaycan mədəniyyət mərkəzi ilə

birgə 20 Yanvar faciəsinin ildönümünü qeyd etmişdir (21 yanvar, 2009-cu il) ....................................... 171

➢ Təbrizdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir (21 yanvar, 2009-cu il) ................. 172

➢ 20 Yanvar faciəsinin 19-cu ildönümü Pakistanda qeyd edilmişdir (21 yanvar, 2009-cu il).................. 173

➢ Strasburqda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir (21 yanvar, 2009-

cu il) .......................................................................................................................................................... 174

➢ Azərbaycanın Misirdəki səfirliyi və burada fəaliyyət göstərən “Vətən” tələbə təşkilatı Qanlı Yanvar

şəhidlərinin ölməz xatirəsini yad etmişlər (21 yanvar, 2009-cu il) .......................................................... 176

➢ Gürcüstanda 20 Yanvar Şəhidlərinin xatirəsi yad edilmişdir (21 yanvar, 2009-cu il) .......................... 177

➢ Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir (21 yanvar,

2009-cu il) ................................................................................................................................................. 178

Page 8: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

8

➢ Meksikanın nüfuzlu “El Financiero” qəzeti 20 Yanvar faciəsindən yazmışdır (21 yanvar, 2009-cu il)

179

➢ Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (12 yanvar,

2010-cu il) ................................................................................................................................................. 180

➢ 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Niderland krallığında tədbirlər keçirilir (17 yanvar,

2010-cu il) ................................................................................................................................................. 181

➢ Strasburqda fransız dilində 20 Yanvar faciəsindən bəhs edən veriliş səsləndirilmişdir (17 yanvar, 2010-

cu il) .......................................................................................................................................................... 182

➢ Hollandiyada yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir (18 yanvar, 2010-cu il) ............................... 183

➢ “Kuvvait Times”da 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilmişdir (18 yanvar, 2010-cu il)

184

➢ Azərbaycanın Bişkekdəki səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi

keçirilmişdir (18 yanvar, 2010-cu il) ........................................................................................................ 185

➢ Krım Muxtar Respublikasında 20 yanvar şəhidlərinin xatirəsi yad edilib (18 yanvar, 2010-cu il)....... 186

➢ Azərbaycanın Rusiyadakı səfiri MDU-da 20 Yanvar faciəsi ilə əlaqədar çıxış etmişdir (19 yanvar, 2010-

cu il) .......................................................................................................................................................... 187

➢ Küveyt qəzetlərində Azərbaycan səfirinin bəyanatı dərc olunmuşdur (19 yanvar, 2010-cu il) ............ 189

➢ İyirmi il əvvəl baş vermiş Qanlı Yanvar faciəsi dünya ictimaiyyətini də sarsıtmışdır (19 yanvar, 2010-cu

il) ............................................................................................................................................................... 190

➢ Meksikanın aparıcı qəzeti “20 Yanvar” faciəsindən yazmışdır (19 yanvar, 2010-cu il) ....................... 191

➢ Vyanada Qanlı Yanvar hadisələrinə həsr olunmuş fotosərgi açılmışdır (19 yanvar, 2010-cu il) ........... 193

➢ Azərbaycanın Rusiyadakı səfirliyində qara yanvar qurbanlarının nurlu xatirəsi yad edilmişdir (20

yanvar, 2010-cu il) .................................................................................................................................... 195

➢ Azərbaycan və Macarıstan tarixinin faciəli səhifələrinə dair paralellər aparılmışdır (20 yanvar, 2010-cu

il) ............................................................................................................................................................... 197

➢ Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş

anma mərasimi keçirilmişdir (20 yanvar, 2010-cu il) ............................................................................... 199

➢ Azərbaycanın Tacikistandakı səfirliyində 20 yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (20 yanvar,

2010-cu il) ................................................................................................................................................. 201

➢ Litva seyminin deputatları 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər (20

yanvar, 2010-cu il) .................................................................................................................................... 202

➢ Azərbaycan Kültür Dərnəyi 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır (20 yanvar, 2010-cu il) .. 203

Page 9: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

9

➢ Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilmişdir

(20 yanvar, 2010-cu il) .............................................................................................................................. 204

➢ Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar hadisələrinə həsr olunmuş bir sıra tədbirlər

keçirilmişdir (20 yanvar, 2010-cu il) ........................................................................................................ 206

➢ Azərbaycanın Misirdəki səfirliyində Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı mətbuat konfransı

keçirilmişdir (20 yanvar, 2010-cu il) ......................................................................................................... 207

➢ 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Pakistanda da yad edilmişdir (20 yanvar, 2010-cu il) ............... 208

➢ Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim

keçirilmişdir (20 yanvar, 2010-cu il) ......................................................................................................... 209

➢ Küveytin nüfuzlu qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur (20 yanvar, 2010-cu il)

210

➢ Niderlandda 20 Yanvar faciəsindən bəhs edən sərgi təşkil olunmuşdur (20 yanvar, 2010-cu il) .......... 211

➢ Buxarestdə Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar mərasimi keçirilmişdir (20 yanvar,

2010-cu il) ................................................................................................................................................. 212

➢ Azərbaycanın Suriyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anim mərasimi (20

yanvar, 2010-cu il) .................................................................................................................................... 213

➢ Türkiyədəki məscidlərdə 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunmuşdur (20 yanvar, 2010-cu il) . 214

➢ 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində mərasim

keçirilmişdir (20 yanvar, 2010-cu il) ......................................................................................................... 215

➢ 20 Yanvar şəhidlərinin əziz xatirəsi Tehranda ehtiramla yad edilmişdir (20 yanvar, 2010-cu il).......... 216

➢ Kiyevdə, S.Vurğun adına kitabxanada 20 Yanvar şəhidlərinin

xatirəsi anılmışdır (20 yanvar, 2010-cu il) ................................................................................................ 218

➢ Azərbaycanın Fransadakı səfirliyində 20 Yanvar faciəsi şəhidlərinin anma mərasimi keçirilmişdir (20

yanvar, 2010-cu il) .................................................................................................................................... 219

➢ Almaniyada 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir (20 yanvar, 2010-cu il) ............................ 221

➢ 20 Yanvar faciəsinin iyirminci ildönümü İtaliyada qeyd olunmuşdur (20 yanvar, 2010-cu il) ............ 222

➢ Qara Yanvar faciəsinin 20-ci ildönümü Brüsseldə qeyd edilmişdir (20 yanvar, 2010-cu il) ................ 223

➢ “Qara Yanvar” hadisələri Vaşinqtonda anılmışdır (20 yanvar, 2010-cu il) .......................................... 224

➢ Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyindəki tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik

sükutla yad edilmişdir (20 yanvar, 2010-cu il) ......................................................................................... 225

➢ Meksikanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazmışdır (20 yanvar, 2010-cu il) ......................... 226

➢ Litvanın nüfuzlu “Lietuvos Rytas” qəzetində “Azərbaycan tarixinin Qara Yanvarı” adlı məqalə dərc

edilmişdir (20 yanvar, 2010-cu il) ............................................................................................................ 227

Page 10: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

10

➢ Sankt-Peterburq şəhərindəki baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim

keçirmişdir (20 yanvar, 2010-cu il) .......................................................................................................... 228

➢ 20 Yanvar faciəsi ilə əlaqədar Torontoda keçirilən tədbirdə Kanadanın tanınmış siyasətçiləri də iştirak

etmişlər (21 yanvar, 2010-cu il) ............................................................................................................... 229

➢ Londonda 20 Yanvar faciəsini anma mərasimi keçirilmişdir (21 yanvar, 2010-cu il) .......................... 230

➢ Litvanın nüfuzlu “Delfi” informasiya portalında “20 il əvvəl sovetlər Azərbaycanda qətliam törədiblər”

məqaləsi yerləşdirilmişdir (21 yanvar, 2010-cu il) .................................................................................. 231

➢ Birləşmiş Ərəb Əmirliklərində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (21 yanvar, 2010-cu il) ..... 232

➢ İsraildə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir (21 yanvar, 2010-cu il) ..................... 233

➢ Niderlandda 20 Yanvar faciəsi anılmışdır (21 yanvar, 2010-cu il) ....................................................... 234

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Los-Ancelesdə anılmışdır (22 yanvar, 2010-cu il) .............................. 235

➢ Meksika Parlamentinin komissiya sədri Azərbaycan xalqına müraciət göndərmişdir (22 yanvar, 2010-cu

il) ............................................................................................................................................................... 236

➢ The London Post. net internet portalında 20 Yanvar faciəsinin 20 illiyinə həsr edilmiş məqalə dərc

olunmuşdur (25 yanvar, 2010-cu il) ......................................................................................................... 237

➢ İranda fəaliyyət göstərən Qafqaz Araşdırmalar İnstitutu 20 Yanvar faciəsi ilə əlaqədar xüsusi buraxılış

nəşr etmişdir (25 yanvar, 2010-cu il) ....................................................................................................... 238

➢ Kaliforniya Universitetində “Azadlığa aparan yol və Qanlı Yanvar” mövzusunda seminar keçirilmişdir

(26 yanvar, 2010-cu il) .............................................................................................................................. 239

➢ Küveytdə “Azərbaycanda qanlı 20 Yanvar faciəsi” adlı jurnal

nəşr edilmişdir (13 yanvar, 2011-ci il) .................................................................................................... 240

➢ “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmişdir (17 yanvar, 2011-ci il) ....... 241

➢ “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı tədbir keçirilib (17 yanvar, 2011) ........................................ 242

➢ 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur (19 yanvar, 2011) ...................... 243

➢ Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır (19 yanvar, 2011) ........................... 244

➢ İndoneziyanın PoliMedia Universitetində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılmışdır (19 yanvar,

2011) ......................................................................................................................................................... 245

➢ Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi

anılmışdır (19 yanvar, 2011) .................................................................................................................... 246

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə də anılmışdır (19 yanvar, 2011) ........................... 247

➢ Astanada 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi

keçirilmişdir (19 yanvar, 2011) ................................................................................................................ 248

Page 11: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

11

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Tbilisidə yad edilmişdir (19 yanvar, 2011) .......................................... 249

➢ Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2011) ............................... 251

➢ Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişdir (20

yanvar, 2011) ............................................................................................................................................. 252

➢ Türkiyədəki “Hürriyət” qəzeti 20 Yanvar faciəsindən bəhs edən məqalə

dərc etmişdir (20 yanvar, 2011) .............................................................................................................. 253

➢ 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində mühüm mərhələdir (20

yanvar, 2011) ............................................................................................................................................. 254

➢ 20 Yanvar faciəsinin ildönümü Küveytdə qeyd olunmuşdur (20 yanvar, 2011) .................................... 255

➢ Rumıniyada 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir (20 yanvar, 2011) ...... 256

➢ 20 yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı Azərbaycanın Serbiya Respublikasındakı səfirliyində

tədbir keçirilmişdir (20 yanvar, 2011) ....................................................................................................... 257

➢ Həştərxanda 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi (20 yanvar, 2011) .................................... 258

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Türkmənistanda da anılmışdır (20 yanvar, 2011) ................................ 259

➢ Pakistanın Preston Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi

keçirilmişdir (20 yanvar, 2011) ................................................................................................................. 261

➢ Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Moskvadakı səfirliyində ehtiramla yad

edilmişdir (20 yanvar, 2011) ..................................................................................................................... 263

➢ Qazaxıstanın Aktau şəhərində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir

(20 yanvar, 2011) ...................................................................................................................................... 265

➢ Tehran Universitetində “Bakıda Qara Yanvar” mövzusunda elmi seminar keçirilmişdir (20 yanvar,

2011) ......................................................................................................................................................... 266

➢ Almaniyada 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yollar” adlı anma mərasimi

keçirilmişdir (20 yanvar, 2011) ................................................................................................................. 267

➢ 20 Yanvar faciəsinin ildönümü Macarıstanda qeyd edilmişdir (20 yanvar, 2011) ................................. 268

➢ MƏR-də 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (21 yanvar, 2011) ....................................... 269

➢ Brüsseldə qanlı yanvar faciəsinin 21-ci ildönümü qeyd edilmişdir (21 yanvar, 2011) .......................... 271

➢ Türk Strateji Araşdırmalar Mərkəzində 20 Yanvar faciəsi ilə bağlı

tədbir keçirilmişdir (21 yanvar, 2011) ...................................................................................................... 272

➢ İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir (21 yanvar, 2011) .................. 273

➢ Meksikanın iki ən nüfuzlu qəzetində 20 Yanvar faciəsi barədə məqalə (21 yanvar, 2011) ................... 274

Page 12: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

12

➢ 20 Yanvar faciəsi ABŞ paytaxtında və ştatlarında da anılmışdır (21 yanvar, 2011) ............................. 275

➢ Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Moskvadakı səfirliyində ehtiramla yad

edilmişdir (21 yanvar, 2011) .................................................................................................................... 277

➢ Ukraynada Qara Yanvar şəhidlərinin xatirəsi anılmışdır (21 yanvar, 2011) .......................................... 279

➢ Londonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir (21 yanvar, 2011) 280

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Krımda ehtiramla yad edilmişdir (21 yanvar, 2011) .............. 281

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Helsinkidə ehtiramla anılmışdır (21 yanvar, 2011) ................ 282

➢ Belarusda Azərbaycan şəhidlərinin xatirəsi anılmışdır (21 yanvar, 2011) ............................................. 283

➢ Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyi Almatıda 20 Yanvar faciəsinin 21-ci

ildönümü ilə bağlı mərasim keçirmişdir (22 yanvar, 2011) ...................................................................... 284

➢ Qanlı Yanvar faciəsi qurbanlarının əziz xatirəsi Danimarkada da yad edilmişdir (24 yanvar, 2011) ... 285

➢ Almaniyanın Saksen-Anhalt torpağında da 20 Yanvar şəhidləri yad edilmişdir (26 yanvar, 2011) ..... 286

➢ Nyu-Yorkda 20 Yanvar faciəsini əks etdirən film nümayiş olunmuşdur (28 yanvar, 2011) .................. 287

➢ Nyu-Yorklu konqresmen 20 Yanvarla bağlı bəyanatla çıxış etmişdir (28 yanvar, 2011) ...................... 288

➢ Nyu-Yorkda 20 Yanvar faciəsini əks etdirən film nümayiş olunmuşdur (28 yanvar, 2011) .................. 289

➢ Təbrizdə çıxan nüfuzlu “Ərk” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunmuşdur (1

fevral, 2011) .............................................................................................................................................. 290

➢ İranda nəşr olunan "Xudafərin" jurnalı oxucularına 20 Yanvar faciəsi barədə müfəssəl məlumat

vermişdir (3 fevral, 2011) ......................................................................................................................... 291

➢ Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (19 yanvar, 2012) ......................... 292

➢ İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib (19 yanvar, 2012) .......... 293

➢ Pakistanda 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş seminar keçirilib (19 yanvar, 2012) ........... 294

➢ Dünya azərbaycanlıları 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (19 yanvar, 2012) .......................... 295

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Küveytdə yad edilib (19 yanvar, 2012) .................................. 297

➢ Sankt-Peterburqda 20 yanvar faciəsinin ildönümü qeyd edilib (20 yanvar, 2012) ................................ 298

➢ Strasburqda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (20 yanvar, 2012) .......................................... 299

➢ Fridon Todua: “Sovet imperiyası azadlıqsevər xalqlarımızı tank və topla niyyətindən çəkindirə

bilməmişdir” (19 yanvar, 2012) ............................................................................................................... 301

➢ Malayziyanın Cənub-Cənub İnformasiya Qapısı agentliyinin rəsmi portalında “Qara Yanvar:

Azərbaycanın müstəqilliyi naminə” sərlövhəli məqalə yerləşdirilmişdir (20 yanvar, 2012) .................... 302

Page 13: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

13

➢ 20 Yanvar faciəsi ABŞ-da anılıb (21 yanvar, 2012) ............................................................................. 303

➢ Batumidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (21 yanvar, 2012) ....................................................... 305

➢ Ankarada “20 Yanvar qətliamı və Rauf Denktaşı anma”mövzusunda seminar keçirilmişdir (21 yanvar,

2012) ......................................................................................................................................................... 306

➢ ABŞ Konqresində Qara Yanvar faciəsinin 22-ci ildönümü anılmışdır (23 yanvar, 2012) .................... 307

➢ Tehranda 20 Yanvar faciəsinə həsr olunmuş elmi konfrans keçirilib (23 yanvar, 2012) ....................... 308

➢ Astanada yaşayan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi

keçirmişlər (23 yanvar, 2012) ................................................................................................................... 309

➢ Tallində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir (23 yanvar, 2012) .............................. 310

➢ Polşada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır (23 yanvar, 2012) ................................... 311

➢ Belarusda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (23 yanvar, 2012) ............................ 312

➢ Strasburqdakı “Azərbaycan evi” 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirmişdir (24

yanvar, 2012) ............................................................................................................................................. 313

➢ ABŞ-ın Nyu-York ştatının Senatı 20 Yanvar hadisələri qurbanlarını sükutla yad etmişdir (26 yanvar,

2012) ......................................................................................................................................................... 314

➢ ABŞ-ın “The Washington Times” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur (10

yanvar, 2013) ............................................................................................................................................. 315

➢ Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət etmişdir (10 yanvar, 2013) ......... 316

➢ Əskişəhir Azərbaycanlıları Dərnəyi Xocalı soyqırımının tanınması ilə bağlı bələdiyyələrə müraciət

etmişdir (13 yanvar, 2013) ........................................................................................................................ 317

➢ Vaşinqtonda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş anım gecəsi keçirilmişdir (13

yanvar, 2013) ............................................................................................................................................. 318

➢ Azərbaycanın Moldovadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü münasibətilə press-reliz yaymışdır

(14 yanvar, 2013) ...................................................................................................................................... 319

➢ Misirin aparıcı qəzetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məqalə dərc edilmişdir (15 yanvar,

2013) ......................................................................................................................................................... 321

➢ Belarus tamaşaçılarına 20 Yanvar faciəsi ilə bağlı məlumat verilmişdir (15 yanvar, 2013) ................. 322

➢ Misirin bir sıra nüfuzlu qəzetlərində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı yazılar dərc

edilmişdir (17 yanvar, 2013) ..................................................................................................................... 323

➢ Azərbaycanın Cənubi Afrikadakı səfirliyi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar məlumat

yaymışdır (17 yanvar, 2013) ..................................................................................................................... 325

Page 14: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

14

➢ Kanadada 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (18 yanvar, 2013) ...................................... 326

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Malayziyada anılmışdır (18 yanvar, 2013) ........................................... 327

➢ Dubayda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (18 yanvar, 2013) ................................... 329

➢ Pakistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə dərc edilmişdir (18 yanvar, 2013) ...... 330

➢ Rusiyanın “Komsomolskaya pravda” nəşri: “Azərbaycan xalqına, humanizmə və insanlığa qarşı

törədilmiş dəhşətli cinayət” (18 yanvar, 2013) ........................................................................................ 332

➢ Qırğızıstanda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir (18 yanvar, 2013) ................................. 335

➢ Azərbaycanın Los-Ancelesdəki baş konsulunun Qanlı Yanvar faciəsi haqqında yazdığı məqalə ABŞ

mətbuatında geniş işıqlandırılıb (18 yanvar, 2013) .................................................................................. 336

➢ Astanada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma

mərasimi keçirilmişdir (18 yanvar, 2013) ............................................................................................... 337

➢ Aktauda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur (19 yanvar, 2013) ..................................... 338

➢ Pekində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2013) ............................... 339

➢ Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (19 yanvar, 2013) ........................................... 340

➢ Koreya Respublikasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir (19

yanvar, 2013) ............................................................................................................................................. 341

➢ İstanbulda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir (19 yanvar, 2013) ....... 342

➢ Avstraliyada Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2013) ....................... 343

➢ Litva Seymində 20 Yanvara həsr olunmuş tədbir keçirilmişdir (19 yanvar, 2013) ................................ 344

➢ Təbrizdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuşdur (19 yanvar, 2013) .............................. 346

➢ Qarsda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2013) ..................................... 348

➢ Mərakeşin nüfuzlu “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Azərbaycan xalqının tarixində qanlı Yanvar

faciəsi” sərlövhəli məqalə dərc edilmişdir (20 yanvar, 2013) ................................................................... 349

➢ Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi

anılmışdır (19 yanvar, 2013) ..................................................................................................................... 351

➢ İstanbul Azərbaycan Dərnəyi Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat yaymışdır

(20 yanvar, 2013) ...................................................................................................................................... 352

➢ Hollandiyada 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir (20 yanvar,

2013) ......................................................................................................................................................... 353

➢ Almaniyada 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir (20 yanvar, 2013) ........ 354

Page 15: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

15

➢ 20 Yanvar hadisələrinin 23-cü il dönümü ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresi bəyanat

yaymışdır (20 yanvar, 2013) ..................................................................................................................... 355

➢ 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi silsilə tədbirlər

keçirmişdir (20 yanvar, 2013) .................................................................................................................. 356

➢ Brüssel şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir (21 yanvar, 2013) ........... 357

➢ Kiyevdə “1990-cı ilin Bakı hadisələri. 24 ildən sonra baxış” mövzusunda “dəyirmi masa” olmuşdur (18

yanvar, 2014) ............................................................................................................................................. 358

➢ Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (19 yanvar, 2014) ......................... 359

➢ Berlində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir (19 yanvar, 2014) .................................... 360

➢ Türkiyənin Qars şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2014) ...... 361

➢ İsveçdə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anma mərasimi keçirilmişdir (20 yanvar,

2014) ......................................................................................................................................................... 362

➢ Berlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (20 yanvar, 2014) .................................. 363

➢ Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi

keçirilmişdir (20 yanvar, 2014) ................................................................................................................. 365

➢ Nyu-Yorkda Qara Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir (20 yanvar, 2014) 366

➢ Buxarestdə Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir (20

yanvar, 2014) ............................................................................................................................................. 368

➢ Xorvatiyada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir (20 yanvar, 2014)... 369

➢ Tbilisidə 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir (20 yanvar, 2014) ............... 370

➢ Türkmənistanda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (20 yanvar, 2014) .................................... 371

➢ Pakistanda “20 Yanvar ümummilli hüzn günüdür” adlı seminar keçirilmişdir (20 yanvar, 2014) ........ 372

➢ Finlandiyada faciəli 20 yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir (20

yanvar, 2014) ............................................................................................................................................. 374

➢ Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (21 yanvar, 2014) ......................... 375

➢ Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir (21 yanvar, 2014) ......... 376

➢ Moskvada 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir (21 yanvar, 2014)

377

➢ Belarusda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir (21

yanvar, 2014) ............................................................................................................................................. 378

➢ Nyu-York senatoru Terri Gipson Qara Yanvarın 24-cü ildönümü haqqında proklamasiya imzalamışdır

(21 yanvar, 2014) ...................................................................................................................................... 379

Page 16: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

16

➢ Ukraynanın paytaxtında 20 Yanvar şəhidlərinin nurlu xatirəsi yad edilmişdir (21 yanvar, 2014)........ 380

➢ Xayfa universitetində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir (21 yanvar, 2014) .......... 382

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilmişdir (21 yanvar, 2014) ........................................ 384

➢ Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (22 yanvar, 2014) .......................................... 385

➢ Nyu York şəhərində 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilmişdir (22 yanvar, 2014) ............. 386

➢ ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar hadisələri barədə məlumatlandırma kampaniyası keçirir (9

yanvar, 2015) ............................................................................................................................................. 387

➢ Ukraynanın Sumı şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş görüş-rekviyem keçirilib (14 yanvar,

2015) ......................................................................................................................................................... 388

➢ ABŞ Konqresinin nəşrində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub (17 yanvar, 2015) ............ 389

➢ Düşənbədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (17 yanvar, 2015) ...................................... 390

➢ Ər-Riyadda 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub (18 yanvar, 2015) ................... 391

➢ Daşkənddə anma mərasimi (18 yanvar, 2015) ....................................................................................... 392

➢ BAK qanlı Yanvar faciəsi ilə bağlı Avropa Parlamentinin deputatlarına müraciət ünvanlayıb (18 yanvar,

2015) ......................................................................................................................................................... 393

➢ Berlində 20 Yanvar hadisələrinin qurbanları anılıb (19 yanvar, 2015) .................................................. 394

➢ 20 Yanvar faciəsi haqqında həqiqətlər Litva Seymində (19 yanvar, 2015) ............................................ 396

➢ Praqada “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva”

adlı sərgi açılıb (20 yanvar, 2015) ............................................................................................................. 398

➢ Meksikanın “Excelsior” qəzeti: “2015. Qanlı Yanvardan 25 il sonra” (20 yanvar, 2015) ..................... 399

➢ Kuala-Lumpurda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar, 2015) ........................................... 400

➢ İsraildə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar, 2015) ..................................................... 401

➢ 20 Yanvar faciəsi sovet imperiyasını saxlamaq naminə törədilən qanlı cinayətlərdən biridir (20 yanvar,

2015) ......................................................................................................................................................... 402

➢ Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsi anıldı (20 yanvar, 2015) ............ 403

➢ Riqada Qara Yanvarın 25-ci ildönümü qeyd olunub (20 yanvar, 2015) ................................................ 404

➢ Ukrayna Qanlı Yanvar şəhidlərinin işıqlı xatirəsi önündə baş əyir (20 yanvar, 2015) .......................... 405

➢ Moskvada “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitabının

təqdimatı olub (20 yanvar, 2015) ............................................................................................................. 407

Page 17: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

17

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Ankarada da anılıb (21 yanvar, 2015) .................................................. 409

➢ Bolqarıstanda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib (21 yanvar, 2015) .......................... 410

➢ Londonda 20 Yanvar faciəsinin qurbanları anılıb (21 yanvar, 2015) ..................................................... 412

➢ Kanadada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib (21 yanvar, 2015) ................ 413

➢ Kolumbiyanın “TNN” portalı: “Azərbaycan, 20 Yanvar 1990-cı il” (21 yanvar, 2015) ........................ 414

➢ Bolqarıstanda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib (21 yanvar, 2015) .......................... 415

➢ Kanadada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib (21 yanvar, 2015) ................ 417

➢ Almaniyadakı Azərbaycan diasporu 20 Yanvar faciəsinə həsr olunan “dəyirmi masa” keçirib (21

yanvar, 2015) ............................................................................................................................................. 418

➢ 20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar Helsinkidə anma mərasimi (21 yanvar, 2015) .... 419

➢ Misir mətbuatı Azərbaycan səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı

bəyanatını yayıb (21 yanvar, 2015) .......................................................................................................... 420

➢ Tokioda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (22 yanvar, 2015) .................................................. 421

➢ Azərbaycan və türk icmaları Qanlı Yanvarın 25-ci ildönümünü Vaşinqtonda birgə qeyd ediblər (22

yanvar, 2015) ............................................................................................................................................. 422

➢ Amerikalı keçmiş diplomat: 20 Yanvar SSRİ-nin süqutunun başlanğıcını qoydu (22 yanvar, 2015) ... 423

➢ Türkiyə KİV-ləri Azərbaycan səfirinin 20 Yanvar faciəsi barədə məqaləsini və müsahibəsini yayıb (22

yanvar, 2015) ............................................................................................................................................. 424

➢ Misirin “Əl-Masr Əl-Yaum” qəzeti Azərbaycan səfirinin 20 Yanvar hadisələri ilə bağlı məqaləsini dərc

edib (25 yanvar, 2015) .............................................................................................................................. 425

➢ Qətərin “Al-Sharq” qəzeti 20 Yanvar qırğınından bəhs edib (25 yanvar, 2015) .................................... 426

➢ İranın “Dəniz” qəzeti AzərTAc-ın xüsusi müxbirinin 20 Yanvarla bağlı analitik məqaləsini yayıb (26

yanvar, 2015) ............................................................................................................................................. 427

➢ Tacikistan ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb (15 yanvar, 2016) .................... 428

➢ 20 Yanvar faciəsinin ildönümü Bişkekdə qeyd edilib (16 yanvar, 2016) .............................................. 429

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Ər-Riyadda yad olunub (16 yanvar, 2016) ............................. 431

➢ Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (18 yanvar, 2016) .................................................. 433

➢ Çexiya ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb (18 yanvar, 2016) ......................... 435

➢ Mərakeş qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib (18 yanvar, 2016) ......................... 436

➢ Moldova qəzetində 20 Yanvar hadisələri haqqında məqalə dərc olunub (18 yanvar, 2016) .................. 437

Page 18: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

18

➢ Çili portalı 20 Yanvar faciəsindən yazır (18 yanvar, 2016) ................................................................... 438

➢ Livanın “Al-Cumhuriyyə” qəzeti 20 Yanvar faciəsindən yazır (19 yanvar, 2016) ................................ 439

➢ Yaponiya televiziyasında 20 Yanvar faciəsi barədə xüsusi veriliş yayımlanıb (19 yanvar, 2016) ........ 440

➢ İslamabadda nəşr olunan “Diplomatic Star” jurnalında 20 Yanvar faciəsi ilə bağlı material verilib (20

yanvar, 2016) ............................................................................................................................................. 442

➢ İspaniya Diplomatik Akademiyasının tələbələrinə 20 Yanvar faciəsi barədə məlumat verilib (20 yanvar,

2016) ......................................................................................................................................................... 443

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Xarkov şəhərində anılıb (20 yanvar, 2016) ......................................... 444

➢ Kanadada 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub (20 yanvar, 2016) ............................................ 445

➢ 20 Yanvar faciəsinin ildönümü Daşkənddə qeyd edilib (20 yanvar, 2016)........................................... 446

➢ 20 Yanvar faciəsinin qurbanları Madriddə də anılıb (20 yanvar, 2016) ................................................ 447

➢ Almatı ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb (20 yanvar, 2016) ........................ 448

➢ Aktauda keçirilən tədbirdə 20 Yanvar faciəsinin tarixi barədə söhbət açılıb (20 yanvar, 2016)........... 449

➢ Avropa Parlamentinə 20 Yanvar faciəsinə dair məlumatlandırıcı

məktub göndərilib (20 yanvar, 2016) ....................................................................................................... 450

➢ İndoneziyanın “The Jakarta Post” qəzeti 20 Yanvar faciəsindən yazır (20 yanvar, 2016).................... 451

➢ İsraildə “Qara Yanvar” şəhidlərinin xatirəsi anılıb (20 yanvar, 2016) .................................................. 452

➢ Tehranda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi

təşkil edilib (20 yanvar, 2016) .................................................................................................................. 454

➢ Azərbaycanın Pekindəki səfirliyində Qanlı Yanvar faciəsi qurbanlarının

xatirəsi anılıb (20 yanvar, 2016) ............................................................................................................... 455

➢ Türkmənistanda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (20 yanvar, 2016) ........................................... 456

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Moskvada da anıldı (20 yanvar, 2016) ................................................ 457

➢ Ankarada 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (20 yanvar,

2016) ......................................................................................................................................................... 458

➢ Azərbaycan-Gürcüstan FM radiosu 20 Yanvar faciəsi barədə məlumatlar yayıb (20 yanvar, 2016) ..... 459

➢ Buxarestdə Qanlı Yanvar faciəsinin 26-cı ildönümü qeyd edilib (20 yanvar, 2016) ............................ 460

➢ Sofiya Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib (21 yanvar, 2016) .......................... 461

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Serbiyada da yad edilib (21 yanvar, 2016) ............................ 463

Page 19: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

19

➢ Bosniya və Herseqovinada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb (21 yanvar, 2016) ........... 464

➢ Haaqada 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub (21 yanvar, 2016) ......................... 465

➢ Romada 20 Yanvar milli fəxarət və qəhrəmanlıq günü kimi yad edilib (21 yanvar, 2016) .................. 466

➢ 20 Yanvar şəhidlərinin xatirəsi tanınmış Los-Anceles muzeyində anılıb (21 yanvar, 2016) ................ 468

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Seulda anılıb (21 yanvar, 2016) ............................................ 469

➢ Meksika, Peru, Kolumbiya qəzetlərində 20 Yanvar faciəsi haqqında məqalələr dərc edilib (21 yanvar,

2016) ......................................................................................................................................................... 470

➢ Brüsseldə “Qara Yanvar avropalı rəssamların gözü ilə” sərgisi təşkil edilib (21 yanvar, 2016)........... 472

➢ 20 Yanvar faciəsi İordaniya mətbuatının diqqət mərkəzində (21 yanvar, 2016)................................... 473

➢ 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Praqada fotosərgi açılıb (21 yanvar, 2016)............. 474

➢ Küveyt qəzetləri 20 Yanvar faciəsindən bəhs edir (21 yanvar, 2016) ................................................... 475

➢ Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (21 yanvar, 2016) ................................................. 476

➢ 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Atırauda anım mərasimi təşkil edilib (21 yanvar, 2016) .. 477

➢ Almaniya qəzeti 20 Yanvar faciəsindən yazır (21 yanvar, 2016) ......................................................... 478

➢ “Batumi Post” və “Adjara” qəzetlərində 20 Yanvar faciəsindən bəhs edən məqalələr dərc olunub (22

yanvar, 2016) ............................................................................................................................................. 479

➢ Özbəkistanın podrobno.uz portalında 20 Yanvar faciəsi haqqında məqalə yayılıb (22 yanvar, 2016) . 480

➢ Çarlz Universitetində “Azadlığa gedən yol: Azərbaycan, Litva” adlı sərgi açılıb (22 yanvar, 2016) ... 481

➢ ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc edilib (22 yanvar,

2016) ......................................................................................................................................................... 482

➢ ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələrinin ildönümləri ilə bağlı bəyanatla çıxış edib (4 fevral,

2016) ......................................................................................................................................................... 483

➢ Astanada 20 Yanvar faciəsi ilə bağlı fotosərgi keçirilib (14 yanvar, 2017) ........................................... 484

➢ Tbilisidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (18 yanvar, 2017) .......................................... 485

➢ 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Daşkənddə anım

mərasimi keçirilib (19 dekabr, 2017) ...................................................................................................... 486

➢ Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub (20 yanvar, 2017) ................ 488

➢ Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar, 2017) .......................................................... 489

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Türkmənistanda yad edilib (20 yanvar, 2017) ...................................... 490

Page 20: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

20

➢ Belarusda keçirilən anım tədbirində sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qətliam

pislənilib (20 yanvar, 2017) ...................................................................................................................... 491

➢ Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar qurbanlarının nurlu xatirəsi anılıb (20 yanvar,

2017) ......................................................................................................................................................... 492

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Monteneqroda yad edilib (20 yanvar, 2017) ........................................ 494

➢ Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib (20 yanvar, 2017) ..................................... 495

➢ Buxarestdə keçirilən anım mərasimində 20 Yanvar faciəsi qurbanları yad olunub (20 yanvar, 2017) .. 497

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Vyanada ehtiramla anılıb (20 yanvar, 2017) ........................................ 498

➢ Mərakeşdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilib (20 yanvar,

2017) ......................................................................................................................................................... 499

➢ Berlində keçirilən tədbirdə 20 Yanvar qurbanlarının xatirəsi yad olunub (20 yanvar, 2017) ................ 500

➢ Nyu-Yorkda 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib (21 yanvar,

2017) ......................................................................................................................................................... 501

➢ Londonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib (21 yanvar, 2017) ..... 502

➢ Roma Sapienza Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi təşkil olunub (21 yanvar,

2017) ......................................................................................................................................................... 503

➢ 20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda ehtiramla yad olunub (21 yanvar, 2017) ................... 504

➢ 20 Yanvar faciəsi Efiopiyada silsilə tədbirlərlə yad edilib (21 yanvar, 2017) ....................................... 505

➢ Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib (21 yanvar,

2017) ......................................................................................................................................................... 506

➢ Gürcüstanda yaşayan azərbaycanlı tələbələr 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma aksiyası

keçiriblər (21 yanvar, 2017) ...................................................................................................................... 508

➢ 20 Yanvar faciəsinin ildönümü Yekaterinburqda qeyd edilib (21 yanvar, 2017) .................................. 509

➢ 20 Yanvar faciəsinin ildönümü Yekaterinburqda qeyd edilib (21 yanvar, 2017) .................................. 510

➢ 20 Yanvar faciəsi qurbanları İğdır şəhərində də ehtiramla yad olunub (24 yanvar, 2017) .................... 511

➢ Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (24 yanvar, 2017) .................................................. 512

➢ ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verilib (24 yanvar, 2017) ............ 513

➢ Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (16 yanvar, 2018) ..... 514

➢ 20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub (18 yanvar, 2018) . 515

➢ Danimarkadakı “Vətən” Cəmiyyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb (18

yanvar, 2018) ............................................................................................................................................. 516

Page 21: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

21

➢ Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (16 yanvar, 2018) .................... 517

➢ 20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub (19 yanvar, 2018) .................................... 518

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Efiopiyada da yad edilib (19 yanvar, 2018) ......................................... 519

➢ 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Daşkənddə yad edilib (19 yanvar, 2018) ................................ 520

➢ İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib (19 yanvar, 2018) .................................. 521

➢ Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb (19 yanvar, 2018) .................................................. 522

➢ 20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edilib (19 yanvar, 2018) ............................................ 523

➢ Belçikada 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib (19 yanvar, 2018) ....... 524

➢ Qanlı Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində anılıb (19 yanvar, 2018) ......................................... 525

➢ Azərbaycanın Daşkənddəki diasporunun üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər (20

yanvar, 2018) ............................................................................................................................................. 526

➢ Sükut dəqiqəsi (20 yanvar, 2018) ........................................................................................................... 527

➢ Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar, 2018) .......................................................... 528

➢ Riqada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb (20 yanvar, 2018) ........................................... 529

➢ İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib (20 yanvar, 2018) .......... 531

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Vyanada da yad edilib (20 yanvar, 2018) ............................................. 532

➢ Berlində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (21 yanvar, 2018) ...... 534

➢ Haaqada Azərbaycan-Türk Mədəniyyət dərnəyinin üzvləri Qanlı Yanvar şəhidlərinin xatirəsini yad

ediblər (21 yanvar, 2018) .......................................................................................................................... 535

➢ Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıblar (22 yanvar, 2018) ............ 536

➢ Çexiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (23 yanvar, 2018) ....................................................... 537

➢ 20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb (16 yanvar, 2019) ...................................................... 538

➢ Təbrizdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib (17 yanvar, 2019) ........................................... 539

➢ Tbilisidə azərbaycanlı fotoqrafın “20 Yanvar fotolarda” adlı sərgisi açılıb (17 yanvar, 2019) ............. 541

➢ 20 Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində də ehtiramla yad olunub (17 yanvar, 2019 ) ................ 543

➢ Dneprdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib (17 yanvar, 2019) ...... 544

➢ Gürcüstanın Dmanisi rayonunda Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib (17

yanvar, 2019) ............................................................................................................................................. 545

Page 22: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

22

➢ İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb (18 yanvar, 2019) ....................... 547

➢ Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (18 yanvar, 2019) .......................................................... 548

➢ Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib (18 yanvar, 2019) ....... 549

➢ Hanoy Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib (19 yanvar, 2019) 551

➢ Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib (19 yanvar, 2019) .. 552

➢ 20 Yanvar faciəsinin ildönümü Daşkənddə də qeyd edilib (19 yanvar, 2019) ....................................... 553

➢ 1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş 20 Yanvar faciələrinə həsr olunan anım tədbiri

təşkil edilib (19 yanvar, 2019) ................................................................................................................... 554

➢ Tbilisidə “20 Yanvar gənclərin gözü ilə” adlı anım tədbiri keçirilib (19 yanvar, 2019) ........................ 556

➢ ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb (19 yanvar, 2019) .................. 558

➢ İsveçdə yaşayan azərbaycanlılar 20 Yanvar şəhidlərinin xatirəsini anıblar (19 yanvar, 2019) .............. 559

➢ Azərbaycan diasporu Yunanıstanda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirib (20 yanvar, 2019) ........ 560

➢ Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (20 yanvar, 2019) .... 561

➢ Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar, 2019) .......................................................... 562

➢ Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidinin xatirəsi anılıb (20 yanvar,

2019) ......................................................................................................................................................... 563

➢ Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar, 2019) ..................................................... 564

➢ Sankt-Peterburqda 20 Yanvar qurbanlarının xatirəsi anılıb (21 yanvar, 2019) ...................................... 566

➢ Türkiyənin “Bengü türk” kanalının “Azərbaycan ruzigarı” verilişi 20 Yanvar faciəsinə həsr olunub (21

yanvar, 2019) ............................................................................................................................................. 567

➢ Rotterdam şəhərində Qanlı Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib (21 yanvar, 2019) ..... 569

➢ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Batumi Dövlət Universitetində anım tədbiri təşkil

edilib (21 yanvar, 2019) ............................................................................................................................ 570

Page 23: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

23

2000

Azərbaycan Respublikasının Ankaradakı səfirliyi xatirə gecəsi

keçirmişdir

(yanvar, 2000-ci il)

20 Yanvar faciəsinin 10-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Ankara səfirliyi "Atatürk

Mədəniyyət, Dil və Tarix Ali Şurası" binasının konfrans salonunda xatirə gecəsi keçirmişdir.

Xatirə gecəsində Türkiyə Respublikasının dövlət naziri Əbdülhaluk Çay, Türkiyə-Azərbaycan Dostluq

Cəmiyyətinin sədri Müzəffər Özdağ, Türkiyə Yazıçılar və Jurnalistlər Fondunun sədri Yəhya Akengin,

Ankarada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşları, burada təhsil alan tələbələrimiz və ölkədə

ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirdilər.

Tədbir iştirakçıları Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsini

bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev öz çıxışında

Yanvar faciəsində şəhid olan və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən vətəndaşlarımızın

xatirəsinin ürəklərdə daim yaşayacağını vurğuladı, xalqımızın bu haqlı mübarizədə hər zaman Türkiyənin

dəstəyini hiss etdiyini və bunun üçün minnətdar olduğunu bildirdi.

Türkiyənin dövlət naziri Əbdülhaluk Çay 1990-cı ilin Qanlı yanvar hadisələrinin yalnız Azərbaycanda deyil,

Türkiyə xalqının qəlbində də dərin yara açdığını və bütün ictimaiyyət tərəfindən böyük qəzəb və həyəcanla

qarşılandığını söylədi.

Xatirə gecəsində Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Müzəffər Özdağ, TҮRKSOY

Təşkilatının baş direktorunun müavini Ziya Yılmazer, Türkiyə Yazıçılar və Jurnalistlər Fondunun sədri Yəhya

Akengin, Türkiyədəki hərbi attaşemiz, polkovnik Baxış Ələkbərov çıxış etdilər.

Ankarada təhsil alan tələbələrimiz Gündüz Abdulov və Xalidə Abbasova 20 Yanvar faciəsinə və

şəhidlərimizin xatirəsinə həsr olunmuş şerlər oxudular.

Sonra 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar sənədli film göstərildi.

Xatirə gecəsində Türkiyənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdilər.

Tural RZAYEV

AzərTAÇ-ın xüsusi müxbiri

ANKARA

“Xalq Qəzeti”. - 2000. – 22 yanvar. - N 15. - S. 3.

Page 24: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

24

2001

Azərbaycan Respublikasının Ankaradakı səfirliyi Qanlı Yanvar şəhidlərimizin xatirəsini

yad etmişdir

(yanvar, 2001-ci il)

Azərbaycan Respublikasının Ankaradakı səfirliyi 20 Yanvar faciəsinin on birinci ildönümü ilə əlaqədar

xatirə gecəsi təşkil etmişdir. Tədbir Ankaradakı "Atatürk mədəniyyət, dil və tarix qurumu" binasının konfrans

salonunda keçirilmişdir.

20 Yanvar şəhidlərimizi xatirə gecəsində Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri,

Ankarada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşları, burada işləyən soydaşlarımız və təhsil alan

tələbələrimiz iştirak edirdilər.

Tədbir iştirakçıları vətənimizin azadlığı və müstəqilliyi uğrunda həyatını qurban vermiş şəhidlərimizin

xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi. 1990-

cı il 20 Yanvar faciəsi haqqında çəkilən sənədli film nümayiş etdirildi.

Türkiyə Respublikasının dövlət naziri Əbdülhaluk Çay, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev,

Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Müzəffər Özdağ, cəmiyyətin üzvü istefada olan general Həsən

Kundakçı, Türkiyə Mədəniyyət və İncəsənət Fondunun (TÜRKCAB) sədri Yahya Akengin, ölkəmizin

Türkiyədəki səfirliyinin hərbi attaşesi polkovnik Baxış Ələkbərov, tələbə Əbülfət Abdullayev çıxış etdilər.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər oxudular.

Daha sonra tədbirin iştirakçıları "20 Yanvar faciəsi" adlı foto sərgiyə baxdılar.

Tural Rzayev, AzərTAç-ın xüsusi müxbiri.

Ankara.

Page 25: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

25

Azərbaycanın Almaniyadakı səfirliyində Qanlı Yanvar faciəsi

yad edilmişdir

(yanvar, 2001-ci il)

Müstəqil Azərbaycan Respublikasının tarixinə Qanlı Yanvar kimi daxil olmuş faciədən on bir il keçməsinə

baxmayaraq, xalqımızın hərbi təcavüzlə qarşılaşdığı həmin müdhiş gecəni hər bir azərbaycanlı heç vaxt

unutmur.

AFR-də yaşayan soydaşlarımız, qardaş türk xalqının nümayəndələri, almanlar Qanlı Yanvar faciəsinin on

birinci ildönümünü qeyd etmək və vətənimizin suverenliyi, azadlığı naminə həyatlarını qurban vermiş

şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə yanvarın 20-də Azərbaycanın Almaniyadakı səfirliyinə

axışırdılar.

Matəmsayağı bəzədilmiş salonda və dəhlizlərdə rus ordusunun Qanlı Yanvarda törətdiyi görünməmiş

qəddarlığını əks etdirən tarixi foto sənədlər və rəsm əsərləri asılmışdı.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasim iştirakçıları Azərbaycanın dövlət himninin

sədaları altında ayağa qalxdılar.

Ekranda 20 Yanvar faciəsinin törədildiyi müdhiş gecəni və şəhidlərimizin dəfn mərasimini əks etdirən

kadrlar bir-birini əvəz etdi.

Türkiyədən gəlmiş axundlar şəhidlərimizin əziz xatirəsinə fatihə verdilər, yasin oxudular. Azərbaycan

səfirliyi, Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyası, Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzi

şəhidlərimizə ehsan verdilər. Allah qəbul eləsin, Allah şəhidlərimizə rəhmət eləsin!

Türkiyənin TRT İnternational, həmçinin TD-1 Berlin televiziya kanalları matəm mərasimində çəkilişlər

apardılar. Bununla əlaqədar hazırlanacaq verilişlər Berlində və Avropanın bir sıra ölkələrində yayımlanacaqdır.

Yusif Xəlilov, AzərTAç-ın xüsusi müxbiri.

Berlin.

Page 26: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

26

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində

xatirə mərasimi keçirilmişdir

(yanvar, 2001-ci il)

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də ölkəmizin Tehrandakı səfirliyində xatirə

mərasimi keçirilmişdir. Səfirliyin əməkdaşları, İranda işləyən Azərbaycan nümayəndələri ailə üzvləri ilə

birlikdə mərasimdə iştirak etmişlər.

Türkiyənin, Gürcüstanın, Özbəkistanın, Tacikistanın İrandakı səfirləri və bir sıra digər ölkələrin diplomatik

korpuslarının nümayəndələri, turistlər, azərbaycanlı ziyalılar həmin gün səfirliyimizə gələrək şəhidlərimizin

xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmişlər.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Qonaqlar Qanlı Yanvar faciəsini əks etdirən foto-stendə və "Qanlı Bakı" sənədli filminə baxmış, xatirə

kitabına ürək sözlərini yazmışlar.

Üzeyir Kərimov, AzərTAç-ın xüsusi müxbiri.

Tehran.

Page 27: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

27

Azərbaycanın Gürcüstandakı səfirliyində xatirə mərasimi

keçirilmişdir

(yanvar, 2001-ci il)

1990-cı ilin o müdhiş gecəsində sovet qoşunlarının Bakıda və Azərbaycanın bir sıra bölgələrində törətdiyi

qanlı faciə nəinki dost gürcü xalqının, həm də bu məmləkətdə yaşayan bütün soydaşlarımızın qəlbini

göynətmişdi. Bu ələmli hadisəni onlar o vaxtdan bəri hər il ağrılı-acılı hisslərlə, kədərlə qeyd edirlər.

Artıq can üstündə olan imperiyanın son nəfəsdə xalqımızı mübtəla etdiyi faciənin 11-ci ildönümü ilə

əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyi yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi.

Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirimiz Hacan Hacıyev Sovet Ordusunun Tbilisidən sonra Bakıda da

dinc və silahsız insanları qanına qəltan etməsindən, neçə-neçə adamın itkin düşməsindən, ağır işgəncələrə məruz

qalmasından danışdı, bu faciəyə ancaq Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ədalətli siyasi qiymət

verildiyini vurğuladı. Səfir bildirdi ki, indi Prezidentimizin qətiyyətli və ardıcıl daxili, xarici siyasəti sayəsində

Azərbaycan xalqı daha da birləşərək, qan bahasına qazanılmış müstəqilliyimizi və suverenliyimizi getdikcə

möhkəmləndirir, müasir tariximizə yeni-yeni parlaq və şanlı səhifələr yazır.

Axırda Hacan Hacıyev jurnalistlərin çoxsaylı suallarına cavab verdi.

Sonra Tbilisinin Cümə məscidində Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarından gəlmiş

soydaşlarımızın iştirakı ilə matəm mərasimi keçirildi. Qafqaz müsəlmanlarının Gürcüstandakı qazisi Məşədi Əli

Azərbaycanın azadlığı uğrunda canlarından keçib şəhid olanların ruhuna dua oxudu və ehsan verildi.

Şahismayıl Məmmədov, AzərTAç-ın xüsusi müxbiri.

Tbilisi.

“Respublika”. - 2001. – 23 yanvar. - N 17. - S. 2.

Page 28: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

28

2004

Ərəb dünyası 20 Yanvar barədə məlumatlandırılır

(19 yanvar, 2004-cü il)

Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, missiya 20 Yanvar faciəsi ilə

əlaqədar bəyanat hazırlayaraq, Krallığın Xarici İşlər Nazirliyinə və mətbuat orqanlarına, Körfəz ölkələrinin

kütləvi informasiya vasitələrinə, informasiya agentliklərinə, dost müsəlman ölkələrində yayılması üçün İslam

Konfransı Təşkilatının Baş Katibliyinə, İslam Xəbərlər Agentliyinə göndərilmişdir. Bəyanatda deyilir ki, 1990-

cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələrdə keçmiş sovet rəhbərliyi ermənilərlə əlbir olmuş və

beynəlxalq qanunları ciddi pozaraq, Azərbaycan xalqının hüquqlarına təcavüz etmiş, ona qarşı zorakılıq

törətmiş, müasir silah işlətməklə əliyalın insanların kütləvi qırğınına yol vermişdir. Lakin bu vəhşiliklər heç də

Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə, ölkədə müstəqillik uğrunda hərəkatın daha da

güclənməsinə gətirib çıxarmışdır.

Bu günlər Səudiyyə Ərəbistanının bir sıra dövlət və ictimai təşkilatlarının nümayəndələri səfirliklə əlaqə

saxlayıb Azərbaycan xalqı üçün kədərli hadisələrlə - əbədi Prezidentimiz Heydər Əliyevin vəfatının 40-cı günü

və 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar dərin hüznlərini bildirirlər.

Ölkənin rəsmi mətbuat orqanı olan “Ər-Riyad” qəzeti öz səhifələrində bəyanatın tam mətnini dərc etmişdir.

AzərTAc

Page 29: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

29

Türkiyədə 20 Yanvar şəhidlərinin xatirəsi yad olundu

(20 yanvar, 2004-cü il)

Yanvarın 20-də Azərbaycan Respublikasının Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü

ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə Türkiyənin tanınmış siyasət, elm və mədəniyyət xadimləri, Ankarada

yaşayan, işləyən professor və müəllimlərimiz, burada təhsil alan tələbələrimiz dəvət olunmuşdur. Tədbir

iştirakçıları bir dəqiqəlik sükutla 20 Yanvar 1990-cı ildə şəhid olan vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik

sükutla yad etdilər. Tədbirdə çıxış edən səfirimiz Məmməd Əliyev 12 ildir ki, Azərbaycan tarixinin kədərli, eyni

zamanda da qəhrəman səhifəsi olan 20 Yanvar faciəsinin Türkiyədə qeyd edildiyini bildirdi. Xalqımızın bu

hüznlü günündə hər zaman bizə mənəvi dəstək verən türkiyəli dost və qardaşlarımıza təşəkkürünü çatdırdı.

1990-cı ildə Azərbaycanda yaranan siyasi-ictimai vəziyyətə diqqət çəkən səfirimiz, o zaman da el ağsaqqalı

Heydər Əliyevin Moskvadakı səfirliyimizə gələrək, SSRİ rəhbərliyinin bu addımına qarşı sərt etiraz səsini

yüksəltdiyini nəzərə çarpdırdı. Azərbaycan xalqının iki gün bundan öncə ümummilli liderimiz Heydər Əliyevin

vəfatının 40-cı gününü andığını vurğulayan səfir müstəqilliyimiz uğrunda şəhid olan vətəndaşlarımızın və

həyatını Azərbaycanın güclənməsi və inkişafına həsr edən ulu öndərin əziz xatirəsinin daima xalqımızın

qəlbində yaşayacağını söylədi. Tədbirdə söz alan Türkiyənin sabiq mədəniyyət naziri, Əhməd Yasəvi vəqfinin

sədri, ölkənin tanınmış siyasi xadimi Namik Kəmal Zəybək iki ölkənin ənənəvi dostluğundan, bir millətin

müştərək mədəniyyətindən, tarixindən ətraflı söhbət açdı. Namik Kamal Zeybək mədəniyyət naziri olduğu

zaman İstanbulda arxivdə ərəb hərfləri ilə yazılan Osmanlı dövlətinə aid bir sənəd gördüyünü dedi. Bu sənədə

əsasən Osmanlı dövlətində yetim uşaqlara yataqxana inşası üçün Azərbaycan xalqının könüllü şəkildə pul

yığdığı və İstanbula göndərdiyi yazılmışdır. Bu fakta diqqət çəkən Namik Kamal Zeybək Azərbaycan xalqının

bundan sonra da dəfələrlə Türkiyəyə yardım göstərdiyini dilə gətirdi. Tədbirdə çıxış edən TÜRKSAV (Türkiyə

yazıçılar və sənətçilər vəqfi) sədri, şair Yəhya Akəngin, Türkiyə-Azərbaycan dostluq cəmiyyətinin sədr müavini

Egə Aslan, “Salamoğlu şirkətlər qrupunun” sədri, iş adamı Fərhad Salamoğlu qanlı Yanvar faciəsinin, şəhidlərin

əziz xatirəsinin türk xalqının da qəlbində daima yaşayacağına inandıqlarını bildirdilər. Ankarada təhsil alan

kursantlarımız “Qanlı gecə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

Yanvarın 20-də İstanbulun “Uyqulama” mehmanxanasının konfrans salonunda 20 Yanvar faciəsinin 14-cü

ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilmişdir. Gecəni giriş sözü ilə İstanbuldakı baş konsulumuz İbrahim

Yaqubov açmışdır. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra “20 Yanvar” və

“Erməni terroru” adlı sənədli filmlər nümayiş etdirilmişdir. Xatirə gecəsində Türkiyə-Azərbaycan dostluq və

həmrəylik cəmiyyətinin üzvü Ülviyyə Qasımova, professor Camal Anadol, professor Mehmed Saray ürək

sözlərini söyləmişlər. İstanbulda təhsil alan tələbələrimiz ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

AzərTAc

Page 30: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

30

Page 31: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

31

Ukraynada Qara Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

(20 yanvar, 2004-cü il)

Yanvarın 20-də Kiyev Müəllimlər evində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş gecə keçirilmişdir.

Tədbiri Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresi (UAK) təşkil etmişlər.

Gecənin əvvəlində 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Sonra şəhidlərin

ruhuna dualar oxunmuşdur. UAK-ın sədri Oqtay Əfəndiyev, Azərbaycan səfirliyinin ikinci katibi Arif Quliyev,

T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Fərhad Turanlı çıxışlarında tankların və güllələrin

köməyi ilə Azərbaycan xalqına qarşı soyqırım törətmiş M.Qorbaçov başda olmaqla Kreml rəhbərliyinin və onun

erməni əlaltılarının cinayətkar əməllərindən danışmışlar.

Bakıdakı qanlı hadisələrin şahidi olmuş politoloq və jurnalist Əli Dəmirov, Kiyev-Mogilyan

Akademiyasının müəllimi Ata Bağırov, hacı Şakir demişlər ki, torpaqlarımızın erməni işğalçılarından azad

edilməsi 20 Yanvar şəhidlərinin xatirəsinə ən yaxşı abidə olardı.

İrpenli şairə Natalya İsrafilova-Leşşenko Qara yanvar qurbanlarına həsr etdiyi şerini oxumuşdur.

Kiyevdəki Səməd Vurğun adına kitabxananın direktoru Qalina Kislaya xalqımıza başsağlığı vermiş, böyük

Kobzarın xalqların istibdaddan qurtarıb azadlığa çıxmaq arzusu haqqında şerini söyləmişdir.

Natiqlər bu dəhşətli hadisələr barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın

ümummilli lideri Heydər Əliyevin həlledici rolunu vurğulamışlar. UAK sədrinin müavini Vilayət Quliyev

bildirmişdir ki, məhz Heydər Əliyevin cinayətkar sovet rəhbərliyinə qarşı açıq etirazı və Kommunist

partiyasından çıxması bütün Azərbaycan millətini öz böyük və mərd liderindən nümunə götürməyə

ruhlandırmışdır.

Gecədə səfirliyin Qara yanvar faciəsi haqqında mətbuat üçün hazırladığı məlumat yayılmışdır.

AzərTAc

Page 32: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

32

Moskvada matəm gecəsi

(21 yanvar, 2004-cü il)

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrin 14-cü ildönümü ilə əlaqədar Moskvada

keçirilən matəm gecəsi bir dəqiqəlik sükutla başlanmışdır. Ölkəmizin Moskvadakı səfirliyinin və Ümumrusiya

Azərbaycan Konqresinin təşəbbüsü ilə diplomatik nümayəndəliyimizdə keçirilən bu tədbirdə Rusiyadakı

Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.

Əvvəlcə, ölkəmizin dövlət himni səsləndi.

Matəm gecəsini Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev açdı. O, Azərbaycanın dahi oğlu,

ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin həyatdan getməsini bir daha ürək ağrısı ilə xatırladaraq dedi

ki, xalqımız böyük öndərimizin irəli sürdüyü milli ideya ətrafında sıx birləşməklə bütün təhlükələrə qətiyyətlə

sinə gərə bilər. Qanlı yanvar hadisələri azadlıq uğrunda mübarizəmizin tarixinə əbədi yazılmışdır və bugünkü

gecə də həmin qanlı-qadalı günlərdə həlak olmuş günahsız insanların xatirəsinə həsr edilir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərov

dedi ki, Azərbaycan xalqı üçün bu qara tarixi – 1990-cı ilin 20 Yanvar gününü qeyd edərkən ürək ağrısı

keçirməmək, sovet qoşunlarının torpağımıza həyasızcasına və xaincəsinə müdaxiləsini xatırlayarkən hiddət və

nifrət hisslərini boğmaq çətindir. Biz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş o günlərin

qəhrəmanlarının müqəddəs xatirəsini həmişə ehtiramla anacağıq. Ə.İsgəndərov bildirdi ki, qanlı 20 Yanvar

hadisələri o vaxt hakimiyyətdə olan siyasətçilərin də, onların yeritdikləri siyasətin də yalan və saxta olduğunu

nümayiş etdirdi. Bu siyasətçilər düşünürdülər ki, bütün problemləri ancaq zorakılıq yolu ilə həll etmək olar. O,

həmin azğınlıqların günahkarlarının indiyədək cəzasını almamasından təəssüfləndiyini söylədi.

Rusiya Yazıçılar İttifaqının üzvü Alla Axundova vurğuladı ki, biz heç nəyi unutmamışıq və heç zaman da

unutmayacağıq. Azərbaycan xalqına qarşı törədilmiş bu azğınlıq və alçaqlıq bağışlanıla bilməz, beynəlxalq

ictimaiyyət bütün həqiqətdən tam xəbərdar olmalıdır. O, çıxışını faciəli 20 Yanvar hadisələrinə həsr etdiyi şerlə

bitirdi.

Həmin hadisələrin şahidi, dünyanın “qaynar nöqtələrində” işləyən müstəqil operator və rejissor Etibar

Cəfərov o faciəli günləri lentə almağa müvəffəq olduğunu və bu sənədli filmin xaricdə göstərildiyini bildirdi.

ÜAK-ın prezidenti Məmməd Əliyev Azərbaycan diasporunu bütün ümummilli problemlərdə birgə çıxış

etməyə, birlik və həmrəylik göstərməyə çağırdı.

Matəm gecəsinin bütün iştirakçıları yekdil fikirdə olduqlarını söylədilər ki, bu qanlı hadisələrin baisləri

əməllərinə görə məsuliyyət daşımalı və layiqli cəzalarını almalıdırlar.

AzərTAc

Page 33: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

33

Page 34: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

34

Azərbaycanın Daşkənddəki səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı

mərasim keçirilmişdir

(21 yanvar, 2004-cü il)

Azərbaycanın Daşkənddəki səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı mərasim

keçirilmişdir. Özbəkistanda və Cənubi Qazaxıstandakı Azərbaycan diasporunun, qardaş özbək xalqının

nümayəndələrinin və səfirliyin əməkdaşlarının iştirak etdikləri mərasimdə şəhidlərin ruhuna dualar oxunmuşdur.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə səfir Aydın Əzimbəyov 1990-cı il yanvarın 20-də

sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışmış və demişdir ki, həmin müdhiş

gecədə həlak olan igid oğlan və qızlarımız Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olaraq adlarını

tarixə yazdılar.

Azərbaycanın və Özbəkistanın xalq artisti Firidun Səfərov, Daşkənddəki Azərbaycan Mədəniyyət

Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov, soydaşlarımızdan Süleyman Məmmədov, Həmid Hüseynov

və başqaları çıxışlarında faciənin acı nəticələrindən söz açmış, xalqımızın mübarizə əzmini qıra bilməyən bu

qanlı hadisənin günahkarlarını ittiham etmişlər.

Sonda iştirakçılara 20 Yanvar faciəsi ilə bağlı məlumatlar toplusu paylanmış, Azərbaycan Mədəniyyət

Mərkəzləri Assosiasiyası tərəfindən ehsan verilmişdir.

AzərTAc

Page 35: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

35

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı

mərasim keçirilmişdir

(21 yanvar, 2004-cü il)

Azərbaycanın Gürcüstandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, 20 Yanvar faciəsinin 14-cü ildönümü

ilə əlaqədar keçirilən mərasimə toplaşanlar əvvəlcə faciəni əks etdirən sənədli videofilmə, habelə kitablar və

fotolardan ibarət sərgiyə baxmışlar. Səfir Hacan Hacıyev sabiq sovet imperiyası qoşunlarının vəhşilikləri,

erməni millətçilərinin fitnə-fəsadı ilə törədilən 20 Yanvar faciəsinin dəhşətləri barədə ətraflı məlumat vermişdir.

Səfir dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin vəfatının 40-cı gününü böyük qəlb ağrısı

ilə qeyd etdiklərini vurğulayaraq demişdir ki, o vaxt qanlı yanvar faciəsindən dərhal sonra Heydər Əliyev

həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı

keçirmiş, Azərbaycana qarşı törədilmiş hərbi təcavüzü dünyaya bəyan etmiş, sovet rəhbərliyinin xalqımızın

azadlıq uğrunda mübarizəsini boğmaq cəhdlərini qətiyyətlə pisləmişdir.

Gürcüstan parlamentinin deputatları Ramiz Bəkirov, Hidayət Hüseynov və başqaları Azərbaycanın

müstəqilliyi uğrunda canından keçənlərin xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını

bildirmişlər.

Tbilisidəki Cümə məscidində 20 Yanvar şəhidlərinin ruhuna dua oxunmuşdur.

AzərTAc

Page 36: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

36

Şəhidlərimizin əziz xatirəsi Əbu Dabidə ehtiramla anılmışdır

(21 yanvar, 2004-cü il)

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, 20 Yanvar

faciəsinin on dördüncü ildönümü ilə əlaqədar diplomatlarımız burada bir sıra tədbirlər keçirmişlər.

Həmin gün saat 12.00-da səfirliyin binası qarşısındakı dövlət bayrağımız rəmzi olaraq endirilmiş, şəhidlərin

əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Faciə barədə ərəb və ingilis dillərində mətbuat məlumatı

hazırlanaraq bu ölkənin Xarici İşlər Nazirliyinə, BƏƏ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərə,

mətbuat və informasiya vasitələrinə göndərilmişdir.

Mərkəzi mətbuat orqanı olan “Khaleej Times” qəzetində səfir Eldar Səlimovun 20 Yanvar faciəsi və onun

dəhşətli nəticələri barədə geniş müsahibəsi dərc olunmuşdur.

Səfirliyin və Dubay şəhərində yaşayan həmvətənlərimizin təşəbbüsü ilə “Marriott” mehmanxanasında

keçirilən görüşdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş övladlarımızın xatirəsi yad

edilmiş və onların ruhuna Qurandan ayələr oxunmuşdur.

AzərTAc

Page 37: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

37

20 Yanvar faciəsi ilə bağlı Strasburqda tədbir keçirilmişdir

(21 yanvar, 2004-cü il)

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən AzərTAc-ın müxbirinə bildirmişlər ki,

nümayəndəlikdə 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı bir sıra matəm tədbirləri keçirilmişdir.

Nümayəndəliyin binasında asılmış bayrağımıza qara lent bağlanmışdır. Həmçinin, nümayəndəlik tərəfindən

Avropa Şurası katibliyi və bu qurumun yanındakı müxtəlif ölkələrin nümayəndəlikləri arasında Qara Yanvar

faciəsinə dair sənəd yayılmışdır. Nümayəndəlikdə isə müdhiş gecədə şəhid olanların anma mərasimi

keçirilmişdir. Mərasimdə nümayəndəliyin rəhbəri səfir Aqşin Mehdiyev çıxış edərək həmin vaxt yüzdən çox

günahsız insanların sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilməsinin ölkəmizin tarixinə qanlı hərflərlə

yazıldığını və bu tarixin xalqımızın müstəqilliyi uğrunda unudulmaz gün kimi həkk olunduğunu qeyd etmişdir.

Tədbir iştirakçıları Qara Yanvar faciəsi zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

AzərTAc

Page 38: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

38

Sankt-Peterburqda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(21 yanvar, 2004-cü il)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhəri və Leninqrad vilayətindəki fəxri konsulluğundan

AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, konsulluq 20 Yanvar hadisələrinin 14-cü ildönümünə həsr

olunmuş xatirə gecəsi keçirmişdir. Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin və öz canlarını

vətənimizin azadlığı uğrunda qurban vermiş şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla anmışlar. Fəxri

konsul Qudsi Osmanov Azərbaycan xalqının başına gəlmiş dəhşətli fəlakətlərdən danışaraq bildirmişdir ki,

yalnız müdrik siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə yanvarın 20-də Bakıda törədilmiş

hadisələrə siyasi qiymət verildi, silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı

totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Tariximizə Qanlı Yanvar

kimi daxil olmuş bu faciə bir tərəfdən xalqımızın sinəsinə dağ çəksə də, digər tərəfdən onun milli azadlıq

ruhunu nümayiş etdirmişdir. Xatirə gecəsində Azərbaycan Milli-Mədəni Muxtariyyətinin şura sədri Vaqif

Məmişev, ziyalılar – professor Raqib Abbasov, professor Aza Rəhmanova, şəhərdə fəaliyyət göstərən

diplomatik korpusun başçıları, diasporaların nümayəndələri, gənc tələbələr iştirak etmişlər.

Şəhər Müsəlman məscidində çoxsaylı həmvətənlərimizin bilavasitə iştirakı ilə Heydər Əliyevin və

şəhidlərin ruhuna dualar oxunulmuş və ehsan verilmişdir.

AzərTAc

Page 39: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

39

“Əhli-Beyt” təşkilati 20 Yanvara həsr olunmuş matəm tədbiri keçirmişdir

(22 yanvar, 2004-cü il)

Rusiya paytaxtının baş məscidində “Əhli-Beyt” Moskva İslam Təşkilatının təşəbbüsü ilə 1990-cı il 20

Yanvar faciəsinə həsr olunmuş matəm mərasimi keçirilmişdir. Əvvəlcə, Azərbaycanın müstəqilliyi uğrunda

canlarından keçmiş şəhidlərin ruhları yad edilmişdir.

Rusiyanın müsəlman icması nümayəndələrinin iştirak etdikləri mərasimdə “Əhli- Beyt”in sədri hacı Nizami

Baloğlanov çıxış edərək, Azərbaycan xalqının yaddaşında əbədi qalacaq o faciəli günlərdən danışmışdır. O

bildirmişdir ki, 20 Yanvar Azərbaycanın ən yeni tarixinə qara hərflərlə yazılmışdır. Bu, hüzn günü, qəhrəmanlıq

günü, sınaq günüdür, hərbi təcavüz nəticəsində həlak olanlar isə xalq qəhrəmanları, milli qəhrəmanlarımızdır.

Çıxış edənlər həmin dövrdə aparılan təcavüzkar siyasət barədə danışmış, hadisələrin bəzi təfsilatlarını

xatırlamışlar. Mərasim iştirakçıları arasında faciəli Bakı hadisələrinin bilavasitə şahidləri də var idi.

Matəm mərasiminin sonunda şəhidlərin ruhuna dua oxunmuşdur.

AzərTAc

Page 40: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

40

Aşqabadda 20 Yanvar faciəsi qeyd olunmuşdur

(22 yanvar, 2004-cü il)

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirə günü ilə əlaqədar mərasim

keçirilmiş və ehsan verilmişdir. Mərasimdə Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsi yad

edilmiş, onların ruhuna dua oxunmuşdur.

Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov mərasim iştirakçıları qarşısında çıxış edərək

demişdir: “20 Yanvarda şəhidlik zirvəsinə ucalmış insanların arzusu çin oldu. Azərbaycan müstəqil dövlətə

çevrildi və dünya dövlətləri arasında öz layiqli yerini tutdu”.

Aşqabadda yaşayan azərbaycanlılardan Zahid Əliyev, Etibar Həsənov, Ramiz Bayramov və türkmən Yunus

Qaipov çıxış edərək, 20 Yanvarda sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciəni insanlığa sığmayan

bir hadisə adlandırmış, bunun türkmən xalqı tərəfindən də ürək ağrısı ilə yad edildiyini vurğulamışlar.

Aşqabadda yerləşən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri də xatirə günü ilə bağlı

Azərbaycanın Türkmənistandakı səfirliyinə gəlmiş, xalqımızın kədərini bölüşdüklərini bildirmişlər.

Səfirliyə gələnlər 20 Yanvar faciəsi ilə bağlı salonda yaradılmış fotoguşə ilə də tanış olmuşlar

AzərTAc

Page 41: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

41

2005

Moskvada Qanlı Yanvar hadisələrinin 15-ci ildönümünə həsr olunmuş

“Dəyirmi masa” keçirilmişdir

(17 yanvar, 2005-ci il)

Moskvadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti “1990-cı ilin yanvar hadisələri Azərbaycanın

çağdaş tarixi baxımından” mövzusunda “Dəyirmi masa” keçirmişdir.

Cəmiyyətin sədri Tofiq Məlikov çıxışında bildirmişdir ki, “Qara yanvar” və Azərbaycan tarixində ondan

əvvəlki faciəli hadisələr düşmənlərimizin XX əsr boyu xalqımıza qarşı yeritdiyi düşünülmüş siyasətin məntiqi

davamı idi. Azərbaycan xalqının soyqırımını, Sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq

olunmasını, nəticədə ölkənin sahəsinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalmasını,

habelə azərbaycanlıların Ermənistandan qovulmasını və Dağlıq Qarabağ hadisələrini vahid kontekstdə nəzərdən

keçirmək lazımdır və 1990-cı ilin qanlı yanvar hadisələri bütün bu antiazərbaycan prosesinin məntiqi

yekunudur. 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının tarixində dönüş anı olmuşdur. O zaman

xalq “daha yetər” demiş və onu uçuruma aparan hakimiyyətin əleyhinə, öz müstəqilliyi və suverenliyi uğrunda

mübarizəyə qalxmışdı. 20 Yanvar hadisələri şüurumuzda, milli özünüdərkimizdə də dönüş nöqtəsi kimi

müstəsna əhəmiyyətə malikdir. Xalq anlamışdı ki, Azərbaycanın gələcəyi onun müstəqilliyi, ərazi bütövlüyü,

milli mənafelərinin müdafiəsi ilə sıx bağlı olmalıdır.

“Dəyirmi masa”da çıxış edən Azərbaycan diasporunun tanınmış nümayəndələri müxtəlif səviyyələrdə

təbliğat işinin gücləndirilməsinin zəruriliyindən danışmışlar. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK)

İcraiyyə Komitəsi sədrinin birinci müavini Ramiz Abutalıbov Qərbin və Qərb KİV-lərinin “Qanlı yanvar”

hadisələrinə münasibətindən danışmışdır. Şair və yazıçı İlham Bədəlbəyli bu hadisələrin Azərbaycan

yazıçılarının yaradıcılığında əksini tapması məsələlərinə toxunaraq bildirmişdir ki, həmin mövzuda əsərlərin

yaradılması və öyrənilməsi gənclərimizdə milli vətənpərvərlik hisslərinin inkişafına xidmət edərdi. Təbliğat

işinin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin xaricdə, o cümlədən Rusiyada daha geniş yayılması ilə

bağlı təkliflər irəli sürülmüşdür.

“Dəyirmi masa”da Azərbaycanın Moskvadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin

nümayəndələri iştirak etmişlər.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 42: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

42

Avstriyada yaşayan həmvətənlərimiz beynəlxalq təşkilatları 20 Yanvar hadisələri haqqında

məlumatlandırırlar

(17 yanvar, 2005-ci il)

Azərbaycanın Avstriyadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, bu ölkədə fəaliyyət göstərən

Azərbaycan Akademik Birliyinin fəalları Avstriya parlamentinə, siyasi partiyalara, ATƏT-in Vyanadakı

qərargahı və Varşavadakı İnsan Haqları və Demokratik Təsisatlar Bürosuna, BMT-nin Vyanadakı bölməsinə 20

Yanvar faciəsi haqqında geniş məlumatlar göndərmişlər.

Birliyin üzvləri Avstriya Sosial-Demokrat Partiyasının gənclər təşkilatı ilə görüşdə mövzuya dair fikir

mübadiləsi apararaq, Bakıda törədilən vəhşiliklər barədə danışmışlar.

Birliyin fəxri prezidenti, avstriyalı tarixçi alim, yazıçı, türkşünas Erix Fayql öz ölkəsində çap olunan bütün

qəzetlərə faciə ilə bağlı məlumatlar vermişdir.

AzərTAc

Page 43: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

43

20 Yanvar faciəsinin on beşinci ildönümü Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı

səfirliyində qeyd edilmişdir

(17 yanvar, 2005-ci il)

“20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin

Sərəncamına uyğun olaraq, ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində bir sıra tədbirlər

keçirilmişdir.

Səfir Elman Araslı Səudiyyə Ərəbistanının rəsmi dairələrinin, ictimaiyyətin və bu ölkədəki diplomatik

korpusun nümayəndələri ilə görüşərək qanlı 20 Yanvar hadisələrinin səbəbləri və ağır nəticələri barədə ətraflı

məlumat vermişdir. Görüşlərin iştirakçıları dinc əhaliyə qarşı bu qanlı cinayəti törədənlərin əməllərini

pisləmişlər.

20 Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar yerli kütləvi informasiya vasitələrinə müsahibə verən

səfir E.Araslı Azərbaycan xalqının milli azadlıq hərəkatının tarixinə nəzər salmış, müstəqil respublikamızın

sosial-iqtisadi və siyasi sahələrdə qazandığı uğurlardan söhbət açmışdır.

Səfirlik Qara Yanvar hadisələrinə həsr edilmiş 34 səhifəlik bülleten hazırlayaraq Səudiyyə Ərəbistanının

dövlət və hökumət qurumlarında, Ər-Riyaddakı diplomatik nümayəndəliklərdə, beynəlxalq təşkilatlarda

yaymışdır.

Səudiyyə Ərəbistanında azərbaycanlı mütəxəssislərin işlədikləri kollektivlərdə keçirilmiş tədbirlərdə,

həmçinin həcc ziyarətinə gəlmiş soydaşlarımızın məclislərində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad

edilmiş, ehsanlar verilmişdir.

AzərTAc

Page 44: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

44

20 Yanvar faciəsi ilə bağlı Daşkənddəki səfirliyimizdə

mətbuat konfransı keçirilmişdir

(19 yanvar, 2005-ci il)

20 Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yerli və

xarici jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.

Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Surxay Əliyev öz çıxışında bildirmişdir ki, o müdhiş

gecə sovet ordusunun, daxili qoşunların, xüsusi təyinatlı dəstənin çoxsaylı üzvləri Bakıya yeridilmiş, 130-dan

çox adam həlak olmuş, 700 adam yaralanmışdır. Həmin gecə 5,45 kalibrli zəhərli güllələrdən istifadə edilmişdir

ki, bu, bütün beynəlxalq konvensiyalara ziddir. Fövqəladə vəziyyət elan olunması ilə bağlı SSRİ-nin o vaxtkı

rəhbəri Mixail Qorbaçovun fərmanı isə yalnız növbəti gün, yanvarın 20-si səhər oxunmuşdur.

S.Əliyev demişdir: “SSRİ-nin rəhbərlərindən biri olmuş Heydər Əliyev yanvarın 21-də Azərbaycanın

Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirmiş, sovet ordusunun Bakıya yeridilməsini kəskin

şəkildə pisləmiş, bunun məsuliyyətini M.Qorbaçovun üzərinə qoymuş, etiraz əlaməti olaraq kommunist

partiyası sıralarından çıxmışdır”.

Sonra S.Əliyev jurnalistlərin suallarına cavab vermişdir.

Səfirliyimiz Daşkənddəki səfirliklərə və beynəlxalq təşkilatlara 20 yanvar faciəsi ilə bağlı geniş məlumat

toplusu göndərmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Astana

Page 45: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

45

ABŞ-ın Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır

(19 yanvar, 2005-ci il)

ABŞ-ın Azərbaycan icması 20 Yanvar hadisələrinin on beşinci ildönümü ilə əlaqədar məlumat yaymışdır.

Məlumatda 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının törətdikləri vəhşiliklərin Azərbaycan xalqının

azadlıq hisslərinin boğulmasına yönəldiyi vurğulanmış, Bakıda həmin gecə baş verən qırğınların əsas səbəbkarı

kimi Mixail Qorbaçov göstərilmişdir. Məlumatda deyilir: “Küçədə, yolda, mənzillərinin eyvanında dayanmış

sakinlər, şəhərdə hərəkət edən avtomobillər sovet qoşunlarının hədəfinə çevrilmişdir. Hər tərəfdə insan cəsədləri

var idi: azərbaycanlı, rus, tatar, yəhudi. Hərbçilər qadınları, uşaqları, hətta qocaları belə güllələyirdilər. Bütün

bunlar Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Əksinə, bu faciə Azərbaycanın

müstəqillik mübarizəsini gücləndirdi”.

ABŞ-ın Azərbaycan icması dünya ictimaiyyətini Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsini yad

etməyə çağırır və bildirir ki, Azərbaycan xalqının müstəqillik mübarizəsində verdiyi qurbanlar

unudulmamalıdır.

AzərTAc

Page 46: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

46

Azərbaycanın Qahirədəki səfirliyində şəhidlərin xatirəsi anılmışdır

(19 yanvar, 2005-ci il)

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirlik Qanlı Yanvar

faciəsinin on beşinci ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmişdir.

Səfir Faiq Bağırov keçirdiyi mətbuat konfransında Misirin və Ərəb dünyasının nüfuzlu kütləvi informasiya

vasitələri – “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əl-Diplomasi”, “Əl-Dauli”, “Afaq Əl-Arabiyyə”, “Əl-Həyat”,

“Əl-Misir”, “Əl-Yaum” qəzetləri, həmçinin “Əl-Batan Əl-Arabi”, “Sittə Oktober”, “Kəlam Əl-Nəs” jurnalları,

Türkiyənin “Zaman” qəzetinin Yaxın Şərqdəki, Misir radiosunun Cənubi Asiya və Yaxın Şərq İdarəsinin

nümayəndələrinə XX əsrdə imperiyanın həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar

hadisələrinin səbəbləri və ağır nəticələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, həmçinin Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, jurnalistlərin çoxsaylı suallarını

cavablandırmışdır.

Xalqımızın başına gətirilən müsibətləri, qırğınları faktlarla göstərən xüsusi press-reliz hazırlanmış və

Misirin rəsmi dairələrinə, ictimaiyyətin nümayəndələrinə və Qahirədə akkreditə olunmuş səfirlik və beynəlxalq

təşkilatlara göndərilmişdir. Bundan başqa, səfirlikdə ölkəmizin azadlığı uğrunda mübarizə tarixini əks etdirən

fotosərgi təşkil olunmuş, Misirdə çalışan, təhsil alan, müvəqqəti və daimi yaşayan həmvətənlərimizin iştirakı ilə

anma mərasimi keçirilmiş, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın

əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AzərTAc

Page 47: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

47

Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar

tədbir keçirilmişdir

(19 yanvar, 2005-ci il)

Tədbirdə Türkiyənin tanınmış siyasət, elm, mədəniyyət xadimləri, Türkiyə-Azərbaycan Dostluq

Cəmiyyətinin üzvləri, dost və qardaş ölkədə işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər. Şəhidlərimizin

xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra salonda Azərbaycanın və Türkiyənin dövlət himnləri

səsləndirilmiş, 20 Yanvar faciəsi ilə əlaqədar sənədli film göstərilmişdir. Sonra çıxışlar olmuşdur. Natiqlər 20

Yanvar hadisələrini Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirmiş, 1990-cı ilin Qanlı

Yanvarını Türkiyədə məşhur olan “Şəhidlər ölməz - vətən bölünməz!” deyimi ilə dəyərləndirmiş, Vətənimizin

azadlığı, müstəqilliyi uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsinin yalnız Azərbaycan xalqının

yaddaşında deyil, ümumtürk tarixinə də qızıl hərflərlə həkk olunduğunu vurğulamışlar.

Zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin sovet ordusu tərəfindən törədilən qanlı cinayətdən

dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini ən çətin

günlərimizdə xalqımıza təsəlli və mübarizlik ruhu aşıladığı dönə-dönə vurğulanmışdır.

Sonra tədbirin iştirakçıları səfirlikdə 20 Yanvar hadisələrinə həsr olunmuş fotoekspozisiyaya baxmışlar.

Tural Rzayev

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 48: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

48

Azərbaycanın Budapeştdəki səfirliyində Qanlı 20 Yanvar qurbanlarının

xatirə gecəsi keçirilmişdir

(22 yanvar, 2005-ci il)

Müxtəlif vaxtlarda sovet totalitar rejiminin qurbanları olmuş ölkələrin diplomatlarının, Elmlər Akademiyası,

elmi tədqiqat institutları, universitetlərin, nəşriyyatların, kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə

Azərbaycan diasporu üzvlərinin toplaşdıqları gecənin iştirakçıları Qanlı Yanvar qurbanlarının, həmçinin sovet

totalitar rejiminin bütün qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra gecəyə toplaşanlar 20

Yanvar hadisələrini əks etdirən materiallarla tanış olmuşlar. Məlumat verilmişdir ki, bu hadisələrdən əvvəl

Dağlıq Qarabağ ətrafında münaqişələr, erməni təcavüzü baş vermişdi.

Qeyd olunmuşdur ki, respublikamızın əzəli torpaqlarına yiyələnmək iddiasında olan erməni separatçıların

Qorbaçov rejimi tərəfindən açıq surətdə dəstəklənməsindən, Kremlin bütün siyasətindən hiddətlənmiş

Azərbaycan xalqı SSRİ-nin tərkibindən çıxmaq tələbi ilə küçə və meydanlara axışmışdı. Məhz o zaman

Azərbaycanda xalq azadlıq hərəkatını boğmaq məqsədi ilə keçmiş Sovet İttifaqı rəhbərliyinin qərarı ilə yanvarın

19-dan 20-nə keçən gecə Bakıya və respublikanın digər rayonlarına silahlı qoşunlar və tanklar yeridilmişdi.

Azərbaycanın o vaxtkı ali rəhbərliyi isə qan axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görməmişdi.

Nəticədə dinc əhali arasında 1000-dən çox ölən və yaralanan vardı, yüzlərlə bina dağıdılmış və yandırılmışdı.

O zamankı sovet rəhbərliyinin riyakarlığını və qəddarlığını bütün dünyaya açıqlamış müasir dövrün

görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti kimi, bu adamların da hünəri Azərbaycan

xalqı və gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi olacaqdır.

Azərbaycanın Budapeştdəki səfirliyi 20 Yanvar hadisələrinə həsr olunmuş mətbuat sənədi hazırlamış və

yaymışdır. Xatirə gecəsinə toplaşanlara 20 Yanvar hadisələri ilə bağlı sənədli kadrlar da göstərilmişdir.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Page 49: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

49

20 Yanvar Şəhidlərinin nurlu xatirəsi Ukraynada yad edilmişdir

(22 yanvar, 2005-ci il)

Yanvarın 20-də Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə birlikdə

1990-cı ilin “Qara yanvar” hadisələrinin on beşinci ildönümü ilə əlaqədar tədbir keçirmişdir.

Səfirlikdə qara lent bağlanmış Azərbaycanın dövlət bayrağı matəm əlaməti olaraq endirilmişdi.

Diplomatlarımız Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş

qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra səfirlik UAK ilə birlikdə Kiyev Zabitlər evində xatirə gecəsi keçirmişdir. Tədbirdə Azərbaycan

diplomatları, Ukrayna Prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi, Ukrayna müsəlman və

xristian konfessiyalarının başçıları iştirak etmişlər.

Xatirə gecəsində çıxış edənlər vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş müxtəlif

millətlərdən olan Azərbaycan övladlarının qəhrəmanlığını yüksək qiymətləndirmişlər. Şeyx İmad Qurandan

surələr oxumuş, arxiyepiskop Dmitri, Kiyev patriarxlığı Ukrayna pravoslav kilsəsinin Kiyev Ruhani

Akademiyasının rektoru şəhidlərin ruhuna dua etmişlər. Gecədə səfirliyin hazırladığı mətbuat üçün məlumat

yayılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilmişdir.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 50: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

50

Azərbaycanın Pakistandakı səfirliyində faciənin ildönümü

qeyd edilmişdir

(22 yanvar, 2005-ci il)

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin on beşinci

ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar

faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə

Pakistanın rəsmi dairələrinin, buradakı diplomatik korpusun nümayəndələri, Pakistan-Azərbaycan Dostluq

Cəmiyyətinin üzvləri, ölkədə yaşayan Azərbaycan vətəndaşları, tələbələr və səfirliyin əməkdaşları iştirak

etmişlər.

Mərasimdə qanlı 20 Yanvar hadisələrinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst

şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət, xalqımızın düçar olduğu faciənin ağır nəticələri

barədə məlumat verilmiş, o müdhiş günlərdə xalqımızın qəhrəmanlıq və şücaətindən, nümayiş etdirdiyi

birlikdən danışılmışdır.

Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən sərgi ilə tanış olmuş, Azərbaycan televiziyası ilə Şəhidlər

xiyabanından yayımlanan matəm mərasimini izləmiş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dinc

əhaliyə qarşı qanlı faciəni törədənlərin əməllərini pisləmişlər.

AzərTAc

Page 51: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

51

Azərbaycanın Avstriyadakı səfirliyində 20 Yanvar şəhidlərinin

xatirəsi yad edilmişdir

(22 yanvar, 2005-ci il)

Azərbaycanın Avstriyadakı səfirliyində 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilmişdir. Tədbirdə

Avstriyadakı diasporumuzun nümayəndələri, bu ölkədə təhsil alan tələbələr, Vyanada yerləşən beynəlxalq

təşkilatlarda çalışan azərbaycanlılar, eləcə də, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili

(Ombudsman) Elmira Süleymanova iştirak etmişlər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra qanlı faciənin baş vermə

səbəbləri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığından

danışılmışdır.

Ombudsman E.Süleymanova “Azərbaycan bu gün” adlı məruzə ilə çıxış etmiş, 20 Yanvar və Xocalı

faciələri ilə bağlı fikirlərini bölüşmüşdür.

Mərasim iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş kinofilmə və fotosərgiyə baxmışlar.

Sonda faciə qurbanlarının xatirəsinə ehsan verilmişdir.

AzərTAc

Page 52: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

52

20 Yanvar faciəsi qurbanlarının xatirəsi

Birləşmiş Ərəb Əmirliklərində anılmışdır

(22 yanvar, 2005-ci il)

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyindən AzərTAc-a bildirmişlər ki, faciənin on

beşinci ildönümü ilə əlaqədar yanvarın 20-də saat 12.00-da səfirliyin binası qarşısında dalğalanan dövlət

bayrağımız endirilmiş, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

İldönümü ərəfəsində səfirliyin ərəb və ingilis dillərində hazırladığı mətbuat məlumatı BƏƏ Xarici İşlər

Nazirliyinə, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, kütləvi informasiya vasitələrinə

göndərilmişdir. Sənəddə Azərbaycan xalqının başına gətirilən bu faciə barədə ətraflı məlumat vardır. Bundan

əlavə, səfirlikdə Pakistan, Çin, Avstraliya, Hindistan, Malayziya, İndoneziya və digər ölkələrin səfirləri ilə görüş

keçirilmiş, onlara qanlı hadisə və onun mahiyyəti haqqında dolğun məlumat verilmişdir.

Dubay şəhərində yaşayan həmvətənlərimizin təşəbbüsü ilə “Marriott” mehmanxanasında 20 Yanvar

faciəsinin ildönümü ilə əlaqədar toplantı keçirilmişdir. Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını

qurban vermiş soydaşlarımızın xatirəsi yad edilmiş və Qurani-Kərimdən ayələr oxunmuşdur.

AzərTAc

Page 53: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

53

Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

(22 yanvar, 2005-ci il)

Yanvarın 20-də Berlində 20 Yanvar faciəsinin 15-ci ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.

Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunda keçirilən xatirə gecəsinə

toplaşan Azərbaycan diasporunun, diplomatik missiyamızın, Almaniya ictimaiyyətinin nümayəndələri,

Bundestaqın üzvləri, Berlin universitetlərində təhsil alan azərbaycanlı, türk və alman tələbələr öncə Berlindəki

İmam Rza məscidində şəhidlərimizin ruhuna yasin oxutdurduqdan sonra institutda xatirə mərasiminə

toplaşdılar. İnstitutun dəhlizində şəhidlərin şəkilləri üzərinə səpilmiş qırmızı qərənfillər və yandırılmış şamlar o

müdhiş qanlı gecənin bütün dəhşətlərini xatırladırdı.

Mərasimdə çıxış edən natiqlər xalqımızın 15 il öncə sovet imperiyası tərəfindən terrora məruz qalmasını

qətiyyətlə pisləyərək, baş vermiş hadisəni xalqımızın azadlıq, müstəqillik və milli dövlətçilik amallarına qarşı

terror aktı kimi səciyyələndirdilər.

Faciənin canlı şahidi olan Nizami İnstitutunun direktoru, şairə Nuridə Atəşi bütün həqiqətləri bir daha can

yanğısı ilə xatırladı, “Qarabağımız, Qarabağımız” kitabından Qanlı Yanvar və Xocalı faciəsi ilə bağlı bölmələri

almancaya şərhi ilə xatirə mərasiminə toplaşanlara təqdim etdi.

Avropa Azərbaycanlıları Konqresinin sədri Bahəddin Kayanın dünya azərbaycanlılarına müraciəti

oxunduqdan sonra “20 Yanvar - qanlı Bakı” filmi Berlin ictimaiyyətinə nümayiş etdirildi. Sonda ehsan verildi.

Yusif Xəlilov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 54: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

54

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 20 Yanvar faciəsi

münasibətilə tədbir keçirilmişdir

(22 yanvar, 2005-ci il)

Tədbirdə Azərbaycan Respublikasının ÇXR-dəki səfirliyinin əməkdaşları, Pekində təhsil alan azərbaycanlı

tələbələr və Çində müvəqqəti fəaliyyət göstərən bir sıra azərbaycanlı iş adamları iştirak etmişlər.

Tədbirdə 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışılmış və həmin günün ölkəmizin tarixində

Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi mühüm əhəmiyyət kəsb etdiyini

vurğulamışdır.

Mərasimdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik

sükutla anılmış və 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Həmin gün tədbir iştirakçıları Pekin məscidini ziyarət etmiş və orada axundlar tərəfindən şəhidlərimizin

ruhuna dualar oxunmuşdur.

AzərTAc

Page 55: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

55

Ümumrusiya Azərbaycan Konqresi 20 Yanvar faciəsi ilə əlaqədar

ölkəmizin Rusiyadakı səfirliyində xatirə gecəsi keçirmişdir

(22 yanvar, 2005-ci il)

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar ölkəmizin

Rusiyadakı səfirliyində xatirə gecəsi keçirmişdir.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndi.

İştirakçılar Qanlı Yanvar faciəsi qurbanlarının nurlu xatirəsini bir dəqiqəlik sükutla andılar.

Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev gecəni açaraq bildirdi ki, Azərbaycanın ən yeni tarixindəki

bu faciəli hadisə bütün respublikamızda olduğu kimi, Moskvada da hər il qeyd edilir. Harada yaşadığından asılı

olmayaraq, bütün azərbaycanlılar Azərbaycanın dövlət müstəqilliyinə qovuşması ərəfəsində baş verən “Qara

Yanvarı” xatırlamalıdırlar. Səfir 1990-cı il Yanvarın 20-də törədilmiş qanlı hadisələrdən danışdı, bu barədə

xatirələrini bölüşdü. R.Rizayev ümummilli liderimiz Heydər Əliyevin rolunu xüsusi vurğulayaraq dedi ki, o,

Moskvada olarkən yanvar qırğınına etirazını birincilər sırasında bildirdi, Azərbaycanda törədilmiş bu hadisələrə

siyasi qiymət verdi, Rusiya və dünya ictimaiyyətinin diqqətini ölkəmizə qoşun yeridilməsinə cəlb etdi, dünya

birliyindən Yanvar faciəsinə öz münasibətini bildirməyi tələb etdi.

ÜAK İcra Aparatının rəhbərinin birinci müavini Ramiz Abutalıbov çıxışında Azərbaycan haqqında obyektiv

məlumatı bütün dünya ictimaiyyətinə çatdırmaq işinin davam etdirilməsinin zəruriliyini vurğuladı. O, qanlı-

qadalı yanvar günlərində azərbaycanlıların Moskvada keçirdikləri aksiyalardan bəhs edən kitab buraxmağı, ona

Moskvadakı azərbaycanlıların həmin dövrdə müxtəlif üsullarla çap etdikləri yazılarının da daxil olunmasını

təklif etdi.

Xatirə gecəsində müxtəlif Azərbaycan icmalarının nümayəndələri, şairlər, tələbələr də çıxış etdilər. Hamının

yekdil fikri belədir ki, Azərbaycan tarixindəki bu ələmli gün və qəhrəmanlıq günü unudula bilməz, tarixdən

ibrət dərsi almaq lazımdır.

Səfirliyin foyesində faciəli 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət stend qoyulmuşdu.

Xatirə gecəsinin sonunda yanvar faciəsi şəhidlərinin ruhuna dua oxundu.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 56: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

56

Fransada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(22 yanvar, 2005-ci il)

Bir çox ölkələrdə olduğu kimi, Fransada da 20 Yanvar faciəsinin 15-ci ildönümü qeyd edilmişdir.

Ölkəmizin Parisdəki səfirliyinin əməkdaşları, diasporun nümayəndələri və ali məktəblərdə təhsil alan

tələbələrimiz həyatlarını xalqımızın azadlığına həsr etmiş, Versal sülh konfransının iştirakçısı olmuş, lakin

vətəndən uzaqda, Parisin Sən-Klu, Monparnas və Bobini qəbiristanlarında dəfn edilmiş Azərbaycan Demokratik

Cümhuriyyətinin tanınmış liderlərindən ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun, “Azərbaycan”

qəzetinin o dövrdəki baş redaktoru vəzifəsində çalışmış Ceyhun Hacıbəylinin, habelə Əkbər ağa

Şeyxülislamovun qəbirlərini ziyarət etmiş, məzarlarının önünə çiçək dəstələri qoymuşlar.

Azərbaycan diasporunun qocaman nümayəndəsi Qədir Süleyman doğma Vətəndən uzaqda uyuyan

soydaşlarımızla bağlı xatirələrini danışmışdır.

20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat açıqlaması Fransanın dövlət orqanlarına

və müxtəlif təsisatlarına, xarici ölkələrin Parisdəki səfirliklərinə göndərilmişdir.

***

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AzərTAc-ın müxbirinə bildirmişlər ki,

nümayəndəlik 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı Strasburqda geniş mərasim keçirmişdir.

Mərasimi açmış nümayəndəliyin rəhbəri səfir Aqşin Mehdiyev 15 il öncə ölkəmizə qarşı törədilmiş qanlı

aksiya qurbanlarının xalqımızın yaddaşında əbədi yaşadığını, 20 Yanvarın tariximizdə təkcə faciə kimi deyil,

həm də müstəqillik uğrunda qəhrəmanlıq və şücaət günü kimi qaldığını vurğulamışdır.

Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və onların ruhuna dua

oxumuşlar.

Daimi nümayəndəliyimizin yerləşdiyi binanın qarşısında dalğalanan üçrəngli bayrağımız Qanlı Yanvar

faciəsinin 15-ci ildönümü ilə əlaqədar endirilmişdir. Nümayəndəlik, həmçinin, xalqımıza qarşı törədilmiş bu

qanlı cinayətin mahiyyətinin açıqlandığı mətbuat sənədi hazırlayaraq, Strasburqda fəaliyyət göstərən bütün

diplomatik nümayəndəliklərə, Avropa Şurasının katibliyinə paylamışdır.

Mərasimdə, daimi nümayəndəliyin əməkdaşları ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri

F.Abdullayevin rəhbərliyi ilə Strasburqda səfərdə olan nümayəndə heyətinin üzvləri də iştirak etmişlər.

Həmin gün Strasburqda təhsil alan azərbaycanlı tələbələr də 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı

tədbir keçirmişlər.

Tədbirin sonunda Qanlı Yanvar faciəsini əks etdirən sənədli film göstərilmişdir.

Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, xarici qonaqlar da tədbirdə iştirak etmişlər.

Page 57: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

57

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Page 58: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

58

Daşkənddəki səfirliyimiz Azərbaycan diasporu ilə birgə

mərasim keçirmişdir

(22 yanvar, 2005-ci il)

Daşkənddəki Azərbaycan məscidində ölkəmizin Özbəkistandakı səfirliyi yerli diasporumuzun üzvləri ilə

birgə 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar mərasim keçirmiş, ehsan vermişdir.

Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Prezidenti İlham

Əliyevin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamı oxunmuşdur.

Bildirilmişdir ki, 15 il əvvəl Bakıda törədilmiş bu qanlı faciə Almatıda, Tbilisidə, Vilnüsdə baş vermiş qanlı

hadisələrin daha ağır və qəddarcasına təkrarı idi.

Sonra mərasim iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı videofilm göstərilmiş, onlara bu haqda məlumatlar

toplusu paylanmışdır.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Page 59: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

59

Astanada şəhidlərin xatirəsi yad edilmişdir

(22 yanvar, 2005-ci il)

Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı “Xəzər” Azərbaycan mədəniyyət mərkəzi ilə birgə 20

Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir. Mərasimdə Astanadakı rus, Ukrayna,

yəhudi, tatar diasporlarının üzvləri, diplomatlar, jurnalistlər iştirak etmişlər.

Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər və

faciənin səbəbləri haqqında ətraflı məlumat vermişdir.

Rus və yəhudi mədəniyyət mərkəzlərinin sədrləri Aleksandr Lantoşko və Moisey Qolbert, Astanada rus

dilində nəşr olunan “Turan-Ekspress” qəzetinin baş redaktoru Vidadi Salahov və başqaları öz çıxışlarında Qanlı

Yanvar faciəsini törədənləri ittiham etmişlər.

Mərasimin sonunda səfirlik əməkdaşlarının 20 Yanvar faciəsi, qaçqınların məskunlaşdığı yerlərlə bağlı

hazırladıqları məlumatlar toplusu, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərinin xəritəsi mərasim

iştirakçılarına təqdim olunmuşdur.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Astana

Page 60: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

60

Qanlı Yanvar faciəsinin qurbanları Rumıniyada anılmışlar

(22 yanvar, 2005-ci il)

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirlik tərəfindən 20

Yanvar faciəsinin səbəblərini və nəticələrini əks etdirən geniş məlumat toplusu hazırlanaraq bu ölkədə fəaliyyət

göstərən bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, nazirlik və digər dövlət strukturlarına,

qeyri-hökumət təşkilatlarına paylanmışdır.

Rumıniya televiziyasında “Günün hadisəsi” verilişində 20 Yanvar faciəsi haqqında geniş məlumat, radioda

səfirlik əməkdaşı ilə müsahibə verilmiş, “Səhər” qəzetində azərbaycanlı doktorant Fəxri Kərimlinin

“Azərbaycanda Qanlı Yanvar” məqaləsi dərc etdirilmişdir.

Bütün bu materiallarda sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik aktı, öz konstitusion

hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü

uğrunda mübarizə aparan vətən oğullarının vəhşicəsinə gülləbaran edildiyi, 130-dan artıq insanın qətlə

yetirildiyi, 700-dən artıq insanın müxtəlif dərəcəli yaralar aldığı diqqətə çatdırılmışdır. Həmin hadisələrə yalnız

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi,

cinayətkarların adlarının ictimaiyyətə açıqlandığı xüsusi vurğulanmışdır.

Yanvarın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Rumıniya-Azərbaycan Dostluq

Cəmiyyətinin və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının təşkilatçılığı ilə matəm tədbiri

keçirilmişdir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər

Assosiasiyası, Rumıniya-Azərbaycan İş Adamları Birliyi, Rumıniya-Türkiyə Sənaye və Ticarət Palatası, Türk İş

Adamları Dərnəyi, Türkiyə Yatırımçılar Birliyi, türk-tatar icması nümayəndələrinin, İran azərbaycanlılarının,

Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların, KİV təmsilçilərinin, səfirliyin əməkdaşlarının iştirak etdiyi

tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbir iştirakçıları Qanlı Yanvar hadisələrini əks etdirən fotoguşə ilə tanış olmuşlar.

AzərTAc

Page 61: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

61

Belarusda yaşayan soydaşlarımız 20 Yanvar faciəsinin ildönümünü

qeyd etmişlər

(22 yanvar, 2005-ci il)

Yanvarın 20-də Azərbaycanın Ukraynadakı səfirliyinin Belarusdakı ofisində Azərbaycan icmaları Konqresi

şəhidlərin xatirəsini anma mərasimi keçirmişdir.

Mərasimdə Azərbaycan Prezidentinin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında”

Sərəncamının mətni ilə diasporun üzvləri tanış edilmiş, keçmiş sovet dövlətinin 1990-cı ildə Azərbaycan xalqına

qarşı törətdiyi qanlı faciədən, onun təşkilatçılarından danışılmışdır.

Sonra Minsk müsəlmanlarının “Əhli Beyt” cəmiyyətinin rəhbəri Məşədi Mirzəxan şəhidlərin xatirəsinə

Qurani-Kərimdən ayələr oxumuşdur.

Bundan başqa, ofisdə 20 Yanvar hadisələrinə dair kitab, broşür və fotoşəkillərdən ibarət sərgi təşkil

olunmuşdur. Anma mərasimini Belarusun birinci milli telekanalı lentə almış, səfirliyin əməkdaşları və

“Azərbaycan icmaları Konqresi”nin rəhbəri Natiq Bağırovdan hadisələrə dair müsahibə götürmüşdür.

AzərTAc

Page 62: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

62

Corctaun Universitetində təhsil alan azərbaycanlı tələbələr 20 Yanvar hadisələrinin

on beşinci ildönümü ilə əlaqədar tədbir keçirmişlər

(22 yanvar, 2005-ci il)

ABŞ-ın nüfuzlu Corctaun Universitetində təhsil alan həmyerlilərimiz Azərbaycanın Vaşinqtondakı

səfirliyinin təşəbbüsü ilə “1990-cı il 20 Yanvar hadisələrinin geosiyasi nəticələri” adlı tədbir keçirmişlər.

Universitetin geniş tələbə və professor-müəllim heyəti qarşısında çıxış edən Taleh Ziyadov və Xəzər İbrahim

vurğulamışlar ki, faciəli hadisələr Qorbaçov rejiminin “sonuna başlanğıc idi”. Tələbələr qanlı hadisələrə qədər

ölkədə baş verənləri təsvir edərək demişlər ki, milyonlarla insanın etiraz nümayişinə cavab olaraq Sovet

hakimiyyəti yerli ermənilərdən istifadə edərək “poqromlar”ı təşkil etmişlər. Yanvarın 19-dan 20-nə keçən gecə

Bakı küçələrinə daxil olan Sovet qoşunları günahsız mülki əhalini gülləbaran etmişdir. Tədbirdə qanlı gecənin

həqiqətlərini əks etdirən videomateriallar, nüfuzlu CNN kanalının 20 Yanvar haqda yayımladığı süjetlər

göstərilmişdir.

Qanlı gecənin mahiyyətindən danışan natiqlər qeyd etmişlər ki, müstəqillik uğrunda mübarizəni daha da

gücləndirən 20 Yanvar hadisələri xalqımıza anlatdı ki, artıq geriyə yol yoxdur.

Müstəqillik qazandıqdan sonra ölkəmiz Avroatlantik məkana inteqrasiya siyasətini həyata keçirməkdədir.

Təbii ehtiyatlarının işlənilməsini uğurla həyata keçirən dövlətimiz iqtisadiyyatını möhkəmləndirərək Qafqaz və

Xəzər hövzəsi bölgəsində təhlükəsizlik və sülhün bərqərar olması mövqeyindən çıxış edir. Buna baxmayaraq,

10 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin və bütün Qafqaz

bölgəsinin inkişafına əngəl törədən əsas səbəblərdən biri olaraq qalmaqdadır.

Sonda azərbaycanlı tələbələr tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 63: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

63

ABŞ-da yaşayan soydaşlarımız Qanlı Yanvar hadisələrinin ildönümünü

qeyd etmişlər

(22 yanvar, 2005-ci il)

1990-cı ilin Qanlı Yanvar hadisələrinin on beşinci ildönümünü ABŞ-da yaşayan soydaşlarımız da qeyd

etmişdir. Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) yaydığı bəyanatla icmanı Qara Yanvarın ildönümünü

anmağa çağırmışdır. Bəyanatda deyilir: “Bəşəriyyət Azərbaycanın bugünkü müstəqilliyini insanların həyatını

qurban verərək qan bahasına aldığını xatırlamalıdır. Azərbaycan xalqı müasir tarixinin ən dəhşətli

hadisələrindən birinin - Qanlı Yanvarın 15-ci ildönümünü qeyd edir. 1990-cı ilin 20 yanvarında Sovet qoşunları

Bakıya hücum edərək 140 nəfər günahsız insanı qətlə yetirmişdir. Bu əməliyyat, Azərbaycanda baş qaldıran

müstəqillik hərəkatının basılması üçün həyata keçirilmişdir. Sovet hakimiyyətinin Azərbaycandakı yerli

əlaltılarına diktə etdiyi qərarlara etiraz edənlərin sülhməramlı nümayişlərini dayandırmaq üçün Bakıya imperiya

qoşunları yeridilmiş, dinc əhaliyə qanlı divan tutulmuşdur”.

O gecənin qurbanları arasında azərbaycanlı, rus, tatar, ləzgi və yəhudilərin olduğunu açıqlayan AAC-nin

bəyanatında deyilir: “Küçələrdə insanlar, pəncərələrdən baxan adamlar, öz yolu ilə hərəkət edən avtomobillər

gecə şəhərə daxil olan qoşunların hədəfinə çevrilmişdir… Güllələrin nə qadın, nə uşaq, nə də yaşlılara rəhmi

gəlməmişdir”.

AAC-nin bəyanatında vurğulanmışdır ki, bu fəlakət Azərbaycan xalqının azadlıq istəyini daha da

möhkəmlətmişdir. Hadisələrdən il yarım sonra Azərbaycan keçmiş Sovet respublikaları arasında ilk olaraq

müstəqillik haqqında Konstitusiya Aktı qəbul etmişdir. 1993-cü ildə isə zülm və qəddarlıq rəmzi olan sovet

qoşunları Azərbaycandan tamamilə çıxarılmışdır.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 64: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

64

2006

ABŞ-ın Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı

məlumat yaymışdır

(19 yanvar, 2006-cı il)

ABŞ-ın Azərbaycan icması 20 Yanvar hadisələrinin on altıncı ildönümü ilə əlaqədar məlumat yaymışdır.

Məlumatda sovet qoşunlarının 1990-cı il yanvarın 20-də törətdikləri vəhşiliklərin Azərbaycan xalqının

azadlıq duyğularının boğulmasına yönəldiyi vurğulanmış, Bakıda həmin gecə baş verən qırğınların əsas

səbəbkarı kimi Mixail Qorbaçov göstərilmişdir. Məlumatda deyilir: “Küçədə, yolda, mənzillərinin eyvanında

dayanmış sakinlər, şəhərdə hərəkət edən avtomobillər sovet qoşunlarının hədəfinə çevrilmişdir. Hər tərəfdə

insan cəsədləri var idi: azərbaycanlı, rus, tatar, yəhudi. Hərbçilər qadınları, uşaqları, hətta qocaları belə

güllələyirdilər. Bütün bunlar Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Əksinə, bu faciə

Azərbaycanın müstəqillik mübarizəsini gücləndirdi”.

ABŞ-ın Azərbaycan icması dünya ictimaiyyətini Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsini yad

etməyə çağırır və bildirir ki, Azərbaycan xalqının müstəqillik mübarizəsində verdiyi qurbanlar

unudulmamalıdır.

AzərTAc

Page 65: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

65

20 Yanvar faciəsinin 16-cı ildönümü İğdır və Qarsda

qeyd edilmişdir

(19 yanvar, 2006-cı il)

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğundan AzərTAc-a bildirmişlər ki, yanvarın 19-da

İğdırda Baş Konsulluğun və İğdır Bələdiyyəsinin 20 Yanvar faciəsinə həsr edilmiş sərgi-konfransı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvarda Sovet qoşunlarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri əks

etdirən fotosərgi ilə tanış olmuşlar. Sonra İğdır Bələdiyyəsinin sədri Nürattin Aras konfransı açaraq, hər qarışı

şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının müqəddəsliyindən danışmış, xalqın mərd və mübariz

olduğunu və bunun sayəsində öz müstəqilliyinə qovuşduğunu bildirmişdir. O qeyd etmişdir ki, iğdırlılar bu

vəhşiliklərə biganə qalmamış, müxtəlif etiraz aksiyaları keçirmişlər. İğdırlılar işğal altında olan torpaqlarımızın

azad edilməsində də Azərbaycanın yanında olacaqlar.

Baş Konsul Həsən Zeynalov çıxış edərək 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş

vəhşiliklərdən, o zamankı respublika rəhbərlərinin biganəliyindən, ölkədə gedən kürsü davalarından, ümummilli

liderimiz Heydər Əliyevin həyatını təhlükəyə qoyaraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində,

mətbuat nümayəndələri qarşısındakı cəsarətli, Azərbaycan xalqına qarşı törədilən cinayətlərin başında

M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin durduğunu və Azərbaycanın bu fəlakətdən qurtuluş yollarını

göstərən tarixi çıxışından bəhs etmişdir. Sonra Baş Konsul mətbuat nümayəndələrinin suallarını

cavablandırmışdır.

Yanvarın 20-də isə Qarsda Baş Konsulluqda yerli və mərkəzi mətbuat nümayəndələri, bu vilayətdə yaşayan

və çalışan azərbaycanlıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr edilmiş konfrans

keçirilmişdir.

Baş Konsul H.Zeynalov geniş çıxış etmiş və konfrans iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.

AzərTAc

Page 66: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

66

Gürcüstandakı soydaşlarımız şəhidlərin nurlu xatirəsini

ehtiramla andılar

(19 yanvar, 2006-cı il)

Yanvarın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar

Marneuli rayon mərkəzində anım tədbiri keçirmişdir. Mərasimdə qonşu rayonların nümayəndələri və icra

hakimiyyətlərinin başçıları da iştirak etmişlər.

Azərbaycan xalqının milli şüurunun oyanışında mühüm rol oynamış bu tarixi gündə çoxlu günahsız adamın

ölümünə səbəb olmuş qaniçən sovet rəhbərlərinin heç bir qanuna sığmayan əmrləri, təpədən dırnağadək

silahlanmış əsgərlərin Bakıda və respublikanın digər bölgələrində törətdiyi qanlı əməlləri pislənilmiş, öz

ölkəsinin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalananların xatirəsinin həmişə əziz tutulacağı vurğulanmışdır.

Mərasim iştirakçıları XX əsrin 90-cı illərində Azərbaycanın taleyi etibar olunmuş səriştəsiz vəzirovların,

mütəllibovların öz kürsüləri üçün yuxarılara acizanə tabeliyinə, mütiliyinə dair faktlar söyləmiş, ulu öndər

Heydər Əliyevin faciə baş verən gün həyatını təhlükədə qoyaraq xalqın haqq səsini dünyaya yaydığını, bu

fəlakətə məhz onun qətiyyəti sayəsində siyasi qiymət verildiyini, dünya ictimaiyyətinin doğru-düzgün

məlumatlandırıldığını demişlər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş fotostendə və videofilmə baxmışlar.

AzərTAc

Page 67: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

67

Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır

(19 yanvar, 2006-cı il)

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 16-cı ildönümünə həsr

olunmuş tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, İspaniya ictimaiyyətinin, mətbuat

nümayəndələrinin və Madriddə yaşayan soydaşlarımızın iştirak etdikləri tədbirdə çıxış edən səfir Məmməd

Əliyev 20 Yanvarın Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizənin qəhrəmanlıq səhifələrindən

olduğunu vurğulamış, Qanlı yanvar faciəsinin səbəblərindən danışmış və materiallar təqdim etmişdir.

Azərbaycanın İspaniyadakı Dostları Cəmiyyətinin üzvü, filoloq Calal Motlaq 20 Yanvarın Azərbaycan

xalqının istiqlaliyyəti yolunda tarixi bir günə çevrildiyini bildirmişdir.

İspaniyanın mətbuat orqanlarına Qanlı yanvar faciəsinə dair materiallar və məlumatlar göndərilmişdir.

AzərTAc

Page 68: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

68

Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi

anılmışdır

(19 yanvar, 2006-cı il)

Yanvarın 19-da ölkəmizin Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar

mərasim keçirilmişdir.

Mərasim iştirakçıları 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş

şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Səfirliyin müşaviri Tofiq Abdullayev mərasimi açaraq, şəhidlərin xatirəsini anmaq üçün tədbirdə iştirak

edən Türkiyənin millət vəkilləri və ziyalılarına təşəkkürünü bildirdi. Bakıda yanvarın 19-dan 20-nə keçən gecə

sovet imperiyası qoşunlarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən sənədli film nümayiş

etdirildi.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov Azərbaycan xalqının

azadlıq mücadiləsindən ətraflı bəhs etdi. O, xüsusi vurğuladı ki, o zaman Moskvada olan xalqımızın ümummilli

lideri Heydər Əliyev həyatı üçün böyük təhlükə olmasına baxmayaraq Azərbaycan nümayəndəliyinə gələrək

Bakıda dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini lənətləmişdi.

Qardaş ölkənin millət vəkilləri və ictimai-siyasi xadimləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”

kəlamını xatırladaraq, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, kədərini və sevincini

bölüşdüyünü qeyd etdilər.

AzərTAc

Page 69: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

69

Qanlı Yanvarın ildönümü Azərbaycanın Pakistan İslam Respublikasındakı

səfirliyində qeyd edilmişdir

(20 yanvar, 2006-cı il)

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 16-cı ildönümünə həsr

olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pakistan ictimaiyyətinin, diplomatik korpusların nümayəndələri,

Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, burada yaşayan Azərbaycan vətəndaşları, tələbələr, dil

kurslarında iştirak edən diplomatlar və səfirliyin əməkdaşları iştirak etmişlər.

Səfir Eynulla Mədətli qanlı 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst

şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət barədə məlumat vermiş, işğalçı Ermənistan

ordusunun və quldur dəstələrinin ölkəmizə qarşı törətdikləri digər ağır cinayətlərdən danışmışdır. O, 20 Yanvarı

Azərbaycan xalqının təkcə faciə günü kimi yox, həm də tariximizin ibrətamiz səhifəsi, milli azadlıq hərəkatının

yüksəliş zirvəsi kimi dəyərləndirmişdir.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı

nümayəndəliyinə gələrək xalqa qarşı bu qanlı qırğını törədən sovet imperiyasını, Kommunist Partiyasının

rəhbərliyini kəskin şəkildə ittiham etməsini tarixi əhəmiyyətli bir addım kimi dəyərləndirmişlər. Qeyd

edilmişdir ki, xalqımıza qarşı törədilən bu cinayətin əsil qiyməti də məhz sonralar Heydər Əliyevin

Azərbaycana rəhbərlik etdiyi dövrdə verilmişdir.

Dünya ictimaiyyətinin diqqətini yenidən 20 Yanvar faciəsinə yönəltmək məqsədi ilə səfirliyin mətbuat

xidməti tərəfindən Qanlı Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar xüsusi press-reliz hazırlanmış,

beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə, yerli dövlət və hökumət orqanlarına göndərilmişdir.

Tədbir iştirakçıları Azərbaycan televiziyası ilə Şəhidlər xiyabanından yayımlanan matəm mərasimini

izləmiş, 20 Yanvar faciəsinə həsr olunmuş foto-sərginin önündə dayanaraq şəhidlərin xatirəsini bir dəqiqəlik

sükutla yad etmiş, dinc əhaliyə qarşı qanlı faciəni törədənlərin əməllərini pisləmişlər.

AzərTAc

Page 70: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

70

Tbilisidə 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir

(20 yanvar, 2006-cı il)

Yanvarın 20-də Tbilisidəki Alul-Beyt dini, elmi, mədəniyyət mərkəzində 20 Yanvar Bakı faciəsinin 16-cı

ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Mərasimi Azərbaycan Respublikasının Gürcüstandakı müvəqqəti

işlər vəkili Surxay Əliyev açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Faciənin baş verməsi

səbəblərini əsaslı təhlil edən S.Əliyev öz azadlığı uğrunda mübarizəyə qalxan xalqa qarşı hər cür vəhşiliyə əl

atan sovet qoşunlarının xalqın iradəsini qıra bilmədiyini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, 9 Aprel

Tbilisi, 20 Yanvar Bakı faciələri tarixdə yalnız faciə deyil, həm də ümid, inam və qələbə günləri kimi

qalacaqdır. 1990-cı il yanvarın 20-də sovet qoşunları öz müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə

qalxan Azərbaycan xalqına divan tutmuş, onun haqq səsinin dünyaya yayılmaması üçün bütün iyrənc vasitələrə

əl atsa da buna nail ola bilməmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cəsarət göstərərək

həyatını təhlükədə qoymuş, Moskvada günahsız adamların qırğını ilə nəticələnən Bakı hadisələri barədə

dünyaya müfəssəl məlumat yaymışdır. Sonrakı illərdə də məhz onun təkidi sayəsində bu hadisələrə siyasi

qiymət verilmişdir. Bakıdakı Şəhidlər xiyabanı indi hər bir azərbaycanlının and yeri, qürur yeridir.

Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Şeşelaşvili, “Gürcüstan-Azərbaycan dostluq

evi” İttifaqının sədri, Gürcüstan Prezidentinin anası, professor Giuli Alasaniya, Türkiyənin və İranın

Gürcüstandakı diplomatik korpuslarının rəhbərləri və digər rəsmi şəxslər iştirak etmişlər.

Sonda faciə ilə bağlı film göstərilmiş, fotostend nümayiş etdirilmişdir.

AzərTAc

Page 71: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

71

Pekində 20 Yanvar faciəsinin on altıncı ildönümünə həsr olunmuş

tədbir keçirilmişdir

(20 yanvar, 2006-cı il)

Çin Xalq Respublikasındakı səfirliyimizdən AzərTAc-a məlumat verilmişdir ki, səfirlikdə 20 Yanvar

faciəsinin on altıncı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın azad gələcəyi

uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

20 Yanvar faciəsinin başvermə səbəblərindən danışılmış, bu günün Azərbaycanın müstəqilliyi uğrunda

mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulanmışdır. Həmin gün tədbir iştirakçıları Pekin məscidini

ziyarət etmişlər. Orada şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Səfirliyin əməkdaşları tərəfindən 20 Yanvar faciəsi haqqında ingilis və rus dillərində press-relizlər

hazırlanıb səfirliyin internet səhifəsində yerləşdirilmişdir.

AzərTAc

Page 72: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

72

20 Yanvar faciəsinin ildönümü Misirdə də qeyd edilmişdir

(20 yanvar, 2006-cı il)

Azərbaycanın Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirlikdə 20

Yanvar faciəsinin 16-cı ildönümünə həsr olunmuş foto-sərgi təşkil edilmiş, dünya ictimaiyyətinin diqqətinə

çatdırmaq üçün xüsusi mətbuat məlumatı hazırlanmış, “Lider TV”-nin istehsalı olan “20 Yanvara doğru aparan

yol” filmi DVD formatda çoxaldılaraq Misir Xarici İşlər Nazirliyinə, Ərəb Dövlətləri Liqasına, Misirdə

akkreditə olunmuş beynəlxalq təşkilatlara göndərilmişdir.

Səfir Faiq Bağırov MƏR kütləvi informasiya vasitələri, o cümlədən “Misirin səsi” radiosu, Misir

Televiziyası və radiosu, habelə Türkiyənin “Zaman” qəzeti təmsilçilərinin, “Cahan Xəbərlər Agentliyi”nin

Yaxın Şərqdəki nümayəndəsinin, bu ölkədə təhsil alan tələbələrimizin iştirakı ilə mətbuat konfransı keçirmiş,

qanlı faciənin səbəbləri, ağır nəticələri barədə geniş məlumat vermişdir. Diplomat jurnalistlərin Azərbaycan

xalqına qarşı törədilmiş digər cinayətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair

jurnalistlərin suallarına cavab vermiş, onları haqqın tərəfdarı olmağa, dünya ictimaiyyətini düzgün

məlumatlandırmağa çağırmışdır.

AzərTAc

Page 73: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

73

İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini

anma gecəsi keçirilmişdir

(21 yanvar, 2006-cı il)

Ölkəmizin İstanbuldakı baş konsulluğu və Azərbaycan Kültur Dərnəyi 20 Yanvar faciəsi qurbanlarının

xatirəsini anma gecəsi keçirmişlər.

Şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, burada təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi

tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu qanlı yanvar faciəsindən və xalqımızın

azadlıq mübarizəsindən ətraflı bəhs edərək, 1990-cı ildə Bakıda dinc əhaliyə qarşı törədilmiş qətliamın bəşər

tarixində qara səhifə kimi qalacağını söyləmişdir.

Avrasiya Fondunun baş katibi Orxan Civərlioğlu və “Amerikanın səsi” radiosunun əməkdaşı Xəzər Aslan

20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini,

həmin müdhiş gecədə həlak olan şəhidlərin türk dünyası tarixinin parlaq səhifəsini yazdıqlarını bildirmişlər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən “Tarixin bir günü” sənədli filminə tamaşa etmişlər.

AzərTAc

Page 74: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

74

20 Yanvar şəhidləri Azərbaycan Respublikasının

Rumıniyadakı səfirliyində anılmışdır

(21 yanvar, 2006-cı il)

Ölkəmizin Buxarestdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirlikdə Rumıniya-Azərbaycan Dostluq

Cəmiyyəti və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası ilə birlikdə 20 Yanvar hadisələrinin

on altıncı ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə təşkilatçılarla bərabər Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının, Rumıniya-Türkiyə

Sənaye və Ticarət Palatasının, Türk İş Adamları Dərnəyinin, Türkiyə Yatırımçıları Birliyinin, türk-tatar

icmasının nümayəndələri, burada yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin KİV nümayəndələri iştirak

etmişlər.

Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. 20 Yanvar şəhidlərinin ruhu

bir dəqiqəlik sükutla yad edildikdən sonra Buxarest müsəlman məscidinin imamı Osman Əziz şəhidlərin ruhuna

dualar oxumuşdur.

Səfirlik 20 Yanvar faciəsinin səbəb və nəticələrini əks etdirən məlumat hazırlayaraq Rumıniyadakı

səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, dövlət strukturları və qeyri-hökumət təşkilatlarına

göndərmişdir. Faciə barədə Rumıniya mətbuatında geniş məlumat verilmişdir.

Tədbirdə və yayılan məlumatda 1990-cı ilin 20 yanvarında sovet rejiminin Azərbaycan xalqına qarşı

vəhşilik aktı, dinc və silahsız əhalinin vəhşicəsinə gülləbaran edildiyi diqqətə çatdırılmışdır. Faciə zamanı 130-

dan çox dinc sakinin qətlə yetirilməsi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarəti alması

məlumatda öz əksini tapmışdır.

Bundan əlavə, məlumatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə həmin

hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verilməsi göstərilmiş, onun 1990-cı il yanvarın 21-də Azərbaycanın

Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etirazını ifadə etməsi diqqətə

çatdırılmışdır.

AzərTAc

Page 75: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

75

Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

(21 yanvar, 2006-cı il)

Yanvarın 20-də Berlində 20 Yanvar faciəsinin on altıncı ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunda keçirilən xatirə mərasimində

səfir Pərviz Şahbazov başda olmaqla Azərbaycanın Almaniyadakı diplomatik missiyası, Almaniya Kansler

İdarəsi və Berlin Senatının rəsmiləri, Bundestaqın üzvləri, Türkiyə Cümhuriyyətinin Berlindəki baş konsulu Əli

Alpmanın başçılıq etdiyi diplomatik korpusun nümayəndələri, Avropa Azərbaycanlıları Konqresi rəyasət

heyətinin sədri Bahəddin Kaya, Almaniya ictimaiyyətinin nümayəndələri və Azərbaycan diasporunun öndərləri,

azərbaycanlı, türk və alman tələbələr və mətbuat nümayəndələri iştirak edirdilər.

İnstitutun girəcəyində və dəhlizində şəhidlərin şəkilləri önünə düzülmüş qərənfillər və yandırılan şamlar o

müdhiş, qanlı gecənin bütün dəhşətlərini xatırladırdı.

Azərbaycanın müstəqilliyi, işıqlı, azad gələcəyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir

dəqiqəlik sükutla yad edildi.

Anma mərasimini giriş sözü ilə açan, Qanlı Yanvar gecəsinin canlı şahidi, Nizami Gəncəvi adına

Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi faciə barədə bütün həqiqətləri can yanğısı ilə söylədi və müəllifi

olduğu “Qarabağımız - qara bağrımız” kitabından Qanlı Yanvar və Xocalı faciələri ilə bağlı bölümləri mərasim

iştirakçılarına təqdim etdi.

Mərasimdə çıxış edərək 20 Yanvar faciəsinin baş verməsi səbəblərini açıqlayan Azərbaycanın

Almaniyadakı səfiri Pərviz Şahbazov, xalqımızın on altı il öncə sovet imperiyası tərəfindən mənəvi, siyasi və

cismani terrora məruz qaldığını, hadisənin xalqımızın azadlıq, müstəqillik və milli dövlətçilik amallarına

sədaqətinə, qeyrətinə və vətənpərvərliyinə, ümumiyyətlə insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət kimi

səciyyələndirdi.

Sonra mərasim iştirakçılarına 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs edən “Qanlı Bakı” televiziya filmi

nümayiş etdirildi.

Mərasimdə, həmçinin Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun 2005-ci ildə elan etdiyi “Tarix boyu

Azərbaycan xalqına qarşı aparılmış soyqırımı” müsabiqəsinin nəticələrinə yekun vuruldu. Müsabiqənin qalibi,

hazırda Almaniyada yaşayan soydaşımız, Qarabağda üç il savaşan müharibə əlili Yadigar Təngərüdlüyə

mükafat olaraq institut tərəfindən çap edilmiş “Vətən mənə gün verməz qürbətdə yaşayam” kitabı verilmişdir.

AzərTAc

Page 76: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

76

Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik nümayəndəliyimizin Belarusdakı ofisi

20 Yanvar faciəsi ilə əlaqədar matəm tədbiri keçirmişlər

(21 yanvar, 2006-cı il)

Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik nümayəndəliyimizin Belarusdakı ofisi 20 Yanvar

faciəsinin 16-cı ildönümü ilə əlaqədar matəm tədbiri keçirmişlər.

Hüzn günü ərəfəsində diplomatlarımız öz həmkarları, həmin ölkələrin hakimiyyət orqanları, ictimaiyyəti,

dini konfessiyaları, diasporumuz arasında 1990-cı il yanvarın 20-də xalqımızın başına gətirilmiş müsibətlər

barədə press-reliz yaymışlar.

Kiyev məscidində cümə namazı zamanı müxtəlif millətlərdən olan müsəlmanlar azərbaycanlı dindaşları ilə

birlikdə şəhidlərin ruhuna dua oxumuşlar.

Azərbaycanın Ukraynadakı səfirliyinin veb-saytında 20 Yanvar faciəsini, Vətənimizin müstəqilliyi və ərazi

bütövlüyü uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın qəhrəmanlığını əks etdirən fotoşəkillər

yerləşdirilmişdir.

“Kiyevski Teleqraf” populyar həftəliyində səfir Tələt Əliyevlə müsahibə dərc edilmişdir. Səfir 16 il əvvəlki

faciəli hadisələrdən danışmışdır.

Kiyevdəki Səməd Vurğun adına kitabxanada xüsusi rəflərdə Qara Yanvara həsr olunmuş nəşrlər

yerləşdirilmiş, fotostendlər açılmışdır.

AzərTAc

Page 77: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

77

Özbəkistanda 20 Yanvar faciəsi ilə bağlı mərasim keçirilmişdir

(21 yanvar, 2006-cı il)

Ölkəmizin Özbəkistandakı səfirliyi Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası ilə birgə

20 Yanvar faciəsinin on altıncı ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.

Özbəkistanda yaşayan azərbaycanlıların, səfirliyin əməkdaşlarının iştirak etdikləri tədbirdə şəhidlərimizin

ruhu bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.

Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov 20-ci əsrdə sovet imperiyasının Azərbaycan xalqına

qarşı törətdiyi ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə ətraflı məlumat

vermişdir. O, 20 Yanvar faciəsindən bir gün sonra ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın

Moskvadakı nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu cinayətlərə görə SSRİ rəhbərlərini ittiham

etməsini, faciənin məsuliyyətini Mixail Qorbaçovun üzərinə qoymasını, etiraz əlaməti olaraq Kommunist

Partiyası sıralarından çıxmasını diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, xalqın tələbi ilə hakimiyyətə gələn

Heydər Əliyevin qətiyyəti sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.

Sonda “Qanlı Bakı” sənədli filmi nümayiş etdirilmiş, iştirakçılara, eləcə də Daşkənddəki diplomatik korpusa

faciə ilə bağlı məlumatlar toplusu paylanmışdır.

***

Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yerli və xarici

jurnalistlər üçün mətbuat konfransı da keçirilmişdir.

Səfir Namiq Abbasov bildirmişdir ki, o qanlı gecə sovet ordusunun və daxili qoşunların xüsusi təyinatlı

dəstələri Bakıya yeridilmiş, 130-dan çox adam qətlə yetirilmiş, təxminən 700 nəfər yaralanmışdır.

N.Abbasov jurnalistlərin suallarına cavab vermiş, onlara faciə ilə əlaqədar məlumatlar toplusu paylanmış,

bununla əlaqədar sənədli film nümayiş etdirilmişdir.

AzərTAc

Page 78: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

78

Strasburqda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir

(21 yanvar, 2006-cı il)

Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyi yanvarın 20-də Strasburqda qanlı faciənin on altıncı

ildönümünə həsr olunmuş mərasim keçirmişdir. Nümayəndəliyin rəhbəri Aqşin Mehdiyev 16 il əvvəl törədilmiş

qanlı aksiya qurbanlarının xalqımızın xatirəsində əbədi yaşayacağını, 20 Yanvarın tariximizə təkcə faciə deyil,

eyni zamanda qəhrəmanlıq nümunəsi kimi həkk olunduğunu vurğulamışdır.

Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Nümayəndəlik xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin əsas mahiyyətindən bəhs edən məlumat

hazırlayaraq, Strasburqdakı diplomatik korpusa və Avropa Şurası katibliyinə göndərmişdir.

Həmin gün Strasburqda təhsil alan azərbaycanlı tələbələr də 20 Yanvar faciəsi ilə əlaqədar mərasim təşkil

etmişlər. Çıxış edənlər beynəlxalq aləmin bu ağır cinayətə lazımi qiymət verməsinin vacibliyini önə çəkmişlər.

AzərTAc

Page 79: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

79

İtaliya mətbuatına 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının

Romadakı səfirliyi materiallar təqdim edilmişdir

(21 yanvar, 2006-cı il)

Ölkəmizin Romadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, İtaliyada yaşayan azərbaycanlıların və səfirlik

əməkdaşlarının iştirakı ilə 20 Yanvar faciəsinin on altıncı ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Faciənin tarixi, həmin dövrdə SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasəti barədə məlumat verən

səfir Emil Kərimov Bakı şəhərinə keçmiş SSRİ silahlı qüvvələrinin ağır zirehli texnikaya malik hərbi

kontingentinin yeridilməsi nəticəsində günahsız insanların qətlə yetirilməsinin Azərbaycanın yeni tarixinin qanlı

səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirmişdir. Həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsində

güclü iradə nümayiş etdirmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini qeyd edən

səfir, 20 Yanvar faciəsinin törədilmə səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyətin

məlumatlandırılmasının əhəmiyyətini vurğulamışdır.

Sonra burada yaşayan azərbaycanlılardan Elxan Əliyev, Zaur Cəlilov, Qalib Məmməd çıxış edərək, 20

Yanvar faciəsindən danışmışlar. Tədbirdə “Lider” telekanalının istehsalı olan “20 Yanvara aparan yol” adlı

sənədli film nümayiş etdirilmişdir.

20 Yanvar faciəsinin İtaliya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə səfirlik İtaliyanın nüfuzlu

mətbuat nümayəndəliklərində müxtəlif görüşlər keçirmiş, hadisə ilə əlaqədar sənəd və fotoşəkillərdən ibarət

materiallar toplusu “Corriere della Sera”, “La Stampa”, “İl sole24ore”, “La Repubblica”, “il Manifesto”

qəzetlərinin redaksiyalarına təqdim edilmişdir.

Səfirlik 20 Yanvar faciəsi ilə əlaqədar məlumat hazırlayaraq, İtaliyanın dövlət orqanlarına, parlamentə,

ölkədəki iqtisadi təşkilatlara, elmi-tədqiqat müəssisələrinə, İtaliyadakı diplomatik nümayəndəliklərə

göndərmişdir.

AzərTAc

Page 80: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

80

Şəhidlərimizin xatirəsi Aşqabadda anılmışdır

(21 yanvar, 2006-cı il)

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mərasim

keçirilmiş, ehsan verilmişdir.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan

sonra çıxış edən müvəqqəti işlər vəkili Nizami Rüstəmov bildirmişdir ki, 16 il bundan əvvəl yanvarın 19-dan

20-nə keçən gecə sovet ordusunun zirehli texnika və ən müasir silahlarla təchiz edilmiş hissələri Bakı şəhərində

insanlara divan tutmuş, qocalara, qadınlara, uşaqlara aman verməmişdir. Həlak olanların içində 13 yaşlı uşaq da,

77 yaşlı ağbirçək də var idi.

Mərasim iştirakçıları faciə ilə əlaqədar sənədli filmə baxmış, faciəni əks etdirən şəkil və materiallardan

ibarət sərgi ilə tanış olmuşlar.

Səfirlik Türkmənistan Xarici İşlər Nazirliyinə, Aşqabaddakı səfirliklərə və beynəlxalq təşkilatların

nümayəndələrinə 20 Yanvar faciəsi ilə bağlı materiallar toplusu göndərmişdir.

AzərTAc

Page 81: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

81

Kanadada 20 Yanvar faciəsinin on altıncı ildönümü

qeyd edilmişdir

(21 yanvar, 2006-cı il)

20 Yanvar faciəsinin on altıncı ildönümü ilə əlaqədar ölkəmizin Kanadadakı səfirliyində keçirilən

mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

20 Yanvar hadisələrindən danışan Azərbaycanın Kanadadakı səfiri Fəxrəddin Qurbanov, bu günün

xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq rəmzi kimi düşdüyünü qeyd etmişdir. Səfir həmin faciəyə

yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini

bildirmişdir.

Xalqımızın milli azadlıq hərəkatından danışan Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin prezidenti,

Kanada-Azərbaycan Təşkilatları Federasiyasının icraçı direktoru Əkbər Məcidov bu faciənin ermənilərin

əvvəlcədən hazırlanmış tarixi planlarından biri olduğunu qeyd etmişdir.

Mərasimdə faciə ilə bağlı fotoşəkillər nümayiş etdirilmişdir.

Səfirlik 20 Yanvar faciəsi ilə əlaqədar məlumat hazırlayaraq, Kanada parlamentinə, Xarici İşlər Nazirliyinə,

dövlət orqanlarına, diplomatik nümayəndəliklərə və kütləvi informasiya vasitələrinə göndərmişdir.

AzərTAc

Page 82: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

82

20 Yanvar faciəsinin ildönümü Moskvada qeyd olunmuşdur

(22 yanvar, 2006-cı il)

Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmuş 1990-cı ilin 20 yanvarından on altı il keçir. Həmin

kədərli tarix Azərbaycan xalqına, humanizmə və insanlığa qarşı törədilmiş dəhşətli cinayətin qurbanlarının

xatirəsinin yad edilməsi günü kimi respublikamızda və onun hüdudlarından kənarda geniş qeyd olunur.

Moskvada yaşayan azərbaycanlılar 20 yanvar faciəsindən söhbət gedərkən həm də ümummilli liderimiz Heydər

Əliyevi ehtiramla xatırlayırlar. Məhz o, faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə

gələrək, sovet rəhbərliyinin ölkəmizə hərbi təcavüzünə etirazını bildirmiş və bu vəhşiliyi qətiyyətlə pisləmişdir.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan

Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xatirə gecəsi keçirilmişdir.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan səfirliyinin müşavir-elçisi Baxış Zeynalov tədbiri açaraq bildirmişdir ki, bu faciəli hadisənin

ildönümü Azərbaycanın hər yerində qeyd olunur və yüz minlərlə vətəndaşımız Şəhidlər xiyabanını ziyarət

edərək, sovet imperiyasının törətdiyi vəhşiliyin qurbanı olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini dərin

ehtiramla anır. On altı il əvvəl həmin qırğın baş verərkən Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev

sovet imperiyasının öz xalqına qarşı törətdiyi vəhşiliyə qarşı etirazını bildirmək üçün ailə üzvləri ilə məhz bu

binaya gəlmişdi. O zaman bizim həmvətənlərimiz informasiya blokadasını yarmaq, Azərbaycandakı hadisələr

haqqında dünya ictimaiyyətinə obyektiv informasiya çatdırmaq üçün çox böyük səylər göstərmişdilər.

Sonra səfirliyin müşaviri Cavanşir Axundov xalqımızın tarixinin faciəli səhifələri haqqında məruzə

etmişdir. O demişdir ki, sovet hərb maşınının Azərbaycana qarşı tətbiq etdiyi amansız zorakılığa baxmayaraq,

20 Yanvar xalqımızın tarixinin qəhrəmanlıq səhifələrindən biri olaraq qalacaqdır. Hər bir xalqın tarixində elə

hadisələr və faktlar var ki, bunlar nəinki həmin tarixin əhəmiyyətini və zənginliyini göstərir, eyni zamanda

xalqın xarakterinə və taleyinə də güclü təsir edir, tarixin inkişafını və onun perspektivini kökündən dəyişir.

1990-cı ilin yanvar hadisələri də bu qəbildəndir və indi, üstündən on altı il keçəndən sonra həmin günlərə nəzər

salarkən buna bir daha əmin oluruq. Azərbaycan diplomatı xüsusi vurğulamışdır ki, yanvar faciəsinin bütün

ağrı-acısına baxmayaraq, ona siyasi-hüquqi qiymət yalnız 1994-cü ildə, ulu öndər Heydər Əliyev yenidən

rəhbərliyə qayıtdıqdan sonra onun səyləri sayəsində verilmişdir. Məruzədə belə bir fikir də vurğulanmışdır ki,

zaman keçsə də, biz Azərbaycan xalqının tarixinin faciəli səhifələri haqqında obyektiv və düzgün informasiyanı

dünya ictimaiyyətinə çatdırmaq üçün səyləri daha da artırmalıyıq.

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi şurasının üzvü, “Nasional” jurnalının baş redaktoru

Rüstəm Arifcanov çıxışında özlərini milli lider hesab edən adamların məsuliyyətsizliyini kəskin tənqid etmişdir.

O demişdir ki, Azərbaycanın o vaxtkı rəhbərlərinin, Azərbaycan KP MK-nın birinci katibinin xalqa xəyanət

edərək, hərbi təyyarədə Moskvaya necə qaçmalarını, insanları barrikadalara və meydanlara çıxaran, özlərinin isə

burnu belə qanamayan Xalq Cəbhəsinin nümayəndələrini yadda saxlamaq lazımdır. Həmin hadisələrdən ən

Page 83: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

83

böyük ibrət dərsini isə bizə Azərbaycanın ümummilli lideri Heydər Əliyev o vaxt özünün əsil vətəndaş

mövqeyini nümayiş etdirməklə verdi.

Sonra çıxış edən “Antaliya” qəzetinin baş redaktoru İqor Peçenev, yazıçı Alla Axundova, şair Nəsib

Nəbioğlu və başqaları yanvar hadisələri haqqında daha sanballı tarix əsəri nəşr etmək üçün geniş materiallar

toplamağın zəruriliyini vurğulamışlar. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan tarixinin bu hadisələri barədə

əsil həqiqətlərin Rusiya ictimaiyyətinə daha ətraflı çatdırılmasına yönəldilmiş işi davam etdirmək lazımdır.

Səfirliyin foyesində 20 Yanvar qırğınını əks etdirən fotostend qoyulmuşdu.

Xatirə gecəsində Moskva Dövlət Universiteti tarix fakültəsinin müəllimləri, Rusiya Elmlər Akademiyası

Avropa İnstitutunun, Moskvanın müxtəlif politologiya mərkəzlərinin, ÜAK-ın nümayəndələri, səfirliyin

əməkdaşları, habelə Rusiyanın müxtəlif ali məktəblərində oxuyan azərbaycanlı tələbələr iştirak etmişlər.

AzərTAc

Page 84: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

84

2007

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyində

20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir

(19 yanvar, 2007-ci il)

Yanvarın 19-da Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinə həsr

olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbirdə Daimi Nümayəndəliyin əməkdaşları, Azərbaycan Nyu-York

Assosiasiyasının (ANA) fəalları və türk diasporunun nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəsi Aqşin Mehdiyev qanlı Yanvar faciəsi barədə

ətraflı məlumat vermiş, bu hadisənin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində vacib rol

oynadığını qeyd etmişdir.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuşdur.

AzərTAc

Page 85: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

85

20 Yanvar həqiqətləri Sidney radiolarında da səsləndirilmişdir

(19 yanvar, 2007-ci il)

Yanvar 19-da Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanlılar Cəmiyyəti”nin

nümayəndələri burada yayımlanan “Azərbaycanın Səsi” radiosu ilə 1990-cı ilin yanvarın 20-də Azərbaycan

xalqına qarşı törədilmiş cinayətlər haqqında ətraflı məlumat vermişdir. Sonra dinləyicilərin bu cinayət

haqqındakı fikirlərini öyrənmək üçün (talkback) açıq efir saatı keçirilmişdir.

Yanvar 20-də isə şəhidlərimizin xatirəsini anmaq üçün “Türk Evi”ndə tədbir keçirilmişdir. Burada keçmiş

Sovet Ordusunun törətdikləri vəhşiliklərin əks olunduğu şəkillər nümayiş etdirilmiş, film göstərilmişdir.

Tədbirdə Sidneydə fəaliyyət göstərən başqa türkdilli dərnəklərin nümayəndələri də iştirak etmişdir. Ötən həftə

ərzində soydaşlarımız Avstraliyada yayımlanan Türk və Türkmən radiolarında da 20 Yanvar hadisələri barədə

çıxışlar edərək bütün dinləyiciləri Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti qınamağa çağırmışlar.

AzərTAc

Page 86: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

86

Marneulidə 20 Yanvar faciəsinin anma mərasimi keçirilmişdir

(19 yanvar, 2007-ci il)

Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət mərkəzində 20 yanvar

faciəsinin 17-ci ildönümü ilə bağlı yığıncaq keçirilmişdir. Yığıncaqda mərkəzin rəhbəri F.Həsənov açaraq

Azərbaycan xalqının başına gətirilən faciələrdən və onların törədilməsinin səbəblərindən geniş söhbət açmışdır.

Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin nümayəndəsi Elxan Poluxov çıxışı zamanı 20 yanvar

faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanda və dünyada görülən

işlərdən danışmışdır.

Çıxış edənlərdən Aşağı Kartli qubernatorunun müavini Azər Süleymanov, Marneuli rayon məclisinin sədri

Eyvaz İsmayılov, "Ozan" cəmiyyətinin sədri Kamil Kirəcli, Rusiya Federasiya Tula şəhərinin "Dostluq"

cəmiyyətinin nümayəndəsi Ədalət Yaqubov, Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynov,

yazıçı Əli Abbas, "Bolnisi" qəzetinin əməkdaşı Əmirxan Həsənov, Marneuli şəhər 3 nömrəli orta məktəbin

direktoru Elyura Əliyeva və başqaları 20 yanvar hadisələri haqqında ətraflı söhbət açmışlar.

Tədbir zamanı Mədəniyyət Mərkəzinin binasında 20 yanvar faciəsinə həsr olunmuş foto-stendlər və sənədli

film nümayiş etdirilmişdir.

AzərTAc

Page 87: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

87

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinin

17-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir

(20 yanvar, 2007-ci il)

Qanlı Yanvar hadisələri qurbanlarının xatirəsi Tbilisidə anılmışdır. Yanvarın 20-də Tbilisidə Azərbaycanın

Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə qanlı Yanvar hadisələrinin 17-ci ildönümünə həsr olunmuş mərasim

keçirilmişdir. Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri səfir Namiq Əliyev açaraq sabiq sovet imperiyası cəlladlarının Vətənimizin müstəqilliyini tələb

edən dinc sakinləri qanına qəltan etməsi, faciənin səbəbləri, baş verdiyi şərait barədə ətraflı məlumat vermişdir.

Səfir Qorbaçov hakimiyyətinin Azərbaycanın o dövrkü səriştəsiz rəhbərlərinin milli qeyrətsizliyindən istifadə

edərək Bakıya ağır texnika yeridərək 138 nəfəri qətlə yetirməsini, 700-dən çox adamın yaralanmasını, xeyli

adamın itkin düşməsini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir 1989-cu il aprelin 9-da imperiyanın

gürcü xalqının da başına belə bəlalar gətirdiyini, xalqlarımızın əsarət zəncirini qıraraq dünya birliyində layiqli

yer tutduğunu vurğulamış, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gerçəkləşən

layihələrin Cənubi Qafqazın rifahına və regionda sülhün qorunub saxlanmasına xidmət etdiyini bildirmişdir.

Namiq Əliyev demişdir ki, Azərbaycan dövləti şəhidlik zivəsinə yüksələnlərin ailə üzvlərinə qayğı və diqqətini

əsirgəmir. Azərbaycan Prezidenti İlham Əliyev bu qəbildən olan vətəndaşların sosial vəziyyətinin

yaxşılaşdırılmasına yönəlmiş sərəncamları buna sübutdur.

Mərasimdə iştirak edən Tbilisi şəhərinin vitse-meri Mamuka Akplebiani demişdir ki, xalqlarımızın azadlığı

uğrunda şəhid olanların xatirəsi qəlblərimizdə əbədi yaşayacaqdır. Gürcüstan energetika nazirinin müavini İsaq

Novruzov Azərbaycan xalqının başına gətirilən bu faciənin Gürcüstan ictimaiyyətinin diqqətinə çatdırılmasında

Azərbaycan səfirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirmişdir.

Sonra tədbir iştirakçıları səfirliyin təşəbbüsü ilə təşkil olunan fotosərgiyə, habelə kinofilmə baxmışlar.

AzərTAc

Page 88: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

88

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində Qanlı Yanvar

faciəsinin on yeddinci ildönümü ilə bağlı tədbir keçirilmişdir

(20 yanvar, 2007-ci il)

Yanvarın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində Qanlı Yanvar faciəsinin on

yeddinci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Mərasimdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin,

Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət və Sənaye

Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, eləcə də mətbuat

nümayəndələri iştirak etmişlər. Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il yanvarın 20-də

Sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik aktı, öz konstitusion hüquqlarının bərqərar edilməsi

tələbi ilə çıxış edən dinc və silahsız əhalinin, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan

vətən oğullarının vəhşicəsinə gülləbaran edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki,

bu faciə nəticəsində 130-dan artıq insan qətlə yetirilmiş, 700-dən çox insan müxtəlif dərəcəli yaralar almışdır.

Həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət

verilmişdir. Təhlükə və təqiblərə baxmayaraq Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva

şəhərindəki daimi nümayəndəliyinə gələrək cəsarətlə Sovet rəhbərliyinə, kommunist rejiminə qarşı açıq etirazını

bildirmişdir. Diplomat qeyd etmişdir ki, əsarətə və ədalətsizliyə qarşı mübarizə aparan və canlarını bu yolda

fəda edən Azərbaycan övladlarının əziz xatirəsi heç vaxt unudulmayacaq.

Digər çıxış edənlər 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri pisləyərək,

milli azadlıq yolunda şəhid olan qəhrəmanların tarixdə əbədi yaşayacaqlarını vurğulamışlar.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən mətbuat üçün

açıqlama Rumıniyadakı dipkorpus və beynəlxalq təşkilatların nümayəndəliklərinə, ölkənin hökumət və dövlət

strukturlarına, qeyri-hökumət təşkilatlarına göndərilmişdir. Rumıniya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı

məqalələr dərc etdirilmiş, yerli televiziya kanallarında sənədli filmlər nümayiş olunmuşdur.

AzərTAc

Page 89: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

89

Londonda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

(20 yanvar, 2007-ci il)

Yanvarın 20-də Böyük Britaniyada fəaliyyət göstərən Kaspian-Xəzri Azərbaycan məktəbi və Azərbaycanlı

Gənclər Klubunun təşkilatçılığı ilə London şəhərindəki Wisdom Primary and Secondary School binasında Qanlı

Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq çıxış edən Kaspian-Xəzri məktəbinin

direktoru Simuzər Baloğlanova və Azərbaycanlı Gənclər Klubunun sədri Vüsal Həmzəyev 17 il əvvəl xalqımıza

qarşı həyata keçirilən 20 Yanvar hadisələri barədə mərasim iştirakçılarına məlumat vermişlər. Sonra söz alan

tədbirin təşəbbüskarı, Azərbaycanlı Gənclər Klubunun fəal üzvü Elçin Babayevin təklifi ilə şəhidlərin ruhu bir

dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra E.Babayev qonaqlara Azərbaycanın XX əsr tarixi haqqında və 20

Yanvar faciəsi barədə geniş məlumat vermişdir.

Tədbirin sonunda mərasim iştirakçılarına 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc

əhaliyə qarşı törədilmiş hadisələrlə bağlı gizli çəkilmiş videokadrlar nümayiş etdirilmişdir.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayəndəsi Orxan Sultanov,

London Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, Britaniya Azərbaycan Kültür Ocağı təşkilatının sədri

Ramin Yaşar və Azərbaycan diasporunu digər nümayəndələri də iştirak etmişlər.

AzərTAc

Page 90: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

90

KADF Kanada hökumətinə 20 Yanvar hadisələrinə

siyasi qiymət verilməsi üçün müraciət etmişdir

(20 yanvar, 2007-ci il)

Yanvarın ayının 20-də Kanada Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan Respublikasının

Kanadadakı səfirliyinin dəstəyi ilə 20 Yanvar hadisələri ilə bağlı “Qanlı Yanvar” sərlövhəli açıqcalar nəşr

etdirmişdir. Açıqcalarda işğalçı sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı terrordan,

Azərbaycan oğullarının Vətən uğrunda mərdliklə həlak olmalarından bəhs edilmişdir.

Qeyd edək ki, Kanada Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə bir neçə gün öncə Kanada Türk

Cümhuriyyətləri Diaspora Təşkilatları Koordinasiya Mərkəzinin Çalışma qrupu da Kanadanın baş nazirinə,

millət vəkillərinə və müvafiq təşkilatlarına müraciət ünvanlayaraq 20 Yanvar hadisələrinə siyasi qiymət

verilməsinin vacibliyini vurğulamışlar.

AzərTAc

Page 91: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

91

Kanada Azərbaycan Assosiasiyaları Assambleyası 20 Yanvar

faciəsi ilə əlaqədar anma mərasimi keçirmişdir

(21 yanvar, 2007-ci il)

Yanvar ayının 21-də Kanadanın Monreal şəhərində 20 Yanvar faciəsi qurbanlarını anma mərasimi

keçirilmişdir. Tədbiri Kanada Azərbaycanlıları Assosiasiyaları Assambleyasına (KAAA) daxil olan Kvebek

Azərbaycanlıları Assosiasiyası, Kanada Azərbaycanlı Qadınlar Assosiasiyası və Kanada Azərbaycanlı Gənclər

Assosiasiyası təşkil etmişdir. Mərasimdə çıxış edən Kvebek Azərbaycanlıları Assosiasiyasının prezidenti Məsud

Əliyev 20 Yanvar faciəsinin xalqımızın yaddaşında əbədi olaraq qalmasının vacibliyindən danışmışdır.

Azərbaycanın diasporunun üzvü Saleh İldırım çıxışı zamanı Qanlı Yanvarın Sovet İmperiyasının xalqımızın

azadlıq mübarizəsinə qarşı yönəlmiş çirkin planın bir hissəsi olduğunu bildirmiş və 20 Yanvar hadisələri

haqqında yazdığı şerini oxumuşdur. Sonra çıxış edən Rafik Yusufov, Tünzalə Bağırova, Elşad Hacıyev də canlı

şahidləri olduqları faciələr barəsində toplantı iştirakçılarına məlumat vermişlər.

Tədbirin sonunda Monreal şəhərinin Azərbaycan icmasının üzvləri Kanada Parlamentinə müraciət qəbul

etmişlər. Müraciətdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə

bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının bu günə qədər həyata keçirilmədiyi, bir milyondan artıq

Azərbaycan qaçqınlarının hələ də öz evlərinə qayıtmaq imkanından məhrum olduğu xatırlanır və Kanada

Parlamentinin üzvlərindən erməni işğalına son qoymaq üçün köməklik göstərmələri xahiş olunur.

AzərTAc

Page 92: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

92

Bişkekdə türk diasporu ilə birlikdə 20 Yanvar

faciəsinin ildönümü keçirilmişdir

(21 yanvar, 2007-ci il)

Bişkekdə Heydər Əliyev Fondu tərəfindən Türk diasporu ilə birlikdə müasir Azərbaycanının tarixində ən

ağrılı bir gün olan yanvar faciəsinin 17-ci il dönümü ilə bağlı tədbir keçirilmişdir.

Faciəli Qara yanvar tədbirini Heydər Əliyev Fondunun rəhbəri Nüsrət Məmmədov açaraq, 1990-cı il,

yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş dəhşətli faciədən danışdı. O həmin dövrdə başda M. Qorbaçov

olmaqla SSSR-yə rəhbərlik etmiş şəxslərin günahsız insanların qətlində əli olduğunu vurğuladı.

Çıxış edənlər, Türkiyə Respublikasının Qırğızıstandakı səfirliyinin birinci katibi Özgür Gökmen,

Qırğızıstan Respublikası Prezidenti yanında İnsan Haqları üzrə səlahiyyətli nümayəndəsi Tursun Akun, axund

İlham Əsədov, “Azəri” İctimai Birliyi sədrinin müavini Əsəd Həsənov, Heydər Əliyev Fondunun əməkdaşları

Məmmədova Xalidə və Nəbiyeva Leyla bu cinayətdə əli olan şəxslərin cəzalandırılmasını tələb etdilər.

Qırğızıstan Respublikasındakı Türk İctimai Birliyinin rəhbəri Murafəddin Sakimov öz çıxışını Mustafa

Kamal Atatürkün “Azərbaycanının sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət,

iki dövlətik” sözləri ilə başlayaraq Türkiyə və Azərbaycanının birlikdə daha qüvvətli olub böyük nailiyyətlər

əldə edə biləcəyindən danışdı.

Tədbirdə ehsanlar paylanmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.

AzərTAc

Page 93: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

93

İzmirdə 20 Yanvar faciəsini əks etdirən sərgi təşkil edilmişdir

(21 yanvar, 2007-ci il)

Türkiyənin İzmir şəhərində Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə bu şəhərdə təhsil alan

azərbaycanlı tələbələrin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Türk

dünyasından gələn tələbələrə yardım məqsədi ilə qurulmuş Dost Elləri Dərnəyi də tədbirin təşkilinə dəstək

vermişdir.

Mərasim İzmirin mərkəzi məscidi olan Hisar Məscidində şəhidlərin ruhuna dualar oxunması və buradakı

insanlara ehsan paylanması ilə başlamışdır. Daha sonra isə İzmirin mərkəzi meydanı olan Konak Meydanında

kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edilmişdir. Burada çıxış edən Azərbaycan Kültür

Evi və Dayanışma Dərnəyinin sədri Turqut Arat, azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev, Türk

Dünyası İnsan Hakları Dərnəyinin sədri Cəlal Öcal və İzmir Şəhid Ailələri Dərnəyinin sədri Yavuz Alphan 20

Yanvar faciəsinin tarixindən, bugünkü əhəmiyyətindən danışaraq, şəhidləri heç vaxt unutmayacaqlarını və

unutdurmayacaqlarını qeyd etmişlər.

Tədbirdə eyni zamanda, 20 Yanvar faciəsini əks etdirən şəkillərdən ibarət sərgi təşkil edilmiş, Qanlı Yanvar

hadisələrindən bəhs edən məlumatların yer aldığı broşürlər paylanmışdır. Tədbirə Türkiyə mətbuatını təmsil

edən TRT, Anadolu Ajansı, Ulusal Kanal, Sky TV, Zaman və Yeni Gün qəzetləri böyük maraq göstərmişdir.

AzərTAc

Page 94: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

94

“TÜRKEL” Beynəlxalq Fondunun təşəbbüsilə 20 Yanvar

şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir

(21 yanvar, 2007-ci il)

Türkdilli xalqları öz ətrafında birləşdirən və mərkəzi ofisi Bişkek şəhərində olan “TÜRKEL” Beynəlxalq

Fondunun təşəbbüsilə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir. Öncə “TÜRKEL”

qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli 17 il bundan əvvəl Azərbaycan xalqının başına gətirilən faciədən

və imperiya qoşunlarının Bakıda və respublikanın digər yerlərində qanlı vəhşiliklər törətdiyindən, xalqımızın

Azadlıq mübarizəsindən, erməni işğalçıların vəhşiliklərindən danışmışdır.

“TÜRKEL” Fondunun prezidenti Hökümə Xəlilova isə əyani vasitə kimi H.Əliyev Fondu tərəfindən türk,

ingilis və rus dillərində son vaxtlarda nəfis tərtibatda çapdan çıxmış “Qarabağ həqiqətləri” silsiləsindən adlı

kitablarda Azərbaycan türklərinə qarşı soyqırım siyasətini əks etdirən faktlar barədə KİV nümayəndələrinə

ətraflı bilgi vermişdir.

Mərasimə toplaşan türkdilli xalqların təmsilçilərinə Xocalı soyqırımının dünya birliyi tərəfindən rəsmən

tanınması istiqamətində xarici ölkələrdə yaşayan azərbaycanlılar bir milyondan çox imza toplanması barədə də

məlumat çatdırılmışdır.

Axırda jurnalistlərin çoxsaylı sualları cavablandırılmışdır.

“TÜRKEL” Fondu özəl olaraq 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş radio-oçerk hazırlamış və

“Manas TV radiosu”nda bır saat yayımlanacaqdır.

AzərTAc

Page 95: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

95

Azərbaycanın İordaniyadakı səfirliyi 20 Yanvar faciəsinin

ildönümü ilə əlaqədar bəyanat yaymışdır

(23 yanvar, 2007-ci il)

Azərbaycanın İordaniya Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirlik 20 Yanvar faciəsinin

17-ci ildönümü ilə əlaqədar bəyanat hazırlayaraq, krallıqdakı yerli və xarici kütləvi informasiya vasitələrinə

göndərmişdir.

Bundan əlavə, yanvarın 20-də ölkənin nüfuzlu “Ər-Rəy” qəzetində Sovet qoşunlarının Bakıda törətdiyi

qətliamlara, Sovet dövləti rəhbərlərinin cinayətkar əməllərinə dair məqalə çap olunmuşdur. Ötən ilin noyabrında

Azərbaycanda olarkən Şəhidlər xiyabanını ziyarət etmiş jurnalist S.Həttab məqaləsində 1990-cı ilin yanvarında

baş vermiş hadisələr haqqında ətraflı məlumat vermişdir.

Məqalədə İordaniya-Azərbaycan əlaqələrinin inkişafından, Azərbaycan Prezidenti İlham Əliyev və

İordaniya kralı II Abdullanın dostluq münasibətlərindən, bu amilin ölkələrimiz arasında əməkdaşlığın inkişafına

böyük təsirindən də söz açılmışdır.

Müəllif Azərbaycanın İordaniyada səfirliyinin açılmasının ikitərəfli əlaqələrin genişlənməsindəki rolunu

vurğulamış, gələcəkdə İordaniyanın Bakıda səfirliyinin açılmasının əhəmiyyətini qeyd etmişdir. Məqalədə, eyni

zamanda iqtisadi-ticarət əlaqələrinin genişlənməsindən, iş adamlarının və turistlərin qarşılıqlı səfərlərinin təşkili

üçün qısa müddətdə Bakı-Amman aviareysinin açılmasının vacibliyindən danışılmışdır.

AzərTAc

Page 96: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

96

2008

Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar

faciəsinin ildönümü qeyd edilmişdir

(17 yanvar, 2008-ci il)

Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yanvarın 17-də səfirlikdə 20 Yanvar

faciəsinin 18-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Səfir İbrahim Hacıyev Qanlı yanvar hadisələrinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst

şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət, xalqımızın düçar olduğu faciənin ağır nəticələri

barədə məlumat vermiş, o müdhiş günlərdə qəhrəman oğul və qızlarımızın şücaətindən, nümayiş etdirdiyi

birlikdən danışmışdır.

Müstəqil Azərbaycanın qısa müddətdə qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə

ölkəmizdə müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlardan, respublikamızın iqtisadi inkişafından bəhs

edən diplomat, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu

xətti layihəsinin, habelə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin regionun tərəqqisi, sabitliyi və

təhlükəsizliyi üçün əhəmiyyətini vurğulamışdır.

İbrahim Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münaqişənin həllində bu ölkənin

tutduğu qeyri-konstruktiv mövqe barədə də məlumat vermişdir.

Səfirliyin Azərbaycanın son illərdəki iqtisadi inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, ölkəmizin Avropa

İttifaqı ilə əməkdaşlığı, Azərbaycan-İndoneziya əlaqələri, 20 Yanvar, Xocalı faciələri və GUAM barədə ingilis

dilində hazırladığı materiallar toplusu, yerli dildə də çap olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi” kitabı

tədbir iştirakçılarına təqdim edilmişdir.

Azərbaycanla İndoneziya arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərindən də bəhs olunmuş,

jurnalistlərin suallarına cavab verilmişdir.

Tədbirdə İndoneziya Xarici İşlər Nazirliyinin, “TVRİ”, “Metro TV”, “İndosiar” televiziya kanallarının,

“The Jakarta Post”, “Suara Pembaruan”, “Media İndonesia”, “İndo Pos”, “Republika” qəzetlərinin və “Gatra”

jurnalının təmsilçisiləri iştirak etmişlər.

AzərTAc

Page 97: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

97

Kiyevdə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş

matəm mitinqi keçirilmişdir

(18 yanvar, 2008-ci il)

Ümummilli lider Heydər Əliyev Moskvada keçmiş SSRİ-nin Prezidenti Mixail Qorbaçovu və onun ətrafını,

habelə Azərbaycanın o zamankı oyuncaq hökumətini qanlı 20 Yanvar faciəsinin törədilməsində təqsirləndirən

ilk və yeganə siyasətçi olmuşdur. Bunu yanvarın 18-də ümummilli lider Heydər Əliyevin ölkəmizin Kiyevdəki

diplomatik nümayəndəliyi yaxınlığındakı bağda ucaldılmış abidəsi önündə keçirilən Qara Yanvar qurbanlarının

xatirəsinə həsr olunmuş mitinqdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev demişdir.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ümummilli liderin abidəsi önünə güllər düzüləndən sonra

diplomat burada toplanmış Ukrayna ictimaiyyətinin nümayəndələrinə Azərbaycanın ən yeni tarixində qanlı

səhifələrdən birindən, vətənimizin azadlığı və müstəqilliyi naminə totalitar rejimə qarşı üsyan qaldırmış

xalqımızın rəşadətindən danışmışdır.

Səfirliyimiz 1990-cı ilin faciəvi hadisələri ilə bağlı mətbuat üçün məlumat hazırlayaraq, dövlət orqanlarına,

ictimai təşkilatlara, diplomatik nümayəndəliklərə, KİV-lərə göndərmişdir.

AzərTAc

Page 98: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

98

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar

qurbanlarının xatirəsi anılmışdır

(18 yanvar, 2008-ci il)

Yanvarın 18-də Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il qanlı 20 Yanvar faciəsinin 18-ci

ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Səfirlik binasının girəcəyində Qara Yanvar qurbanlarının adları yazılmış stend asılmışdır. Stendin önünə

güllər və əklillər qoyulması mərasimindən əvvəl ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu burada toplaşan

Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin nümayəndələrinə müraciət edərək bildirmişdir ki, Rusiyada

yaşayan azərbaycanlılar 1990-cı il yanvar faciəsinin 18-ci ildönümünü Azərbaycan xalqı ilə birlikdə qeyd

edirlər.

Sonra səfirliyin konfrans salonunda Azərbaycan və Rusiya ictimaiyyəti nümayəndələrinin, politoloqların,

elm və mədəniyyət xadimlərinin, habelə Moskvada akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının

iştirakı ilə faciəli tarixə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun

Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da iştirak etmişdir.

Polad Bülbüloğlu giriş sözündə o günlərə qısa ekskurs edərək xüsusi vurğulamışdır ki, bu qanlı hadisə Sovet

İttifaqının süqutu və yeni müstəqil dövlətlərin yaranması ərəfəsində baş vermişdir. Ancaq dövlət müstəqilliyinin

bərpası uğrunda mübarizədə ən ağır itki verən 1990-cı ilin yanvarında sovet hərb maşını ilə üzbəüz qalan

Azərbaycan xalqı olmuşdur. Müxtəlif millətlərdən olan yüzlərlə günahsız insanın həyatına son qoyulmuşdu.

Səfir görkəmli siyasi xadim Heydər Əliyevin vətəndaş mövqeyindən danışaraq, ulu öndərin 1990-cı il

yanvarın 21-də Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinin binasında keçirdiyi mətbuat

konfransının tarixi əhəmiyyətini xatırlatmışdır. Ümummilli lider Heydər Əliyev o zaman yanvar hadisələrinə ilk

olaraq siyasi qiymət vermiş, onları “Azərbaycan xalqına qarşı qanlı cinayət” adlandırmışdı.

“Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli Moskvada yaşayan bir çox

soydaşlarımızın o müdhiş gecədə keçirdikləri hisslərdən danışmışdır. O demişdir ki, həmin gün səhər tezdən

Azərbaycan ictimaiyyətinin nümayəndələri ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda baş

vermiş qanlı qırğını pisləyən müraciət qəbul etdilər. Tofiq Məlikli həmin müraciətin mətnini 18 il ərzində ilk

dəfə oxuyaraq qeyd etdi ki, sənəd qəbul edildikdən sonra 5 minə yaxın nümayişçi daimi nümayəndəlikdən

Sov.İKP Mərkəzi Komitəsinə doğru yürüş edərək, müraciəti oraya təqdim etdi. O vurğuladı ki, ümummilli lider

Heydər Əliyevin təşəbbüsü ilə yanvar faciəsi pisləndi, hadisələrə siyasi-hüquqi qiymət verilməsi üçün parlament

komissiyası yaradıldı. Yazıçı İlham Bədəlbəyli Bakıda yanvar faciəsi haqqında həqiqətlərin dünya

ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolundan danışaraq, faciənin səhərisi günü

daimi nümayəndəliyə gələn dahi liderin dediyi “Bu gün mən öz xalqımla olmaya bilmərəm” sözlərini yada saldı.

Politoloq Sergey Markedonov öz növbəsində bildirdi ki, SSRİ-nin süqutu dövründə baş verən digər

hadisələrlə yanaşı, 1990-cı il 20 Yanvar hadisəsi də xüsusi öyrənilməli və araşdırılmalıdır. O, Heydər Əliyevin

Page 99: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

99

rolundan danışaraq vurğuladı ki, ulu öndər Azərbaycanda hakimiyyətə qayıtdığı dövrlərdə Moskvada səhvən

düşünürdülər ki, Heydər Əliyev Moskva üçün əlverişli fiqur olacaq, lakin məhz Heydər Əliyev milli dövlətin

layiqli lideri kimi sovet düşüncəli siyasətçinin məntiqi ilə milli liderin məntiqi arasındakı fərqi nümayiş etdirə

bildi. Politoloqun fikrincə, müasir Rusiya həm özü, həm də bütün beynəlxalq ictimaiyyət üçün Sovet İttifaqının

varisi olduğunu və ya da keçmişə görə məsuliyyət daşımayan tamamilə yeni dövlət olduğunu

müəyyənləşdirməlidir. MDU yanında İnformasiya-Təhlil Mərkəzinin eksperti Aleksandr Karavayev nə qədər

ziddiyyətli olsa da sovet keçmişinin bütün hadisələrinə vahid mövqedən yanaşılmasının və qiymət verilməsinin

zəruriliyini diqqətə çatdırdı. Onun fikrincə, son nəticədə məhz belə yanaşma 20 Yanvar faciəsi kimi hadisələrə

düzgün qiymət verilməsinə gətirib çıxara bilər.

Yazıçı, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev haqqında kitabın

həmmüəllifi Viktor Andrianov alimlərin, jurnalistlərin və politoloqların iştirakı ilə Azərbaycan və Rusiya

ictimaiyyətinin birgə layihəsini həyata keçirməyə və Bakıda yanvar faciəsinin hərtərəfli təhlilinə həsr olunmuş

“Qara gün haqqında ağ kitab” yazmağa çağırdı. O ümidvar olduğunu bildirdi ki, bu layihə həm Azərbaycanın

səfirliyi, həm də Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən dəstəklənəcəkdir.

AzərTAc

Page 100: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

100

20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılmışdır

(18 yanvar, 2008-ci il)

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yanvarın 18-də Qanlı Yanvar faciəsinin

18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə səfirliyin əməkdaşları və İtaliyadakı

Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Səfir E.Kərimov mərasimdə çıxış edərək, 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri, keçmiş SSRİ

rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasəti barədə məlumat verərək, Yanvar hadisələrinin Azərbaycanın

yeni tarixinin qanlı və şanlı səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirmişdir. Səfir həmin hadisələrə

yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini

vurğulamış, faciənin törədilmə səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının

əhəmiyyətini qeyd etmişdir.

Roma şəhərində Azərbaycan diasporunun fəallarından olan Elxan Əliyev çıxış edərək, 20 Yanvar faciəsi ilə

əlaqədar xatirələrini bölüşmüş, mərasimin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini

vurğulamışdır.

Mərasimdə, həmçinin Romada səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq

Ağamirov da iştirak etmiş, İtaliyadakı Azərbaycan diasporunun nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.

Tədbirin sonunda “Lider” telekanalının istehsalı olan “20 Yanvara aparan yol” adlı sənədli film nümayiş

etdirilmişdir.

Bundan əlavə, 20 Yanvar faciəsi haqqında mətbuat məlumatı hazırlayan səfirlik onu İtaliyanın dövlət və

hökumət qurumlarına, beynəlxalq təşkilatların Romadakı nümayəndəliklərinə, diplomatik korpusa və kütləvi

informasiya vasitələrinə göndərmişdir.

AzərTAc

Page 101: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

101

Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

(18 yanvar, 2008-ci il)

Yanvarın 18-də Gürcüstanda 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir.

Mərasim Tbilisidən başlanmış, azərbaycanlıların yığcam məskunlaşdıqları Kvemo Kartli-Borçalı bölgəsində

davam etdirilmişdir. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, ölkəmizin Gürcüstandakı iş adamları ulu

öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsi önünə əklillər qoymuşlar.

Sonra mərasim Marneulidəki Azərbaycan Mədəniyyət Mərkəzində ictimaiyyət nümayəndələrinin iştirakı ilə

davam etdirilmişdir. Tədbiri mədəniyyət mərkəzinin əməkdaşı Mikayıl Mustafayev açmışdır. Azərbaycanın

Gürcüstandakı səfiri Namiq Əliyev 20 Yanvar faciəsi barədə ətraflı danışmışdır. Səfir demişdir ki, müstəqilliyi

uğrunda ayağa qalxan xalqımız imperiyanın dişinədək silahlanmış, erməni hiyləsi və fitvası ilə zəhərlənmiş

qaniçən ordusu qarşısına əliyalın çıxmaqdan qorxmadı və qanı bahasına müstəqilliyini qazandı. O zaman bu

qırğını ört-basdır etməyə cəhd göstərən sovet imperiyasının güclü təbliğat maşını isə salınsa da, heç kəs və heç

nə azadlığına qovuşmaq üçün hayqıran xalqın səsini boğa bilmədi. Ümummilli liderimiz Heydər Əliyev öz

həyatını təhlükə qarşısında qoyub Moskvadan haqq səsini ucaltdı, xalqımızın başına gətirilən müsibətlərin,

Azərbaycan həqiqətlərinin dünyaya yayılması naminə cəsarətli çıxışlar etdi. Artıq o dəhşətli günlərdən 18 il

keçir. Hər il xalqımız qeyrətli övladlarının xatirəsini yad edir, şəhidlərimizin ruhuna dualar oxunur. Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev şəhidlərin, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların

ailələrinin, eyni zamanda bu hadisələr zamanı əlil olanların sosial şəraitinin yaxşılaşdırılmasını diqqətdən

yayındırmır, dövlət strukturlarından onlara qayğını əsirgəməməyi tələb edir.

Mərasimdə çıxış edənlər harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün 20 Yanvar

şəhidlərinin xatirəsinin əziz olduğunu vurğulamışlar. Mərasim iştirakçıları üçün 20 Yanvar faciəsinə həsr

olunmuş kitabların, fotoşəkillərin sərgisi təşkil edilmiş, film nümayiş etdirilmişdir.

AzərTAc

Page 102: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

102

Mərakeş Krallığında 20 Yanvar faciəsinin ildönümü ilə

əlaqədar anma mərasimi keçirilmişdir

(18 yanvar, 2008-ci il)

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma

mərasimi keçirilmişdir.

Səfirlikdən verilən məlumatda bildirilir ki, mərasim Azərbaycanın Dövlət himninin səslənməsi ilə açılmış,

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik

sükutla yad edilmişdir.

Faciənin ildönümü ilə əlaqədar səfirliyin binası üzərindəki Azərbaycan bayrağı endirilmişdir.

Səfir Sabir Ağabəyov 1990-cı il 20 yanvar gününün Azərbaycanın müstəqillik tarixində xüsusi əhəmiyyət

kəsb etdiyini vurğulayaraq, həmin gün sovet ordusu tərəfindən törədilmiş qanlı qırğının mahiyyəti barədə

danışmışdır. Bildirmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra

bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir.

Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı fotostend və film nümayiş etdirilmişdir.

Ümumxalq hüzn günü münasibətilə Mərakeş Krallığı Xarici İşlər Nazirliyinə, Mərakeşdə akkreditə olunmuş

diplomatik korpus nümayəndələrinə və ölkənin nüfuzlu “Le matin” və “L`Opinion” qəzetlərinə mətbuat

məlumatı göndərilmişdir.

AzərTAc

Page 103: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

103

Dubayda 20 Yanvar faciəsini anma mərasimi keçirilmişdir

(18 yanvar, 2008-ci il)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki,

yanvarın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti 20 Yanvar

faciəsinin 18-ci ildönümü münasibətilə anma tədbiri keçirmişdir.

Soydaşlarımızla yanaşı, türk və digər xalqların diaspor təşkilatları nümayəndələrinin iştirak etdikləri

tədbirdə cəmiyyətin sədri Samir İmanov 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, ümummilli lider

Heydər Əliyevin həmin qanlı hadisədən sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu faciəni

törədənləri kəskin şəkildə pisləyən və təqsirkarların cəzalandırılmasını tələb edən bəyanatla çıxış etməsini bir

daha xatırlatmışdır.

Anma gecəsində Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunmuş, film

göstərilmişdir.

Azərbaycan Cəmiyyəti sədrinin ərəb dilində nəşr olunan “Əl-Bayan” qəzetində 20 Yanvar faciəsindən bəhs

edən məqaləsi dərc olunmuşdur.

AzərTAc

Page 104: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

104

İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(18 yanvar, 2008-ci il)

Yanvarın 18-də ölkəmizin İstanbuldakı baş konsulluğu “Uyğulama” hotelində 20 Yanvar faciəsinin 18-ci

ildönümü ilə bağlı mərasim keçirmişdir.

Mərasimdə iştirak edən Azərbaycan dərnəklərinin təmsilçiləri, mədəniyyət xadimləri, burada təhsil alan

azərbaycanlı tələbələr, Türkiyə ictimaiyyətinin nümayəndələri şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad

etmişlər.

Azərbaycanın dövlət himni səslənmişdir. Sonra ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran qanlı 20

Yanvar faciəsi, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən ətraflı bəhs etmişdir. O

vurğulamışdır ki, 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindəndir.

Sonra qanlı faciə ilə bağlı sənədli film nümayiş etdirilmiş, mərasim iştirakçıları sənəd və fotoşəkillərdən

ibarət sərgi ilə tanış olmuşlar. Bədii hissədə şəhidlərimizə həsr olunmuş şeirlər, onların müqəddəs ruhuna ağılar

səslənmişdir.

AzərTAc

Page 105: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

105

Nyu-Yorkda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anim tədbiri

keçirilmişdir (18 yanvar, 2008-ci il)

Yanvarın 18-də Azərbaycanın BMT yanında daimi nümayəndəliyində Qanlı 20 Yanvar faciəsinin ildönümü

ilə əlaqədar anma tədbiri keçirilmişdir.

Əvvəlcə 1990-cı ildə xalqımızın azadlığı uğrunda həyatlarını qurban vermiş Azərbaycanın qəhrəman oğul

və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bu hadisənin xalqımıza qarşı yönəlmiş

dəhşətli cinayət olduğunu demişdir. Bu qətliamın baş verməsinin əsas səbəbkarları kimi keçmiş sovet

rəhbərliyini günahlandıran A.Mehdiyev, onların törətdikləri cinayətlərə görə hələ də məsuliyyətə cəlb

olunmamalarına təəssüfləndiyini vurğulamışdır.

20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik eşqini, xoşbəxt gələcəyə inamını, bu

yüksək amala çatmaq iradəsini qırmağa yönəldiyini bildirən Aqşin Mehdiyev, xalqımızın yenilməyərək öz

müstəqilliyini bərpa etdiyini diqqətə çatdırmışdır.

Daimi nümayəndə əmin olduğunu bildirmişdir ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları

yaxın zamanda azad ediləcək və didərgin düşmüş həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar.

Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan daimi nümayəndə, ümummilli liderimiz

Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd

etmişdir.

Azərbaycan diasporu nümayəndələri adından Azərbaycan-Nyu-York Assosiasiyasının prezidenti Əli

Nəsibov Qanlı 20 Yanvar hadisələrində şəhid olanların xatirəsinin Azərbaycan xalqının yaddaşında daim

yaşayacağını bildirmiş, bu faciədən sonra bütün dünya azərbaycanlılarının daha sıx birləşdiyini söyləmişdir.

Tədbirdə daimi nümayəndəliyin əməkdaşları, Nyu-Yorkdakı Azərbaycan diasporunun, Amerikada yaşayan

Dağ Yəhudiləri İcmasının rəhbərləri və üzvləri iştirak etmişlər.

AzərTAc

Page 106: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

106

ABŞ-da Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi anılmışdır

(19 yanvar, 2008-ci il)

AzərTAc-ın xüsusi müxbiri Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinə istinadla xəbər verir ki, Qanlı 20

Yanvar faciəsinin 18-ci ildönümü ABŞ Konqresində xatırlanmışdır. Cənubi Karolina ştatının təmsilçisi,

Konqresdə Azərbaycan məsələləri üzrə işçi qrupunun üzvü Co Uilson bəyanatla çıxış edərək, Azərbaycan

xalqının azadlıq və demokratiya uğrunda verdiyi qurbanların xatirəsini anmağa çağırmışdır.

Co Uilson Azərbaycanda 18 il əvvəl baş verən tarixi hadisələr haqqında həmkarlarına məlumat verərək

demişdir ki, Moskvadakı Ali Sovetin Rəyasət Heyətinin fövqəladə vəziyyət haqda qərarına əsaslanaraq, 1990-cı

ilin 19-20 yanvar gecəsi Azərbaycana 26 min sovet qoşunu yeridilmişdir. Rəsmi statistikaya görə, 130

azərbaycanlı qətlə yetirilmiş, 611 nəfər yaralanmış, 841 nəfər həbs edilmiş, 5 nəfər isə itkin düşmüşdür. Sovet

qoşunlarının müdaxiləsi xalq arasında artan müstəqillik ruhunu boğmaq məqsədi güdsə də, əksinə, azadlıq

uğrunda mübarizə hisslərini daha da alovlandırmışdır.

Konqresmen Uilson bildirmişdir ki, bu gün Azərbaycan azad şəkildə seçilmiş Prezidenti, parlamenti, azad

bazar islahatları və ərazisində xarici qoşunlara yer verməməsi hesabına yüksək sürətlə inkişaf edən dövlətə

çevrilmişdir.

Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə Azərbaycan səfirliyi ilə birgə təşkil etdiyi

toplantıda amerikalı auditoriya qarşısında Qanlı Yanvar gecəsinin dəhşətlərini canlandırmışdır. Lider

Televiziyasının istehsalı olan “Qanlı Yanvara aparan yol” sənədli filmi əcnəbi tamaşaçılara tarixi faciəmizin

səbəblərini anlatmış, imperiya cəlladlarının əməlləri, onların qəlbində nifrət hissi doğurmuşdur. Soyuq

müharibəyə son qoymaqla Qərbdə “qəhrəman” adı qazanan Mixail Qorbaçovun qatil simasını amerikalılar ilk

dəfədir görürdülər.

Film ABŞ-ın azərbaycanlı icması yaşayan şəhərlərində - Hyuston, Nyu-York, San-Fransisko və Los-

Ancelesdə də diaspor üzvlərimiz tərəfindən təşkil edilən anma mərasimlərində nümayiş etdirilmişdir.

Hyuston şəhərinin meri Bill Uayt “Hyuston azərbaycanlıları” İcmasına ünvanladığı məktubda Qanlı Yanvar

faciəsinin ildönümü ilə bağlı başsağlığı vermişdir. Merin qərarına əsasən, 20 Yanvar şəhidlərinin xatirəsi

Hyustonda bazar günü saat 12-də bir dəqiqəlik sükutla anılacaqdır.

AzərTAc

Page 107: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

107

Ukraynanın populyar “5-ci kanal”ında 20 Yanvar

hadisələrinə həsr olunmuş veriliş hazırlanmışdır

(19 yanvar, 2008-ci il)

Yanvarın 19-da Ukraynada populyar olan “5-ci kanal” telekanalı Azərbaycanda 1990-cı ilin qanlı 20 Yanvar

hadisələrinə həsr olunmuş “Qrinviç vaxtı ilə” verilişini təqdim etmişdir.

Tanınmış jurnalist və teleaparıcı İqor Slisarenko müəllif proqramında Qara Yanvar hadisələri haqqında

danışmış, Azərbaycan xalqının cəlladlarının adlarını çəkmiş, o dövrün dəhşətli videokadrlarını nümayiş

etdirmiş, bütün bunlara şərh vermək üçün Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevi verilişə dəvət

etmişdir.

Azərbaycan diplomatı bildirmişdir ki, keçmiş SSRİ-nin Prezidenti Mixail Qorbaçov başda olmaqla totalitar

sovet rejimi öz müstəqilliyini və suverenliyini bərpa etmək, torpaqlarını erməni tapdağından qurtarmaq arzusuna

görə azadlıqpərəst və qürurlu Azərbaycan xalqını qanına qəltan etmək istəyirdi. Səfir vurğulamışdır ki,

Qorbaçovun və əhatəsinin bu cinayətkar niyyəti puça çıxdı. Qanlı hadisələr Azərbaycan xalqını öz milli

mənafelərini qorumaq, müstəqilliyini bərpa etmək yolunda daha əzmli, möhkəm, həmrəy və qətiyyətli etdi. Dahi

lider Heydər Əliyevin rəhbərliyi altında öz dövlətçiliyini bərpa edən xalqımız hazırda çiçəklənən, demokratik

cəmiyyət qurur.

T.Əliyev demişdir ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin başçılığı

ilə Azərbaycan Respublikası daxili və xarici siyasətdə, neft strategiyasında görünməmiş uğurlar nümayiş etdirir.

Müasir mərhələdə dünya birliyi energetika təhlükəsizliyi ilə bağlı heç bir məsələni rəsmi Bakının rəyi nəzərə

alınmadan həll etmir. O, çıxışında dövlətimizin sosial siyasətindən, şəhid ailələrinə, o cümlədən qanlı Yanvar

şəhidlərinin ailələrinə hərtərəfli dəstəkdən danışmışdır.

Sonda Tələt Əliyev bildirmişdir ki, biz Azərbaycan xalqının azadlığı və dövlətimizin müstəqilliyi uğrunda

canlarından keçmiş oğul və qızlarımızın qəhrəmanlığını heç zaman unutmayacağıq, onların xatirəsinə ən yaxşı

abidə isə müstəqil, bütöv və çiçəklənən Azərbaycan olacaqdır.

AzərTAc

Page 108: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

108

Almaniyanın bir sıra şəhərlərində 20 Yanvar

faciəsinə həsr edilmiş tədbirlər keçirilmişdir

(19 yanvar, 2008-ci il)

Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, bu ölkənin müxtəlif

şəhərlərində qanlı 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.

Səfirliyin təşəbbüsü ilə Berlin şəhərində təşkil edilmiş anma mərasimində şəhidlərimizin xatirəsi bir

dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan səfir Pərviz Şahbazov 20 Yanvar faciəsinə aparan yol və həmin gecənin

dəhşətləri barədə məlumat vermişdir. Səfir 20 Yanvar hadisələrini Azərbaycanın müstəqilliyə qovuşması

yolunda mühüm amil kimi səciyyələndirərək, həmin faciəli günlərin milli özünüdərk prosesinin tərkib hissəsi

olduğunu bildirmişdir. Diplomat 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsində ümummilli lider Heydər

Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırmışdır.

Tədbirdə iştirak edən Almaniyanın Berlin, Hamburq, Köln, Podsdam, Ştutqart, Maynts və digər şəhərlərində

fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin sədrləri və ziyalılarımız 20 Yanvar hadisəsinin keçmiş imperiya

cəlladlarının Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğın olduğunu bildirmiş, bu faciənin acı nəticələrinin

Avropa ictimaiyyətinə çatdırılmasında soydaşlarımızı daha mütəşəkkil fəaliyyət göstərməyə çağırmışlar.

Mərasim iştirakçılarına 20 Yanvar, Xocalı hadisələri və Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı

kitablar və broşürlər paylanılmışdır.

Azərbaycan və türk diaspor təşkilatları 20 Yanvar faciəsi ilə bağlı Almaniyanın digər şəhərlərində də anma

mərasimləri keçirmiş və şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.

AzərTAc

Page 109: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

109

20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük Britaniyada anılmışdır

(19 yanvar, 2008-ci il)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirlikdə 20 Yanvar faciəsinin

18-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Britaniyada yaşayan azərbaycanlılar, həmçinin bu ölkənin müxtəlif ali məktəblərində təhsil alan

tələbələr iştirak etmişlər.

On səkkiz il əvvəl keçmiş sovet imperiyasının hərb maşınının Azərbaycanda törətdiyi dəhşətli faciələrdən

danışan səfir F.Qurbanov bildirmişdir ki, qanlı 20 Yanvar olayları Azərbaycanın azadlıq mübarizəsi tarixinin

həm faciəli, həm də şanlı səhifələrindən biridir. Səfir demişdir ki, Azərbaycan xalqının azadlıq uğrunda

mübarizə əzminin qırılmasına yönəldilmiş bu qırğın azərbaycanlıların birliyini, həmrəyliyini möhkəmləndirmiş,

onların müstəqilliyə qovuşmaq əzmini daha da gücləndirmişdir. Odur ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayan

azərbaycanlılar hər il 20 Yanvar qırğınının ildönümü ərəfəsində bir araya gələrək şəhidlərin xatirəsini ehtiramla

yad edir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırlar.

Səfir F.Qurbanov 1990-cı il 20 Yanvar faciəsinin canlı şahidlərindən biri kimi həmin gecə baş verən

hadisələri təsvir etməyin mənəvi cəhətdən ağır olduğunu qeyd etmişdir. Səfir bu cür anma tədbirlərinin gənc

nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Diplomat diqqətə çatdırmışdır ki, Azərbaycan xalqının o ağır günlərində ümummilli lider Heydər Əliyev

həyatını təhlükə altında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, faciənin

törədilməsinə rəvac verən keçmiş sovet rəhbərliyini ifşa etmişdir. 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev

Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra siyasi qiymət verilmişdir.

Tədbir çərçivəsində 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Filmdə 20 Yanvar

günü ağır zirehli texnika ilə silahlanmış qoşun birləşmələrinin dinc əhaliyə tutduğu qanlı divandan söhbət açılır.

Sonda Britaniyada yaşayan azərbaycanlı uşaqlar 20 Yanvar faciəsi və onun qurbanlarına həsr olunmuş

şeirlərdən parçalar söyləmişlər.

AzərTAc

Page 110: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

110

Bişkekdəki Manas Qırğız-Türk Universitetində 20 Yanvar

faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmişdir

(19 yanvar, 2008-ci il)

Azərbaycanın Qırğızıstandakı səfirliyi və Bişkekdəki Manas Qırğız-Türk Universitetində təhsil alan

azərbaycanlı tələbələrin təşəbbüsü ilə bu təhsil ocağında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim

keçirilmişdir.

300 nəfərdən artıq müəllim və tələbənin toplaşdığı salonda əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla

yad edilmişdir.

Bişkekdəki səfirliyimizin müşaviri Elxan Zeynalov 20 Yanvar hadisələrinin başvermə səbəbləri, xalqımıza

qarşı törədilmiş bu qanlı faciə haqqında geniş məlumat vermiş, Azərbaycanın suverenliyi və müstəqilliyi

uğrunda həlak olanlara göstərilən ehtirama görə universitetin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Universitetin rektoru Süleyman Kayıpov, birinci prorektor Uğur Ural, həmçinin Erhan Ayıklı və Mümtaz

Çoban öz çıxışlarında 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən

şərəfli tarixi olduğunu qeyd etmişlər.

Sonra tələbələr 20 Yanvarla bağlı şeirlər söyləmiş, faciədən bəhs edən film nümayiş etdirilmişdir.

Universitetin foyesində 20 Yanvar faciəsini əks etdirən fotosərgi də təşkil olunmuşdur.

AzərTAc

Page 111: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

111

İsraildə 20 Yanvar faciəsinin 18-ci ildönümü qeyd edilmişdir

(19 yanvar, 2008-ci il)

Yanvarın 19-da İsrailin Afula şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma

mərasimi keçirmişdir.

Tədbirdə faciə qurbanlarının xatirəsi ehtiramla anılmışdır.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, mərasimdə

Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir: “Biz həmin dövrdə

Bakıda yaşadığımızdan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni, bir neçə gün sonra isə yüzdən çox

insanın sovet ordusunun güllələri altında dəfn olunmasını yaxşı xatırlayırıq. Qanlı Yanvarda qətlə yetirilənlər

arasında Bakıda yaşayan digər xalqların nümayəndələri ilə yanaşı, yəhudilər də olmuşdur. Onlardan məktəbli

Vera Besantina, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimi Aleksandr Marxevkanın yaxınları indi

İsraildə yaşayırlar və bu faciənin ildönümünü ürəkağrısı və hüznlə qeyd edirlər. Bakıda Şəhidlər xiyabanında isə

digər Vətən övladları ilə yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş milli

qəhrəman Albert Aqarunov da uyuyur.

Bu gün İsraildə yaşayan biz azərbaycanlılar bütün şəhidlərimizin, eləcə də Xocalı faciəsi qurbanlarının

xatirəsi önündə baş əyirik.”

Müraciətdə daha sonra bildirilir ki, 20 Yanvar faciəsi Vətəndən uzaqda yaşayan insanların da taleyinə öz

təsirini göstərmişdir. AZİZ-in əsas məqsədlərindən biri bu qanlı hadisələr barədə əsl həqiqətləri dünya

ictimaiyyətinə çatdırmaqla Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün təbliğatı prosesə yardım

etməkdir. Assosiasiya üzvləri hesab edirlər ki, ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, dünya

ictimaiyyəti Azərbaycanı siyasi cəhətdən sabit, sosial-iqtisadi baxımdan isə sürətlə inkişaf edən dövlət kimi

qəbul edir. Bu isə bizim - Azərbaycan diasporunun nümayəndələri üçün bir daha əminlik yaradır ki, Vətənin

müstəqilliyi və azadlığı uğrunda həlak olanların qanı yerdə qalmayacaqdır.

AzərTAc

Page 112: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

112

Kanadadakı Azərbaycan diaspor təşkilatları 20 Yanvar

faciəsi ilə bağlı anma mərasimi keçirmişlər

(19 yanvar, 2008-ci il)

Yanvarın 19-da Kanadada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyası və Kanada

Azərbaycanlı Qadınlar Assosiasiyası Monreal şəhərində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi

keçirmişlər.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə

Monrealda yaşayan Azərbaycan və türk icmalarının üzvləri iştirak etmişlər.

Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev 20 Yanvar faciəsi barədə məlumat vermiş,

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqı rəhbərliyinin əmri ilə ordu hissələrinin Bakıda

törətdikləri cinayət əməllərinin Azərbaycan xalqına qarşı terror aktı olduğunu xüsusi vurğulamışdır.

Kanada Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Tünzalə Bağırova isə 20 Yanvar şəhidlərinin

Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə fəal rolundan danışmışdır. Türk icmasının üzvü Aydın Yurtcu

20 Yanvar hadisəsi ilə əlaqədar yerli qəzetlərdə dərc olunmuş məktubları diqqətə çatdırmışdır. Monreal Türk

Tələbələri Assosiasiyasının prezidenti Nəriman Atsan və başqaları 20 Yanvar faciəsinin türk dünyasına qarşı

cinayət olduğunu bildirmişlər.

AzərTAc

Page 113: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

113

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar

faciəsi ilə əlaqədar tədbir keçirilmişdir

(19 yanvar, 2008-ci il)

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi

keçirilmiş və ehsan verilmişdir.

Mərasimlə əlaqədar səfirliyin zalında 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş faciəni əks etdirən

materiallardan ibarət xüsusi guşə yaradılmış və mərasim iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən

sənədli filmləri izləmişlər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

1990-cı ilin yanvarında sovet imperiyası qoşun birləşmələrinin Azərbaycanda azadlıq uğrunda mübarizəyə

qalxmış dinc sakinlərə qarşı törətdiyi cinayətlər haqqında məlumat verən səfir Elxan Hüseynov demişdir ki,

hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, bu

faciəni törədənlərin adlarını açıq şəkildə bildirmiş, onların cəzalandırılmasını tələb etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin

ayrılmasının və onlara xüsusi qayğı, diqqət göstərilməsinin əhəmiyyətindən söhbət açılmışdır.

20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edən səfir E.Hüseynov, ulu

öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan xalqının üzləşdiyi digər

qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini, hazırda ümummilli liderimizin siyasətinin layiqli

davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə fəaliyyətin davam etdirildiyini diqqətə

çatdırmışdır. Diplomat bildirmişdir ki, xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan hökuməti və Heydər

Əliyev Fondu tərəfindən bir çox sənədli materiallar hazırlanmışdır.

Çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu

vurğulamışlar.

Mərasim iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış xüsusi fotoalbom və

kompakt disklər, habelə xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev

Fondu tərəfindən hazırlanmış materiallar paylanmışdır.

Azərbaycanın Türkmənistandakı səfirliyi adından Türkmənistan Xarici İşlər Nazirliyinə, habelə diplomatik

missiyalara 20 Yanvar faciəsi ilə əlaqədar mətbuat məlumatı göndərilmiş, həmin məlumat səfirliyin internet

saytında yerləşdirilmişdir.

AzərTAc

Page 114: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

114

Azərbaycanın Pakistandakı səfirliyində 20 Yanvar

faciəsi qurbanlarının xatirəsi ehtiramla anılmışdır

(19 yanvar, 2008-ci il)

Azərbaycanın Pakistandakı səfirliyində 20 Yanvar faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir

keçirilmişdir.

Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərinin, burada yaşayan azərbaycanlıların, tələbələrin və

səfirliyin əməkdaşlarının iştirak etdikləri mərasimdə səfir Eynulla Mədətli çıxış edərək, Qanlı 20 Yanvar

faciəsinin səbəbləri, sovet imperiyasının rəhbərliyindəki ermənipərəst şəxslərin Azərbaycan xalqına qarşı

yeritdiyi məkrli siyasət barədə məlumat vermiş, işğalçı Ermənistan ordusunun və quldur dəstələrinin xalqımıza

qarşı törətdikləri digər ağır cinayətlərdən danışmışdır. E.Mədətli 20 Yanvar hadisələrini təkcə faciə günü kimi

deyil, həm də xalqımızın qəhrəmanlıq tarixinin ibrətamiz səhifəsi, Azərbaycan milli azadlıq hərəkatının yüksəliş

zirvəsi kimi dəyərləndirmişdir.

Səfir və çıxış edən digər natiqlər xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar qırğınından

dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu cinayəti törədən sovet imperiyasının,

Kommunist Partiyasının rəhbərliyini ittiham etməsinin tarixi əhəmiyyətindən bəhs etmişlər. Qeyd olunmuşdur

ki, xalqımıza qarşı törədilən bu cinayətin əsl qiyməti də məhz sonralar ulu öndər Heydər Əliyevin Azərbaycana

rəhbərlik etdiyi dövrdə verilmişdir.

Səfirliyin 20 Yanvar hadisələri ilə bağlı hazırladığı mətbuat məlumatı beynəlxalq təşkilatlara, diplomatik

nümayəndəliklərə, dövlət və hökumət orqanlarına göndərilmişdir.

Tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən fotosərgi ilə tanış olmuş, dinc əhaliyə qarşı qanlı

faciəni törədənlərin əməllərini pisləmişlər.

AzərTAc

Page 115: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

115

İspaniyada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

(19 yanvar, 2008-ci il)

Azərbaycanın İspaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, qanlı 20 Yanvar faciəsinin 18-ci

ildönümü ilə əlaqədar səfirlikdə anma mərasimi keçirilmişdir.

İspaniyadakı Azərbaycan və türk diaspor təşkilatları nümayəndələrinin və səfirliyin əməkdaşlarının qatıldığı

tədbirdə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin nurlu xatirəsi

ehtiramla yad edilmişdir.

Səfir Məmməd Əliyev faciənin başvermə səbəblərini, mahiyyətini bir daha xatırlatmış, 20 Yanvarı

xalqımızın müstəqillik uğurundakı mücadilə tarixinin ən şanlı səhifəsi kimi qiymətləndirmişdir.

Diplomat diqqətə çatdırmışdır ki, 20 Yanvar hadisələrinə xalqımızın ümummilli lideri Heydər Əliyevin

Azərbaycanda hakimiyyətə qayıdışından sonra siyasi və hüquqi qiymət verilmiş, cinayəti törədənlərin adları

açıq şəkildə bildirilmişdir.

20 Yanvar həqiqətlərinin İspaniya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə nüfuzlu “El Pais” və “El

Mundo” qəzetlərinin, “Cita İnternacional” və “Encuentron Diplomatico” jurnallarının müxbirləri tədbirə dəvət

olunmuşdular.

Tədbirdə faciəni əks etdirən fotostend, kitablar və film nümayiş etdirilmişdir.

AzərTAc

Page 116: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

116

Misirdə 20 Yanvar faciəsinin 18-ci ildönümü qeyd edilmişdir

(20 yanvar, 2008-ci il)

Ölkəmizin Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan tarixinə qanlı faciə kimi daxil

olmuş 20 Yanvar hadisəsinin 18-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir.

Yanvarın 20-də səfirliyin üzərində dalğalanan dövlət bayrağı matəm əlaməti olaraq aşağı endirilmişdir.

Faciənin səbəbləri və nəticəsini, qırğına ümummilli liderimiz Heydər Əliyevin münasibətini, xalqın təkidli

tələbi ilə hakimiyyətə qayıdandan sonra qanlı aksiyaya siyasi qiymət verdiyini özündə əks etdirən mətbuat

məlumatı yayılmış, “20 Yanvara aparan yol” filmi DVD disklərində çoxaldılaraq ölkə ictimaiyyətinin

nümayəndələrinə, Misirdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara, Ərəb Dövlətləri Liqasına,

televiziya kanallarına və mətbuat orqanlarına göndərilmişdir.

Səfirlikdə Azərbaycan icmasının iştirakı ilə keçirilmiş mərasimdə xalqımızın azadlığı, dövlətimizin

müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir. Natiqlər keçmiş sovet

dövləti qoşunlarının törətdiyi qırğından 18 il keçməsinə baxmayaraq, o müdhiş gecənin dəhşətlərinin

unudulmadığını, bu vəhşiliyin səbəbkarlarının daim nifrətlə xatırlandığını, şəhidlərimizin xatirəsinin ehtiramla

anıldığını vurğulamışlar.

Mərasimdə faciədən bəhs edən fotostend, kitablar və film nümayiş olunmuşdur.

AzərTAc

Page 117: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

117

Küveytdə 20 Yanvar faciəsinin qurbanları yad edilmişdir

(20 yanvar, 2008-ci il)

Azərbaycanın Küveytdəki səfirliyi 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı bir sıra tədbirlər

görmüşdür. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Qanlı Yanvar haqqında həqiqətlər əks olunmuş bəyanat

hazırlanaraq Xarici işlər Nazirliyinə, digər dövlət təşkilatlarına, ölkədə akkreditə olunmuş diplomatik

nümayəndəliklərə göndərilmişdir. Bu sənəd, həmçinin Küveyt İnformasiya Agentliyi (KUNA) vasitəsilə kütləvi

informasiya vasitələrinə yayılmışdır. Yanvarın 18-də bəyanat ölkənin ən nüfuzlu qəzeti olan “Əl-Qabas”da dərc

edilmişdir.

Səfirliyin foyesində qanlı faciə qurbanlarının xatirəsinə həsr olunmuş stend qoyulmuşdur.

Səfirliyin və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə anma mərasimi keçirilmişdir. Səfir

Ş.Abdullayev çıxış etmiş, faciə nəticəsində həlak olan soydaşlarımızın əziz xatirəsinin əbədi yaşayacağını

vurğulamışdır.

AzərTAc

Page 118: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

118

Moskvadakı Azərbaycan diasporu 20 Yanvar

qurbanlarının xatirəsini yad etmişdir

(20 yanvar, 2008-ci il)

Yanvarın 20-də Moskvadakı “Bakı” kino-konsert kompleksində soydaşlarımız 20 Yanvar faciəsi

qurbanlarının xatirəsini yad etmişlər. Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional bölməsi

tərəfindən təşkil olunmuş gecədə Azərbaycan və Rusiya ictimaiyyətinin, habelə Rusiya paytaxtı gənclər

təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Azərbaycan diasporunun təmsilçiləri çıxışlarında bildirmişlər ki, 20 Yanvar Azərbaycanın ən yeni tarixində

ən kədərli, eyni zamanda, ən şərəfli səhifələrdən biridir. Sovet hərb maşınının qurbanı olan insanlar əsl mərdlik,

qəhrəmanlıq, Vətənə sonsuz məhəbbət nümunəsi göstərmişlər. Bu hadisələrin beynəlxalq ictimaiyyətə

çatdırılması, faciəyə hüquqi və siyasi qiymət verilməsi üçün əlindən gələni etmiş ümummilli lider Heydər

Əliyevin rolu və vətəndaşlıq mövqeyi xüsusi vurğulanmışdır.

“Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyətinin başçısı Tofiq Məlikli, şərqşünas Qasım Kərimov, ÜAK-ın

nümayəndəsi Fərhad Ağamalıyev və başqaları bildirmişlər ki, Rusiyadakı Azərbaycan diasporu xalqımızın

dərdinə şərikdir və bu kədərli tarix heç zaman unudulmayacaqdır. Qara Yanvar haqqında obyektiv məlumatların

dünya birliyinə çatdırılması işi gücləndirməlidir.

ÜAK Moskva regional bölməsinin rəhbəri İlqar Hacıyev demişdir ki, xalqımız Azərbaycanın müstəqilliyi

uğrunda böyük qurbanlar vermişdir. Bu cür tədbirlər diasporumuzun birləşməsinə və həmrəyliyinə kömək edir.

20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilmişdir.

AzərTAc

Page 119: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

119

Ukraynada 1990-cı il yanvar faciəsi qurbanlarının nurlu xatirəsi anılmışdır

(20 yanvar, 2008-ci il)

Yanvarın 20-də axşam Azərbaycanın Ukraynadakı səfirliyi “Əhlibeyt” ibadətxanasında 1990-cı il yanvar

faciəsi qurbanlarının xatirə gecəsi keçirmişdir.

Tədbirdə iştirak edən din xadimləri, soydaşlarımız və İslam aləmindən olan dindaşlarımız 20 Yanvar

şəhidlərinin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Səfir Tələt Əliyev süquta məhkum Qorbaçov

rejiminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən, millətimizin gələcəyi və Azərbaycan

Respublikasının müstəqilliyi uğrunda canından keçmiş oğul və qızlarımızın qəhrəmanlığından danışmışdır.

O, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində rolundan,

habelə dahi liderin müstəqil, demokratik, azad və çiçəklənən dövlət quruculuğuna yönəlmiş xəttinin Azərbaycan

Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. T.Əliyev demişdir ki, mən 20

Yanvar şəhidlərinin amalı - millətimizin birliyi, düşmən üzərində qələbə və Vətənimizin rifahı naminə dünya

azərbaycanlılarının Prezidenti İlham Əliyev ətrafında daha sıx birləşməyə çağırıram.

Şəhidlərin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.

Ukraynanın bütün regionlarında fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri də matəm

tədbirləri keçirmişlər.

AzərTAc

Page 120: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

120

Qanlı Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar

Buxarestdə anma mərasimi keçirilmişdir

(20 yanvar, 2008-ci il)

Yanvarın 20-də Azərbaycanın Rumıniyadakı səfirliyində Qanlı Yanvar faciəsinin on səkkizinci ildönümü ilə

əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya

Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri, Heydər

Əliyev Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndəliklərinin

əməkdaşları, tələbələr iştirak etmişlər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Eldar Həsənov 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə sabiq sovet rəhbərliyinin, sovet ordusu birləşmələrinin, kommunist rejiminin

Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı məlumat vermiş, bu qanlı faciə

zamanı 130-dan artıq insanın qətlə yetirildiyini, 700-dən çox adamın yaralandığını diqqətə çatdırmışdır.

E.Həsənov xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı

nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini və həmin hadisələrə məhz ulu öndərimizin

təşəbbüsü ilə siyasi qiymət verildiyini xüsusi qeyd etmişdir.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Mərasim iştirakçıları Heydər Əliyev Fondunun və Xarici İşlər Nazirliyinin birgə hazırladığı “Azərbaycana

qarşı müharibə. Hədəf mədəniyyət mirasları” adlı kitabla da tanış olmuşlar. Səfirliyin müşaviri Tural Rzayev və

Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəsi İqbal Hacıyev nəşrin əsas məqsədinin işğal altındakı

Azərbaycan ərazisində tarixi və mədəniyyət abidələrimizə qarşı ermənilər tərəfindən törədilən vəhşiliklərin

dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirmişlər. Kitabın nüsxələri Rumıniyanın dövlət və hökumət

qurumlarına, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə, kitabxanalara təqdim olunmuşdur.

Tədbir iştirakçıları mədəni irsimizin işğaldan əvvəlki və sonrakı vəziyyətindən bəhs edən sənədli filmə

tamaşa etmiş, bu barədə kompakt disklərlə tanış olmuşlar.

20 Yanvar faciəsi ilə əlaqədar Rumıniyanın OTV televiziya kanalı və “Radio Rumıniya İnternational”

radiosunda xüsusi verilişlər yayımlanmışdır.

Faciə ilə bağlı səfirliyin hazırladığı broşürlər Rumıniyada akkreditə olunan xarici ölkələrin səfirliklərinə və

beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də dövlət, hökumət üzvlərinə göndərilmişdir. 20 Yanvar

faciəsinin ildönümü ilə əlaqədar Rumıniyanın “Replika”, “Zaman” və türk dilində çap olunan “Anayurd”,

“Həyat”, “Qürbətçi” qəzetlərində məqalələr dərc olunmuşdur.

AzərTAc

Page 121: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

121

Page 122: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

122

Azərbaycan, türk və gürcü icmalarının nümayəndələri Los-Ancelesdə

20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar

(20 yanvar, 2008-ci il)

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, 20 Yanvar faciəsinin 18-ci

ildönümü ilə əlaqədar konsulluqda anma mərasimi keçirilmişdir.

Azərbaycan, türk və gürcü icmalarının nümayəndələrinin, Türkiyə baş konsulluğu əməkdaşlarının, həmçinin

“Azərbaycan İnternational” jurnalının redaksiya heyəti üzvlərinin iştirak etdikləri tədbirdə vətənimizin azadlığı

və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilmiş, film nümayiş etdirilmişdir.

Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov 20 Yanvar hadisələrindən danışmış, ABŞ-da yaşayan

soydaşlarımızın mütəşəkkilliyini artırmağa, bir-biri ilə daha sıx ünsiyyətdə olmağa kömək edən, onların öz səs

vermək hüquqlarını həyata keçirməyi asanlaşdıran internet səhifəsinin yaradıldığını qeyd etmiş, Azərbaycan və

türk icmalarının üzvlərini fəal olmağa çağırmışdır.

Tədbirdə, həmçinin “Azərbaycan İnternational” jurnalının redaktoru Betti Blair 20 Yanvar hadisələri vaxtı

fotoşəkillər çəkməyə müvəffəq olmuş “National Geografic” Agentliyinin fotoqraf-jurnalisti Rezanın çəkdiyi

fotoşəkilləri nümayiş etdirmiş və onunla birgə yazdıqları, o zaman böyük əks-sədaya səbəb olmuş məqalədən

danışmışdır.

Türk icmasının nümayəndəsi Çengiz İnunır türkləri və azərbaycanlıları daha sıx həmrəy olmağa çağırmış,

20 Yanvar hadisələrini türk milləti üçün önəmli tarixi hadisə olan Çanaqqala savaşı ilə müqayisə etmişdir.

Bundan əlavə, soydaşımız Fuad Cavadovun bu hadisələrlə bağlı 1990-cı ildə bəstələdiyi musiqi parçası

səsləndirilmişdir.

AzərTAc

Page 123: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

123

Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetində 20 Yanvar

faciəsi barədə məqalə dərc olunmuşdur

(20 yanvar, 2008-ci il)

Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetinin 20 yanvar nömrəsində “Azərbaycanlılar 20 Yanvar

faciəsini yad edirlər: Azərbaycan xalqına qarşı vəhşi cinayət” adlı geniş məqalə dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, məqalədə 18 il əvvəl Azərbaycan xalqına qarşı

sovet hərb maşınının törətdiyi cinayətdən ətraflı bəhs olunur. 20 Yanvar faciəsinin bəşər tarixinin qara

səhifələrindən biri olduğu oxucuların diqqətinə çatdırılmışdır.

Keçmiş SSRİ-nin Stavropol, Krasnodar, Rostov vilayətlərindən və əsasən erməni millətinin

nümayəndələrindən təşkil edilən ordu hissələrinin Bakı şəhərinə yeridilməsi nəticəsində yüzlərlə adamın qətlə

yetirildiyi, yaralandığı, əli yüzlərlə günahsız insanların qanına boyanmış imperiya rəhbəri Mixail Qorbaçovun

sonradan Nobel mükafatına layiq görülməsi məqalədə təəssüf hissi ilə qeyd edilmiş, sovet imperiyasının və

onun rəhbərliyinin iç üzü bir daha açıqlanmışdır.

Sovet rəhbərliyinin Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına rəvac verdiyi, bunun nəticəsində

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətrafdakı 7 rayonunun işğal edildiyi, bir milyondan çox insanın öz

doğma yurd-yuvalarından qovulduğu, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mətbuat konfransı keçirərək bu dəhşətli cinayətləri

təşkil edən sovet rəhbərliyini kəskin ittiham etməsi məqalədə xüsusilə vurğulanmışdır.

“Şit” təşkilatının müstəqil hərbi ekspertlərinin 20 Yanvar faciəsi barədə sonralar söylədikləri həqiqətlər

barəsində geniş məlumat verən “Pakistan Observer” qəzeti bütün bu dəhşətli vəhşiliklərə baxmayaraq,

Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəni davam etdirdiyi və bu gün regionda güclü bir

dövlət yaratması da xüsusi qeyd edilmişdir.

AzərTAc

Page 124: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

124

Azərbaycanlı tələbələr 20 Yanvar faciəsi ilə əlaqədar Çexiya

parlamentinə müraciət göndərmişlər

(21 yanvar, 2008-ci il)

Çexiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Birliyi (ÇTAATB) 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə

əlaqədar Brno şəhərində silsilə tədbirlər keçirmişdir.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Brno şəhər

məscidində Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəman Vətən oğul və qızlarının ruhuna

dualar oxunmuşdur. Çexiyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr Qanlı Yanvar

faciəsini əks etdirən bəyanatlarla çıxış etmişlər. Ali təhsil ocaqlarının auditoriyalarında şəhidlərin xatirəsi bir

dəqiqəlik sükutla yad edilmişdir.

“Azərbaycanın Dostları Klubu”nun yanvarın 18-də keçirilən toplantısında 1990-cı ilin 20 yanvar

hadisələrinə aydınlıq gətirilmiş, faciəyə indiyədək beynəlxalq səviyyədə qiymət verilməməsi təəssüf hissi ilə

qeyd edilmişdir. Klub üzvləri Çexiya parlamentinə müraciət ünvanlamışlar. Müraciətdə keçmiş sovet rəhbəri

Mixail Qorbaçovun göstərişi ilə Azərbaycana qoşun yeridilməsi və yüzlərlə dinc insanın qətlə yetirilməsi,

yaralanması bir xalqa qarşı terror, soyqırımı aktı olduğu bildirilir. 1968-ci il avqustun 21-22-də sovet ordusu

tərəfindən Çexiyada azadlıq istəyən xalqa qarşı törədilən qanlı cinayətlər xatırlanmış və bu ölkənin

parlamentindən 20 Yanvar hadisəsinə münasibət bildirilməsi xahiş olunmuşdur.

Yanvarın 19-da isə ÇTAATB üzvləri “Çex Radiosu-Brno” nümayəndəliyində olmuşlar. 1990-cı il yanvarın

19-dan 20-nə keçən gecə Bakıda və 1968-ci il avqustun 21-22-də Praqada törədilmiş qanlı hadisələrin səbəbləri

və acı nəticələrindən söz açılmışdır. Radionun nümayəndələri Bakı hadisələrindən məlumatlı olmadıqlarını

bildirmiş və yanvarın 20-də saat 12-də efirə çıxan xəbərlər buraxılışında 1990-cı il 20 Yanvar faciəsi, şəhid

soydaşlarımız, təcavüzün acı nəticələri barədə məlumat yaymışlar.

Yanvarın 20-də də anım tədbirlərini davam etdirən ÇTAATB üzvləri meriya ilə razılığa əsasən,

“Totalitarizmdən əziyyət çəkənlərin xatirəsinə” adlı abidənin qarşısında aksiya keçirmişlər. Əllərində

Azərbaycan bayrağını tutmuş tələbələr “Sizi xatırlayırıq”, “İşğallar arasında fərq yoxdur”, “Onların heç bir

günahı yox idi...”, “Onlar azadlıq istəyirdilər”, “Gənc nəsil yaddan çıxarmasın” sözləri yazılmış plakatlar

qaldırmış, şüarlar səsləndirmişlər.

Sonra 2 min ədəd “1968 Praqa - 1990 Bakı. İşğallar arasında fərq olmur” başlıqlı müraciət şəhər sakinlərinə

paylanmışdır. Müraciətdə 20 yanvar faciəsinin Azərbaycan xalqına qarşı terror, soyqırımı olduğu qeyd edilmiş,

işğalın acı nəticələri ətraflı şərh olunmuşdur.

Günün sonunda isə “Azərbaycanın Dostları Klubu” ilə birgə dəyirmi masa keçirilmişdir. Tədbirdə Bakı

faciəsini özündə əks etdirən foto və video materiallar nümayiş etdirilmişdir.

Azərbaycanlı tələbələrin yaşadığı yataqxananın bir mərtəbəsində soydaşlarımızla həmrəylik əlaməti olaraq

bütün qapılardan qara lentlər asılmışdır.

Page 125: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

125

AzərTAc

Page 126: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

126

Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar

faciəsi qurbanlarının xatirəsi anılmışdır

(21 yanvar, 2008-ci il)

Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar anım mərasimi

keçirilmişdir.

Tədbirdə Astanadakı Azərbaycan diasporunun üzvləri, jurnalistlər, səfirliyimizin əməkdaşları iştirak

etmişlər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfirliyin birinci katibi Namiq Baxşəliyev bildirmişdir ki, o qanlı gecə sovet ordusunun, daxili qoşunların,

xüsusi təyinatlı dəstələrin çoxsaylı üzvləri Bakıya yeridilmiş, əliyalın, dinc əhaliyə divan tutulmuşdur. Həmin

gecə 5,45 kalibrli zəhərli güllələrdən istifadə olunmuşdur ki, bu da bütün dünya ölkələri tərəfindən qəbul

edilmiş konvensiyalara ziddir.

Bakıda fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun fərmanı

isə insanlar qırıldıqdan sonra, yanvarın 20-də səhər tezdən oxunmuşdur. Həmin hüznlü günlərdə Qazaxıstanın

nüfuzlu ictimai xadimi Oljas Süleymenov kədərimizə şərik olmaq üçün Bakıya gəlmişdi və öz haqq səsini

ucaldan tanınmış şəxsiyyətlərdən biri idi.

Qazaxıstandakı səfirliklərə və beynəlxalq təşkilatlara faciə ilə əlaqədar məlumatlar toplusu göndərilmişdir.

AzərTAc

Page 127: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

127

Daşkənddəki Azərbaycan diasporunun üzvləri 20 Yanvar

faciəsi ilə bağlı mərasim keçirmişlər

(21 yanvar, 2008-ci il)

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasında 20 yanvar faciəsinin 18-ci ildönümü ilə

əlaqədar mərasim keçirilmişdir.

Tədbirdə paytaxtda yaşayan diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər

iştirak etmişlər.

Mərasimdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik

sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.

Assosiasiyanın sədri Akif Ağatalıbov bildirmişdir ki, 18 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə

sovet ordusunun ən müasir silahlarla təchiz edilmiş hissələri Bakıya girmiş, dinc əhaliyə divan tutmuş, qocalara,

qadınlara, uşaqlara aman verilməmişdir. Şəhid olanların arasında 13 yaşlı uşaq da, 77 yaşlı qoca da vardır.

Soydaşlarımızdan Sara Mirzəyeva, Yusif Əliyev, Həmid Hüseynov və başqaları imperiya qoşunlarının

Bakıda törətdikləri qanlı qırğınların təşkilatçıları və iştirakçılarını lənətləmişlər.

AzərTAc

Page 128: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

128

İğdırda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir

(21 yanvar, 2008-ci il)

Türkiyənin İğdır vilayətində Azərbaycan Evi Dərnəyi, I Dünya müharibəsi zamanı ermənilərin qətliamına

məruz qalmışların Dərnəyi 20 Yanvar faciəsinin 18-ci ildönümünə həsr olunmuş konfrans keçirmişlər.

Adı çəkilən ikinci dərnəyin başqanı Cəfər Zor 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun

birləşmələrinin Bakıda törətdiyi vəhşiliklərdən, dinc insanları qətlə yetirməsindən danışmış və vurğulamışdır ki,

bu faciə heç vaxt unudulmayacaq, onun səbəbkarları hər bir türk tərəfindən nifrətlə yad ediləcəkdir. İmperiya

buxovlarını qırmaq üçün ayağa qalxmış insanların cəsarəti, əzmkarlığı sayəsində Azərbaycan müstəqilliyinə

qovuşmuşdur.

Naxçıvan Dövlət Universitetinin müəllimi Elman Cəfərli 20 Yanvarı doğuran səbəblər barədə məlumat

vermiş, Qanlı Yanvarın təkcə hüzn günü yox, həm də Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu diqqətə

çatdırmışdır. O, əmin olduğunu bildirmişdir ki, şəhidlərin qanı bahasına ucaldılmış üçrəngli bayrağımız başımız

üzərində daim dalğalanacaqdır.

Konfransda tarixçi Aslantürk Akyıldızın məruzəsi də maraqla dinlənilmişdir.

AzərTAc

Page 129: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

129

Düşənbədə 20 Yanvar şəhidlərinin ruhu yad edilmişdir

(21 yanvar, 2008-ci il)

Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi

keçirilmişdir.

Əvvəlcə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir

dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev yanvarın 19-dan 20-nə keçən gecə sabiq sovet qoşun

birləşmələrinin Bakıda törətdiyi vəhşiliklərdən danışmış, təpədən dırnağa qədər silahlanmış azğın əsgərlərin

paytaxtın küçələrinə çıxmış dinc sakinlərə qarşı amansızlığı haqqında məlumat vermişdir.

Səfir demişdir ki, yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı

nümayəndəliyində mətbuat konfransı keçirərək ordunun Bakıya yeridilməsini və burada törətdiyi vəhşiliyi

pisləmiş, bunun məsuliyyətini Mixail Qorbaçovun üzərinə qoymuş və etiraz əlaməti olaraq Kommunist Partiyası

sıralarından çıxmışdır.

Faciə ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış məlumatlar toplusu Tacikistanın Xarici İşlər Nazirliyinə,

Düşənbədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara göndərilmiş, ölkə televiziyasında 20 Yanvar

hadisələri haqqında məlumat verilmişdir.

AzərTAc

Page 130: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

130

Kanadada yayımlanan “Azkan” televiziyası 20 Yanvar

faciəsi ilə bağlı xüsusi proqram hazırlamışdır

(21 yanvar, 2008-ci il)

Kanadada fəaliyyət göstərən “AzKan” televiziyası (Kanada Azərbaycan Televiziyası) 20 Yanvar faciəsi ilə

bağlı “Black January-Special Edition” adlı xüsusi proqram hazırlamışdır. Verilişdə Qanlı Yanvar hadisələrinin

tarixindən, səbəblərindən və acı nəticələrindən, eləcə də faciəyə verilən siyasi qiymətlərdən bəhs olunmuş,

yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda törətdikləri vəhşiliklərdən görüntülər nümayiş

etdirilmişdir.

Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi

barədə Kanadanın Baş nazirinə müraciətinə əsasən ölkənin sabiq xarici işlər naziri Peter Mckayın bəyanatı da

proqramda yer almışdır.

Veriliş CD və DVD-lərə köçürülərək Kanadanın dövlət və hökumət orqanlarına, eləcə də beynəlxalq

təşkilatların nümayəndəliklərinə göndəriləcəkdir.

AzərTAc

Page 131: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

131

Azərbaycanın Pekindəki səfirliyində 20 Yanvar

faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

(21 yanvar, 2008-ci il)

20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində

tədbir keçirilmişdir.

Tədbirdə 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışılmış və bu günün ölkəmizin tarixində

Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyət daşıdığı

vurğulanmışdır. Qeyd olunmuşdur ki, həmin gün xalqımızın müstəqillik uğurundakı mübarizə tarixində ən şanlı

səhifədir.

Tədbirdə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi

bir dəqiqəlik sükutla yad edilmişdir.

AzərTAc

Page 132: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

132

Daşkənddə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mərasim keçirilmişdir

(21 yanvar, 2008-ci il)

20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar Daşkənddə anma mərasimi keçirilmişdir.

Azərbaycan diasporunun fəallarının, qardaş özbək xalqının nümayəndələrinin, Azərbaycan səfirliyi

əməkdaşlarının, jurnalistlərin iştirak etdikləri tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Səfirliyin müvəqqəti işlər vəkili Zəbi Axundov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda

törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat vermişdir.

Sonda şəhidlərin ruhuna dualar oxunmuş, mərasim iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən sənədli

filmə baxmışlar.

AzərTAc

Page 133: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

133

Azərbaycanın Bişkekdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(21 yanvar, 2008-ci il)

Azərbaycanın Bişkekdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi

keçirilmişdir.

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun, Qırğızıstan Prezidentinin müşaviri Bolat Şəmşiyevin, paytaxtda

yaşayan tanınmış Azərbaycan ziyalılarının, diasporumuzun üzvlərinin, azərbaycanlı tələbələrin, jurnalistlərin

iştirak etdikləri tədbirdə mərasim iştirakçıları səfirliyin foyesində 20 yanvar faciəsi ilə bağlı fotosərgiyə

baxmışlar.

Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev 20 Yanvar faciəsindən, keçmiş SSRİ rəhbərliyinin

xalqımıza qarşı amansızlığından danışmışdır.

Çingiz Aytmatov və Bolat Şəmşiyev çıxışlarında Azərbaycan xalqının hüzn günündə onlarla şərik

olduqlarını bildirmişlər.

Tədbirdə 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunmuş, faciə ilə bağlı film nümayiş etdirilmiş, ehsan

verilmişdir.

Səfirliyin 20 Yanvar hadisələri ilə bağlı hazırladığı məlumatlar toplusu və sənədli film jurnalistlərə

paylanmışdır.

Mərasim haqqında Qırğızıstanın dövlət televiziyası, həmçinin “Piramida”, “5-ci kanal”,”Mir-Kırqızıstan”

telekanallarında, “Kabar”, “Aki-press” infopmasiya agentliklərində, “Türkel” və “Vətən” qəzetlərində

məlumatlar verilmişdir.

AzərTAc

Page 134: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

134

Stokholmda 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir

(21 yanvar, 2008-ci il)

Stokholmda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları – “Odlar Yurdu”, “Qarabağ”, “Bütöv

Azərbaycan”, “Azad Tribun”, “Haray”, “İsveç Azərbaycanlıları Birliyi”, “Ulduz”, “Prometey”, “Tribun”,

“Haray Radiosu” birlikdə 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişlər.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə əvvəlcə

şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qanlı Yanvarın Azərbaycan tarixindəki yeri, hadisənin

mahiyyəti barədə çıxışlar olmuşdur. Qanlı Yanvarla bağlı foto və videomateriallar nümayiş etdirilmişdir.

Sonda İsveçin dövlət və hökumət orqanlarına müraciət qəbul edilmişdir. Müraciətdə 20 Yanvar faciəsinə

münasibət bildirilməsi xahiş olunur.

AzərTAc

Page 135: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

135

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda

anma mərasimi keçirilmişdir

(22 yanvar, 2008-ci il)

20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki baş

konsulluğunda anma mərasimi keçirilmişdir.

Mərasimdə Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri,

İran mətbuatının təmsilçiləri, Azərbaycan Respublikasının Təbrizdə yaşayan vətəndaşları iştirak etmişlər.

Onlara 20 Yanvar faciəsinə həsr olunmuş bülleten paylanmış, hadisə zamanı çəkilmiş fotoşəkillərdən

düzəldilmiş lövhə qarşısında Azərbaycan xalqına qarşı törədilən tarixi cinayət barədə ətraflı məlumat

verilmişdir.

Mərasimdə çıxış edən baş konsul Ayxan Süleymanov 1990-cı il yanvarın 19-dan 20-nə gecə keçmiş sovet

qoşunlarının Bakıda və ölkəmizin digər bölgələrində törətdikləri vəhşiliklərdən danışmışdır. Baş konsul

bildirmişdir ki, bütün bu qanlı hadisələr xalqımızın mübarizə əzmini qıra bilməmişdir. Ümummilli lider Heydər

Əliyev həmişə olduğu kimi, 20 Yanvar faciəsi zamanı da Azərbaycan xalqı ilə birlikdə olmuşdur. Ulu

öndərimiz, o vaxt həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə

gəlmiş, xalqımıza qarşı törədilən hərbi cinayətə kəskin etirazını bildirmiş, böyük cəsarətlə bu qanlı hadisəni

törədənləri ittiham etmişdir.

Azərbaycan xalqının kədərinə şərik olan mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsi qarşısında

ehtiramla baş əymiş, Vətənimizin qəhrəman övladlarının ruhuna dualar oxumuşlar.

AzərTAc

Page 136: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

136

Hollandiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(22 yanvar, 2008-ci il)

Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-ın xüsusi

müxbirinə bildirmişlər ki, bu ölkədəki yəhudi soyqırımı muzeyində Azərbaycan səfirliyinin və BAK-ın

təşkilatçılığı ilə 20 Yanvar faciəsi şəhidlərinin anma mərasimi keçirilmişdir. Mərasimdə səfirliyin əməkdaşları,

Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

BAK-ın sədri Sahil Qasımov ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə

qarşı təpədən dırnağa qədər silahlanmış sovet əsgərlərinin törətdiyi vəhşiliklərdən söhbət açmışdır.

Qanlı Yanvar faciəsindən bəhs edən “Azadlığa gedən yol” sənədli filminin müəllifi Ramiz Əliyev filmin

çəkilişi zamanı qarşılaşdıqları çətinliklərdən danışmışdır.

Mərasimdə “Azadlığa gedən yol” filmi nümayiş etdirilmişdir.

Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov 1990-cı ilin yanvarında törədilmiş faciənin səbəbləri

barədə məlumat vermişdir.

Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilmişdir.

AzərTAc

Page 137: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

137

Kanadada 20 Yanvar faciəsinin on səkkizinci ildönümünə

həsr olunmuş tədbir keçirilmişdir

(22 yanvar, 2008-ci il)

Azərbaycanın Kanadadakı səfirliyinin və bu ölkədəki Azərbaycanlıların Mədəniyyət Cəmiyyətinin birgə

təşkilatçılığı ilə Alberta əyalətinin mərkəzi Edmonton şəhərində 20 Yanvar faciəsinin on səkkizinci ildönümü ilə

əlaqədar anma mərasimi keçirilmişdir.

Mərasimdə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərin əziz

xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Səfirliyin nümayəndəsi 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı,

müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi kimi mühüm əhəmiyyət

daşıdığını qeyd etmişdir. Bildirilmişdir ki, qanlı faciəyə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra siyasi qiymət verilmişdir.

Mərasimdə 20 Yanvar hadisəsinin dəhşətlərini əks etdirən fotoşəkillərin sərgisi nümayiş etdirilmiş, “Qanlı

Yanvara aparan yol” sənədli filmi göstərilmişdir.

Tədbirdə Azərbaycan və Türkiyə icmalarının üzvləri, Edmontonda təhsil alan qazax və özbək tələbələr,

həmçinin Kanada ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Səfirlik tərəfindən hazırlanmış xüsusi mətbuat məlumatı Kanada senatorlarına, deputatlara, Xarici İşlər

Nazirliyinə, ölkənin müvafiq dövlət orqanlarına, diplomatik nümayəndəliklərə və kütləvi informasiya

vasitələrinə göndərilmişdir.

AzərTAc

Page 138: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

138

Azərbaycanın Çexiyadakı səfirliyində 20 yanvar faciəsi

qurbanlarının xatirəsi anılmışdır

(22 yanvar, 2008-ci il)

Azərbaycanın Çexiyadakı səfirliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, yanvarın 21-də

səfirliyin binasında 20 Yanvar faciəsi ilə bağlı anma mərasimi keçirilmişdir.

Mərasimdə diplomatik korpusun təmsilçiləri, Çexiya Respublikasının Türkiyədəki keçmiş səfiri Tomaş

Lanye, Moldova Respublikasının Çexiyadakı səfiri Valerian Kristea, Gürcüstan səfirliyinin müvəqqəti işlər

vəkili, iş adamları, eləcə də Çexiyada yaşayan və təhsil alan həmyerlilərimiz iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə qanlı 20 Yanvar hadisələrində qətlə yetirilmiş günahsız insanların xatirəsini

bir dəqiqəlik sükutla yad etmişlər.

Toplantını giriş sözü ilə açan səfir Tahir Tağızadə mərasim iştirakçılarına faciə haqda geniş məlumat

vermişdir. Səfir bildirmişdir ki, 20 Yanvar hadisələri Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi

amansız qırğınlardan biri olmuşdur. Xalqımızın azadlıq uğrunda apardığı mübarizədə verdiyi qurbanlar, Vətən

uğrunda canlarından keçən şəhidlər həmin dövrü Azərbaycan tarixində şanlı bir səhifə kimi əbədiləşdirmişdir.

Sonra Çexiya Respublikasının Türkiyədəki keçmiş səfiri Tomaş Lanye çıxış etmişdir. T.Lanye Azərbaycan

və Çexiya xalqlarının azadlıq uğrunda apardığı mübarizədə oxşar məqamlara toxunaraq, tarixi oxşarlıqların hər

iki xalqı bir-birinə daha da yaxınlaşdıracağına əmin olduğunu qeyd etmişdir.

Mərasimin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Döyüş nöqtəsi” və “Azadlığa aparan yol” filmləri

nümayiş etdirilmişdir.

AzərTAc

Page 139: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

139

2009

İzmirdə 20 Yanvar qətliamının ildönümü ilə bağlı tədbirlər keçirilmişdir

(18 yanvar, 2009-cu il)

Türkiyənin İzmir şəhərində qanlı 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Dərnəyinin Türkiyənin Egey bölgəsindəki universitetlərdə təhsil

alan azərbaycanlı tələbələrlə birlikdə keçirdiyi konfransın iştirakçıları əvvəlcə Azərbaycan və Türkiyə

şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

İzmir valisinin müavini Ömər Karaman və şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirak etdikləri

konfransda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜSAM) Cənubi Qafqaz üzrə eksperti Cavid Vəliyev,

tarixçi İsmət Alparslan, Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Dərnəyinin sədr müavini Cavid Əliyev

müstəqillik mübarizəsinə qalxmış Azərbaycan xalqının başına gətirilən faciələrdən, ermənilərin və onların

havadarlarının törətdikləri qətliamlardan ətraflı bəhs etmişlər.

Konfransın sonunda iştirakçılar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc

əhaliyə qarşı törətdiyi qətliamdan bəhs edən kitab, fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.

İzmirdə 20 Yanvar faciəsinə həsr olunmuş digər tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran

toplantı iştirakçılarına Azərbaycan xalqının azadlıq mübarizəsi, qanlı faciə barəsində ətraflı məlumat vermişdir.

Bildirmişdir ki, xalqımızın xilaskarı və ümummilli lideri Heydər Əliyev o zaman Mixail Qorbaçov rejiminin

təzyiqlərinə məruz qalmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20

Yanvar qətliamının təşkilatçılarını lənətləmiş, öz xalqı ilə həmrəylik nümayiş etdirmişdir.

Tədbirdə çıxış edən tarix elmləri namizədi Vəfa Qurbanova, Manisa Mədəniyyət Evi və Həmrəylik

Dərnəyinin sədri Seyfəddin Ayakyay da Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, türk və

azərbaycanlılara qarşı törədilmiş qətliamların tarixindən bəhs etmişlər.

20 Yanvar faciəsi ilə bağlı Manisa şəhərində Manisa Mədəniyyət Evi və Həmrəylik Dərnəyinin sədri

Seyfəddin Ayakyayın təşəbbüsü ilə keçirilmiş mətbuat konfransında da tədqiqatçı-alim Bahadır Hoşgül 20

Yanvar və Dağlıq Qarabağdakı erməni işğalına dair materiallarla jurnalistlərə ətraflı məlumat vermişdir.

Türkiyədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir. Ölkəmizin İstanbuldakı baş

konsulluğu bu münasibətlə bir sıra tədbirlər keçirəcəkdir.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 140: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

140

Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar

faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmişdir

(19 yanvar, 2009-cu il)

Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən bildirmişlər ki, yanvarın 19-da səfirlikdə qanlı 20 Yanvar

faciəsinin on doqquzuncu ildönümü ilə bağlı toplantı keçirilmişdir.

Səfirliyin, Azərbaycan və türk diasporlarının nümayəndələrinin iştirak etdiyi toplantıda faciə qurbanlarının

xatirəsi ehtiramla yad edilmişdir. Səfir Məmməd Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda

törədilmiş qanlı qırğın barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, 20 Yanvar nə qədər faciəli olsa da,

Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin müdhiş gecədə

həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq qəhrəmanlıq səhifəsi yazmış, xalqın milli azadlığı,

müstəqilliyi üçün yol açmışdır.

Səfir M.Əliyev xüsusi vurğulamışdır ki, qanlı 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət yalnız

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra verilmişdir.

Qanlı 20 Yanvar həqiqətlərinin İspaniya mətbuatında işıqlandırılması məqsədi ilə “El Pais” və “El Mundo”

qəzetlərinin, “Cita İnternasional”, “Ejecutivos” və “Encuentro Diplomatico” jurnallarının əməkdaşları tədbirə

dəvət olunmuşdular.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotostend, kitabçalar və faciə ərəfəsində respublikada baş verənlər

haqqında film nümayiş etdirilmişdir.

AzərTAc

Page 141: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

141

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı

səfirliyində ehtiramla yad edilmişdir

(19 yanvar, 2009-cu il)

Azərbaycanın Fransadakı səfirliyində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan icmasının nümayəndələri, ölkəmizin Fransadakı səfiri T.Əliyev və diplomatik

missiyanın əməkdaşları iştirak etmişlər. Onlar Parisin Sen-Klu qəbiristanlığında dəfn edilmiş Azərbaycan

parlamentinin birinci sədri Ə.Topçubaşovun və digər həmyerlilərimizin məzarlarını ziyarət etmiş, qəbirləri

önünə gül dəstələri qoymuşlar. Azərbaycanın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin xatirəsi

ziyarət zamanı bir dəqiqəlik sükutla yad edilmişdir.

AzərTAc

Page 142: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

142

Azərbaycanın Niderland Krallığındakı səfirliyində 20 yanvar

şəhidlərinin xatirəsi ehtiramla anılmışdır

(19 yanvar, 2009-cu il)

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildirmişlər ki, səfirlikdə 20 Yanvar faciəsinin 19-cu

ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Mərasimdə Niderlandın bütün bölgələrindən gəlmiş soydaşlarımız, aparıcı diaspor təşkilatlarının rəhbər və

fəalları, jurnalistlər, səfirliyin əməkdaşları iştirak etmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfirliyin rəhbərliyi və əməkdaşları,

Hollandiyada fəaliyyət göstərən “Azərbaycan-Türk Kültür Dərnəyi”, “Ana Vətən” Avropa Azərbaycanlı

Qadınların Birliyi”, “Benilüks Azərbaycan Konqresi”, “Niderland-Azərbaycan Mədəniyyət Mərkəzi” kimi

aparıcı diaspor təşkilatlarının fəalları, yerli azərbaycanlıların tanınmış təmsilçiləri 20 Yanvar hadisələrinin

mahiyyətcə yalnız faciə deyil, Azərbaycanın milli azadlıq hərəkatının yüksəliş zirvəsi olduğunu vurğulamış, bu

hadisənin Azərbaycanın müasir tarixindəki yeri, müstəqilliyimizin əldə olunmasına, ölkənin sonrakı dirçəlişi və

hazırkı dinamik inkişafına göstərdiyi təsiri barədə fikirlərini söyləmişlər.

Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 20 Yanvar qırğınından dərhal sonra

Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, bu cinayəti törədən şəxsləri ittiham etmiş və imperiya

rejimini pisləmişdir. Məhz 20 Yanvar hadisələrinə ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən ali

hakimiyyətə qayıtdıqdan sonra hüquqi və siyasi qiymət verilmişdir.

Çıxış edən natiqlər xüsusi vurğulamışlar ki, 20 Yanvar hadisələrinin ildönümlərinin bütün ölkələrdə

həmvətənlərimiz tərəfindən qeyd olunması dünya azərbaycanlılarının həmrəyliyini beynəlxalq ictimaiyyətə bir

daha nümayiş etdirərək, Azərbaycan diasporunu azərbaycançılıq və milli dövlətçilik ideyaları ətrafında daha sıx

işbirliyinin qurulmasına, vahid qüvvə şəklində məqsədyönlü fəaliyyət göstərməsinə təkan verir. Bununla

əlaqədar Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının səmərəli əməkdaşlığına və gələcək tədbirlərin

həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Niderland cəmiyyətinə

Azərbaycan haqqında obyektiv məlumatlarının çatdırılması, keçirilən tədbirlərdə Hollandiyanın nüfuzlu

şəxslərinin iştirakının təmin edilməsi hər bir diaspor təşkilatının əsas məqsədlərindən biri olmalıdır.

Mərasimin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.

AzərTAc

Page 143: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

143

Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı “Turan-Astana” universiteti ilə birgə

bu təhsil ocağında 20 Yanvar faciəsi ilə bağlı mərasim keçirmişdir

(19 yanvar, 2009-cu il)

Azərbaycanın Qazaxıstandakı səfirliyi paytaxtdakı “Turan-Astana” Universiteti ilə birgə bu təhsil ocağında

20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı mərasim keçirmişdir.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq

Assosiasiyasının üzvləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad

olunmuşdur.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Manen Omarov açaraq Qazaxıstanla Azərbaycan

arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərindən danışmışdır.

Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov 20 Yanvar faciəsi barədə mərasim iştirakçılarına ətraflı

məlumat vermiş, ermənilərin Dağlıq Qarabağla əlaqədar iddiaları, münaqişənin yaranma tarixi haqqında

danışmışdır.

Səfir Bakıda törədilmiş 20 Yanvar faciəsi ilə 1986-cı il Almatı hadisələri arasında bir oxşarlıq olduğunu

qeyd etmişdir. Səfər demişdir ki, 20 Yanvar faciəsindən dərhal sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyev

Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat nümayəndələrinə bu haqda məlumat vermiş, keçmiş

SSRİ rəhbərliyini ittiham etmişdir.

Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyasının prezidenti, professor Asxad Şakirov,

Almatıda 1986-cı il dekabr hadisələrinin canlı şahidi Askar Saqnayev, Astanadakı Azərbaycan Mədəniyyət

Mərkəzləri İttifaqının sədri Vidadi Salahov həm Almatı, həm də Bakı hadisələrinin günahkarlarını ittiham

etmişlər.

İştirakçılar 20 Yanvarla əlaqədar videofilmə baxmış, bu hüznlü günlərdə çəkilmiş şəkillərlə tanış olmuş,

onlara 20 Yanvar haqqında məlumatlar toplusu paylanmışdır.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Astana

Page 144: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

144

20 Yanvar faciəsi ilə əlaqədar Tacikistanda anma mərasimi keçirilmişdir

(19 yanvar, 2009-cu il)

Azərbaycanın Tacikistandakı səfirliyində 20 yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi

keçirilmişdir. Tədbirdə diasporumuzun üzvləri, səfirliyimizin əməkdaşları iştirak etmişlər.

Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad

edilmişdir.

Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev 19 il bundan əvvəl zirehli texnika və ən müasir

silahlarla silahlanmış keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilmiş vəhşiliklər

haqqında geniş məlumat vermiş, 20 yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd

etmişdir.

Səfir bildirmişdir ki, o vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın nümayəndəliyinə gələrək

mətbuat konfransı keçirmiş, Mixail Qorbaçov başda olmaqla bu faciəni törətmiş keçmiş SSRİ rəhbərliyini

ittiham etmişdir.

Mərasim iştirakçılarına 20 Yanvarla əlaqədar videofilm göstərilmiş, onlar faciə ilə bağlı materiallardan

ibarət guşə ilə tanış olmuşlar.

Səfirlik Tacikistanın Xarici İşlər Nazirliyinə, paytaxtdakı səfirlik və nümayəndəliklərə, KİV-ə 20 Yanvar

faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin sülh yolu ilə həlli istiqamətində

Azərbaycanın təşəbbüslərinə dair materiallar göndərmişdir.

20 Yanvarla əlaqədar Düşənbədəki “Vatan” və “Respublika” radiolarında məlumat verilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

Page 145: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

145

Türkiyədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilir

(19 yanvar, 2009-cu il)

Türkiyənin paytaxtı Ankara, habelə İstanbul və İzmir şəhərlərində qanlı 20 Yanvar hadisələrinin ildönümü

ilə bağlı tədbirlər keçirilir.

Ölkəmizin Ankaradakı səfirliyində yanvarın 20-də faciənin ildönümü ilə bağlı tədbirdə şəhidlərimizin əziz

xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir. Səfirliyin 20 Yanvarla bağlı hazırladığı mətbuat açıqlaması

Ankaradakı diplomatik nümayəndəliklərə və mətbuat orqanlarına göndəriləcəkdir. Bundan başqa, diplomatik

nümayəndəliyimizin 20 Yanvar faciəsi haqqında TRT dövlət kanalına göndərdiyi film bu kanalda efirə çıxacaq

verilişdə nümayiş etdiriləcəkdir.

Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Dərnəyi və İstanbulda yaşayan İğdır və Qars vilayətlərindən olan

azərbaycanlılar da 20 Yanvarla bağlı toplantı keçirmişlər. Ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aranın da

iştirak etdiyi tədbirdə əsrlər boyu xalqımızın başına gətirilən müsibətlərdən, erməni quldurları və onların

havadarlarının Azərbaycanın şəhər və kəndlərində törətdikləri qətliamlarda ətraflı bəhs olunmuşdur.

Toplantı iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə

qarşı törətdiyi qətliamdan bəhs edən kitab, fotoşəkillərdən ibarət sərgi ilə də tanış olmuşlar.

Daha bir toplantı İzmirdəki Azərbaycan İş Adamları Dərnəyinin təşəbbüsü ilə keçirilmişdir. Dərnəyin sədri

Asif Qurbanov və ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran toplantı iştirakçılarına Azərbaycan xalqının

azadlıq mübarizəsi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhalinin başına gətirilən

müsibətlər barəsində ətraflı məlumat vermişlər.

Türkiyədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir. Ölkəmizin İstanbuldakı baş

konsulluğu yanvarın 20-də Fatih Universitetində geniş toplantı keçirəcəkdir.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 146: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

146

Dubayda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir

(19 yanvar, 2009-cu il)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 20 Yanvar

faciənin 19-cu ildönümü ilə bağlı anma tədbiri keçirmişdir.

Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə 20 Yanvar qətliamının tarixinə bir daha

nəzər salan cəmiyyətin sədri Samir İmanov hadisə baş verəndən dərhal sonra ümummilli lider Heydər Əliyevin

Azərbaycanın Moskavadakı nümayəndəliyinə gələrək faciəyə münasibət bildirməsinin tarixi əhəmiyyətindən,

sonralar məhz ulu öndərin rəhbərliyi ilə bu faciəyə hüquqi-siyasi qiymət verilməsindən danışmışdır.

Mərasimdə Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunmuş, həmin faciəli

gecə çəkilmiş videogörüntülər nümayiş etdirilmişdir.

Şəhid olanların xatirəsinin yad edildiyi tədbirin iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə

hazırlanmış məlumat vərəqələri, “Erməni terroru” kitabı və Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ

həqiqətləri” toplusu paylanmışdır.

AzərTAc

Page 147: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

147

İsveç parlamentinin deputatlarına 20 Yanvar faciəsi haqqında

Azərbaycan diaspor təşkilatları məlumat vermişdir

(19 yanvar, 2009-cu il)

İsveçdə 20 Yanvar faciəsinin 19-cu ildönümünü birlikdə qeyd edən Azərbaycan diaspor təşkilatları

qətliamla bağlı ingilis dilində hazırlanmış ətraflı məlumat toplusunu və fotoşəkilləri bu ölkənin parlamenti,

Xarici İşlər Nazirliyi və beynəlxalq qurumların İsveçdəki nümayəndəliklərinə təqdim etmişlər.

Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, daha sonra diaspor fəallarımız bu ölkənin Sosial

Demokrat, Xristian Demokrat partiyalarını və hazırda hakimiyyətdə olan Moderat Partiyasını təmsil edən millət

vəkilləri ilə görüşmüşlər. Görüşdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda

törətdiyi qətliam barədə ətraflı məlumat və fotoşəkillər isveçli deputatlara təqdim olunmuşdur. Hazırda İsveçdə

yaşayan 20 Yanvar faciəsinin canlı şahidi Rüstəm Rüstəmov görüş iştirakçılarına o dəhşətli gecədə gördüklərini,

faciə barədə təəssüratlarını danışmışdır.

İsveçli siyasətçilər Azərbaycanın haqq səsinə dəstək verdiklərini bildirmişlər.

AzərTAc

Page 148: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

148

Strasburqda 20 Yanvar faciəsi ilə bağlı Fransız dilində

radio verilişi səslənmişdir

(19 yanvar, 2009-cu il)

Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə hər ayın bir bazar günü Azərbaycanla

bağlı efirə çıxan ikisaatlıq radio proqramının yanvarın 18-də getmiş verilişində əsasən xalqımızın tarixində qara

səhifə olan 20 Yanvar faciəsinə həsr edilmişdir.

Verilişin ərsəyə gəlməsində xüsusi əmək sərf etmiş “Azərbaycan evi”nin sədri Mustafa Alınca,

Strasburqdakı Mark Blok Universitetinin tələbəsi Şahin Hüseynli və gənc soydaşımız Alqan Eldənizin faciə ilə

əlaqədar hazırladıqları materiallarda XX əsrin görünməmiş qanlı hadisəsi barədə fransız dinləyicilərinə ətraflı

məlumat verilmişdir.

Faciəyə dair vaxtilə Azərbaycan və fransız mətbuatında dərc olunmuş məqalələrə əsaslanmış verilişdə 1990-

cı ilin yanvarında baş vermiş qanlı hadisəyə iki il əvvəldən, 1988-ci ildən hazırlıq getməsindən, işğalçılıq

siyasəti yeridən Ermənistanın Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağı ayırmaq təşəbbüsünə etiraz edən

azərbaycanlıların kütləvi nümayişlər keçirməsindən, sovet hakimiyyətinin rəsmilərinin bu nümayişlərə yol

verməmək üçün ölkəmizə qoşun yeritmələri və fövqəladə vəziyyət elan etmələrindən söhbət açılmışdır. Bu

hadisələrin davamı olaraq iki ildən sonra xalqın müstəqillik və azadlıq istəyini boğmaq məqsədi ilə yanvarın 19-

dan 20-nə keçən gecə qırmızı ordunun müxtəlif istiqamətlərdən Bakıya daxil olaraq, silahsız dinc əhaliyə divan

tutduqları verilişin əsas xəttini təşkil etmişdir.

Faciə zamanı heç kimə aman verməyən sovet ordusunun 133 nəfərin həyatına son qoyması, 700 sakini

yaralaması, xeyli azərbaycanlının itkin düşməsi, ölkənin bütün dünya ilə əlaqələrinin kəsilməsi və informasiya

blokadasına alınması verilişdə öz əksini tapmışdır.

Müasir silahlardan istifadə etmiş ordunun amansızlığının təsvirə gəlməzliyi, insanların tanklar altına

salınması barədə danışılmış radio proqramında bu faciəyə dünya ölkələrinin, o cümlədən fransızların kəskin

reaksiyasına səbəb olduğu, belə ağır günlərdə azərbaycanlılarla həmrəyliyi, Fransada yaşayan soydaşlarımızın

faciənin dəhşətləri barədə fransızlara ətraflı məlumat verməsi dinləyicilərə çatdırılmışdır.

Verilişi hazırlayanlar yeri gəldikcə faciə ilə bağlı fransız mətbuatında dərc olunmuş materiallardan sitatlar

gətirmişlər.

Sonda dövlətimizin şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakının ən görkəmli yerində Şəhidlər

xiyabanı saldığı, faciənin hər il hüzn günü kimi anıldığı, xiyabanın xalqımızın və Bakıya səfər edən xarici

qonaqların ziyarətgahına çevrildiyi də vurğulanmışıdır.

Verilişdə tanınmış türkoloq alim, soydaşımız İren xanım Melikoffun vəfatı barədə məlumat verilmiş, elmi

və ictimai-siyasi fəaliyyətindən danışılmışdır.

Yanvarın 18-də səsləndirilmiş verilişdə Azərbaycan haqqında digər xəbərlər də efirə getmişdir.

Page 149: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

149

Xatırladaq ki, “Azərbaycan evi”nin hazırladığı radio proqramı Fransanın bütün ərazisinə və qonşu ölkələrə

yayımlanır.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Page 150: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

150

Buxarestdə Qanlı Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi yad edilmişdir

(20 yanvar, 2009-cu il)

Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, yanvarın 20-də səfirlik və Heydər Əliyev

Fondunun Rumıniya nümayəndəliyi tərəfindən 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı anma mərasimi

keçirilmişdir.

Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər

Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-nin Rumıniya

nümayəndəliyinin əməkdaşları, Rumıniyanın sabiq və hazırkı senatorları, millət vəkilləri, bu ölkədə yaşayan və

təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq

nümayəndəliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Mərasimdə səfir Eldar Həsənov 1990-cı il yanvarın 20-də sovet rejiminin Azərbaycan xalqına qarşı vəhşilik

aktı, öz konstitusion hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc və silahsız əhalinin, azadlığı,

müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətəndaşların vəhşicəsinə gülləbaran edildiyini

iştirakçıların diqqətinə çatdırmışdır. Əsarətə və ədalətsizliyə qarşı mübarizə aparan, canlarını bu yolda fəda edən

Azərbaycan övladlarının xalqımız tərəfindən heç vaxt unudulmayacağını bildirmişdir.

Səfir bu qanlı hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi

qiymət verildiyini qeyd etmişdir. Məlumat vermişdir ki, Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, 1990-

cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinə,

kommunist rejiminə qarşı etirazla dolu bəyanat səsləndirmişdir.

Çıxış edənlər 20 yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlatmış, milli

azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını

bildirmişlər.

Mərasimdə “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.

Rumıniyada akkreditə olunmuş bütün xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatların

nümayəndəliklərinə, dövlət, qeyri-hökumət orqanlarına səfirlik tərəfindən hazırlanmış, faciənin səbəblərini və

nəticələrini özündə əks etdirən press-relizlər göndərilmişdir. Ölkənin “Replika”, “Zaman”, “Anayurt”, “Hayat”

qəzetlərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar xəbər və məqalələr dərc olunmuşdur.

AzərTAc

Page 151: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

151

Kiyevdə 20 Yanvar qurbanlarının xatirə gecəsi və akademik Ramiz Mehdiyevin

“Azərbaycanlıların soyqırımının reallıqları” kitabının təqdimatı keçirilmişdir

(20 yanvar, 2009-cu il)

Ukrayna paytaxtındakı Səməd Vurğun adına kitabxanada 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar

faciəsinin 19-cu ildönümünə həsr edilmiş xatirə gecəsi və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,

akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlıların soyqırımının reallıqları”

kitabının təqdimatı keçirilmişdir. Tədbirə toplaşanlar “Qara Yanvar” hadisələrini əks etdirən, insanın qanını

damarlarında donduran fotoşəkillərdən ibarət stendlə tanış olmuşlar.

Azərbaycanın Kiyevdəki səfirliyi, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) və Ukrayna-Azərbaycan

Dostluğu Xeyriyyə Fondu (UADXF) tərəfindən təşkil edilmiş xatirə gecəsinin aparıcısı, səfirliyin əməkdaşı

Seyidəli Qədiməliyev 1990-cı ilin yanvarında Kremldəki cinayətkar hakimiyyətin göstərişi əsasında və o dövrdə

Azərbaycana rəhbərlik edənlərin satqınlığı sayəsində sovet qoşunlarının Bakıda və Azərbaycanın başqa

şəhərlərində törətdiyi qanlı qırğın barədə məlumat vermişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla

yad edilmişdir.

Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevə xalqımızın ən yeni tarixinin qanlı səhifələrindən birindən

danışmış, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş azadlıqsevər və qəhrəman

Azərbaycan oğullarına divan tutan sovet rəhbərlərinin və onların respublikadakı nökərlərinin adlarını bir daha

xatırlatmışdır.

Tələt Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin böyüklüyünü, ona xas olan ədalət hissini xüsusi

vurğulayaraq xatırlatmışdır ki, Heydər Əliyev 20 Yanvar faciəsinin törədilməsində Kremldəki yüksək rütbəli

məmurları, Əbdürrəhman Vəzirovu, erməni millətçilərini və onlarla əlbir olanları ittiham edərək bildirmişdir ki,

bu faciədə əli olanların hamısı layiqincə cəzalandırılmalıdır.

Sonra səfir akademik Ramiz Mehdiyevin “Azərbaycanlıların soyqırımı reallıqları” adlı dəyərli tədqiqatını

təqdim etmiş, kitabdan 1990-cı il qanlı 20 Yanvar hadisələrinin anatomiyasını açıqlayan bəzi məqamları

oxumuşdur.

Tədbir iştirakçılarına kitabın nüsxələri paylanmışdır.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun ikinci kurs tələbəsi

Gültəkin Qafqazlı çıxışında bildirmişdir ki, kitabdakı faktların analitik şərhi ona çox güclü təsir bağışlamışdır.

Ukrayna Milli Aviasiya Akademiyasının dosenti Arif Quliyev isə “Azərbaycanlıların soyqırımının reallıqları”

kitabının Ukrayna dilinə tərcümə olunmasını təklif etmişdir.

UAK Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin, UAK sədrinin müavini Namiq Quliyev, UADXF-nin

prezidenti İlqar Abbasov və başqaları Qanlı Yanvar hadisələrinə öz münasibətlərini bildirmiş, xalqımızın

misilsiz qəhrəmanlığını vurğulamış, diasporun bütün üzvlərini müstəqil, azad və demokratik Azərbaycanın

tərəqqisi naminə Prezident İlham Əliyevin rəhbərliyi altında daha sıx birləşməyə çağırmışlar.

Page 152: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

152

Çıxışlarda respublikanın daxili və xarici siyasətdə qazandığı uğurlardan, bütün sahələrdə Azərbaycan-

Ukrayna münasibətlərinin inkişaf etməsi və möhkəmlənməsindən, hazırda Ukraynada hakimiyyətin bütün

şaxələrində təmsil olunmuş azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasından ətraflı bəhs edilmişdir.

Sonda tədbir iştirakçıları görkəmli Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxananın qarşısında

ona ucaldılmış abidənin önünə tər çiçəklər qoymuşlar.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 153: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

153

Tehranda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş

anma mərasimi keçirilmişdir

(20 yanvar, 2009-cu il)

Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi

keçirilmişdir. Mərasimdə səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, İran ictimaiyyətinin tanınmış

nümayəndələri iştirak etmişlər. Dünya şöhrətli cərrah Cavad Heyət, ağırlıqqaldırma üzrə dəfələrlə dünya

çempionu, Avropa və Asiya çempionatlarının qalibi Hüseyn Rzazadə, şair Sarvan da Azərbaycan xalqının

dərdinə şərik olmaq üçün səfirliyə gəlmişdilər.

Mərasim iştirakçıları səfirlikdə, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotostendin önünə gül-çiçək

düzmüş, şəhidlərimizin ruhu qarşısında baş əymişlər. İncəsənət ustası Atəş Təqipur şəhidlərə həsr etdiyi şeirini

oxumuşdur.

20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmiş, iştirakçılara hadisə barədə Azərbaycan və

fars dillərində hazırlanmış broşürlər paylanmışdır.

Mərasimi açan səfir Abbasəli Həsənov 20 Yanvar faciəsinin səbəbləri və nəticələri, dəhşətləri barədə

məlumat vermişdir. O demişdir ki, təpədən dırnağadək silahlanmış sovet ordusunun qoşun hissələrinin ağır

hərbi texnikadan və ən müasir silahlardan istifadə etməklə Bakıya daxil olması bütöv bir xalqın cəzalandırılması

məqsədilə həyata keçirilən qanlı aksiya idi.

Azərbaycan xalqı ölümün gözünə dik baxaraq öz qəhrəman övladlarını layiq olduqları təntənə ilə dəfn

etmişdir. Azərbaycana rəhbərlik edənlər isə özlərində mənəvi güc tapıb xalq arasında çıxa bilmədilər, bu

matəmli gündə də ləyaqətsiz mövqe tutdular.

Öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən faciə ilə

bağlı xalqımıza başsağlığı verən ümummilli lider Heydər Əliyev bu qanlı hadisəni törədənləri kəskin ittiham

etdi. Heç kimdən çəkinməyən Heydər Əliyev bu cəsarətli addımı ilə bir daha Azərbaycan xalqına tükənməz

məhəbbətini və mətin siyasi iradəsini nümayiş etdirmişdir.

Sabir Şahtaxtı,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Page 154: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

154

Belçikada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

(20 yanvar, 2009-cu il)

Azərbaycan Respublikasının Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyi 20 Yanvar şəhidlərinin

xatirəsinə həsr olunmuş mərasimi keçirmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasim iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı

hadisələr barədə geniş məlumat verilmişdir. Sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin

dağılmasını daha da sürətləndirdiyi, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait

yaratdığı qeyd edilmişdir.

Natiqlər 20 Yanvar şəhidlərinin müstəqillik üçün canlarından keçdiklərini əsas gətirərək bundan sonra da

Azərbaycan dövlətçiliyinin daim qorunmasının, ölkənin üzləşdiyi Dağlıq Qarabağ probleminin tezliklə

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulamışlar.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, azərbaycanlı tələbələr, səfirlik və

nümayəndəliyin əməkdaşları iştirak etmişlər.

Faciənin ildönümü ərəfəsində səfirlik Belçikanın rəsmi qurumlarına, burada fəaliyyət göstərən xarici

diplomatik missiyalara və kütləvi informasiya vasitələrinə 20 Yanvar hadisələrinə həsr edilmiş xüsusi mətbuat

açıqlaması göndərmişdir.

AzərTAc

Page 155: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

155

İstanbuldakı Fatih Universitetində 20 Yanvar faciəsinin

ildönümü ilə bağlı konfrans keçirilmişdir

(20 yanvar, 2009-cu il)

Azərbaycanın İstanbuldakı Baş konsulluğu Qanlı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı 120 azərbaycanlı

tələbənin təhsil aldığı Fatih Universitetində konfrans təşkil etmişdir.

Konfransı giriş sözü ilə açan tələbə Murad Şaxtaxtinski bildirmişdir ki, diplomatik nümayəndəliyimizin

keçirdiyi bu tədbir türk və azərbaycanlı gənclərin ən yeni tariximizdə baş verən faciələrin təhlili və onlardan

ibrət götürülməsi baxımından olduqca əhəmiyyətlidir. Gələcəkdə qardaş ölkələrimizin dövlət idarəçiliyində fəal

iştirak edəcək nəsil ortaq düşmənlərə qarşı mübarizədə daha tədbirli və mətin olmalıdır.

Sonra ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran geniş məruzə ilə çıxış etmişdir. Məruzədə

Türkiyədə və Azərbaycanda erməni quldurlarının törətdikləri qətliamlar, 1990-cı il yanvarın 19-dan 20-nə keçən

gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə divan tutması, Xocalı soyqırımı və xalqımızın başına gətirilən bir

çox müsibətlər xatırladılmışdır. Natiq vurğulamışdır ki, xalqımızın xilaskarı və ümummilli lideri Heydər Əliyev

faciədən bir gün sonra, Moskvada təqiblərə məruz qalmasına baxmayaraq, Azərbaycanın daimi

nümayəndəliyinə gələrək 20 Yanvar qətliamının təşkilatçılarını lənətləmiş, öz xalqı ilə həmrəylik nümayiş

etdirmişdir. Məhz ulu öndərimizin iradəsi ilə 1994-cü ildə bu faciəyə siyasi və hüquqi qiymət verilmişdir.

Səyyad Aran azərbaycanlı və türk tələbələrin Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi, qardaş

ölkələrimiz arasında əməkdaşlıq barəsində suallarını da cavablandırmışdır.

Fatih Universitetinin dosenti Cəfər Ulu da əsrlər boyu xain ermənilərin türklərə qarşı törətdikləri

qətliamlardan və erməni diasporunun məkrli siyasətindən ətraflı bəhs etmişdir.

Tədbir iştirakçıları “20 Yanvara aparan yol” sənədli filminə baxmışlar.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 156: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

156

Torontoda 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir

(20 yanvar, 2009-cu il)

Ölkəmizin Kanadadakı səfirliyi Torontoda Azərbaycan və türk icmalarının, ictimaiyyət nümayəndələrinin

iştirakilə 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr edilmiş tədbir keçirmişdir.

Səfirliyin müvəqqəti işlər vəkili F.Şəfiyev Qanlı Yanvar faciəsinin tarixi, Azərbaycan xalqının məruz

qaldığı zorakılıq haqqında ətraflı məlumat vermişdir. O, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz

açmış, bunların Kanada ictimaiyyətinə çatdırılması üçün görülmüş tədbirləri xatırlatmışdır. F.Şəfiyev ölkədə

yaşayan soydaşlarımızı bu işdə fəal iştirak etməyə çağırmışdır.

Tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr edilmiş sənədli filmə baxmışlar.

Tədbirin keçirildiyi salonda 20 yanvar faciəsini əks etdirən stendlər qurulmuş və fotoşəkillər nümayiş

etdirilmişdir.

AzərTAc

Page 157: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

157

Sankt-Peterburqda anma mərasimi keçirilmişdir

(20 yanvar, 2009-cu il)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda diaspor üzvlərinin, şəhər

ictimaiyyəti nümayəndələrinin, burada təhsil alan azərbaycanlı tələbələrin iştirakilə keçirilmiş tədbirdə əvvəlcə

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişidir.

Baş konsul Qüdsi Osmanov 20 Yanvar faciəsinin Azərbaycan tarixində qanlı səhifələrdən biri olduğunu

vurğulamışdır. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində bu faciəyə düzgün

hüquqi və siyasi qiymət verilmişdir.

Mərasimdən sonra Sankt-Peterburq şəhər məscidində RF Şimal-Qərb regionundakı müsəlmanların Ruhani

idarəsinin sədri Ponçayev şəhidlərin ruhuna Quran ayəsi oxumuş, ehsan verilmişdir.

Baş Konsulluqda faciə ilə bağlı fotosərgi açılmışdır.

AzərTAc

Page 158: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

158

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın böyük

Britaniyadakı səfirliyində də yad edilmişdir

(20 yanvar, 2009-cu il)

Yanvarın 20-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Qanlı Yanvar faciəsi qurbanlarının

xatirəsinin anma mərasimi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, mərasimdə Böyük Britaniyadakı Azərbaycan icmasının və Londonda yaşayan

türkdilli xalqların nümayəndələri də iştirak etmişlər.

Tədbirdə çıxış edənlər bu faciəli hadisənin başvermə səbəbləri və nəticələri, eləcə də müstəqillik tariximizdə

rolundan bəhs etmişlər. Bildirilmişdir ki, harada olmalarından asılı olmayaraq hər il bütün azərbaycanlılar

şəhidlərin xatirəsini anır. Xüsusilə gənc nəslin bu hadisə haqqında ətraflı məlumat əldə etmələrinin vacibliyi

qeyd olunmuşdur.

Natiqlər ümummilli lider Heydər Əliyevin həmin hadisələrə kəskin reaksiya verməsini və əsl vətəndaşlıq

mövqeyi nümayiş etdirməsini xüsusi vurğulamışlar.

Sonda 20 Yanvar hadisələrindən bəhs edən videofilm nümayiş etdirilmişdir.

AzərTAc

Page 159: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

159

Qətərdə 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir

(20 yanvar, 2009-cu il)

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 19-cu ildönümünə

həsr olunmuş bir sıra tədbirlər həyata keçirilmişdir.

“Sheraton” mehmanxanasında Qətərdə yaşayan Azərbaycan vətəndaşlarının iştirak etdiyi görüşdə faciə

qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Ölkəmizin Qətər Dövlətindəki səfiri E.Səlimov 20

Yanvar gününün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qanla yazılmış şərəfli

səhifə kimi daxil olduğunu diqqətə çatdırmışdır. Məlumat vermişdir ki, Qanlı Yanvar günü Azərbaycanın bütün

bölgələrində qeyd edilir, şəhidlərin xatirəsi isə Qətərdə ilk dəfədir anılır. Səfir ölkəmiz müstəqillik əldə etdikdən

sonra xaricdə yaşayan azərbaycanlıların tarixi Vətəni ilə əlaqələrinin inkişaf etdirilməsinə, diaspor quruculuğu

işinin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan verən vahid fəaliyyət mexanizmlərinin yaradılmasının

vacibliyini vurğulamışdır. Diplomat bunun müstəqil Azərbaycanın qarşısında duran prioritet vəzifələrdən biri

olduğunu qeyd etmişdir.

Qətərdə yaşayan və vaxtilə Bakıda baş vermiş bu faciənin şahidi olmuş görüş iştirakçılarından bəziləri

xatirələrini bölüşmüşlər.

Bununla yanaşı, səfirlik tərəfindən 20 Yanvar faciəsi barədə Qətər ictimaiyyətinə, ölkədə akkreditə olunmuş

xarici ölkə səfirliklərinə, yerli kütləvi informasiya vasitələrinə geniş məlumat verilmiş, Qətər XİN-ə faciənin

ildönümü ilə bağlı bəyanat təqdim olunmuşdur.

Yanvarın 20-də səfirliyin üzərində ucalan Azərbaycan bayrağı matəm əlaməti olaraq endirilmişdir.

AzərTAc

Page 160: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

160

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar

faciəsi ilə əlaqədar anma mərasimi keçirilmişdir

(20 yanvar, 2009-cu il)

Yanvarın 20-də Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi

keçirilmişdir. Səfirliyin binası qarşısındakı Azərbaycan bayrağı endirilmişdir.

Mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı səfirlikdə yaradılmış fotostendə baxmış, hadisələrdən bəhs

edən sənədli filmləri izləmişlər.

Səfirlikdən bildirmişlər ki, mərasim Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanmış,

şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir E.Hüseynov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əsgərlərinin

Bakıda törətdiyi cinayətlər barədə geniş məlumat vermişdir. O demişdir ki, hadisədən dərhal sonra xalqımızın

ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu hadisəni törədən

cinayətkarların adlarını açıqlamış, onların cəzalandırılması tələbi ilə çıxış etmişdir.

Prezident İlham Əliyevin bu faciənin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi barədə fikirlərini

diqqətə çatdıran səfir demişdir ki, 20 Yanvar şəhidlərinin ailələri üçün xüsusi təqaüd müəyyənləşdirilmiş, onlara

dövlət səviyyəsində diqqət və qayğı göstərilir.

Səfir E.Hüseynov ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və digər qanlı

faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr olunduğunu, Prezident İlham Əliyevin bu siyasəti davam

etdirdiyini, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materialların

hazırlandığını bildirmişdir.

Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet ordusu əsgərlərinin Bakıda törətdiyi faciənin təkcə

Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğunu, bu hadisənin dünya ictimaiyyətində ürək

ağrısı ilə qarşılandığını, doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin

hər zaman uca tutulacağının bildirmişlər.

Mərasim iştirakçılarına, Türkmənistanın Xarici İşlər Nazirliyinə, kitabxanalarına, bu ölkədəki səfirliklərə,

nümayəndəliklərə 20 Yanvar faciəsi ilə bağlı hazırlanmış xüsusi fotoalbom, Dağlıq Qarabağ münaqişəsinə həsr

olunmuş və türkmən dilində çapdan çıxmış “Bəşəriyyət əleyhinə cinayət” adlı kitab, habelə xalqımızın üzləşdiyi

digər faciələrlə əlaqədar Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış materiallar

paylanmışdır.

AzərTAc

Page 161: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

161

Azərbaycanın Çindəki səfirliyində 20 Yanvar faciəsi

ilə əlaqədar anma mərasimi keçirilmişdir

(20 yanvar, 2009-cu il)

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın Çindəki səfirliyində də anılmışdır. Yanvarın 20-də səfirliyin

nəzdində fəaliyyət göstərən “Şuşa” Mədəniyyət Mərkəzində faciənin 19-cu ildönümünə həsr olunmuş tədbir

keçirilmişdir.

Mərasimdə səfirliyin əməkdaşları, onların ailə üzvləri, Çində fəaliyyət göstərən azərbaycanlı iş adamları,

Pekində təhsil alan tələbələr iştirak etmişlər. Səfir Yaşar Əliyev mərasimi açaraq, 20 Yanvar faciəsinin

tarixindən, səbəblərindən və nəticələrindən söhbət açmış, bu günün Azərbaycanın müstəqillik tarixində

qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Tədbirdə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi

bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

AzərTAc

Page 162: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

162

20 Yanvar şəhidlərinin xatirəsi Almaniyada anılmışdır

(20 yanvar, 2009-cu il)

Yanvarın 20-də ölkəmizin Almaniyadakı səfirliyinin, Azərbaycanlıların Koordinasiya Mərkəzinin və

Berlindəki Azərbaycan-Alman Həmrəylik Cəmiyyətinin təşkilatçılığı ilə 19 il əvvəl baş vermiş faciənin

ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Cəmiyyətdə keçirilən tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, ölkəmizin

Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan

azərbaycanlı tələbələr iştirak etmişlər.

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Pərviz Şahbazovun,

təhsil naziri Misir Mərdanovun, Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılovanın,

cəmiyyətin sədri İsmayıl Əmikişiyevin çıxışları dinlənilmişdir.

Çıxışlarda 1990-cı ilin 20 yanvarında Azərbaycan vətəndaşlarının öz müstəqillikləri və ərazi bütövlüyü

uğrunda apardıqları dinc mübarizə zamanı SSRİ rəhbərliyinin əmri ilə gülləbaran edilərək qətlə yetirildiyi

bildirilmişdir. Vurğulanmışdır ki, bütün bu təzyiqlərə, qətliama baxmayaraq, Azərbaycan xalqı qətiyyət

göstərmiş və öz müstəqilliyini bərpa etmişdir.

Misir Mərdanov çıxışında 20 Yanvarda həmvətənlərimizin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü

uğrunda canlarını qurban verdikləri xatırlanmış və bildirmişdir ki, yalnız Heydər Əliyev hakimiyyətə

qayıtdıqdan sonra qanlı faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Nazir azadlıq uğrunda qurban gedən

şəhidlərimizin müqəddəs amallarının bu gün müstəqil Azərbaycan dövləti tərəfindən gerçəkləşdirildiyini

vurğulamışdır. Demişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövlətçiliyi

bu gün onun müdrik və uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev tərəfindən daha da

möhkəmləndirilir.

Çıxışlardan sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” adlı sənədli filmə baxmışlar.

Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.

AzərTAc

Page 163: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

163

Azərbaycanın Bişkekdəki səfirliyində 20 Yanvar

faciəsinin ildönümü ilə bağlı anma mərasimi olmuşdur

(21 yanvar, 2009-cu il)

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı anma mərasimi

keçirilmişdir.

Mərasimdə diasporumuzun üzvləri, Bişkekin ali məktəblərində təhsil alan soydaşlarımız, jurnalistlər iştirak

etmişlər.

Səfirliyin birinci katibi Vüqar İbrahimov 20 Yanvar faciəsinin səbəbləri, qanlı hadisədən dərhal sonra

ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza

qarşı törədilmiş qanlı cinayət haqqında bəyanat verməsi, bu vəhşiliklərdə Mixail Qorbaçov başda olmaqla sovet

imperiyasının digər yüksək vəzifəli məmurlarını günahlandırması haqqında danışmışdır. Diplomat, həmçinin

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda qazanılan nailiyyətlər, eləcə də işğal

altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər barədə məlumat

vermişdir.

Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunmuş, mərasim iştirakçılarına Heydər Əliyev

Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” topluları, Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri,

akademik Ramiz Mehdiyevin Qırğızıstandakı Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu tərəfindən

Bişkekdə qırğız və rus dillərində buraxılmış “Azərbaycanlıların soyqırımının reallıqları” kitabı və Qara

Yanvarla əlaqədar məlumatlar toplusu paylanmışdır.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

Page 164: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

164

ABŞ konqresində 20 Yanvar faciəsinin ildönümü anılmışdır

(21 yanvar, 2009-cu il)

20 Yanvar faciəsinin ildönümü ABŞ Konqresində xatırlanmışdır. Nümayəndələr Palatasında Azərbaycan

məsələləri üzrə işçi qrupunun üzvü, Tennesi ştatının demokrat təmsilçisi Stiv Koen bəyanatla çıxış etmişdir. O

bildirmişdir ki, 20 yanvar tarixi Birləşmiş Ştatlarda hər dörd ildən bir andiçmə günü kimi təntənəli hadisəyə

təsadüf etsə də, Azərbaycan xalqı bu günü Sovet qoşunları qarşısına çıxaraq azadlıq uğrunda şəhid verdiyi gün

kimi yad edir. Konqresmen demişdir ki, 1990-cı il yanvarın 20-də Bakıda sovet imperiyasının taleyi həll

edilmişdir.

S.Koen bildirmişdir ki, keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun fövqəladə vəziyyət haqqında qərarına

əsasən yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana 26 minlik qoşun yeridilmişdir. Sovet qoşunlarının

müdaxiləsi xalqın müstəqillik ruhunu qırmaq məqsədi güdsə də, bu, əksinə, milli mənlik hisslərini daha da

alovlandırmış və Sovet İttifaqının dağılmasını sürətləndirmişdir. Həmin hadisələr zamanı “qayda-qanunu bərpa

etmək” adı altında sovet əsgərləri 140 nəfəri qətlə yetirmiş, 700-dən çox adamı yaralamış, 841 nəfəri həbs

etmişdir, 5 nəfər isə itkin düşmüşdür.

Nüfuzlu “Hyuman Raytz Uotç” təşkilatının tarixi hadisələrə dair hesabatında bildirilirdi ki, “Sovet

Ordusunun 19-20 yanvar gecəsi əl atdığı zorakılıq azərbaycanlıların nümayiş etdirdiyi müqavimətə o qədər

uyğun gəlmirdi ki, sanki əsgərlər ümumi cəzalandırma üzrə məşq keçirdilər. Bu cəzalandırma təkcə

Azərbaycanda yox, həm də Sovet İttifaqının digər respublikalarında vətənpərvərlərə xəbərdarlıq kimi nəzərdə

tutulmuşdu”.

S.Koen vurğulamışdır ki, sovetlər dövründən miras qalan iqtisadi və siyasi problemlərə, eləcə də

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycan Respublikası

müstəqilliyini qoruyub saxlamışdır. Bu gün, Azərbaycan yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirən,

çiçəklənən dövlətdir. Bunun səbəbləri isə, azad şəkildə seçilən prezident və parlament, enerji sektorunun aparıcı

rol oynadığı bazar iqtisadiyyatı islahatları, ən əsası, Azərbaycan ərazisində xarici qoşunların

yerləşdirilməməsidir.

Qanlı Yanvar hadisələrinin 19-cu ildönümü ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən də

geniş qeyd edilməkdədir. ABŞ Azərbaycanlıları Şəbəkəsinin yaydığı bəyanatda faciə qurbanlarının xatirəsini bir

dəqiqəlik sükutla yad etməyə çağırmışdır.

Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə Azərbaycan səfirliyi ilə birgə təşkil etdiyi

toplantıda amerikalı auditoriya qarşısında Qanlı Yanvar gecəsini Lider Televiziyasının istehsalı olan “Qara

Yanvara aparan yol” sənədli film vasitəsilə canlandırmışdır.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Page 165: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

165

Vaşinqton

Page 166: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

166

Azərbaycanın Moskvadakı səfirliyinin təşəbbüsü ilə “20 Yanvar Azərbaycanın

ən yeni tarixində dönüş nöqtəsi” mövzusunda seminar keçirilmişdir

(21 yanvar, 2009-cu il)

Azərbaycanın Moskvadakı səfirliyinin təşəbbüsü ilə Rusiya Dövlət Humanitar Universitetində (RDHU) “20

yanvar. Azərbaycan tarixində dönüş nöqtəsi” mövzusunda ekspertlər səviyyəsində seminar keçirilmişdir.

Rusiya elmi dairələri nümayəndələrinin, politoloqların, universitetin müəllim və tələbələrinin iştirak etdiyi

tədbiri açan RDHU-nun rektoru Yefim Pivovarov demişdir ki, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş

faciə ümumi tariximizin mənəvi baxımdan daha obyektiv tədqiqə və təhlilə ehtiyacı olan bir hissəsidir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 19 il bundan əvvəl baş vermiş hadisələr barədə danışmış,

bu faciənin təkcə Azərbaycan xalqının deyil, bütün keçmiş SSRİ xalqlarının yaddaşında əbədi qalacağını

bildirmişdir. Səfir vurğulamışdır ki, Azərbaycan rəhbərliyinin 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya

birliyinə çatdırılması istiqamətində gördüyü işlər gənc nəslin ümumi tariximizi bilməsi üçün vacibdir.

MDU-nun tarix fakültəsi dekanının müavini Aleksey Vlasov, MDU yanında keçmiş sovet məkanının

öyrənilməsi mərkəzinin rəhbəri Aleksandr Karavayev, REA Avropa İnstitutu mərkəzinin rəhbəri Alla Yazıkova

və başqaları bildirmişlər ki, “Qara yanvar” Azərbaycan xalqının faciəsidir və bu kədərli hadisə tarixin həmin

dövrünün dərindən və elmi cəhətdən öyrənilməsini tələb edir.

Seminardan əvvəl Azərbaycanın Rusiyadakı səfiri RDHU-nun rektoru Yefim Pivovarov ilə görüşmüş,

səfirliyin təşəbbüsünü dəstəklədiyinə, bu məsələdə düzgün mövqe tutduğuna görə ona təşəkkürünü bildirmişdir.

Y.Pivovarov ümumi tariximizin bir hissəsi olan 20 Yanvar hadisələrinin müzakirə olunmasının əhəmiyyətini

diqqətə çatdırmışdır. Rektorun sözlərinə görə, tarixi dərindən öyrənmək, o dövrü obyektiv əks etdirən elmi

əsərlər yazmaq vacibdir.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 167: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

167

Azərbaycanın Belarusdakı səfirliyi 20 Yanvar faciəsinin

19-cu ildönümü ilə əlaqədar tədbir keçirmişdir

(21 yanvar, 2009-cu il)

Azərbaycanın Belarusdakı səfirliyində faciəli 20 yanvar hadisələrinin 19-cu ildönümü ilə əlaqədar

Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilmişdir.

Tədbir iştirakçıları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların nurlu

xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Bakıda keçirilən matəm mərasiminin birbaşa yayımı, habelə

1990-cı ilin yanvar hadisələri barədə sənədli film nümayiş etdirilmişdir.

Səfir Əli Nağıyev çıxışında bildirmişdir ki, cinayətkar totalitar sistemə qarşı mübarizəyə qalxmış xalqımız

çoxsaylı qurbanlar versə də, müstəqillik yolundan geri dönməmişdir.

Sonra diasporumuzun çoxsaylı üzvlərinin, səfirliyin əməkdaşlarının iştirakı ilə məsciddə şəhidlərin ruhuna

dualar oxunmuşdur.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Page 168: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

168

Daşkənddə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir

(21 yanvar, 2009-cu il)

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Daşkənd şəhəri üzrə Azərbaycan

Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.

Tədbirdə paytaxtdakı Azərbaycan diasporunun üzvləri, milli mədəniyyət mərkəzlərinin rəhbərləri, qardaş

özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.

Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov imperiyanın Azərbaycan

xalqına qarşı həyata keçirdiyi ayrı-seçkilik siyasətindən danışmış, sovet qoşunlarının Bakıda törətdikləri

vəhşiliklər haqqında məlumat vermişdir.

Daşkənddəki Axıska Türkləri Mədəni Dərnəyinin sədri Ömər Salman qardaş Azərbaycan xalqına qarşı

törədilmiş bu vəhşilik aktını pisləmiş, 20 Yanvar qətliamında ermənilərin də əli olduğunu qeyd etmişdir.

Soydaşlarımızdan Yusif Əliyev, Həmid Hüseynov, Nazlı Pirməmmədova sovet ordusunun Bakıda həyata

keçirdiyi qanlı qırğınları ittiham etmişlər.

Sonra ehsan verilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Page 169: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

169

Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı “Xəzər” mədəniyyət mərkəzi ilə birgə

20 Yanvar faciəsi ilə əlaqədar mərasim keçirmişlər

(21 yanvar, 2009-cu il)

Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı (AMMİ) “Xəzər” Mədəniyyət Mərkəzi ilə birgə 20

Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirmişdir.

Tədbirdə paytaxtdakı diasporumuzun nümayəndələri, Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq

Assosiasiyasının üzvləri, mədəniyyət mərkəzlərinin rəhbərləri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad

edilmiş, onların ruhuna dua oxunmuşdur.

AMMİ-nin prezidenti Vidadi Salahov 20 Yanvarın səbəbləri haqqında danışmış, bu faciəni sovet

imperiyasının qanlı səhifələrindən biri adlandırmışdır. Onun sözlərinə görə, 20 Yanvar faciəsinə hüquqi-siyasi

qiymət verilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev o qanlı gecədən bir gün

sonra Moskvada mətbuat konfransı keçirmiş, Mixail Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərlərini kəskin

ittiham etmişdir.

“Xəzər” Mədəniyyət Mərkəzinin sədri Vidadi Ağayev bildirmişdir ki, 20 Yanvar şəhidlərinin arasında

uşaqlar, ağbirçək və ağsaqqallar, digər xalqların nümayəndələri də vardır.

Sonra Astanada rus dilində nəşr olunan “Turan-Ekspres” qəzetinin 20 yanvar faciəsinə həsr edilmiş xüsusi

nömrəsi iştirakçılara paylanmışdır.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Astana

Page 170: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

170

Daşkənddəki səfirliyimizdə 20 Yanvar faciəsinin 19-cu

ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir

(21 yanvar, 2009-cu il)

Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi

keçirilmişdir.

Tədbirdə Daşkənddəki Azərbaycan diasporunun üzvləri, Türkiyənin Özbəkistandakı səfiri Kamal Asya və

səfirliyin əməkdaşları, jurnalistlər iştirak etmişlər.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Namiq

Abbasov 20 Yanvar faciəsinin səbəblərindən, keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı amansızlığından

danışmışdır. O bildirmişdir ki, Bakıda dinc sakinlər - qocalar, qadınlar və uşaqlar güllələndikdən sonra yanvarın

20-də tezdən Bakıda fövqəladə vəziyyət elan olunması ilə əlaqədar Mixail Qorbaçovun fərmanı vertolyotdan

oxunurdu.

Səfir məlumat vermişdir ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ümummilli

liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, ölkə

rəhbərliyini ittiham etmiş, faciənin məsuliyyətini birbaşa Mixail Qorbaçovun üzərinə qoymuş, sonra isə etiraz

əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxmışdır. Xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə

qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi-hüquqi qiymət verilmişdir.

Kamal Asya, soydaşlarımızdan Yusif Əliyev, Nazlı Pirməmmədova və başqaları sovet ordusunun Bakıda

törətdikləri qırğınları ittiham etmişlər.

Sonra şəhidlərin ruhuna dua oxunmuş, 20 Yanvar faciəsindən bəhs edən sənədli film göstərilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Page 171: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

171

Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğumuz “Dostluq” Azərbaycan mədəniyyət

mərkəzi ilə birgə 20 Yanvar faciəsinin ildönümünü qeyd etmişdir

(21 yanvar, 2009-cu il)

Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğumuz Aktau Dövlət Universitetində “Dostluq” Azərbaycan

Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı mərasim keçirmişdir.

Mərasimdə universitetin professor-müəllim heyəti, vilayət məclisinin deputatları, şəhərdəki milli

mədəniyyət mərkəzlərinin rəhbərləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra ölkəmizin Aktaudakı baş konsulu vəzifəsini

icra edən Rəşad Məmmədov 20 Yanvar faciəsinin yaranma səbəbləri, imperiya qoşunlarının Bakıda törətdikləri

vəhşiliklər haqqında məlumat vermişdir. Onun sözlərinə görə, bir gecənin içində imperiya qoşunları 130-dan

artıq dinc sakini güllələmiş, qocalara, qadınlara, uşaqlara, əlillərə aman verilməmişdir. O gecə 137 nəfər həlak

olmuş, yaralananların sayı isə 700-ü keçmişdir.

Aktaudakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev, vilayət məclisinin sədri

Baktıbay Çelpekov, vilayətdəki Beket-Ata məscidinin imamı Hacı Düysün Xosniyazov və başqaları öz

çıxışlarında 20 Yanvar hadisələri ilə 1986-cı il dekabrın 16-dakı Almatı hadisələri arasında bir yaxınlıq

olduğunu bildirmiş, hər iki faciəni imperiya qoşunlarının törətdiklərini diqqətə çatdırmışlar.

Sonra 20 Yanvar hadisələri ilə bağlı “Azadlığa aparan yol” və ölkəmizin bugünkü uğurlarından danışan

“Azərbaycan” sənədli filmləri göstərilmişdir.

AzərTAc

Page 172: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

172

Təbrizdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir

(21 yanvar, 2009-cu il)

Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə

əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə İran rəsmiləri, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri

iştirak etmişlər.

Konsulluqda Azərbaycanın dövlət bayrağına qara lent bağlanmış, xüsusi guşədə 20 Yanvar faciəsinin

dəhşətlərini əks etdirən fotosərgi açılmış, Azərbaycan həqiqətlərindən bəhs edən kitab və broşürlər qoyulmuşdu.

Əvvəlcə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına

dualar oxundu.

Faciənin ağrılarından danışan Baş konsul Ayxan Suleymanov dedi ki, bu hadisə öz dəhşətləri ilə yaddaşlara

yazılmışdır və Azərbaycan xalqının tarixinin şərəfli səhifəsi kimi heç vaxt unudulmayacaqdır. Faciəni

törədənlərin xalqımızın düşmənləri olduqlarını xatırladan natiq bildirdi ki, ümummilli lider Heydər Əliyev

faciədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 yanvar faciəsinin

törədilməsini hərbi cinayət adlandırmış, Qorbaçovu və onun ölkəmizdəki əlaltılarını ittiham etmişdir. Bu

hadisəyə ilk dəfə siyasi qiymət də elə Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali

Məclisi tərəfindən verilmişdir. Azərbaycan xalqı heç zaman bu qanlı tarixi yaddan çıxarmayacaqdır.

Sonda mərasim iştirakçıları üçün ehsan süfrəsi açılmışdır.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Təbriz

Page 173: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

173

20 Yanvar faciəsinin 19-cu ildönümü Pakistanda qeyd edilmişdir

(21 yanvar, 2009-cu il)

1990-cı il yanvarın 20-də Bakıda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş amansız cinayətin 19-cu

ildönümü ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində tədbir keçirilmişdir. Tədbirdə bu ölkədə yaşayan

soydaşlarımız, Pakistan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər baş verənləri cinayət, ölkəmizə qarşı haqsızlıq kimi qiymətləndirmişlər.

Qeyd edək ki, 20 Yanvar faciəsi ilə bağlı Pakistanın ingilis və urdu dilində gündəlik “İttihad” qəzetində “20

Yanvar faciəsi – Azərbaycan xalqına, insanlıq və bəşəriyyətə qarşı vəhşi cinayət” başlıqlı geniş məqalə dərc

edilmişdir. Məqalədə keçmiş SSRİ-nin Stavropol, Krasnodar, Rostov vilayətlərindən və əsasən erməni

millətinin nümayəndələrindən təşkil edilən ordu hissələrinin Bakı şəhərinə yeridilməsi nəticəsində yüzlərlə

adamın qətlə yetirildiyi, yaralandığı, yüzlərlə günahsız insanların qətlinə səbəb olmuş Mixail Qorbaçovun

sonradan Nobel mükafatına layiq görülməsi təəssüf hissi ilə qeyd edilmişdir. Sovet rəhbərliyinin Azərbaycan

torpaqlarının ermənilər tərəfindən işğalına rəvac verdiyi, bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ

bölgəsinin və ətrafdakı 7 rayonunun işğal edildiyi, bir milyondan çox insanın öz doğma yurd-yuvasından

qovulduğu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın

Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirərək bu dəhşətli cinayətləri təşkil edən sovet rəhbərliyini

kəskin ittiham etməsi məqalədə xüsusi vurğulanmışdır.

AzərTAc

Page 174: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

174

Strasburqda 20 Yanvar faciəsinin ildönümü ilə

əlaqədar anma mərasimi keçirilmişdir

(21 yanvar, 2009-cu il)

Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”ndə 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar

anma mərasimi keçirilmişdir.

Mərasimdə Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla

yad edilmişdir.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov

xalqımızın qan yaddaşına həkk olunmuş Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan

xalqına qarşı törədilmiş bu cinayətin əsl mahiyyəti, o dövrdə sovet imperiyasına rəhbərlik etmiş şəxslərin

xalqımıza qarşı məkrli siyasəti, aksiyanın ağır nəticələri barədə danışmışdır. Səfir bu günü Azərbaycan tarixinin

şərəfli səhifəsi kimi səciyyələndirmişdir. A.Məmmədov qeyd etmişdir ki, 20 Yanvar hadisələri bugünkü

müstəqilliyimizin yolunu açmışdır. Xaricdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının XX əsrin

qanlı səhifələrindən biri olan bu faciənin dünya və Avropa ictimaiyyətinə çatdırılmasında oynadığı rolu xüsusi

vurğulayan səfir onların ölkəmizlə bağlı həqiqətlərin təbliği prosesində həmrəyliyinin və birliyinin şəhidlərin

xatirəsinə ən böyük ehtiram olduğunu bildirmişdir.

Arif Məmmədov xalqımızın ağrılı-acılı günlərində ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın

Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı faciəni törədənlərə qarşı kəskin etiraz etməsi barədə ətraflı

məlumat vermiş, 20 Yanvar faciəsinə məhz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra siyasi-

hüquqi qiymət verildiyini xatırlatmışdır.

“Azərbaycan evi”nin sədri Mustafa Alınca 20 Yanvar günü qızıl ordunun insanlığa yaraşmayan faciə

törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müasir silahlardan atəş

açmaqla qətlə yetirilməsindən söhbət açmış, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda mühüm

əhəmiyyət daşıdığını qeyd etmişdir.

Azərbaycan xalqının hər dəfə müstəqillik yolunda qanlı faciələrlə üzləşdiyini, yüzlərlə şəhid verdiyini

xatırlatmış M.Alınca 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən əhəmiyyətli və şanlı səhifələrindən biri

olduğunu, vətənini, xalqını sevən insanların yaddaşlarında daim qalacağını bildirmişdir.

Sonda M.Alınca Vətəndən uzaqdakı soydaşlarımızın ölkəmizlə bağlı həqiqətlərin təbliği sahəsində

həmrəyliyinin vacibliyini xüsusi olaraq diqqətə çatdırmışdır.

Strasburqdakı Rober Şüman Universitetinin tələbəsi Xəyal Məmmədov 20 Yanvarın xalqımızın tarixinin

həm faciəli, həm də şərəfli səhifəsini təşkil etməklə yanaşı, bu səhifənin hər bir azərbaycanlı üçün qürur

mənbəyi olduğunu vurğulamışdır.

Mərasimin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.

Page 175: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

175

Daimi nümayəndəliyin əməkdaşlarının, Strasburqda, onun ətrafındakı Miluz və Kolmar şəhərlərində

yaşayan soydaşlarımızın, türk diaspor nümayəndələrinin, yerli və xarici qonaqların, tələbələrimizin iştirak etdiyi

anma mərasimində faciəyə həsr olunmuş film göstərilmiş, kitab sərgisi nümayiş etdirilmişdir.

Daimi nümayəndəlik tərəfindən faciə barədə tutarlı faktları özündə əks etdirən press-reliz Avropa Şurasının

katibliyi, üzv dövlətlərin daimi nümayəndəlikləri, həmçinin Strasburqda fəaliyyət göstərən diplomatik

missiyalar arasında yayılmışdır.

Strasburqda gündəlik nəşr olunan “Alzasın son xəbərləri” qəzetinin 20 yanvar tarixli sayında

“Azərbaycanda qara yanvara qayıdış” adlı məqalə dərc edilmişdir.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Page 176: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

176

Azərbaycanın Misirdəki səfirliyi və burada fəaliyyət göstərən “Vətən” tələbə təşkilatı

Qanlı Yanvar şəhidlərinin ölməz xatirəsini yad etmişlər

(21 yanvar, 2009-cu il)

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi və burada fəaliyyət göstərən “Vətən” tələbə təşkilatı

ölkəmizin tarixinə Qanlı Yanvar kimi daxil olmuş faciənin qurbanlarının ölməz xatirəsini yad etmişlər.

“Vətən” tələbə təşkilatının qərargahında keçirilən mərasimdə səfirliyin əməkdaşları, Misirin müxtəlif

universitetlərində təhsil alan azərbaycanlı tələbələr, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və

səfərdə olan həmyerlilərimiz iştirak etmişlər. 20 Yanvar qurbanlarının ölməz ruhu bir dəqiqəlik sükutla yad

edilmişdir.

Səfir Faiq Bağırov və digər çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet hərb maşınının Azərbaycan xalqına

qarşı həyata keçirdiyi terror aktını bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi

qiymətləndirmişlər. Azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan

tutulmasından, kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsindən və

totalitar sovet rejiminin cinayətkar mahiyyətinin bütün dünyaya bəlli olmasından ətraflı şəkildə bəhs etmişlər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotostend, kompakt disklər, “Vətən” tələbə təşkilatı

tərəfindən ərəb dilində nəşr edilən “Azərbaycan” qəzetinin son sayının nüsxələri ilə tanış olmuşlar.

AzərTAc

Page 177: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

177

Gürcüstanda 20 Yanvar Şəhidlərinin xatirəsi yad edilmişdir

(21 yanvar, 2009-cu il)

Yanvarın 20-də Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir.

Əvvəlcə Azərbaycanın Gürcüstandakı səfirliyinin, ARDNŞ-nin əməkdaşları, iş adamları, parlamentin vitse-

spikeri Paata Davitaya ulu öndər Heydər Əliyevin paytaxtdakı büstü önünə əklil və gül dəstələri düzmüşlər.

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin "Azərbaycanın dostları klubu"nda davam edən mərasimdə

ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev çıxış etmişdir. Diplomat sovet imperiyasının Azərbaycanın

müstəqilliyi uğrunda mübarizə aparanlara qarşı amansız divan tutmasından, dinc əhali üzərinə ağır hərbi texnika

yeridib yüzlərlə günahsız adamı qanına qəltan etməsindən danışmışdır. O, faciədən bir gün sonra Moskvadan

Azərbaycan xalqının müsibətlərini dünyaya bəyan edən ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini

xatırlatmış, Qafqazda sabitlik, əsrin möhtəşəm layihələrinin gerçəkləşməsi yolunda cəsarətli addımlarını

vurğulamışdır.

Universitetin rektoru Georgi Xubua Gürcüstanda 20 Yanvar şəhidlərinin də 9 Aprel Tbilisi şəhidlərinin

xatirəsi kimi əziz tutulduğunu söyləmiş, xalqlarımızın dostluğundan, strateji tərəfdaş olan ölkələrimizin

beynəlxalq sivilizasiyalara qovuşmaq istiqamətində birgə səylərindən danışmışdır. G.Xubua gənclərə keçmişə

hörmətlə yanaşmağı tövsiyə etmiş, Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağına əminliyini

bildirmişdir.

İslam Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Page 178: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

178

Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar

faciəsi ilə bağlı tədbir keçirilmişdir

(21 yanvar, 2009-cu il)

Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar faciəsindən bəhs edən sərgi açılmışdır.

Bu münasibətlə keçirilən mərasimi açan səfir Həsən Həsənov Azərbaycan xalqının azadlıq mübarizəsi,

müstəqillik yolunda qarşılaşdığı çətinliklər barədə məlumat vermişdir.

20 Yanvar faciəsini əks etdirən fotoşəkillər, rəsm əsərləri iştirakçıların böyük marağına səbəb olmuşdur.

Sərgidə Heydər Əliyev Fondunun səfirliyə verdiyi fotoşəkillər və rəsm əsərləri nümayiş etdirilmişdir. Tədbirdə,

həmçinin 20 Yanvar hadisələri ilə bağlı videomateriallar nümayiş etdirilmişdir.

Bundan başqa, tədbir iştirakçılarına macar dilində nəşr olunmuş Dağlıq Qarabağla bağlı broşürlər,

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar, 20 Yanvar faciəsi ilə bağlı səfirlik

tərəfindən hazırlanmış məlumat paylanmışdır.

Mərasimdə Macarıstanın dövlət və hökumət üzvləri, deputatlar, elm adamları, Budapestdə akkreditə

olunmuş diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, ictimaiyyətinin nümayəndələri, bu ölkədə

yaşayan soydaşlarımız təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

AzərTAc

Page 179: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

179

Meksikanın nüfuzlu “El Financiero” qəzeti 20 Yanvar faciəsindən yazmışdır

(21 yanvar, 2009-cu il)

Meksikanın nüfuzlu “El Financiero” qəzetində 20 Yanvar hadisələrindən bəhs edən məqalə çap olunmuşdur.

Məqalədə bildirilir ki, 1990-cı ilin 20 yanvar gecəsində keçmiş sovet qoşun birləşmələrinin 26 min nəfərlik

heyəti Mixail Qorbaçovun fövqəladə vəziyyət haqqında qərarına əsasən gözlənilmədən Bakıya yeridilmişdir.

Lakin xalqa bu qərar barədə məlumat bir gün gec, çoxsaylı insan itkisindən sonra çatdırılmışdır.

“El Financiero” Mixail Qorbaçovun 1995-ci ildə “Uol Strit Cornal” qəzetinə müsahibəsindən sitat gətirərək

yazır: “Hərbi müdaxiləyə əsas bir qrup silahlanmış və narkotik maddələr istifadə edən xuliqanların ölkədə

sabitliyi pozmaq niyyəti idi.” SSR-nin o zamankı müdafiə naziri Dmitri Yazov isə, açıq bəyan etmişdir ki,

Bakıda qeyri-kommunist müxalifət qüvvələrinin 1990-cı ilin mart ayında hakimiyyətə gəlməsinin qarşısı

alınmalı idi.

Məqalədə Azərbaycanın Meksikadakı diplomatik nümayəndəliyinin başçısı İlqar Muxtarovun fikirləri də

əksini tapmışdır. İ.Muxtarov Sovet imperiyasının qəddar aktlarından biri olan “Qara Yanvar”a dair tarixi

faktları, Sovet qoşunlarının Qanlı Yanvar gecəsində 140 günahsız insanı qətlə yetirdiyini, 744 nəfəri

yaralandığını oxucuların diqqətinə çatdırmışdır.

Məqalə bu fikirlə bitir: “Torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, 1991-ci

ildə suverenliyini bərpa edən Azərbaycan öz müstəqilliyini qoruyub saxlamışdır”.

Azərbaycanın Meksikadakı diplomatik nümayəndəliyi 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar

yerli mətbuat vasitələrinə məlumat yaymışdır.

AzərTAc

Page 180: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

180

2010

Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar

faciəsinin ildönümü qeyd edilmişdir

(12 yanvar, 2010-cu il)

Azərbaycanın İndoneziyadakı səfirliyindən bildirmişlər ki, yanvarın 12-də Cakarta İncəsənət İnstitutunda

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Səfir İbrahim Hacıyev qanlı faciə barədə məlumat vermiş, 20 Yanvarın Azərbaycanda hər il ümumxalq

hüzn günü kimi qeyd edildiyini bildirmişdir. Qanlı Yanvarın Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi

olduğunu vurğulayan diplomat, bu hadisənin xalqımızın yenilməzliyini, ölkəmizin azadlığı, suverenliyi və ərazi

bütövlüyü uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdiyini demişdir.

İ.Hacıyev qanlı hadisəyə ilk etiraz səsini məhz ümummilli lider Heydər Əliyevin ucaltdığını

vurğulamışdır.

Səfir ölkəmizin tarixi, müasir həyatı, inkişafı, dünyada artan nüfuzu, beynəlxalq və regional layihələrdə

aparıcı rolu barədə məlumat vermiş, Azərbaycan-İndoneziya əməkdaşlığının bütün sahələrdə uğurla inkişaf

etdiyini diqqətə çatdırmışdır.

20 Yanvarı böyük faciə kimi səciyyələndirən Cakarta İncəsənət İnstitutunun rektoru Vaqiono Sunarto

həmin hadisələrin Azərbaycanın müstəqilliyinin bərpasında müstəsna rol oynadığını qeyd etmişdir.

Sonra İ.Hacıyev tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən foto-slaydlar nümayiş olunmuşdur.

Səfirliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə hazırladığı kitab və disklər ali

təhsil ocağının kitabxanasına hədiyyə edilmişdir.

AzərTAc

Page 181: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

181

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Niderland krallığında tədbirlər keçirilir

(17 yanvar, 2010-cu il)

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Niderland Krallığında tədbirlər keçirilir.

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə yanvarın 17-də Notterdam şəhərində 20 Yanvar

şəhidlərinin xatirəsi anılmışdır.

Azərbaycan - Hollandiya Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirmişdir ki, anım mərasimində

Azərbaycan və türk diaspor təşkilatlarının, səfirliklərin nümayəndələri, tələbələr iştirak etmişlər.

Tədbirdə rejissor Ramiz Əliyevin 20 Yanvar faciəsindən bəhs edən filmi, tələbələrimizin hazırladığı bədii

kompozisiya nümayiş etdirilmişdir.

20 Yanvar faciəsinin 20 –ci ildönümü ilə əlaqədar tədbirlər Amsterdam və digər şəhərlərdə də

keçiriləcəkdir.

AzərTAc

Page 182: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

182

Strasburqda fransız dilində 20 Yanvar faciəsindən bəhs edən veriliş səsləndirilmişdir

(17 yanvar, 2010-cu il)

Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə ayda iki dəfə bazar günləri

Azərbaycanla bağlı mütəmadi səsləndirilən radio verilişi yanvarın 17-də bütünlüklə 20 Yanvar faciəsinin

ildönümünə həsr edilmişdir.

Aparıcılardan Elvin Abbasbəyli, Şahin Hüseynli və Alkan Eldəniz Alınca Azərbaycanda xalq azadlığını

boğmaq üçün 1990-cı il yanvarın 20-də Sovet ordusunun 26 minlik hərb maşınının Bakıya yeridildiyindən,

günahsız insanların vəhşicəsinə qətlə yetirilməsindən söhbət açmışlar. Təpədən dırnağadək ən müasir silahlarla

silahlanmış ordunun dinc əhalini ağır texnikanın köməyi ilə gülləbarana tutması barədə fransız dinləyicilərinə

ətraflı məlumat verilmişdir. Aparıcılar 20 Yanvar günü 133 insanın həlak olduğunu, 700 adamın yaralandığını,

yüzlərlə paytaxt sakininin itkin düşdüyünü bildirmişlər.

Radio verilişində faciəli gündən 20 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən hələ də

hadisəyə münasibət bildirilməməsi, bu işdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmaması diqqətə

çatdırılmışdır.

Verilişin gedişi zamanı “Azərbaycan evi”nin sədri Mustafa Alıncanın 20 Yanvar faciəsi ilə bağlı telefon

vasitəsilə məlumatına xüsusi yer verilmişdir. M.Alınca faciə baş verdiyi dövrdə Azərbaycanda hadisələrlə bağlı

rus və erməni məlumatlarının yalan dolu xəbərlərinə istinad etmiş fransız mətbuatında getmiş yazılara

Strasburqda yaşayan azərbaycanlıların qəti etiraz bildirmələrindən, əsl həqiqəti fransızlara çatdırmaq məqsədilə

apardıqları işlərdən söhbət açmışdır.

Verilişdə 20 Yanvar faciəsi ilə bağlı “Azərbaycan evi”nin bəyanatı yayımlanmışdır. Bəyanatda dünyada

insan hüquqlarına dair qanunu ilk dəfə qəbul etmiş Fransanı və Strasburqda yerləşən İnsan Hüquqlarına dair

Avropa Məhkəməsini 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi və bu cinayəti törədənlərin məhkəməyə cəlb

edilərək, öz layiqli cəzalarını almalarına dair fikirlər yer almışdır.

Hər dəfə olduğu kimi, növbəti verilişdə də son günlər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr,

respublikamızla əlaqədar xəbərlər fransız dinləyicilərinə çatdırılmışdır.

Sonda 20 Yanvar faciəsi ilə bağlı yanvarın 20-də “Azərbaycan evi”ndə keçiriləcək tədbir barədə məlumat

verilmişdir.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Page 183: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

183

Hollandiyada yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir

(18 yanvar, 2010-cu il)

Hollandiyanın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK)

mətbuat xidmətindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, qurumun təşəbbüsü ilə xalqımızın qan

yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 20 illiyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın ölkədə fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələrinin, soydaşlarımızı öz

ətrafında birləşdirən diaspor təşkilatları rəhbərlərinin, qardaş Türkiyənin diaspor təmsilçilərinin, iş adamlarının

və Hollandiyada təhsil alan tələbələrimizin iştirak etdiyi tədbirin başlanğıcında faciəli günlərdə öz ölkəsinin və

xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhid zirvəsinə yüksəlmiş mərd Vətən övladlarının

ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

BAK-ın sədri Elsevər Məmmədov böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar

faciəsinin, M.S.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar

siyasəti barədə məlumat vermiş, bu qanlı faciədən 20 il keçməsinə baxmayaraq hələ də xalqımızın tarixinin qara

səhifəsini təşkil edən həmin hadisəni törədənlərin öz layiqli cəzalarına çatmadıqlarını diqqətə çatdırmışdır O, bu

faciənin beynəlxalq qurumlar tərəfindən gələcəkdə ədalətli qiymətini alacağına ümid etdiyini bildirmişdir. 20

Yanvar faciəsini xalqımız yalnız ümumxalq hüzn günü kimi qeyd etmir. Eyni zamanda qırmızı imperiyanın

Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın

mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq nümunəsi kimi daim xatırlayır.

Tədbirdə tanınmış kinorejissor Ramiz Əliyevin faciə ilə bağlı təqdim etdiyi filmlər nümayiş etdirilmişdir.

Sonda azadlıq yolunda canlarından keçərək şəhid olmuş Vətən övladlarının unudulmaz xatirəsinə dualar

oxunmuş və ehsan verilmişdir.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Page 184: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

184

“Kuvvait Times”da 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilmişdir

(18 yanvar, 2010-cu il)

Yanvarın 18-də Küveytin və Körfəz regionunun aparıcı ingilisdilli qəzeti olan “Kuvvait Times”da səfir

Ş.Abdullayevin “Yanvar faciəsi” adlı məqaləsi nəşr edilmişdir.

Məqalədə 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq üçün

sovet qoşunlarının bütün istiqamətlərdən Bakı şəhərinə müdaxilə etdiyi, mülki əhaliyə qarşı ağır texnika və odlu

silahlardan istifadə olunmaqla 130-dan artıq vətəndaşı qətlə yetirdiyi, 700 nəfərdən çox insanı isə ağır yaraladığı

qeyd edilir.

Bakıda qanlı 20 Yanvar qırğınının törədilməsinə və günahsız mülki əhalinin öldürülməsinə görə

M.Qorbaçovun şəxsən məsuliyyət daşımasına baxmayaraq, Qərb dairələrində “sülhpərvər”, “demokrat” kimi

tanınan bu şəxsin “sülh proseslərində oynadığı mühüm rola” görə sonradan onun Nobel sülh mükafatına layiq

görülməsinin ziddiyyətli xarakter daşıdığını qeyd edən səfir, keçmiş SSRİ prezidentinin əsassız və mənəvi

dəyərlərə sığmayan iddialarla bu qanlı müdaxiləyə bəraət qazandırmağa çalışdığını diqqətə çatdırır.

Həmin dövrdə SSRİ müdafiə naziri olmuş D.Yazova istinadla müəllif tərəfindən bu əməliyyatın

kommunist rejimini saxlamaq və xalqın milli azadlıq mübarizəsini boğmaq məqsədi daşıdığı oxucuların

nəzərinə çatdırılır, 20 Yanvar faciəsi ilə Azərbaycanda Sovet İttifaqının islah oluna biləcəyinə dair cüzi

ümidlərin belə puça çıxdığı və azadlıq uğrunda mübarizənin daha geniş vüsət aldığı qeyd olunur. Bunun bariz

təcəssümü kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının

Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyi və həmin il dekabrın 29-da keçirilmiş

ümumxalq referendumunda xalqın yekdilliklə ölkənin müstəqilliyinə səs verdiyini vurğulayan səfir

Ş.Abdullayev müstəqilliyinin ilk günlərindən Azərbaycanın Ermənistanın təcavüzü, torpaqlarının 20 faizinin

işğalı və xarici siyasi təzyiqlər kimi problemlərlə üzləşdiyini yazır. Müəllif buna baxmayaraq, müstəqil,

demokratik və firavan Azərbaycan dövlətinin qurulması naminə xalqımızın əzm və qətiyyətinin bir an belə

səngimədiyini, əksinə günbəgün gücləndiyini bildirir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasi, iqtisadi və sosial islahatlar,

dövlət quruculuğunda atılan addımlar hesabına Azərbaycanın dinamik inkişaf edən dövlət kimi regional lider

olduğu müəllif tərəfindən nəzərə çarpdırılır.

Məqalənin sonunda müəllif hər il yanvarın 20-də qanlı hadisələrin ildönümünün dövlət səviyyəsində qeyd

olunduğunu və Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi naminə canlarını vermiş şəhidlərin

xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayır.

AzərTAc

Page 185: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

185

Azərbaycanın Bişkekdəki səfirliyində 20 Yanvar faciəsinin

ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

(18 yanvar, 2010-cu il)

Yanvarın 18-də Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə

əlaqədar anma mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycan diasporunun üzvləri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli KİV-

lərin nümayəndələri iştirak etmişlər.

Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar

oxunmuşdur.

Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş cinayət

kimi xarakterizə etmiş, o hüznlü günlərdə ulu öndər Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyimizə

getməsi və əliyalın xalqa qarşı törədilmiş vəhşiliklərdə Mixail Qorbaçov başda olmaqla sovet imperiyasını

ittiham etməsi haqqında məlumat vermişdir. Səfir demişdir ki, həmin gecə xalqımız ağır itkiyə məruz qalmasına

baxmayaraq daha da mətinləşmiş, imperiya qoşunları onun mübariz ruhunu sındıra bilməmişdir.

Professor Akif Rəfibəyli, müəllim Flora Şıxlinskaya, Qırğızıstan-Azərbaycan Gənclər Birliyinin rəhbəri

Lalə Abdullayeva və başqaları xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən

danışmış, ermənilərin qəsbkarlıq siyasətinə qarşı etiraz edən dinc əhaliyə sovet rejimi tərəfindən qanlı divan

tutulmasını, qocalara, qadınlara, uşaqlara aman verilməməsini ittiham etmişlər.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.

Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən hazırlanmış məlumatlar toplusu Qırğızıstan

parlamentinin üzvlərinə, Xarici İşlər Nazirliyinə, paytaxtdakı səfirlik və nümayəndəliklərə, Diplomatik

Akademiyaya, ölkənin aparıcı informasiya agentliklərinə göndərilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Page 186: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

186

Krım Muxtar Respublikasında 20 yanvar şəhidlərinin xatirəsi yad edilib

(18 yanvar, 2010-cu il)

20 yanvar şəhidlərinin xatirəsi Krım Muxtar Respublikasında da yad edilib. Bu barədə APA-ya millət

vəkili Qənirə Paşayeva məlumat verib. Ukrayna Azərbaycanlıları Konqresi Krım təşkilatının təşəbbüsü ilə

keçirilən mərasimdə indiyədək beynəlxalq təşkilatların və dünya birliyinin 20 yanvar faciəsinə hüquqi siyasi

qiymət verməmələri tarixi ədalətsizlik kimi qiymətləndirilib. Mərasimdə çıxış edən Krım Azərbaycanlıları

Konqresinin sədri Rəhim Hümbətov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı və

Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlər haqqında ətraflı məlumat verib.

Anım mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva son iki əsrdə erməni və erməni pərəst qüvvələrin

zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirtdikləri deportasiya və soyqırım hadisələrini tarixi faktlarla

tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu baxımdan 20 Yanvar faciəsinin də eyni ssenarinin tərkib hissəsi

olduğunu bildirib. Tədbirdə Krım Tatar Xalq Məclisinin nümayəndəsi Əli Həmzə və digər natiqlər çıxış edərək

bildiriblər ki, 20 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların hələ də Azərbaycanda həyata keçirilən qanlı

cinayətlərə hüquqi siyasi qiymət verməməsi tarixi ədalətsizlikdir. 20 Yanvar şəhidlərinin cəsurluğunu

Azərbaycanın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirən Krım Azərbaycanlıları Konqresinin gənclər

təşkilatının sədri Firudin Orucov və digər soydaşlarımız dövlət müstəqilliyimiz naminə canlarını fəda edən

şəxslərin xatirəsini heç zaman unutmayacaqlarını bildiriblər.

APA

Page 187: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

187

Azərbaycanın Rusiyadakı səfiri MDU-da 20 Yanvar faciəsi ilə əlaqədar çıxış etmişdir

(19 yanvar, 2010-cu il)

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin

tarix fakültəsinin diskussiya klubunun qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş növbəti

iclasında iştirak etmişdir.

Səfir çıxışında bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalq hərəkatını boğmaq üçün

Bakıya sovet qoşunları kontingenti yeridilmiş və bu hadisə Azərbaycan tarixinə Qara Yanvar faciəsi kimi

yazılmışdır. Dağlıq Qarabağ ətrafında yaranmış gərginlik vəziyyəti daha da ağırlaşdırırdı. Səfirin fikrincə,

ordunun silahı öz xalqına tuşlaması dövlətin məhvə yuvarlanması deməkdir ki, bu da bir il sonra baş verdi.

Sovet qoşunlarının Bakıya yeridilməsi tarixin elə bir dönəmində baş verdi ki, bu, nəhəng nüvə dövlətinin, böyük

imperiyanın dağılmasına, onun ərazisində yaşayan xalqların başına olmazın müsibətlərin gəlməsinə səbəb oldu.

Bir gecədə Azərbaycanda siyasətə heç bir aidiyyəti olmayan 137 dinc sakin amansızcasına qətlə yetirildi: “Dinc

sakinlər siyasi oyunların və ölkənin siyasi rəhbərliyinin öz xalqına biganə münasibətinin qurbanı oldular”.

Azərbaycan dövlətinin və xalqının SSRİ-nin o vaxtkı rəhbərliyi ilə Rusiyanın indiki rəhbərliyini və

dostluq münasibətləri bütün sahələrdə inkişaf edən və möhkəmlənməkdə olan xalqını əsla eyniləşdirmədiyini

xüsusi vurğulayan diplomat demişdir: “Ancaq baş verənlər unudulmamalıdır. Biz bu faciənin obyektiv

qiymətləndirilməsinə nail olmağa çalışacağıq. Xoşbəxtlikdən Azərbaycan bütün incikliklərin üstündən xətt

çəkib Rusiya ilə mehriban qonşuluq münasibətlərini davam etdirmək kimi müdrik bir addım ata bilmişdir.

Sonra tələbələrin suallarına cavab verən Polad Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərinin indiki

vəziyyətini və perspektivlərini yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycan bütün sahələrdə Rusiya ilə

münasibətlərin inkişafına böyük əhəmiyyət verir, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun işində

yaxından iştirak edir. Səfir demişdir ki, yanvarın 1-dən Rusiyaya Azərbaycan qazı daxil olmağa başlamışdır və

böhranın təsirinə baxmayaraq iqtisadi münasibətlər də yüksəlişdədir. Səfir bu il 65-ci ildönümü qeyd ediləcək

faşizm üzərində böyük Qələbəyə Azərbaycan xalqının və bütün Azərbaycanın böyük töhfəsindən danışaraq

demişdir ki, bu, ümumi şanlı tariximizin elə bir səhifəsidir ki, Azərbaycanda heç kim heç zaman həmin səhifəni

yenidən yazmağa cəhd göstərməmişdir.

P.Bülbüloğlu Azərbaycan və Rusiya tarixçiləri tərəfindən Azərbaycan-Rusiya münasibətlərinin ümumi

tarixi dərsliyinin yazılması ideyasına müsbət yanaşdığını bildirmiş, Azərbaycanda rus dilinə və rus

mədəniyyətinə göstərilən diqqət və qayğıdan, ikitərəfli münasibətlərin digər cəhətlərindən ətraflı söz açmışdır.

MDU-nun prorektoru Nikolay Syomin, Postsovet Məkanının Öyrənilməsi Mərkəzinin baş direktoru

Aleksey Vlasov diskussiya klubunun iclasında iştirakına və 20 Yanvar hadisələri, Azərbaycan tarixinin digər

hadisələri və Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə ətraflı söhbətə görə səfirə

minnətdarlıqlarını bildirmişlər.

Page 188: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

188

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 189: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

189

Küveyt qəzetlərində Azərbaycan səfirinin bəyanatı dərc olunmuşdur

(19 yanvar, 2010-cu il)

Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, yanvarın 18-19-da Küveytin ərəb dilli “Əl-Qabas”

“Əl-Vətən” və “Əl-Şahid” qəzetlərində səfir Şahin Abdullayevin 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar

bəyanatı dərc edilmişdir.

Bəyanatda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya müdaxilə edərək, odlu silah və zirehli

texnikadan istifadə etməklə, qəddarcasına mülki şəxsləri qətlə yetirdiyi, 700 nəfərdən artıq insanı isə ağır

şəkildə yaraladığı və digər vəhşiliklər törətdiyi qeyd olunur.

Bildirilir ki, 20 Yanvar qırğınını törətməklə SSRİ rəhbərliyi ötən əsrin 80-ci illərinin sonundan başlayaraq

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna ərazi iddialarını, Ermənistanda yaşayan

azərbaycanlıların öz daimi yaşayış yerlərindən qovulmasını dəstəklədiyini göstərmiş, sovet hakimiyyətinin

birtərəfli qaydada Ermənistanı dəstəkləməsinə qarşı Azərbaycan xalqının etirazını və milli azadlıq mübarizəsini

boğmaq məqsədi güdmüşdür. Lakin əksinə 20 Yanvar faciəsindən sonra xalqın azadlıq uğrunda mübarizəsi daha

geniş vüsət almış və Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etmişdir.

Bəyanatda Küveyt ictimaiyyətinə müstəqilliyimizin ilk illərindən Ermənistanın təcavüzü, bu ölkənin

işğalçılıq siyasəti və insanlıq əleyhinə törətdiyi vəhşiliklər haqqında geniş məlumat verilir və bütün bu

çətinliklərə baxmayaraq, müstəqil, demokratik və firavan Azərbaycan dövlətinin qurulması naminə xalqımızın

əzm və qətiyyətinin bir an belə səngimədiyi, əksinə günbəgün gücləndiyi vurğulanır.

Bəyanatın sonunda hər il yanvarın 20-də Qanlı Yanvar hadisələrinin ildönümünün Azərbaycanda dövlət

səviyyəsində qeyd olunduğu və ölkəmizin müstəqilliyi, azadlığı və firavan gələcəyi naminə canlarını qurban

vermiş şəhidlərin xatirəsinin daim əziz tutulduğu vurğulanır.

AzərTAc

Page 190: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

190

İyirmi il əvvəl baş vermiş Qanlı Yanvar faciəsi dünya ictimaiyyətini də sarsıtmışdır

(19 yanvar, 2010-cu il)

Qanlı Yanvar faciəsi baş verən günün səhərisi “Vaşinqton post”, “Nyu-York Tayms” kimi əksər

qəzetlərin və elektron medianın əsas mövzusu məhz bu hadisə olmuşdur.

ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu da 20 il əvvəl öz ölkəsində olarkən eşitdiyi

hadisədən dəhşətə gəldiyini demişdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisə bütün dünyaya yayılmış və

xarici mətbuatın baş xəbərinə çevrilmişdir. Bu hadisə insanları çox sarsıtmış və keçmiş SSRİ-də, özü də

Azərbaycanda baş verən faciə ilə sovetlər birliyinin necə bir quruluş olduğu məlum olmuşdur.

Donald Lu vurğulamışdır ki, 20 Yanvar faciəsi ilə bağlı ilk dəfə radiodan eşitmiş və eşitdikləri onu

sarsıtmışdır. Bir neçə gün ərzində ABŞ-ın televiziya kanallarında Mixail Qorbaçov hakimiyyətinin törətdiyi

qırğınla bağlı süjetlər göstərilmişdir.

Tale elə gətirmişdir ki, Donald Lu ölkəsinin xarici siyasətində çalışan bir diplomat kimi Azərbaycanda

işləməli olmuşdur. Diplomatik fəaliyyəti ilə əlaqədar Azərbaycan haqqında məlumat əldə edən Donald Lu

faciənin başvermə səbəbləri, kökləri barədə də maraqlı faktlar oxuduğunu qeyd etmişdir. Ona ən çox təsir edən

isə siyasi maraq naminə azyaşlıların və qadınların amansızcasına qətlə yetirilməsi olmuşdur.

Diplomatın sözlərinə görə, bu gün amerikalılar 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anılmasında

azərbaycanlılar ilə həmrəydir. “Mən Şəhidlər xiyabanını ziyarət edərkən günahsız qurbanların çoxunun gənc

olmasından çox kədərlənirəm. İyirmi il əvvəl məhz bu gün dünyasını dəyişən insanlar həyatını azadlıq naminə

qurban vermişlər”, - deyə diplomat vurğulamışdır.

Donald Lu bir diplomat kimi ölkəsinin adından da faciəyə münasibət bildirərək, ABŞ-ın Azərbaycanın

ərazi bütövlüyünü dəstəklədiyini və tərəfdaşlığı gücləndirməkdə maraqlı olduğunu da qeyd etmişdir.

AzərTAc

Page 191: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

191

Meksikanın aparıcı qəzeti “20 Yanvar” faciəsindən yazmışdır

(19 yanvar, 2010-cu il)

Meksikanın ən böyük tirajla yayılan “Reforma”qəzeti yanvarın 19-da Azərbaycanın bu ölkədəki səfiri

İlqar Muxtarovun 20 Yanvar faciəsindən bəhs edən məqaləsini dərc etmişdir. “Azərbaycanda sovet erasının

sonu” (“Fin de la era sovíetica en Azerbaiyán”) başlıqlı məqalədə “Qanlı yanvar” günlərində Bakıda baş vermiş

faciəvi hadisələrin tarixindən, səbəblərindən, ölkəmizdə baş qaldırmış azadlıq hərəkatından, həmçinin,

Ermənistanın Azərbaycan təcavüzündən bəhs olunmuşdur.

Məqaləni oxucularımıza təqdim edirik:

“Meksikanın müstəqillik elan etməsindən 200 il keçməsi bu xalqın öz azadlığı və ərazi bütövlüyünü yad

əllərdən qorumaq üçün apardığı sarsılmaz mübarizəsinin bilavasitə nəticəsidir. Fikrimcə, bu hadisələrin 20 il

öncə mənim vətənimdə baş verənlərlə oxşarlıqları mövcuddur.

Azərbaycan Respublikası 2010-cu ildə ölkəmizin Sovet İttifaqından ayrılaraq azadlığa nail olması ilə

nəticələnmiş tarixi hadisələrin iyirminci ildönümünü qeyd edir. “Qara Yanvar” kimi tarixə düşmüş hadisələr

Azərbaycanda sovet hakimiyyətinə son qoyulmasına ciddi təkan vermiş, həmçinin xalqın yaddaşında insanlığa

qarşı XX əsrdə baş vermiş ən qəddar, zorakı və insanlıqdan kənar rəftar kimi həkk olunmuşdur.

1990-cı ilin yanvar ayının 19 və 20-də 66.000 sovet ordusu əsgəri xalq arasında geniş yayılmış azadlıq

hisslərini boğmaq məqsədi ilə Azərbaycanın paytaxtına daxil olmuşdur. “Zərbə” adlandırılan bu əməliyyat

Azərbaycan ərazisində müstəqillik hərəkatının təşkilatlanmasını dayandırmaq və bu istiqamətdəki hər hansı

təşəbbüsləri məhv etmək məqsədi daşıyırdı. Yüzlərlə mülki vətəndaş öldürülmüş, yaralananların sayı isə daha

artıq olmuşdur.

Silahlı qüvvələr Bakı şəhərinə daxil olaraq, günahsız və əliyalın əhaliyə atəş açmağa başlamış, nəticədə

133 nəfər öldürülmüş və 700-dək insan yaralanmışdır. Onların arasında qadınlar, uşaqlar, o cümlədən

azərbaycanlı, rus, tatar, yəhudi və ləzgilər – gözlənilmədən hərbiçilərin silahına tuş gəlmiş heç bir günahı

olmayan insanlar vardır.

Qərb mətbuatında hadisələrin işıqlandırılması üçün Bakıya getməyə qadağa qoyulmuşdur. Buna

baxmayaraq, “The Washington Post” qəzeti şahidlərin birinin sözlərinə istinadən 1990-cı il 22 yanvar tarixli

nömrəsində yazırdı: “Təcavüzün ilk saatlarında sovet qoşunları hərəkət edən hər bir şeyə güllə atırdı”. Human

Rights Watch təşkilatı tərəfindən hazırlanmış məruzəyə əsasən, “insan hüquqlarının ən dəhşətli şəkildə

pozulması faktlarından biri də tibbi yardım heyətinə, avtomaşınlarına və xəstəxanalara edilmiş hücumlar

olmuşdur”.

Qara Yanvar Azərbaycanda sovet hakimiyyətinin sona yetməsinin başlanğıcı olmuşdur. Həyatını Sovet

İttifaqına xidmətə həsr etmiş Kommunist partiyasının bir qrup üzvü sistemin onlara qarşı çevrildiyindən heyrətə

gəlmişdilər. Bir çox siyasi analitiklərin fikrincə, 1990-cı ildə Bakıda baş vermiş hadisələr sovet imperiyasının

Page 192: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

192

gələcək aqibətini həll etmişdir. Aydın olmuşdur ki, hərbi texnikanın həcmindən asılı olmayaraq, insanların

azadlıq və müstəqillik arzularını boğmaq mümkün olmayacaqdır.

Azərbaycan Sovet İttifaqının tərkibindən çıxaraq 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etmiş və

bədnam qonşusu Ermənistan tərəfindən ərazilərinin 20 faizinin işğala məruz qalması üzündən çəkdiyi

məşəqqətlərə baxmayaraq, istiqlaliyyətini qoruyub saxlamışdır. Bununla əlaqədar, mənim ölkəm olduqca çətin

və ədalətsiz bir vəziyyətlə qarşılaşmışdır. Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən ağır nəticəsi – öz

evlərinə, doğma torpaqlarına indiyədək qayıtmaq imkanı olmayan bir milyonadək qaçqın və məcburi

köçkünlərin olmasıdır.

Azərbaycan Hökuməti yaranmış bu vəziyyətə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məsələsini öz

üzərinə götürmüşdür. Biz düşünürük ki, yalnız beynəlxalq ictimaiyyətin dəstəyi ilə, beynəlxalq hüququn

prinsiplərinə ehtiramla yanaşmaqla və qaçqın düşmüş insanların hüquqlarının birmənalı şəkildə müdafiə

olunması ilə bu dəhşətli münaqişəyə son qoymaq olacaqdır. Meksika bu məsələdə kənarda qalmamışdır və bu

böyük ölkənin hakimiyyəti və xalqına bizə göstərdikləri həmrəyliyə görə minnətdarlığımızı bildiririk.

Hər il olduğu kimi, 2010-cu ildə də Azərbaycan xalqı öz vətəninin azadlığı uğrunda mübarizədə insan

üçün ən qiymətli olan – öz həyatlarını qurban vermiş vətəndaşların xatirəsini yad edir. Bu qurbanlar heç vaxt

unudulmayacaqdır.”

Şəfəq Akifqızı

AzərTAc-ın ABŞ üzrə müxbiri

Page 193: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

193

Vyanada Qanlı Yanvar hadisələrinə həsr olunmuş fotosərgi açılmışdır

(19 yanvar, 2010-cu il)

Yanvarın 19-da “Time“ qalereyasında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş fotosərgi

açılmışdır. Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin respublikamızın Avstriyadakı səfirliyi

və “Business, Culture & Sport“ cəmiyyəti ilə birgə təşkil etdiyi tədbirdə bu ölkədə yaşayan həmyerlilərimizlə

yanaşı, yerli ictimaiyyətin, paytaxtda akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri

iştirak etmişlər.

AzərTAc-ın Avstriyadakı xüsusi müxbiri, Azərbaycan Akademik Birliyinin sədri Elgün Niftəliyev

mərasim iştirakçılarına Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, Sovet İttifaqının süqutu dövründə Şərqi Avropa ölkələrində sovet əsarətindən

qurtulmaq uğrunda göstərilən səylər və azadlıq uğrunda mübarizə ittifaqın tərkibindəki müttəfiq

respublikalardan da yan keçməmişdir. Həmin dövrdə Azərbaycanda sovet hakimiyyətinə qarşı etiraz dalğası

daha kəskin xarakter almışdı, çünki keçmiş SSRİ rəhbərliyinin Azərbaycan torpaqlarına göz dikmiş

Ermənistanın təcavüzkar siyasətinə havadarlıq etməsi, Dağlıq Qarabağda separatçıların əməllərinə göz yumması

xalqı daha da hiddətləndirirdi.

Moskvanın yürütdüyü siyasətə dinc nümayişlərlə etirazını bildirən xalq kütlələrinə qarşı Praqadan

Budapeştədək sınaqdan çıxmış əsl sovetsayağı üsula əl atıldı. Konstitusiyanın müddəaları kobud şəkildə

pozularaq, 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Bakıda fövqəladə vəziyyətin

elan edilməsi barədə qərar qəbul edildi və Mixail Qorbaçovun imzası ilə fərman imzalandı.

Yanvarın 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşun birləşmələri fövqəladə vəziyyətin elan

olunmasından xəbərsiz olan dinc əhaliyə divan tutmağa başladı. Televiziyanın enerji blokunun partladılması,

xalqın informasiya blokadasında saxlanması, fövqəladə vəziyyət elan olunması xəbərinin dinc əhali gülləbaran

edildikdən sonra yayılması bu cinayətin əvvəlcədən məqsədli şəkildə hazırlandığına dəlalət edir.

Faciəyə ilk kəskin etiraz edən ümummilli lider Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində gələrək mətbuat konfransı keçirmiş, məkrli plan əsasında

törədilmiş hadisəni insan haqları və demokratiyaya zidd hesab etdiyini bəyan etmiş, bu cinayətin törədilməsində

SSRİ rəhbərliyinin birbaşa məsuliyyət daşıdığını bildirmişdir. Qanlı Yanvar faciəsinə Azərbaycan Milli Məclisi

tərəfindən dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi də məhz Heydər Əliyevin birbaşa səyləri

nəticəsində mümkün olmuşdur.

20 Yanvar hadisələri Azərbaycan tarixinə ən ağır faciələrdən biri kimi daxil olsa da, sovet imperiyasının

çökməsi prosesini sürətləndirmişdir. Budapeştdən Buxarestə, Berlindən Bakıyadək Avropa şəhərlərində sovet

rejiminə qarşı həmin dövrdə göstərilmiş müqavimətə nəzər saldıqda, Avropanın sovet əsarətindən azad

olunması prosesində Azərbaycanın özünəməxsus payı olduğunu görmək mümkündür.

Page 194: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

194

Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Rüfət Həmidov qeyd etmişdir ki, 20 Yanvar

Azərbaycanın tarixində qanlı səhifələrdən biri olmaqla yanaşı, xalqın müstəqilliyə qovuşması uğrunda apardığı

mübarizənin ən mühüm mərhələlərindəndir.

Qeyd edək ki, yanvarın 26-dək davam edəcək fotosərgidə nümayiş etdirilən fotolar Azərbaycan Dövlət

Teleqraf Agentliyi və fotoqraflar – Mirnaib Həsənoğlu və Tahir Cəfərov tərəfindən təqdim edilmişdir.

AzərTAc

Page 195: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

195

Azərbaycanın Rusiyadakı səfirliyində qara yanvar qurbanlarının nurlu xatirəsi yad edilmişdir

(20 yanvar, 2010-cu il)

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 20-

ci ildönümü ilə əlaqədar matəm mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə səfirliyin binasında açılmış

üstündə Qara Yanvar qurbanlarının adları yazılan xatirə lövhəsinin, habelə Azərbaycan xalqının ümummilli

lideri Heydər Əliyevin səfirliyin binasındakı barelyefi önünə əklillər və güllər qoymuşlar.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimi açaraq 20 Yanvar hadisələri haqqında qısa

məlumat vermişdir. Səfir bildirmişdir ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir. Bu

cür hadisələrin heç bir xalqın, heç bir ölkənin tarixində təkrar olunmamasından ötrü bu faciə təkcə siyasətçilər

üçün deyil, həm də gələcək nəsillər üçün ibrət dərsi olmalıdır. Səfir vurğulamışdır ki, ölkə rəhbərliyi hər il

dövlət səviyyəsində qeyd olunan bu hadisəyə böyük əhəmiyyət verir. 20 il əvvəl Bakıda baş verən hadisələr

insanların şüurunda çevriliş etmişdir. Çünki hələ 1980-ci illərin sonlarında heç kim SSRİ kimi böyük nüvə

imperiyasının dağılacağını ağlına gətirmirdi və bu, tarixin dönüş nöqtəsi oldu. Polad Bülbüloğlu demişdir: “O

vaxtkı sovet hökumətinin ağlına Bakıya qoşun göndərməkdən başqa heç nə gəlmədi”. Diplomat Bakıda sovet

qoşunlarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, tankların içərisində adamlar olan avtomobilləri əzib

keçməsindən, təcili yardım maşınlarını, binaları, yoldan keçənləri gülləbaran etməsindən danışmışdır. Diplomat

əlavə etmişdir ki, tarixində acı səhifələrin olmasına baxmayaraq, Azərbaycanda azğın millətçilik təzahürləri heç

zaman olmamışdır və respublikamız həmişə hər cəhətdən tolerantlığı ilə fərqlənmişdir. Məhz bu baxımdan,

Azərbaycana qarşı qəddar və ədalətsiz münasibət etiraz dalğası doğurmaya bilməzdi. Ölkəmiz və xalqımız 20 il

əvvəl baş vermiş hadisələri Rusiyanın indiki rəhbərliyi və çoxəsrlik mehriban dostluq və qonşuluq münasibətləri

olan rus xalqı ilə əlaqələndirmir.

Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımından və bu

hadisələrə qiymət verilməsində xüsusi rolundan danışmışdır. O demişdir: “Heydər Əliyev Bakıda baş verən

hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejimi hakimiyyətdə

olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə

gəlmiş, siyasi bəyanatla çıxış etmiş, yanvarın 20-də Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz

vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pisləmişdir”.

Moskvada Qanlı Yanvar hadisələrinə qarşı etiraz yürüşünün təşkilatçılarından və iştirakçılarından biri,

“Ocaq” mədəniyyət cəmiyyətinin sədri, professor Tofiq Məlikli Rusiya Prokurorluğundakı 96 cildlik cinayət

işinin 20 yanvar hadisələrinin obyektiv surətdə araşdırılması və bu qanlı aksiyanın təqsirkarlarının

cəzalandırılması üçün hələ də Azərbaycana verilməməsindən təəccübünü ifadə etmişdir. O vurğulamışdır ki,

Heydər Əliyevin yanvarın 21-də daimi nümayəndəliyə gəlməsi və siyasi bəyanatla çıxış etməsi

azərbaycanlıların birləşməsi üçün böyük mənəvi əhəmiyyət kəsb etmişdir. Ulu öndərin xalqına bu dəstəyi tarixin

bu dönüş anında çox böyük prinsipial əhəmiyyətə malik idi.

Page 196: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

196

Rusiya jurnalisti, Bakı hadisələrinin şahidi, “Literaturnaya qazeta”da çox böyük çətinliklə dərc edilmiş

“Ümidlər baharı” məqaləsinin müəllifi Lyudmila Lavrova bildirmişdir ki, bütün bu faciələrdən sonra qəzəb,

qisas, nifrət barədə düşünməyən, bu acılara sinə gərən xalq, həqiqətən, böyük xalqdır və Azərbaycanın böyük

gələcəyi vardır.

“Sülh əleyhinə cinayətlərə, hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə fiziki şəxslərin cinayət

məsuliyyəti” kitabının müəllifi, hüquq elmləri doktoru, professor Gennadi Melkov bildirmişdir ki, bu yaxınlarda

Moskvada işıq üzü görmüş kitabın çox hissəsi Bakıda və Vilnüsdə baş vermiş hadisələrə həsr olunmuşdur.

Bakıda dinc əhaliyə qarşı cəza aksiyasına görə məsuliyyəti bilavasitə sovet rəhbərliyi daşıyır. G.Melkov

demişdir: “Qorbaçov Fondun kreslosunda deyil, həbsxanada oturmalıdır və bunun üçün yetərincə sübut vardır”.

Tədbirdə Azərbaycan və Rusiya ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri,

Moskva ali məktəblərinin tələbələri, ziyalılar iştirak etmişlər.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Səfirlikdə ehsan süfrəsi açılmışdır.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri Moskva

Page 197: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

197

Azərbaycan və Macarıstan tarixinin faciəli səhifələrinə dair paralellər aparılmışdır

(20 yanvar, 2010-cu il)

Yanvarın 20-də Macarıstan Müdafiə Nazirliyinin (MN) Hərb Tarixi Muzeyinin böyük salonunda 1990-cı

il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrin 20-ci ildönümü ilə əlaqədar “Azərbaycan və Macarıstan

tarixinin faciəli səhifələrinin paralelləri” adlı tədbir keçirilmişdir. Tədbiri Azərbaycanın Macarıstandakı səfirliyi

Hərb Tarixi Muzeyi ilə birlikdə təşkil etmişdir.

Azərbaycan səfiri Həsən Həsənov və Hərb Tarixi Muzeyinin direktoru, polkovnik Yojef Luqaşi giriş nitqi

ilə çıxış etmişlər. Həsən Həsənov 20 Yanvar hadisələrindən, Azərbaycan xalqının müstəqillik uğrunda

mübarizəsindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, erməni hərbçilərinin Xocalıda soyqırımı

törədərək, bütöv bir şəhəri yer üzündən silmələrindən və dövlətimizin ərazisinin 20 faizinin hələ də işğal altında

qalmasından söz açmışdır. Y.Luqaşi bildirmişdir ki, Avropanın ucqar şərq dövləti olan Azərbaycan Qərblə Şərq

arasında bir körpü və Macarıstana dost ölkədir. Bakı küçələrinin həmin faciəli yanvar günlərinə aid ağ-qara

fonda təsvir olunduğu şəkillər tədbir iştirakçılarına 1956-cı ildə taleyinə həqiqətən ağır sınaqlar düşmüş

Macarıstanın tarixinin qanlı səhifəsini - macarların müstəqillik və demokratiya uğrunda mübarizə salnaməsi

olan Budapeşt hadisələrini xatırlatmışdır: “Burada oxşar hadisələr baş vermişdir. Stalinin totalitar imperiya

modeli istər 1956-cı ildə, istərsə də 1990-cı ildə macarların və azərbaycanlıların azadlığa can atmaları və dinc

yolla müstəqillik əldə etmək arzusu ilə barışa bilməmiş, bu mübarizəni qan içində boğmaq yolunu seçmişdir.

Hər iki ölkədə ssenari oxşardır: DTK-nın təxribatları, zorakılıq, Budapeşt və Bakı küçələrinə tankların

yeridilməsi və dinc sakinlərin gülləbaran edilməsi”.

Qeyd etmək lazımdır ki, bu gün 20 Yanvar faciəsinə ilk dəfə Avropada oxşar hadisələr prizmasından

baxılmışdır. Beləliklə, 20 il əvvəl dinc bakılıların qətliamı 1956-cı il Budapeşt hadisələri ilə bir sıraya qoyulmuş

və paralel ölçüdə təqdim olunmuşdur.

Tədbir iştirakçıları Budapeşt və Bakıda qanlı günləri əks etdirən fotoşəkillərdən, habelə uşaqların Xocalı

faciəsi mövzusunda rəsmlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbirdə Macarıstan Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, MN Baş Qərargahının, Zrini adına

Ali Hərbi Akademiyanın, Macarıstan Veteranlar Təşkilatının nümayəndələri, 1956-cı ildə Budapeştdə törədilmiş

hadisələrin şahidləri, Türkiyə, Ukrayna, Yaponiya, Anqola, Banqladeş, Belarus, Venesuela, İndoneziya, İraq,

Koreya, Pakistan, Slovakiya, Ekvador və CAR-ın bu ölkədəki səfirləri, habelə Belçika, AFR, Niderland, Qətər,

İtaliya, Qazaxıstan, Küveyt, Moldova, Fələstin, Rusiya, Rumıniya, ABŞ, Tailand, Tunis, Xorvatiya və Çexiya

səfirliklərinin əməkdaşları və hərbi attaşeləri iştirak etmişlər. Qonaqlar arasında həmin günlər Macarıstanda

keçirilən futzal üzrə Avropa çempionatını izləyən AFFA-nın vitse-prezidenti Rauf Əliyev, baş katibi Elxan

Məmmədov və başqaları da olmuşlar.

Ümumilikdə 150-dən çox adamın iştirak etdiyi tədbir Macarıstan KİV-ləri, xüsusən MTI İnformasiya

Agentliyi tərəfindən geniş işıqlandırılmışdır.

Page 198: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

198

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Page 199: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

199

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 yanvar faciəsinin

ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Yanvarın 20-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində Qanlı Yanvar faciəsinin

iyirminci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, mərasimin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad

edilmişdir.

Səfir Tofiq Abdullayev 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda

törətdiyi cinayətlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən

gecə sovet imperiyasının xüsusi təyinatlı qoşunları Bakıya soxularaq günahsız insanları – qocaları, qadınları,

uşaqları vəhşicəsinə qətlə yetirmiş və əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etmişdir.

Diplomat vurğulamışdır ki, təqib və təhlükələrə baxmayaraq, faciədən dərhal sonra ümummilli liderimiz

Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirmişdir. Ulu öndər

bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun səbəblərini də açıqlamış və faciənin təşkilatçılarının,

günahkarlarının adını bütün dünyaya bəyan edərək, onların cəzalandırılması tələbi ilə çıxış etmişdir.

T.Abdullayev xalqımızın milli azadlıq mübarizəsinin şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin Qanlı Yanvar

hadisələrindən 20 il keçməsinə baxmayaraq, faciə qurbanlarının xatirəsinin unudulmadığını və Azərbaycanın

müstəqilliyi, dövlətçiliyimizin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin misilsiz

qəhrəmanlıqlarının vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğunu qeyd etmişdir.

Digər çıxış edənlər də 1990-cı ilin yanvarında sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciənin

insanlığa qarşı cinayət olduğunu vurğulayaraq, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnmiş Qanlı

Yanvar faciəsinin Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin xalqımıza qarşı xəyanətkar

siyasətinin nəticəsi olduğunu demişlər. Bildirilmişdir ki, bu qanlı faciədən 20 il keçməsinə baxmayaraq, hələ də

xalqımızın tarixinin qara səhifəsini təşkil edən dəhşətli hadisəni törədənlər öz layiqli cəzalarını almamışlar.

Natiqlər gələcəkdə bu faciənin beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətini alacağına ümid

etdiklərini vurğulamış, 20 Yanvar qırğınının Azərbaycanda yalnız ümumxalq hüzn günü kimi qeyd

edilmədiyini, eyni zamanda, imperiyanın respublikamıza qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına

və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq

nümunəsi kimi daim xatırladıqlarını bildirmişlər.

Səfirliyin zalında Qanlı Yanvar faciəsini əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılmışdır.

Bundan əlavə, mərasim iştirakçıları ölkəmizin televiziya kanalları vasitəsilə yayımlanan və 20 Yanvar hadisələri

ilə bağlı həqiqətləri əks etdirən materialları izləmişlər.

AzərTAc

Page 200: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

200

Page 201: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

201

Azərbaycanın Tacikistandakı səfirliyində 20 yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(20 yanvar, 2010-cu il)

Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi

keçirilmişdir.

Mərasim iştirakçıları burada 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs edən fotoguşəyə ürək ağrısı ilə

baxmış, sonra səfirliyin foyesində quraşdırılmış monitor vasitəsilə qanlı qırğının miqyasını göstərən videofilmi

izləmişlər.

Azərbaycanın Tacikistandakı səfirliyi adından Tacikistanın Xarici İşlər Nazirliyinə, Düşənbədə akkreditə

olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, KİV-lərə 20 Yanvar faciəsindən bəhs edən

məlumatlar toplusu göndərilmişdir.

Qazaxıstan, İran və Pakistanın Tacikistandakı səfirləri, Düşənbədə akkreditə olunmuş digər səfirlik və

beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri səfirliyimizə

gəlmiş, buradakı “Xatirə kitabı”na ürək sözlərini yazmışlar.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Vatan” radiosunda və “Veçerniy Duşanbe” qəzetində ölkə

ictimaiyyətinə ətraflı məlumat verilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

Page 202: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

202

Litva seyminin deputatları 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər

(20 yanvar, 2010-cu il)

Azərbaycanın Litvadakı səfiri Nairə Şahtaxtinskayanın AzərTAc-a verdiyi məlumatda deyilir ki, Litva

Seyminin 2010-cu il yanvarın 20-də keçirilmiş iclasında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda

canından keçmiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Litva parlamentinin sədri İrena Dequtiene iclası açarkən Azərbaycanda 20 Yanvar faciəsinin 20 illiyi ilə

əlaqədar vitse-spiker Çeslovas Stankiyaviçiusa çıxış üçün söz vermişdir. Seymin sədr müavini çıxışında 20 il

əvvəl Azərbaycanda baş verən hadisələrdən danışmış, sovet ordusunun Bakıda törətdiyi ağlasığmaz qırğından

bəhs etmişdir. O, Seymin sessiyasında iştirak edən deputatları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda

şəhid olan qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırmışdır.

Bundan əvvəl, ölkəmizin Litvadakı səfirliyinin sifarişlə hazırlanan informasiya bukleti sessiyada iştirak

edən deputatlara paylanılmışdır.

***

Müstəqilliyini bərpa etdikdən sonra Litvanın ilk dövlət başçısı olmuş, hazırda Avropa Parlamentinin üzvü

Vitautas Landsbergis 20 Yanvar faciəsi ilə bağlı xüsusi müraciət qəbul etmişdir. Brüsseldə fəaliyyət göstərən

Litva siyasətinin patriarxı öz azadlığına və müstəqilliyinə can atan Azərbaycan xalqının iradəsini qırmaq

məqsədi ilə 1990-cı ilin yanvarında sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciənin insanlığa qarşı

cinayət olduğunu vurğulamışdır. Sabiq prezident böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnmiş Qanlı

Yanvar faciəsinin sovet imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar siyasətinin nəticəsi

olduğunu diqqətə çatdırmışdır.

V.Landsbergisin Brüsseldəki ofisindən ölkəmizin Litvadakı səfiri Nairə Şahtaxtinskayaya verilən

məlumata görə, V.Landsbergis 2010-cu il yanvarın 20-də Azərbaycan rəhbərliyinə məktubla müraciət edərək

başsağlığı vermiş, Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirmişdir.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Page 203: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

203

Azərbaycan Kültür Dərnəyi 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır

(20 yanvar, 2010-cu il)

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin idarə heyəti 20 Yanvar faciəsinin iyirminci

ildönümü ilə bağlı məlumat yaymışdır.

Məlumatda bildirilir ki, Azərbaycanın paytaxtı Bakı şəhərinin tərkibində ermənilərin də olduğu sovet

ordusu tərəfindən hücuma məruz qalmasından 20 il ötür. “Qanlı Yanvar” adı ilə tarixə düşən hadisələrdə

əhalinin yaşadığı binalar atəşə tutulmuşdur. Lakin azərbaycanlılar təpədən-dırnağadək silahlanmış ordu

qarşısında yalın əllə mətanətlə və cəsarətlə müqavimət göstərərək qəhrəmanlıq nümayiş etdirmişlər.

Qeyd edilmişdir ki, 20 Yanvar günü şəhid olanların xatirəsi daim əziz tutulur, faciə qurbanlarının dəfn

edildikləri Şəhidlər xiyabanı azərbaycanlılar üçün ən müqəddəs yerlərdən birinə çevrilmişdir.

Məlumatın sonunda hələ də öz layiqli cəzalarını almayan faciə günahkarlarının ortaya çıxarılıb mühakimə

edilməli olduqları bildirilir.

AzərTAc

Page 204: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

204

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi

ilə əlaqədar anma mərasimi keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Yanvarın 20-də Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma

mərasimi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, qanlı faciə ilə əlaqədar səfirliyin binası qarşısındakı dövlət bayrağı

endirilmişdir. Səfirliyin zalında 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş faciəni əks

etdirən materiallardan ibarət xüsusi guşə yaradılmışdır. Mərasim iştirakçıları 20 Yanvar hadisələrindən bəhs

edən sənədli filmlərə baxmışlar.

Anma mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla

yad edilməsi ilə başlanmışdır.

Sonra keçmiş səfir E.Hüseynov 1990-cı il yanvarın 20-də zirehli texnika və müasir silahlarla təchiz

olunmuş sovet ordusu əsgərlərinin Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə

qarşı törətdiyi cinayətlər barədə iştirakçılara geniş məlumat vermişdir. O, ümummilli lider Heydər Əliyevin

hadisədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qırğını törədən cinayətkarların

adlarını ilk dəfə açıqladığını və onların cəzalandırılması tələbi ilə çıxış etdiyini vurğulamış, Azərbaycan

Prezidenti İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət

açmışdır. 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi diqqətə çatdırılmışdır.

E.Hüseynov ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və xalqımızın

üzləşdiyi digər qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini, hazırda Heydər Əliyev siyasətinin

layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə fəaliyyətin davam etdirildiyini xüsusi qeyd

etmişdir. O, xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir

çox sənədli materialların hazırlandığını bildirmiş və dövlət protokoluna uyğun olaraq Azərbaycana gələn xarici

nümayəndə heyətlərinin, qonaqların Şəhidlər xiyabanını ziyarət etmələrini, Qanlı Yanvar faciəsinə dünya

ictimaiyyətinin diqqətinin cəlb edilməsini ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardan biri olduğunu

demişdir.

Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən respublikada törədilmiş

qırğının Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu, bu hadisənin dünya ictimaiyyətində

ürək ağrısı ilə qarşılandığını, Vətəninin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin hər zaman uca

tutulacağını bildirmişlər.

Tədbirin iştirakçılarına, eləcə də Türkmənistanın Xarici İşlər Nazirliyinə, kitabxanalara, habelə bu ölkədə

akkreditə olunmuş diplomatik missiyalara 20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat

açıqlaması, xüsusi fotoalbom və Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş türkmən dilində “Bəşəriyyət

Page 205: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

205

əleyhinə cinayət” adlı kitablar, eləcə də xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və

Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş materiallar paylanmışdır.

Mətbuat açıqlaması səfirliyin internet səhifəsində yerləşdirilmişdir.

AzərTAc

Page 206: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

206

Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar hadisələrinə

həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Səfirliyin qarşısında diplomatlarımızın hazırladığı 1990-cı il Yanvar hadisələrindən bəhs edən

informasiya stendləri qoyulmuşdur. O günlərin dəhşətli reallıqlarını əks etdirən fotoşəkillər Belarus

ictimaiyyətinin diqqətini cəlb etmişdir. Azərbaycanlı tələbələr və diasporumuzun nümayəndələri səfirliyin

qarşısına güllər gətirmiş, Qara Yanvar qurbanlarının xatirəsini anmışlar.

Səfirliyin əməkdaşlarının, diasporumuzun nümayəndələrinin, azərbaycanlı tələbələrin, Belarus

jurnalistlərinin iştirak etdiyi rəsmi hissəni səfir Əli Nağıyev açaraq Azərbaycan xalqının müstəqillik və azadlıq

yolunda çəkdiyi məşəqqətlərdən danışmış, Vətənin azadlığı yolunda canlarını qurban vermiş insanların

xatirəsinə ehtiramını bildirmişdir.

O günlərin reallıqlarını obyektiv əks etdirən sənədli film nümayiş etdirilmişdir. “20 Yanvar ümumxalq

hüzn günüdür” fotosərgisi 1990-cı ilin qışında baş vermiş hadisələri bir daha yaddaşlarda canlandırmışdır.

Sonda Azərbaycanın şəhid oğul və qızlarının ruhuna dualar oxunmuş, ehsan verilmişdir.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Minsk

Page 207: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

207

Azərbaycanın Misirdəki səfirliyində Qanlı Yanvar faciəsinin

20-ci ildönümü ilə bağlı mətbuat konfransı keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən bildirmişlər ki, yanvarın 20-də

səfirlikdə Misirin aparıcı mətbuat və ictimaiyyət nümayəndələrinin, Azərbaycan icmasının və yerli

universitetlərdə təhsil alan həmyerlilərimizin iştirakı ilə Qanlı Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş

mətbuat konfransı keçirilmişdir.

Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra ərəb dilinə dublyaj olunmuş “20 Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir. Filmin

tükürpərdici kadrları, sovet qoşunlarının dinc əhaliyə qarşı törətdikləri ağlasığmaz vəhşiliklər tədbirin misirli

iştirakçılarını dəhşətə gətirmişdir.

Tədbiri giriş sözü ilə açan səfir Faiq Bağırov 1990-cı il yanvarın 20-də sovet qoşunlarının dinc

Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri

kimi qiymətləndirmişdir. Səfir bu qanlı hadisələrin səbəbkarlarının və iştirakçılarının hələ də öz cəzalarına

çatmadıqlarını, dünya ictimaiyyəti tərəfindən bu faciəyə layiqli qiymət verilmədiyini diqqətə çatdıraraq, şəhid

olmuş Vətən oğullarının xatirəsinin ürəklərimizdə əbədi yaşayacağını vurğulamışdır.

Konfransda, həmçinin “Avropa və Yaxın Şərq” Media Qrupu idarə heyətinin sədri professor Salah

Cəfəravi, Misirdə ərəb dilində nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru Məhəmməd Sələmə, görkəmli

yazıçı-publisist Əbdürrəhman Xəmisi və ölkədə təhsil alan azərbaycanlı tələbələrin “Vətən” təşkilatının sədri

Azər Hüseynov çıxış etmişlər.

Natiqlər milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan

tutulmasından, kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsindən və

yaralanmasından, totalitar sovet rejiminin cinayətkar mahiyyətinin bütün dünyaya bəlli olmasından ətraflı bəhs

edərək, 20 Yanvar şəhidlərinə Allahdan rəhmət diləmişlər.

Sonda yerli və əcnəbi jurnalistlərin 20 Yanvar faciəsi ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Mətbuat konfransında 20 Yanvar faciəsini əks etdirən fotostend, kompakt disklər, qırğınla bağlı səfirliyin

bəyanatı, “Vətən” tələbə təşkilatı tərəfindən ərəb dilində nəşr edilmiş “Azərbaycan” qəzetinin yeni nömrəsinin

nüsxələri iştirakçılara təqdim olunmuşdur.

AzərTAc

Page 208: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

208

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Pakistanda da yad edilmişdir (20 yanvar, 2010-cu il)

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən verilən məlumata görə,

yanvarın 20-də səfirliyin və Pakistanın Preston Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr

olunmuş konfrans keçirilmişdir.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Konfransda Preston

Universitetinin rektoru Əbdul Basit, səfir Eynulla Mədətli, Qayd-Əzəm Universitetinin professoru İştiaq

Əhməd, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Xalid Mahmud, İordaniyanın bu ölkədəki səfiri Saleh

Əl-Cəvahiri və başqaları Azərbaycanın istiqlal mübarizəsində 20 Yanvar hadisələrinin tarixi rolundan bəhs

etmişlər.

Çıxışlarda mürəkkəb geocoğrafi şəraitdə dünyanın və regionun böyük qüvvələri arasında tarazlı siyasət

yeridən, hətta böhranlı şəraitdə Azərbaycanı inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti yüksək

qiymətləndirilmişdir.

AzərTAc

Page 209: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

209

Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar

faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş

mərasim keçirilmişdir.

Mərasimdə Daşkənddəki Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələr, qardaş özbək xalqının

nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.

Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev bildirmişdir ki, yanvarın 19-da Mixail

Qorbaçov keçmiş SSRİ Konstitusiyasının 119, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud

surətdə pozaraq, Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzalamışdır. Bu barədə rəsmi

məlumat isə Bakıda qanlı qırğın törədildikdən sonra elan edilmişdir. Həmin gün qaniçən “Alfa” qrupu da

Bakıya gətirilmiş, axşam saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılmışdır.

Beləliklə, Azərbaycan informasiya blokadasına alınmış və həmin gecə qaniçən sovet ordusu şəhərə daxil

olmuş, səhərədək insanlar qanına qəltan edilmişlər. Yalnız səhər saat 7-də Azərbaycan radiosu ilə Bakıda

fövqəladə vəziyyət elan olunması ilə bağlı Mixail Qorbaçovun fərmanı oxumuşdur.

Akif Əliyev demişdir ki, qanlı qırğın zamanı qadınlar, qocalar, uşaqlar görünməmiş amansızlıqla qətlə

yetirilmişlər. Onların arasında 13 yaşlı uşaq da, 77 yaşlı ağbirçək ana da olmuşdur.

Müvəqqəti işlər vəkili demişdir ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər

Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirmiş, bu faciəni törədənləri

qətiyyətlə ittiham etmiş və qanlı qırğının məsuliyyətini bilavasitə Mixail Qorbaçovun üzərinə qoymuşdur.

Mərasimdə çıxış edən soydaşlarımızdan Nazlı Pirməmmədova, Həmid Hüseynov və Almaz Məcidova

qanlı qırğının təşkilatçılarını lənətləmişlər.

Mərasimin sonunda “Azadlığa gedən yollar” sənədli filmi nümayiş etdirilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Page 210: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

210

Küveytin nüfuzlu qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur

(20 yanvar, 2010-cu il)

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən həyata

keçirilən silsilə tədbirlər çərçivəsində “İnternational Herald Tribune” ilə birgə körfəz regionunda nəşr edilən

“Al-Watan Daily” qəzetinin 20 yanvar nömrəsində səfir Şahin Abdullayevin “Qara yanvar faciəsinin 20-ci

ildönümü: 1990-cı il 20 Yanvar, Bakıda sovet qoşunlarının müdaxiləsi və günahsız mülki şəxsləri qətlə

yetirməsi” adlı geniş məqaləsi dərc edilmişdir.

Səfirlikdən bildirmişlər ki, məqalədə 1990-cı il yanvarın 20-də kommunist rejimini xilas etmək və

Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq üçün sovet qoşunlarının Bakıya hücum etdiyi və 140-

dan çox insanı qətlə yetirdiyi, 700 nəfərdən artıq şəxsi yaraladığı qeyd olunmuşdur.

Günahsız əhalinin öldürülməsinə görə Mixail Qorbaçovun şəxsən məsuliyyət daşımasına baxmayaraq,

Qərb dairələrində “sülhpərəst”, “demokrat” kimi tanınan bu şəxsin “sülh proseslərində oynadığı mühüm rola”

görə 1990-cı ilin oktyabrında Nobel sülh mükafatına layiq görülməsinin ziddiyyətli olduğunu yazan səfir

Ş.Abdullayev M.Qorbaçovun əsassız və mənəvi dəyərlərə sığmayan iddialarla bu qanlı müdaxiləyə bəraət

qazandırmağa çalışdığını da qeyd edir.

“Human Rights Watch” təşkilatının “Black January in Azerbaijan” adlı hesabatına istinadən bu qanlı

əməliyyatın həyata keçirilməsi ilə sovet rəhbərliyinin güddüyü çirkin məqsədlər bir daha ifşa olunmuşdur.

Məqalədə vurğulanmışdır ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsini boğa bilməmiş və 1991-ci

il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etmişdir.

AzərTAc

Page 211: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

211

Niderlandda 20 Yanvar faciəsindən bəhs edən sərgi təşkil olunmuşdur

(20 yanvar, 2010-cu il)

Azərbaycanın Niderland Krallığındakı səfirliyi “Azərbaycan Holland Dostları” Cəmiyyəti ilə birlikdə

Haaqada Hollandiyada fəaliyyət göstərən Azərbaycan rəssamlarının 20 Yanvar faciəsi ilə bağlı əsərlərindən

ibarət sərgi təşkil etmişdir.

Səfirlikdən bildirmişlər ki, tədbirdə Niderlandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin

rəhbərləri, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri

iştirak etmişlər.

Mərasimdə səfir Fuad İsgəndərov Qanlı Yanvar hadisələri ilə bağlı çıxış etmiş, faciənin səbəbləri və

nəticələri barədə ətraflı məlumat vermişdir.

Tədbirdə faciə ilə bağlı sənədli film nümayiş etdirilmiş, şəhidlərin ruhuna ehsan verilmişdir.

AzərTAc

Page 212: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

212

Buxarestdə Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar mərasimi keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Yanvarın 20-də Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü

ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, tədbirdə Rumıniya-Azərbaycan Biznes Forumunda iştirak etmək məqsədi ilə

Rumıniyada səfərdə olan azərbaycanlı iş adamları, Heydər Əliyev Fondunun və ARDNŞ-in Rumıniya

nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya

Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının rəhbərləri və

üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, insan hüquqları və digər sahələr

üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

İştirakçılar əvvəlcə 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra 20 Yanvar

şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Eldar Həsənov 1990-cı il yanvarın 20-də Sovet İttifaqı rəhbərliyinin, imperiya ordusunun,

kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açmış,

müstəqilliyinin bərpa edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı və ərazi bütövlüyü uğrunda

mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirilməsini diqqətə çatdırmışdır. Diplomat faciə

nəticəsində 130-dan çox insanın qətlə yetirildiyini, 700-dən artıq insanın yaralandığını qeyd etmişdir. Həmin

hadisələrə ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət

verildiyini vurğulayan E.Həsənov ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı

nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının törətdikləri vəhşilikləri xatırlamış,

milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağından

əminliklərini ifadə etmişlər.

Sonra “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.

Səfirliyin 20 Yanvar faciəsi ilə əlaqədar hazırladığı mətbuat açıqlaması Rumıniyanın dövlət və hökumət

üzvlərinə, bu ölkədəki səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, qeyri-hökumət təşkilatlarına

göndərilmişdir.

Rumıniya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilmişdir.

AzərTAc

Page 213: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

213

Azərbaycanın Suriyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anim mərasimi

(20 yanvar, 2010-cu il)

Yanvarın 20-də Azərbaycanın Suriyadakı səfirliyində Azərbaycan icması fəallarının iştirakı ilə 20 Yanvar

faciəsi qurbanlarının anım mərasimi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, faciə ilə əlaqədar səfirliyin üzərindəki dövlət bayrağı endirilmişdir.

Səfirlikdə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciəni əks etdirən

materiallardan ibarət xüsusi guşə yaradılmışdır.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə 1990-cı ilin yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycanda azadlıq uğrunda mübarizəyə

qalxmış dinc insanlara qarşı törətdiyi cinayət barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli

lider Heydər Əliyev hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu faciənin

törədilməsində sovet rəhbərliyini təqsirləndirmişdir. Ulu öndər Azərbaycanda hakimiyyətə qayıdışından sonra

Milli Məclisdə bu faciəyə siyasi və hüquqi qiymət verilmişdir.

Mərasimdə 20 Yanvar qırğınının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi qeyd olunmuş, qanlı

faciəni törədən cinayətkarların cəzalandırılmasının vacibliyi vurğulanmışdır.

Bundan başqa, səfirlik tərəfindən faciə barədə ingilis və ərəb dillərində hazırlanmış məlumat Suriya

Xarici İşlər Nazirliyinə, kütləvi informasiya vasitələrinə, habelə ölkədə akkreditə olunmuş diplomatik

nümayəndəliklərə göndərilmişdir.

Yanvarın 20-də Suriyada və Livanda çap olunan və geniş oxucu auditoriyasına malik nüfuzlu “Əl-

Bayraq” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunmuşdur.

AzərTAc

Page 214: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

214

Türkiyədəki məscidlərdə 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunmuşdur

(20 yanvar, 2010-cu il)

Türkiyə Diyanət İşləri Başqanlığının fitvası ilə qardaş ölkənin bütün məscidlərində Qanlı Yanvar

şəhidlərinin ruhuna dualar oxunmuşdur.

Azərbaycanın Türkiyədəki səfirliyi də 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı tədbirlər

keçirmişdir.

Yanvarın 20-də faciə ilə bağlı TRT-nin xəbərlər proqramlarında məlumatlar verilmiş, faciəni əks etdirən

sənədli film nümayiş olunmuşdur. Səfirliyin əməkdaşı “TRT Avaz” kanalının “Yeni gün” səhər proqramında

iştirak etmiş, 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsindən bəhs etmişdir. Türkiyənin nüfuzlu

qəzetləri də Qanlı Yanvar faciəsi haqqında xəbərlər və məqalələr vermişlər.

Səfirlik Türkiyə Xarici İşlər Nazirliyi və bu ölkədə akkreditə olunmuş səfirliklər üçün faciə ilə bağlı

faktları əks etdirən məlumatlar göndərmişdir.

Ankarada və Türkiyənin digər bölgələrində təhsil alan tələbələrimiz də 20 Yanvara həsr olunmuş tədbirlər

keçirmişlər.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 215: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

215

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın

Çindəki səfirliyində mərasim keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Azərbaycanın Çindəki səfirliyinin və onun nəzdində fəaliyyət göstərən “Şuşa” Mədəniyyət Mərkəzinin

birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir.

Səfir Yaşar Əliyev mərasimdə çıxış edərək Ermənistanın Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq

siyasətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciə və bundan sonrakı hadisələr barədə ətraflı

məlumat vermişdir.

Səfirlikdən bildirmişlər ki, Y.Əliyev 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində

ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan ətraflı danışmışdır. Diplomat qeyd etmişdir ki, 1990-cı

ilin Qanlı Yanvar faciəsinə ilk siyasi qiyməti Heydər Əliyev vermişdir. Bakıda törədilən qırğının səhərisi günü -

yanvarın 21-də ulu öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və ölkəmizdə baş verən

faciəni soyqırımı, Mixail Qorbaçov rejiminin irimiqyaslı və insanlığa qarşı terror aktı kimi qiymətləndirmişdir.

Səfir bildirmişdir ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar

Respublikası Ali Məclisində “1990-cı ilin yanvarında Bakıda baş verən hadisələrə siyasi qiymət verilməsi

haqqında” qərar qəbul edilmiş, ilk dəfə olaraq Qorbaçov klanı rəsmi şəkildə cinayətkar adlandırılmışdır.

Y.Əliyev demişdir ki, xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə

1994-cü il martın 29-da Milli Məclisin iclasında qəbul edilən qərarla 20 Yanvar hadisəsinə ilk dəfə hüquqi-

siyasi qiymət verilmişdir. Azadlığımız uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan “Əbədi məşəl”

kompleksi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır.

Diplomat Prezident İlham Əliyevin bu gün həmin siyasəti uğurla davam etdirdiyindən, 20 Yanvar

şəhidlərinin ailələrinə dövlət qayğısından, “Şəhidlər Xiyabanı” kompleksinin yenidən qurulmasından ətraflı söz

açmışdır.

Daha sonra 20 yanvar hadisələrini əks etdirən “Azadlığa gedən yol” filmi nümayiş olunmuşdur.

Tədbirdə Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları və onların ailə üzvləri, Pekində təhsil alan

azərbaycanlı tələbələr və iş adamları iştirak etmişlər.

AzərTAc

Page 216: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

216

20 Yanvar şəhidlərinin əziz xatirəsi Tehranda ehtiramla yad edilmişdir

(20 yanvar, 2010-cu il)

Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimi

keçirilmişdir.

İran rəsmilərinin, Tehranda fəaliyyət göstərən səfirliklərin təmsilçilərinin, paytaxt ictimaiyyəti

nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, şəhidlərimizin

ruhuna Qurani-Kərimdən surə oxunmuşdur.

Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq səfirliyə Tehrandakı idarə və müəssisələr, dövlət

təşkilatları adından əklillər, gül çələngləri gətirilmişdi.

“Qanlı Yanvar-1990” sənədli filminin nümayişindən sonra səfir Cavanşir Axundov 1990-cı il yanvarın

19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanlı

cinayətdən söz açmışdır. Qeyd etmişdir ki, Mixail Qorbaçovun başçılığı ilə keçmiş SSRİ rəhbərliyinin

Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz dəhşətli faciə ilə nəticələnmişdir. SSRİ hökumətinin

həyata keçirdiyi bu qanlı olayın gerçəkləşməsində Azərbaycanın o vaxtkı rəhbərliyinin də əli olmuşdur.

Faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar

faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. SSRİ-nin

süqutundan sonra da Azərbaycanın o vaxtkı rəhbərliyi bu tarixi cinayəti törədənlərin adlarının açıqlamağa

cəsarət etməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra - 1994-cü ildə 20

Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Seyid Kazım Musəvi şəhidlərimizin

xatirəsinin İran ictimaiyyəti tərəfindən əziz tutulduğunu bildirmiş, Azərbaycanın azadlığı, torpaqlarının

bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlara Allahdan rəhmət diləmişdir. Azərbaycan ilə İran arasında

dini, tarixi və mədəni ortaqlıqların olduğunu bildirən natiq qeyd etmişdir ki, İran Azərbaycanın müstəqilliyini

tanıyan ilk ölkələrdəndir. İki dost və qonşu ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə

olduğunu diqqətə çatdıran S.K.Musəvi münasibətlərimizin bundan sonra da davam etdiriləcəyinə əminliyini

vurğulamışdır.

Tədbir iştirakçıları 20 Yanvar faciəsini, erməni cəlladların törədikləri Xocalı soyqırımını, Dağlıq Qarabağ

ətrafında cərəyan edən hərbi proseslərin ağır nəticələrini əks etdirən kitab və digər çap məhsullarından ibarət

sərgiyə maraqla baxmışlar. Onlara 20 Yanvar faciəsi barədə buklet paylanmışdır.

Mərasim ehsan süfrəsi arxasında davam etmişdir.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Page 217: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

217

Tehran

Page 218: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

218

Kiyevdə, S.Vurğun adına kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(20 yanvar, 2010-cu il)

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə Kiyevdə, S.Vurğun adına kitabxanada 20

Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilmişdir.

Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev tədbirdə xalqımızın müasir tarixinin ən qanlı səhifələrindən

birini təhlil etmiş, əlini Azərbaycanın azadlığı və suverenliyinin müdafiəsinə qalxaraq, silahsız halda zirehli

texnikanın və cəlladların qarşısını kəsmiş qəhrəman Vətən övladlarının qanına bulamış sovet və Azərbaycanın o

vaxtkı rəhbərlərinin adlarını bir daha xatırlatmışdır. O, 20 yanvar faciəsinin baş verməsində Kremli, yerli

hakimiyyəti, erməni millətçilərini günahlandırmış və faciədə əli olan hər bir kəsin cəzalandırmalı olduğunu

bəyan etmiş ulu öndər Heydər Əliyevin böyüklüyünü və ədalət hissini xüsusi vurğulamışdır.

20 Yanvar faciəsinin canlı şəhidi, 78 yaşlı Ukrayna vətəndaşı, Ədalət Uğrunda Mübarizə İttifaqının

Zaporojye bölməsinin sədri Anatoli Sidorenko tədbir iştirakçılarına sovet ordusu forması geyinmiş

başkəsənlərin dörd azərbaycanlını və bir qazağı onun gözləri qarşısında necə qətlə yetirdiklərindən söz açmışdır.

Kiyev vilayət xəstəxanasının həkimi Araz Cəlilov da həmin gecə ilə bağlı xatirələrini bölüşmüşdür.

Sonra qanlı faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Gecədə UAK-nin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin, Dünya Azərbaycanlıları Konqresinin,

Ukrayna ictimaiyyətinin, diasporumuzun nümayəndələri iştirak və çıxış etmişlər.

Yanvarın 22-də Kiyevdəki Müəllimlər evində Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar xatirə

gecəsi keçiriləcək və Azərbaycan Prezidenti Administrasiyasının başçısı, akademik Ramiz Mehdiyevin Ukrayna

dilində nəşr olunmuş “Azərbaycanlıların soyqırımının reallıqları” kitabının təqdimatı olacaqdır.

Tədbirin təşkilatçısı Azərbaycanın Ukraynadakı səfirliyidir.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 219: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

219

Azərbaycanın Fransadakı səfirliyində 20 Yanvar faciəsi

şəhidlərinin anma mərasimi keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Yanvarın 20-də Fransanın Azərbaycandakı səfirliyində 20 Yanvar faciəsi şəhidlərinin anma mərasimi

keçirilmişdir.

Səfirliyin müvəqqəti işlər vəkili Emil Əliyev 20 il əvvəl Azərbaycanda geniş vüsət almış azadlıq

hərəkatını boğmaq məqsədilə yanvarın 19-dan 20-nə keçən gecə bir neçə istiqamətdə Bakıya daxil olmuş sovet

ordusunun törətdiyi vəhşilikləri xatırlatmış, texnika və müasir silahlarla təchiz edilmiş əsgərlərin Azərbaycan

xalqına amansızlıqla divan tutulmasından dərhal sonra ulu öndərimiz Heydər Əliyevin respublikamızın

Moskvadakı nümayəndəliyinə gələrək bu hadisəni qətiyyətlə pislədiyini, günahsız insanların vəhşicəsinə qətlə

yetirilməsində günahkar olan hakimiyyət rəhbərlərinin cəzalandırılması tələbini irəli sürməsini xüsusi

vurğulamışdır.

Birinci katib Zeynal Cəfərov qan yaddaşımızda dərin iz buraxmış Qara Yanvar faciəsindən 20 il

keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecənin dəhşətlərini hər il hüznlü gün kimi qeyd etdiyini, minlərlə

insanların müstəqillik mübarizlərinin əbədi uyuduğu Şəhidlər xiyabanını ziyarət etdiklərini diqqətə çəkmiş,

əlləri günahsız insanların qanına batmış sovet rəhbərlərinin bu gün belə cəzasız qalmalarından, beynəlxalq

təşkilatların bu faciəyə indiyədək siyasi qiymət verməməsindən təəssüf hissi keçirdiyini bildirmiş, Azərbaycan

dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan, faciə ilə bağlı ümumxalq tədbirlər keçirilməsinə xüsusi diqqət

yetirməsindən söhbət açmışdır.

Fransada yaşayan Namiq Quliyev 20 yanvar gecəsi şahid olduğu hadisələrdən bəhs etmiş, xüsusi

göstərişlə Bakıya yeridilmiş sovet ordusunun hətta uşaqlara belə aman vermədiyini, qanlı gecədə qətlə

yetirilənlərin şəhidlik zirvəsinə ucaldığını bildirmişdir.

Soydaşlarımızdan Məmmədəli Tacəhməd, Səməd Aynaçı və Cəmşid Bornak yanvarın 20-də Bakıda baş

vermiş hadisələri, öz müstəqilliyi uğrunda mübarizə aparan dinc və silahsız insanlara qarşı törədilmiş vəhşiliklər

barədə xəbərləri daim ürəkağrısı və böyük sarsıntılarla izlədiklərini, Fransadakı erməni mətbuatının Bakı

hadisələri ilə bağlı yalan məlumatlarına qəti etiraz bildirdiklərini, Bakıda törədilmiş qırğın barədə əsl həqiqəti

fransız ictimaiyyətinə çatdırmaq üçün müəyyən iş gördüklərini bildirmişlər.

Mərasimdə iştirak etmiş səfirliyin əməkdaşları və diasporun təmsilçiləri Sən Klu qəbiristanlığını ziyarət

edərək Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycanın ilk parlament sədri Əlimərdanbəy

Tobçubaşovun və tanınmış jurnalist Ceyhun Hacıbəylinin məzarları önünə gül dəstələri qoymuş, onların və 20

yanvar faciəsi şəhidlərinin xatirəsinə dua oxumuşlar.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Page 220: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

220

Paris

Page 221: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

221

Almaniyada 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir

(20 yanvar, 2010-cu il)

Cari il yanvarın 20-də Azərbaycanın Almaniyadakı səfirliyi Alman-Azərbaycan Forumu, Almaniyada

Azərbaycanlıların Koordinasiyası Mərkəzi və “EuroKaukAsia” elmi-mədəni cəmiyyəti ilə birgə əməkdaşlıq

çərçivəsində Berlindəki “Heilig Kreuz” kilsəsində 20 yanvar faciəsinə həsr edilmiş anma mərasimi keçirmişdir.

Alman-Azərbaycan Forumunun sədri Otto Hauzer, Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov,

“EuroKaukAsia” cəmiyyətinin sədri, Bonn Universitetinin professoru xanım Eva-Maria Aux tədbirdə çıxış

etmişlər. Natiqlər son çırpıntılarını yaşayan sovet rejiminin Azərbaycan xalqının azadlıq uğrunda dinc hərəkatını

qanla boğaraq insanları qorxutmaq istədiklərini, qadın, qoca və uşaq bilmədən insanları qəddarcasına qətlə

yetirdiklərini bildirmişlər. Çıxışlarda M.Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən insanların kütləvi

şəkildə qətlə yetirilməsindən 20 il ötməsinə baxmayaraq əsl təqsirkarların cəzasız qalması təəssüflə

vurğulanmışdır.

Tədbirdə “Qara Yanvar” adlı sənədli film nümayiş olunmuşdur.

Daha sonra Bakı Musiqi Akademiyasının professoru Rəna İsmayılova orqan musiqi alətində Azərbaycan

bəstəkarlarının əsərlərini ifa etmişdir.

Tədbirin sonunda ziyafət verilmişdir.

Tədbirdə, Almaniya ictimaiyyətinin müxtəlif təbəqələrinin, o cümlədən KİV qurumlarının, Almaniyadakı

Azərbaycan diasporunun və səfirliyin nümayəndələri iştirak etmişlər.

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 222: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

222

20 Yanvar faciəsinin iyirminci ildönümü İtaliyada qeyd olunmuşdur

(20 yanvar, 2010-cu il)

Yanvarın 20-də Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə

əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad

edilmişdir.

Səfirliyin əməkdaşlarının və İtaliyadakı Azərbaycan diaspor təşkilatları nümayəndələrinin iştirakı ilə

keçirilən tədbirdə çıxış edən səfir E.Kərimov 20 Yanvar faciəsinin başvermə səbəbləri, həmin dövrdəki SSRİ

rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasəti barədə məlumat vermiş, yanvar hadisələrinin Azərbaycanın yeni

tarixinin qanlı, eyni zamanda şərəfli səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirmişdir. Səfir həmin

hadisələrə ilk dəfə olaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət

verildiyini vurğulamış, faciənin mahiyyəti və nəticələri barədə beynəlxalq ictimaiyyətin daim

məlumatlandırılmasının əhəmiyyətini qeyd etmişdir.

Tədbirin sonunda “Lider” telekanalının istehsalı olan “20 Yanvara aparan yol” sənədli filmi nümayiş

etdirilmişdir.

20 Yanvar faciəsi barədə həqiqətlərin İtaliya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə səfirliyin

pres-relizi hazırlanaraq İtaliyanın dövlət orqanlarına (Prezident sarayı, Baş Nazirin ofisi, XİN və digər

nazirliklərə), bu qurumların beynəlxalq əməkdaşlıq şöbələrinə, İtaliya Parlamentinə (Senat və Deputatlar

Palatasının üzvlərinə), İtaliyadakı iqtisadi təşkilatlara, elmi-tədqiqat müəssisələrinə, kütləvi informasiya

vasitələrinə, eləcə də İtaliyada yerləşən diplomatik nümayəndəliklərə göndərilmişdir.

AzərTAc

Page 223: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

223

Qara Yanvar faciəsinin 20-ci ildönümü Brüsseldə qeyd edilmişdir

(20 yanvar, 2010-cu il)

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyindən AzərTAc-ın xüsusi

müxbirinə bildirmişlər ki, yanvarın 20-də səfirliyin Brüsseldəki mənzil-iqamətgahında Qara Yanvar faciəsi

qurbanlarının xatirəsinin anma mərasimi keçirilmişdir.

Mərasim müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi

ilə başlamışdır. Ölkəmizin Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfiri, Avropa İttifaqın yanında

daimi nümayəndəliyimizin rəhbəri Emin Eyyubov mərasimi açaraq 20 Yanvar hadisələrindən danışmış, bu

tarixin hər bir azərbaycanlının yaddaşında dərin iz buraxdığını və daim yaşadığını, şəhidlərimizin qanı hesabına

artıq bu gün müstəqil, güclü və inkişaf etmiş Azərbaycan dövlətinin qurulduğunu qeyd etmişdir. O, ümummilli

lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə münasibət bildirmək üçün

bura yığışmış soydaşlarımız və jurnalistlər qarşısında xalqımızın başına gətirilmiş faciəyə ciddi və sərt

münasibət bildirdiyini, Azərbaycana rəhbərlik etdiyi dövrdə 20 yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət

verildiyini xatırlatmışdır.

Sonra Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Kamil Xasiyev 20 Yanvarın

yalnız faciə deyil, həm də qəhrəmanlıq tarixi olduğunu qeyd etmişdir.

Mərasim 20 Yanvar faciəsinə həsr edilmiş sənədli filmin nümayişi ilə davam etdirilmişdir.

Tədbirdə Azərbaycan diasporunun təmsilçiləri, tələbələrimiz, yerli KİV nümayəndələri və diplomatlar

iştirak etmişlər.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Page 224: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

224

“Qara Yanvar” hadisələri Vaşinqtonda anılmışdır

(20 yanvar, 2010-cu il)

ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət

Mərkəzində Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri

keçirilmişdir.

ABŞ hökumət strukturlarının, təhlil mərkəzlərinin, yerli mətbuat nümayəndələrinin, Vaşinqtondakı

Azərbaycan və türk icmalarının üzvlərinin, eləcə də Azərbaycanın çoxsaylı dostlarının iştirak etdiyi tədbirdə

Palatanın icraçı direktoru Mahir İsgəndər, səfirliyin müşaviri Xəzər İbrahim və “Azərbaycan İnterneşnl”

jurnalının təsisçisi və baş redaktoru xanım Betti Bleyer çıxış etmişdilər.

M. İsgəndər Azərbaycan xalqı üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu mərasimdə iştirak etdikləri

üçün qonaqlara minnətdarlığını bildirmişdir.

X. İbrahim vurğulamışdır ki, 20 Yanvar azərbaycanlılar üçün həm kədər, həm də milli qürur günü hesab

olunur. Azərbaycanın azadlığı uğrunda həyatlarını qurban verən qəhrəman oğul və qızlarını hüznlə xatırlayan

xalqımız eyni zamanda, onların Sovet qoşunlarına sinə gərərək müstəqilliyimizi bərpa etməklə şanlı tarix

yazdıqları üçün onlarla qürur duyur.

Xanım Betti Bleyer nüfuzlu “Nəşnl Ceoqrafik” jurnalının fotoqrafı Reza ilə birgə müəllifi olduğu, Qara

Yanvar hadisələrini dünyaya çatdıran “Azərbaycan İnterneşnl”-ın məqaləsini qonaqların diqqətinə çatdırmışdır.

Fotoqraf həmin ağır günlərdə çətinliklədə olsa Bakıya gəlmiş, qanlı hadisələrin şahidinə çevrilmişdir. O,

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini öz fotoşəkillərində əks etdirmişdir.

Daha sonra toplantı iştirakçıları “Qara Yanvara aparan yol” sənədli filmini izləmişdilər.

Şəfəq Akifqızı

AzərTAc-ın ABŞ üzrə müxbiri

Page 225: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

225

Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyindəki tədbirdə şəhidlərimizin

xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir

(20 yanvar, 2010-cu il)

Qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar cari il yanvarın 20-də Azərbaycan Respublikasının BMT

yanında Daimi Nümayəndəliyində tədbir keçirilmişdir. Tədbir çərçivəsində 20 il əvvəl xalqımızın azadlığı

naminə öz həyatlarını qurban vermiş Azərbaycan oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir A.Mehdiyev çıxışında 20 yanvar

faciəsi ilə bağlı fikirlərini görüş iştirakçıları ilə bölüşmüş, bunun bir qəhrəmanlıq salnaməsi olduğunu və

şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının yaddaşında qalacağını qeyd etmişdir.

Tədbirdə Daimi Nümayəndəliyin əməkdaşları, Nyu-Yorkda yaşayan Azərbaycan diasporunun rəhbərləri

və üzvləri iştirak etmişlər.

Nyu-Yorkda rus dilində buraxılan “Yeni Hədd” qəzetindəki məqalədə 20 yanvar hadisələrinin baş vermə

səbəbləri və nəticələri barədə oxuculara ətraflı məlumat verilir.

Həmçinin Daimi Nümayəndəlik tərəfindən qanlı 20 yanvar faciəsi ilə əlaqədar BMT Baş Katibinə, BMT

Katibliyinin əsas idarələrinə və BMT üzv dövlətlərinin BMT yanında Daimi Nümayəndəliklərinə press-reliz

göndərilmişdir.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

Page 226: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

226

Meksikanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazmışdır

(20 yanvar, 2010-cu il)

Meksika ictimaiyyətini 20 yanvar faciəsi ilə daha bir yerli qəzet tanış etmişdir. Nüfuzlu “Excelsior”

yanvarın 20-dəki buraxılışında Azərbaycan xalqının tarixi gününün anımına həsr edilən geniş məqalə çap

etmişdir. Yazıda qeyd olunur ki, Azərbaycanın azadlığı uğrunda sovet silahlı qüvvələri tərəfindən şəhid

olanların məzarları üstünə gül qoymaq üçün hər il 20 yanvarda minlərlə Bakı əhalisi Şəhidlər Xiyabanına

toplaşır.

Qəzet 20 il əvvəl sovet qoşunlarının “Zərbə” adlandırılan hərbi əməliyyat nəticəsində Azərbaycanın

paytaxtı Bakıda törətdiyi qırğınlardan, böyük dağıntılardan yazmışdır. O zamandan sözügedən hadisələr Qara

Yanvar kimi tanınmışdır.

“Excelsior” qeyd edir ki, 1990-cı il yanvarın 20-də minlərlə əsgər Kremldən aldıqları əmrə əsasən mülki

şəxslərə atəş açmışlar. Rəsmi məlumatlara əsasən, 133 nəfər, o cümlədən qadınlar və uşaqlar ölmüş, 700-ə yaxın

insan yaralanmışdır. Xalq hərəkatını məhv etmək məqsədi ilə 25 mindən artıq əsgər Bakıya basqın etmişdir.

Qoşunlar öz azadlığına can atan nümayişçilərin üzərinə hücum etmişlər. Xəbərdarlıq etmədən kütlələrə atəş

açmaqla qoşunlar bir neçə gün ərzində etirazları yatırmışlar. Daha sonra Moskva, bir ildə artıq davam edən

fövqəladə vəziyyət elan etmişdir. Xalq hərəkatının fəalları həbs edilmiş, işgəncələrə məruz qalmışlar. Sovet

qoşunları bu basqını həyata keçirməklə kommunist rejiminin dağılmasının qarşısını almağa, müstəqilliyə

çağıran hər hansı müxalifəti boğmağa, beləliklə də sovet rejiminin başa çatmaqda olan ömrünü uzatmağa

çalışırdı.

1989-cu ildə müstəqillik uğrunda milli hərəkat inanılmaz dərəcədə böyümüşdü. Yüz minlərlə insan,

nəhayət 18 oktyabr 1991-ci ildə nail olunmuş müstəqillik və ərazi bütövlüyü ideyaları uğrunda nümayişlərdə

iştirak edirdi.

“Turkish Weekly”-in bəzi mülahizələrinə istinad edən Meksika qəzeti, bu səbəbdən hərbi təcavüzün

həyata keçirilməsi ilə əlaqədar sovetlərin gətirdiyi dəlillərin sadəcə Rusiyanın o vaxtadək nəzarətdə saxladığı

digər kiçik xalqlar üzərində nüfuzunun qorunub saxlanması üçün bir bəhanə olduğunu bildirir.

Məqalədə qeyd olunur ki, Azərbaycan əhalisi hər il azadlıq uğrunda həyatlarından keçən mərd oğul və

qızlarının xatirəsini anır. Buna görə də hər il bu gün Bakı əhalisi minlərlə gül səpilmiş Şəhidlər Xiyabanına

toplaşır. Əbədi məşəlin işığı şəhərə və Xəzər dənizinə işıq saçır.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 227: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

227

Litvanın nüfuzlu “Lietuvos Rytas” qəzetində “Azərbaycan tarixinin

Qara Yanvarı” adlı məqalə dərc edilmişdir

(20 yanvar, 2010-cu il)

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Litvadakı səfirliyi tərəfindən həyata

keçirilən silsilə tədbirlər çərçivəsində Litvanın ən geniş oxucu kütləsinə malik olan nüfuzlu “Lietuvos Rytas”

qəzetinin 2010-cu il 20 yanvar tarixli nömrəsində “Azərbaycan tarixinin Qara Yanvarı – sovet ordusu tərəfindən

törədilən kütləvi qətliam” adlı geniş məqalə dərc edilmişdir.

Məqalədə yazılmışdır ki, 1990-cı ilin 20 yanvarında sovet ordusunun 66 min əsgəri xalqın azadlıq

hisslərini boğmaq məqsədi ilə Azərbaycanın paytaxtına daxil olmuşdur. Silahlı qüvvələr Bakı şəhərində

günahsız və əliyalın əhaliyə atəş açmağa başlamış, nəticədə 147 nəfər öldürülmüş və 700-dən çox insan

yaralanmışdır. Onların arasında qocalar, qadınlar və uşaqlar vardır. Qəzetin internet ünvanı belədir:

(http://www.lrytas.lt/-12639646871261751115-juodasis-azerbaid%C5%BEano-istorijos-sausis-soviet%C5%B3-

armijos-surengtos-skerdyn%C4%97s-nuotraukos.htm.)

AzərTAc

Page 228: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

228

Sankt-Peterburq şəhərindəki baş konsulluğunda 20 Yanvar faciəsinin

ildönümü ilə bağlı mərasim keçirmişdir

(20 yanvar, 2010-cu il)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən verilən

məlumata görə, yanvarın 20-də baş konsulluq şəhərdəki ən böyük məsciddə 20 Yanvar faciəsinin ildönümü ilə

bağlı mərasim keçirmişdir.

Əvvəlcə tədbir iştirakçıları faciə zamanı şəhid olmuş Vətən övladlarımızın xatirəsini bir dəqiqəlik sükutla

yad etmişlər.

Tədbirdə baş konsul Qüdsi Osmanov bildirmişdir ki, 20 Yanvar hadisəsi Azərbaycanın tarixində və

bütövlükdə XX əsrdə baş vermiş faciələr arasında xüsusi amansızlığı ilə seçilənlərdən biri, eyni zamanda,

xalqımızın qəhrəmanlıq səhifəsi kimi yadda qalmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet

qoşunları Bakıya daxil olaraq, odlu silah və zirehli texnikadan istifadə etmiş, 137 dinc sakini qəddarcasına qətlə

yetirmiş, 700 nəfərdən artıq insanı yaralamış və digər vəhşiliklər törətmişlər.

20 Yanvar qırğınını törətməklə SSRİ rəhbərliyi ötən əsrin 80-ci illərinin sonundan başlayaraq

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna ərazi iddialarını, bu qəsbkar ölkədə yaşayan

azərbaycanlıların öz daimi yaşayış yerlərindən qovulmasını dəstəklədiyini göstərmişdir. Sovet qoşunlarının

Azərbaycanda törətdikləri vəhşiliklər xalqımızın milli azadlıq mübarizəsini boğmaq məqsədi güdmüşdür. Lakin

əksinə olaraq, 20 Yanvar faciəsindən sonra bu mübarizə daha geniş vüsət almış və Azərbaycan 1991-ci ildə

müstəqilliyini bərpa etmişdir.

Baş konsul faciə zamanı Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyevin özünün və yaxınlarının

həyatını təhlükə altında qoyaraq, yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gəldiyini, Qanlı Yanvarı

törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını

vurğulamışdır. Bununla da ulu öndərimiz cəsarətini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən

qayıdışından sonra verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdır. Bu qanlı faciədən 20 il

keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, onun ağrısı ilə yaşayır, bu vəhşiliyi

törədənlərə öz dərin nifrətini bildirir.

Sonda baş konsul hər il yanvarın 20-də Qanlı Yanvar hadisələrinin ildönümünün qeyd olunduğunu,

Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi naminə canlarını qurban vermiş şəhidlərimizin

xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırmışdır.

Baş konsulluq tərəfindən milli mətbəx mərkəzi olan “Bakı” restoranında ehsan süfrəsi də açılmışdır.

AzərTAc

Page 229: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

229

20 Yanvar faciəsi ilə əlaqədar Torontoda keçirilən tədbirdə Kanadanın

tanınmış siyasətçiləri də iştirak etmişlər

(21 yanvar, 2010-cu il)

Azərbaycanın Kanadadakı səfirliyinin Toronto şəhərində 20 Yanvar faciəsi ilə əlaqədar təşkil etdiyi

tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Kanada Federal Parlamentinin üzvü, Kanada-Azərbaycan

Parlamentlərarası Dostluq Qrupunun sədri xanım Yasmin Ratansi, Ontario Qanunvericilik Assambleyasının

üzvü deputat Reza Moridi və Ontario Qanunvericilik Assambleyasının digər üzvü, Ontario Investisiya və

Ticarət Məsləhət Şurasının sədri Monte Kvinter iştirak etmişlər.

Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev tədbiri açaraq 20 yanvar faciəsinin tarixi və başvermə

səbəbləri barədə danışmış, bu qanlı hadisə nəticəsində çoxlu sayda dinc azərbaycanlının 1991-ci il yanvarın 19-

dan 20-nə keçən gecə Bakıya yeridilmiş sovet ordu hissələri tərəfindən qətlə yetirildiyini qeyd etmişdir. Səfir 20

yanvar faciəsinin Azərbaycan üçün faciəli və eyni zamanda şərəfli olduğunu, sovet hərb maşınının Azərbaycan

xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləmişdir.

Kanada Federal Parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri

xanım Yasmin Ratansi çıxışında 20 yanvar hadisəsinin ağır faciə olduğunu və şəhidlərin Azərbaycanın

müstəqilliyi uğrunda öz canlarını qurban verdiyini bildirmişdir. Xanım Ratansi həmçinin 20 yanvar

hadisələrindən dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Sovet hökumətinə qarşı cəsarətli

çıxışını qeyd etmişdir. O, çıxışının sonunda hazırda Azərbaycanın müstəqil ölkə kimi regionda nümunəvi

dövlətə çevrildiyini xüsusi vurğulamışdır.

Daha sonra, Ontario Qanunvericilik Assambleyasının üzvü və Ontario İnvestisiya və Ticarət Məsləhət

Şurasının sədri Monte Kvinter çıxış edərək Azərbaycan xalqına qarşı həyata keçirilmiş 20 Yanvar qırğınını

pisləmişdir. O, həmin hadisələrin nə qədər faciəvi olmasına baxmayaraq, bunun müstəqil Azərbaycanın əsasının

qoyulmasında önəmli məqam olduğunu bildirmişdir.

Sonuncu çıxışçı qismində Ontario Qanunvericilik Assambleyasının üzvü, deputat Reza Moridi çıxış

edərək, 20 yanvar faciəsinin Azərbaycan xalqının yaşadığı yeganə hadisə olmadığını söylədi. O xüsusilə, o

vaxtkı Sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun 20 yanvar faciəsini törətməkdə təqsirkar olduğunu və onun

bu cinayətkar əməlinə görə bilavasitə məsuliyyətə cəlb edilməsinin vacib olduğunu söyləmişdir.

Çıxışlar başa çatdıqdan sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

AzərTAc

Page 230: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

230

Londonda 20 Yanvar faciəsini anma mərasimi keçirilmişdir

(21 yanvar, 2010-cu il)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirmişlər ki, Qara Yanvar faciəsinin 20-ci ildönümü

ilə bağlı səfirlik və “Azərbaycan Evi” mədəniyyət və dostluq mərkəzinin birgə təşkil etdiyi faciə qurbanlarının

xatirəsini anma mərasimi keçirilmişdir.

Mərasimdə Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri, jurnalistlər və

səfirliyin əməkdaşları iştirak etmişlər.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi açan “Azərbaycan Evi”nin idarə heyətinin sədri Əli Təkin Atalar 20 Yanvar faciəsi və onun

tarixi əhəmiyyəti ilə bağlı mülahizələrini söyləmişdir.

Daha sonra çıxış edən professor Qulamrza Səbri Təbrizi və Cənubi Qafqaz üzrə tanınmış britaniyalı

tədqiqatçı, faciənin şahidi olmuş professor Tamara Draqadze hadisələrin baş verdiyi şərait haqqında danışaraq,

bu günün tarixi əhəmiyyətini vurğulamış, onun Azərbaycanın milli istiqlalının təkrar əldə edilməsində

özünəməxsus önəm kəsb etdiyini diqqətə çatdırmışlar.

Mərasimdə çıxış edən səfir Fəxrəddin Qurbanov həmin günün xalqımız üçün hüznlü, eyni zamanda çox

şərəfli gün olduğunu qeyd etmişdir. O, xalqımıza qarşı törədilən faciənin heç zaman yaddan çıxmayacağını və

yerindən asılı olmayaraq faciənin ildönümündə bütün azərbaycanlıların bir araya gələrək bu günü xüsusi

ehtiramla yad etdiklərini və şəhidlərimizin xatirəsini daim əziz tutduqlarını diqqətə çatdırmışdır. Səfir bundan

sonra da faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılacağına əminliyini vurğulamışdır. O, bu

qanlı faciənin xalqımızın mübarizə əzmini qıra bilmədiyini, öz istiqlalını təkrar əldə edən Azərbaycanın bu gün

sürətlə inkişaf edərək beynəlxalq aləmdə layiqli yerini tutduğunu qeyd etmişdir.

Sonra 20 Yanvar hadisələrindən bəhs edən “Tarixin bir günü, bir günün tarixi” adlı videofilm nümayiş

etdirilmişdir.

Sonda tədbir iştirakçıları 20 Yanvar hadisələri və həmin hadisələrin tarixi əhəmiyyəti haqda fikir

mübadiləsi aparmışlar.

AzərTAc

Page 231: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

231

Litvanın nüfuzlu “Delfi” informasiya portalında “20 il əvvəl sovetlər Azərbaycanda

qətliam törədiblər” məqaləsi yerləşdirilmişdir

(21 yanvar, 2010-cu il)

Litvanın nüfuzlu “Delfi” informasiya portalında “20 il əvvəl sovetlər Azərbaycanda qətliam törədiblər”

adlı məqalə yerləşdirilmişdir.

Azərbaycanın Litvadakı səfirliyindən bildirmişlər ki, Litva Seyminin deputatı, Litva parlamentinin

Azərbaycan üzrə dostluq qrupunun sədri Egidiyus Vareykisin 20 Yanvar faciəsinə həsr olunmuş “İn memoriam:

Bakı faciəsi və bugünkü gün” adlı məqaləsi dərc də olunmuşdur.

AzərTAc

Page 232: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

232

Birləşmiş Ərəb Əmirliklərində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(21 yanvar, 2010-cu il)

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi tərəfindən 20 Yanvar

faciəsinin 20-ci ildönümü ilə əlaqədar Abu Dabi və Dubay şəhərlərində bu ölkədə daimi yaşayan, çalışan və

təhsil alan azərbaycanlılarla görüş keçirilmiş, şəhidlərimizin əziz xatirəsi yad olunmuşdur.

Görüşdə sovet qoşunlarının törətdiyi qanlı qırğından 20 il keçməsinə baxmayaraq, o müdhiş gecənin

dəhşətlərinin unudulmadığı, bu vəhşiliyin səbəbkarlarına daim dərin nifrətin olduğu, şəhidlərimizin əziz

xatirəsinin ehtiramla yad edildiyi vurğulanmışdır.

Səfirlik baş vermiş faciə ilə bağlı tarixi gerçəkliklərin bu ölkədə fəaliyyət göstərən nüfuzlu kütləvi

informasiya vasitələrində əks etdirilməsi məqsədi ilə Xarici İşlər Nazirliyinə məlumat da göndərmişdir.

Bundan əlavə, Dubaydakı Amerika Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən

universitetdə Qanlı Yanvar hadisələrini özündə əks etdirən fotostend təşkil edilmiş və müasir Azərbaycanın

azadlığı uğrunda canlarından keçmiş şəhidlərimiz, faciənin başvermə səbəbləri, mahiyyəti barədə təhsil alan

tələbələrə və müəllim heyətinə geniş məlumat verilmişdir.

İngilis dilində nəşr olunan “Gulf News” qəzetində keçmiş Sovet İttifaqının rəhbəri M.Qorbaçov tərəfindən

Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət barədə məqalə dərc edilmişdir.

Yanvarın 20-də səfirliyin üzərində dalğalanan üçrəngli bayrağımız müasir Azərbaycanın müstəqilliyi və

birliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq endirilmişdir.

AzərTAc

Page 233: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

233

İsraildə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

(21 yanvar, 2010-cu il)

İsrailin Akko şəhərində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) 20 Yanvar faciəsinin iyirminci

ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə əsasən

Azərbaycandan köçmüş yəhudi icmasının nümayəndələri, o cümlədən İsrailin müxtəlif şəhərlərindən gəlmiş

həmin qanlı hadisələrin canlı şahidləri iştirak etmişlər.

İştirakçılar Azİs-in nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin 20 Yanvar faciəsi ilə

bağlı hazırladığı sərgiyə baxmışlar. Sərgidə hadisə baş verən vaxt Bakıda yaşayan və Qara Yanvarın canlı şahid

olan Boris Dobinin yüzdən çox fotoşəkilləri də yer almışdır.

Azİs-in vitse-prezidenti, Akko şəhər bələdiyyəsinin deputatı Nexemiya Mixaeli çıxışında 1990-cı il

yanvarın 20-də Sovet ordusunun Bakıda Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan

insanları vəhşicəsinə qətlə yetirdiyi, yüzlərlə insanı isə yaraladığını, şəhərə ciddi və böyük ziyan vurduğunu

bildirmişdir.

Azİs prezidenti, Knessetin sabiq deputatı, yazıçı İosif Şaqal isə demişdir ki, Sovet ordusunun Azərbaycan

xalqına qarşı törətdiyi bu dəhşətli terror aktı, ölümün insanların öz evində, həyətində, avtobuslarda, iş yerində

yaxaladığı bu qətliam dünyada insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Buna görə də həmin hadisə hər

zaman sivilizasiya tarixinin qara səhifəsi olaraq qalacaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman isə bildirmişdir ki, SSRİ rəhbərliyinin

Bakıya qoşun yeritməsi Azərbaycan xalqının milli qürurunu silah gücünə sındırmaq məqsədi daşıyırdı. Amma

Qanlı Yanvar hadisələri suveren, demokratik dövlət qurmaq yolunda çalışan çoxmillətli Azərbaycan

ictimaiyyətini daha da qüvvətləndirdi, möhkəmləndirdi.

Azərbaycanın Dünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti Matvey Yelizarovun və AZAL

aviaşirkətinin İsraildəki nümayəndəliyinin rəhbəri İrmik Abayevin iştirak etdikləri mərasimdə Azərbaycan

dilində şeir yazan şair Anton Aqarunov, yazıçı-publisist Frida Yusifova da faciə ilə bağlı fikirlərini bölüşmüşlər.

AzərTAc

Page 234: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

234

Niderlandda 20 Yanvar faciəsi anılmışdır

(21 yanvar, 2010-cu il)

20 Yanvar qırğınının iyirminci ildönümü ilə bağlı Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi anma

mərasimi keçirmişdir.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dərnəyin sədri İlhan Aşkın faciə ilə bağlı

məlumat vermiş, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin müşaviri Elxan Ələsgərli faciə barədə həqiqətlərin

dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini qeyd etmişdir.

Sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx göstərilmişdir.

Mərasimdə Niderlandda yaşayan soydaşlarımız, Azərbaycan və Türkiyədən qonaqlar iştirak etmişlər.

AzərTAc

Page 235: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

235

20 Yanvar şəhidlərinin xatirəsi Los-Ancelesdə anılmışdır

(22 yanvar, 2010-cu il)

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda 20 Yanvar faciəsi qurbanlarının əbədi xatirəsi yad

edilmişdir.

Cənubi Kaliforniyada yaşayan azərbaycanlıların və digər icmaların nümayəndələrinin iştirak etdikləri

tədbirdə əvvəlcə “Azadlığa gedən yollar” sənədli filmi nümayiş etdirilmişdir.

Konsul Elman Abdullayev 20 Yanvarın Azərbaycan xalqı üçün həm faciə, həm də müstəqillik uğrunda

mübarizənin başlanğıc günü olduğunu vurğulamışdır. Azərbaycan xalqının müstəqilliyinin əbədi olduğu və bu

gün ölkəmizin Cənubi Qafqazın lider ölkəsinə çevrildiyi qeyd edilmişdir.

Kaliforniya Universitetinin müəllimi Altay Göyüşov Azərbaycan xalqının azadlıq uğrunda mübarizə

tarixinin mühüm məqamları barədə məlumat vermişdir. O, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın

işğalı barəsində həqiqətləri iştirakçıların diqqətinə çatdırmışdır.

Tədbirdə digər çıxış edənlər 20 Yanvarla əlaqədar acı xatirələrini bölüşmüş və faciə barədə fikirlərini

söyləmişlər.

AzərTAc

Page 236: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

236

Meksika Parlamentinin komissiya sədri Azərbaycan xalqına müraciət göndərmişdir

(22 yanvar, 2010-cu il)

Azərbaycanın Mexikodakı səfirliyindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, Meksika Konqresi

Deputatlar Palatasının xarici münasibətlər komissiyasının başçısı Porfirio Munyoz Ledo 20 Yanvar

hadisələrinin ildönümü ilə bağlı Azərbaycan xalqına müraciət göndərmişdir.

Munyoz Ledo Qanlı Yanvar şəhidlərinin xatirəsini anarkən Azərbaycan övladlarının doğma Vətəninin

müstəqilliyi uğrunda göstərdikləri qəhrəmanlıqları alqışladığını bildirmişdir.

O vurğulamışdır ki, hər iki ölkənin tarixində suveren ölkə olmaq istiqamətində yol çətin və mürəkkəb

olmuşdur. Lakin sonda, milli suverenlik, bərabərlik və sosial inkişafa can atan insanların arzuları qalib

gəlmişdir.

Meksika parlamentinin dostluq və həmrəylik mesajını qeyd edən Munyoz Ledo Azərbaycan xalqına və

hökumətinə salamlarını çatdırmışdır.

O, beynəlxalq hüququn hökm sürdüyü və bəşəriyyətin tərəqqisi naminə idarəçilik təsisatlarının

möhkəmlənəcəyi dünyanın yaradılması istiqamətində Azərbaycan və Meksika xalqları arasında dostluq

münasibətlərinin daha da inkişaf edəcəyinə ümid bəslədiyini ifadə etmişdir.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 237: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

237

The London Post. net internet portalında 20 Yanvar faciəsinin 20 illiyinə

həsr edilmiş məqalə dərc olunmuşdur

(25 yanvar, 2010-cu il)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirmişlər ki, Qanlı Yanvar faciəsinin 20-ci ildönümü

ilə əlaqədar TheLondonPost.net internet xəbər portalında “Azərbaycan 20 Yanvar qurbanlarını yad edir” adlı

məqalə dərc olunmuşdur.

Məqalədə faciə nəticəsində yüzlərlə silahsız mülki şəxsin, uşaq, qadın və ahılların qətlə yetirildiyi və

yaralandığı nəzərə çatdırılmış, Bakıya sovet hərbi birləşmələrinin yeridilməsinin əsas məqsədinin öz azadlığı və

müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqın mübarizə əzminin qırılması olduğu qeyd edilmişdir.

Müəllif bu faciənin sadəcə Azərbaycan deyil, bütövlükdə insanlıq tarixində törədilmiş ən ağır qırğınlardan

biri olduğunu vurğulayaraq, bunu bəşəriyyətə qarşı cinayət kimi xarakterizə etmişdir.

Məqalədə vurğulanmışdır ki, törədilmiş qətliama baxmayaraq, bu tarixdən bir il sonra, 1991-ci ildə

Azərbaycan müstəqilliyini yenidən bərpa etmişdir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın

uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün sürətlə inkişaf edərək dünya miqyasında öz layiqli

yerini tutmaqdadır.

AzərTAc

Page 238: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

238

İranda fəaliyyət göstərən Qafqaz Araşdırmalar İnstitutu 20 Yanvar

faciəsi ilə əlaqədar xüsusi buraxılış nəşr etmişdir

(25 yanvar, 2010-cu il)

Tehran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmalar İnstitutunun nəşri olan

“Qafqaz” jurnalının 20 Yanvar faciəsi ilə əlaqədar xüsusi buraxılışı hazırlanmışdır.

Qırx dörd səhifədən ibarət jurnalda 1990-cı il yanvarın 19-dan 20–nə keçən gecə sovet qoşunlarının

Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanlı hərbi cinayətlərin dəhşətlərindən bəhs olunur.

Jurnalda məqalələr fars və ingilis dillərində paralel verilmiş, qanlı hadisəyə aid tarixi fotoşəkillər

yerləşdirilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Xocalı şəhərində törədikləri

soyqırımına da geniş yer verilmişdir.

Xüsusi buraxılışda, həmçinin Ermənistanın 1988-ci ildən bəri Azərbaycana qarşı həyata keçirdiyi

işğalçılıq siyasətinin ağır nəticələri barədə geniş məlumatlar əksini tapmışdır. Qeyd olunmuşdur ki,

Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağdan başqa Azərbaycanın digər 7 rayonunu da işğal etmişdir.

Jurnalda Azərbaycan ərazilərinin işğal tarixi, hərbi təcavüz nəticəsində yaranan maddi zərər, tarixi abidələrin

məhv edilməsi barədə də materiallar vardır.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Page 239: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

239

Kaliforniya Universitetində “Azadlığa aparan yol və Qanlı Yanvar”

mövzusunda seminar keçirilmişdir

(26 yanvar, 2010-cu il)

Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundan verilən məlumata görə, yanvarın 26-

da Los-Ancelesin Kaliforniya Universitetində (UCLA) Yaxın Şərq Araşdırmaları Mərkəzinin dəstəyi ilə 1990-cı

ilin yanvar faciəsinə həsr olunmuş “Azadlığa aparan yol və Qanlı Yanvar” mövzusunda seminar təşkil

edilmişdir.

Seminarda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov məruzə ilə çıxış etmişdir.

Diplomat faciə ilə nəticələnən Qanlı Yanvar hadisələrinin tarixinə toxunmuş, o vaxtkı Kreml rəhbərliyinin

Azərbaycana qarşı sərt mövqeyini nəzərə çarpdırmışdır. 20 Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinin

təməlinin qoyulmasında mühüm rol oynadığını bildirən baş konsul, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana və

digər respublikalara qarşı tətbiq etdiyi zorakılıq siyasətinin sonda Moskvaya qarşı çevrildiyini və imperiyanın

süqutuna səbəb olduğunu vurğulamışdır.

Əliyalın və günahsız insanlara qarşı törədilmiş zorakılığın azərbaycanlıların yaddaşına əbədi həkk

olunduğunu bildirən konsul Azərbaycan xalqı üçün o qanlı günün həm kədər, həm də fəxarət günü olduğunu

diqqətə çatdırmışdır. Diplomat 20 Yanvar hadisələrindən sonrakı ağır məqamda Azərbaycana xalqımızın

ümummilli lideri Heydər Əliyevin dəstəyinin böyük rol oynadığını xüsusi qeyd etmişdir.

20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin başlanğıcı olduğu və

müstəqillik rəmzinə çevrildiyi baş konsul E.Süleymanovun ABŞ-ın nüfuzlu “Haffinqton Post” qəzetində dərc

edilmiş “Azadlığın qiyməti: 1990-cı ilin 20 yanvarını xatırlayarkən” məqaləsində də geniş işıqlandırılmışdır.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Los-Anceles

Page 240: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

240

Küveytdə “Azərbaycanda qanlı 20 Yanvar faciəsi” adlı jurnal nəşr edilmişdir

(13 yanvar 2011-ci il)

Azərbaycanın Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycanda

qanlı 20 Yanvar faciəsi” adlı jurnal nəşr edilmiş, həmin hadisələrə həsr

olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanmışdır.

Jurnalda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet

qoşunlarının Azərbaycana daxil olaraq, zirehli hərbi texnika və silah tətbiq

etməklə mülki əhaliyə divan tutması fotoşəkillər vasitəsilə oxuculara təqdim

olunmuşdur.

Bu nəşrdə ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü

Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqımıza qarşı

törədilmiş vəhşiliyə qarşı etirazını bütün dünyaya bəyan etməsi xüsusi vurğulanır. Bildirilir ki, məhz ulu öndər

Heydər Əliyevin iradəsi nəticəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilmiş və bu faciəni törədənlərin adları

dünya ictimaiyyətinə açıqlanmışdır.

“Azərbaycanda qanlı 20 Yanvar faciəsi” jurnalı və DVD formatında sənədli film Küveyt Dövlətinin rəsmi

qurumlarına, İslam Mərkəzinə, ölkənin nüfuzlu ali təhsil ocaqlarına, elmi mərkəzlərinə və kitabxanalarına,

mətbuat orqanlarına və televiziya kanallarına göndərilmişdir.

Bakı, 13 yanvar 2011-ci il

AzərTAc.

Page 241: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

241

“20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmişdir

(17 yanvar 2011-ci il)

Gənc Vətənpərvərlər Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “20

Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda

mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, 1990-cı il

yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş

SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz

qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda

misli görünməmiş faciəyə gətirib çıxarmışdır. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20

Yanvar faciəsi, Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar

siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini,

məğrurluğunu bir daha nümayiş etdirmişdir.

Bu qanlı hadisələrə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli

liderimiz Heydər Əliyevin misilsiz xidmətləri xatırladılmışdır.

Tədbirin sonunda iştirakçılar Şəhidlər xiyabanını ziyarət etmiş, 20 Yanvar şəhidlərinin məzarları önünə

gül dəstələri düzmüşlər.

Bakı, 17 yanvar 2011-ci il

AzərTAc.

Page 242: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

242

“20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı tədbir keçirilib

(17 yanvar 2011)

Azərbaycan Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan 20 Yanvar Fondu,

Azərbaycan Gəncliyə Yardım Fondu və Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma

Dərnəyi”nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı

tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimin

Azərbaycanda şəhid və məcburi köçkün ailələrinə böyük diqqətin göstərildiyini deyib.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev bildirib ki, 20

Yanvarla bağlı tədbirlərin keçirilməsi dövlətin daim diqqət mərkəzindədir və bundan sonra da bu diqqət davam

edəcək. R. Mirzəyev 20 Yanvar hadisələrinin Azərbaycanın qəhrəmanlıq səhifəsi kimi xatırlanmasını da vacib

sayıb.

Türkiyə Azərbaycandakı səfirliyinin müşaviri İsmayıl Çalışqanlı isə bildirib ki, “20 Yanvar” hadisələri

Azərbaycanın müstəqilliyinə yol açıb: “Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub.

Azərbaycan Türkiyənin hər zaman onun yanında olduğunu bilməlidir”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycanın oğul və qızları 21 il

əvvəl tariximiz üçün həyatlarını qurban veriblər. İ. Babayev bu hadisəni azərbaycanlılara qarşı törədilən

soyqırımı siyasətinin bir hissəsi saydığını deyib.

Deputat Etibar Hüseynov isə “20 Yanvar” hadisəsinin, onun qurbanlarının adından bəzən müxtəlif

məqsədlər üçün istifadə edilməsinin yolverilməz olduğunu deyib: “İlhamla Fərizənin toy gününü – iyunun 30-

nu “Sevgililər Günü” elan ediblər. Ancaq İlhamla Fərizəni sevgili kimi təqdim edərək onların qəhrəmanlığını

aşağılamaq düzgün deyil. Onlar qəhrəmanlıq simvoludur. Məncə, 30 iyun da “Sevgililər Günü” deyil, “Sədaqət

andı” günü kimi qeyd edilməlidir. Qoy, 30 iyunda cavanlar daha çox qol-boyun olaraq, yeyib-içməsinlər,

onların məzarı üstündə andı içsinlər”.

İlhamə İsabalayeva

APA

Page 243: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

243

20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur

(19 yanvar 2011)

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Ombudsman

Aparatında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar toplantı keçirmişdir.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müvəkkil çıxışında sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən,

insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi kimi daxil olmuş o

qanlı gecədən 21 il keçdiyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, XX əsrdə törədilmiş ən qanlı terror

aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bütün bəşəriyyətə, insanlığa

qarşı həyata keçirilmiş müdhiş bir əməldir. Zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən

olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik

zirvəsi kimi tariximizə həm də qürur günü kimi yazılmışdır.

Ombudsman bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin

göstərişi ilə tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı

və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgələrinə yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və

misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdur. Öz torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxmış

yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar atəşə tuş gəlmiş, qətlə yetirilmiş, yaralanmış,

itkin düşmüş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir. İnsanlıq simasını

itirmiş hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün onların cəsədlərini belə məhv etmişlər.

Qeyd olunmuşdur ki, həmin faciəyə siyasi-hüquqi qiyməti ilk olaraq ümummilli lider Heydər Əliyev

vermişdir. O, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş, kəskin bəyanatla çıxış edərək, Bakıda

törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırmış, baş verənlərə siyasi qiymət verilməsini,

günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etmişdir.

Toplantıda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar insan hüquqları üzrə müvəkkilinin BMT-nin

baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa

Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh

Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici

ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanladığı bəyanatı

səsləndirilmişdir.

AzərTAc.

Page 244: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

244

Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır

(19 yanvar 2011)

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində 20 Yanvar şəhidlərinin

xatirəsini anma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə iştirakçılara 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş

vəhşiliklərin səbəbi və səbəbkarları barədə ətraflı məlumat vermişdir. Ş.Mehdizadə demişdir ki, həmişə olduğu

kimi, 1990-cı ilin qanlı yanvar günlərində də ümummilli lider Heydər Əliyev öz həyatını təhlükə qarşısında

qoyaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmış, bununla da xalqımızı daha böyük bəlalardan xilas

etmişdir.

Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri

Hüseyn Yusifov, Gənclərə yardım və maarifləndirmə Dərnəyinin başçısı Musa Hacıyev, Azərbaycanlıların

Marneulidəki Mədəniyyət Mərkəzinin əməkdaşı Nərgiz Əliyeva və başqaları tarixi faktlar əsasında sovet

imperiyasının 1990-cı ilin yanvarında xain ermənilərin fitvası ilə xalqımızın başına gətirdiyi faciələri geniş şərh

etmişlər.

Çıxışlarda o da vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı

xalqımıza qarşı yönəldilmiş çoxlu sayda müsibətlərin qarşısını almış, ölkəmizi böyük təhlükələrdən xilas

etmişdir. Bildirilmişdir ki, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü

siyasət Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir.

İslam Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Page 245: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

245

İndoneziyanın PoliMedia Universitetində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılmışdır

(19 yanvar 2011)

Azərbaycanın İndoneziya və eyni zamanda Filippindəki səfiri İbrahim

Hacıyev İndoneziyanın PoliMedia Universitetində “20 Yanvar – müstəqillik

uğrunda mübarizənin qələbəsi” mövzusunda çıxış etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın müstəqilliyinin

bərpasında ümumxalq qəhrəmanlığının müstəsna rolundan danışan səfir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının yeni

qəhrəmanlıq salnaməsini yazdığını diqqətə çatdırmışdır. Diplomat azadlıq

hərəkatının qarşısını almaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya

yeridilmiş ordunun 130 nəfər dinc sakini qətlə yetirdiyini, 700 nəfəri yaraladığını, minlərlə insanın itkin

düşdüyünü, lakin Azərbaycan xalqının iradəsini və əzmini qıra bilmədiyini qeyd etmişdir.

Səfir sovet hərbi təcavüzü nəticəsində törədilmiş faciənin beynəlxalq birliyə çatdırılmasında ümummilli

lider Heydər Əliyevin rolunu vurğulamışdır.

İ.Hacıyev Ermənistanın ölkəmizə hərbi təcavüzünə toxunaraq Azərbaycanın Dağlıq Qarabağ və yeddi

ətraf rayonunun müvəqqəti olaraq erməni işğalı altında olduğunu, nəticədə bir milyondan artıq azərbaycanlının

doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırmışdır.

Səfir Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə İndoneziya hökumətinə

və xalqına minnətdarlığını bildirmişdir.

İ.Hacıyev son illərdə Azərbaycanın inkişafının, regionda aparıcı dövlətə, dünya enerji təhlükəsizliyini

təmin edən ölkələrdən birinə çevrilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu

vurğulamışdır.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən foto-slaydlar nümayiş etdirilmişdir.

Səfirliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın tarixi, mədəniyyəti,

incəsənəti və turizm potensialı barədə hazırladığı kitablar təhsil ocağının rəhbərliyinə və kitabxanasına hədiyyə

edilmişdir.

AzərTAc

Page 246: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

246

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində Qanlı Yanvar

faciəsi qurbanlarının xatirəsi anılmışdır

(19 yanvar 2011)

Yanvarın 19-da Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində Qanlı Yanvar faciəsinin 21-

ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla

yad edilmişdir.

Səfir Tofiq Abdullayev 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda

törətdiyi cinayətlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən

gecə sovet imperiyasının xüsusi təyinatlı qoşunları Bakıya soxularaq günahsız insanları – qocaları, qadınları,

uşaqları vəhşicəsinə qətlə yetirmiş və əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etmişdir.

Faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə

gələrək ilk dəfə bu qanlı hadisələrin günahkarlarının adlarını açıq şəkildə bəyan etdiyini xatırladan diplomat

vurğulamışdır ki, ölkəmizdə 20 Yanvar şəhidlərinin ailələrinə daim diqqət və qayğı göstərilir.

Digər çıxış edənlər də Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığını və Azərbaycanın

müstəqilliyi, dövlətçiliyimizin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin misilsiz

qəhrəmanlıqlarının vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğunu vurğulamışlar.

Səfirlikdə Qanlı Yanvar faciəsini əks etdirən materiallardan ibarət xüsusi guşə də yaradılmışdır.

AzərTAc

Page 247: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

247

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə də anılmışdır

(19 yanvar 2011)

Yanvarın 19-da Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində 20 Yanvar faciəsi

qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

Mərasimdə deputatlar, Mərakeş-Azərbaycan Dostluq Qrupunun üzvləri, Rabatda akkreditə olunmuş

diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasim Azərbaycanın dövlət himni ilə açılmış və Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş

şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir S.Ağabəyov çıxış edərək, Azərbaycan xalqının azadlıq mübarizəsi, müstəqillik yolunda qarşılaşdığı

çətinliklərdən, sovet ordusu tərəfindən törədilmiş bu qanlı qırğının mahiyyətindən və ümummilli liderimiz

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməsindən

danışmışdır.

20 Yanvar faciəsini əks etdirən fotoşəkillər və videomaterial nümayiş etdirilmişdir.

Ümumxalq hüzn günü münasibətilə Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə,

Mərakeşdə akkreditə olunmuş diplomatik korpus və təşkilatlara səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar

hadisələri ilə bağlı məlumatı ehtiva edən mətbuat məlumatı göndərilmişdir.

AzərTAc

Page 248: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

248

Astanada 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir

(19 yanvar 2011)

Azərbaycanın Qazaxıstandakı səfirliyi ölkənin Milli Arxivində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə

əlaqədar anma mərasimi keçirmişdir.

Tədbirdə paytaxtdakı Azərbaycan diasporunun üzvləri, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət

Assosiasiyasının nümayəndələri, səfirliyin əməkdaşları, jurnalistlər iştirak etmişlər.

Əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri giriş sözü ilə arxivin direktoru Rıstı Sariyeva açmış, ölkələrimiz arasındakı dostluq və qardaşlıq

münasibətlərindən danışmış, Almatıdakı 1986-cı il dekabr hadisələrini yada salmış, məhz bu kimi faciələrin

keçmiş SSRİ-nin dağılmasına təkan verdiyini qeyd etmişdir.

Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov 20 Yanvar hadisələri haqqında mərasim iştirakçılarına

geniş məlumat vermiş, həmin gecə zəhərli güllələrdən istifadə olunduğunu diqqətə çatdırmışdır. Səfirin

sözlərinə görə, beynəlxalq Konvensiyalarla qadağan edilən belə güllələrdən istifadə 100 faiz ölüm deməkdir.

Z.Həşimov 20 Yanvar faciələrinə qədər Almatıda, Tbilisidə, Vilnüsdə, Kişinyovda belə hadisələrin

törədildiyini bildirmiş, miqyasına görə 20 Yanvarın keçmiş SSRİ-nin tarixinə yazılmış ən böyük qanlı faciə

olduğunu qeyd etmişdir.

Səfirin sözlərinə görə, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev faciə haqqında məlumat alan

kimi Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş, Mixail Qorbaçov başda olmaqla, keçmiş SSRİ-nin

rəhbərlərini ittiham etmişdir.

Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyasının sədri Asxat Şakirov, Astanadakı

Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının (AMMA) rəhbəri Vidadi Salahov, 1986-cı il dekabr

hərəkatının (Nağız Jeltoksan) başçısı olmuş Askar Saqnaev və başqaları Qanlı Yanvar hadisəsini törədənləri

ittiham etmişlər.

Mərasim iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı məlumatlar toplusu, həmçinin AMMA-nın orqanı olan

“Turan Times” qəzetinin faciə haqqında buraxdığı xüsusi nömrəsi paylanmışdır.

Sonra 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Astana

Page 249: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

249

20 Yanvar şəhidlərinin xatirəsi Tbilisidə yad edilmişdir

(19 yanvar 2011)

Azərbaycanlıların Tbilisidəki “Varlıq” mədəniyyət mərkəzində 20 Yanvar şəhidlərinin anım mərasimi

keçirilmişdir.

Mərasimi Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova, Azərbaycanın Gürcüstandakı

səfirliyinin əməkdaşları, iş adamları, ictimaiyyətin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin

Tbilisidəki büstü önünə əklillər və gül-çiçək dəstələri düzmüşlər.

Tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə açmışdır. Milli

Məclisin üzvü Elmira Axundova mərasimin iştirakçılarına Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda dinc

aksiyalara başlamış əhaliyə qarşı törədilmiş vəhşiliklərdən ətraflı söhbət açmışdır. E.Axundova demişdir ki,

imperiyanın cəhdinə, düşmənlərimizin ona hiyləgərcəsinə dəstək verməsinə baxmayaraq, milli-azadlıq

hərəkatını boğmaq mümkün olmadı. Bakıda dinc əhaliyə qarşı ordu və hərbi texnika yeridilərək çoxlu sayda

insan tələfatına, nahaq qan tökülməsinə səbəb olmuş bu faciə xalqı qorxutmadı, əksinə birlik yarandı, ölkə əsrin

əvvəlində itirdiyi müstəqilliyini bərpa etdi. Dünyanın bu haqsızlığa qarşı etirazını bildirməyib susduğu bir

zamanda ulu öndər Heydər Əliyev öz həyatının təhlükə qarşısında olmasına baxmayaraq, Moskvada

Azərbaycan nümayəndəliyinə gedib Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırdı, sovet imperiyasının

vəhşiliyini ciddi tənqid etdi. Bu, azadlıq uğrunda meydanlara çıxmış əhaliyə ruh verdi, əməkdaşlığı, birliyi

yüksəltdi. Xalq şəhidlərinin qanı bahasına əldə olunmuş müstəqilliyin keşiyində sayıq dayandı.

Ümummilli liderimiz yenidən hakimiyyətə qayıdışı müstəqilliyimizi əbədi, əzəli etməklə yanaşı, ölkəmizi

dağılıb-parçalamaqdan xilas etdi, yalnız Azərbaycanda deyil, bütün bölgədə sabitliyin bərpasının əsası qoyuldu.

Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi cəsarəti sayəsində əsrin qlobal layihələri gerçəkləşdi və bu

gün onun həm siyasi, həm də iqtisadi sahədə böyük səmərəsi özünü göstərməkdədir. Xain ermənilərin

qəsbkarlıq siyasətinə aldanıb azərbaycanlıların milli-azadlıq hərəkatını bağlamaq istəyən Rusiya imperiyasının

özü boğuldu. Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Azərbaycan Prezidenti İlham Əliyevin

rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzu artır, iqtisadi qüdrəti yüksəlir.

Mərasimdə “Varlıq” mədəniyyət mərkəzinin rəhbəri şair Rafiq Hümbət, tarix elmləri doktoru Quram

Marxulia, SOKAR-ın Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Arif Əliyev, Heydər Əliyev adına Tbilisi

Azərbaycan Dövlət Dram Teatrı direktorunun müavini Namiq Hacıyev və başqaları çıxış etmiş, Azərbaycanın

azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsinin Gürcüstanda da əziz

tutulduğunu və sabiq sovet rəhbərliyinin Bakı faciəsinə görə beynəlxalq məhkəmələr qarşısında dayanmaları

üçün bütün qüvvələri birləşdirməyə çağırmışlar.

Sonra faciədən bəhs edən film nümayiş etdirilmiş, kitablar və foto-şəkillərin sərgisi təşkil olunmuşdur.

İslam Əliyev

Page 250: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

250

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

AzərTAc

Page 251: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

251

Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(19 yanvar 2011)

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət

Mərkəzində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir.

Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, diasporumuzun üzvləri, qardaş özbək

xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.

Müvəqqəti işlər vəkili Akif Əliyev 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat

vermiş, sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən danışmışdır. Bildirmişdir

ki, 20 Yanvar Azərbaycanın tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılmışdır. O müdhiş və qanlı gecə

xalqımızın mərd oğul və qızları sübut etdilər ki, heç bir imperiya qoşunu xalqın mübariz ruhunu sındıra bilməz.

A.Əliyev demişdir: “20 Yanvar faciəsindən dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın

Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu cinayətlərə görə keçmiş SSRİ-nin

rəhbərlərini ittiham etmiş, faciənin məsuliyyətini bilavasitə Mixail Qorbaçovun üzərinə qoymuşdur”.

Şair İxtiyar Rza, Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov və başqaları

bildirmişlər ki, 20 Yanvar faciəsi zamanı xalqımız böyük itkiyə məruz qalsa da, əyilmədi və təcavüzkarın

gözünə dik baxdı. Təəssüf ki, şəhidlərimiz müstəqilliyimizi görə bilmədilər.

Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmiş, iştirakçılara faciə haqqında məlumatlar

toplusu paylanmışdır.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Page 252: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

252

Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişdir

(20 yanvar 2011)

Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin 21-ci ildönümi ilə əlaqədar anma tədbirləri

çərçivəsində “Atatürk Orman Çiftliyi”nin sərgi salonunda mərasim təşkil etmişdir.

Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və onların xanımları, diaspor

nümayəndələri, elm və incəsənət xadimləri, Türkiyənin yüksək vəzifəli şəxslərinin xanımları, çox sayda KİV

nümayəndəsi mərasimdə iştirak etmişlər.

Azərbaycanın Türkiyədəki səfirinin xanımı Lalə Bağırova mərasimi açaraq demişdir ki, XXI əsrin

astanasında yaşananan bu faciə heç vaxt unudulmayacaqdır. Bu günü o faciəli gecədə şəhid olanların ruhuna

Bakı meydanlarında yerə sərilmiş qərənfillərin dili ilə sizlərə çatdırırıq. Qoy bir daha belə faciə yaşanmasın,

gənclər həlak olmasın, analar ağlamasın.

Qazi Universitetinin professoru Rahilə Şükürova çıxışında demişdir ki, bu qətliamı törədənlər öz çirkin

əməllərini gecə həyata keçirmişlər. Onlar zənn etmişdilər ki, gecənin qaranlığı bu çirkinliyi örtəcəkdir. Lakin,

Azərbaycan xalqının azadlıq mübarizəsi bütün bunları açmaqla yaddaşlara həkk etmişdir. Biz bu olanları heç

vaxt unutmayacağıq və Azərbaycan xalqının müstəqillik uğrunda verdiyi qurbanları, yaşadığı faciələri bütün

dünyanın diqqətinə çatdıracağıq.

Sonra Ankara Balet Məktəbinin rəqs qrupunun tələbələri “Eşq və insanlığın öldüyü gecə” adlı xoreoqrafik

səhnə nümayiş etdirmişlər. Ankara Dövlət Operasının solistləri Tərlan Qəzənfəroğlu (skripka) və Natalya

Qrudnyankovanın (piano) ifa etdikləri həzin musiqi sədaları altında tədbir iştirakçıları 20 Yanvar faciəsini əks

etdirən sərgi və faciəni qərənfillərin dili ilə anladan sənət əsərləri ilə tanış olmuşlar.

Türkiyənin nüfuslu “Haber Türk” qəzetinini 19 yanvar tarixli sayında 20 Yanvar faciəsi ilə bağlı məqalə

də dərc olunmuşdur.

Qanlar Yanvar faciəsi ilə bağlı anma tədbirləri çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyi ilə

Türkiyənin nüfuzlu düşüncə quruluşlarından biri olan Türkiyə Stratejik Araşdırmalar Mərkəzi birgə konfrans da

təşkil edəcəklər.

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri,

Ankara

Page 253: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

253

Türkiyədəki “Hürriyət” qəzeti 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc etmişdir

(20 yanvar 2011)

Nüfuzlu “Hürriyət” qəzetinin ingiliscə nəşr olunan sayında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat

katibi Elsevər Salmanovun “Sovetlərin son zülmü: 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qətliam” başlıqlı

məqaləsi dərc edilmişdir.

Son 150 ildə ermənilərin və havadarlarının güclü və dünyada nüfuzu olan Azərbaycan dövlətinin təşəkkül

tapmasına qarşı təxribatlarını qabardan müəllif Sovet İttifaqıının dağılması ərəfəsində bu meyillərin daha da

gücləndiyini qeyd edir. Göstərir ki, ümummilli lider Heydər Əliyevin həmin dövrdə SSRİ rəhbərliyindən

istefaya məcbur edilməsi ermənilər üçün bir fürsət oldu və onlar bu vakuumdan istifadə edərək Azərbaycana

qarşı ərazi iddiaları irəli sürdülər.

Məqalədə qeyd olunur ki, bütün bu prosesləri yaxından izləyən xalqımız öz haqq səsini ucaltmaq üçün

“Azadlıq” meydanına toplaşdı O zamankı Sovet rəhbərliyinin göstərişi ilə bu dinc insanlara qarşı vəhşi və

amansız əməliyyat planı hazırlandı. Bakıya soxulan qoşun dəstələri silahsız insanlara atəş açdı, 134 insan

ödürüldü, 600-ü yaralandı, 800-dən çox şəhər sakini həbs olundu. O dövrdəki Azərbaycan rəhbərliyi bu qanlı

faciəyə siyasi və hüqüqi qiymət verilməsi məsələsində qətiyyət göstərə bilmədi. Yalnız ulu öndər Heydər Əliyev

hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi bu vəhşi

qətliamın günahkarlarının adlarını açıqlayan qərar qəbul etdi.

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri,

Ankara

Page 254: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

254

20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə

tarixində mühüm mərhələdir

(20 yanvar 2011)

Pekində Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi və onun nəzdində fəaliyyət

göstərən “Şuşa” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda

mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə

tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə səfirliyin əməkdaşları və ailə üzvləri, Çində fəaliyyət

göstərən azərbaycanlı iş adamları və Pekində təhsil alan azərbaycanlı və xarici tələbələr, Çində akkreditə

olunmuş xarici ölkələrin diplomatik missiyalarının təmsilçiləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak

etmişlər.

Səfirliyin müşaviri Bayram Həsənov mərasimdə çıxış edərək ölkəmizə qarşı ərazi iddiaları irəli sürən

Ermənistanın təcavüzkar siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığı, xalqımıza qarşı törədilən

faciə haqqında geniş məlumat vermiş, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində ümummilli

liderimiz Heydər Əliyevin əvəzsiz rolundan ətraflı danışmışdır.

Diplomat qeyd etmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının

iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları

Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş film nümayiş etdirilmişdir. Tədbir zamanı faciədən bəhs

edən fotosərgi nümayiş olunmuşdur.

Həmçinin, səfirlik tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə aid mətbuat bülleteni Çində akkreditə

olunmuş diplomatik nümayəndəliklərə, ölkənin dövlət orqanları və araşdırma institutlarına (Çin Beynəlxalq

Problemlər İnstitutu, Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya, Şərqi Avropa və Orta Asiya

Araşdırma İnstitutu və Çin Sosial Elmlər Akademiyası), yerli və xarici mətbuat orqanlarına göndərilmişdir.

AzərTAc

Page 255: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

255

20 Yanvar faciəsinin ildönümü Küveytdə qeyd olunmuşdur

(20 yanvar 2011)

Yanvarın 20-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində 1990-cı ilin qanlı Yanvar

faciəsinin qurbanlarının xatirəsi yad edilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirə Küveytdə yaşayan, işləyən həmvətənlərimiz, həmçinin

ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət

olunmuşlar.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Tural Rzayev açaraq, 21 il

bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş

açdığını, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdiklərini bildirmiş, həmin hərbi

əməliyyatın böyük qəddarlıqla icra olunmasına baxmayaraq, bu təcavüzün Azərbaycan xalqının azadlıq

hərəkatını və iradəsini qıra bilmədiyini xüsusi vurğulamışdır. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən

dərhal sonra Moskva şəhərindəki Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq

şəkildə bütün dünyaya bəyan etməsini xüsusilə qeyd edən səfir, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin də

məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə verildiyini söyləmişdir.

Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 Yanvar fotosərgisi ilə tanış olmuş, qanlı faciə barədə

çəkilən sənədli filmə baxmışlar.

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Əl-hədəf əl-ticariyyə” mətbəəsində ərəb

dilində çap olunan “20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi” adlı jurnal və ərəb dilində 20 Yanvar

faciəsinə həsr olunan sənədli filmin DVD-si tədbir iştirakçılarına təqdim olunmuşdur.

“20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi” jurnalı və disk şəklində sənədli film Küveytin rəsmi

qurumlarına, nüfuzlu ictimai təşkilatlarına, kitabxanalarına və kütləvi informasiya vasitələrinə göndərilmişdir.

AzərTAc

Page 256: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

256

Rumıniyada 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

(20 yanvar 2011)

Yanvarın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi tərəfindən qanlı Yanvar faciəsinin

21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin

əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-

Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının

üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, insan hüquqları üzrə və müxtəlif

digər sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının əməkdaşları və KİV nümayəndələri iştirak

etmişlər.

Tədbirdən əvvəl iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra 20 Yanvar

şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il yanvarın 20-də

SSRİ rəhbərliyinin, sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi

və qəddar aksiya barədə ətraflı söhbət açmış, öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc

və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının

vəhşicəsinə güllələndiyini diqqətə çatdırmışdır. Bu faciə zamanı 130-dan çox insanın qətlə yetirildiyini və 700-

dən artıq insanın müxtəlif dərəcəli yaralar aldığını qeyd etmişdir. Səfir həmin hadisələrə Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi qiymət verildiyini bildirmişdir.

Eldar Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də

Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, sovet dövlətinin rəhbərliyinə qarşı açıq

etiraz etdiyini vurğulamışdır.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri

xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağını

diqqətə çatdırmışlar.

Sonra anma mərasimi iştirakçıları “Qanlı Yanvara aparan yol” sənədli filminə baxmışlar.

Səfirlik tərəfindən 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz

Rumıniyadakı bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, Rumıniyanın nazirlik və digər dövlət

strukturları və qeyri-hökumət təşkilatları arasında yayılmışdır. Rumıniya KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı

məqalələr dərc etdirilmişdir.

AzərTAc

Page 257: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

257

20 yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı Azərbaycanın

Serbiya Respublikasındakı səfirliyində tədbir keçirilmişdir

(20 yanvar 2011)

Qanlı Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya

Respublikasındakı səfirliyi anma mərasimi keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və

Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və

təhsil alan azərbaycanlı tələbələr, kütləvi informasiya vasitələrinin, Belqrad şəhərinin müsəlman icmasının

nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində iştirakçılar faciəni əks etdirən fotoguşə ilə tanış olmuş, şəhidlərin ruhu bir dəqiqəlik

sükutla yad edilmişdir.

Çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq milli

azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin

olduqlarını diqqətə çatdırmışlar. Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və o zamankı rejimin, sovet

silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi, öz qəddarlığı ilə seçilən təcavüzdən, konstitusiya

hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan

silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən söhbət açılmışdır.

Bildirilmişdir ki, faciə zamanı 130-dan artıq insan qətlə yetirilmiş, 600-dən artıq insan müxtəlif dərəcəli bədən

xəsarətləri almışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın

Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulanmış, həmin

hadisələrə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılmışdır.

Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxmışlar.

Səfirlik tərəfindən hazırlanmış, 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən mətbuat

üçün açıqlaması xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri,

Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılmışdır.

AzərTAc

Page 258: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

258

Həştərxanda 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi

(20 yanvar 2011)

Rusiya Federasiyasının Həştərxan şəhərində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycan

xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önündə anma mərasimi keçirilmişdir.

Mərasimdə soydaşlarımız, aparıcı diaspor təşkilatlarının rəhbərləri və fəalları, ali təhsil ocaqlarında

oxuyan azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin

əməkdaşları iştirak etmişlər.

Xalqımızın azadlığı uğrunda həyatlarını qurban vermiş qəhrəman oğul və qızlarımızın xatirəsi bir

dəqiqəlik sükutla yad edildikdən sonra mərasim iştirakçılarına 20 Yanvar hadisələrinin başvermə səbəbləri,

xalqımıza qarşı törədilmiş bu qanlı faciə haqqında geniş məlumat verilmiş, həmin günün Azərbaycanın

müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulanmışdır.

Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar qırğınından dərhal sonra

Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu cinayəti törədən sovet imperiyasının, Kommunist

Partiyasının rəhbərliyini ittiham etməsinin tarixi əhəmiyyətindən bəhs etmişlər. Vurğulanmışdır ki, xalqımıza

qarşı törədilən bu cinayətin əsl qiyməti də məhz sonralar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik

etdiyi dövrdə verilmişdir.

Sonda mərasim iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirərək abidənin

önünə əklillər, gül dəstələri qoymuşlar.

AzərTAc

Page 259: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

259

20 Yanvar şəhidlərinin xatirəsi Türkmənistanda da anılmışdır

(20 yanvar 2011)

Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi

keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, anma mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş

insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Səfir Vəhdət Sultanzadə 21 il əvvəl sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə

Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında

geniş məlumat vermişdir. Vurğulamışdır ki, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin

Moskvada Azərbaycan nümayəndəliyinə gələrək hadisəni törədən cinayətkarların adlarını açıqlamış, onların

cəzalandırılmasını tələb etmişdir.

Natiq Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün

müvafiq təqaüdlərin ayrılmasından, onlara xüsusi qayğı və diqqət göstərməsindən söhbət açmış, 20 Yanvar

faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd etmişdir.

Diplomat ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan

xalqının üzləşdiyi digər qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini yada salmışdır.

Bildirmişdir ki, hazırda Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti

İ.Əliyev tərəfindən bu istiqamətdə fəaliyyət davam etdirilir. Xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan

Hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materiallar hazırlanmışdır. Protokol qaydalarına

uyğun olaraq, Azərbaycana gələn xarici nümayəndə heyətlərinin Şəhidlər xiyabanını ziyarət etmələri Qanlı

Yanvar faciəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi məqsədi ilə ölkə rəhbərliyi tərəfindən atılan

mühüm addımlardan biridir.

Çıxış edən digər natiqlər 1990-cı ilin 20 yanvarında sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş

faciənin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu, bu hadisənin dünya ictimaiyyəti

tərəfindən ürək ağrısı ilə qarşılandığını qeyd etmiş, Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin

xatirəsinin hər zaman uca tutulacağını vurğulamışlar.

Sonra anma mərasiminin iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlərə baxmışlar.

Mərasim iştirakçıları səfirliyin zalında faciəni əks etdirən materiallardan ibarət xüsusi guşəyə baxmış,

onlara səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsi ilə bağlı xüsusi fotoalbom, Ermənistan-Azərbaycan

Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Bəşəriyyət əleyhinə cinayət” (türkmən dilində) kitabı, habelə

xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən

hazırlanmış materiallar paylanmışdır. Bununla yanaşı, səfirlik tərəfindən 20 Yanvar faciəsinə dair mətbuat üçün

açıqlama hazırlanaraq Türkmənistanın Xarici İşlər Nazirliyinə, habelə bu ölkədə akkreditə olunmuş diplomatik

missiyalara göndərilmiş, sənəd səfirliyin veb səhifəsində yerləşdirilmişdir.

Page 260: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

260

AzərTAc

Page 261: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

261

Pakistanın Preston Universitetində 20 Yanvar faciəsi qurbanlarının

xatirəsini anma mərasimi keçirilmişdir

(20 yanvar 2011)

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 21-ci

ildönümü ilə əlaqədar bu ölkənin Preston Universitetində anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Preston Universitetinin, Müasir Dillər Universitetinin,

Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatlar, ölkənin

tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik

sükutla yad edildikdən sonra müvəqqəti işlər vəkili Daşqın Şikarov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə

sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış

dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışmışdır.

D.Şikarov bildirmişdir ki, həmin gecə sovet qoşunları əliyalın insanlara, o cümlədən uşaqlara, qocalara və

qadınlara qarşı qəddarlıq göstərmiş, günahsız qanlar tökmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də

özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut

etdi.

20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli

niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, ürəyi hər zaman Azərbaycanla

döyünən ümummilli lider Heydər Əliyev təzyiq və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək ermənipərəst sovet rəhbərliyinin əsl niyyətini bütün dünyaya bəyan etmiş,

günahkarların dərhal cəzalandırılmasını tələb etmişdir.

Tədbirdə Preston Universitetinin rektoru Abdul Basit, Milli Müasir Dillər Universitetinin professoru

Zülfüqar Qureyşi, tanınmış jurnalistlərdən Tahir Faruq və Amir Bhatti də çıxışlarında SSRİ rəhbərliyinin 20

Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola

bilmədiyini vurğulamış, faciədən az sonra müstəqilliyini əldə edən Azərbaycanın sürətlə inkişaf etdiyini, bunu

ölkəyə səfər edən hər kəsin aşkar şəkildə gördüyünü diqqətə çatdırmışlar.

20 Yanvar faciəsi ilə bağlı Pakistanın nüfuzlu ingilisdilli qəzeti sayılan “The News”-in 20 yanvar tarixli

nömrəsində Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili D.Şikarovun məqaləsi

dərc olunmuşdur. Məqalədə xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin mahiyyəti ətraflı izah olunmuş,

hadisənin Azərbaycan tarixində dönüş nöqtəsi olduğu və müstəqillik tələblərini sürətləndirdiyi oxucuların

diqqətinə çatdırılmışdır.

Pakistanda nəşr olunan “Daily İttehad” qəzetinin 20 yanvar tarixli nömrəsində bütöv bir səhifə 20 Yanvar

faciəsinə həsr edilmişdir.

Page 262: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

262

Ölkənin mühüm oxucu kütləsinə malik ingilisdilli “The Frontier Post”, “Daily Mail” və urdudilli “Daily

İslamabad Times”, “Daily Tasir”, “Daily Newsmart”, “Daily States Times”, “Daily Kainaat”, “Daily Jinnah”,

“Daily K2”, “Daily Dunya”, “Daily Universal Recorder” qəzetlərində də faciə ilə bağlı geniş məqalələr çap

edilmişdir.

AzərTAc

Page 263: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

263

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Moskvadakı

səfirliyində ehtiramla yad edilmişdir

(20 yanvar 2011)

Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş matəm

mərasimi keçirilmişdir. Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirlikdəki

barelyefi önünə tər çiçəklər düzmüşlər. Foyedə faciənin günahsız qurbanlarının siyahısı asılmış və fotostend

quraşdırılmışdır. Fotostendin önünə də tər çiçəklər qoyulmuşdur.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edilmişdir.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu matəm mərasimini açaraq 21 il bundan əvvəl baş vermiş

hadisələri qısaca xatırlatmışdır. O vurğulamışdır ki, xalqın yaddaşında daim qalacaq bu faciə gələcək nəsillər

üçün dərs olmalıdır. Səfir xüsusi qeyd etmişdir ki, ölkə rəhbərliyi bu hadisəyə çox böyük əhəmiyyət verir, 20

Yanvar faciəsi hər il dövlət səviyyəsində qeyd edilir. Səfir sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi

vəhşiliklər və informasiya blokadasının aradan qaldırılması ilə əlaqədar çətinliklər barədə söhbət açaraq

vurğulamışdır ki, bu faciəli hadisə eyni zamanda Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.

Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsl mərdlik göstərərək bu

faciəyə siyasi qiymət verməsini xüsusi qeyd edərək demişdir: “Heydər Əliyev o vaxt mövcud olan sovet rejimi,

bu rejimin repressiya maşını şəraitində çox böyük mərdlik göstərmiş və Bakıda baş vermiş hadisələrin ertəsi

günü, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gəlmişdir. Bu,

həqiqətən vətəndaş hünəri idi, çünki Heydər Əliyev həmin hadisələrin təqsirkarlarının hələ də hakimiyyətdə

olmasına baxmayaraq bu barədə siyasi bəyanatla çıxış etmiş, təqsirkarları pisləmiş yeganə siyasi xadim idi.

Bütün bunlar ölkəmizin Moskvadakı daimi nümayəndəliyində olmuşdur. Buna görə də mən ölkəmizin

səfirliyində ümummilli lider Heydər Əliyevin barelyefinin qoyulması təşəbbüsünü irəli sürmüşəm”.

Azərbaycan səfiri bir sıra xarici ölkələrin səfirlərinə və diplomatik missiyaların nümayəndələrinə tədbirdə

iştirak etdiklərinə və bu məsələdə ölkəmizi dəstəklədiklərinə görə təşəkkürünü bildirmişdir.

Litva Respublikasının Rusiyadakı səfiri Anatanas Vinkus öz çıxışında demişdir ki, Litva xalqı

Azərbaycan xalqının kədərinə və dərdinə şərikdir. Onun sözlərinə görə, “Vilnüs hadisələri” və “Yanvar

hadisələri” ölkələrimizin xalqlarının yaddaşında daim yaşayacaqdır və bu faciə heç vaxt təkrarlanmamalıdır.

Moskvadakı Azərbaycan diasporunun görkəmli nümayəndələri – “Ocaq” mədəniyyət cəmiyyətinin sədri,

professor Tofiq Məlikli, yazıçı və dramaturq İlham Bədəlbəyli, Azərbaycan diplomatiyasının veteranı Ramiz

Abutalıbov, Tibb Akademiyasının aspirantı Əşrəf Həsənov öz çıxışlarında soydaşlarımızın o faciəli hadisələrə

ilk reaksiyasına diqqəti cəlb edərək xatırlatmışlar ki, bu münasibət soydaşlarımızın Sov.İKP MK-ya

ünvanlanmış petisiya ilə MK-nın binasına tərəf yürüş etməsində öz əksini tapmışdır. Həmin petisiyada

Azərbaycan vətəndaşlarının mövqeyi şərh edilərək deyilirdi: “Azərbaycan xalqı bu cinayəti bağışlamayacaqdır”.

Page 264: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

264

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin o vaxt Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə tarixi səfərinin əhəmiyyətini vurğulayaraq qeyd etmişlər ki, bu səfər ümumi fəlakət qarşısında

xalqın birləşməsi üçün çox güclü təkan oldu. Onlar ulu öndərin aşağıdakı tarixi sözlərini xatırlatmışlar: “Bu

matəm günündə mən öz xalqımla olmaya bilmərəm”. Qeyd edilmişdir ki, Heydər Əliyev müdrik siyasi xadim

idi, onun fikri ilə bütün dünyada hesablaşırdılar.

Tədbirdə Litva, Qazaxıstan, Qırğızıstan, Sudan, Mali səfirləri, Türkiyə, Tacikistan, Ukrayna, Mavritaniya,

Zambiya, Moldova, Paraqvay, Belarus, Türkmənistan və Özbəkistan səfirliklərinin müşavirləri, habelə Heydər

Əliyev Fondunun RF-dəki nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiya

Azərbaycanlı Gənclər Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 265: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

265

Qazaxıstanın Aktau şəhərində 20 Yanvar faciəsinin

ildönümünə həsr olunmuş mərasim keçirilmişdir

(20 yanvar 2011)

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu Məngistay vilayətindəki “Dostluq” Azərbaycan

Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş mərasim keçirmişdir.

Mərasimdə Aktauda yaşayan Azərbaycan diasporunun üzvləri, digər diasporların rəhbərləri, tanınmış

ziyalılar, müharibə və əmək veteranları, KİV-lərin nümayəndələri iştirak etmişlər.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov ölkəmizin azadlığı, müstəqilliyi və ərazi

bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın qəhrəmanlıq tarixi haqqında məlumat verərək bildirmişdir ki, o

gecə sovet imperiyasının azğın qoşun hissələri küçələrə çıxmış dinc adamlara divan tutmuş, uşaqlar, qocalar,

qadınlar vəhşicəsinə güllələnmişdir. R. Məmmədov ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın

təcavüzkar hərəkətləri və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığı haqqında danışmış, 20 Yanvar faciəsinin

günahkarlarını, o cümlədən Mixail Qorbaçovu ittiham etmişdir.

“Dostluq” Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev 20 Yanvar faciəsinin Azərbaycan

xalqının müstəqilliyi uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu bildirmişdir.

İştirakçılar faciə ilə əlaqədar fotostend və kitablardan ibarət sərgi də tanış olmuş, sənədli film nümayiş

etdirilmişdir.

Mərasimin sonunda 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Aktau

Page 266: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

266

Tehran Universitetində “Bakıda Qara Yanvar” mövzusunda

elmi seminar keçirilmişdir

(20 yanvar 2011)

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi və Qafqaz Araşdırmalar Mərkəzinin birgə

təşkilatçılığı ilə Tehran Universitetində “Bakıda Qara Yanvar” mövzusunda elmi seminar keçirilmişdir.

Seminarda Türkiyə, Yaponiya, Ukrayna, Çexiya və Gürcüstanın İrandakı səfirləri, Tehranda fəaliyyət

göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan Respublikasının ayrı-ayrı

dövlət qurumlarının bu ölkədəki nümayəndələri, İranda təhsil alan Azərbaycandan olan tələbələr, şəhər

ictimaiyyətinin görkəmli simaları, tanınmış alimlər və tədqiqatçılar iştirak etmişlər.

Əvvəlcə şəhidlərimizin ruhuna “Qurani Kərim”dən sürə oxunmuş, əziz xatirələri bir dəqiqəlik sükutla yad

edilmişdir.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov 1990-cı il yanvarın 19-dan

20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilən hərbi cinayət barədə məlumat

verərək demişdir ki, sovet imperiyası nə qədər qəddarlıq göstərsə də xalqımızın mübarizə əzmini qıra

bilməmişdir. Ona görə də 20 Yanvar faciəli hadisə olmaqla bərabər, Azərbaycan xalqının qəhrəmanlıq

salnaməsinin mühüm hissəsidir. Yetmiş ilə yaxın saxta təbliğ olunan kommunizm ideologiyası Bakıda günahsız

insanlara divan tutulması nəticəsində bir gecədə məhvə düçar olmuşdur. Ümummilli lider Heydər Əliyev

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən qanlı cinayəti törədənləri ittiham etmiş,

böyük uzaqgörənliklə beynəlxalq ictimaiyyətin diqqətini xalqımızın milli-azadlıq mübarizəsinə cəlb edə

bilmişdir.

Mərasimdə çıxış edən Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri Əhəd Qəzayi, Tehran Universitetinin

alimləri- Bəhram Əmirəhmədiyan, Ayoub Daneshvar və Hidayət İranpərvər 20 Yanvar faciəsinin siyasi səbəb

və nəticələrindən bəhs etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi sovet imperiyasının iç üzünü

açıb göstərən qanlı hərbi cinayət kimi tarixə düşmüşdür. Bu hadisə ermənilərin Azərbaycana qarşı növbəti ərazi

iddiası ilə siyasi gündəmə gələn Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ictimayi-siyasi prosesin tərkib hissəsi

olmuşdur. Məqsəd Azərbaycan xalqının azadlıq istəklərini boğmaq idi. Lakin sonrakı proseslər sovet

imperiyasının süqutunu daha da sürətləndirmişdir.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Page 267: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

267

Almaniyada 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yollar”

adlı anma mərasimi keçirilmişdir

(20 yanvar 2011)

Yanvarın 18-də Berlində 20 Yanvar hadisələrinin 21-ci ildönümünə həsr olunmuş “Azadlığa gedən

yollar” adlı anma mərasimi keçirilmişdir.

Tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində fəaliyyət göstərən “Azərbaycan evi”,

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Bakı Qalereyasının birgə

təşkilatçılığı ilə təşkil olunmuşdur.

AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova Azərbaycan xalqının qan yaddaşına yazılmış 20

Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışmışdır.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov xalqımızın taleyinə qara hərflərlə yazılmış Qanlı

Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, bu hadisələri unudulmaz tarix, Azərbaycan xalqının azadlığı

uğrunda qəhrəmancasına apardığı mübarizə kimi səciyyələndirmişdir. O, eyni zamanda, ümummilli lider

Heydər Əliyevin bu hadisələr zamanı tutduğu əsl vətənpərvərlik mövqeyindən ətraflı bəhs etmişdir.

Mərasimdə “Azadlığa gedən yollar” sənədli filmindən fraqmentlər nümayiş etdirilmiş, 1990-cı ilin

yanvarında törədilmiş tarixi cinayətin miqyası bir daha iştirakçıların gözləri qarşısında canlandırılmışdır.

Tədbir “Yaddaşın sədası” adı altında musiqi nömrələri və rəsm sərgisi ilə davam etmişdir. Berlində

yaşayan tarzən Cavad Mirzəyev muğamlarımızdan parçalar və Azərbaycan xalq musiqisi nümunələrini ifa

etməklə şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramını bildirmişdir.

Sərgidə isə həmyerlimiz Gündüz Əlizadənin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərləri nümayiş

etdirilmişdir. O qanlı-qadalı günlərin şahidi olmuş Gündüz Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar 1990-cı

il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçirdiyi sarsıntılardan və əsərlərin yaranma tarixçəsindən

danışmışdır. Tədbirdə, eyni zamanda, rəssam Əşrəf Heybətovun qanlı yanvar günlərinin dramatik hadisələrinə

həsr edilmiş və hazırda Bakı muzeylərində saxlanılan əsəri haqqında da məlumat verilmişdir.

Azərbaycan, türk diasporu və alman ictimayyətinin nümayəndələrinin, Azərbaycan səfirliyi

əməkdaşlarının iştirak etdikləri tədbir şam süfrəsi ilə başa çatmışdır.

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 268: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

268

20 Yanvar faciəsinin ildönümü Macarıstanda qeyd edilmişdir

(20 yanvar 2011)

Azərbaycanın Macarıstandakı səfirliyi və bu ölkənin Komarom şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə

20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Eyni zamanda, səfirliyin və Macarıstan Hərbi-Tarix Muzeyi Komarom filialının birgə təşəbbüsü ilə

muzeyin bu şəhərdəki filialında “Budapeşt-1956 – Bakı-1990: Azərbaycan və Macarıstan tarixinin faciəvi

səhifələri arasında paralellər” adlı sərgi təşkil olunmuşdur.

Sərgidə sovet qoşunlarının 1956-cı ilin oktyabrında Budapeştdə, 1990-cı ilin yanvarında isə Bakıda

törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər, rəsm əsərləri, kitab və bukletlər nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə Komarom şəhərinin meri Molnar Atilla açaraq Macarıstan və Azərbaycan

xalqlarının tarixi yaxınlığı, hər iki xalqın müstəqilliyə doğru yolda eyni təhdidlər ilə üzləşdiyini və bu

mübarizədə çoxsaylı qurbanlar verdiyini, habelə hazırda ölkələrimiz arasında səmərəli əməkdaşlığın

qurulduğunu vurğulamışdır.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev öz çıxışında 20 Yanvar faciəsini törədən səbəblərdən

danışmışdır. O, keçmiş sovet rəhbərliyinin bir vaxtlar Macarıstanda və Çexoslovakiyada olduğu kimi

Azərbaycanda da qəddar, amansız üsullarla xalqın azadlıq istəyinin qarşısına sədd çəkmək istədiyini, lakin

niyyətinə çatmadığını bildirmiş, 1990-cı il 20 Yanvar hadisəsinin Sovet İttifaqı üçün sonun başlanğıcına

çevrildiyini, sovet imperiyasının süqutunu sürətləndirdiyini qeyd etmişdir.

Tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və bunun nəticəsində

regionda yaranmış böhranlı vəziyyət haqqında da məlumat verilmişdir.

20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmiş, iştirakçılara kitab və bukletlər

paylanmışdır.

Pərvanə Rizvanqızı

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Page 269: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

269

MƏR-də 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir

(21 yanvar 2011)

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyindən AzərTAc-a verilən

məlumatda bildirilir ki, yanvarın 20-də qanlı yanvar faciəsinin 21-ci ildönümü Qahirədə də qeyd edilmişdir.

Mərasimdə səfirliyin əməkdaşları, Misirdə təhsil alan azərbaycanlı tələbələr, buradakı Azərbaycan

diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbiri açan səfir Ş.Abdullayev 1990-cı il yanvarın 20-də sovet dövlətinin Azərbaycan xalqına qarşı

həyata keçirdiyi terror aktı barədə danışmış, ölkəsinin milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə

qalxmış dinc əhaliyə divan tutmaqla, yüzlərlə günahsız insanı amansızlıqla qətlə yetirməklə Azərbaycan

xalqının azadlıq ruhunu boğmaq məqsədi güddüyünü qeyd etmişdir. Ş.Abdullayev vurğulamışdır ki, əksinə 20

yanvar faciəsindən sonra xalqımızın azadlıq əzmi daha da yüksəlmiş və xalqımızın milli azadlıq mübarizəsi

nəticəsində sovet rejimi iflasa uğramış və Azərbaycan öz müstəqilliyini bərpa etmişdir.

Faciəyə yalnız Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin dövründə hüquqi-siyasi qiymət

verildiyini diqqətə çatdıran səfir Azərbaycanın milli müstəqillik tarixində və bugünkü inkişafı və firavan

gələcəyində ulu öndərin əvəzedilməz rolunu xüsusi qeyd etmişdir. H.Əliyevin qoyduğu irsə sadiq qalaraq,

Azərbaycan Prezident İ.Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasi, iqtisadi və sosial islahatlar, dövlət

quruculuğunda atılan ardıcıl addımlar sayəsində bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlət kimi

regional liderə çevrildiyi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Ş.Abdullayev hər il qanlı yanvar hadisələrinin il dönümünün Azərbaycanda dövlət səviyyəsində qeyd

olunduğunu və ölkənin müstəqilliyi, azadlığı və firavan gələcəyi naminə canlarını qurban vermiş şəhidlərin

xatirəsinin xalqımız tərəfindən əziz tutulduğunu vurğulamışdır.

Şəhidlərin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla anılmışdır.

Mərasimdə çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru Məhəmməd Sələmə həmin hadisələrin Misir

ictimaiyyəti tərəfindən etiraz və hiddətlə qarşılandığından bəhs etmiş, özünün faciə baş verdiyi zaman Misir

mətbuatında geniş məqalə dərc etdirərək, baş vermiş cinayətlərə görə məsuliyyət daşıyan sovet mərkəzi

hakimiyyətini kəskin şəkildə ittiham etdiyini bildirmişdir.

Tədbirin sonunda 20 Yanvar faciəsini əks etdirən foto-stend, kompakt disklər iştirakçıların diqqətinə

təqdim olunmuşdur.

Eyni zamanda, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar, Misirin və ərəb dünyasının aparıcı “Əl-

Əhram” və “Əl-Youm Əl-Səbe” qəzetlərində və digər yerli kütləvi informasiya vasitələrində Ş.Abdullayevin

geniş məqalələri dərc edilmişdir.

Bu məqalələrdə 80-ci illərin sonlarından başlayaraq, Ermənistan SSR-in Azərbaycanın Dağlıq Qarabağ

regionuna ərazi iddiaları, Sovet hakimiyyətinin birtərəfli qaydada Ermənistanı dəstəkləməsinə qarşı Azərbaycan

Page 270: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

270

xalqının etirazını və totalitar sovet rejiminə qarşı milli azadlıq mübarizəsini boğmaq məqsədilə SSRİ rəhbərliyi

tərəfindən 20 yanvar qırğınının törədildiyi qeyd olunmuşdur.

Mətbuat orqanlarında 20 yanvar hadisəsindən sonra Azərbaycanda azadlıq uğrunda mübarizənin daha

geniş vüsət aldığı və ölkənin 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi nəzərə çatdırılmış, faciəyə görə o zaman

hakimiyyətdə olan sovet rəhbərliyinin məsuliyyət daşıdığı vurğulanmış, Bakıda qanlı 20 Yanvar qırğınının

törədilməsində və günahsız mülki əhalinin öldürülməsində bilavasitə əli olan M.Qorbaçovun qərb dairələrində

“sülhpərvər”, “demokrat” kimi tanınmasının, “sülh proseslərində oynadığı mühüm rola” görə 1990-cı ilin

oktyabrında Nobel sülh mükafatına layiq görülməsinin anlaşılmaz olduğu bildirilmişdir.

Məqalələrdə 20 Yanvar faciəsinin ildönümünün Azərbaycanda dövlət səviyyəsində hər il qeyd olunduğu

və Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi naminə canlarını qurban vermiş şəhidlərin xatirəsinin

xalqımız tərəfindən daim əziz tutulduğu vurğulanmışdır.

AzərTAc

Page 271: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

271

Brüsseldə qanlı yanvar faciəsinin 21-ci ildönümü qeyd edilmişdir

(21 yanvar 2011)

Azərbaycanın Belçika Krallığındakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvarın

20-də səfirlik tərəfindən Brüsseldə qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi təşkil

edilmişdir. Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş səhidlərimizin

xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa Birliyi yanında daimi nümayəndəsu Emin Eyyubov

mərasimi açaraq qanlı Yanvar hadisələrindən danışmış və bu tarixin hər bir azərbaycanlının yaddaşında daim

yaşadığını, şəhidlərimizin qanı hesabına artıq bu gün müstəqil, güclü və inkişaf etmiş Azərbaycan dövlətinin

qurulduğunu diqqətə çatdırmışdır. Səfir ümummilli liderimiz Heydər Əliyevin baş vermiş hadisənin səhərisi

günü ölkəmizin o zaman Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etdiyini və hadisələrə siyasi-

hüquqi qiymətin yalnız 1994-cü ildə onun Azərbaycana rəhbərliyi dövründə verildiyini xatırlatmışdır.

Tədbir qanlı yanvar hadisələrindən bəhs edən “Azadlığa gedən yollar” sənədli filminin nümayişi ilə

davam etdirilmişdir.

Mərasimdə diasporumuzun təmsilçiləri, tələbələr, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və

diplomatlar iştirak etmişlər.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Page 272: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

272

Türk Strateji Araşdırmalar Mərkəzində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir

(21 yanvar 2011)

Ankarada Türk Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) və Azərbaycanlıların və digər Türkdilli

Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişlər.

Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

TÜRKSAM-ın sədri və Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğan tədbiri açaraq bildirmişdir

ki, bu gün müstəqilliyini möhkəmləndirmiş və dünyada nüfuzlu dövlətə çevrilmiş Azərbaycan bu müstəqilliyin

qədrini yaxşı bilir. Çünki dövlət müstəqilliyi yolunda qan tökülmüş, şəhidlər verilmişdir.

Sinan Oğan bildirmişdir ki, 1990-cı ilin qanlı yanvar günlərində Bakıda baş verənlərə etiraz əlaməti olaraq

onun rəhbərlik etdiyi gənclər İstanbulda SSRİ-nin baş konsulluğu önündə etiraz aksiyası keçirmişlər. Bu

aksiyalar Türkiyənin digər şəhərlərində də təkrar olunmuşdur.

Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov, Azərbaycan Bələdiyələr Birliyinin sədri Əbülfəz

Babayev, Disapor Komitəsinin əməkdaşı Elnar Məmmədov, keçmiş millət vəkili Şamil Ayrım və başqaları o

qanlı günlərdən bəhs etmiş, həmin faciənin Azərbaycan xalqının iradəsini, azadlıq əzmini qırmadığını

vurğulamışlar. Xalqımızın ümummilii lideri Heydər Əliyevin Moskvada olduğu zaman bu qətliama kəskin

etiraz edən bəyanat verdiyi, Kommunist partiyası sıralarını tərk etdiyi və hakimiyyətə gəldikdən sonra faciəyə

siyasi qiymət verən qərarın parlamentdə qəbul olunduğu xüsusi olaraq qeyd edilmişdir.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən slayd nümayiş olunmuşdur.

Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları tədbirdə iştirak etmişlər.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 273: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

273

İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir

(21 yanvar 2011)

Azərbaycanın İstanbuldakı baş konsulluğu qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişdir.

Baş konsul Həsən Zeynalov xalqımızın başına gətirliən müsibətlərdən bəhs etmiş, 20 Yanvar qətliamının

faciə olmaqla yanaşı, xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulamışdır. O bildirmişdir ki,

gələcək nəsillər bu qəhrəmanların xatirəsini layiqincə yaşatmalı, vətənpərvər olmalıdırlar.

Tədbirdə çıxış edən ziyalılar 20 Yanvar faciəsindən bəhs etmiş, Prezident İlham Əliyevin şəhid ailələrinə

qayğısını vurğulamışlar.

Tədbir iştirakçıları qanlı hadisələrdən bəhs edən sənədli filmə tamaşa etmişlər.

Türkiyənin Kayseri şəhərində də 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Kayseri Turan Kültür Dərnəyinin təşəbbüsü ilə “Azərbaycan” meydanında keçirilən mərasimdə çıxış edənlər

Türkiyənin qardaş Azərbaycanın kədərli günlərində həmişə yanında olduğunu vurğulamışlar. Şəhidlərin ruhuna

ehtiram əlaməti olaraq meydana tər qərənfillər düzülmüşdür.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 274: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

274

Meksikanın iki ən nüfuzlu qəzetində 20 Yanvar faciəsi barədə məqalə

(21 yanvar 2011)

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş

məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar 2011-ci ilin 20 yanvar tarixində

Meksikanın iki ən nüfuzlu nəşrində-“Excelsior” və “El Universal” qəzetlərində səfir İ.Muxtarovun

“Azərbaycan: unudulmayan tarix”(“El Universal”) və “1990-cı ilin 20 yanvarı – Azərbaycanda heç vaxt

unudulmayacaq tarix” (“Excelsior”) sərlövhəli məqalələri dərc edilmişdir.

Məqalələrdə 20 Yanvar faciəsinin baş vermə səbəbləri və sözügedən dövrdə qonşu Ermənistan tərəfindən

Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli zorakılıqlara göz yuman M.Qorbaçovun əmri ilə Sovet

ordusunun Bakıya soxulmasından və Azərbaycanın silahsız dinc əhalisinə qarşı törətdiyi qeyri-insani cinayətləri

və faciənin təfərrüatlarından bəhs olunur. Bununla əlaqədar, həmçinin nüfuzlu beynəlxalq insan hüquqları

institutlarından biri olan “Human Rights Watch” təşkilatının faciəvi hadisələrə dair ədalətli mövqeyinə də

istinad edilmişdir.

Ölkəmizin azadlığı naminə həlak olmuş şəhidlərin yad edilməsi üçün xalqın müqəddəs ziyarətgahına

çevrilmiş Şəhidlər Xiyabanının bütün Azərbaycan vətəndaşları tərəfindən hər il ziyarət olunduğu qeyd edilərək

bildirilmişdir ki, Qara Yanvar hadisələri Azərbaycan tarixində sadəcə faciə kimi yadda qalmamış, əksinə

ölkəmizin suverenliyi və müstəqilliyi ideyaları uğurunda mübarizədə xalqımızın iradəsini və mübarizlik əzmini

daha da möhkəmləndirmişdir.

20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar, 2011-ci ilin 20 yanvar tarixində səfirliyin press-relizi də

yayılmışdır. Məlumat, eyni zamanda Meksikanın Hökumət orqanlarının rəhbərləri, xarici işlər naziri və nazir

müavinləri, XİN-in struktur bölmələri, Meksika Senatının üzvləri, ayrı-ayrı ştatların qubernatorları və

Meksikada akkreditə olunmuş səfirliklərə göndərilmişdir.

AzərTAc

Page 275: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

275

20 Yanvar faciəsi ABŞ paytaxtında və ştatlarında da anılmışdır

(21 yanvar 2011)

ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, ölkəmizin dostları yanvarın 20-də Vaşinqtondakı

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə toplaşaraq Qara Yanvar hadisələrini anmışlar.

Mərasimdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev vurğulamışdır ki, 20 Yanvar hər bir

azərbaycanlının yaddaşında həkk olunan bir tarixdir. Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən

şəhidlərin tökülən qanı xalqımızın siyasi iradəsini daha da möhkəmlədərək ölkəmizin suverenliyi uğrunda

başlanan hərəkatı sona çatdırmışdır. Məhz həmin Qara Yanvar gecəsi verilən qurbnalara görə, bu gün

Azərbaycan Birləşmiş Ştatlar və ölkənin neçə-neçə digər dövlətlərində səfirlikləri ilə təmsil olunmuşdur.

Azərbaycanın müstəqilliyinə yol açdıqlarına görə şəhidlərin xatirəsi daim ehtiramla anılacaq və 21 il əvvəl bu

tarixdə baş vermiş hadisələr unudulmayacaqdır. Səfir Əliyev onu da diqqətə çatdırmışdır ki, ABŞ Konqresində

Azərbaycanla işçi qrupunun həmsədri Bil Şuster yanvarın 19-da faciəvi Qara Yanvar hadisələri ilə bağlı

Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir.

Tədbirdə daha sonra çıxış edən ABŞ-dakı Azərbaycan diasporu fəallarından biri Həbib Azərsina 1990-cı

ilin yanvarında Bakıda baş verənlərin ABŞ mediasında necə işıqlandırılması barədə xatirələri ilə bölüşmüşdür.

Onun sözlərinə görə, Sovet hakimiyyətinə müqavimətin qaynar nöqtələrindən biri kimi Azərbaycanda milli

hərakatın güclənməsi hələ 20 yanvara qədər daim “Vaşinqton Post”, “Nyu-York Tayms”, “LA Tayms” və digər

nüfuzlu mətbuat vasitələrinin baş səhifəsində yer alırdı. Qara Yanvar hadisələri isə elə həmin gün bir çox

telekanalların xəbər proqramlarında başlıqlardan birinə çevrilmişdi. O zaman Amerikanın ən baxımlı CBS

kanalının axşam xəbərləri proqramı verilişini Bakıdakı qanlı hadisələrə həsr edilən materialla açmışdır. Bir neçə

dəqiqəlik sujetdə Azərbaycanın xəritəsi, sovet qoşunlarının paytaxt şəhəri Bakıya hansı istiqamətlərdən və necə

hücum etməsi, əsgərlərin dinc nümayişçilərə atəş açması, günahsız insanları qətlə yetirməsi barədə ətraflı

məlumat verilmişdi. Həbib Azərsina əlavə etmişdir ki, ABŞ-da yaşayan azərbaycanlılar bu hadisələri böyük

həyəcanla izləyirdilər. Bakıda axıdılan qan həmvətənlərimizə dərin kədər hissi yaşatsa da, Vətənlərinin

müstəqilliyi uğrunda mübarizəsi hər bir Amerika azərbaycanlısını həm də ruhlandırmışdı. Vaşinqtonda yaşayan

azərbaycanlılar dərhal təşkilatlanaraq o zaman Ağ Evin yaxınlığında yerləşən SSSR-i səfirliyi qarşısında etiraz

aksiyası keçirmiş, “Qızıl Ordu günahsız insanları qətlə yetirir”, “Sovet qoşunları Sovet vətəndaşlarına qarşı”

kimi şüarlar qaldırmışdılar. Hələ 24 saatlıq xəbər kanalları və internetin olmadığı bir dövrdə bu etiraz aksiyası

Amerika mətbuatında gedən materiallarla birgə ölkə ictimayyətinin diqqətini Bakıdakı Qara Yanvar hadisələrinə

cəlb edə bilmişdi.

Qeyd edək ki, 1990-cı ilin faciəvi yanvar hadisələri ABŞ-ın digər yerlərində, o cümlədən Kaliforniya,

Texas, Meyn ştatlarında da anılmışdır. ABŞ Azərbaycanlıları Şəbəkəsi yanvar hadisələrinin 21-ci ildönümü

ərəfəsində məlumatlandırma kampaniyasına başlayaraq ABŞ-ın federal və yerli hakimiyyətlərinə, ictimayyətinə

və mətbuata Qara Yanvar hadisələri ilə bağlı minlərlə məktub göndərmişdir. Bu səylərin nəticəsində Sovet

Page 276: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

276

İttifaqının sonunun başlanğıcı kimi qiymtələndirilən tarixi hadisələrə həsr edilən məqalələr Nyu-York, Nyu-

Cersi, Pensilvaniya ştatının yerli qəzetlərində çap edilmişdir.

Azərbaycan-Amerika Şurası və Amerikanın Azərbaycan Cəmiyyəti də birgə bəyanatla çıxış edərək bütün

Amerika azərbaycanlılarını Qara Yanvar qəhramanlarının və şəhidlərinin əziz xatirəsini anmağa çağırmışlar.

Vaşinqtonda efirə çıxan ABŞ-ın Qarabağ Fondunun “Azərbaycan Saatı” radio proqramı bu həftə efirə

gedəcək verilişini 20 Yanvar faciəsinin ildönümünə həsr etmişdir.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 277: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

277

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Moskvadakı

səfirliyində ehtiramla yad edilmişdir

(21 yanvar 2011)

Moskva, 21 yanvar (AzərTAc). Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 21-ci

ildönümünə həsr edilmiş matəm mərasimi keçirilmişdir. Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli

lideri Heydər Əliyevin səfirlikdəki barelyefi önünə tər çiçəklər düzmüşlər. Foyedə faciənin günahsız

qurbanlarının siyahısı asılmış və fotostend quraşdırılmışdır. Fotostendin önünə də tər çiçəklər qoyulmuşdur.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edilmişdir.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu matəm mərasimini açaraq 21 il bundan əvvəl baş vermiş

hadisələri qısaca xatırlatmışdır. O vurğulamışdır ki, xalqın yaddaşında daim qalacaq bu faciə gələcək nəsillər

üçün dərs olmalıdır. Səfir xüsusi qeyd etmişdir ki, ölkə rəhbərliyi bu hadisəyə çox böyük əhəmiyyət verir, 20

Yanvar faciəsi hər il dövlət səviyyəsində qeyd edilir. Səfir sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi

vəhşiliklər və informasiya blokadasının aradan qaldırılması ilə əlaqədar çətinliklər barədə söhbət açaraq

vurğulamışdır ki, bu faciəli hadisə eyni zamanda Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.

Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsl mərdlik göstərərək bu

faciəyə siyasi qiymət verməsini xüsusi qeyd edərək demişdir: “Heydər Əliyev o vaxt mövcud olan sovet rejimi,

bu rejimin repressiya maşını şəraitində çox böyük mərdlik göstərmiş və Bakıda baş vermiş hadisələrin ertəsi

günü, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gəlmişdir. Bu,

həqiqətən vətəndaş hünəri idi, çünki Heydər Əliyev həmin hadisələrin təqsirkarlarının hələ də hakimiyyətdə

olmasına baxmayaraq bu barədə siyasi bəyanatla çıxış etmiş, təqsirkarları pisləmiş yeganə siyasi xadim idi.

Bütün bunlar ölkəmizin Moskvadakı daimi nümayəndəliyində olmuşdur. Buna görə də mən ölkəmizin

səfirliyində ümummilli lider Heydər Əliyevin barelyefinin qoyulması təşəbbüsünü irəli sürmüşəm”.

Azərbaycan səfiri bir sıra xarici ölkələrin səfirlərinə və diplomatik missiyaların nümayəndələrinə tədbirdə

iştirak etdiklərinə və bu məsələdə ölkəmizi dəstəklədiklərinə görə təşəkkürünü bildirmişdir.

Litva Respublikasının Rusiyadakı səfiri Anatanas Vinkus öz çıxışında demişdir ki, Litva xalqı

Azərbaycan xalqının kədərinə və dərdinə şərikdir. Onun sözlərinə görə, “Vilnüs hadisələri” və “Yanvar

hadisələri” ölkələrimizin xalqlarının yaddaşında daim yaşayacaqdır və bu faciə heç vaxt təkrarlanmamalıdır.

Moskvadakı Azərbaycan diasporunun görkəmli nümayəndələri – “Ocaq” mədəniyyət cəmiyyətinin sədri,

professor Tofiq Məlikli, yazıçı və dramaturq İlham Bədəlbəyli, Azərbaycan diplomatiyasının veteranı Ramiz

Abutalıbov, Tibb Akademiyasının aspirantı Əşrəf Həsənov öz çıxışlarında soydaşlarımızın o faciəli hadisələrə

ilk reaksiyasına diqqəti cəlb edərək xatırlatmışlar ki, bu münasibət soydaşlarımızın Sov.İKP MK-ya

ünvanlanmış petisiya ilə MK-nın binasına tərəf yürüş etməsində öz əksini tapmışdır. Həmin petisiyada

Azərbaycan vətəndaşlarının mövqeyi şərh edilərək deyilirdi: “Azərbaycan xalqı bu cinayəti bağışlamayacaqdır”.

Page 278: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

278

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin o vaxt Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə tarixi səfərinin əhəmiyyətini vurğulayaraq qeyd etmişlər ki, bu səfər ümumi fəlakət qarşısında

xalqın birləşməsi üçün çox güclü təkan oldu. Onlar ulu öndərin aşağıdakı tarixi sözlərini xatırlatmışlar: “Bu

matəm günündə mən öz xalqımla olmaya bilmərəm”. Qeyd edilmişdir ki, Heydər Əliyev müdrik siyasi xadim

idi, onun fikri ilə bütün dünyada hesablaşırdılar.

Tədbirdə Litva, Qazaxıstan, Qırğızıstan, Sudan, Mali səfirləri, Türkiyə, Tacikistan, Ukrayna, Mavritaniya,

Zambiya, Moldova, Paraqvay, Belarus, Türkmənistan və Özbəkistan səfirliklərinin müşavirləri, habelə Heydər

Əliyev Fondunun RF-dəki nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiya

Azərbaycanlı Gənclər Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 279: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

279

Ukraynada Qara Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(21 yanvar 2011)

Kiyev, 21 yanvar (AzərTAc). Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresi

(UAK) Kiyevdəki Müəllimlər Evinin böyük salonunda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar xatirə

gecəsi təşkil etmişlər.

Tədbir iştirakçıları Qara Yanvar şəhidlərinin nurlu xatirəsini bir dəqiqəlik sükutla anmışlar.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxışında 20 Yanvar faciəsindən söz açmış,

Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən

müdafiəçilərinin xatirəsinə göstərdikləri böyük ehtirama görə həmvətənlərimizə və Ukrayna ictimaiyyətinə

dərin minnətdarlığını bildirmişdir. Səfir ölkəmizin informasiya blokadasının məngənəsində çırpındığı bir vaxtda

– 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransında ümummilli

lider Heydər Əliyevin çıxışının tarixi əhəmiyyətini vurğulamışdır.

Səfir qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin təmin

olunmasına xüsusi diqqət yetirir, onlara daim qayğı göstərir.

Qəhrəmanlara ən möhtəşəm abidə isə müstəqil, demokratik və çiçəklənən Azərbaycandır.

UAK-ın sədri İlqar Abbasov, qurumun Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və digər natiqlər 20

Yanvar şəhidlərinin göstərdikləri misilsiz rəşadətdən, yüksək vətənpərvərlik nümunəsindən söz açmış, onların

xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulamışlar.

Tədbirdə “Azadlığa aparan yol” filmi nümayiş etdirilmiş, “Azərbaycan” ansamblının ifasında Üzeyir

Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənmiş, Kiyev məktəblərində oxuyan azərbaycanlı şagirdlər

vətənpərvərlik mövzusunda şeirlər oxumuşlar.

Xatirə gecəsində Azərbaycan səfirliyinin əməkdaşları, Ukrayna ictimaiyyətinin nümayəndələri,

Azərbaycan, Türkiyə və yerli KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Ukraynanın Azərbaycan diasporu nümayəndələrinin yaşadıqları bir çox regionlarında da 21 il əvvəl

xalqımızın başına gətirilən amansız faciəyə həsr olunmuş matəm tədbirləri keçirilmişdir.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 280: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

280

Londonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir

(21 yanvar 2011)

Bakı, 21 yanvar (AzərTAc). Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Qara Yanvar faciəsinin

ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və türk

icmalarının üzvləri, azərbaycanlı tələbələr, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının

təmsilçiləri və jurnalistlər iştirak etmişlər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Fəxrəddin Qurbanov faciə və onun baş verdiyi tarixi şərait haqqında danışmış, ölkəmizin

suverenliyinin və müstəqilliyinin qazanılmasında bu günün əhəmiyyətini vurğulamışdır.

Qanlı Yanvarı sovet imperiyasının süqutunu sürətləndirən hadisə kimi səciyyələndirən diplomat

bildirmişdir ki, yüzlərlə insanın qətlinə və yaralanmasına gətirib çıxaran bu faciə, həm də ölkəmizin tarixində ən

şərəfli günlərdən biridir.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film göstərilmişdir.

Mərasimdə, həmçinin Londondakı “Azərbaycan Evi”nin idarə heyətinin sədri Əli Təkin Atalar, Cənubi

Qafqaz üzrə britaniyalı tədqiqatçı, professor Tamara Draqadze və Azərbaycan icmasının üzvü, hadisənin şahidi

Fəridə Əkbərian çıxış etmişlər.

Çıxışlarda 20 Yanvar faciəsi günü sovet imperiyasının öz vətəndaşlarına qarşı misli görünməmiş vəhşilik

törətdiyi və yüzlərlə silahsız əhaliyə qarşı zorakılıq tətbiq etdiyi bildirilmişdir. Eyni zamanda faciəyə beynəlxalq

səviyyədə lazımi diqqət yetirilmədiyi və onu törədənlərin layiqli cəzalarını almamalarının təəssüf doğuran hal

olduğu vurğulanmışdır. Faciənin sadəcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş

qanlı hadisə olduğu xüsusi qeyd edilmişdir.

Sonda mərasim iştirakçıları 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti haqqında fikir mübadiləsi

aparmışlar.

Page 281: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

281

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Krımda ehtiramla yad edilmişdir

(21 yanvar 2011)

Bakı, 21 yanvar (AzərTAc). AzərTAc xəbər verir ki, Simferopoldakı Franko adına Respublika

Kitabxanasında 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı hadisələrə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümbətov, Respublika millətlərarası həmrəylik birliyinin

sədri Vladimir Kazarin, Azərbaycan diasporunun nümayəndələri Arif Sadıqov, Faiq Mirzəyev, Namiq Abbasov

və başqaları Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən, müstəqillik yolunda xalqımızın üzləşdiyi

çətinliklərdən, sovet qoşunlarının törətdiyi qanlı qırğından və ümummilli lider Heydər Əliyev hakimiyyətə

qayıdandan sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilməsindən söhbət açmışlar.

Qeyd etmək lazımdır ki, 1990-cı il faciəli Yanvar hadisələrinə Krımdakı Azərbaycan diasporu dərhal öz

münasibətini bildirmişdi. 1990-cı ilin yayında diasporun vəsaiti hesabına Krıma Bakıdakı faciə barədə külli

miqdarda ədəbiyyat gətirilmiş, Yaltada Azərbaycan xalqının tarixinin bu faciəli səhifəsinə həsr edilmiş daimi

fəaliyyətdə olan sərgi təşkil edilmişdi.

Yanvar faciəsinin birinci ildönümündə Krımda “Millət” adlı qəzet nəşr edilməyə başlamışdı. Qəzet sovet

ordusunun Bakıdakı mənfur əməlləri barədə həqiqəti öz oxucularına çatdırırdı.

Krımdakı Azərbaycan icması artıq uzun illərdir ki, yanvar ayında 20 Yanvar qurbanlarını xatirəsinə həsr

edilmiş anım mərasimləri təşkil edir.

Page 282: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

282

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Helsinkidə ehtiramla anılmışdır

(21 yanvar 2011)

Bakı, 21 yanvar (AzərTAc). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a

bildirmişlər ki, Finlandiya Azərbaycanlıları Assosiasiyası (FAA) Helsinki şəhərində “20 Yanvar Azərbaycan

xalqının hüzn və şərəf günüdür” adlı tədbir keçirmişdir.

Mərasimdə Türkiyənin bu ölkədəki səfirliyinin, türk icmalarının nümayəndələri, fin və digər xalqların

təmsilçiləri, eyni zamanda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Cəlil Məlikov və digər

qonaqlar iştirak etmişlər.

Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. FAA-nın sədr müavini

Arzu Oqtay 20 Yanvar faciəsinin tarixindən danışmış və demişdir ki, o gecə Bakının dinc sakinlərinin nümayiş

etdirdiyi fədakarlıq və qəhrəmanlıq nümunələri xalqın yaddaşından heç zaman silinməyəcəkdir.

C.Məlikov, FAA-nın üzvü Gülzar İsmayıl çıxış etmişlər.

FAA-nın mədəniyyət məsələləri üzrə nümayəndəsi Ülviyyə Cabbarova “Sarı gəlin” xalq mahnısını ifa

etmiş, məktəblilər şeirlər söyləmişlər.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Page 283: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

283

Belarusda Azərbaycan şəhidlərinin xatirəsi anılmışdır

(21 yanvar 2011)

Minsk, 21 yanvar (AzərTAc). Yanvarın 20-də Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar

hadisələrinin 21-ci ildönümünə həsr olunmuş matəm mərasimi keçirilmişdir.

“Qanlı Yanvar” adlı xatirə gecəsində Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri, Belarus

ictimaiyyətinin təmsilçiləri, Minskdə təhsil alan tələbələr, KİV nümayəndələri iştirak etmişlər.

Ölkəmizin Belarusdakı səfiri Əli Nağıyev gecəni açaraq 1990-cı ilin yanvarında baş vermiş faciəli

hadisələr, hərbi cinayətkarların törətdiyi vəhşiliklər, qəhrəman oğul və qızlarımız barədə söhbət açmışdır.

Diplomat ümummilli lider Heydər Əliyevin ölkəmizin informasiya blokadasında boğulduğu bir vaxtda

1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxışının tarixi əhəmiyyətini

diqqətə çatdırmışdır.

Sonda səfir demişdir ki, 20 Yanvar hadisələri və şəhidlərin qəhrəmanlığı Azərbaycan tarixinə xalqımızın

müstəqillik mübarizəsinin rəmzi kimi daxil olmuşdur. Şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Sonda

ehsan verilmişdir.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Minsk

Page 284: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

284

Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyi Almatıda 20 Yanvar

faciəsinin 21-ci ildönümü ilə bağlı mərasim keçirmişdir

(22 yanvar 2011)

Almatı, 22 yanvar (AzərTAc). Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyi Almatıda 20

Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı mərasim keçirmişdir. Tədbirdə Almatıdakı diasporumuzun üzvləri,

qardaş qazax xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Birliyin sədri Əbülfəz Müslümoğlu 20 Yanvar faciəsi haqqında məlumat vermiş, sovet qoşunlarının

Bakıda törətdikləri vəhşiliklərdən danışmış, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərin

xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişdir. Onun sözlərinə görə, həmin gecə beynəlxalq

konvensiyalarla qadağan edilmiş 5,45 kalibrli güllələrdən də istifadə edilmişdir.

Natiqlər bu qanlı faciəni törədənləri - Mixali Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərlərini ittiham

etmişlər.

Faciə ilə əlaqədar Qazaxıstanın vilayətlərində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərində

də mərasimlər keçirilmişdir.

Birliyin orqanı olan “Vətən” qəzetində 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan və rus dillərində

materiallar çap olunmuş, Qazaxıstanın dövlər radiosunda Ramiz Məşədihəsənli və Hökumə Xəlilovanın

Azərbaycan dilində apardıqları proqramın xüsusi buraxılışında bu barədə dinləyicilərə ərtaflı məlumat

verilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Almatı

Page 285: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

285

Qanlı Yanvar faciəsi qurbanlarının əziz xatirəsi Danimarkada da yad edilmişdir

(24 yanvar 2011)

Bakı, 24 yanvar (AzərTAc). Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, 20 Yanvar

faciəsinin 21-ci il dönümü ilə əlaqədar Danimarkanın Kopenhagen şəhərində “Danimarka-Azərbaycan-Türk

Birliyi Cəmiyyəti” anma mərasimi keçirmişdir.

Tədbirdə Danimarkadakı Azərbaycan və türk icmalarının, eləcə də digər xalqların təmsilçiləri iştirak

etmişlər. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycanın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə

qəhrəmanlıq səhifəsi kimi yazıldığını vurğulamışlar.

Cəmiyyətin rəhbəri Anaxanım Hüseynova 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli

sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından

hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə

qarşı sovet ordusunun xüsusi hissələrinin yeridilməsindən ətraflı söz açmışdır. Həmin faciəli günlərdə öz

ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından

keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etmişdir. O, həmçinin bir aydan sonra 19-cu ildönümü tamam

olacaq Xocalı faciəsinin dəhşətlərini yada salmış, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda şəhid

olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu söyləmişdir.

Tədbir çərçivəsində 20 Yanvar faciəsi ilə bağlı fotostend və kitabların sərgisi təşkil olunmuşdur.

Page 286: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

286

Almaniyanın Saksen-Anhalt torpağında da 20 Yanvar şəhidləri yad edilmişdir

(26 yanvar 2011)

Bakı, 26 yanvar (AzərTAc). Almaniyanın Saksen-Anhalt torpağında, Maqdeburg şəhərində 130

cəmiyyətin iştirakı ilə “Demokratiyanın yolları” (MEILE DER DEMOKRATIE) mövzusunda tədbir

keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan icmasını

“Saksen-Anhalt Alman-Azərbaycan mədəniyyət cəmiyyəti” təmsil etmişdir.

İştirakçılar arasında Maqdeburq şəhəri İcra hakimiyyətinin başçısı Lutz Trumper, daxili işlər naziri Holqer

Hölmann, siyasi partiyaların (SPD, CSU, CDU, FPD və Yaşıllar partiyası) üzvləri də olmuşlar.

Tədbir çərçivəsində 20 Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycan ərazilərində

törətdikləri vəhşiliklər barədə geniş məlumat verilmiş, sənədli film nümayiş etdirilmiş, şəhidlərin xatirəsi

ehtiramla anılmışdır.

“Saksen-Anhalt Alman-Azərbaycan mədəniyyət cəmiyyəti”nin sədri Yaşar Millnitts-Niftəliyev, üzvlərdən

Nils Assel, Aleksander Mishalyuk, Silviye Pretzel və başqaları çıxış edərək Azərbaycanın mədəniyyəti, tarixi,

iqtisadiyyatı, turizm imkanları, mətbəxi, bugünkü demokratik inkişafı barədə geniş məlumat vermişlər.

İştirakçılara Azərbaycanın Almaniyadakı səfirliyinin göndərdiyi Azərbaycanla bağlı kitablar təqdim

olunmuşdur.

Page 287: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

287

Nyu-Yorkda 20 Yanvar faciəsini əks etdirən film nümayiş olunmuşdur

(28 yanvar 2011)

Vaşinqton, 28 yanvar (AzərTAc). 20 Yanvar faciəsinin ildönümünü anma tədbirləri çərçivəsində Nyu-

York şəhərində hazırda bu şəhərdə yaşayan rejissor Əzim Sadıxovun 1990-cı il yanvarın 19-20-də lentə aldığı

və Müstəqil Filmçilər Birliyinin mükafatına layiq görülmüş filmin ilk nümayişi keçirilmişdir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi və diaspor təşkilatlarının birgə səyləri ilə təşkil edilmiş

tədbirdən sonra, xalqımızın azadlığı naminə həyatlarını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla yad

edilmiş, ehsan verilmişdir.

Anma mərasimində Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev, Nyu-

Yorkdakı Azərbaycan icmasının fəalları və ölkəmizin dostları iştirak etmişlər.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 288: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

288

Nyu-Yorklu konqresmen 20 Yanvarla bağlı bəyanatla çıxış etmişdir

(28 yanvar 2011)

Vaşinqton, 28 yanvar (AzərTAc). Qanlı Yanvar hadisələrinin 21-ci ildönümü ilə bağlı daha bir ABŞ

konqresmeni bəyanatla çıxış etmişdir.

Nümayəndələr Palatasında Azərbaycanla bağlı işçi qrupunun üzvü, Nyu-York ştatının Konqresdəki

təmsilçisi Edolfus Tauns bəyan etmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik sovet

qoşununun Bakıya tanklar və zirehli texnika ilə hücumu nəticəsində baş verən Qara Yanvar faciəsini anan

Azərbaycan xalqına qoşulur.

Tarixi hadisələrin qurbanlarını xatırlayan konqresmen demişdir ki, ABŞ-ın “Human Rights Watch”

təşkilatı Bakıya təcavüz zamanı tibbi heyət, təcili yardım maşınları və hətta xəstəxanalara edilən hücumları

pisləmişdir. Sovet əsgərləri tərəfindən həyata keçirilən bu cəzalandırma totalitar rejimi xilasetmə cəhdi və tək

Azərbaycan deyil, digər sovet respublikalarına xəbərdarlıq məqsədi daşısa da, Qara Yanvar Azərbaycanda əks

nəticə vermişdir - Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsində daha da sıx birləşmişdir.

Nyu-Yorklu konqresmen vurğulamışdır ki, bu gün Azərbaycan çiçəklənən bir dövlətə çevrilərək bölgədə

enerji təhlükəsizliyinin möhkəmlənməsində, terrorizm və ekstremizmin qarşısının alınmasının təmin

edilməsində Birləşmiş Ştatların vacib tərəfdaşıdır.

E. Tauns demişdir: “Mən, Azərbaycan xalqına dostluğuna görə minnətdarlığımı bildirir, Azərbaycanın

gələcəyi uğrunda həyatlarını qurban verənlərin ailələrinə başsağlığımı və dualarımı çatdırıram. Birləşmiş Ştatlar

Azərbaycan və bölgədə olan digər dövlətlərlə insan haqlarının və qanunun aliliyinin təmin edilməsi, sabitliyin

qorunması, təsisatların möhkəmlənməsi və münaqişələrin həlli istiqamətində birgə işini davam etdirəcəkdir”.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 289: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

289

Nyu-Yorkda 20 Yanvar faciəsini əks etdirən film nümayiş olunmuşdur

(28 yanvar 2011)

Vaşinqton, 28 yanvar (AzərTAc). 20 Yanvar faciəsinin ildönümünü anma tədbirləri çərçivəsində Nyu-

York şəhərində hazırda bu şəhərdə yaşayan rejissor Əzim Sadıxovun 1990-cı il yanvarın 19-20-də lentə aldığı

və Müstəqil Filmçilər Birliyinin mükafatına layiq görülmüş filmin ilk nümayişi keçirilmişdir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi və diaspor təşkilatlarının birgə səyləri ilə təşkil edilmiş

tədbirdən sonra, xalqımızın azadlığı naminə həyatlarını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla yad

edilmiş, ehsan verilmişdir.

Anma mərasimində Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev, Nyu-

Yorkdakı Azərbaycan icmasının fəalları və ölkəmizin dostları iştirak etmişlər.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 290: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

290

Təbrizdə çıxan nüfuzlu “Ərk” qəzetində 20 Yanvar faciəsindən

bəhs edən məqalə dərc olunmuşdur

(1 fevral 2011)

Təbriz, 1 fevral (AzərTAc). Təbrizdə fars dilində nəşr olunan nüfuzlu “Ərk” qəzetində 20 Yanvar faciəsi

ilə bağlı məqalə dərc olunmuşdur.

Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycanda törətdiyi

qanlı hərbi cinayətin səbəb və məqsədlərindən bəhs edilir.

Tutarlı faktlar əsasında oxuculara çatdırılır ki, Mixail Qorbaçov başda olmaqla keçmiş sovet dövlətinin

sonuncu rəhbərliyi Azərbaycan xalqına qarşı həyata keçirdiyi düşmənçilik siyasətini 20 Yanvar faciəsi ilə

davam etdirmişdir. Bakıya xüsusi təyinatlı ordu birləşmələrindən ibarət qoşun hissələri yeridilərək qanlı cinayət

törədiləndən yeddi saat sonra SSRİ prezidentinin bu barədə fərmanı elan edilmişdir. Təkcə bu fakt cinayətin

məkrli siyasi məqsədlər üçün həyata keçirildiyini deməyə tam əsas verir.

Məqalədə göstərilir ki, sovet qoşunları tərəfindən Bakıda qanlı qırğın törədilməsinə baxmayaraq,

Azərbaycan xalqı öz azadlıq mübarizəsindən geri çəkilməmişdir. Əliyalın insanlar təpədən-dırnağadək

silahlanmış sovet əsgərləri və ağır hərbi texnika ilə üz-üzə dayanmışdır. Yazıda, həmçinin o dövrdə

Azərbaycana rəhbərlik etmiş şəxslərin xalqa xəyanəti, ölkənin siyasi naşılıqla idarə olunması və bunun ağır

nəticələri, Vətən uğrunda canlarından keçmiş insanların qəhrəmanlığı, Şəhidlər xiyabanının müqəddəs

ziyarətgaha çevrilməsi və s. məsələlər barədə də oxuculara məlumat verilmişdir.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Təbriz

Page 291: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

291

İranda nəşr olunan "Xudafərin" jurnalı oxucularına 20 Yanvar

faciəsi barədə müfəssəl məlumat vermişdir

(3 fevral 2011)

Tehran, 3 fevral (AzərTAc). İranda ərəb qrafikalı Azərbaycan əlifbası ilə ana dilimizdə nəşr olunan

"Xudafərin" jurnalı oxucularına 20 Yanvar faciəsi barədə müfəssəl məlumat vermişdir.

Həmin məqalə böyük tədqiatçı, yazıçı-publisist "Qarabağ", "Qarabağ müharibəsi", "Bakı",

"Müsəlmanların qətliamı" kimi onlarla məşhur əsərin müəllifi olan Səməd Sərdarniyanın yaradıcılığının təhlili

əsasında yazılmış və hadisəni əks etdirən fotoşəkillər yerləşdirilmişdır.

"Azərbaycan musiqisinin dahisi" başlıqlı məqalə görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr

edilmişdir. Həmçinin, jurnalda Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər

Akademiyasının müxbir üzvü Nizami Cəfərovun və tanınmış şair Nəriman Həsənzadənin də yaradıcılığına

müraciət edilmişdir.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Page 292: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

292

Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(19 yanvar 2012)

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anma

mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan müşavir R.Vəliyev Qanlı Yanvar faciəsi, Vətənimizin azadlığı və müstəqilliyi

uğrunda şəhid olmuş həmvətənlərimizin fədakarlığı barədə iştirakçılara məlumat vermişdir. R.Vəliyev dinc

əhaliyə qadağan olmuş silahlardan atəş açıldığını, faciə zamanı həlak olan və yaralananlar arasında azyaşlı

uşaqların və qadınların da olduğunu bildirmişdir. Qanlı hadisədən dərhal sonra ümummilli lider Heydər

Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu aksiyanı qəti pislədiyini, günahkarların

dərhal cəzalandırılmasını tələb etdiyini qeyd etmişdir.

R.Vəliyev Prezident İlham Əliyevin ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsinə

böyük ehtiram bəslədiyini vurğulamışdır. Müşavir 20 Yanvar faciəsində həlak olanların ailə üzvlərinin sosial

müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədi ilə müvafiq təqaüdlərin

ayrılmasından danışmışdır.

Digər çıxış edənlər də bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan Qanlı Yanvar

faciəsinin qəhrəmanlıq və şəhidlik zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunduğunu bildirmişlər. 20

Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü kimi daxil olduğu qeyd

edilmişdir. Natiqlər faciə qurbanlarının xatirəsinin daim əziz tutulacağını vurğulamışlar.

Tədbirin iştirakçıları səfirlikdə 20 Yanvar faciəni əks etdirən materiallardan ibarət guşə ilə də tanış

olmuşlar.

AzərTAc

Page 293: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

293

İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib

(19 yanvar 2012)

İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, 20 Yanvar

faciəsinin 22-ci ldönümü ilə əlaqədar yanvarın 18-də səfirlikdə mətbuat konfransı keçirilib.

İordaniyanın 20-yə yaxın kütləvi informasiya vasitələrinin, o cümlədən İordaniyanın rəsmi dövlət kanalı

İordaniya Televiziyasının iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən

sonra səfir Elman Araslı faciənin tarixi, onun ölkəmizin müstəqilliyinin bərpasında oynadığı rol haqqında media

nümayəndələrinə ətraflı məlumat verib.

Jurnalistlərin çoxsaylı suallarını cavablandıran səfir Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət

əməlinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməsinin zəruriliyini vurğulayıb və bu işdə media

nümayəndələrinin yaxından iştirakına ehtiyac olduğunu bildirib.

Sonra səfir Araslı qanlı yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar İordaniya Televiziyasına müsahibə

verib.

Bununla yanaşı, səfirlik tərəfindən müvafiq bəyanat hazırlanaraq İordaniyanın Xarici İşlər Nazirliyinə, bir

sıra digər rəsmi qurumlara, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və yerli KİV-lərə

göndərilib. Artıq bu gün İordaniyanın "Rəy", "Düstur", "Jordan Times", "Diyar", "Əl-Ğad", "Əl-Diyar" kimi bir

sıra nüfuzlu qəzetlərinə səfirlik tərəfindən 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mətbuat

konfransı geniş şəkildə işıqlandırılıb.

Trend

Page 294: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

294

Pakistanda 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş seminar keçirilib

(19 yanvar 2012)

Pakistanın Preston Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş "20 Yanvar-

Azərbaycan tarixinin dönüş nöqtəsi" adlı seminar keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı

Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar

oxunduqdan sonra səfir Daşqın Şikarov 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr barədə geniş məlumat

verib. O, Sovet İttifaqında cərəyan edən hadisələrdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycanın

Dağlıq Qarabağ əyalətinin Ermənistana birləşdirmək niyyətində olduqlarını və bu məkrli istəklərini həyata

keçirtmək üçün ölkə rəhbəri Mixail Qorbaçovun dəstəyini aldıqlarını bildirib. Daha sonra o, Azərbaycan

xalqının buna etiraz əlaməti olaraq, xalq hərəkatına qalxdığını mərasim iştirakçılarının nəzərinə çatdırıb.

Preston Universitetinin rektoru, doktor Abdul Basit çıxışında "Human Rights Watch" təşkilatının

qeydlərindən sitat gətirərək vurğulayıb ki, Sovet rejimi 20 Yanvar qırğınını törətməklə bütün SSRİ-dəki milli-

azadlıq hərəkatlarına dərs vermək fikrində idi.

Tanınmış alim, Müasir Dillər Universitetinin Professoru, səfir Amir A.Şadani öz çıxışında SSRİ

rəhbərliyinin 20 Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma

buna nail ola bilmədiyini vurğulayıb.

Tədbir zamanı nümayiş etdirilən 20 Yanvar qırğınına dair qısametrajlı film tədbir iştirakçılarında dərin

təəssürat oyadıb.

Tədbirdə Preston, Müasir Dillər, Milli Müdafiə, Qaide Azam, ZAB universitetlərinin, Diplomatik

Akademiyanın rəhbər və müəllim heyəti, Pakistan ordusunun ehtiyatda olan yüksək rütbəli zabitləri, Pakistanda

akkreditə olunmuş diplomatlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin

nümayəndələri iştirak ediblər.

Trend

Page 295: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

295

Dünya azərbaycanlıları 20 Yanvar şəhidlərinin xatirəsini yad edir

(19 yanvar 2012)

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar 20 Yanvar qurbanlarının xatirəsini yad edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, Rusiya

Federasiyasının Moskva, Sankt-Peterburq, Yakaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan

Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və digər Azərbaycan təşkilatlarının iştirakı ilə keçiriləcək

konfrans, "dəyirmi masa" və seminarlarda Azərbaycan tarixinə faciə ilə yanaşı həmçinin qəhrəmanlıq salnaməsi

kimi həkk olunmuş 22 il əvvəl baş vermiş hadisələr təhlil olunacaq.

Murmanskda Azərbaycan tələbələri, Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin və

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəalları tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş

elmi-praktik konfrans keçiriləcək, Azərbaycan televiziyasının verilişlərinə baxış olacaq, ehsan veriləcək və

şəhidlərin ruhuna dualar oxunacaq. Tədbir çərçivəsində həmçinin sənədli film nümayiş etdiriləcək və fotosərgi

təşkil olunacaqdır. 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər Ukrayna, Belarus və

Moldovada da keçiriləcəkdir.

Avropanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız da 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad

edirlər. Almaniyanın Berlin, Maqdeburq, Drezden şəhərlərində fəaliyyət göstərən Almaniyadakı

Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycan Evi, "Xəzər" Hannover cəmiyyəti, "Alm.Az"

Cəmiyyəti, tərəfindən keçirilmiş tədbirlərdə şəhidlərin ruhu anılıb, 20 Yanvar hadisələrinin Azərbaycan

tarixindəki yeri və rolu ətrafında yerli ictimaiyyətə, eləcə də digər millətlərin diasporlarının nümayəndələrinə

ətraflı məlumat verilib.

2012-ci il yanvarın 14-də Maqdeburq şəhərində "Demokratiya yolları" adlı tədbirdə Saksen-Anhalt

vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Hannover şəhərində

fəaliyyət göstərən Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev 20 yanvar faciəsinə dair toplaşanlara ətraflı

məlumat veriblər. Tədbirin sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təqdim etdiyi 20

Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib.

2012-ci il yanvarın 18-də Almaniyanın Drezden şəhərində "Alm.az" cəmiyyətinin təşkilatçılığı ilə baş

tutmuş tədbirdə cəmiyyətin sədri Ağahüseyn Babayev toplaşanlara keçmiş SSRİ rəhbərliyi tərəfindən

Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verib, daha sonra "Azadlığa aparan

yollar" sənədli filmi nümayiş etdirilib. 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbirlər Almaniyanın

Kassel, Marburq, Höttingen şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən də təşkil

olunacaqdır.

İsveç Krallığında fəaliyyət göstərən "Durna" dərnəyi, Azərbaycan Federasiyası İsveç, "Xəzər"

Azərbaycan-İsveç Dostluq Cəmiyyəti tərəfindən müvafiq olaraq Stokholm, Yöteborq, Malmö şəhərlərində 20

Page 296: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

296

Yanvar şəhidlərinin ruhu yad ediləcək. 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər Fransa,

Danimarka, Niderland, İtaliya, Böyük Britaniyada da keçiriləcəkdir. Norveç Krallığında Norveç

Azərbaycanlıları Gənclər Təşkilatı tərəfindən "20 Yanvar - Qan Yaddaşımız" adlı konfrans, Finlandiyada

"Azəri-Fin" Dostluq Cəmiyyəti tərəfindən "Qara Yanvar" adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcəkdir.

20 Yanvar - Ümumxalq Hüzn Günü Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda yaşayan

azərbaycanlılar tərəfindən də qeyd olunacaqdır. Türkiyənin Ankara, İstanbul, İzmir, Kocaeli, Balıkesir, Adana,

Antalya, Edirne və digər şəhərlərində 20 Yanvar hadisələrinə həsr olunmuş konfrans və "dəyirmi masa"lar

keçiriləcək, fotosərgilər təşkil ediləcəkdir.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay

Əmirliyinin hökumət nümayəndələri ilə görüşərək onlara 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib,

həmçinin kitab və jurnallar təqdim edib. Misir Ərəb Respublikasında ölkə ictimaiyyətinə, həmin ölkələrdə

məskunlaşmış digər millətlərin diaspor nümayəndələrinə 20 Yanvar faciəsi barədə məlumat veriləcək, Küveytdə

"20 Yanvar Şəhidləri" adlı foto sərgi təşkil olunacaqdır.

ABŞ-da fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası 14 yanvar 2012-ci il

tarixində 20 Yanvar faciəsi barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbir keçirib. ABŞ

azərbaycanlıları şəbəkəsi 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı yeni kampaniyaya - məktub

göndərmə kampaniyasına start verib. ABŞ-ın rəsmi şəxslərinə ünvanlanan məktublarda deyilir ki, 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumu nəticəsində 170 dinc sakin qətlə yetirilib,

321 nəfər itkin düşüb, 700-dən çox adam yaralanıb, yüzlərlə insan həbs edilib.

Kanadada fəaliyyət göstərən Alberta-Azərbaycan Mədəniyyət Mərkəzi və Kanada-Azərbaycan Təşkilatlar

Assambleyasına daxil olan təşkilatlar tərəfindən müvafiq olaraq ölkənin Kalqari və Ottava şəhərlərində 20

Yanvar faciəsi qurbanlarının xatirəsi yad ediləcəkdir. Latın Amerikasındakı Azərbaycan Assosiasiyası

Azərbaycanın Meksikadakı səfirliyi ilə birlikdə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədilə anım

mərasimi keçirəcəklər.

Avstraliyada fəaliyyət göstərən Avstraliya Dostluq Cəmiyyəti 20 Yanvar hadisələrinin 22-ci ildönümünə

həsr olunmuş konfrans keçirəcək, ictimaiyyətə sovet hərb maşınının Azərbaycan xalqına qarşı xüsusi

amansızlıqla törətdiyi terror aktı barədə məlumat verəcəkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan

azərbaycanlıların 20 Yanvar hadisələrinin 22-ci ildönümünə və şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirləri

yanvar ayının sonunadək davam edəcəkdir.

Trend

Page 297: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

297

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Küveytdə yad edilib

(19 yanvar 2012)

Yanvarın 19-da Azərbaycanın Küveytdəki səfirliyində 1990-cı il qanlı yanvar faciəsinin qurbanlarının

xatirəsi yad edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirə Küveytdə

yaşayan həmvətənlərimiz, o cümlədən "Vətənsevər" Dostluq Cəmiyyətinin nümayəndələri, həmçinin, ölkənin

tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla anılıb.

Tədbirdə 22 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu

silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdikləri bildirilib,

həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunduğuna baxmayaraq, bunun Azərbaycan xalqının azadlıq

hərəkatını və xalqın mətin iradəsini qıra bilmədiyi xüsusi vurğulanıb.

Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Moskva şəhərindəki Azərbaycanın daimi

nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd

olunaraq, 20 Yanvar faciəsinə məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə araşdırılıb hüquqi-siyasi qiymət

verildiyi bildirilib.

Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 yanvar fotosərgisi ilə tanış olub, qanlı faciə barədə

çəkilən sənədli filmi seyr ediblər.

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə ərəb dilində dərc edilmiş "20.01.1990 -

Azərbaycanda qanlı yanvar faciəsi" adlı jurnal və ərəb dilində 20 Yanvar faciəsinə həsr olunan sənədli filmin

DVD-si tədbir iştirakçılarına təqdim olunub.

Eyni zamanda, 1990-cı il qanlı yanvar faciəsi Küveyt KİV-ində geniş şəkildə işıqlandırılıb. Belə ki, qeyd

olunan hadisə ilə bağlı müfəssəl məqalə çoxsaylı oxucu kütləsinə malik "Əl-Vasat" qəzetində dərc edilib.

Trend

Page 298: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

298

Sankt-Peterburqda 20 yanvar faciəsinin ildönümü qeyd edilib

(20 yanvar 2012)

Cümə günü Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və "Sankt-Peterburqun Azərbaycan

diasporu" regional ictimai təşkilatın dəstəyi ilə 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim

keçirilmişdir.

Trend-in Baş konsulluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə azərbaycan

diasporunun nümayəndələri, şəhərdə təhsil alan azərbaycanlı tələbələr, Sankt-Peterburqda fəaliyyət göstərən

türk dilli diasporlarının nümayəndələri, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən

Baş konsul Qüdsi Osmanov iştirakçılara 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrin səbəblərindən

ətraflı bəhs etmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də

Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi

vurğulamış, faciəyə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymətin verildiyini bildirmişdir.

"Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatın sədri Heydər İmanov qeyd etmişdir

ki, Qanlı Yanvar faciəsi əbədi azərbaycan xalqının yaddaşında qalacaqdır.

Həmçinin tədbirdə "Sankt-Peterburq Azərbaycan investorları Asosiasiyası"nın sədri Pərviz Quliyev və

"Naxçıvanın dostları" informasiya mərkəzinin sədri İdris Gəhrəmanov çıxış etmişlər.

Trend

Page 299: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

299

Strasburqda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

(20 yanvar 2012)

Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Strasburqda 20 yanvar faciəsinin

22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Bu barədə Trend-ə cümə günü Daimi

nümayəndəlikdən məlumat verilib.

Tədbirdə AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər etmiş Azərbaycanın qurumdakı

nümayəndə heyətinin üzvləri, Türkiyə, Ukrayna, Gürcüstan və Moldovanın AŞ yanında Daimi nümayəndələri

və əməkdaşları, yerli qonaqlar, Strasburqda yaşayan və təhsil alan soydaşlarımız iştirak edib.

Mərasimindən öncə Daimi Nümayəndəliyin əməkdaşları, AŞ PA-da Azərbaycanın nümayəndə heyətinin

üzvləri, diplomatik korpus nümayəndələri, Strasburqda yaşayan və təhsil alan soydaşlarımızın iştirakı ilə

ölkəmizin Avropa Şurasının qarşısında dalğalanan bayrağının yanına 20 yanvar faciəsinin qurbanlarının

xatirəsinə hörmət əlaməti olaraq əklil qoyulub və Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş faciə

qurbanlarının xatirəsi bir dəqiqəliq sükutla yad edilib.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov

xalqımızın qan yaddaşına həkk olunmuş Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan

xalqına qarşı törədilmiş bu cinayətin əsl mahiyyəti, o dövrdə sovet imperiyasına rəhbərlik etmiş şəxslərin

xalqımıza qarşı məkrli siyasəti, aksiyanın ağır nəticələri barədə danışmışdır. Səfir bu günü Azərbaycan tarixinin

şərəfli səhifəsi kimi səciyyələndirmişdir. A.Məmmədov qeyd etmişdir ki, 20 Yanvar hadisələri bugünkü

müstəqilliyimizin yolunu açmışdır. Həmin gün sovet qoşunları günasız insanları qətlə yetirib. 133 nəfər şəhid

olub, yüzlərlə insan yaralanıb və ya itikin düşüb. Biz bu gün AŞ qarşısındakı bayrağızın önünə faciə

qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq əklil qoyduq"-Məmmədov qeyd edib.

Sonra çıxış edən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov faciə haqqında

danışmağın ağır olduğunu qeyd edib.

"Bu gün mənim üçün danışmaq çox ağırdır, cünki bu faciə mıillətimizin daima yaddaşındadır.

Azərbaycan xalqı müstəqilliyini yeni əldə edən xalqdır. Bu gün biz 20 yanvar hadisələrini nəinki faciə, həm də

qqələbə kimi qeyd edirik. Bu hadisə olmasaydi, müstəqilliyimizi əldə edə bilməzdik və bayrağımız Avropa

Şurası qarşısında dalğalanmazdı. Xalqımızın bu ağır günlərində ulu öndərimiz Heydər Əliyev Azərbaycanın

Moskvadakı Daimi nümayəndəliyinə gələrək bu qanlı faciəni törədənlərə qarşı kəskin etiraz etmişdir. Onun

çıxışından sonra milyonlarla azərbaycanlı azadlıq mübarizəsinə başladı. İndi biz çox xoşbəxtik ki, dünyada 70-

dən çox səfirliyimiz fəaliyyət göstərir. Bu il ərzində xaricdə üçdən artıq yeni səfirliklərin açılması nəzərdə

tutulur. Bizim dünyanın qabaqcıl ölkələrində tələbələrimiz təhsil alır. Bu gün Azərbaycanın səsi digər ölkələrdə

yüksək səviyyədə eşidilir. Lakin bütün nailiyyətlərə baxmayaraq, 1 milyondan artıq qaçqın və məcburi

köçkünümüz var. Bizim ümumi bir bəlamız var. O da torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsidir.

Çox təəssüf ki, Ermənistanın Azərbaycana dair mənfi infirmasiyalar yaymaq imkanları var. Buna isə ən tutarlı

Page 300: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

300

cavab güclü ölkə və cəmiyyətin qurulmasıdır. Mən əminəm ki, yaxın gələcəkdə həyata keçiridiyimiz işlərdən də

daha çox işlər görəcəyik"- Seyidov bildirib.

Sonra çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisinin rəhbəri Roman Huna bu vacib günü

qeyd edilməsinin əhəmiyyətindən danışıb.

"Bu gün 20 yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi ilə bağlı keçirilən mərasimdə iştirakımdan

məmnunam. Azərbaycanın AŞ yanında Daimi Nümayəndəliyinin bu faciənin ildönümünü qeyd etməsini yüksək

qiymətləndirirəm. Bizdə həm Strasburqda, həm də Brüsseldə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş

tədbirlər təşkil edəcəyik"- Huna deyib.

Tədbirdə çıxış edən millət vəkili Rövşən Rzayev bu günü xalqımızın ən ağır günlərinən biri kimi

qiymətləndirib.

"Bu gün Azərbaycan xalqının ən ağır günlərindən biridir. Dinc insanlarımız sovet qoşunları tərəfində qətlə

yetirildi. Mən çox hiddətlənirəm ki, Azərbaycana qarşı belə bir münasibət var idi. Həmin dövrdə Azərbaycan

Dağlıq Qarabağda da böyük problemlərlə üzləşmişdi. 20 yanvarda baş verən hadisələr ermənilərin Dağlıq

Qarabağda həyata keçirdikləri planların başlanğıcı idi. Şadam ki, bu gün biz müstəqil dövlətik. Bu gün

Vətəndən uzaqda olsam da, AŞ yanında Daimi Nümayəndəlikdə bu faciəni qeyd edirik. Ulu öndər Heydər

Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu faciəni törədənlərə qarşı öz etirazını

bildirdi və bundan sonra Azərbaycanın siyasi tarixində demək olar ki, yeni səhifə açıldı. Biz bu müdhiş gaciəni

daima xatırlayacayıq"-Rzayev deyib.

Azərbaycanlı gənc Fuad Məmmədov isə çıxışında qeyd edib ki, hər bir xalqın yaddaşında dərin iz

buraxan, xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan hadisələr vardır.

"20 Yanvar azadlığımızın uğrunda mübarizə günüdür. Məhz bunu nəticəsində uzun illərdən bu yana

arzusunda olduğumuz müstəqilliyə qovuşdiq. Ən vacib məqam ondan ibarətdir ki, azadlıq uğrunda mübarizənin

bəhrəsini bilavasitə biz tələbələr görürük. Belə ki, Azərbaycanın hər bir gənci bu gün sərbəst şəkildə xarici

ölkələrdə təhsil ala bilir və müstəqil respublikamızı layiqincı təmsil etmək iqtidarındadır"- Məmmədov deyib.

Trend

Page 301: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

301

Fridon Todua: “Sovet imperiyası azadlıqsevər xalqlarımızı

tank və topla niyyətindən çəkindirə bilməmişdir”

(19 yanvar 2012)

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn yanvarın 20-də Gürcüstan parlamentinin vitse-spikeri

Fridon Todua ilə görüşmüşdür.

Azər Hüseyn və Fridon Todua Tbilisidə parlament binasının qarşısında 9 Aprel şəhidlərinin abidəsi önünə

əklil qoymuşlar.

F.Todua demişdir: “Ötən əsrin sonlarında ölkələrimizdə başlanmış milli azadlıq hərəkatı çox təəssüf ki,

günahsız insanların qətlə yetirilməsi ilə nəticələnmişdir. Ancaq imperiya azadlıqsevər xalqlarımızı tank və topla

niyyətindən çəkindirə bilməmişdir. Çalışmalıyıq ki, bu faciələr təkrar olunmasın”.

Sonra F.Todua bir neçə gün əvvəl Azərbaycana rəsmi səfərindən, burada keçirdiyi yüksək səviyyəli

görüşlərdən söhbət açmış, dost, qardaş Azərbaycanın sürətli inkişafından məmnun qaldığını bildirmişdir.

Səfir Azər Hüseyn demişdir ki, Gürcüstan parlamentinin vitse-spikerinin 20 Yanvar faciəsinin ildönümü

ərəfəsində Bakıya səfəri həm də rəmzi məna daşımışdır. Ölkələrimizi çox şey birləşdirir. 20 Yanvar və 9 Aprel

faciələri də ölkələrimizin öz müstəqilliklərini şəhid qanı hesabına əldə etdiklərinin sübutudur. Səfir demişdir ki,

20 Yanvar faciəsində 6 nəfər Gürcüstan vətəndaşı da həlak olmuşdur. Azərbaycan-Gürcüstan münasibətlərinin

getdikcə geniş vüsət aldığını qeyd edən diplomat ölkələrimiz arasında heç bir problem olmadığını bildirmişdir.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov 20 Yanvar hadisələrinin xalqımızın müasir tarixində

mühüm yer tutduğunu demişdir. O, qeyd etmişdir ki, Azərbaycanın güclü inkişafı Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına əminlik yaradır.

İslam Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Page 302: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

302

Malayziyanın Cənub-Cənub İnformasiya Qapısı agentliyinin rəsmi portalında

“Qara Yanvar: Azərbaycanın müstəqilliyi naminə” sərlövhəli

məqalə yerləşdirilmişdir (20 yanvar 2012)

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Cənub-Cənub İnformasiya Qapısı

(SSİG) agentliyinin rəsmi portalında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Qara Yanvar:

Azərbaycanın müstəqilliyi naminə” sərlövhəli məqalə yerləşdirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycan xalqının hər il 1990-cı il 20 Yanvar

günündə canlarını qurban vermiş şəhidlərin xatirəsini yad etdiyi qeyd olunur. Yazıda, eyni zamanda, faciənin

tarixi barədə məlumat verilir. Bildirilir ki, sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanunsuz

olaraq Bakı şəhərinə və Azərbaycanın digər regionlarına hərbi təcavüz etmişdir. Bu qanlı aksiya nəticəsində

Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilmiş, 700-dən çox insan yaralanmış, 800-dən artıq

azərbaycanlı qanunsuz həbs olunmuş, 5 nəfər isə itkin düşmüşdür. Öldürülənlər arasında qadınlar, uşaqlar və

yaşlı nəslin nümayəndələri də var idi. Sovet ordusu, həmçinin hərbi təcavüz zamanı 200-dən çox evi və 80-dən

artıq maşını yandırıb talan etmişdir.

Sonda məqalənin müəllifi yazır ki, həmin gecə şəhid olanlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü

uğrunda canlarından keçmişlər. Faciənin törədildiyi vaxtdan 22 il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu

gün də özünün şəhid övladlarını unutmur. Müəllif qeyd edir ki, şəhidlər heç vaxt unudulmayacaqdır. Çünki

həmin gecə şəhid olan Azərbaycanın igid oğul və qızları ölkənin azadlığına və müstəqilliyinə yol açdılar.

AzərTAc

Page 303: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

303

20 Yanvar faciəsi ABŞ-da anılıb

(21 yanvar 2012)

Qara Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə, Azərbaycanın ABŞ-dakı Səfirliyində anım mərasimi

keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov çıxış edərək,

20 yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici roldan bəhs edib.

O, bu faciədə öz həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban vermiş və şəhidlik zirvəsinə

yüksəlmiş insanların xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını bildirib.

Səfir qeyd edib ki, həmin qanlı qırğını törədənlər Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq və

azadlıq eşqini söndürmək istəsələr də, öz məqsədlərinə nail ola bilmədilər, Azərbaycan 1991-ci ildə öz

müstəqilliyini bərpa etdi.

Süleymanov Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gəlməsini və bu faciəni törədənləri kəskin şəkildə pisləməsini böyük tarixi hadisə adlandırıb.

20 yanvar hadisələri baş verən dövrdə ABŞ Dövlət Katibinin SSRİ üzrə xüsusi müşaviri vəzifəsində

çalışmış Pol Qobl Qara Yanvar faciəsinə Vaşinqtonda o zaman mövcud olan münasibət barədə xatirələrini

bölüşüb.

Qobl Sovet rəhbərliyinin, xüsuilə Qorbaçovun belə bir vətəndaş qırğını törətməsini "dövlət terrorçuluğu"

kimi səciyyələndirib.

O, məhz bu faciədən sonra Vaşinqtonun siyasi dairələrində SSRİ-nin tezliklə süqut edəcəyinə dair

əminliyin yarandığını bildirib.

Qoblun fikrincə, bu qanlı hadisələr SSRİ-nin tezliklə çökməsinə gətirib çıxardı ki, bu da öz növbəsində

bütün dünyanı dəyişdi.

O, həmin dəhşətli günlərdə Azərbaycan xalqının yüksək cəsarət və mərdlik nümayiş etdirdiyini və bu gün

azəbaycanlıların Qara Yanvar şəhidlərilə tam haqlı olaraq böyük qürur duyduqlarını bildirib.

Qobl Heydər Əliyevin bu qırğını dərhal və qətiyyətlə pisləməsini yüksək cəsarət nümunəsi adlandıraraq,

bu bəyanatın o zaman Vaşinqtonda ciddi rezonans doğurduğunu qeyd edib.

Sonra ABŞ-dakı Azərbaycan diasporunun üzvü, faciə baş verən dövrdə "Amerikanın Səsi" radiosunun

Azərbaycan redaksiyasında çalışmış Həbib Azərsina çıxış edərək, həmin qanlı gecədə Bakı ilə çətinliklə əlaqə

yaradaraq götürdüyü müsahibələrdən, faciənin ABŞ KİV-ləri tərəfindən işıqlandırılmasından, Vaşinqtondakı

SSRİ səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi etiraz aksiyasından və s.-dən bəhs edib.

Daha sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov həzin musiqi parçaları ifa

edib.

Page 304: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

304

Mərasimdə ABŞ-ın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri,

Azərbaycan diasporunun üzvləri və Vaşinqtonda və Virciniyada təhsil alan bir sıra azərbaycanlı tələbələr iştirak

ediblər.

Trend

Page 305: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

305

Batumidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(21 yanvar 2012)

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu 1990-cı il 20 Yanvar faciəsi qurbanların

xatirəsi Günü keçirib.

XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Muxtar

Respublikasının Hökumətinin Aparatı, Acarıstanın digər nazirlik və idarələrinin məsul əməkdaşları, Batumidə

akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Ş. Rustaveli adına Batumi Dövlət Universitetinin

Rektoru А. Bakuridze, Poti şəhərinin meri V. Lemonjava, "Acariya" qəzetinin Baş redaktoru Q. Qorqiladze,

Acarıstan Muxtar Respublikasının tanınmış ziyalıları və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Qanlı yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Batumi

şəhərindəki Baş konsulu Hüseyn Nəcəfov çıxış edib. O, çıxışında Sovet Ordusunun 1990-cı ilin yanvarında

Bakı şəhərində törətdiyi qanlı hadisələrdən, paytaxtın dinc sakinlərinə qarşı görünməmiş qəddarlıqla həyata

keçirilən, çoxsaylı qurbanlarla nəticələnən cəza aksiyasından danışıb. Baş konsul çıxışında o günlərdə

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı

keçirərək SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən ittiham etməsini xüsusi olaraq vurğulayıb. H.

Nəcəfov onu da qeyd edib ki, hazırda Bakının ən uca nöqtəsində Şəhidlər Xiyabanı salınıb ki, bu Xiyabanda 20

Yanvar faciəsinin qurbanları ilə yanaşı, erməni təcavüzkarlarına qarşı döyüşlərdə həlak olmuş şəhidlərimiz də

dəfn olunub. Buna görə də bu gün rəsmi ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanı Azərbaycanın hər bir

vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır. Hər il yanvarın 20-si yüz minlərlə soydaşımız canlarını

doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu bu məkanı

ziyarət edir, şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.

Tədbir çərçivəsində tanınmış rejissor A. Konçalovskinin "Бремя власти. Гейдар Алиев. 2 часть -

Черный Январь" və "Müstəqilliyə aparan yol" sənədli filmləri nümayiş etdirilib.

Qonaqların diqqətinə həmçinin Bakı şəhərində faciəli 20 yanvar hadisələrini özündə əks etdirən fotosərgi

də çatdırılıb.

Sonda tədbir iştirakçıları 1990-cı ilin Qanlı Yanvar - Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad

ediblər.

Trend

Page 306: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

306

Ankarada “20 Yanvar qətliamı və Rauf Denktaşı anma”mövzusunda seminar keçirilmişdir

(21 yanvar 2012)

Ankaradakı Qazi Universitetində Düşüncə Quruluşları və Yayınları Birliyinin təşkilatçılığı ilə “20 Yanvar

qətliamı və Rauf Denktaşı anma” mövzusunda seminar keçirilmişdir.

Türkiyənin keçmiş dövlət naziri Sadi Somuncuoğlu tədbirdə çıxış edərək demişdir ki, Türkiyə Böyük

Millət Məclisinin ümumi iclaslarından birində ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımı və 20

Yanvar qətliamı ilə bağlı komissiya təşkil olunmalıdır. Bu komissiya müvafiq hesabat hazırlamalı və Xocalı

soyqırımına dair qərar qəbul edilməlidir.

Millət vəkili Sinan Oğan 20 Yanvar faciəsinin səbəblərindən bəhs edərək vurğulamışdır ki, Sovet

İttifaqının başçısı Mixail Qorbaçovun dinc və silahsız insanların üzərinə qoşun yeritməsinin əsas məqsədi

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini boğmaq idi.

Türkiyənin keçmiş xarici işlər naziri Mümtaz Soysal və digər natiqlər Azərbaycanda törədilmiş

qətliamlardan bəhs etmiş, həmçinin Şimali Kiprdə türklərin azadlıq hərəkatının lideri Rauf Denktaşın Türkiyə

və türk dünyası qarşısında böyük xidmətlərindən danışmışlar.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

AzərTAc

Page 307: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

307

ABŞ Konqresində Qara Yanvar faciəsinin 22-ci ildönümü anılmışdır

(23 yanvar 2012)

ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan məsələləri üzrə işçi qrupunun həmsədri Bill

Şuster 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış etmişdir. O, spiker Con Beynerə müraciətində

demişdir: Cənab spiker, mən, bu gün faciəli Qara Yanvar hadisələrini anan Azərbaycan xalqına qoşuluram.

1990-cı il yanvarın 19-da təxminən 26 min nəfərlik sovet qoşun hissələri Bakıya tanklar və zirehli texnika ilə

hücum etmişdir. Həmin gecə sovet ordusu günahsız azərbaycanlıları əzərək, qadınlar və uşaqlar da daxil

olmaqla, dinc nümayişçilərə atəş açmışdır. Azərbaycan mənbələrinə əsasən bu amansız hərəkətlər nəticəsində

132 nəfər həlak olmuş, 611 nəfər yaralanmış, 841 nəfər həbs edilmiş, xeyli insan itkin düşmüşdür.

Konqresmen Şuster vurğulamışdır ki, ABŞ-ın insan haqlarını izləyən “Hyuman Raytz Votç” təşkilatının

“Azərbaycanda Qara Yanvar” adlı hesabatında Bakıya təcavüz zamanı yer alan insan haqlarının vəhşicəsinə

pozulmasına tibbi heyət, təcili yardım maşınları və hətta xəstəxanalara hücum hallarının daxil olduğu

bildirilmişdir. Hesabat belə yekunlaşdırılır ki, sovet ordusunun həyata keçirdiyi zorakılıq kütləvi

cəzalandırmaya bərabər idi və tək Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarına da xəbərdarlıq

kimi nəzərdə tutulmuşdu.

Azərbaycan məsələləri üzrə qrupun həmsədri həmkarlarına çatdırmışdır ki, hər il yanvarın 20-də minlərlə

insan Bakıdakı Şəhidlər xiyabanına baş çəkərək həlak olanların əziz xatirəsini anır, xalqın müstəqillik və azadlıq

öhdəliyinə ehtiramını nümayiş etdirir. Bununla da, Qara Yanvar qurbanlarının şərəf doğuran qəhrəmanlıqlarını

yad edirlər. Azərbaycanlıların azadlıq ruhunu sındırmağa müvəffəq olmayan imperiya qüvvələrinin 20 Yanvar

qırğını ölkədə baş qaldıran müstəqillik hərəkatını daha da gücləndirməyə, Azərbaycan xalqını azadlıq uğrunda

birləşməyə sövq etmişdir.

Şuster xatırlatmışdır ki, Azərbaycan ABŞ-ın vacib və strateji tərəfdaşı olaraq bu il Birləşmiş Ştatlarla

diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd etməyə hazırlaşır. Həmsədr Konqres üzvlərini bu

hadisələrdə sovet hərbçiləri tərəfindən qətlə yetirilənlərin xatirəsinə həsr edilmiş Qara Yanvar memorialını

ziyarət etməyə və faciəni anan azərbaycanlılara qoşulmağa çağırmışdır.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 308: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

308

Tehranda 20 Yanvar faciəsinə həsr olunmuş elmi konfrans keçirilib

(23 yanvar 2012)

Azərbaycanın Tehrandakı səfirliyində "20 Yanvar faciəsinin keçmiş SSRİ-nin süqutuna təsiri"

mövzusunda elmi konfrans təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata əsasən, konfransı giriş sözü ilə açan Azərbaycanın İrandakı

fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov 20 Yanvar faciəsinin törədilməsinin siyasi səbəb və

məqsədlərindən danışıb.

Axundov bildirib ki, o vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edib və regionda baş verən siyasi

proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Konfransda Tehran Universitetinin professoru Bəhram Əmirəhmədiyan, universitetin müəllimi Mir

Abdullah Hüseyni, bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutunun

Azərbaycan Respublikası üzrə bölməsinin müdiri Masoud Əhmədnia, Azərbaycan-İran Dostluq Cəmiyyətinin

sədri Əhəd Qəzayi, İran İslam Şurası Məclisinin keçmiş deputatı Mir Məhəmməd Yeqanlı və başqaları 20

Yanvar faciəsinin dəhşətlərindən danışıblar.

Konfransda çıxış edənlər 20 Yanvar faciəsinin böyük bir xalqa qarşı hərbi cinayət olduğunu və onu

törədənlərin cəzalandırılmasını istəyiblər. Onlar bu qanlı hadisənin keçmiş SSRİ-nin süqutunu daha da

sürətləndirən mübarizə kimi tarixdə özünə şərəfli yer qazandığını vurğulayıblar.

Konfransda həmçinin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsini əks

etdirən sənədli film nümayiş etdirilib.

Məlumata əsasən, səfirlik tərəfindən konfransın materialları kitab şəklində dərc olunacaq.

Trend

Page 309: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

309

Astanada yaşayan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin

ildönümü ilə bağlı anma mərasimi keçirmişlər

(23 yanvar 2012)

Astana, 23 yanvar (AzərTAc). Astanada yaşayan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin 22-ci

ildönümü ilə bağlı anma mərasimi keçirmişlər.

Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Nizami Rüstəmov 20 Yanvar faciəsi haqqında ətraflı

məlumat vermiş, sovet qoşunlarının Bakıda və respublikanın regionlarında törətdikləri vəhşiliklərdən,

xalqımızın azadlıq mübarizəsindən, erməni işğalçılarının azğın əməllərindən danışmışdır. Bildirmişdir ki,

faciədən bir gün sonra, yanvarın 21-də böyük siyasətçi, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev

Azərbaycanın daimi nümayəndəliyinə gələrək Bakıda törədilmiş qırğını pisləmiş, bunun məsuliyyətini keçmiş

SSRİ-nin rəhbəri Mixail Qorbaçovun üzərinə qoymuşdur.

Gənclər çıxışlarında Bakıda törədilmiş bu qanlı qırğını lənətləmişlər.

Qanlı Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirlər Qazaxıstanın bütün regionlarında

keçirilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Astana

Page 310: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

310

Tallində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir

(23 yanvar 2012)

Tallin, 23 yanvar (AzərTAc). Tallində Yuxkentali Gimnaziyasında fəaliyyət göstərən Azərbaycan bazar

günü məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbirdə Azərbaycan

Respublikasının Estoniyadakı səfiri Tofiq Zülfüqarov, Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan

parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri

N.Hacıyev, gimnaziyanın direktoru E.Rovgeyşa, Azərbaycan bazar günü məktəbinin şagirdləri, onların

valideynləri, Estoniyanın tanınmış jurnalisti, 20 Yanvar hadisələrinin şahidi olmuş Y.Vendelin, habelə

Azərbaycan diasporunun nümayəndələri və səfirliyin əməkdaşları iştirak etmişlər.

20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən E.Əfəndiyev, Y.Vendelin və başqaları qeyd etmişlər ki, 1990-cı il yanvarın 20-də

sovet rejimi Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət törətmişdir, yüzlərlə günahsız adam həlak

olmuş və yaralanmışdır, Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təcavüzə məruz qalmışdır.

Yuxkentali Gimnaziyasının direktoru E.Rovgeyşa qeyd etmişdir ki, Estoniya ictimaiyyəti Azərbaycan

xalqının dərdinə şərikdir.

Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, habelə Ermənistanın Azərbaycana qarşı hərbi

təcavüzü haqqında film nümayiş etdirilmişdir.

Yanvarın 19-20-də yerli TVN televiziya kanalında 20 Yanvar faciəsi haqqında xüsusi buraxılış olmuş,

Azərbaycan haqqında film göstərilmişdir.

Nigar Hüseynova

AzərTAc-ın xüsusi müxbiri

Tallin

Page 311: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

311

Polşada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır

(23 yanvar 2012)

Bakı, 23 yanvar (AzərTAc). Polşada fəaliyyət göstərən “Birlik” Cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il

20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən “Birlik” Cəmiyyətinin sədri Nəbi İbadov 1990-cı ildə keçmiş

sovet ordusunun Bakıda dinc sakinlərə qarşı törətdiyi vəhşiliyi terror aktı və insanlığa qarşı cinayət kimi

səciyyələndirmişdir. O demişdir ki, 1990-cı il yanvarın 20-də imperiya Azərbaycan xalqını müstəqillik və

azadlıq istəyindən döndərmək məqsədilə belə bir qanlı qırğın törətmişdir. İmperiya bununla Azərbaycana ağır

zərbə vursa da, xalqın mübarizlik əzmini qıra bilmədi.

Tədbirdə çıxış edən türk iş adamları 20 Yanvar faciəsini sovet dövlətinin törətdiyi cinayət kimi

səciyyələndirərək qeyd etmişlər ki, bu qanlı aksiyaya beynəlxalq ictimaiyyət öz münasibətini bildirməlidir.

Mərasimdə iştirak edən Polşa ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının kədərini

bölüşdüklərini, bu üzüntüyə şərik olduqlarını bildirmişlər.

Page 312: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

312

Belarusda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(23 yanvar 2012)

Bakı, 23 yanvar (AzərTAc). Belarusun Minsk və Mogilyov səhərlərində 20 Yanvar faciəsinin 22-ci

ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.

Azərbaycanın Minskdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə bu ölkədəki Azərbaycan

diasporu, azərbaycanlı tələbələr, yerli ictimaiyyət və Belarusda akkreditə olunmuş diplomatik

nümayəndəliklərin təmsilçiləri, KİV nümayəndələri iştirak etmişlər.

Mərasimlərdə çıxış edən səfir İsfəndiyar Vahabzadə qonaqlara ümumxalq hüzn günü barədə məlumat

vermişdir. Diplomat 20 Yanvar faciəsinin Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı,

suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu

bildirmişdir. Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək bu faciəni törədən sovet imperiyasının rəhbərlərinin ünvanına sərt bəyanatlar

səsləndirdiyini vurğulayan səfir, məhz ulu öndərin rəhbərliyi dövründə bu hadisəyə siyasi-hüquqi qiymət

verildiyini diqqətə çatdırmışdır. İ.Vahabzadə Prezident İlham Əliyevin tapşırığı əsasında bu faciənin həm

ölkəmizdə, həm də xaricdə geniş şəkildə anıldığını bildirmiş və həmvətənlərimizi daha da fəal olmağa

çağırmışdır.

Mərasimdə çıxış edən Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov, M.Tank adına

Belarus Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin

rəhbəri R.Novruzov Qanlı Yanvar faciəsindən danışmışlar.

Tədbir zamanı faciəni əks etdirən fotosərgi və film nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.

Page 313: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

313

Strasburqdakı “Azərbaycan evi” 20 Yanvar faciəsinin 22-ci

ildönümü ilə bağlı tədbir keçirmişdir

(24 yanvar 2012)

Strasburq, 24 yanvar (AzərTAc). Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi” xalqımızın tarixinin

qanlı səhifəsinə çevrilmiş və yaddaşlarda əbədiləşmiş 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir

keçirmişdir.

Tədbir ölkəmizin himni ilə başlamışdır. Əbədiyyətə qovuşmuş 20 Yanvar şəhidlərinin xatirəsi bir

dəqiqəlik sükutla yad edilmiş, müdhiş gecənin dəhşətli anlarından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

“Azərbaycan evi”nin sədri Mustafa Alınca çıxış edərək 1990-cı ilin yanvarında baş vermiş faciəni

Azərbaycan xalqının azadlığını boğmaq kimi dəyərləndirmiş, vəhşiləşmiş sovet ordusunun dinc əhaliyə

görünməmiş amansızlıqla divan tutduğunu xatırlatmış, müstəqillik yolunda həlak olanların xatirəsinin daim

yaşayacağını bildirmişdir.

Mərasimin sonunda şəhidlərin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

Page 314: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

314

ABŞ-ın Nyu-York ştatının Senatı 20 Yanvar hadisələri qurbanlarını sükutla yad etmişdir

(26 yanvar 2012)

Vaşinqton, 26 yanvar (AzərTAc). ABŞ-ın Nyu-York ştatının qanunverici orqanı 1990-cı ildə törədilmiş

20 Yanvar hadisələrinin 22-ci ildönümünün anılmasında ABŞ Azərbaycanlıları Şəbəkəsinə qoşulmuşdur. Buna

dair qəbul etdiyi xüsusi qətnamədə Nyu-York Senatının üzvləri bildirmişlər ki, hər il yanvarın 20-də Amerika

azərbaycanlıları sovet hakimiyyətinin sonunun başlanğıcı olan “Qara Yanvar” hadisələrinin ildönümünü anırlar.

Yanvarın 20-də 26 min sovet qoşunu Bakıya tanklar və zirehli texnika ilə hücum edərək dinc nümayişə çıxmış

insanların qəddarlıqla cəzalandırılmasını həyata keçirmişdir. Çoxsaylı ölüm, itki və həbslərlə nəticələnən bu

qırğınlar 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda baş verənlərin təkrarı idi.

Yanvar hadisələri Azərbaycan xalqının ruhunu qıra bilməmiş, milli hərəkatı azadlıq və müstəqillik

uğrunda daha da sıx birləşdirmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti dövlət müstəqilliyini

bərpa etmişdir. Senat üzvləri 20 Yanvar hadisələrində həlak olan günahsız insanların xatirəsini bir dəqiqəlik

sükutla yad etmişlər.

Nyu-York Senatı tərəfindən qəbul edilən qətnaməni yüksək qiymətləndirən ABŞ Azərbaycanlıları

Şəbəkəsinin icraçı direktoru Adil Bağırov AzərTAc-a bildirmişdir ki, indiyədək Şəbəkə dörd müxtəlif ştatın

qanunverici orqanında Azərbaycan ilə bağlı yeddi qətnamənin qəbul edilməsinə müvəffəq olmuşdur. O

demişdir: “Nyu-York ştatı tarixən çoxsaylı Azərbaycan mənşəli amerikalıların məskunlaşdığı yer olduğuna görə

buranın qanunverici orqanının ABŞ azərbaycanlılarını maraqlandıran məsələlərlə bağlı sənəd qəbul etməsi

olduqca vacibdir. Şəbəkə uğurları davam etdirmək, gələcəkdə də belə bəyanatlar, bəyannamələr və yerli KİV-

lərdə məqalələrlə çıxış etmək niyyətindədir”.

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 315: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

315

ABŞ-ın “The Washington Times” qəzetində 20 Yanvar faciəsi

ilə bağlı məqalə dərc olunmuşdur

(10 yanvar 2013)

Bakı, 10 yanvar (AzərTAc). ABŞ-ın “The Washington Times” qəzetinin 9 yanvar tarixli nömrəsində 20

Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, məqalədə bu il dünyada yaşayan bütün azərbaycanlıların 20 Yanvar faciəsinin

23-cü ildönümünü qeyd edəcəkləri

bildirilir.

Yazıda faciənin tarixi haqqında

oxuculara məlumat verilir. Bildirilir ki,

1990-cı il yanvarın 19-dan 20-nə keçən

gecə sovet qoşunlarının Bakıya

yeridilərək dinc əhaliyə qarşı törətdiyi

qırğınlar nəticəsində 170 nəfər qətlə

yetirilmiş, 321 nəfər itkin düşmüş, 700-

dən artıq insan isə yaralanmışdır. Qeyd

edilir ki, bu cür qətliamlar Qazaxıstan,

Gürcüstan və Litva kimi digər keçmiş

sovet respublikalarında da törədilsə də

Azərbaycanda həyata keçirilmiş Yanvar qırğını daha kütləviliyi və qəddarlığı ilə seçilir.

Yazıda bildirilir ki, dəhşətli Yanvar hadisələri Azərbaycan xalqının ruhunu qıra bilməmiş, əksinə onu

azadlıq və müstəqillik uğrunda daha da sıx birləşdirmişdir. Bu azadlıq mübarizəsi isə 1991-ci ildə Azərbaycanın

müstəqilliyini yenidən əldə etməsi ilə nəticələnmişdir.

Page 316: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

316

Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət etmişdir

(10 yanvar 2013)

Bakı, 10 yanvar (AzərTAc). Mərkəzi qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları

Konqresi (BAK) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət etmişdir.

AzərTAc xəbər verir ki, müraciət Avropa Parlamenti və Benilüks ölkələri qanunvericilərinə

ünvanlanmışdır.

Müraciətdə bildirilir ki, 1990-cı il yanvarın 20-si hüzn günü ilə yanaşı, Azərbaycanda sovet rejiminin

dağılmasının da başlanğıcı olmuşdur.

Konqres üzvləri Avropa Parlamenti tərəfindən bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə

qəbul ediləcəyinə, hadisəyə siyasi qiymət veriləcəyinə ümidvar olduqlarını bildirmişlər.

Page 317: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

317

Əskişəhir Azərbaycanlıları Dərnəyi Xocalı soyqırımının tanınması ilə

bağlı bələdiyyələrə müraciət etmişdir

(13 yanvar 2013)

Bakı, 10 yanvar (AzərTAc). Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Əskişəhir Azərbaycanlıları

Dərnəyi şəhərin üç bələdiyyəsinə müraciət göndərmişdir.

AzərTAc xəbər verir ki, müraciətdə tarixdə ən böyük və qanlı cinayət olan bu soyqırımının unudulmasına

yol verilməməsi qeyd olunmuşdur. Bildirilmişdir ki, Türkiyəni də əsassız soyqırımında təqsirləndirən bu

qatillərin amansız əməllərini bəyan etməyin yollarından biri də Xocalı soyqırımının tanınması, günahkarların

cəzalanması və işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı bələdiyyə məclisində qərarın

qəbul olunması və bunun bütün dünyaya elan edilməsidir.

Page 318: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

318

Vaşinqtonda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə

həsr edilmiş anım gecəsi keçirilmişdir

(13 yanvar 2013)

Vaşinqton, 13 yanvar (AzərTAc). Yanvarın 18-də Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyində

20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş anım gecəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından

keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edilmişdir.

Page 319: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

319

Azərbaycanın Moldovadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü

münasibətilə press-reliz yaymışdır

(14 yanvar 2013)

Kişineu, 14 yanvar (AzərTAc). Azərbaycanın Moldovadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü

münasibətilə press-reliz yaymışdır.

Moldovanın bütün hakimiyyət şaxələrində, Kişineuda akkreditə edilmiş diplomatik korpusun

nümayəndələri, bu ölkənin ictimai təşkilatları arasında və KİV-lərdə yayılmış sənəddə 1990-cı il Yanvarın 20-də

sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilməsi,

xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə

yetirilməsi, yaralanması və itkin düşməsi barədə söhbət açılır.

Press-relizdə qeyd edilir ki, qoşunların şəhərə qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın

rayonlarında 133 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 adam qanunsuz olaraq həbs edilmiş, 5 nəfər itkin

düşmüşdür. Hərbi qulluqçular 200 evi və mənzili, 80 avtomaşını, o cümlədən təcili tibbi yardım maşınlarını

yandırmış, ümumi dəyəri 5.637.286 rubla bərabər olan dövlət əmlakını və şəxsi əmlakı məhv etmişlər.

Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar, habelə təcili yardım və milis işçiləri də olmuşdur.

Press-relizdə daha sonra göstərilir ki, hərbi qulluqçular xüsusi qəddarlıq göstərir, insanlara yaxın

məsafədən atəş açır, tankları və zirehli transportyorları bilə-bilə minik avtomobillərinin üstünə sürür, həmin

avtomobillərdəki insanları öldürür, xəstəxanaları atəşə tutur, tibbi-sanitar heyətin yaralılara yardım göstərməsinə

mane olurdular. Qoşunların şəxsi heyəti yaralananları qətlə yetirir, süngü-bıçaqla onları öldürür, ağırlıq

mərkəzini dəyişən 5,45 mm kalibrli güllələrdən istifadə edirdilər. Bu cür güllələr insanı sadəcə sıradan çıxarmır,

onun iztirablarını qat-qat artırır və nəticə etibarı ilə belə adamların ölümü labüd olur.

1990-cı il Yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyi qarşısında azərbaycanlıların

etiraz mitinqi keçirilmişdir. Əllərində qara bayraqlar tutmuş bu adamlar Moskvanın küçələrindən keçərək öz

hiddətli etiraz məktubunu təqdim etmək üçün Sov.İKP Mərkəzi Komitəsinin binasının qarşısında toplaşmışdılar.

Azərbaycanın keçmiş rəhbəri, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci

müavini, həmin dövrdə istefada olan Heydər Əliyev Daimi Nümayəndəlikdə mətbuat konfransı keçirmiş, Sovet

qoşunlarının Azərbaycanda həyata keçirdiyi qeyri-insani aksiyanı qətiyyətlə pisləmişdir.

Press-relizin sonunda deyilir: “Bakı Azərbaycanın həlak olmuş oğul və qızları ilə vidalaşırdı. Milyonlarla

insan Lenin adına meydanda toplaşmışdı. Dəfn mərasimi bu dəhşətli faciənin qurbanlarını torpağa tapşırmaq

üçün münasib yer kimi seçilmiş Dağüstü parka - Bakının ən uca məkanına doğru yönəldi. Bu insanlar

Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlər, gələcək nəsillərə nümunə sayılan

qəhrəmanlardır”.

Zeynal Ağazadə

Page 320: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

320

AzərTAc-ın xüsusi müxbiri

Kişineu

Page 321: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

321

Misirin aparıcı qəzetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məqalə dərc edilmişdir

(15 yanvar 2013)

Qahirə, 15 yanvar (AzərTAc). Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a verilən məlumata görə,

bu ölkənin aparıcı qəzetlərindən olan və geniş oxucu kütləsinə malik “Youm7” qəzetində

(http://www.youm7.com/News.asp?NewsID=908060) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı səfir

Ş.Abdullayevin məqaləsi dərc edilmişdir.

Məqalədə 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu yazan səfir

Misirdə 2011-ci il yanvarın 25-də baş vermiş hadisələrlə müqayisə apararaq, Misir ordusundan fərqli olaraq, XI

Qızıl ordunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişinə qarşı

ağır texnikadan və iri çaplı odlu silahlardan istifadə etdiyini vurğulamışdır.

Azadlıq və müstəqillik istəyi ilə bərabər, müəllif Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının,

azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi şəkildə qovulmasının və bu kimi

vəhşiliklərin müqabilində sovet rəhbərliyinin etinasızlığının da 20 Yanvar ərəfəsində xalqımızın haqlı

narazılığına şərait yaradan amillər sırasında olduğunu oxucuların diqqətinə çatdırmışdır.

Həmin vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədinin

Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində 130-dan artıq

azərbaycanlının qətlə yetirildiyi və 700-dən artıq soydaşımızın isə yaralandığı barədə məlumat verən səfir, qanlı

Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr

ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu söyləmişdir.

“Human Rights Watch” və digər beynəlxalq təşkilatların hesabatlarında sovet rəhbərliyinin bu qanlı

cinayətkar əməlinə qiymət verildiyini xatırladan Ş.Abdullayev 20 Yanvar hadisələrindən sonra Azərbaycan

xalqının azadlıq və müstəqillik əzminin daha da gücləndiyini və nəticə etibarilə ölkəmizin öz müstəqilliyinə

yenidən qovuşduğunu bildirmişdir.

Müəllif müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşməsinə və torpaqlarının 20

faizinin işğal olunmasına baxmayaraq xalqımızın müstəqil, demokratik və firavan dövlət qurmaq əzminin heç

vaxt səngimədiyini diqqətə çatdırmışdır. Səfir oxuculara Azərbaycanın bu gün öz inkişaf göstəricilərinə görə

regionun lider dövləti olması barədə ətraflı məlumat vermişdir.

Azərbaycanın Qahirədəki səfirliyi tərəfindən 20 Yanvar faciəsi ilə əlaqədar Misir mətbuatında silsilə

yazıların nəşr etdirilməsi, ölkənin aparıcı televiziya kanallarında verilişlərin təşkil olunması və şəhidlərin

xatirəsini anma mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

Page 322: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

322

Belarus tamaşaçılarına 20 Yanvar faciəsi ilə bağlı məlumat verilmişdir

(15 yanvar 2013)

Bakı, 15 yanvar (AzərTAc). Yanvarın 15-də Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə bu

ölkənin ONT kanalının səhər proqramında çıxış etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfir ümumxalq hüzn günü barədə Belarus tamaşaçılarına məlumat

vermişdir.

İ.Vahabzadə 20 Yanvar faciəsinin Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı,

suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu qeyd

etmişdir. Səfir həmin günlərdə dinc sakinlərin sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildiyini bildirmiş

və şəhidlərimizin xatirəsinin hər il həm respublikamızda, həm də ölkəmizin hüdudlarından kənarda da yad

edildiyini diqqətə çatdırmışdır.

Page 323: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

323

Misirin bir sıra nüfuzlu qəzetlərində 20 Yanvar faciəsinin 23-cü

ildönümü ilə bağlı yazılar dərc edilmişdir

(17 yanvar 2013)

Qahirə, 17 yanvar (AzərTAc). Misirdə geniş oxucu auditoriyasına malik “Əl-Əxbar” “Əş-Şuruq”, “Əd-

Dustur Əl-Əsli” və “Əl-Qornal” qəzetlərinin (www.dar.akhbarelyom.org.eg, www.shorouknews.com,

www.dostorasly.com və www.elgornal.net) 15-16 yanvar tarixli nömrələrində Azərbaycanın bu ölkədəki səfiri

Şahin Abdullayevin “20 Yanvar 1990-cı il faciəsinin (Qara Yanvar) 23-cü ildönümü” başlıqlı məqaləsi dərc

edilmişdir.

Səfirlikdən verilən məlumata görə, yazıda 20 yanvar 1990-cı il və 25 yanvar 2011-ci il tarixlərinin

müvafiq olaraq, Azərbaycan və Misir xalqlarının yaddaşında dərin iz buraxdığı xüsusi qeyd olunmuş, Misir

ordusunun öz xalqına divan tutmadığı, bunun da misirlilərdə qürur hissi yaratdığını vurğulamışdır.

Səfir Misir xalqından fərqli olaraq, öz azadlığını və ərazilərinin toxunulmazlığını tələb edən, İkinci Dünya

müharibəsi illərində sovet hakimiyyətinə saysız xidmətlər göstərmiş və həmin müharibədə çoxsaylı qurbanlar

vermiş Azərbaycan xalqının dinc etirazının sovet ordusu tərəfindən ağır texnika və iriçaplı odlu silahlar

vasitəsilə boğulduğunu təəssüflə qeyd etmişdir.

Ş.Abdullayev Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının, azərbaycanlıların Ermənistan ərazisindəki

tarixi torpaqlarından kütləvi şəkildə qovulmasının və bu kimi vəhşiliklərin müqabilində “Parçala və hökm et”

siyasətini həyata keçirən SSRİ rəhbərliyinin etinasızlığının da 20 Yanvar ərəfəsində xalqımızın haqlı

narazılığına təkan verən amillər sırasında olduğunu oxucuların diqqətinə çatdırmışdır. Müəllif bu faciənin

səbəbləri və nəticələri barədə müfəssəl məlumatlar verərək sovet rəhbərliyinin Bakıya qoşun yeridilməsini guya

“İslam fundamentalizmi” tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinin qarşısını almaq bəhanəsi ilə

əsaslandırmağa cəhd etdiyini xüsusi qabartmışdır.

Ş.Abdullayev misirli oxucuların diqqətini “Human Rights Watch” təşkilatının həmin hadisə ilə bağlı

“Azərbaycanda Qara Yanvar” başlığı altındakı hesabatına yönəldərək bu sənəddə sovet ordusunun törətdiyi

faciənin azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığının qeyd edildiyini və

bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyini bildirmişdir.

20 Yanvar qırğınının Azərbaycan tarixində mühüm dönüş olduğunu, onun xalqımızın iradəsini, milli

azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, Sovet İttifaqının islah edilməsi ilə bağlı xalqımızın

ümidlərinə son qoyduğunu xüsusi vurğulayan müəllif bu qanlı hadisənin Azərbaycanın dövlət müstəqilliyinin

təməlini qoyduğunu önə çəkmişdir.

Bu xüsusda 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin tarixi iclasında Müstəqillik

haqqında Konstitusiya Aktının yekdilliklə qəbul edildiyini bildirən Ş.Abdullayev həmin il dekabrın 29-da bu

sənəd üzrə ümumxalq referendumunun keçirildiyini və onun nəticələrinin dövlət müstəqilliyinin bərpasına tam

əsas yaratdığını xatırlatmışdır.

Page 324: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

324

Yazıda Azərbaycanın ərazilərinin 20 faizinin işğalına gətirib çıxaran Ermənistanın hərbi təcavüzünün

ağrılı nəticələrindən geniş bəhs olunmuşdur. Həmçinin Azərbaycan rəhbərliyinin apardığı hərtərəfli islahatlar

nəticəsində ölkəmizin hazırda dinamik və yüksək templərlə inkişaf etdiyi, regional və beynəlxalq miqyasda sabit

və etibarlı tərəfdaşa çevrildiyi nəzərə çatdırılmışdır.

Məqalə “Hər il yanvarın 20-də Azərbaycan xalqı ölkənin müstəqilliyi, azadlığı və inkişafı naminə

canlarından keçmiş şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanını ziyarət edir” sözləri bitir.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

Page 325: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

325

Azərbaycanın Cənubi Afrikadakı səfirliyi 20 Yanvar faciəsinin

23-cü ildönümü ilə əlaqədar məlumat yaymışdır

(17 yanvar 2013)

Bakı, 17 yanvar (AzərTAc). Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyi Qanlı

Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar yanvarın 17-də bu ölkənin dövlət və media qurumlarına, burada

akkreditə edilmiş diplomatik korpusun nümayəndəliklərinə məlumat göndərmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirlər

çərçivəsində diplomatik nümayəndəliyimizin təşəbbüsü ilə Cənubi Afrikada fəaliyyət göstərən “Azərbaycanın-

Afrika Dostları” təşkilatının internet səhifəsində qanlı faciəyə aid xüsusi səhifə yaradılmışdır. Səhifədə 20

Yanvar faciəsi barədə ətraflı məlumatlar, o cümlədən şəkillər və videomateriallar yerləşdirilmişdir. Səhifə ilə

http://www.azerbaijan.org.za/index.php/history/black-january linkindən tanış olmaq olar.

Page 326: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

326

Kanadada 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir

(18 yanvar 2013)

Bakı, 18 yanvar (AzərTAc). Yanvarın 17-də Azərbaycan Respublikasının Kanadadakı səfirliyində 20

Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, mərasimdə Ottava və Monreal şəhərlərində

yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan səfir Fərid Şəfiyev 20 Yanvar

faciəsi haqqında məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı

roldan danışmışdır. Səfir demişdir ki, 20 Yanvar tariximizin qanlı səhifələrindən olmaqla yanaşı, həm də

qəhrəmanlıq səhifəsidir. Əliyalın, dinc əhalinin sovet qoşunları tərəfindən hücuma məruz qalmasına, 147

günahsız insanın qətlə yetirilməsinə baxmayaraq, həmin hadisələr xalqın mübarizə əzmini qıra bilməmişdir.

Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirmiş,

Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə etmişlər.

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən fotolar da nümayiş olunmuşdur.

Page 327: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

327

20 Yanvar şəhidlərinin xatirəsi Malayziyada anılmışdır

(18 yanvar 2013)

Bakı, 18 yanvar (AzərTAc). Yanvarın 18-də Azərbaycanın Malayziyadakı səfirliyində 20 Yanvar

faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Malayziyada fəaliyyət

göstərən diplomatik korpusun, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə,

Braziliya, Bruney, Kamboca, Xorvatiya, Pakistan, Papua, Yeni Qvineya, Kuba, Ekvadorun və Avropa İttifaqının

səfirləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan səfir Tahir Kərimov 20 Yanvar faciəsi ilə bağlı məlumat vermiş, hadisələrdən

öncə başlamış Azərbaycan xalqının milli oyanış və azadlıq hərəkatı haqqında danışmışdır. Səfir, həmçinin

keçmiş Sovetlər İttifaqının tərkibindəki ölkələrdə həmin dövrdə baş verən azadlıq hərəkatlarından söz açmış və

məhz ən qanlı hadisələrlə yadda qalan 20 Yanvar faciəsinin sovet ordusu tərəfindən ağır hərbi texnika və

silahlarla qəddarlıqla törədildiyini, əliyalın, müdafiəsiz mülki vətəndaşların qətlə yetirildiyini vurğulamışdır.

Səfir faciənin ertəsi günü Moskva şəhərində ümummilli lider Heydər Əliyev tərəfindən xarici KİV

nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirərək Sovet İttifaqının öz vətəndaşları olan azərbaycanlılara

qarşı amansız qəddarlıqlarını böyük cəsarətlə bütün dünyaya bəyan etməsini diqqətə çatdırmışdır.

Səfir bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının müstəqil dövlət kimi dünyada təmsil olunmasına

və xarici ölkələrdə diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərməsinə 20 Yanvar faciəsində şəhid olmuş

vətəndaşlarımızın özlərini vətən uğrunda qurban verməsi ilə nail olunmuşdur. Səfir çıxışını Azərbaycan xalqının

azadlıq şüarı olmuş “Torpaq, uğrunda ölən varsa Vətəndir!” kəlamı ilə başa çatdırmışdır.

Sonra mərasim

iştirakçıları 20 Yanvar faciəsi

haqqında hazırlanmış

qısametrajlı sənədli filmə

tamaşa etmişlər.

Daha sonra tədbir

iştirakçısı, Beynəlxalq Qızıl

Xaç və Qızıl Aypara

Cəmiyyətləri Federasiyasının

Cənub-Şərqi Asiya

Təmsilçiliyinin nümayəndəsi

Qorxmaz Hüseynov 20

Yanvar hadisələrinin

iştirakçısı və canlı şahidi olaraq xatirələrini danışmış və onun tələbə yoldaşı olmuş şəhid Ülvi

Page 328: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

328

Bünyadzadənin simasında 20 Yanvar hadisələrinin qəhrəmanlarından söhbət açmışdır.

Page 329: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

329

Dubayda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(18 yanvar 2013)

Bakı, 18 yanvar (AzərTAc). Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Birləşmiş

Ərəb Əmirliyindəki səfirliyi tərəfindən Dubaydakı “Grand Hyatt” mehmanxanasında tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə Azərbaycanın Dubaydakı baş konsulu, konsulluğun

əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Dubaydakı nümayəndələri, Azərbaycan

Beynəlxalq Bankının bu şəhərdəki ofisinin təmsilçiləri, burada yaşayan həmvətənlərimiz etmişlər.

Tədbirdə çıxış edən səfir Elxan Qəhrəmanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə

tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də baş vermiş hadisə barədə danışmışdır.

Səfir Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətindən danışmış, keçmiş SSRİ

rəhbərliyinin onlara havadarlığından hiddətlənərək küçələrə və meydanlara çıxaraq buna etiraz bildirən geniş

xalq kütlələrinə qarşı sovet ordusunun misli görünməmiş faciə törətdiyini bildirmişdir. Diplomat ölkəsinin,

xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək

şəhidlik zirvəsinə ucaldıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

E.Qəhrəmanov 20 Yanvar faciəsindən sonra o zamankı Azərbaycan rəhbərliyinin atdığı addımların

cəsarətsizlik və siyasi təslimçilik nümayişi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, həmin günlər Azərbaycan

xalqı adından ən ciddi bəyanatı o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev vermişdir. Səfir

dünyanın nüfuzlu KİV-lərin təmsilçiləri qarşısında verilən bu bəyanatın böyük əks-səda doğurduğunu qeyd

etmişdir.

Sonra 20 Yanvar faciəsi ilə bağlı “Azadlığa gedən yollar” sənədli filmi nümayiş etdirilmişdir.

Page 330: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

330

Pakistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə dərc edilmişdir

(18 yanvar 2013)

Bakı, 18 yanvar (AzərTAc). Pakistanın nüfuzlu ingilisdilli “Centreline” jurnalında və DNA NEWS

informasiya agentliyinin buraxılışında tanınmış jurnalist Faruk Riaz Çoudrinin 20 Yanvar faciəsinə həsr

olunmuş “20 Yanvar 1990 - azərbaycanlıların dəhşətli günü” sərlövhəli məqaləsi dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə XX əsrin sonunda - Sovet

İttifaqının süqutu ərəfəsində ölkədə cərəyan edən hadisələr nəzərdən keçirilmişdir. Yazıda erməni millətçilərinin

yaranmış vəziyyətdən sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək

kimi məkrli istəklərini həyata keçirmək üçün SSRİ rəhbəri Mixayıl Qorbaçovun dəstəyini aldıqları

vurğulanmışdır. Daha sonra Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988–ci il

ərzində oradan 300 mindən çox azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla

qətlə yetirildiyi vurğulanmışdır. Buna etiraz əlaməti olaraq azərbaycanlıların Bakı və digər şəhərlərin

meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və Azərbaycanın müstəqilliyi ilə bağlı

şüarlarla çıxış etmələri qeyd edilmişdir.

Məqalədə 1990-cu ilin yanvarın 20-də sovet ordusunun ağır texnika ilə Bakıya daxil edildiyi, silahsız dinc

insanlara atəş açıldığı, törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilmişdir. Müəllif bu aksiyanın SSRİ-

nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına zidd

olduğunu vurğulamışdır. Yazıda qeyd olunmuşdur ki, əməliyyatdan öncə Azərbaycan Dövlət Televiziyasının

enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan təcrid edilmiş, fövqəladə vəziyyət isə

ordunun atəş açmasından yeddi saat sonra elan olunmuşdur. Əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə

yaşayan Azərbaycan xalqının bu arzusunun həyata keçməsinə yol verməmək idi.

Müəllif məqaləsində yazır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gedərək və həyati təhlükəyə baxmayaraq bu amansız

aksiyanı qətiyyətlə pisləmiş, onu törədənlərin cəzalandırılmasını tələb

etmişdir. Yazıda Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış

informasiya blokadasının ulu öndər Heydər Əliyev tərəfindən yarması

faktı və bunun nəticəsində hər bir azərbaycanlıda inam hissinin daha da

artdığı, sovet rəhbərliyinin planlarının alt-üst olduğu etdiyi qeyd

olunmuşdur. Müəllif şəhidlərin dəfn mərasimində bir milyondan çox

insanın iştirakını və bütün Azərbaycanın qırx gün ərzində SSRİ

rəhbərliyinə itaətsizlik göstərməsini buna sübut olduğunu vurğulamışdır.

Məqalədə 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində

dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğu

bildirilmişdir. Ulu öndər Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli

Page 331: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

331

Fərmanı ilə faciə qurbanlarına “20 Yanvar şəhidləri” statusunun verildiyi, onların ailə üzvlərə Azərbaycan

dövləti tərəfindən daim diqqət və qayğının göstərildiyi vurğulanmışdır.

Yazının sonunda hər il yanvarın 20-də yüz minlərlə insanın şəhidlərə ehtiramlarını bildirmək üçün şəhərin

ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət etdiklərini oxucuların diqqətinə çatdırılmışdır.

Page 332: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

332

Rusiyanın “Komsomolskaya pravda” nəşri: “Azərbaycan xalqına,

humanizmə və insanlığa qarşı törədilmiş dəhşətli cinayət”

(18 yanvar 2013)

Bakı, 18 yanvar (AzərTAc). Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr

Sergeyevə müsahibə vermişdir. Müsahibə məşhur nəşrin 17 yanvar tarixli nömrəsində “Azərbaycan xalqına,

humanizmə və insanlığa qarşı törədilmiş dəhşətli cinayət” başlığı altında dərc edilmişdir.AzərTAc həmin

materialı təqdim edir.Bakıya Sovet qoşunlarının yeridilməsi nəticəsində dinc əhali kütləvi şəkildə qırıldı – sovet

vətəndaşları elə sovet əsgərlərinin atdığı güllələrin, onların süngü zərbələrinin qurbanı oldu. O vaxtdan, bütün

dünya azərbaycanlıları bu faciənin qurbanlarının xatirəsini hər il ehtiramla yad edir və belə halların bir daha

təkrarlanmasına yol verməyəcəklərinə and içirlər.

İyirmi üç il bundan əvvəl Bakıya Sovet qoşunlarının yeridilməsi keçmiş Sovet İttifaqı ərazisində istər o

günə qədər, istəsə də ondan sonra görünməmiş faciə ilə nəticələndi.

Hər şey ondan başlandı ki, Bakı sakinləri SSRİ-nin ali rəhbərliyinin və Mixail Qorbaçovun siyasətinə

arxalanan erməni millətçilərinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın

tərkibinə birləşdirilməsi tələbinə etiraz əlaməti olaraq bu siyasətə qarşı mitinqlərə çıxdılar. Amma bu etiraza

cavab tamamilə qeyri-adekvat oldu – sovet qoşunları Bakıda hərbi əməliyyata başladı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Azərbaycanda Kommunist Partiyasının

hakimiyyətini xilas etmək üçün Bakıya hücum etdi.

Bakıya qoşun yeridilməsi görünməmiş qəddarlıqla müşayiət olunurdu - əsgərlər hərəkət edən hər bir

hədəfə, sadəcə qaranlıq döngələrə və evlərin pəncərələrinə güllə atırdılar. Tanklar minik maşınlarını içərisindəki

sərnişinlərlə birlikdə tapdalayıb keçirdi. O hadisələrin şahidlərinin sözlərinə görə, əməliyyatda iştirak edənlər

çağırışçı əsgərlər deyil, muzdlu qatillərə oxşayan yekəpər kişilər idi. O hadisələrin kino xronikasında əynində

hərbi forma olan bircə nəfər də cavan oğlan yoxdur.

Bir gecə ərzində 147 nəfər öldürülmüş, 700-dən çox adam yaralanmışdı. Zərərçəkənlər arasında uşaqlar

və qocalar da vardı. Hətta “təcili yardım” maşınlarına da atəş açırdılar. Bu, miqyasına görə, Vilnüsdə, Tbilisidə,

Alma-Atada, yaxud başqa müttəfiq respublikaların paytaxtlarında törədilmiş hadisələrlə müqayisəedilməz

dərəcədə dəhşətli faciə idi.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov tankın altında əzilmiş “Jiquli”nin

fotoşəklini göstərərək deyir:

- Bu hadisəni öz gözlərimlə görmüşəm, həmin maşında Elmlər Akademiyasında çalışan üç professor işə

gedirdi, onlardan biri qadın idi. İndiyə qədər hər dəfə bu fotoşəklə baxanda dəhşətə gəlirəm.

Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi təyinatlı dəstəsinin təxribatçıları əməliyyat ərəfəsində Bakı

televiziya studiyasında partlayış törədərək yayımı kəsmişdilər.

Page 333: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

333

Bakıya qoşun yeridilən günün sabahı Azərbaycan KP MK-nın binasının üzərində belə yazılar görünürdü:

“Rədd olsun sovet imperiyası!”, “Rədd olsun Sov. İKP!”, “Sovet ordusu - faşist ordusudur”. Daxili İşlər

Nazirliyinin binası üstündə isə “Sov.İKP-yə eşq olsun!” şüarı cırılmışdı. Yanvarın 21-də axşam Azərbaycan

SSR Ali Sovetinin fövqəladə sessiyası açıldı. Sessiya Bakıda qoşun yeridilməsini qanunsuz elan etdi və şəhərdə

fövqəladə vəziyyət haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanının qüvvəsini dayandıraraq bəyan etdi

ki, əgər mərkəzi hakimiyyət bu qərara əhəmiyyət verməsə, Azərbaycanın SSRİ-nin tərkibindən çıxması

haqqında məsələ qoyulacaqdır.

Keçmiş SSRİ-nin rəhbərliyi o gecə dinc əhalinin üstünə qoşun göndərməklə, BMT-ın Nizamnaməsini və

beynəlxalq hüquq normalarını pozmuşdu. Respublikanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərləri isə öz

xalqının yanında olmaq üçün özlərində cəsarət tapmayıb, sovet rəhbərliyinə qulluq göstərməkdə davam

edirdilər.

O zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü həyatını və azadlığını

riskə məruz qoyaraq, ailəsi ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, Qorbaçovu və bu qanlı

qırğını törədənləri ittiham edən kəskin bəyanatla çıxış etmişdi. O öz xalqına sədaqət, cəsarət və mərdlik nümayiş

etdirmiş, bu xalqa divan tutulmasını bütün dünyaya bəyan etmişdi.

Sonralar Heydər Əliyev həlak olmuş həmyerlilərinin ailə üzvləri ilə görüşdə demişdi:

- O qanlı gündə xalqımız öz dəyərli vətəndaşlarını itirsə də, öz şərəf və ləyaqətini qoruyub saxlaya bildi.

Xalqımız sübut etdi ki, onun iradəsini qırmaq olmaz. Azadlıq uğrunda, müstəqillik uğrunda mübarizə davam

etdirildi və indi Azərbaycan Respublikası artıq müstəqil dövlətdir, azadlığa və suverenliyə nail olmuşdur.

O hadisələr haqqında xatirələr bu gün də yaşayır.

Xalq o dəhşətli gecəni unutmur, baş vermiş faciənin ağrısı ilə yaşayır, bu mənfur əməli törədənlərə dərin

nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından

keçmiş Azərbaycan oğul və qızlarının nurlu xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını (faciə

qurbanlarının dəfn edildiyi qəbiristan – red.) ziyarət edir.

Page 334: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

334

Page 335: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

335

Qırğızıstanda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir

(18 yanvar 2013)

Bakı, 18 yanvar (AzərTAc). 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar yanvarın 18-də

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi tərəfindən hazırlanmış xüsusi press-reliz bu ölkənin Xarici İşlər

Nazirliyinə, burada akkreditə olunmuş diplomatik korpusa, dövlət qurumlarına, nüfuzlu KİV-lərə

göndərilmişdir.

Həmçinin səfirlik Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Qırğızıstandakı Azərbaycanlıların

Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi ilə birlikdə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma

mərasimi keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Qırğızıstanda yaşayan soydaşlarımız, Azərbaycan

diasporunun fəalları, iş adamları iştirak etmişlər.

Səfirliyin inzibati binasında təşkil olunan tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir

dəqiqəlik sükutla yad edilmişdir. Sonra müşavir İlqar Cabarov 20 Yanvar faciəsi haqda iştirakçılara ətraflı

məlumat vermişdir. Qeyd edilmişdir ki, insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəalarının

kobud şəkildə pozulduğu bu dəhşətli cinayətə təəssüf ki, hələ də beynəlxalq hüquqi qiymət verilməmişdir.

Çıxış edənlər - Nüsrət Məmmədov, Cəbi Rəsulov, Çingiz Mustafayev, Xaliq İsgəndərov, Ziyəddin

Hüseynov, Süleyman Rzayev, Osman Səfərov, Yusif Məmmədhəsənov və digərləri 1990-cı il yanvarın 20-də

sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi bu amansız faciəni pisləmişlər. Natiqlər bu qanlı cinayəti

törətmiş şəxslərin hələ də layiqli cəzalarını almadıqlarını vurğulamışlar.

Tədbirdə “Qanlı Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.

Mərasim iştirakçıları faciə ilə bağlı fotolardan və kitablardan ibarət səfirlik tərəfindən hazırlanmış sərgiyə

baxmışlar.

Sonda şəhidlərimizin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.

Page 336: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

336

Azərbaycanın Los-Ancelesdəki baş konsulunun Qanlı Yanvar faciəsi

haqqında yazdığı məqalə ABŞ mətbuatında geniş işıqlandırılıb

(18 yanvar 2013)

Vaşinqton, 18 yanvar (AzərTAc) Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Qara

Yanvar faciəsinin ildönümü ilə əlaqədar yazdığı məqalə ABŞ-ın 100-dən çox kütləvi informasiya vasitəsində

dərc edilmişdir. Bunların sırasında, xüsusilə CNBC, NBC-5-Seattle, Northwest Cable News və WFMZ-TV kimi

telekanalları, Reuters xəbər agentliyini və YahooNews xəbər portalını, Boston Globe, Sacramento Bee, El Paso

Times, California Chronicle və The Herald kimi qəzetləri qeyd etmək olar. “Qara Yanvar: Azərbaycanın

azadlığa gedən yolu” sərlövhəli məqalədə 23 il öncə baş vermiş qanlı 20 Yanvar hadisələrinin tarixi əks

olunaraq, həmin qırğın zamanı keçmiş sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına

qətlə yetirildiyi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın

Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləməsi vurğulanır və bunun Azərbaycan

xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırdığı bildirilir. Bu qəddarlığı həyata keçirən sovet

rejiminin Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olduğunu bildirən müəllif qanlı rejimin öz

məqsədinə çata bilməyərək, tam iflasa uğramasını vurğulayır. Müstəqilliyinin bərpasından keçən dövr ərzində

Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə

möhkəmləndiyini qeyd edən baş konsul ölkəmizin müstəqilliyinin güclü və dönməz olduğunu diqqətə çatdırır.

Yusif Babanlı

AzərTAc

Vaşinqton

Page 337: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

337

Astanada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir

(18 yanvar 2013)

Astana, 18 yanvar (AzərTAc). Azərbaycanın Qazaxıstandakı səfirliyi L.Qumilyov adına Avrasiya Milli

Universitetində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.

Tədbirdə ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, tələbələr, qeyri-hökumət

təşkilatlarının nümayəndələri, diasporumuzun fəalları, jurnalistlər iştirak etmişlər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar

oxunmuşdur.

Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasının

Bakıda törətdiyi vəhşiliklər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 20 Yanvar faciəsi xalqımızın

tarixinə təkcə soyqırımı kimi deyil, həm də mərdlik və mübarizlik rəmzi kimi yazılmışdır. O gecə xalqımız

sübut etdi ki, heç bir imperiya qoşunu onun mübariz ruhunu sındıra bilməz. O müdhiş gecə qadınlar, uşaqlar,

qocalar gülləyə tuş gəldi, lakin mətin xalqımız təcavüzkarın gözünə dik baxdı. Diqqətə çatdırılmışdır ki, 20

Yanvar faciəsinə yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət

verilmişdir.

“Nur-Otan” partiyasının fəal üzvü Kazbek Kaskenov və digər çıxış edənlər bildirmişlər ki, Mixail

Qorbaçov başda olmaqla faciəni törədənlər layiqli cəzalarını almalıdırlar.

Sonda faciə ilə əlaqədar sənədli film nümayiş etdirilmiş, mərasim iştirakçıları 20 Yanvar hadisələrinin

fotoşəkillərindən ibarət sərgiyə baxmışlar.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Astana

Page 338: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

338

Aktauda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur

(19 yanvar 2013)

Aktau, 19 yanvar (AzərTAc). Azərbaycanın Aktaudakı baş konsulluğu və Azərbaycan Gənclərinin

Beynəlxalq Forumu - ASAİF-in Qazaxıstan üzrə nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar

birgə mərasim keçirmişlər.

Tədbirdə Məngistay vilayətinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, orta məktəb

şagirdləri, valideynlər iştirak etmişlər.

Mərasim iştirakçıları 20 Yanvar faciəsini nümayiş etdirən fotostend və kitablardan ibarət sərgi ilə tanış

olmuşlar.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov 20 Yanvar faciəsinin yaranma səbəbləri

haqqında ətraflı məlumat vermiş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin

qəhrəmanlığı, onların şəhidlik zirvəsinə ucalması haqqında söhbət açmışdır.

Baş konsul bildirmişdir ki, həlak olanların arasında kiçik yaşlı uşaqlar, qadınlar və qocalar da olmuşdur.

Sürəyya Babayeva mətbəxdə xörək hazırlayarkən, Vera Bessantina evdə divanda oturduğu yerdə, Azad

Mirzəyev pəncərənin qarşısında gülləyə tuş gəlmişdir.

Sonra 20 Yanvar faciəsi ilə bağlı azərbaycanlı tələbə və gənclər arasında vətənpərvərlik mövzusunda baş

konsulluq tərəfindən keçirilmiş inşa yazı müsabiqəsinin yekunları elan edilmişdir. Aktau şəhərindəki 1 və 5

nömrəli məktəblərin 11-ci sinif şagirdləri Aidə Əliyeva, Elşən Mehdiyev, Ş.Yesenov adına Kaspi Dövlət

Texnologiya və Mühəndislik Universitetinin tələbəsi Firuzə Nəsibova inşa yazı müsabiqəsində qalib gəlmişlər.

Qaliblər çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı

mübarizəsinin şərəfli səhifələrindən biri olduğunu qeyd etmişlər.

Tədbirin sonunda Qanlı Yanvar hadisələri ilə bağlı film nümayiş etdirilmişdir.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Aktau

Page 339: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

339

Pekində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(19 yanvar 2013)

Pekin, 19 yanvar (AzərTAc). Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Çin Xalq Respublikasında

anılmışdır.

Azərbaycanın Pekindəki səfirliyində keçirilən tədbirdə əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir

dəqiqəlik sükutla yad edilmişdir.

Bu ölkədə yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə səfir Lətif Qəndilov

bildirmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda,

xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Vətənin qeyrətli övladları xalqının azadlığını, şərəf və

ləyaqətini hər şeydən uca tutaraq müdhiş gecədə canlarından keçmişlər. Həmin qanlı qırğından 23 il keçməsinə

baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

Bildirilmişdir ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə

qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri

pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Ulu öndər Heydər

Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsini törədənlərin

adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.

Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunmuşdur.

Şahin Cəfərov

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Page 340: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

340

Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(19 yanvar 2013)

Bakı, 19 yanvar (AzərTAc). Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının

xatirəsini anım mərasimi təşkil edilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik

sükutla yad etmiş, ruhlarının şad olmasını diləmişlər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov mərasimdə çıxış edərək 23 il əvvəl cərəyan edən tarixi

hadisələrdən bəhs etmiş, Sovet imperiyasının süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli mənəvi

dirçəlişimiz baxımından əhəmiyyətini vurğulamışdır. Həmin hadisələrin baş verdiyi vaxtın onun Moskvada

tələbəçilik illərinə təsadüf etdiyini söyləyən diplomat qanlı qırğınla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin

diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri xatırlamışdır.

Səfir ümummilli lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və

əzmkarlıqdan bəhs etmiş, onun Moskvadan Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətin

soydaşlarımıza verdiyi mənəvi dəstəyi qeyd etmişdir.

Azərbaycan diasporunun fəal üzvləri olan Həbib Azərsinan və Qədir Şirəliyev tədbirdə çıxış edərək

tariximizin qanlı və eyni zamanda, şərəfli səhifəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Mərasimdə milli

həmrəyliyimizin mühüm elementlərindən olan Qara Yanvarın azadlıq və müstəqilliklə köklənmiş mübariz

düşüncəmizin formalaşmasında yaratdığı dönüş vurğulanmışdır.

Sonda 20 Yanvar hadisələri ilə bağlı fotoşəkillər nümayiş etdirilmişdir.

Page 341: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

341

Koreya Respublikasında 20 Yanvar faciəsinin 23-cü

ildönümünə həsr olunmuş tədbir keçirmişdir

(19 yanvar 2013)

Bakı, 19 yanvar (AzərTAc). Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Seul şəhərində yerləşən

İstanbul Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə diplomatik nümayəndəliyimizin əməkdaşları, İstanbul

Mədəniyyət Mərkəzinin rəhbərliyi, “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının təmsilçiləri, koreyalı

tələbələr, Türkiyənin “TRT 1” televiziya kanalının Koreya Respublikası üzrə xüsusi müxbiri iştirak etmişlər.

Faciə qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra səfirliyin ikinci katibi Fərrux Cumayev

bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş

“20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycanda

və digər ölkələrdə qanlı qırğına həsr olunmuş müxtəlif anım mərasimləri təşkil edilir. Fərrux Cumayev qeyd

etmişdir ki, istiqlal tariximizin faciəli səhifəsi olan 20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq

uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Həmin müdhiş gecədə həlak

olmuş oğul və qızlarımız xalqın milli azadlığı, müstəqilliyi üçün yol açaraq Azərbaycanın qəhrəmanlıq

salnaməsinə parlaq səhifə yazmışlar.

Səfirliyin attaşesi Azər Şirinov çıxış edərək 20 Yanvar faciəsinin tarixi, səbəbləri, nəticələri barədə

məlumat vermişdir. A.Şirinov keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər faciələrin digər

ölkələrdə də törədildiyini qeyd etmiş, bu qanlı qırğının miqyasına və qəddarlığına görə ən dəhşətlisinin

ölkəmizdə həyata keçirildiyini vurğulamışdır.

Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Koreya Respublikasının ən nüfuzlu qəzetlərindən olan “Korea Times”da dərc olunmuş “Qara Yanvar:

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi” sərlövhəli məqalə tədbirdə

iştirakçılara (http://www.koreatimes.co.kr/www/news/issues/2013/01/139_129059.html) paylanmışdır.

Sonda iştirakçıların 20 Yanvar hadisələri ilə bağlı sualları cavablandırılmışdır.

Page 342: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

342

İstanbulda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir

(19 yanvar 2013)

İstanbul, 19 yanvar (AzərTAc). Azərbaycanın İstanbuldakı baş konsulluğunda 20 Yanvar faciəsinin 23-cü

ildönümü münasibətilə sərgi və konfrans təşkil olunmuşdur.

Millət vəkilləri, İstanbuldakı diaspor təşkilatları, iş adamları və bu şəhərdə təhsil alan azərbaycanlı

tələbələrin iştirakı ilə Qanlı Yanvara həsr olunmuş fotosərginin açılışı olmuşdur. Burada AzərTAc-ın

fotomüxbirlərinin və digər tanınmış fotoqrafçıların həmin hadisələr zamanı çəkdikləri fotoşəkillər yer almışdır.

Sərginin açılışından sonra keçirilən konfransda çıxış edən Milli Məclisin deputatı Hadi Rəcəbli 23 il öncə

Sovet ordusunun Bakıda törətdiyi qətliam, Ermənistanın Azərbaycana qarşı təcavüzü və xalqımızın azadlıq

mübarizəsindən bəhs etdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu dəhşətli hadisədən dərhal sonra

Moskvadakı Daimi Nümayəndəliyimizdə bəyanatla çıxış edərək qətliamı qətiyyətlə pislədiyini vurğulamışdır.

Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, İstanbul Azərbaycan-Türkiyə Dərnəyinin

sədri Səfər Karakoyunlu, Azərbaycan İstanbul Kültür Dərnəyinin sədri Hikmet Erp, Türk-Azərbaycan Dostluq,

Kültür və Dayanışma Dərnəyinin sədri Salih Bayraktar çıxış edərək, 20 Yanvar faciəsi və xalqımızın başına

gətirilən müsibətlər, qətliamlardan ətraflı bəhs etmişlər.

Konfransın sonunda “Azadlığa gedən yol” filmi nümayiş etdirilmişdir.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Page 343: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

343

Avstraliyada Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(19 yanvar 2013)

Bakı, 19 yanvar (AzərTAc). Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidneydə

20 Yanvar faciəsinin 23-cü ildönüm ilə bağlı tədbir keçirilmişdir.

Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, müxtəlif türkdilli xalqların və yerli müsəlman icmasının

nümayəndələrinin, ümumilikdə 3 min 500-dək nəfərin iştirak etdiyi tədbirdə qurumun prezidenti İmamməddin

Qasımov 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilmişdir.

Bundan başqa, Sidneydə fəaliyyət göstərən “Azərbaycanın səsi” radio proqramının rəhbəri Gülzar

Qasımovanın təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi veriliş yayımlanmışdır.

Verilişdə keçmiş Sovet İttifaqının dağılmasının son illərində Azərbaycanda cərəyan edən proseslər, milli

azadlıq hərəkatı, xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsinin dayandırılması üçün törədilmiş 20 Yanvar

faciəsi barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, azadlıq, müstəqillik və ərazi

bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulmuş və günahsız insanlar qətlə yetirilmişdir. Bu

da totalitar sovet rejimimin cinayətkar niyyətini bir daha dünyaya nümayiş etdirmişdir.

Page 344: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

344

Litva Seymində 20 Yanvara həsr olunmuş tədbir keçirilmişdir

(19 yanvar 2013)

Vilnüs, 19 yanvar (AzərTAc). Litva Seyminin Konstitusiya zalında Azərbaycan Respublikasının bu

ölkədəki səfirliyinin dəstəyi ilə, Bakıda və Vilnüsdə baş vermiş faciəli yanvar hadisələrinə həsr olunmuş “Bakı-

Vilnüs: azadlığa gedən yolda yanvar hadisələri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Litva Seyminin vitse-spikeri, deputatlar, ölkənin görkəmli ictimai-siyasi xadimləri, hökumət

təmsilçiləri, səfirliyin və Azərbaycan diasporunun nümayəndələri, Litvanın ali təhsil müəssisələrində oxuyan

azərbaycanlı tələbələr iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi ilə tanış olmuşlar.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tədbiri açaraq bildirmişdir ki, Azərbaycan və

Litva xalqları Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsi önündə baş əyirlər.

Bu günlər bütün Azərbaycan xalqı Vətənin müdafiəsinə qalxmış milli qəhrəmanlarının, azadlıq mübarizlərinin

xatirəsini yad edir. Bu gün azərbaycanlılar şanlı şəhidlərimizin qarşısında baş əyir, onların məzarlarını Vətənin

azadlığı uğrunda mübarizənin, torpağını və müstəqilliyini qorumağın rəmzinə çevrilmiş milyonlarla qərənfilə

qərq edirlər.

M.Həmzəyev qeyd etmişdir ki, Bakını və Vilnüsü tarixi hadisələrin oxşarlığı birləşdirir. Sovet imperiyası

istər Bakıda, istərsə də Vilnüsdə silahsız insanlara qarşı ağır texnikadan istifadə etmişdir. Lakin dünya

ictimaiyyəti bizim xalqlarımızın harayını eşitməmişdir. Xalqlarımız anlamışlar ki, 20 Yanvar və 13 Yanvar

Azərbaycanın və Litvanın qələbə günləridir.

Faciəli yanvar hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadəyə söz verilmişdir. Azərbaycan xalqının dərdinə

şərik olmaq və həmin faciəli günləri yad etmək üçün gələnlərə minnətdarlığını bildirən səfir demişdir ki, 20

Yanvar tariximizin qara səhifələrindən biridir. Azərbaycan xalqı Vətənin müstəqilliyi uğrunda canlarından

keçmiş şəhidləri dərin kədərlə xatırlayır və onların qəhrəmanlığı önündə baş əyir. H.Məmmədzadə

Azərbaycanda və Litvada baş vermiş hadisələrin oxşarlığını qeyd etmişdir. Rəsmi məlumatlara görə, 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə 147 nəfər həlak olmuşdur. Səfir vurğulamışdır ki, dinc əhaliyə qarşı cinayət

törədilməsində M.Qorbaçovu və sovet imperiyasını günahlandıran ulu öndər Heydər Əliyev yenidən ölkə

rəhbərliyinə qayıdan kimi bu hadisələrə lazımi siyasi və hüquqi qiymət verilmişdir. Qara Yanvar Azərbaycanda

sovet rejiminin süqutunu göstərmişdir.

H.Məmmədzadə diqqətə çatdırmışdır ki, yanvar faciəsi gələcək nəsillər üçün örnəkdir, dövlətin

suverenliyinin və müstəqilliyinin nəyin bahasına başa gəldiyini göstərən nümunədir.

Müstəqilliyini qan bahasına əldə etmiş Azərbaycan və Litva vətənlərinin azadlığı və müstəqilliyi uğrunda

həlak olmuş qəhrəmanları ilə fəxr edir.

Sonra “20 Yanvar-1990” sənədli filmi göstərilmişdir.

Page 345: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

345

Avropa Parlamentinin deputatı, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru Vitautas

Landsberqis tədbirdə çıxış edərək bildirmişdir ki, ötən əsrin 90-cı illərində Bakıda, Tbilisidə və Vilnüsdə terror

aktları törətmiş SSRİ rəhbərliyi imperiyanın qorunub saxlanması, xalqların azadlıq arzularının qan içində

boğulması üçün insanlığa yaraşmayan bütün üsullardan istifadə etməyi qərara almışdır. Sovet imperiyası

Azərbaycanın da, Litvanın da müstəqilliyini təxribat adlandırmışdır.

Bakıda törədilmiş faciə adi hadisə deyil, təcavüzkarların düşünülmüş hərəkəti idi. V.Landsberqis diqqətə

çatdırmışdır ki, Bakıda və Litvada baş vermiş yanvar hadisələrini nəzərdən keçirərkən göz önündə fədakarlığı,

qəhrəmanlığı, günahsız insanların kütləvi məhvini əks etdirən tarixi hadisələrin geniş xəritəsi canlanır.

Azərbaycan və Litva xalqlarını birləşdirən də budur.

Avropa Parlamentinin deputatı demişdir ki, azadlığa gedən yolu heç də asan olmayan Azərbaycan hazırda

geosiyasi kontekstdə güclü dövlətdir, xristian və islam dünyaları arasında birləşdirici missiyası ilə tolerantlıq

nümunəsidir. Bu mübarizə Azərbaycan xalqının mədəni və siyasi kamilliyini nümayiş etdirmişdir.

V.Landsberqis Azərbaycanın Avropa cəmiyyətinə inteqrasiyasını dəstəklədiyini vurğulamışdır.

Litvalı siyasətçi Bakıda və Litvada baş vermiş yanvar hadisələrinin sənədlərini, faciə qurbanlarının

siyahısını, hərbi təcavüzkarların əmrlərini əks etdirən birgə albomun nəşr olunmasını təklif etmişdir.

Sonra Leono Qlinskionun “İntizar” filmi nümayiş olunmuşdur.

“13 Yanvar” Qurbanları Cəmiyyətinin sədri Petras Arnoldas, mədəniyyət nazirinin müavini Edvard

Truseviç, tarixçi, “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Malianas, təhsil və elm nazirinin

müavini Edita Tamoşiunayte çıxış edərək bildirmişlər ki, Litvaya müstəqilliyini qazanmaqda kömək edənlərin

arasında azərbaycanlılar da olmuşlar və onlar “13 Yanvar” xatirə medalları ilə təltif edilmişlər. Qeyd

olunmuşdur ki, Litva Avropa ittifaqına sədrliyi müddətində Azərbaycanın da iştirak etdiyi “Şərq Tərəfdaşlığı”

Proqramına diqqət göstərəcəkdir.

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela demişdir ki, bu tədbir tarixin

unudulmadığını, onun yaşadığını göstərir. Deməli, birgə gələcək də qurulacaqdır. Məqsədimiz xalqlarımızın

dostluğunu möhkəmləndirməkdir. Litva Azərbaycanın Avropaya yoludur.

Antakalnis qəbiristanlığında uyuyan müstəqillik müdafiəçilərinin məzarları üzərinə tədbir iştirakçıları

adından çiçəklər qoyulmuşdur.

Nigar Hüseynova

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

Page 346: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

346

Təbrizdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuşdur

(19 yanvar 2013)

Təbriz, 19 yanvar (AzərTAc). Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 20 Yanvar

faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunmuşdur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbərinin, Şərqi

Azərbaycan vilayətinin dövlət rəsmilərinin, yerli kütləvi informasiya vasitələri nümayəndələrinin, Türkiyənin

Təbrizdəki baş konsulu və konsulluğun əməkdaşlarının, şəhər ictimaiyyəti təmsilçilərinin iştirak etdikləri

mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və iştirakçılara faciənin səbəb, məqsəd

və nəticələri barədə ətraflı məlumat verilmişdir.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə bildirmişdir ki, 20 Yanvar hadisələri süni vasitələrlə

yaradılmış Dağlıq Qarabağ münaqişəsinin daha da alovlanması, sovet imperiyasının sonuncu rəhbərliyinin

birbaşa himayədarlığı ilə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı başlanan məqsədyönlü hərbi-siyasi

təxribatların davamı olaraq həyata keçirilən növbəti təcavüz aktı kimi tarixdə qara səhifə kimi özünə yer

almışdır.

Şəxsi heyəti əsasən ermənilərdən ibarət olan Bakıya yeridilmiş qoşun birləşmələri tərəfindən törədilmiş

hərbi təcavüz Azərbaycan xalqının haqq səsinin boğulmasına, xalqın milli oyanışının qarşısının alınmasına,

Azərbaycanı nəyin bahasına olursa-olsun SSRİ-nin tərkibində saxlamağa, torpaqlarımızın işğalçı Ermənistan

tərəfindən zəbt olunmasına şərait yaratmaq kimi çirkin siyasi məqsədlərə xidmət etdiyini xatırladan baş konsul

qeyd etmişdir ki, bütün bu iyrənc niyyətlərin əksinə olaraq məhz bu hadisələrdən sonra xalqın mübarizə əzmi və

azadlıq ideyaları uğrunda fədakarlığı daha da artmış, qısa müddətdən sonra Azərbaycan xalqı öz müstəqilliyinə

qovuşmuşdur.

Ə.Əlizadə demişdir ki, 20 Yanvar faciəsi bəşəriyyət əleyhinə cinayət idi. Lakin Azərbaycanın o vaxtkı

rəhbərliyinin faciənin gerçək miqyas və mahiyyətini vaxtında dünya birliyinin diqqətinə çatdırmaması, əksinə,

ört-basdır etməyə çalışması, cinayət materiallarının bir çoxunun Moskvaya aparılaraq indiyədək açılmaması bu

faciənin hələ də beynəlxalq müstəvidə öz hüquqi qiymətini tapmamasına səbəb olan əsas amillərdəndir. O vaxt

Azərbaycan xalqı adından yeganə siyasi etiraz bəyanatı Moskvada yaşayan ümummilli lider Heydər Əliyev

tərəfindən verilmişdir.

Ulu öndər Heydər Əliyevin imperiyanın mərkəzində onlarla xarici və yerli kütləvi informasiya vasitələri

təmsilçilərinin qarşısındakı kəskin və ədalətli bəyanatı dünya dövlətlərində böyük əks-səda doğurmuş,

xalqımızın etiraz səsi həmin dövrdə ilk dəfə məhz bu bəyanat nəticəsində beynəlxalq ictimaiyyətinin diqqətinə

çatdırılmışdır. Sonrakı illərdə isə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamentində bu faciəyə hüquqi-siyasi

qiymət verən qərar qəbul edilmişdir.

Page 347: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

347

Baş konsul 20 Yanvarın təkcə bir hüzn günü kimi deyil, eyni zamanda, kədərlə qəhrəmanlığın birgə

nümunəsi, qürur və şərəf günü kimi də Azərbaycan xalqı tərəfindən həmişə iftixarla xatırlandığını və ehtiramla

qeyd edildiyini iştirakçıların diqqətinə çatdırmışdır.

Çıxışlardan sonra 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs edən “19 Yanvar və bir gün sonra” adlı

sənədli film nümayiş etdirilmiş və şəhidlərin xatirəsinə ehsan verilmişdir.

Mərasimin sonunda faciəyə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu vərəqələr,

DVD-də filmlər, qəzet və digər əyani materiallar mərasim iştirakçılarına paylanılmışdır.

Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən ibarət

fotostendə baxmış, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar

faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlərlə tanış olmuşlar.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Təbriz

Page 348: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

348

Qarsda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(19 yanvar 2013)

Ankara, 19 yanvar (AzərTAc). Azərbaycanın Qarsdakı baş konsulluğunda 20 Yanvar faciəsinin 23-cü

ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişindən sonra çıxış edən baş konsul Ayxan

Süleymanov keçmiş Sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliamdan

bəhs etmiş, həmin günlər Türkiyənin Qars və İğdır şəhərlərində də insanların meydanlara çıxaraq bu dəhşətə

etiraz etdiklərini diqqətə çatdırmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həmin ağır günlərdə Moskvada öz xalqı ilə

həmrəylik nümayiş etdirdiyini, bu qətliamı pisləyən bəyanatla çıxış etdiyini diqqətə çatdıran A.Süleymanov

demişdir ki, sonradan Azərbaycana qayıdan ulu öndər dağılmaq təhlükəsi ilə üzləşən ölkənin xilaskarı oldu. 20

Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olmuşdur.

Tədbirdə iştirak edən Qars bələdiyyəsi və valiliyinin rəhbərləri, hərbçilər və ictimaiyyət nümayəndələri 20

Yanvar hadisələrindən bəhs edən fotosərgi ilə tanış olmuşlar.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 349: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

349

Mərakeşin nüfuzlu “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Azərbaycan xalqının

tarixində qanlı Yanvar faciəsi” sərlövhəli məqalə dərc edilmişdir

(20 yanvar 2013)

Bakı, 20 yanvar (AzərTAc). 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Mərakeşin nüfuzlu “əl-İslah və

ət-Tənmiyə” qəzetində “Azərbaycan xalqının tarixində qanlı Yanvar faciəsi” sərlövhəli məqalə dərc edilmişdir.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalənin müəllifi 1990-cı ilin 20

Yanvar gününün xalqımızın tarixinə Qanlı Yanvar və ya Qara Yanvar kimi yazıldığını bildirmişdir. Yazıda 20

Yanvarın təkcə faciə günü deyil, həm də Azərbaycanın müstəqilliyi və dirçəlişi yolunda, xalqın azadlıq uğrunda

mübarizəsinin tarixi olduğu xüsusilə qeyd edilmişdir.

Məqalədə 1990-cı il 20 Yanvar gecəsi tərkibində ehtiyatdan çağırılmış ermənilərin də olduğu sovet

ordusunun Azərbaycan xalqına qarşı vəhşi terror aktı həyata keçirdiyi vurğulanmışdır. Müəllif, həmçinin sabiq

Sovet İttifaqı rəhbərliyinin əsassız və ermənilərin mövqeyini müdafiə edən siyasətinə etiraz əlaməti olaraq

paytaxt Bakının küçə və meydanlarına axışan dinc əhaliyə qarşı tank və zirehli maşınların yeridilməsindən,

qocalara, uşaqlara və qadınlara fərq qoymadan günahsız vətəndaşlara qarşı törədilmiş qanlı cinayətdən söhbət

açmışdır.

Bildirilmişdir ki, bu vəhşi təcavüz, qanlı qırğın nəticəsində 147 nəfər amansızlıqla qətlə yetirilmiş, 800-

dən çox insan yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, yüzlərlə adam itkin düşmüşdür.

Yazıda vurğulanmışdır ki, belə bir dövrdə xalq Heydər Əliyev kimi müdrik və həqiqi bir liderə ehtiyacı

olduğunu dərk edirdi. Həmin vaxt xüsusi nəzarət altında olan Heydər Əliyevin özünün və ailəsinin həyatı üçün

yarana biləcək təhlükəyə baxmayaraq, 20 Yanvar hadisəsindən dərhal sonra oğlu, Azərbaycan Respublikasının

hazırkı Prezidenti İlham Əliyev ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, 20 Yanvar

faciəsinə kəskin etirazı, başda M.Qorbaçov olmaqla keçmiş Sovet İttifaqı rəhbərliyini təcavüzlə bağlı möhkəm

tənqid etməsi, faciəni həyata keçirənləri ittiham etməsi, ordunun dərhal Bakıdan çıxarılmasını tələb etməsi

böyük hünər və vətənpərvərlik nümunəsi kimi qiymətləndirilmişdir.

Daha sonra məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü

ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyi, məhz Heydər Əliyevin

təşəbbüsü ilə 20 Yanvar gününün ümumxalq hüzn günü elan edildiyi, qanlı hadisələr zamanı şəhid olanların

xatirəsinə salınmış Şəhidlər xiyabanında xatirə kompleksinin ucaldıldığı bildirilmişdir.

20 Yanvar hadisələrinin xalqımızın yaşadığı ən ağrılı faciələrdən biri olduğunu vurğulayan müəllif

Azərbaycanın müstəqilliyimizin ilk illərində qarşılaşdığı çətinliklərdən söhbət açmışdır. Tarixən Azərbaycan

ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon da daxil olmaqla torpaqlarımızın 20 faizinin Ermənistan

tərəfindən işğal edildiyi, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin salınaraq öz vətənlərində

qaçqın və məcburi köçkünün vəziyyətinə düşdüyü, işğal altındakı ərazilərdə məscidlərin, tarixi abidələrin və

məktəblərin tamamilə dağıdıldığı oxucuların diqqətinə çatdırılmışdır.

Page 350: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

350

Müəllif Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərin və terror aktlarının beynəlxalq birlik, o

cümlədən qardaş Mərakeş Krallığı tərəfindən qəti şəkildə pisləndiyini qeyd etmişdir. Yazıda Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı, BMT

Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında”, eləcə də İslam Əməkdaşlıq

Təşkilatının və AŞPA-nın qətnamələr qəbul etdiyini vurğulamışdır.

Məqalənin sonunda dost və qardaş dövlətlərin mövqelərinin Azərbaycan xalqı və dövləti tərəfindən

yüksək qiymətləndirildiyi, bütün problemlərin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik

tərəfindən tanınmış sərhədləri əsasında həll edilməsinin zəruriliyi vurğulanmışdır.

Page 351: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

351

Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyevdə

20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(19 yanvar 2013)

Bakı, 20 yanvar (AzərTAc). Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə Kiyevdə 20

Yanvar şəhidlərinin xatirəsi anılmışdır.

UAK-dan AzərTAc-a bildirmişlər ki, Ukraynada yaşayan bir sıra xalqların diaspor təşkilatlarının

rəhbərlərinin və media nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli

çıxış edərək 23 il bundan əvvəl canlarını dövlətimizin müstəqilliyimi yolunda fəda etmiş oğul və qızlarımızın

qəhrəmanlıq şücaətindən danışmışdır. 20 Yanvar faciəsini totalitar sovet rejiminin Azərbaycana qarşı həyata

keçirdiyi bəşəri cinayət adlandıran səfir bu tarixi xalqımızın qəhrəmanlıq və şərəf salnaməsi adlandırmışdır.

UAK-ın rəhbəri Rövşən Tağıyev, diasporumuzun fəalları Vilayət Quliyev, Əbülfəz Qasımov, Azərbaycan

diasporunun ağsaqqallar şurasının sədri Firudin Məmmədov, Bakı Slavyan Universitetinin Kiyev Linqvistik

İnstitutundakı Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna

Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digərləri çıxışlarında qanlı 20 Yanvar faciəsinin əsl

günahkarı olan Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyini vurğulamışlar.

Natiqlər xalqımızın haqq səsinin boğulduğu bir zamanda Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə

gələrək sovet rejiminin törətdiyi bəşəri cinayətin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər

Əliyevin tarixi xidmətlərindən danışmışlar. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyi uğrunda canlarından

keçən qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağı, bu faciənin gələcək nəsillər üçün

əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanmışdır.

Ukrayna Yəhudilər Forumunun prezidenti Arkadi Manastrski və digər ictimai təşkilatların rəhbərləri

aradan 23 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsini törədənlərin hələ də cinayət məsuliyyətinə cəlb

edilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirmişlər.

Sonra sovet ordusunun 1990-cı ilin 20 yanvar gecəsində Bakıda törətdiyi qanlı faciə ilə bağlı sənədli film

nümayiş etdirilmişdir.

Page 352: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

352

İstanbul Azərbaycan Dərnəyi Qanlı Yanvar faciəsinin 23-cü ildönümü

ilə əlaqədar bəyanat yaymışdır

(20 yanvar 2013)

İstanbul, 20 yanvar (AzərTAc). İstanbul Azərbaycan Dərnəyi Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə

əlaqədar bəyanat yaymışdır.

Bəyanatda bildirilir ki, torpaqlarının müdafiəsi və müstəqillik uğrunda meydanlara çıxan Azərbaycan

xalqı 1990-cı il yanvarın 20-də Sovet ordusunun dəhşətli qətliamına məruz qalmışdır. Bu faciə, eyni zamanda,

suveren Azərbaycan dövlətinin təməlini qoydu. Gündən-günə çiçəklənən və inkişaf edən dövlətimiz dünya

durduqca yaşayacaqdır.

Dərnəyin bəyanatında o da vurğulanır ki, türklərə qarşı saxta “soyqırımı” iddialarını müdafiə edən

imperialist güclər ilk növbədə ermənilərin Azərbaycanda törətdikləri 20 Yanvar, Xocalı və 31 mart soyqırımı

aktlarına hüquqi qiymət verməlidirlər. Biz beynəlxalq təşkilatları bu məsələdə tərəfsiz və ədalətli olmağa dəvət

edirik.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Page 353: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

353

Hollandiyada 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

(20 yanvar 2013)

Bakı, 20 yanvar (AzərTAc). Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın

AzərTAc-a bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20

Yanvar hadisələrindən iyirmi üç il keçir. İyirmi üç il əvvəl Azərbaycan xalqının taleyində dəhşətli günlər

yaşanırdı. Azərbaycan xalqı hücuma uğramış, günahsız insanlar qətlə yetirilmiş, tankların altında əzilmişdir.

Amma 20 Yanvar Azərbaycan xalqının tarixində yalnız hüzn günü kimi deyil, həm də qürur günüdür.

Azərbaycan xalqı həmin gün sovet ordusunun qorxunc hücumuna qarşı sinə gərməyi, öz müstəqilliyini və

mətanətini qorumağı bacardı. 1990-cı il yanvarın 20-si Azərbaycanın istiqlal yolunda ilk şəhidlik zirvəsi idi.

Azərbaycan xalqının azadlıq mübarizəsini qətliamlar törətməklə yatırmağa çalışan sovet zülmünü

lənətləyir, bir daha belə bir faciənin baş verməməsini diləyirik.

İlhan Aşkın bildirmişdir ki, rəhbərlik etdiyi təşkilat tərəfindən Hollandiyada 20 Yanvar faciəsinin 23-cü

ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Faciənin dəhşətlərini əks etdirən film nümayiş olunmuş, canlı

şahidlərin dilindən həmin hadisələr xatırlanmışdır.

Page 354: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

354

Almaniyada 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir

(20 yanvar 2013)

Berlin, 20 yanvar (AzərTAc). Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində 20 Yanvar

faciəsinin 23-cü il dönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mərasim iştirakçılarına Qanlı Yanvar faciəsi barədə

ətraflı məlumat vermiş, bu hadisələrin Azərbaycanın müstəqilliyinin əldə edilməsində oynadığı roldan danışmış

və 20 Yanvar tarixini Azərbaycan xalqının azadlığı uğrunda qəhrəmancasına apardığı mübarizə kimi

səciyyələndirmişdir. Səfir ümummilli lider Heydər Əliyevin bu hadisələr zamanı nümayiş etdirdiyi əsl vətəndaş

mövqeyini xatırlatmış və bu hadisələrə siyasi və hüquqi qiymət verilməsində ulu öndərin xidmətlərini

vurğulamışdır. Diplomat 20 Yanvar hadisələrini xalqımızın tarixində qəhrəmanlıq səhifəsi olduğunu demişdir.

Dünyanın ən böyük kənd təsərrüfatı sərgisi olan “Yaşıl həftə” çərçivəsində Berlində səfərdə olan kənd

təsərrüfatı naziri İsmət Abasov mərasimdə çıxış etmiş və 20 Yanvar hadisələri barədə xatirələrini iştirakçılarla

bölüşmüşdür. Nazir 20 Yanvar hadisələri zamanı keçmiş sovet hakimiyyətinin öz xalqına qarşı törətdiyi ağır

cinayətdən bəhs edərək bu hərəkətlərə bəraət qazandırılmasının mümkün olmadığını dilə gətirmişdir. İsmət

Abbasov, eyni zamanda, ümummilli lider Heydər Əliyevin məlum hadisələr zamanı göstərdiyi fədakarlıqdan

danışmışdır.

Daha sonra söz alan Potsdam Universitetinin professoru Vilfred Fuhrman çıxışında faciənin qurbanlarının

arzularını, ümidlərini xatırlamağın vacibliyini qeyd edərək, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə

yolundan danışmışdır.

Çıxışlardan sonra Almaniya Köln Musiqi və Rəqs Ali Məktəbində təhsil alan azərbaycanlı pianoçu Toğrul

Hüseynlinin ifasında Azərbaycan və alman bəstəkarlarının əsərləri təqdim olunmuşdur.

Mərasimdə “Yaşıl həftə” çərçivəsində Berlində səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri,

Almaniya siyasi və ictimai dairələrinin nümayəndələri, AFR Xarici İşlər Nazirliyinin əməkdaşları, eləcə də

Almaniyadakı diasporumuzun təmsilçiləri iştirak etmişlər.

Tədbir iştirakçıları səfirlik tərəfindən 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi ilə tanış olmuşlar.

Alman dilində izahlarla tərtib olunmuş sərgidəki fotoşəkillər qonaqlarda acı təəssürat doğurmuşdur.

Rəsmi hissədən sonra şəhidlərimizin xatirəsinə ehsan verilmiş, tədbirin iştirakçılarına ölkəmiz haqqında

alman dilində çoxsaylı kitablar hədiyyə edilmişdir.

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 355: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

355

20 Yanvar hadisələrinin 23-cü il dönümü ilə əlaqədar Avropa Azərbaycanlıları

Konqresi bəyanat yaymışdır

(20 yanvar 2013)

Berlin, 20 yanvar (AzərTAc). 20 yanvar hadisələrinin 23-cü il dönümü ilə əlaqədar Avropa

Azərbaycanlıları Konqresi bəyanat yaymışdır.

Bəyanatda deyilir ki, 23 ildir Azərbaycan xalqı hər il 1990-cı il Qara Yanvar faciəsinin qurbanlarının

xatirəsini yad edir. Müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini

qırmağa çalışan keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə sovet ordusunun 66 min əsgəri Azərbaycanın

müxtəlif şəhərlərinə yeridildi. Yanvarın 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilməzdən öncə sovet

ordusu zirehli tanklarla və ağır silahlarla hər tərəfdən, hətta Xəzər dənizindən hərbi donanma vasitəsilə şəhərə

hücuma keçdi. Silahsız vətəndaşlar ağır silahlı qoşunla üzbəüz qaldı. Həmin hadisələr zamanı 147 dinc sakin

həyatını itirdi, 800-dən artıq insan ağır yaralandı. Bu faciədən dərhal sonra xalq tətilə başladı. Qırx gün davam

edən matəm tətili bütün ölkəni demək olar ki, iflic vəziyyətinə saldı. Tətil və fövqəladə vəziyyət Azərbaycanın

siyasi və ictimai həyatını uzun zaman öz təsiri altında saxladı. 1991-ci ilin oktyabr ayının 18-də “Azərbaycan

Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı qəbul olundu və Azərbaycan

müstəqillik əldə etdi.

Bəyanatda deyilir ki, 20 Yanvar şəhidləri öz ölümləri ilə gələcək nəsillər üçün vətənlərinin azadlığı və

müstəqilliyi uğrunda mübarizə aparan ideala çevrildilər. Allah şəhidlərə rəhmət etsin.

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 356: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

356

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın

Küveytdəki səfirliyi silsilə tədbirlər keçirmişdir

(20 yanvar 2013)

Bakı, 20 yanvar (AzərTAc). Xalqımızın yaddaşında silinməz iz buraxmış 20 Yanvar faciəsinin 23-cü

ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi silsilə tədbirlər keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, yanvarın 20-də Küveytdə yaşayan və işləyən Azərbaycan

vətəndaşlarını öz ətrafında birləşdirən “Vətənsevər” Dostluq Cəmiyyətinin və “Kuveyt-Azəri” müştərək

şirkətinin təşkilatçılığı ilə anma mərasimi keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan, Türkiyə,

İran və digər ölkələrin nümayəndələri, diaspora təşkilatlarının təmsilçiləri, eləcə də Küveytin ictimai-siyasi

xadimləri, millət vəkilləri və KİV nümayəndələri iştirak etmişlər.

Səfir Tural Rzayev mərasimdə çıxış edərək keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər

şəhərlərində törətdiyi vəhşiliklərdən danışmış, Mixail Qorbaçov başda olmaqla bu qanlı faciədə əli olan digər

cinayətkarların bütün beynəlxalq hüquq normalarına zidd hərəkətləri barədə ətraflı məlumat vermişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini,

həmçinin 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxdığını, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar

siyasətin bütün dünyaya çatdırıldığını xüsusi qeyd etmişdir.

Səfir ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırmışdır. O,

Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğal olunması, həmin ərazilərdə törədilmiş vəhşiliklər,

insan tələfatı, xalqımıza dəyən maddi və mənəvi zərər barədə ətraflı məlumat vermişdir. İşğal olunmuş

Azərbaycan torpaqlarının boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, İqtisadi Əməkdaşlıq

Təşkilatı və Avropa İttifaqının bəyanatlarına rəsmi Yerevanın etinasız yanaşdığını qeyd etmişdir.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanmış “20 Yanvar” foto-albomu və faciədən bəhs

edən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin mətbuat məlumatı Küveytin dövlət, hökumət

qurumlarına, Parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə

göndərilmiş, 20 Yanvar faciə ilə bağlı fotosərgi təşkil olunmuş, faciə haqqında film və kitablar paylanmışdır.

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Vasat” qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş məqalə

dərc olunmuşdur.

Page 357: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

357

Brüssel şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir

(21 yanvar 2013)

Bakı, 21 yanvar (AzərTAc). Belçika Azərbaycanlıları Cəmiyyəti (BAC) bu ölkənin paytaxtı Brüssel

şəhərində “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirmişdir.

Belçika Azərbaycanlıları Cəmiyyətinin mətbuat və informasiya xidmətindən AzərTAc-a daxil olmuş

məlumatda bildirilir ki, tədbirdə

Belçikada yaşayan 100-ə yaxın soydaşımız, bir neçə yerli qeyri-hökumət təşkilatının nümayəndələri,

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, ölkəmizin NATO-dakı daimi nümayəndəliyinin rəhbəri

Xəzər İbrahim, “EU Reporter” İnformasiya Agentliyinin nümayəndəsi, almaniyalı siyasi ekspert, “Belçika

Xəbər” qəzetinin əməkdaşı Gəlil Gündoğdu, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi,

“Dayaq” Cəmiyyətinin sədri Asəf Bağırov, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndəsi Musa Pünhan

və digər qonaqlar iştirak etmişlər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Fuad İsgəndərov çıxışında Vətənimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün hər kəsin

fəal olmasının vacibliyini vurğulamış və bu tədbirin keçirilməsinin bu mənada böyük rol oynadığını

bildirmişdir. Səfir demişdir ki, 20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsidir. Xalqımız

tarix boyu çox böyük qəhrəmanlıqlar və şücaətlər göstərmişdir. 20 Yanvar günü də xalqımızın daim fəxr

edəcəyi belə tarixdir. F.İsgəndərov demişdir ki, işğal edilmiş Qarabağımızın da azad olunaraq qələbəmizi qeyd

edəcəyimiz gün uzaq deyildir.

Daha sonra NATO-dakı nümayəndəliyimizin rəhbəri Xəzər İbrahim, tədbirin təşkilatçısı BAC-ın sədri

Rəşad Xasayoğlu və digər çıxış edənlər şanlı və qanlı tariximiz olan 20 Yanvar hadisələrindən, qəhrəman oğul

və qızlarımızın həmin gecə göstərdikləri şücaətlərdən bəhs etmiş, həmin hadisələrin bütün dünyada təbliğinin

davam etdirilməsinin vacibliyini bildirmişlər.

Tədbirin rəsmi hissəsindən sonra 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunmuşdur.

Page 358: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

358

Kiyevdə “1990-cı ilin Bakı hadisələri. 24 ildən sonra baxış”

mövzusunda “dəyirmi masa” olmuşdur

(18 yanvar 2014)

Kiyev, 18 yanvar (AzərTAc). Yanvarın 18-də Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi Ukrayna

Millətlər Assambleyası ilə birlikdə “Ukrainski novini” (“Ukrayna xəbərləri”) informasiya agentliyinin mətbuat

mərkəzində “1990-cı ilin Bakı hadisələri. 24 ildən sonra baxış” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirin təşkilatçıları Ukrayna ictimaiyyətinə xatırlatmışlar ki, “Qara yanvar” öz müstəqilliyi uğrunda

mübarizə aparan azadlıqsevər Azərbaycan xalqını hərb maşınının köməyi ilə əzmək cəhdi idi. Mixail Qorbaçov

başda olmaqla keçmiş SSRİ rəhbərliyinin Bakı şəhərində törətdiyi bu cinayət müxtəlif millətlərdən olan 147

dinc sakinin, o cümlədən ukraynalıların ölümünə səbəb olmuşdur.

Diaspor təşkilatımızın rəhbəri Rövşən Tağıyev qeyd etmişdir ki, həmin gün Azərbaycanda Ümumxalq

Hüzn Günüdür. Sovet ordusunun hərbi bölmələri SSRİ və Azərbaycan SSR konstitusiyalarını pozaraq Bakıya

yeridilmişdi. O bildirmişdir ki, həlak olanlar və yaralananlar arasında dinc şəhər sakinləri – gənclər, qocalar,

qadınlar, uşaqlar vardır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciənin dəhşətli yekunu

belədir.

Ukrayna Millətlər Assambleyası bu ölkənin bütün xalqlarının nümayəndələrinin, o cümlədən

azərbaycanlıların birliyidir. Bu ictimai struktur Ukrayna ərazisində yaşayan xalqlar arasında dostluğun və

həmrəyliyin inkişaf edib möhkəmlənməsinə kömək göstərmək, sülhü və əmin-amanlığı qorumaq, milli

azlıqların mədəni, mənəvi tələbatının ödənilməsinə şərait yaratmaq, onların hüquq və mənafeyini qorumaq üçün

yaradılmışdır.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 359: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

359

Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(19 yanvar 2014)

Bakı, 19 yanvar (AzərTAc). 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Səudiyyə

Ərəbistanı Krallığındakı səfirliyində anma mərasimi keçirilmişdir.

Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad

edilməsi ilə başlamışdır.

Tədbiri səfir Rasim Rzayev açaraq, 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən

Azərbaycanda törədilmiş faciə və azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş qırğın

haqqında geniş məlumat vermiş, bu faciənin insanlığa qarşı cinayət olduğunu qeyd etmişdir

Bildirilmişdir ki, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsi cinayətkar

sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi. Qətliamda şəhid olanlar və

yaralananlar arasında azyaşlı uşaqların və qadınların olduğu, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə

edildiyi vurğulamışdır.

R.Rzayev baş vermiş faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın

nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini

xatırlatmış, ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin

ayrılmasının, onlara xüsusi qayğı və diqqət göstərilməsinin əhəmiyyətindən söhbət açmışdır. 20 Yanvar

hadisəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirmişdir.

Sonra hadisə haqqında “Azadlığa gedən yollar” adlı sənədli film nümayiş edilmişdir.

Tədbir iştirakçıları 1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş faciəni əks etdirən foto-sərgiyə baxmış,

“İRS” jurnalının xüsusi buraxılışı ilə tanış olmuşlar.

20 Yanvar - Şəhidlərin xatirə günü ilə əlaqədar səfirlik tərəfdən hazırlanmış press-reliz, Azərbaycan

Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə, Ər-

Riyad şəhərində yerləşən diplomatik missiyalara və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq

Təşkilatına göndərilmişdir.

Page 360: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

360

Berlində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir

(19 yanvar 2014)

Berlin, 19 yanvar (AzərTAc). 20 Yanvar şəhidlərinin xatirəsi anılması məqsədilə Almaniyadakı

Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) və Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) təşkilatçılığı

ilə Berlində “Qara Yanvar - azadlığa aparan yollar” mövzusunda tədbir keçirilmişdir.

Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova 20 Yanvar hadisələri haqqında məlumat vermiş və

həmin günü Azərbaycan xalqının həyatında və yaddaşında dönüş nöqtəsi kimi səciyyələndirmişdir.

Sonra ASN-in baş katibi Elşən İsmayılov çıxış edərək xalqımızın milli azadlıq hərəkatında mühüm yeri

olan 20 Yanvar faciəsinin gənclər üçün tarixi əhəmiyyətindən və həmin günlə bağlı uşaqlıq xatirələrindən

danışmışdır.

Sonra 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Potsdam Universitetinin professoru, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvü Vilfrid Furman

“Qara Yanvar: azadlığa aparan yollar” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi Azərbaycanda həmin dövrdə cərəyan edən mürəkkəb siyasi proseslərdən, xüsusən də Qarabağ

münaqişəsinin başlanması səbəblərindən danışmışdır. O, problemin sonrakı mərhələdə qanlı müharibəyə

çevrilməsinin əsas səbəblərindən biri kimi həmin dövrdə sovet rəhbərliyinin yeni baş qaldırmış erməni

millətçiliyinə qarşı qeyri-adekvat reaksiyası olduğunu bildirmişdir. Vilfrid Furman Azərbaycanda artıq siyasi

təməllərinin sarsıldığını görən SSRİ rəhbərlərinin sovet hakimiyyətini saxlamaq üçün hətta hərbi vasitələrə əl

atmalarını və Qanlı Yanvar faciəsini törətdiklərini ətraflı təsvir etmişdir. Alim Azərbaycanın şəhidlərinin

xatirəsini uca tutaraq dünya ictimaiyyətinin bu haqda məlumatlandırılması istiqamətində mühüm addımlar

atdığını bildirmişdir.

Məruzədən sonra professor Vilfrid Furmanın iştirakı ilə müzakirələr aparılmış, qonaqların sualları

cavablandırılmışdır.

Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı fotolar nümayiş etdirilmiş, ehsan verilmişdir.

Mərasimdə Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycan və türk diasporlarının

nümayəndələri, Almaniyada təhsil alan azərbaycanlı və digər tələbələr, ictimaiyyətin təmsilçiləri iştirak

etmişlər.

Vüqar Seyidov

AzərTAc–ın xüsusi müxbiri

Berlin

Page 361: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

361

Türkiyənin Qars şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(19 yanvar 2014)

İstanbul, 19 yanvar (AzərTAc). Azərbaycanın Qarsdakı baş konsulluğu 20 Yanvar faciəsinin ildönümü ilə

bağlı anma mərasimi təşkil etmişdir.

Mərasimdə iştirak edən Qars vilayətinin rəhbərliyi, ölkəmizin bu şəhərdəki diplomatik nümayəndəliyinin

əməkdaşları və ictimaiyyətin təmsilçiləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar.

Türkiyənin və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən ölkəmizin Qarsdakı

baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda mübarizəsindən, 20 Yanvar faciəsinin

səbəblərindən ətraflı bəhs etmişdir. Diplomat vurğulamışdır ki, Azərbaycanın milli azadlıq hərəkatını boğmaq

istəyən qüvvələr dahi siyasətçi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından istifadə etmişlər.

Bakıda və Dağlıq Qarabağda fəallaşan erməni separatçılarına Sovet İttifaqı rəhbərliyindən dəstəyin artırılması

Qanlı Yanvar faciəsini törədilməsi ilə nəticələnmişdir. O ağır günlərdə həyatını təhlükəyə atan Heydər Əliyev

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qətliamı törədənləri kəskin şəkildə qınamışdır.

Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş və Qars Qafqaz Universitetinin professoru Hacali Nəcəfoğlu

çıxışlarında Azərbaycan və Anadolu türklərinin erməni quldurlarına qarşı mübarizəsindən bəhs etmiş, 20

Yanvarı xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi dəyərləndirmişlər.

Mərasimdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Page 362: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

362

İsveçdə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anma mərasimi keçirilmişdir

(20 yanvar 2014)

Bakı, 20 yanvar (AzərTAc). Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç-

Azərbaycan Kültür Cəmiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anma

mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasim

xalqımızın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə

başlanmışdır.

Səfir Adış Məmmədov tədbiri açaraq, 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat vermiş, bu faciənin

təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirmişdir. Sovet

imperiyasının rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətindən danışan səfir, Azərbaycan xalqının öz

hüquqlarını müdafiə etdiyini, xalqın bir nəfər kimi ayağa qalxaraq bu xəyanətkar siyasətin qarşısında

dayandığını bildirmişdir.

Sovet rəhbərliyinin birbaşa göstərişi ilə Bakıya yeridilmiş ağır hərbi texnika və qoşun hissələrinin sözün

həqiqi mənasında qətliam törətdiyini bildirən səfir həmin gecə azyaşlı uşaqların, qadınların, hətta tibb işçilərinin

şəhid edildiyini diqqətə çatdırmışdır.

Səfir A.Məmmədov faciədən sonra dünya ictimaiyyətinin bu qətliamdan xəbər tutmaması üçün

Azərbaycanın informasiya blokadasına alındığını qeyd edərək, Azərbaycan xalqının böyük oğlu Heydər

Əliyevin informasiya blokadasını yararaq, dünya xalqlarına müraciət etdiyini, Azərbaycanda törədilən

vəhşiliklər haqqında məlumat verdiyini bildirmişdir.

20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində önəmli rol oynadığını bildirən

səfir, şəhidlərin xatirəsinin yaddaşımızda əbədi yaşayacağını qeyd etmişdir.

Tədbirdə İsveç-Azərbaycan Kültür Cəmiyyətinin sədri Səməd Fərtaş, “Odlar Yurdu” Təşkilatının sədri

Sevinc Bakılı və diaspor fəalı Leyla Kiani çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşmüşlər.

Sonra faciədən bəhs edən “Azadlığa gedən yol” adlı sənədli film nümayiş etdirilmişdir.

Bu tədbirlə yanaşı, Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü

münasibətilə mətbuat məlumatı və hadisələrin əks olunduğu sənədli film ingilis dilinə tərcümə edilərək

Stokholmda akkreditə olunan xarici ölkələrin səfirliklərinə, İsveçin dövlət orqanlarına, universitetlərinə və

aparıcı qəzetlərinə göndərilmişdir.

Page 363: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

363

Berlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(20 yanvar 2014)

Berlin, 20 yanvar (AzərTAc). Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR)

səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Almaniya Bundestaqı deputatlarının, bu ölkənin siyasi və mədəniyyət xadİmlərinin, mətbuat

nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporu üzvlərinin qatıldıqları tədbirİ

Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov açmışdır.

Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir

tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında geniş məlumat vermişdir.

P.Şahbazov bildirmişdir ki, sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını

beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi

bacarmamışdır. Səfir ümummilli liderimiz Heydər Əliyevin qanlı qırğından dərhal sonra Moskvada 20 Yanvar

faciəsi üçün məsuliyyət daşıyan sovet dövlətinin rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda siyasi

hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə çatdırmışdır.

Səfir, eyni zamanda, təəssüflə qeyd etmişdir ki, hadisələr baş verən zaman Azərbaycan informasiya

blokadasında olduğu üçün dünya, o cümlədən Almaniya KİV-lərində 20 Yanvar faciəsi barədə təqdim olunmuş

məlumatlar hadisələrin tam obyektiv təsvirini verməmişdir.

Daha sonra Berlin Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria

Aux 20 Yanvar hadisələrinin tarixi haqqında məruzə ilə çıxış etmişdir. O zamankı hadisələri dərindən təhlil

edən professor Eva Maria Aux Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara

qarşı törədilmiş etnik təmizləmə və qətliamlara da toxunmuş, 20 Yanvar faciəsini törətmiş sovet hökuməti və

onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda ittiham etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Tamilla Quliyeva və Anar

İbrahimovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anma konserti səsləndirilmişdir.

Eyni zamanda, 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani

vəsaitlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 364: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

364

Page 365: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

365

Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş

anma mərasimi keçirilmişdir

(20 yanvar 2014)

Bakı, 20 yanvar (AzərTAc). Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr

olunmuş anma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Toronto

Universitetində təhsil alan azərbaycanlı tələbələr və Toronto şəhərində yaşayan Azərbaycan icmasının üzvləri

iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 20 Yanvar faciəsi

haqqında ümumi məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı

roldan danışmışdır. O vurğulamışdır ki, 147 nəfər əliyalın insanın sovet qoşunları tərəfindən qətlə yetirilməsinə

baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməmiş, əksinə, xalqımız daha böyük qüvvə ilə

mübarizəsini davam etdirmiş və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa

etmişdir.

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Page 366: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

366

Nyu-Yorkda Qara Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir

(20 yanvar 2014)

Vaşinqton, 20 yanvar (AzərTAc). Nyu-Yorkdakı “Əyyub Sultan” Mədəniyyət Mərkəzində Qara Yanvar

şəhidlərinin xatirə gecəsi keçirilmişdir.

Tədbir Amerikanın Azərbaycanlı Qadınlar Assosiasiyası tərəfindən təşkil edilmişdir.

Təşkilatın rəhbəri Münəvvər Vahabova qonaqları salamlayaraq müasir Azərbaycan tarixində faciəli 1990-

cı ilin 20 Yanvar hadisələri barədə danışmışdır. M.Vahabova qeyd etmişdir ki, 20 Yanvar hadisələri

Azərbaycanın müstəqillik əldə etməsində mühüm rol oynamışdır.

Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin konsulu Emil Səfərov və mədəni inkişaf

mərkəzinin rəhbəri Gəray Əlibəyov da çıxış etmişlər. Emil Səfərov bu cür tədbirlərin Azərbaycan diasporu və

onun gənc nümayəndələri üçün əhəmiyyətini vurğulamış, Gəray Əlibəyov isə sovet qoşunları tərəfindən

Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayət barədə söhbət açaraq qeyd etmişdir ki, yaxın vaxtlarda

Nyu-Yorkda Azərbaycan kinematoqrafçılarının çəkdikləri “Cavad xan” bədii filminin premyerası olacaqdır.

Nyu-Yorkdakı Kolumbiya Universitetinin məzunu Fuad Kərimov Qara Yanvar faciəsi barədə söhbət

açaraq vurğulamışdır ki, Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi dünya

azərbaycanlılarının ürəyində əbədi yaşayacaqdır.

Gecədə 1990-cı il Yanvar hadisələrinin sənədli xronika kadrları nümayiş olunmuş, şəhidlərin xatirəsi bir

dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Nyu-Yorkun Azərbaycan və türk icmalarının üzvləri, Azərbaycanın Vaşinqtonda və Nyu-

Yorkda diplomatik missiyalarının əməkdaşları iştirak etmişlər.

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 367: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

367

Page 368: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

368

Buxarestdə Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

(20 yanvar 2014)

Buxarest, 20 yanvar (AzərTAc). Yanvarın 20-də Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Qanlı

Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbirdə Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Rumıniya-

Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və

Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının təmsilçiləri, Rumıniyada

yaşayan və təhsil alan azərbaycanlılar, azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak

etmişlər.

Tədbirdən əvvəl iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra şəhidlərin

xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Rumıniyadakı səfirliyinin üçüncü katibi Tehran Şükürov 1990-cı il yanvarın 20-də sovet

silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi qətliam barədə söhbət açmış, öz konstitusiya hüquqlarının bərqərar

edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə

aparan Vətən övladlarının vəhşicəsinə güllə-baran edildiyini diqqətə çatdırmışdır. Bu faciə zamanı 147 nəfərin

qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli yaralar aldığı qeyd edilmişdir. Həmin hadisələrə ilk

dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi-hüquqi qiymət verdiyi bildirilmişdir. O, Ulu

Öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet

rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamışdır.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev

Azərbaycan xalqının həmin gün öz qəhrəmanlığını, torpağa, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə

əzmini bütün dünyaya bir daha bəyan etdiyini bildirmişdir. Ümummilli Liderin faciəni törədənlərin cinayət

məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı

törədilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

İ.Hacıyev 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin yenidən

hakimiyyətə qayıtmasından sonra verildiyini vurğulamışdır.

Sonra mərasim iştirakçıları “İmperiya ilə toqquşma” sənədli filminə baxmışlar.

Tədbirdən sonra ARDNŞ-in Rumıniya nümayəndəliyi tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr

olunmuş ehsan verilmişdir.

Faciənin səbəblərini və nəticələrini özündə əks etdirən pres-reliz Rumıniyadakı səfirliklərə və beynəlxalq

təşkilatların nümayəndəliklərinə, nazirliklərə və digər dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına

göndərilmişdir. Rumıniya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilmişdir.

Page 369: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

369

Xorvatiyada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

(20 yanvar 2014)

Buxarest, 20 yanvar (AzərTAc). Azərbaycanın Xorvatiyadakı səfirliyi 20 Yanvar faciəsinin 24-cü

ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev tədbirdə çıxış edərək 20 Yanvar faciəsi barədə

məlumat vermiş, bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. Səfir

Bakıda dinc əhalinin sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələrin xalqın mübarizə

əzmini qıra bilmədiyini, əksinə daha da möhkəmləndirdiyini vurğulamışdır. Məhz bu hadisələrin nəticəsi olaraq,

1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etmişdir.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra mərasim iştirakçıları Şəhidlər

xiyabanını ümumxalq ziyarətini Zaqrebdən canlı yayımla izləmişlər.

Səfirlik tərəfindən 20 Yanvar faciəsi ilə bağlı pres-reliz yayılmışdır. Matəmlə əlaqədar olaraq,

Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilmişdir.

İqbal Hacıyev

AzərTAc-ın xüsusi müxbiri

Buxarest

Page 370: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

370

Tbilisidə 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir

(20 yanvar 2014)

Tbilisi, 20 yanvar (AzərTAc). Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət

Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir. Azərbaycan və gürcü

ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri muzeyin direktoru Leyla Əliyeva açmış,

şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn tədbir iştirakçılarına faciənin səbəb və nəticələri barədə

ətraflı məlumat vermişdir.

Muzeydə, həmçinin 20 Yanvar qətliamına həsr olunmuş fotolar və kitablar nümayiş etdirilmiş,

Azərbaycan ombudsmanının faciənin 24-cü ildönümü ilə əlaqədar bəyanatının mətni iştirakçılara paylanmışdır.

Sonra 9 aprel şəhidlərinin Tbilisidəki abidəsi önünə Azərbaycan səfirliyi adından əklil qoyulmuşdur.

Mərasimdə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze, deputatlar, Azərbaycanın Gürcüstandakı

səfiri Azər Hüseyn, səfirliyin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Zurab Abaşidze AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: “Azərbaycan xalqının böyük

kədərinə şərikəm və bu kədər bizim ümumi ağrımızdır. 1990-cı il yanvarın 20-də Bakıda, 1989-cu il aprelin 9-

da isə Tbilisidə sovet imperiyası müstəqilliyini tələb edən dinc əhalinin üzərinə qoşun yeridib divan tutdu, çoxlu

sayda şəhid verdik”.

Vitse-spiker əmin olduğunu bildirmişdir ki, müstəqil ölkələrimiz daha da çiçəklənəcək və bir daha belə

faciələrə yol verilməyəcəkdir.

Abxaziya Muxtar Respublikası hökuməti sədrinin vəzifəsini icra edən Vaxtanq Kolbaya bildirmişdir ki,

faciə milliyyət, sərhəd bilmir, yeganə odur ki, o, ağrı gətirir. Ötən əsrin sonlarında Azərbaycan və gürcü xalqları

bu ağrıya məruz qalmışlar. Ümidvaram ki, xalqlarımız bu ağrıları bir daha yaşamayacaqlar. Biz bölgənin qlobal

təhlükəsizliyinin təmin olunmasında səylərimizi birləşdirməliyik.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev demişdir ki, sovet imperiyasının çoxillik əsarətinə qarşı

ayağa qalxmış xalqımız şəhidlər verdi. Artıq 24 ildir yanvarın 20-də Gürcüstanda da şəhidlərin xatirəsi anılır,

ehsan süfrələri açılır, onların ruhuna dualar oxunur. Deputat qeyd etmişdir ki, Azərbaycan dövləti şəhid qanı

hesabına qazanılmış müstəqilliyin daimi və dönməz olması üçün uğurlu siyasət yeridir. O əmin olduğunu

bildirmişdir ki, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.

İslam Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Page 371: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

371

Türkmənistanda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(20 yanvar 2014)

Aşqabad, 20 yanvar (AzərTAc). Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü

ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ziyalılar,

iş adamları və səfirliyin əməkdaşları iştirak etmişlər.

Anım mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla

yad edilməsi ilə başlamışdır.

Səfir Vəhdət Sultanzadə 1990-cı il yanvarın 20-də Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış

insanlara və dinc sakinlərə qarşı sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə törədilmiş

cinayətlər haqqında məlumat vermiş və bu faciənin Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin

azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi

olduğunu bildirmişdir.

Diplomat ümummilli lider Heydər Əliyevin Moskva şəhərində Azərbaycan nümayəndəliyinə gələrək və

ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan edərək, onların cəzalandırılması tələbi ilə

çıxış etdiyini vurğulamışdır.

Səfir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün

müvafiq təqaüdlərin ayrılmasının və onlara xüsusi qayğı və diqqət göstərməsinin əhəmiyyətindən söhbət açmış,

20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd etmişdir.

V.Sultanzadə ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və

Azərbaycan xalqının üzləşdiyi digər qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini, məhz Ulu

Öndərin rəhbərliyi dövründə bu hadisəyə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır. O, hazırda bu

siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini, xalqımızın üzləşdiyi faciələr

barədə Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materialların hazırlandığını

bildirmişdir.

Mərasim iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı sənədli filmə baxmışlar.

İlahə Əhmədova

AzərTAc-ın müxbiri

Aşqabad

Page 372: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

372

Pakistanda “20 Yanvar ümummilli hüzn günüdür” adlı seminar keçirilmişdir

(20 yanvar 2014)

İslamabad, 20 yanvar (AzərTAc). Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Kitabxanasında

Pakistan Sülh və Demokratiya İnstitutu ilə birlikdə “20 Yanvar ümumxalq hüzn günüdür” adlı seminar

keçirmişdir.

Tədbirdə Pakistanın tanınmış ictimai–siyasi xadimləri, aparıcı universitetlərin rəhbərləri, professor-

müəllim heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr haqqında

geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, o qanlı gecədə sovet qoşunları Bakıda dinc insanlara qarşı

qəddarlıq göstərmiş, günahsız qanlar tökmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə

sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etmişdir.

D.Şikarov bildirmişdir ki, hadisədən bir gün sonra xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev

təzyiq və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bu aksiyanı qəti pisləmiş,

günahkarların cəzalandırılmasını tələb etmişdir. Səfir yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş

nöqtəsi olduğunu bildirmiş, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu və Prezident

Heydər Əliyevin Fərmanı ilə 20 Yanvar qurbanlarına “20 Yanvar şəhidi” fəxri adının verildiyini vurğulamışdır.

Tanınmış jurnalist, Beynəlxalq Mədəni Əlaqələr İnstitutunun direktoru Rana Athar Caved çıxışında sovet

ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında konkret faktlar gətirmiş, şəhidlərin dəfn mərasiminə bir

milyondan çox insanın qatıldığını, bu qanunsuz aksiyaya etiraz əlaməti olaraq bütün Azərbaycan xalqının 40

gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərdiyini vurğulamışdır.

Preston Universitetinin professoru Sohail Ahmad keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar qırğınını

törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola bilmədiyini

vurğulamışdır. O, Ermənistanın Azərbaycana torpaq iddialarından söz açaraq, həyata keçirilən etnik təmizləmə

siyasəti nəticəsində Ermənistandan 300 minə yaxın azərbaycanlının zorla qovulduğunu bildirmişdir. S.Ahmad

20 Yanvar faciəsini dövlət terrorizmi adlandırmış, hadisələrdə əli olanların cinayət məsuliyyətinə cəlb

edilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra Bari İmam məscidində 20 Yanvar şəhidlərinin ruhuna ehsan verilmişdir.

Qeyd edək ki, “Pakistan Observer ”, “Election Times” qəzetlərində, “Centreline” jurnalında, “DNA”,

“Pakistan in the world ” informasiya agentliklərində 20 Yanvar qətliamı ilə bağlı məqalələr dərc olunmuş,

“Kapital” televiziya kanalında sənədli film nümayiş etdirilmişdir.

Məqalələrdə xalqımıza qarşı törədilmiş cinayətdən ətraflı bəhs olunmuş, hadisənin tariximizin faciəli, eyni

zamanda, şərəfli səhifəsi olduğu oxucuların diqqətinə çatdırılmışdır.

Qulu Kəngərli

Page 373: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

373

AzərTAc-ın xüsusi müxbiri

İslamabad

Page 374: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

374

Finlandiyada faciəli 20 yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş

tədbir keçirilmişdir

(20 yanvar 2014)

Helsinki, 20 yanvar (AzərTAc). 1990-cı ilin yanvar ayında Bakının dinc sakinləri arasında çoxsaylı insan

tələfatına səbəb olmuş faciəli hadisələrin 24-cü ildönümü ilə əlaqədar Finlandiyanın Azərbaycan diasporu

yanvarın 20-də Helsinki Universitetinin əsas kitabxanasında anma tədbiri keçirmişdir.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Azərbaycan diasporunun Helsinkidəki nümayəndələri, habelə Azərbaycanın müasir tarixi ilə

maraqlanan finlandiyalı ictimai xadimlər iştirak etmişlər.

“Dostluq” Azərbaycan Cəmiyyətinin sədri Təranə Nəzərova demişdir ki, 20 Yanvar günü Azərbaycan

xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixində ən qanlı səhifə kimi yadda qalacaqdır. 20 Yanvar –

Ümumxalq Hüzn Günü bütün azərbaycanlılar üçün faciəli gündür.

Təranə Nəzərova qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı 1990-cı ilin yanvarında ölkəmizə qarşı ərazi

iddiaları irəli sürən Ermənistanın təcavüzünə, keçmiş SSRİ rəhbərliyi tərəfindən Ermənistana göstərilən

himayədarlığa öz etirazını bildirmək üçün Bakının küçə və meydanlarına çıxmış Vətən övladlarının xatirəsini

ehtiramla yad edir.

Vurğulanmışdır ki, 20 Yanvar günü Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə

qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Sonra faciəli Yanvar hadisələrinə həsr edilmiş “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.

Nigar Cəfərli

AzərTAc-ın xüsusi müxbiri

Helsinki

Page 375: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

375

Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

(21 yanvar 2014)

Vaşinqton, 21 yanvar (AzərTAc). Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda 20 Yanvar

faciəsinin növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Mərasimdə şəhərdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri,

Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin rəhbərliyi, yerli universitetlərin professorları,

icma üzvləri və başqaları iştirak etmişlər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək 20 Yanvar hadisələri barədə

məlumat vermişdir. O demişdir ki, həmin gecə sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insan

amansızcasına qətlə yetirilmişdir. Ümummilli lider Heydər Əliyev faciədən dərhal sonra Azərbaycanın

Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləmişdir və bu, Azərbaycan xalqının azadlıq

uğrunda mübarizəsini daha da ilhamlandırmışdır.

Baş konsul qeyd etmişdir ki, bu qəddarlığı törədən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını

boğmaq niyyətində olsa da, rejim öz məqsədinə çata bilməyərək tam iflasa uğramış, Azərbaycan dövlət

müstəqilliyini bərpa etmişdir.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan

diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi və iqtisadi mövqelərinin həm regional, həm də

qlobal səviyyədə möhkəmləndiyini bildirmiş və müstəqilliyimizin dönməz xarakter aldığını diqqətə

çatdırmışdır.

“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer 20 Yanvar faciəsi barədə fikirlərini

bölüşmüş, bu qətliamın SSRİ-nin süqutunun başlanğıcı olduğunu bildirmişdir. Qanlı faciə barədə dünya

birliyinə hər hansı məlumatın ötürülməməsi üçün sovet rejiminin Azərbaycanı informasiya blokadasına aldığını

bildirən N.Ağayev “National Geographic” jurnalının məşhur fotoqrafı Reza Deqatinin həmin günlərdə SSRİ

dövlət orqanlarından gizli şəkildə Bakıya gedərək baş verən hadisələri necə işıqlandırması və dünyanı

məlumatlandırması haqqında danışmışdır. Sonra CNN telekanalının R.Deqatidən Bakıda götürdüyü müsahibə

nümayiş etdirilmişdir. Daha sonra tədbir iştirakçıları Qanlı Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış

olmuşlar.

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 376: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

376

Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

(21 yanvar 2014)

Paris, 21 yanvar (AzərTAc). Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi 20 Yanvar

faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil etmişdir.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri, səfir Emin Eyyubov xalqımızın qan yaddaşına həkk

olunmuş 20 Yanvar faciəsi barədə məlumat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin əsl

mahiyyətindən danışmış, bu günü tariximizin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir. Diplomat o

müdhiş gecədə 147 nəfərin şəhid olduğunu, yüzlərlə insanın yaralandığını və həbs edildiyini diqqətə

çatdırmışdır.

Səfir qeyd etmişdir ki, bu qırğına baxmayaraq, sovet rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik

uğrunda mübarizə əzmini qıra bilmədi. İyirmi Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu.

Qanlı Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayan E.Eyyubov həmin

günlərdə ümummilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza ən

çətin zamanda mənəvi dəstək olduğunu və bu qırğını törədənlərə kəskin etiraz etdiyini vurğulamış, məhz Ulu

Öndərin Sərəncamı ilə 20 Yanvarın ümumxalq hüzn günü elan edildiyini diqqətə çatdırmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə böyük uğurlar qazandığını söyləyən

diplomat bu gün dünyada demokratik, güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin mövcud olduğunu

vurğulamışdır. O, həmçinin ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, sağlamlığını itirmiş insanların sosial

şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərildiyini, onların sosial təminatının gücləndirildiyini

bildirmişdir.

Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin sədri Mustafa Əlincə 20 Yanvarın həm də Azərbaycan

tarixində qürur və qəhrəmanlıq səhifəsi olduğunu bildirmiş, qətliamın xalqın azadlıq arzusunu söndürə

bilmədiyini demişdir.

Tədbirdə nümayəndəliyin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri,

Strasburqda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər.

Sonra Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi

açılmışdır.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Page 377: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

377

Moskvada 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

(21 yanvar 2014)

Moskva, 21 yanvar (AzərTAc). Yanvarın 20-də Moskvada Azərbaycan Respublikasının Rusiya

Federasiyasındakı səfirliyində Bakıda törədilmiş 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə tədbir

keçirilmişdir.

Tədbirdə xarici dövlətlərin səfirləri, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun

Rusiya nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təmsilçiləri və başqaları iştirak etmişlər.

Tədbir iştirakçıları 1990-cı il 20 Yanvar hadisələrinin xatirəsi olaraq ümummilli lider Heydər Əliyevin

səfirliyin foyesindəki barelyefi önünə, həmçinin faciə qurbanlarının siyahısı yazılmış stendin qarşısına çiçəklər

düzmüşlər.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu

tədbirdə çıxış edərək demişdir: “20 yanvar hadisələri bir dönüş nöqtəsi olmuşdur, ondan sonra Sovet İttifaqında

çoxları başa düşdü ki, ölkənin rəhbərliyi öz vətəndaşlarını tanklarla əzməyə, əliyalın insanlara atəş açmağa,

evləri yandırmağa başlayırsa, onda bu ölkə məhvə məhkumdur. Bu hadisələrdən sonra Bakıda insanlar partiya

biletlərini tonqallarda yandırdılar, onlar dərk etdilər ki, belə olmamalıdır”.

1990-cı ilin 20 Yanvar faciəsi haqqında danışan səfir ümummilli lider Heydər Əliyevin rolunu xüsusi

qeyd etmişdir. O demişdir: “Hadisələrin baş verdiyi günün səhəri görkəmli siyasi xadim, Azərbaycan xalqının

lideri Heydər Əliyev xəstə olmasına baxmayaraq, ailəsi ilə birlikdə buraya gəlmiş və Sovet İttifaqının

rəhbərliyini, o cümlədən Mixail Qorbaçovu cinayətdə ittiham etmişdir. Belə böyük ölkənin rəhbərlərindən birinə

bu cür bəyanat vermək üçün Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olmuş şəxsdən

böyük cəsarət tələb olunurdu. Bu, Azərbaycan xalqının adından bütün dünyaya səsləndirilən bir bəyanat idi”.

Tədbirdə sənədli film nümayiş etdirilmişdir. Qonaqlar faciənin ildönümü ilə əlaqədar foyedə təşkil

olunmuş fotosərgi ilə də tanış olmuşlar.

Tədbirdən sonra ehsan süfrəsi açılmışdır.

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 378: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

378

Belarusda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar

bir sıra tədbirlər həyata keçirilmişdir

(21 yanvar 2014)

Bakı, 21 yanvar (AzərTAc). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı

səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, 20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat

məlumatları Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərə göndərilmiş, aparıcı yerli qəzetlərdə

məqalələr dərc edilmiş və yanvarın 15-də səfir İsfəndiyar Vahabzadə Belarusun “СТВ” telekanalının səhər

proqramının qonağı olmuşdur.

Bununla yanaşı, yanvarın 18-də Belarusda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin

təmsilçiləri, aparıcı KİV-lərin nümayəndələri və Azərbaycan diasporu üzvlərinin iştirakı ilə, şəhidlərin ruhuna

ehsan verilmişdir.

Səfir İsfəndiyar Vahabzadə çıxışlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində xalqımızın

yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən

qəhrəmanlıq səhifəsi olduğunu bildirmişdir. O, həmin günlərdə 147 nəfər dinc sakinin sovet ordusu tərəfindən

vəhşicəsinə qətlə yetirildiyini vurğulamış və şəhidlərimizin xatirəsinin hər il həm ölkəmizdə, həm də

respublikamızın hüdudlarından kənarda yad edildiyini bildirmişdir.

Səfir, həmçinin ümummilli lider Heydər Əliyevin faciənin baş verməsindən dərhal sonra son dərəcə

cəsarətli, vətənpərvər mövqe nümayiş etdirərək, başda M.Qorbaçov olmaqla bu faciənin törədilməsində iştirak

etmiş SSRİ rəhbərliyini sərt şəkildə ittiham etməsini diqqətə çatdırmışdır. Həm ümummilli liderimiz Heydər

Əliyevin, həm də Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdikləri dövrlərdə şəhidlərimizin xatirəsinin

əbədiləşdirilməsi və şəhid ailələrinin sosial rifah halının daim yaxşılaşdırılması istiqamətində mühüm addımlar

atıldığı vurğulanmışdır.

Page 379: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

379

Nyu-York senatoru Terri Gipson Qara Yanvarın 24-cü ildönümü haqqında

proklamasiya imzalamışdır

(21 yanvar 2014)

Vaşinqton, 21 yanvar (AzərTAc). Nyu-York ştatı senatının üzvü Terri Gipson Qara Yanvarın 24-cü

ildönümü haqqında proklamasiya imzalamışdır. Proklamasiyada göstərilir ki, Nyu-York ştatındakı etnik

azərbaycanlılar icması ştatda dini müxtəlifliyin qoruyub saxlanmasına, mədəniyyətlərarası dialoq, sülh və

firavanlıq işlərinə böyük töhfə verir. Sənəddə həmçinin 1918-1920-ci illərdə müstəqil Azərbaycanın və 1922-

1990-cı illərdə Sovet İttifaqının tərkibində Azərbaycanın mövcud

olması faktları qeyd edilir. Qanunverici daha sonra göstərir ki, 1990-cı

il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun kontingenti Bakıya

tanklar, helikopterlər və dəniz qüvvələri ilə hücum etmişdir. Bununla

əlaqədar “Human Rights Dvatch” hüquq-müdafiə təşkilatı lüzum

olmadığı halda hərbi qüvvə, o cümlədən zirehli texnika və ağır şəraitdə

döyüş əməliyyatları üçün nəzərdə tutulan silahlar tətbiq edilməsini,

xüsusi təyinatlı dəstələrin “təcili yardım” maşınlarına, yaşayış

məhəllələrinə və evlərə qəsdən hücum etmələrini, bu hücumlar zamanı

147 nəfərin həlak olması, 714 nəfərin yaralanması faktını təsdiq

etmişdir. 1992-ci ildə Azərbaycanın müstəqilliyi, Qarabağ regionu və

Naxçıvan tərkib hissələri olmaqla, ABŞ tərəfindən tanınmışdır. ABŞ-

ın regional müttəfiqi olan Azərbaycan ABŞ-ın və NATO-nun Kosovo,

İraq və Əfqanıstanda keçirdiyi əməliyyatlara mühüm töhfə vermişdir.

1957-ci ildən mövcud olan Amerika Azərbaycanlılar Birliyi (ASA)

Amerikada ən qədim Azərbaycan təşkilatıdır. 2006-cı ildən mövcud olan Azərbaycan-Amerika Şurası (AAC)

isə Azərbaycan icmasını təmsil edən təşkilatdır. Senator Terri Gipson bunları nəzərə alaraq yanvarın 20-sini

Nyu-York ştatında “Qara yanvar xatirə günü” elan etmişdir.

Xatırladaq ki, bu proklamasiya “Pax Turcica” institutunun, Amerika Azərbaycan Cəmiyyətinin və

Azərbaycan-Amerika Şurasının Amerika ictimaiyyətini 20 Yanvar hadisələri barədə məlumatlandırmaq üçün

keçirdiyi yazılı kampaniya nəticəsində yaranmışdır.

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 380: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

380

Ukraynanın paytaxtında 20 Yanvar şəhidlərinin nurlu xatirəsi yad edilmişdir

(21 yanvar 2014)

Kiyev, 21 yanvar (AzərTAc). Yanvarın 20-də Kiyevdəki Ukraynada Azərbaycanlı Gənclər İttifaqının

(UAGİ) Gənclik Mərkəzində Qara Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan Respublikasında Ümumxalq Hüzn Günü çərçivəsində keçirilən, 1990-cı il 20 Yanvar

şəhidlərinin xatirəsini anma mərasimini ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə UAGİ təşkil etmişdir.

Əvvəlcə moderator, UAGİ-nin rəhbəri Anar Tahirov tədbir iştirakçılarından həlak olmuş qəhrəmanların

xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etmişdir. Sonra Rusiya telejurnalistlərinin lentə aldıqları,

Azərbaycan xalqının tarixində ən qanlı hadisələrdən olan 20 Yanvara həsr edilmiş sənədli film göstərilmişdir.

Dəhşətli kadrların nümayişindən sonra anma mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı

diplomatik nümayəndəliyinin müşaviri Nazim Əliyev səfir Eynulla Mədətlinin və şəxsən öz adından şəhidlərin

doğmalarının və yaxınlarının ailələrinə dərin hüznlə başsağlığı vermişdir.

O demişdir ki, hər bir xalqın tarixində istər faciəli anlar, istərsə də qəhrəmanlıq səhifələri olur. Nadir

hallarda bu iki an bir-biri ilə üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını faciəli və

qəhrəmanlıq səhifəsi kimi yaşamışdır.

Diplomat çıxışın sonunda demişdir: “Bu gün biz Azərbaycanın qəhrəman oğul və qızlarının nurlu

xatirəsini yad edərkən fəxrlə bildiririk ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasından 23 il

keçmişdir. Müstəqil Azərbaycan Respublikası beynəlxalq birlikdə layiqli yer tutmuş və bütün dünyaya sübut

etmişdir ki, onun müstəqilliyi əbədidir, dönməzdir!”.

Daha sonra çıxış edən Anar Tahirov, Kiyev Milli Linqvistika Universiteti nəzdindəki Azərbaycan Dili və

Ədəbiyyatı Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlıları birləşmiş Konqresinin

sədri Rövşən Tağıyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kiyevdəki nümayəndəliyinin top-

meneceri Həzi Aslanov, “Akkord” tikinti-sənaye investisiya korporasiyasının Ukraynadakı nümayəndəsi Sahib

Məmmədov, “İşıq” cəmiyyətinin rəhbəri Əbülfəs Qasımov, Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin

Beynəlxalq Forumunun həmtəsisçisi Rüfət Əzizov və UAGİ sədrinin müavini İlhamə Allahverdiyeva xüsusi

vurğulamışlar ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanların adları ölkənin mübarizə

salnaməsinə qızıl hərflərlə həkk olunmuşdur. 20 Yanvar isə azadlığın, müstəqilliyin və Azərbaycanın ərazi

bütövlüyünün rəmzinə çevrilmişdir.

“20 Yanvar şəhidlərinin xatirəsi önündə baş əyirik. Lakin vüqarlı və azadlıqsevər Azərbaycan xalqı öz

kədəri ilə baş-başa qalmamışdır. Etibarlı və sadiq ukraynalı dostlarınız daim sizin yanınızdadırlar”, - bu fikir

Ümumukrayna Gənclər Assambleyasının nümayəndəsi Andrey Şelepnitski, Ukrayna Tələbələr Birliyinin sədri

Dmitri Bulayev, Ümumukrayna Gənclər Assambleyasının baş katibi Nataliaya Pedçenko, T.Şevçenko adına

Kiyev Milli Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi Veronika Kaleniç və başqalarının

çıxışlarında diqqəti cəlb edən məqam olmuşdur.

Page 381: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

381

Xatirə tədbirinin sonunda iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotostend, həmçinin Heydər Əliyev

Fondunun nəşrləri ilə tanış olmuşlar.

Tədbirdə Ukraynadakı səfirliyimizin əməkdaşları, Azərbaycan silahlı qüvvələrinin Ukraynadakı hərbi

attaşesi, polkovnik Daşdəmir Məmmədov, UAGİ-nin rəhbərliyi və fəalları, Ukrayna Rəssamlar İttifaqının üzvü

Rasim Seydimov, diasporumuzun, Ukrayna ictimaiyyətinin təmsilçiləri, Kiyevdəki ali məktəblərin azərbaycanlı

tələbələri, eləcə də onların ukraynalı həmyaşıdları, yerli və Azərbaycan KİV-lərinin nümayəndələri iştirak

etmişlər.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 382: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

382

Xayfa universitetində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir

(21 yanvar 2014)

Bakı, 21 yanvar (AzərTAc). Son vaxtlar İsrail ictimaiyyətini dost Azərbaycanın müasir tarixi ilə tez-tez

tanış edirlər. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) əslən Azərbaycandan olan İsrail sakinlərinin öz

mənşə ölkəsinin tarixi ilə tanışlığını davam etdirərək Heydər Əliyev Fondunun dəstəyi ilə Xayfa universitetində

İranın və İran körfəzi ölkələrinin öyrənilməsi üzrə “Ezra” mərkəzi ilə birlikdə 1990-cı il 20 Yanvar qanlı

faciəsini anma gecəsi keçirmişdir.

Azİz Assosiasiyasından AzərTAc-a bildirmişlər ki, İsrailin müxtəlif guşələrində yaşayan, əslən

Azərbaycandan olan sakinlər, habelə o dəhşətli Qara Yanvar gecəsində faciəli şəkildə həlak olmuş və

Azərbaycan torpağında əbədi qalmış Aleksandr Marxevka, Vera Bisantina və Yan Meyeroviçin hazırda İsraildə

yaşayan doğmaları və yaxınları matəm tədbirində iştirak etmək üçün Xayfa universitetinə gəlmişdilər.

Vera Bisantinanın xalası Qalina Qayduk söyləmişdir ki, onun bacısı qızı, 16 yaşlı Vera Qara Yanvar

gecəsində öz evində snayper gülləsinə tuş gələrək ölümcül yaralanmış və dünyasını dəyişmişdir.

Yaralılardan birinə tibbi yardım göstərərkən güllələnmiş gənc həkim Aleksandr Marxevkanın qohumları o

dəhşətli gecədə üzləşdikləri kədərdən hələ də özünə gələ bilmədiklərini söyləmişlər.

İnsanlığa zidd olan həmin qırğın zamanı öldürülmüş Yan Meyeroviçin həyat yoldaşı Valentina isə dərin

kədər və təəssüf hissi ilə demişdir ki, uşaqları dinc vaxtda nə üçün atasız böyüdüklərini və nə üçün ata

sevgisindən məhrum olduqlarını başa düşmürlər.

Anım tədbirində məşhur kinorejissor Andrey Konçalovskinin “Hakimiyyət yükü” adlı sənədli filmindən

bir parça nümayiş etdirilmişdir. Filmin məxsusi bu tədbir üçün ivrit dilinə tərcümə edilmiş kadrları tədbir

iştirakçılarını fikrən yenidən o dəhşətli Qara Yanvar gününə qaytarmışdır. O vaxt gözü yaşlı insanlarla dolu

Bakı küçələrində tanklar və zirehli transportyorlar hərəkət edir, Azadlıq meydanında isə iki milyon insanın

toplaşdığı dəfn mərasimi keçirilirdi. Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canlarından

keçmiş günahsız qurbanları son mənzilə yola salırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz Azərbaycan üçün o dəhşətli günlərdə

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri

qətiyyətlə pisləmiş və öz ölkəsinin dinc sakinlərinə atəş açmaq barədə əmr vermiş siyasətçilərin və hərbiçilərin

cəzalandırılmasını tələb etmişdi.

Xayfa universitetinin Tələbələr Evinin mərkəzi zalında Azİz Assosiasiyasının fəal üzvü, o qanlı günlərin

canlı şahidi, gözü ilə gördüklərini fotoaparatının obyektivi vasitəsilə tarix üçün əbədiləşdirilmiş, hazırda İsraildə

yaşayan bakılı fotoqraf Boris Dobinin çəkdiyi fotoşəkillərin sərgisi təşkil edilmişdi. Matəm tədbirinin

iştirakçıları bu fotolara baxaraq o qanlı günlərdə öldürülənlərin eybəcər hala salınmış cəsədlərini, tankların

əzdiyi avtobusları və təcili yardım maşınlarını, insanlığa zidd olan o qanlı qırğının qurbanlarına yas saxlayan iki

milyonluq dəfn mərasiminin iştirakçılarını, habelə şiddətli gülləbarandan sonra Bakının küçə və evlərinin hansı

Page 383: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

383

vəziyyətə düşdüyünü görmüşlər. Fotoşəkillər Azərbaycan xalqının müstəqillik yolunda üzləşdiyi dəhşətli

hadisələri gələcək nəsillərə xatırladacaq sənədlərdir.

Boris Dobin Azərbaycan tarixinin o unudulmaz günlərini əbədiləşdirmiş 67 fotoşəkildən ibarət

kolleksiyasını Heydər Əliyev Fonduna vermişdir.

“Ezra” mərkəzinin direktoru doktor Soli Şahvar tədbirdə çıxış etmişdir. O demişdir ki, indi Azərbaycan

beynəlxalq ictimai və siyasi həyat üçün böyük maraq doğurur. Mərkəzin elmi işçisi Emil Abramov söyləmişdir

ki, mərkəz Azərbaycan tarixini öyrənməklə məşğul olur və Azərbaycan-İsrail əlaqələrinin inkişafını izləyir.

Tədbirdə Azİz Assosiasiyasının nümayəndələri Yeganə Salman, Arye Qut və Mehman Quliyev, habelə

tədbirin qonaqları – “Tsairey Beyteynu” təşkilatının sədri, bir qrup fəal gənclərlə birlikdə həmin gecəyə gəlmiş

Oleq Levinski və Tirat Karmel şəhər sovetinin deputatı, 24 il bundan əvvəl yanvar hadisələrinin canlı şahidi

olmuş Aviran Mişiyev də çıxış etmişdir.

Page 384: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

384

20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilmişdir

(21 yanvar 2014)

Brüssel, 21 yanvar (AzərTAc). Azərbaycanın Belçikadakı səfirliyinin və Belçika–Cənubi Qafqaz Tədris

və Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş

anma mərasimi keçirilmişdir.

Mərasimdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmiş və Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş

etdirilmişdir.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər

İbrahim mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi

qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, sovet ordusunun törətdiyi bu qanlı cinayət keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirmiş,

Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratmışdır. Doğma Vətənin bugünkü

inkişafında o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Tədbirdə digər çıxış edənlər, o cümlədən Brüsseldə fəaliyyət göstərən “CeCeForma” qeyri-hökumət

təşkilatının rəhbəri Mişel İvor 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından

keçdiklərini qeyd etmiş, həmin hadisələrin müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirmişlər.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, KİV

nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin və nümayəndəliyin əməkdaşlarının ailə üzvləri iştirak etmişlər.

Mərasim Brüsseldə fəaliyyət göstərən türkdilli media orqanları tərəfindən işıqlandırılmışdır.

Pərvanə Qarayeva

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

Page 385: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

385

Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

(22 yanvar 2014)

Vaşinqton, 22 yanvar (AzərTAc). Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü

ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov mərasimdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə

azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımıza qarşı sovet hakimiyyəti tərəfindən törədilmiş

qətliam barədə məlumat vermişdir. O qanlı Yanvar faciəsinin həm də sovet imperiyasının süqutu, milli mənəvi

dirçəlişimiz və xalqımızın Azərbaycanın müstəqilliyinə artan inamı baxımından bir dönüş nöqtəsi olduğunu

bildirmişdir. Səfir ümummilli lider Heydər Əliyevin həmin taleyüklü dövrdə Vətənimiz üçün göstərdiyi liderlik,

sarsılmaz iradə və əzmkarlıqdan bəhs etmiş və Ulu Öndərin 1990-cı il yanvarın 21-də Moskvada səsləndirdiyi

tarixi bəyanatın Azərbaycan xalqına mənəvi dəstək olduğunu vurğulamışdır.

Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və

Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdan 1990-cı ildə İsrailin Moskvadakı səfirliyində diplomat kimi

çalışdığını, Bakıda baş vermiş qanlı hadisələr haqqında xəbər tutduqdan dərhal sonra Azərbaycana səfər etdiyini

və xalqımızın 20 Yanvarla bağlı yaşadığı matəmin şahidi olduğunu söyləmişdir. O, matəm günlərində

Azərbaycan xalqının dini və etnik mənsubiyyətindən asılı olmayaraq birlik və dözümlülük nümayiş etdirdiyini

vurğulamış, 20 Yanvar hadisələrinin Azərbaycanı müstəqilliyə aparan sonrakı proseslərə göstərdiyi birbaşa təsir

haqqında fikirlərini bölüşmüşdür.

Mərasim iştirakçıları 1990-cı il yanvarın 20-də Bakının küçə və meydanlarında lentə alınmış fotoşəkillərə

baxmışlar.

Tədbirdə, həmçinin Vudro Uilson adına Elmi Tədqiqat Mərkəzinin “Avropanın enerji təhlükəsizliyi

təşəbbüsləri” proqramının yanvarın 17-də Əfqanıstanda qətlə yetirilmiş böyük elmi məsləhətçisi, Azərbaycanın

dostu Aleksandros Petersenin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 386: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

386

Nyu York şəhərində 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilmişdir

(22 yanvar 2014)

Bakı, 22 yanvar (AzərTAc). Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Nyu York

şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.

Daimi nümayəndəlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Nyu York Assosiasiyası və Amerika-

Azərbaycan Qadınlar Assosiasiyası “Əyyub Sultan” Mədəniyyət Mərkəzində anım mərasimləri təşkil etmişlər.

Tədbirlərdə Azərbaycan, türk, yəhudi diaspor təşkilatlarının təmsilçiləri, ABŞ-da yaşayan azərbaycanlılar,

BMT yanında daimi nümayəndəliyin, səfirliyin əməkdaşları və xarici qonaqlar iştirak etmişlər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni

səsləndirilmişdir.

Azərbaycan Nyu York Assosiasiyasının və Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbərləri

Ercan Yerdələnli və Minəvvər Vahabova tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında məlumat vermişlər.

Sonra qanlı hadisələri əks etdirən videomateriallar nümayiş etdirilmişdir.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi 20 Yanvar faciəsi ilə bağlı press-reliz hazırlayaraq

təşkilata üzv dövlətlərin diplomatik missiyalarına göndərmişdir. Press-relizdə məlumat verilir ki, 1990-cı il

yanvarın 20-də Azərbaycanda milli azadlıq hərəkatının qarşısını almaq üçün sovet hakimiyyəti tərəfindən dinc

əhaliyə qarşı törədilmiş qırğın nəticəsində 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır.

Həmçinin 20 Yanvar faciəsini törədənlərin cəzasız qaldıqları bildirilmiş, bu hadisələrə beynəlxalq miqyasda

siyasi-hüquqi qiymət verilməsinin zəruriliyi vurğulanmışdır.

Page 387: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

387

ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar hadisələri barədə

məlumatlandırma kampaniyası keçirir

(9 yanvar 2015)

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika

ictimaiyyətinin 1990-cı ilin Qanlı Yanvar

hadisələri barədə məlumatlandırılması üzrə hər

il keçirilən yazılı kampaniyaya başlayıb.

Şəbəkənin hazırladığı müraciətdə “Human

Right Watch” hüquq müdafiə təşkilatının

“Azərbaycanda Qanlı Yanvar” adlı

hesabatından faktlar göstərilir, habelə sovet

ordusu tərəfindən qətlə yetirilmiş dinc Bakı

sakinləri barədə statistik məlumatlar verilir. Müraciətdə deyilir ki, 1990-cı il yanvarın 20-də 26 min nəfərlik

sovet qoşunları kontingenti Bakını işğal edərək şəhərin dinc əhalisini qırıb və nəticədə 147 nəfər həlak olub,

xeyli adam itkin düşüb. Qeyd edilir ki, sovet qoşunlarının Azərbaycandakı günahsız vətəndaşlara qarşı hücumu

1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının davamı idi. Qanlı

Yanvardan sonra 1991-ci ildə Litvada qırğın davam etdirildi. ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika

ictimaiyyətinə, mətbuatına və bu ölkənin qanunvericilərinə müraciətində o da bildirilir ki, 1990-cı ilin 20

Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinə son qoydu. Müraciətdə deyilir: “20 Yanvar hadisələri

Azərbaycan xalqının yaddaşında matəm səhifəsi kimi qaldı, lakin bu hadisələr həm də 1991-ci ildə

respublikamızın müstəqilliyinin bərpa edilməsinə gətirib çıxardı. İyirmi beş ildən sonra da 20 Yanvar öz

mahiyyətini itirməyib. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakı şəhərindəki Şəhidlər

xiyabanında ölkəmizin müstəqilliyi uğrunda həlak olan insanların xatirəsini yad edir”.Yazılı kampaniya

vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20 Yanvar hadisələri barədə məlumat

verir, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar.

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 388: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

388

Ukraynanın Sumı şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş görüş-rekviyem keçirilib

(14 yanvar 2015)

Azərbaycanın Xarkovdakı fəxri konsulluğuSumı şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş görüş-

rekviyem keçirib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib ki, 1990-cı il yanvarın

19-dan 20-nə keçən gecə totalitar sovet ordusu Azərbaycan xalqına qarşı amansız və qeyri-insani aksiya həyata

keçirib.

Fəxri konsul deyib ki,buqanlı faciə tarixi yaddaşımıza matəm günü kimi daxil olub. Ancaq 20 Yanvarhəm

də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Həmin gün xalqımız öz azadlıq əzmini bütün dünyaya

nümayiş etdirib.

Sumı Vilayət Dövlət Administrasiyasının sədri Nikolay Kloçko qeyd edib ki,həm Azərbaycan, həm də

Ukrayna xalqı müstəqillik və azadlıq uğrunda mübarizə aparıb və buna nail olub.

Sonra A.S.Makarenko adına Sumı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Anatoli Qonçarenko

əhalinin bütün konstitusiya hüquqlarını pozan Sovet İttifaqının silahsız insanlara qarşı hərbi gücdən istifadə

etdiyini təsdiqləyən faktları diqqətə çatdırıb.

Tədbirdə Sumı Vilayət Dövlət Administrasiyasının, vilayət sovetinin, ictimai təşkilatların, Azərbaycan

diasporunun, milli azlıqların və KİV-lərin nümayəndələri iştirak ediblər.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 389: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

389

ABŞ Konqresinin nəşrində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

(17 yanvar 2015)

ABŞ Konqresinin nəşri olan, senatorlar və konqresmenlər, xarici siyasət ekspertləri və ictimaiyyət

tərəfindən mütəmadi olaraq izlənən “The Hill” qəzetinin 16 yanvar tarixli nömrəsində Azərbaycanın Los-

Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub. “Qara Yanvar və haqsız yerə verilmiş Nobel

Sülh Mükafatı” sərlövhəli məqalədə 25 il öncə baş vermiş qanlı 20 Yanvar hadisələrindən və Azərbaycan

xalqının öz azadlığı uğrunda apardığı mübarizədən bəhs edilir.

Həmin hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə

yetirildiyini bildirən müəllif ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı

nümayəndəliyinə gedərək, qətliamı kəskin şəkildə pislədiyini, bunun isə Azərbaycan xalqının azadlıq

mübarizəsini daha da ilhamlandırdığını qeyd edir.

Baş konsul mühüm bir fakta diqqət çəkərək bildirir ki, 1990-cı il oktyabrın 15-də Nobel Sülh Mükafatı

Komitəsi bəlkə də öz tarixində ən qeyri-ciddi qərarını verərək, SSRİ-nin prezidenti Mixail Qorbaçovu Nobel

Sülh Mükafatına layiq görmüşdü. Müəllif vurğulayır ki, bununla mükafatın verilməsindən çox deyil – 10 ay

əvvəl M.Qorbaçovun birbaşa əmri ilə Bakıda törədilmiş Qara Yanvar qətliamını “unudan” komitə əli yüzlərlə

günahsız azərbaycanlının qanına batmış bir şəxsi mükafatlandırmışdı. N.Ağayev digər bir maraqlı tarixi faktı da

vurğulayaraq qeyd edir ki, Alfred Nobel və onun qardaşlarının Bakı neftindən əldə etdikləri böyük sərvət

olmasaydı, 1901-ci ildə Nobel mükafatının təsisi mümkün olmazdı. Müəllif əlavə edir: “Ancaq A.Nobel

təsəvvürünə belə gətirə bilməzdi ki, təsis etdiyi bu mükafat bir gün həmin Bakını qan çanağına çevirmiş şəxsə

veriləcək.”

Diplomat, həmçinin müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini,

siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini qeyd edir. O,

ölkəmizin müstəqilliyinin əbədi və dönməz olduğunu diqqətə çatdırır. Məqalənin tam mətnini bu linkdən

oxumaq olar:

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 390: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

390

Düşənbədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

(17 yanvar 2015)

Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi

təşkil edib. Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm, mədəniyyət xadimləri, diplomatik nümayəndəliklərin

rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər mərasimdə iştirak ediblər. Mərasimin keçirildiyi səfirliyin

binasının foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend nümayiş olunub, iştirakçılara

Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu paylanıb. Əvvəlcə Qanlı Yanvar

hadisələri ilə bağlı sənədli film göstərilib.Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar

hadisələri barədə danışaraq bildirib ki, bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni

qəsbkarlarından müdafiə edən xalqımızın inamını, məğrurluğunu qırmaq məqsədini daşıyırdı. Lakin onlar buna

nail ola bilmədilər, xalqımız daha da mətinləşdi, düşmən qarşısında əyilmədi.

Qeyd edilib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın

bu şəhərdəki nümayəndəliyinə gələrək hadisələrə kəskin etirazını bildirdi. Heydər Əliyev xalqımızın təkidli

tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün

mühüm tədbirlər gördü. Bildirilib ki, Ümummilli Liderin siyasi kursunun davamçısı olan Azərbaycan Prezidenti

İlham Əliyev dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf

edir, iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu da o deməkdir

ki, Azərbaycan gec-tez işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq.Digər çıxış edənlər 20 Yanvar faciəsini

törədənləri pisləyib, günahkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

Page 391: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

391

Ər-Riyadda 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

(18 yanvar 2015)

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyində 20 Yanvar faciəsinin

25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Azərbaycanın Ər-Riyaddakı səfirliyindən verilən

məlumata görə, mərasimdə yerli ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, SƏK-də yaşayan

həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda

şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 20 Yanvar faciəsinin

dəhşətlərini əks etdirən filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan səfir Rasim Rzayev 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət

cinayətlər haqqında geniş məlumat verib. 20 Yanvar faciəsinin cinayətkar Sovet imperiyası rəhbərliyinin

Azərbaycana qarşı düşmənçilik siyasətinin nəticəsi olduğu və bu faciəli günlərdə qətlə yetirilən və yaralananlar

arasında azyaşlı uşaqların, qoca və qadınların olması, əhaliyə qarşı qadağan edilmiş silahlardan atəş açılması

faktları iştirakçıların diqqətinə çatdırılıb.Baş vermiş faciədən sonra ümummilli lider Heydər Əliyevin

Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qanlı hadisəni törədən cinayətkarların adlarını

açıq şəkildə ilk dəfə bəyan etdiyini xatırladan R.Rzayev ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin

ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi diqqət və qayğı göstərilməsinin əhəmiyyətindən

danışıb. Səfir əminliklə bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Sonra

səfirliyin müşaviri Ramil İmranov və üçüncü katib İmran Sadıqov, SƏK-də yaşayan azərbaycanlı həkimlər -

Rüfət Tarıverdiyev, İfrat Bəkirov, Yaşar Vəliyev və başqalarının çıxışları dinlənilib. Faciə ilə bağlı öz

təəssüratlarını bölüşən natiqlər qeyd ediblər ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixində faciəli

gün olmaqla yanaşı, əsarətə və zülmə qarşı şərəfli mübarizə olaraq tarixə yazılıb. Səfirliyin birinci katibi Samir

Məlikli Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 20 Yanvar faciəsinin 25-ci

ildönümü ilə əlaqədar bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda tədbir iştirakçıları 20 Yanvar

hadisələri ilə bağlı həqiqətləri göstərən fotolardan ibarət guşə ilə tanış olublar.“İRS” jurnalının xüsusi buraxılışı,

o cümlədən 20 Yanvara dair mətbuat açıqlaması və Azərbaycan Ombudsmanının bəyanatı ərəb və ingilis

dillərində iştirakçılara paylanılıb. Səfirlik tərəfdən 20 Yanvara dair hazırlanmış materiallar Səudiyyə

Ərəbistanının Xarici İşlər Nazirliyinə, Ər-Riyadda yerləşən diplomatik nümayəndəliklərə və Ciddə şəhərində

fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilib.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Page 392: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

392

Daşkənddə anma mərasimi (18 yanvar 2015)

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə

birgə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib. Tədbirdə səfirliyimizin

əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər

iştirak ediblər. Mərasim iştirakçıları əvvəl 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsi ilə bağlı çap edilən kitabların sərgisinə, həmçinin fotostendə və AMM-in rəsm dərnəyində məşğul

olan uşaqların əl işlərinə baxıblar.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın

Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib, keçmiş

SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən danışıb. Bildirilib ki, Bakıda

dinc sakinlər-qocalar, qadınlar və uşaqlar güllələndikdən sonra- yanvarın 20-də səhər tezdən Bakıda fövqəladə

vəziyyət elan olunması ilə əlaqədar Mixail Qorbaçovun fərmanı oxunub. H.Quliyev bildirib ki, 20 Yanvar

faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi

Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərlərini ittiham edib və faciənin

məsuliyyətini birbaşa Mixail Qorbaçovun üzərinə qoyub, Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda

hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. Sonra “Qanlı Yanvara

aparan yol” adlı sənədli film nümayiş etdirilib, şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər.

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Page 393: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

393

BAK qanlı Yanvar faciəsi ilə bağlı Avropa Parlamentinin deputatlarına müraciət ünvanlayıb

(18 yanvar 2015)

Əsas mənzil-qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) ölkəmizin

tarixinin qara səhifələrindən birini təşkil edən Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar Avropa

Parlamentinin sədri Matrin Şultsa, Avropa Komissiyasının sədri Jan-Klod Yunkersə, Avropa İttifaqı Şurasnın

prezidenti Donald Fransizek Tuska və parlamentin 751 deputatına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur

ki, Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq məqsədilə Sovet İttifaqı rəhbərlərinin göstərişi ilə təpədən

dırnağa kimi müasir silahlarla silahlanmış Sovet ordusu 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə bir

neçə tərəfdən Bakı şəhərinə soxularaq dinc və silahsız əhaliyə qarşı XX əsrdə görünməyən vəhşiliyə əl atmışdır.

Sərxoş vəziyyətdə paytaxta soxulan hərbiçilər açdıqları atəşlə yüzlərlə insanı qətlə yetirib, yaralayıblar. Amma

nədənsə daim demokratiyadan danışan, özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərən, qanunların

aliliyini şüar edən Avropa ölkələri bu qanlı faciəyə heç bir reaksiya vermədilər. Bu, əlbəttə, təəssüf hissi

doğurmaya bilməz. BAK Avropa təsisatlarına göndərdiyi müraciətin sonunda 20 Yanvar faciəsinə siyasi və

hüquqi qiymət verilməsini, hadisə ilə bağlı tarixi faktların ortaya qoyulmasını tələb edib.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Mejev

Page 394: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

394

Berlində 20 Yanvar hadisələrinin qurbanları anılıb (19 yanvar 2015)

Almaniya Federativ Respublikasının (AFR) paytaxtı Berlin şəhərində Alman Məmurlar Birliyi Forumu

adlanan mötəbər məkanda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Almaniya

Bundestaqının deputatları, AFR Xarici İşlər Nazirliyinin, xarici diplomatik korpusun, Almaniyanın müxtəlif

siyasi, iqtisadi, elmi və mədəni dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, alman mətbuatının

təmsilçiləri, bütövlükdə 150-dən artıq insan iştirak edib.Azərbaycanın Almaniya Federativ Respublikasındakı

səfiri Pərviz Şahbazov tədbiri giriş sözü ilə açıb və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad

olunub. Səfir tədbir iştirakçılarına faciənin baş verdiyi dönəmdə Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda

erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yumması və bununla da

Azərbaycan əhalisini özündən narazı salması haqqında məlumat verib. Səfir Sovet rəhbərliyinin Azərbaycan

xalqının haqlı narazılığına ağır cinayət törətməklə cavab verməsi, o zamanlar Moskvada yaşayan ümummilli

liderimiz Heydər Əliyevin 20 Yanvar hadisələrinə dair keçirdiyi mətbuat konfransında İttifaq rəhbərliyinə

qətiyyətlə etiraz etməsi barədə danışıb. Bildirib ki, hazırda öz vətəndaşlarının rifahının yüksəldilməsi və

təhlükəsizliyinin təmin olunmasına yönəlmiş müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən, regionda və

dünyada söz sahibinə, eləcə də Avropanın etibarlı tərəfdaşına çevrilmiş Azərbaycan Dağlıq Qarabağ

münaqişəsinin beynəlxalq hüquq və Azərbaycan xalqının maraqları çərçivəsində həllinə çalışır. Daha sonra

Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer çıxış edərək bildirib ki,

Azərbaycanın müstəqilliyi üçün canından keçmiş vətəndaşlar heç vaxt unudulmamalıdır. Dağlıq Qarabağ

münaqişəsinə toxunan Şlayer bildirib ki, Krım böhranı sübut etdi ki, beynəlxalq birlik Azərbaycan torpaqlarının

işğalına layiq olan qiyməti verməyib. Almaniya pozulmuş beynəlxalq hüququn bərpa olunması üçün bütün

səylərini ortaya qoymalıdır. O, Alman-Azərbaycan Forumunun bu məsələyə hər zaman dəstək göstərəcəyini

bildirib.Tədbirdə çıxış edən Almaniya Bundestaqının deputatı, xarici işlər komitəsinin üzvü, professor doktor

Eqon Yütner 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində “qanlı yara” adlandırıb. Onun sözlərinə

görə, bu faciə Azərbaycan xalqının legitim azadlıq hərəkatına daha da rəvac verib, öz müstəqilliyini elan

etməklə Azərbaycan dövləti yenidən tarix səhnəsinə çıxıb. Bundestaqın deputatı Azərbaycanın müstəqillik

illərində əldə etdiyi irəliləyiş və bu gün müstəqil siyasət yürütməsi haqqında danışıb, ölkədəki iqtisadi sıçrayışın

və sosial inkişafın qürurverici olduğunu bildirib. Eqon Yütner Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini

yüksək qiymətləndirib və buna dair faktları səsləndirib. Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan

azərbaycanlı musiqiçilər Elnarə İsmayılova və Faiq Əliyevin ifasında Azərbaycan və Qərb bəstəkarlarının

əsərlərindən ibarət anma konserti təqdim edilib. Həmçinin 20 Yanvar faciəsindən bəhs edən tarixi

fotoşəkillərdən ibarət sərgi, eyni zamanda, müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunub.

Anma tədbiri Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin təşkilatçılığı, SOCAR-ın Almaniya

nümayəndəliyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə təşkil edilib.

Page 395: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

395

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 396: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

396

20 Yanvar faciəsi haqqında həqiqətlər Litva Seymində (19 yanvar 2015)

20 Yanvar faciəsinin Litva ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki

səfirliyi tərəfindən bir sıra tədbirlər görülüb. Səfirliyin təşəbbüsü ilə tarixçi alim Alqimantas Lekis və jurnalist

Gintaras Visotskas tərəfindən 20 Yanvar faciəsi ilə bağlı yazılmış məqalə KİV-lərdə dərc edilib, Litva

Seymində 20 yanvar 1990-ci il Bakı və 13 yanvar 1991-ci il Vilnüs faciələrinə həsr olunmuş tədbirlər keçirilib.

İlk olaraq Seymin foyesində Litvanın müstəqilliyi bərpa edildikdən sonra dövlət başçısı olmuş Vitautas

Landsberqisin “Günah və bağışlanma: 13 yanvar hadisələri” kitabının ingilis dilində nəşrinin təqdimatı, daha

sonra isə Seymin Konstitusiya zalında “Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri”

mövzusunda konfrans keçirilib.Kitabın təqdimatında Seymin üzvləri və Litvanın ictimai-siyasi xadimləri iştirak

ediblər. Müəllif kitabında 13 Yanvar Vilnüs hadisələri ilə bağlı tarixi sənədləri təqdim edərək, o dövrdə Litvada

cərəyan edən hadisələrə dair ətraflı məlumat verib. Kitabda 20 Yanvar Bakı hadisələrindən də bəhs

olunub.Seymin Konstitusiya zalında keçirilmiş tədbirdə Litvanın ilk dövlət başçısı Vitautas Landsberqis, Litva

Respublikası Seyminin sədr müavini, Seymin sabiq sədri (2009-2012-ci illərdə) İrena Dequtiene, parlamentdə

GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri, Litva-Azərbaycan parlamentlərarası dostluq

qrupunun sədr müavini Mantas Adomenas və deputatlar, Litvanın 2014-cü il üzrə Azadlıq mükafatının laureatı,

polşalı keçmiş dissident, Polşanın “Gazeta Wyborcza” qəzetinin baş redaktoru Adam Mixnik, Litva 13 Yanvar

Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Arnoldas Barisas və Cəmiyyətin üzvləri, ictimai-siyasi xadimlər, tanınmış

tarixçilər, politoloqlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Litva Azərbaycanlı Gənclər Təşkilatının

(AYOL) üzvləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Mantas Adomenas azadlığın asan əldə edilmədiyini

qeyd edərək deyib: “13 yanvarda biz öz müstəqilliyimiz uğrunda mübarizə aparırdıq, bu gün isə tam əminliklə

deyə bilmərik ki, həmin günlər təkrarlana bilməz”. O, Bakı və Vilnüs hadisələrinin eyni ssenari üzrə həyata

keçirildiyini qeyd edərək, Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə

çağırıbSəfir Həsən Məmmədzadə çıxışında Azərbaycanın da öz 13 yanvarını yaşadığını, 20 yanvar 1990-cı ildə

Sovet ordusunun 30 min hərbiçisinin Azərbaycanın paytaxtına və ölkənin digər şəhərlərinə daxil olduğunu

bildirərək, 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, onların əsas məqsədi müstəqillik

uğrunda hərəkatın boğulması və ölkədə kommunist rejiminin dağıdılmasının qarşısının alınması olub. Səfir

keçmiş Sovet rejiminin təcavüzünə məruz qalmış dövlətlərə münasibəti müqayisə edərək deyib: “Son hadisələr

və beynəlxalq hüquq və prinsiplərin pozulması bizi daha da birləşdirməlidir. Dünyanın bir hissəsində ərazi

bütövlüyü prinsipi o biri hissəsindəkindən vacib olmamalıdır. Xalqların müstəqilliyinə münasibət eyni

olmalıdır, dövlətlərin ərazi bütövlüyü prinsipi müzakirə mövzusu olmamalıdır. Biz işğalçıların bütün hərəkatını

qınamalıyıq – yaxşı və pis cinayətkar olmadığı kimi, yaxşı və pis terrorçu da yoxdur”.Litvanın ilk dövlət başçısı

V.Landsberqis çıxış edərək ölkələrimizi azadlıq uğrunda canını vermiş məzlumların qanının birləşdirdiyini

söyləyib. O, hər iki dövlətin eyni tale yaşadığını vurğulayaraq bildirib: “Əgər bizim xalqlarımıza təhlükə təhdidi

varsa, biz birləşərək bir qüvvə olmalıyıq”. V.Landsberqis Cənubi Qafqazda vəziyyətin asan olmadığını və bu

Page 397: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

397

ağır vəziyyətdə Azərbaycana dəstək verməyə hazır olduqlarını vurğulayaraq qeyd edib ki, Azərbaycanı bu

günədək təhdid edirlər, ancaq bütün bunlara baxmayaraq bu ölkə düzgün istiqamətdə hərəkət edir.Litva-

Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Seymin xarici əlaqələr komitəsinin sabiq rəhbəri

Emanuel Zinqeris iştirakçıların diqqətini Tbilisi-Bakı-Vilnüs qanlı hadisələrinin müqəssirlərinin hələ də

cəzalandırılmadıqları məsələsinə yönəldib. Onun sözlərinə görə, müqəssirlərin gizlədilməsi və hadisələrin ört-

basdır edilməsi onun təkrarlanmasına gətirib çıxara bilər.Daha sonra çıxış edən 13 Yanvar Zərərçəkənlər

Cəmiyyətinin rəhbəri Arnoldas Barisas tədbirin təşkilinə görə Azərbaycan səfirliyinə öz minnətdarlığını bildirib

və 2013-cü ildə Vilnüs və Bakı hadisələri ilə bağlı səfirliklə birgə Seymdə keçirilmiş tədbirə həsr olunmuş

kitabı səfir Həsən Məmmədzadəyə təqdim edib.Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Vilnüs və Bakı faciələrinin

bir-birindən yalnız tarixləri ilə fərqləndiyini qeyd edərək, hadisələrin digər dövlətlərdə də təkrarlanmaması üçün

diqqətli olmağa çağırıb.Tədbirdə ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Hakimiyyət yükü”

filmindən 20 Yanvar faciəsi ilə bağlı görüntülər və Vilnüs hadisələrinə dair videoçəkiliş, Konstitusiya zalının

qarşısında isə 20 Yanvar faciəsi ilə bağlı fotosərgi nümayiş etdirilib.Mərasim iştirakçıları tərəfindən 13 Yanvar

Vilnüs faciəsi qurbanlarının xatirə kompleksinin önünə əklil qoyulub.Səfir Həsən Məmmədzadə 20 Yanvar

faciəsi ilə bağlı Litvanın “LTR” teleradio kanalına müsahibə verib.Anma mərasimi ilə bağlı Litvanın LRT və

“Penki TV” telekanallarında materiallar nümayiş etdirilib, tədbir Seymin televiziyasında və internet saytında

birbaşa yayımlanıb, “ELTA”, “respublika.lt”, “pozela.lt”, “lrytas.lt”, “slaptai.lt” informasiya agentlikləri və

internet portallarında yazılar dərc olunub. Litvanın “alkas.lt” və “slaptai.lt” internet-portallarında tarixçi-alim

Alqimantas Lekis və jurnalist Gintaras Visotskasın “Qara Yanvar: Litva və Azərbaycan versiyaları” sərlövhəli

məqaləsi dərc edilib. Məqalədə müəlliflər litvalı oxucuları 20 Yanvar faciəsi ilə tanış edərək, Litva və

Azərbaycan xalqlarının azadlıq yolunda yaşadıqları faciələr arasında paralellər aparıblar. Yazı ilə bu linkdə tanış

olmaq mümkündür:(http://alkas.lt/2015/01/12/a-liekis-g-visockas-juodasis-sausis-lietuviskairazerbaidzanietiska-

versijos/).

Nigar Cəfərli

AzərTAc-ın xüsusi muxbiri

Vilnüs

Page 398: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

398

Praqada “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərgi açılıb

(20 yanvar 2015)

Azərbaycanın və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi, Gürcüstan

Tələbələri İttifaqının təşkilatçılığı ilə Praqanın məşhur Luçerna sarayında “Müstəqilliyə aparan yol: Azərbaycan,

Gürcüstan və Litva” adlı sərginin açılışı olub. Sərgi Azərbaycan, Gürcüstan və Litva xalqlarının müstəqillik

mübarizəsinin qarşısının alınması məqsədilə keçmiş sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə

qarşı törədilmiş amansız cinayətlərlə bağlı məlumatların ictimaiyyətə çatdırılması məqsədini daşıyır. Sərgidə

1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotoların nümayişi ilə yanaşı,

çex və ingilis dillərində hazırlanmış müvafiq məlumat vərəqləri də tədbir iştirakçılarına paylanıb və bu

hadisələrlə bağlı ətraflı məlumat verilib. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Gürcüstan və Litva

səfirliklərinin nümayəndələri sərginin açılışında çıxış edib, hadisələrlə bağlı xatirələrini bölüşüblər. F.Şəfiyev 20

Yanvar faciəsinin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, onun öz amalları uğrunda daha

qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu qeyd edib.Fevralın 2-dək davam edəcək sərginin açılış

mərasimində Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və

Azərbaycan icmasının üzvləri iştirak ediblər. Sərgidə fəal iştirakı ilə seçilən Azərbaycan Tələbə Şəbəkəsinin

Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev 20 Yanvar faciəsi haqqında təbliğat işlərinin Praqada davam

etdiriləcəyini söyləyib.

Pərvanə Qarayeva

AzərTAc-ın xüsusi müxbiri

Praqa

Page 399: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

399

Meksikanın “Excelsior” qəzeti: “2015. Qanlı Yanvardan 25 il sonra” (20 yanvar 2015)

Meksikanın “Excelsior” qəzetində “2015. Qanlı Yanvardan 25 il sonra” sərlövhəli məqalə dərc

edilib.Məqalədə Azərbaycan xalqının hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etdiyi

bildirilir. “Qanlı Yanvar” adı ilə tarixə düşən hadisələrin Azərbaycanda sovet hakimiyyətinə son qoyan bir

qığılcım olduğu və bütün dünya azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar

cinayətlərdən biri olaraq həkk edildiyi diqqətə çatdırılır.Məqalədə sovet qoşunlarının 1990-cı il yanvarın 20-də

Azərbaycanın paytaxtı Bakı şəhərinə yeridilməsi, aralarında uşaq, qadın və qocaların da olduğu yüzlərlə

günahsız dinc sakinin qətlə yetirilməsi barədə məlumat verilir.Qanlı Yanvar hadisələrinin “The Washington

Post” qəzetində dərc olunan məqalədə və “Human Rights Watch” təşkilatı tərəfindən hazırlanmış hesabatda “ən

qorxunc insan hüquqları pozuntusu hadisələri” kimi qeydə alındığı vurğulanır.Məqalədə ərazisinin 20 faizinin

qonşu Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığı

oxucuların diqqətinə çatdırılır.

AzərTAc

Page 400: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

400

Kuala-Lumpurda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar 2015)

Azərbaycanın Malayziyadakı səfirliyində yerli ictimaiyyətin nümayəndələri və diasporumuzun üzvlərinin

iştirakı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Əvvəlcə Azərbaycan

Respublikasının insan hüquqları üzrə müvəkkilinin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatı

mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Səfir Qaley Allahverdiyev tədbir iştirakçılarına Qanlı Yanvar

faciəsi, Azərbaycan xalqının milli oyanış və azadlıq hərəkatı haqqında məlumat verib. O, 20 Yanvar qırğınının

sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla xüsusi qəddarlıqla törədildiyini, mülki vətəndaşların

qətlə yetirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, faciənin ertəsi günü – yanvarın 21-də ümummilli lider Heydər

Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində xarici kütləvi informasiya vasitələri nümayəndələrinin

iştirakı ilə mətbuat konfransı keçirərək, Sovet İttifaqının öz vətəndaşları olan azərbaycanlılara qarşı amansız

qəddarlığını böyük cəsarətlə bütün dünyaya bəyan edib. Sonra 20 Yanvar faciəsi haqqında qısametrajlı sənədli

film nümayiş etdirilib, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin

ruhuna dualar oxunub. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Malayziyanın Cənub-Cənub İnformasiya

Qapısı Agentliyinin (SSIG) internet saytında (www.ssig.gov.my) səfirliyin bəyanatı da dərc olunub.

Vüqar Ağayev

AzərTAc-ın xüsusi müxbiri

Kuala-Lumpur

Page 401: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

401

İsraildə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar 2015)

Qüds bələdiyyəsinin “İcma evi”ndə Bakıda 1990-cı il Qara Yanvar hadisələrinə həsr edilmiş tədbir

keçirilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz)

tərəfindən təşkil olunub.Azİz Assosiasiyası bu faciəli tarixi hər il qeyd edir və şübhəsiz ki, faciənin 25 illiyi də

istisna olmadı. Tədbir çərçivəsində zalda Boris Dobinin Bakıda həmin müdhiş günlərdə baş verən dəhşəti

hadisələri əks edən fotosərgi nümayiş olunub. Zalda əyləşənlər sırasında təkcə Azərbaycandan deyil, keçmiş

SSRİ-nin digər respublikalarından da nümayəndələr olub. Matəm tədbirini açan Azİz Assosiasiyasının baş

direktoru Lev Spivak İsrail Knessetinin deputatı, assosiasiyanın prezidenti Aleks Millerin kədər dolu sözlərini

çatdırıb və 1990-cı ildə Azərbaycanın paytaxtında baş verənlərdən danışıb. O illərin nə radiosu, nə televiziyası,

nə də qəzetləri dünya ictimaiyyətinə 150-yə yaxın adamın öldürüldüyü qanlı qırğın haqqında məlumat

verməyib. Odur ki, hətta bu gün, hadisənin üstündən 25 il keçdikdən sonra da çoxları üçün Lev Spivakın – bu

hadisələrin şahidinin söylədikləri əsl yenilik oldu.Şair Şabtay Aqarunov da həmin hadisələrin şahidi

olduğundan, şəhərdə hökm sürən ağlasığmaz xaos, insanları və avtomobilləri əzən tanklar haqqında söylədikləri

şeirlərindən heç də az təsirli səslənmədi. Ş.Aqarunovun bu axşam üçün seçdiyi bütün əsərlər Azərbaycan dilində

yazılmışdı. Bu şeirlərdə o, Qara Yanvar günlərində, Qarabağ müharibəsində həlak olanları tərənnüm edir,

xalqımızın mərdliyindən, Azərbaycan Respublikasının əbədi gözəlliyindən danışır.Gecədə öz xatirələrini

bölüşməyi arzu edənlər çox idi. Həmin hadisələrdə faciəli həlak olmuş, Binə qəsəbəsində adlarına küçə və yerli

təcili yardım stansiyası olan yəhudilər Yan Meyeroviçin, Vera Besantinanın, Aleksandr Marxevkanın adları

onların İsraildə yaşayan qohumları tərəfindən səmimilik və ürək ağrısı ilə xatırlanıb. Aleksandr Aqranovski,

Şaul Siman-Tov, Vilen Yakubov və başqaları həmin dəhşətli hadisələr haqqında xatirələrini bölüşüblər.Tədbirin

sonunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

AzərTAc

Page 402: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

402

20 Yanvar faciəsi sovet imperiyasını saxlamaq naminə törədilən qanlı cinayətlərdən biridir

(20 yanvar 2015)

İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma

mərasimi keçirib. Mərasimin keçirildiyi salonda 20 Yanvar faciəsini əks etdirən sərgi təşkil edilib,

videomateriallar nümayiş olunub. Tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı materiallar paylanıb. 20

Yanvar faciəsi İordaniya mətbuatında da geniş işıqlandırılıb. “Əl-Dustur”, “ Əl-Diyar” qəzetlərində və “Uruba”

xəbərlər agentliyinin saytında “Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir

Ağabəyovun 20 Yanvar faciəsi ilə bağlı bəyanatı” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycan xalqına qarşı

törədilmiş bu cinayət əməli qətiyyətlə pislənilir. Bildirilir ki, bu faciə Sovet İttifaqı rəhbərlərinin imperiyanı

saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir. Qanlı Yanvar gecəsi sovet ordusu və

zirehli texnikaları Bakı şəhərinə daxil olaraq günahsız insanlara divan tutub, uşaqlara, qadınlara və qocalara fərq

qoymadan xeyli sayda insanı qətlə yetirib. Bu qanlı hadisələr zamanı 150-yə yaxın dinc sakin qətlə yetirilib,

yüzlərlə insan yaralanıb, itkin düşüb, həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalıb. Azərbaycanın

azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan 1990-cı ilin 20 yanvarı tarixə həm də Azərbaycan

xalqının qəhrəmanlıq səhifəsi kimi düşüb. Məqalədə, həmçinin həmin hadisədən dərhal sonra ümummilli lider

Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet ordusunun bu əməllərini pislədiyi,

Azərbaycan xalqına qarşı cinayət hadisəsini törədənlərin cəzalandırılmasını tələb etdiyi vurğulanır.Yazıda

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyondan çox həmvətənimizin öz doğma

torpaqlarından qovulması, işğal faktının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, ölkəmizin müstəqilliyini

bərpa etməsindən sonra dünyada qazandığı nüfuz, İordaniya və Azərbaycanın dövlət başçıları arasındakı dostluq

münasibətləri, ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafı və s. məsələlər haqqında söhbət açılır. Azərbaycanın

dünya ölkələri, o cümlədən ərəb dövlətləri ilə yüksək səviyyəli əməkdaşlığa malik olduğu bildirilir.Məqalədə

Qanlı Yanvar hadisəsinin Azərbaycanın müstəqillik tarixində mühüm yer tutduğu qeyd edilir. Bundan başqa,

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ərəb və islam ölkələri tərəfindən verilən dəstəyin xüsusi

əhəmiyyət daşıdığı diqqətə çatdırılır.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Əmman

Page 403: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

403

Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsi anıldı

(20 yanvar 2015)

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci

ildönümünə həsr olunmuş tədbir təşkil olunub.Əvvəlcə 20 yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin

ruhuna dualar oxundu, sənədli film nümayiş etdirildi.Tədbirdə çıxış edən səfir Cavanşir Axundov dedi ki, 1990-

cı ilin 20 Yanvar faciəsi SSRİ-nin əsl simasını ortaya qoydu. Həmin vaxt Azərbaycan xalqı sadəcə olaraq

torpaqlarının ermənilər tərəfindən işğalına və insanların öz doğma el-obasından didərgin salınmasına etiraz

etmək üçün küçə və meydanlara toplaşmışdı. Mərkəzi hökumətin bu işğala biganə qalması xalq kütlələrini

qəzəbinə səbəb olmuşdu.Səfir diqqətə çatdırdı ki, 1980-cı illərin axırlarında Azərbaycanda ictimai-siyasi

vəziyyət kəskinləşmişdi. Sovet İttifaqında gedən siyasi proseslər, milli siyasət sahəsində buraxılan kobud

səhvlər Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Vəziyyətin böhran həddinə

çatmasının əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma

Dağlıq Qarabağ probleminin ortaya atılması idi. SSRİ rəhbərliyi kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə

1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. Yanvarın 19-da axşam dövlət

televiziyasının enerji bloku partladıldı və əhali məlumatsız qaldı. Səfir bildirdi ki, hazırlanmış plana əsasən

yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər tərəfindən 147 nəfər vəhşicəsinə qətlə yetirilmiş,

700-dən çox insan ağır yaralanmışdı. Bu hadisədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyev Moskvada bəyanatla çıxış edərək başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyini kəskin tənqid etdi

və informasiya blokadasını yardı. Məhz Heydər Əliyevin bəyanatından sonra dünya ictimaiyyəti Bakıda baş

verən qanlı hadisələrdən xəbər tutdu.Tədbirdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bağban Kondori,

keçmiş səfir Əli Əşrəf Möctəhed Şəbüstəri, Tehran Universitetinin professoru Bəhrəm Əmir Əhmədyan,

Avrasiya və İran Araşdırmalar Mərkəzinin əməkdaşı Əhməd Vəxişti, Höcətülislam Həmidi, Qafqaz

Müsəlmanları İdarəsinin İran nümayəndəliyinin rəhbəri Şamil Ələsgərov və digərləri çıxış edərək müasir

dünyada müsəlmanlara qarşı aparılan yanlış siyasətdən danışdılar.Çıxışlardan sonra ehsan süfrəsi açıldı.

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Page 404: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

404

Riqada Qara Yanvarın 25-ci ildönümü qeyd olunub (20 yanvar 2015)

Yanvarın 20-də Riqada Bakıdakı faciəli yanvar hadisələrinin 25-ci ildönümünə həsr edilmiş tədbir

keçirilib. Elə həmin gün Latviyada 1991-ci ilin barrikada müdafiəçilərinin xatirəsi də yad edilir. Azərbaycan

səfirliyinin əməkdaşları, diasporun nümayəndələri, Latviyanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər

Latviya xalqı ilə həmrəylik nümayiş etdirərək, barrikada müdafiəçilərinin xatirəsini yad edib, Azadlıq abidəsi

önünə çiçəklər düzüblər. Anma mərasimində Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov tədbir

iştirakçılarını 1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş faciəli yanvar hadisələrində həlak olanların

xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Səfir deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə

mərkəzi hakimiyyət Azərbaycana və onun xalqına qarşı cinayət törədib. Bakı faciəsinin kökləri Ermənistan

tərəfindən Azərbaycana qarşı iki ildən artıq davam etmiş təcavüzlə bağlıdır. E.Zeynalov diqqətə çatdırıb ki,

Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olan 20 Yanvar hadisələrinin 25 illiyi ərəfəsində Prezident

Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin

qanlı və şanlı səhifəsi” kitab-albomu işıq üzü görüb.Səfir qeyd edib ki, kitab-albom indiki və gələcək nəsillər

üçün yaddaş kitabıdır və yaxın vaxtlarda Latviya hökumətinin nümayəndələrinə təqdim ediləcək.Qara Yanvarın

25-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən 20 Yanvar

faciəsi haqqında press-reliz və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira

Süleymanovanın bəyanatı paylanılıb.

Nigar Cəfərli

AzərTAc-ın xüsusi müxbiri

Riqa

Page 405: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

405

Ukrayna Qanlı Yanvar şəhidlərinin işıqlı xatirəsi önündə baş əyir (20 yanvar 2015)

Bu gün 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyində Dövlət

Bayrağı endirilib. Sonra Səməd Vurğun adına Kiyev kitabxanasında diplomatik nümayəndəliyimizin və bu

kitabxananın birgə təşkilatçılığı ilə “Qara Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbir

çərçivəsində həmin qanlı gecənin qurbanlarının fotolarından ibarət stend, sovet totalitar dövlətinin rəhbərliyini,

erməni işğalçılarını və terrorçularını damğalayan müxtəlif çap məhsullarından, Azərbaycan səfirliyinin press-

relizi və digər bu kimi materiallardan ibarət ekspozisiya nümayiş etdirilib. Tədbiri kitabxananın direktoru, III

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Qalina Çebotaryova açaraq Azərbaycanın müstəqilliyi və

ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlar haqqında fikirlərini ifadə edərək, onların işıqlı xatirəsi

önündə baş əyib. Tədbirin aparıcısı, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli toplaşanlardan 20 Yanvar

şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Səfir öz çıxışında Mixail Qorbaçov və onun

qanlı ortaqlarının cinayətinə ilk obyektiv siyasi-hüquqi qiymət verilməsində Azərbaycan xalqının ümummilli

lideri Heydər Əliyevin rolunu, təhlükəyə baxmayaraq, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə

gəlməsini vurğulayıb. Səfir xüsusi qeyd edib ki, Azərbaycandakı şəhid ailələri öz kədərləri və problemləri ilə

təklikdə qalmayıblar. Prezident İlham Əliyev, ölkə hökuməti 20 Yanvar şəhidlərinin ailələrinin sosial

müdafiəsinə də Qarabağ müharibəsi, Əfqanıstan döyüşçüləri, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak

olanların ailələrinə olduğu kimi böyük diqqət ayırır. Səfir həmçinin məlumat verib ki, faciənin 25-ci ildönümü

ərəfəsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20

Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu işıq üzü görüb. Kitab-albomda Qanlı Yanvar

hadisələrinin miqyasını əks etdirən yüzlərlə fotoşəkil yer alıb. Diplomat həmçinin deyib ki, Azərbaycanın

paytaxtında rejissor və ssenarist Vahid Mustafayevin 1990-cı ilin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı

Yanvar” filminin təqdimatı keçirilib.Səfir çıxışının sonunda toplaşanları fevralın 24-də Kiyev Filarmoniyasında

Xocalı faciəsinin qurbanlarına həsr ediln rekviyem-tədbirdə iştiraka dəvət edib. Sonra çıxış edən Azərbaycan

diaspor hərəkatının banilərindən biri Tələt Əliyev, “Ukrayna azərbaycanlılarının birləşmiş diasporu”

Ümumukrayna ictimai təşkilatının sədri, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynada hərbi attaşesi Daşdəmir

Məmmədov, Pakistanın Ukraynadakı səfiri Yasir Əziz, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai

Təşkilatının prezidenti, Azərbaycanın əməkdar idman ustası və məşqçisi Oleq Krapivin, Azərbaycan

Respublikası Dövlət Neft Şirkətinin Ukrayna Nümayəndəliyinin əməkdaşı Samirə Əliyeva, Ukrayna Millətləri

Assambleyasının başçısı Rövşən Tağıyev, Ukraynanın Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov,

Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) sədri İlhamə Allahverdiyeva, Ümumukrayna

Azərbaycanlı Gənclər Təşkilatının liderlərindən biri İsgəndər Zamanov da Azərbaycanın azadlığı uğrunda

totalitar sovet rejimi ilə mübarizə aparmış xalqın oğul və qızlarının qəhrəmanlığı və misilsiz rəşadətindən

danışıblar. Ukraynalı türkoloq Andrey Lyaşenko, məşhur hüquq müdafiəçisi və fəal ictimai xadim, ötən il

Bakıda Şəhidlər xiyabanını ziyarət edərkən azərbaycanlı vətənpərvərlərin və qəhrəmanların xatirəsinə şam

Page 406: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

406

yandırmış Larisa Datsyuk Azərbaycan xalqına başsağlıqlarını ifadə ediblər. Çıxışlardan sonra faciədən bəhs

edən qısametrajlı film, eləcə də UAGİ tərəfindən Azərbaycan dilində hazırlanmış “20 Yanvar. Müstəqilliyin

qəhrəmanlıq tarixi” adlı videoçarx Ukrayna və ingilis dillərində subtitrlərlə nümayiş olunub. Sonda Şeyx Şakir

(Yəhyaev), 20 Yanvar şəhidlərinin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxuyub.

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Page 407: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

407

Moskvada “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitabının təqdimatı olub

(20 yanvar 2015)

Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş matəm

mərasimi keçirilib. Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın

birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun təqdimatı olub. Layihənin

rəhbərləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri,

professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.Mərasim iştirakçıları Azərbaycanın

ümummilli lideri Heydər Əliyevin barelyefi önünə çiçəklər düzüblər. Foyedə şəhidlərin soyadlarının

siyahısından ibarət stendin qarşısına da çiçəklər qoyulub.Şahidlərin xatirəsi bir dəqiqəlik sükutla yad

edilib.Matəm tədbirini açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu 25 illik tarixi olan

hadisələrə qısa ekskurs edərək vurğulayıb ki, həmin müdhiş gecədə keçmiş Sovet İttifaqının rəhbərliyi vəziyyətə

nəzarəti itirərək misli görünməmiş addım atıb - Bakıya qoşun, ağır texnika yeridilib. Həmin gecə 147 dinc sakin

ölüb, yüzlərlə insan yaralanıb. Həlak olanların sırasında müxtəlif millətlərin və dinlərin nümayəndələri

olub.Səfir deyib: “Bu hadisə Azərbaycan xalqı üçün son nöqtə oldu. Çoxları başa düşdü ki, belə ölkədə yaşamaq

olmaz. Ölkə üçün məhz belə çətin anda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı il

yanvarın 21-də bu binaya gəlib və baş verənləri ilk dəfə cinayət adlandıran siyasi bəyanat verib. Sovet İttifaqı

dövründə totalitar rejimə qarşı durmaq və ölkə rəhbərlərinin cinayətkar olduğunu ucadan demək üçün böyük

cəsarət lazım idi. Bu cəsarəti Heydər Əliyev göstərib”. Səfirliyin zalında qanlı yanvar gecəsində həlak olanların

fotoşəkilləri nümayiş olunub. Səfir şəhidlərin xatirəsini ayaq üstə yad etməyi təklif edib.P.Bülbüloğlu xüsusi

qeyd edib ki, ölkə rəhbərliyi hər il dövlət səviyyəsində qeyd olunan bu hadisəyə böyük əhəmiyyət verir.

Azərbaycan xalqına qarşı sovet qoşunlarının azğınlığından, informasiya blokadası ilə əlaqədar yaranmış

çətinliklərdən danışan səfir vurğulayıb ki, Azərbaycanda 1990-cı il hadisələrini bugünkü Rusiya ilə

əlaqələndirmirlər. P.Bülbüloğlu qeyd edib: “Bu hadisələr Sovet İttifaqında baş verib. Bunu rus xalqı yox, Sovet

İttifaqının rəhbərləri ediblər. Bakıda Şəhidlər xiyabanı var və müxtəlif ölkələrin ən yüksək vəzifəli rəhbərləri, o

cümlədən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu xiyabana gedərək əklil qoyublar. Bu hadisələr

Azərbaycan hökumətində, ictimaiyyətində, diplomatiyasında bizim rus xalqı, rus mədəniyyəti və müstəqil

Rusiya Federasiyası ilə münasibətlərimizə təsir edən iz qoymur”. Polad Bülbüloğlu tədbirdə iştirak etdiklərinə

və bu məsələdə ölkəmizi dəstəklədiklərinə görə xarici dövlətlərin səfirlərinə və diplomatik missiyanın

nümayəndələrinə təşəkkür edib. Azərbaycanın Rusiyadakı səfiri həmçinin 4 dildə buraxılmış və Qanlı Yanvarın

25-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunu təqdim edib.

Qeyd edib ki, bu, fundamental kitabdır, nəşrdə 20 yanvar hadisələrini əks etdirən nadir fotoşəkillər və

materiallar yer alıb. P.Bülbüloğlu deyib: “Bu şəkillərə baxmaq ağrı və əzab gətirir, lakin biz bunu yaddan

çıxarmamalıyıq”. İştirakçılar kitabla maraqla tanış olublar və vurğulayıblar ki, Azərbaycan Prezidenti

Administrasiyasının və AzərTAc-ın yeni layihəsində Azərbaycan xalqının azadlıq mübarizəsi, həmin ağır

Page 408: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

408

günlərdə böyük lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğına

ilk olaraq etiraz səsini ucaltması, eləcə də ölkəyə rəhbərliyi dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı,

Prezidenti İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar öz əksini tapıb.

Mərasimdə Moskvada Azərbaycan İctimaiyyətinin etiraz aksiyalarının iştirakçısı, tərcüməçi və publisist İlham

Bədəlbəyli, Azərbaycan Yazıçılar birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu çıxış ediblər.

Vurğulayıblar ki, azərbaycanlılar öz azadlığı və müstəqilliyi uğrunda keçmiş ittifaqın digər xalqlarından daha

çox qurban veriblər. Onlar tədbir iştirakçılarının diqqətini Azərbaycan xalqının ədalətli mövqeyinə, bu faciəyə

ədalətli mənəvi və hüquqi qiymətin verilməsinin zəruriliyinə yönəldiblər.Sonra Yanvar faciəsi haqqında sənədli

film nümayiş olunub.Mərasimdə səfirlər, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin

əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri,

eləcə də Rusiya ictimaiyyəti nümayəndələri iştirak ediblər.Sonda səfirlik tərəfindən ehsan verilib.

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Page 409: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

409

20 Yanvar şəhidlərinin xatirəsi Ankarada da anılıb (21 yanvar 2015)

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Ankaradakı səfirliyində

anma mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyədən ictimai-siyasi xadimlər, elm və incəsənət

adamları, diaspor və KİV nümayəndələri, Ankarada təhsil alan azərbaycanlı tələbə və müdavimlər, şəhər

ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20

Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub. Sonra Səfirliyin müşaviri Dursun

Həsənov, təhsil müşaviri Nəcibə Nəsibova, professor Əflatun Nemətzadə və başqaları 1990-cı ilin yanvarında

Azərbaycanda törədilmiş hərbi cinayət barədə fikirlərini bölüşüblər. Daha sonra Qanlı Yanvar hadisələri ilə

bağlı təşkil olunmuş sərgi ilə tanışlıq olub.

Sabir Şahtaxtı,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Page 410: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

410

Bolqarıstanda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib (21 yanvar 2015)

Azərbaycanın Bolqarıstandakı səfirliyi və “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq

Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bolqarıstan Teleqraf Agentliyinin (BTA) inzibati binasında 20 Yanvar

faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

Parlament Məclisinin baş katibi Asəf Hacıyev, Bolqarıstanın Azərbaycandakı sabiq səfiri İvan Palçev, Sofiya

Dövlət Universitetinin rektoru İvan İlçev, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq

cəmiyyətinin üzvləri, Bolqarıstan KİV nümayəndələri, o cümlədən səfirliyin əməkdaşları və Azərbaycan

diasporunun nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların

xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbiri Bolqarıstanın Azərbaycandakı sabiq

səfiri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İ.Palçev açaraq, qonaqlara

tədbirdə iştiraka görə təşəkkürünü bildirdi. Diplomat Bakıda çalışdığı müddət ərzində Şəhidlər Xiyabanını hər il

ziyarət etdiyini, Sovet ordusu tərəfindən Azərbaycan xalqının azadlıq istəyinə qarşı törədilmiş qanlı cinayəti

qınadığını bildirdi. Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov çıxışında 1990-cı il yanvarın 19-dan 20-

nə keçən gecə Sovet İmperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını

boğmaq, xalqın torpaq uğrunda mübarizliyini sındırmaq məqsədi ilə Bakıya xüsusi hərbi birləşmələr və zirehli

texnikaların yeridildiyini dedi. O, ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc

əhaliyə qarşı xüsusi qəddarlıqla hərbi əməliyyat keçirildiyini, yalnız Bakıda 130-dan çox mülki şəxsin

amansızcasına öldürüldüyünü, 600-dən çox adamın yaralandığını bildirdi. Diplomat faciəyə yalnız Azərbaycan

xalqının ümumilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə hüquqi-siyasi qiymət verildiyini

vurğuladı.Bolqarıstanda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi

Asəf Hacıyev 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, ermənilərin hərbi təcavüzü,

bunun ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirdə “Standart” qəzetinin müxbiri

xanım Olya Al-Ahmed, Bolqarıstan Teleqraf Agentliyinin müxbiri Nikolay Tekeliev, sabiq millət vəkili Rəmzi

Osman və MDB Xalqları Dostluq Federasiyasının sədr müavini Beço Yakimov çıxış edərək 20 Yanvar

hadisələrini tənqid edib, bunun insanlığa qarşı törədilmiş cinayət olduğunu bildiriblər.Mərasimdə “Lider”

televiziyası tərəfindən çəkilmiş “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, faciə barədə

bolqar dilində materiallar təqdim olunub. Bundan əlavə, Bolqarıstan Teleqraf Agentliyində, “Sofiya Ticarət və

Sənaye Palatasının” internet saytında və Bolqarıstanın bir sıra internet saytlarında 20 Yanvar faciəsi ilə bağlı

məlumatlar dərc olunub.20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyində də anım mərasimi

keçirilib. Mərasimi 20 Yanvar faciəsində şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir

Emil Kərimov tədbirdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələrinə 20 Yanvar faciəsi barədə

məlumat verdi.Bolqarıstan ictimaiyyətinin 20 Yanvar hadisələri ilə bağlı geniş məlumatlandırılması məqsədilə

səfirlik tərəfindən Bolqarıstanın dövlət və özəl strukturlarına, KİV-lərə, ölkədə akkreditə olunmuş diplomatik

korpus və beynəlxalq təşkilatların nümayəndəliklərinə məlumatlar göndərilib.

Page 411: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

411

İqbal Hacıyev

AzərTAc-ın xüsusi müxbiri

Sofiya

Page 412: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

412

Londonda 20 Yanvar faciəsinin qurbanları anılıb (21 yanvar 2015)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və “Buta” İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə

Londonda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Tədbirdə Britaniyanın ictimai-

siyasi xadimləri, Azərbaycan diasporunun nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.“Buta” İncəsənət

Mərkəzinin direktoru Nəsib Piriyev 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verib, bu faciəni xalqımızın

azadlıq mübarizəsinin bir nümunəsi kimi qiymətləndirib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir

Tağızadə 20 Yanvar faciəsinin kədərli olduğu qədər tariximizin şanlı səhifəsi olduğunu qeyd edib. “Çünki

həmin gün Azərbaycan xalqını azadlıq əzmini göstərdi. Həmin gün ölkəmizin müstəqilliyinin bərpası üçün

böyük təkan oldu. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin

öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Lakin SSRİ-nin məqsədinin nə

olduğundan asılı olmayaraq hadisələr tam olaraq əksinə cərəyan etdi. Azərbaycan öz müstəqilliyinin bərpası

yolunda əzmlə irəlilədi”, - deyə diplomat bildirib. Səfir vurğulayıb ki, 20 Yanvar faciəsi həmin dövrdə “Human

Right Watch” hüquq müdafiəsi təşkilatı, ABŞ-ın bir sıra nüfuzlu mətbuat qurumları və s. daxil olmaqla dünya

ictimaiyyətinin də diqqət mərkəzində olub. Bu hadisəni törədənlərin layiqli cəzalarını tapacaqlarına əminlik

ifadə olunub.Daha sonra tədbir iştirakçıları məşhur rejissor Andrey Konçalovskinin müəllifi olduğu Qanlı

Yanvar hadisələrini siyasi və ictimai nöqteyi-nəzərdən ətraflı təhlil edən sənədli filmə baxıblar. Filmdən sonra

A.Konçalovski strateji məsələlər üzrə mütəxəssis Susanna Simons ilə birlikdə filmin və 20 Yanvar faciəsinin

müzakirəsini aparıblar. Müzakirədən sonra iştirakçıların sualları cavablandırılıb.

Orxan İsmayılov

AzərTAc-ın xüsusi müxbiri

London

Page 413: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

413

Kanadada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

(21 yanvar 2015)

Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım

mərasimi keçirilib.Səfirlikdən AzərTAc-a bildirilib ki, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan

icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar

faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan

danışıb. O vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix

ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.Milli

azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız

insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini

bütün dünyaya bir daha nümayiş etdirdi. 140-a yaxın dinc vətəndaşın Sovet qoşunları tərəfindən qətlə

yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə xalqımız daha böyük qüvvə

ilə mübarizəsini davam etdirdi və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyinin

bərpasına nail oldu. Azərbaycan diasporunun üzvləri 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirib və

Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər. Tədbirdə 20 Yanvar

hadisələrini əks etdirən sənədli film və fotolar nümayiş etdirilib.

AzərTAc

Page 414: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

414

Kolumbiyanın “TNN” portalı: “Azərbaycan, 20 Yanvar 1990-cı il”

(21 yanvar 2015)

Kolumbiyanın məşhur “TNN” xəbər portalı “Azərbaycan, 20 Yanvar 1990-cı il” sərlövhəli məqalə yayıb.

Məqalənin əvvəlində Azərbaycanın 70-ci illərdən başlayaraq iqtisadi, mədəni və elmi sahələrdə sürətlə inkişaf

edərək SSRİ-nin tərkibində mühüm müttəfiq respublikalardan birinə çevrildiyi qeyd olunur. Keçmiş SSRİ

rəhbərliyinin Azərbaycana münasibətdə qərəzli siyasətindən, onun dəstəyi ilə qonşu Ermənistanın Azərbaycana

qarşı ərazi iddialarından və beləliklə Dağlıq Qarabağ münaqişəsi kimi bir problemin yaranmasından söz açılır.

Müəllif SSRİ rəhbərliyinin bu çirkin oyununa etiraz edən və sonradan Azərbaycanda müstəqil dövlətçiliyin

əsasını qoyan ulu öndər Heydər Əliyevə qarşı totalitar rejimin təzyiqlərindən, Azərbaycanda azadlıq hərəkatının

başlamasından və bu hərəkatı boğmaq üçün M.Qorbaçovun göstərişi ilə sovet qoşunlarının 1990-cı il yanvarın

20-də Bakıya yeridilərək mülki əhaliyə divan tutmasından bəhs edir.Yazıda Azərbaycanda azadlıq hərəkatının

qalib gəldiyi, ölkəmizin öz müstəqilliyini bərpa etdiyi, Azərbaycanın siyasi-iqtisadi baxımdan inkişaf edərək

regionda ən güclü dövlətlərdən birinə çevrildiyi diqqətə çatdırılır.Məqalənin tam mətnini

http://www.tnnpoliticas.com/author/admin/ linkindən oxumaq olar.

AzərTAc

Page 415: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

415

Bolqarıstanda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib

(21 yanvar 2015)

Azərbaycanın Bolqarıstandakı səfirliyi və “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq

Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bolqarıstan Teleqraf Agentliyinin (BTA) inzibati binasında 20 Yanvar

faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament

Məclisinin baş katibi Asəf Hacıyev, Bolqarıstanın Azərbaycandakı sabiq səfiri İvan Palçev, Sofiya Dövlət

Universitetinin rektoru İvan İlçev, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq cəmiyyətinin

üzvləri, Bolqarıstan KİV nümayəndələri, o cümlədən səfirliyin əməkdaşları və Azərbaycan diasporunun

nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin bir

dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbiri Bolqarıstanın Azərbaycandakı sabiq səfiri,

“Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İ.Palçev açaraq, qonaqlara

tədbirdə iştiraka görə təşəkkürünü bildirdi. Diplomat Bakıda çalışdığı müddət ərzində Şəhidlər Xiyabanını hər il

ziyarət etdiyini, Sovet ordusu tərəfindən Azərbaycan xalqının azadlıq istəyinə qarşı törədilmiş qanlı cinayəti

qınadığını bildirdi.Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov çıxışında 1990-cı il yanvarın 19-dan 20-

nə keçən gecə Sovet İmperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını

boğmaq, xalqın torpaq uğrunda mübarizliyini sındırmaq məqsədi ilə Bakıya xüsusi hərbi birləşmələr və zirehli

texnikaların yeridildiyini dedi. O, ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc

əhaliyə qarşı xüsusi qəddarlıqla hərbi əməliyyat keçirildiyini, yalnız Bakıda 130-dan çox mülki şəxsin

amansızcasına öldürüldüyünü, 600-dən çox adamın yaralandığını bildirdi. Diplomat faciəyə yalnız Azərbaycan

xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə hüquqi-siyasi qiymət verildiyini

vurğuladı.Bolqarıstanda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi

Asəf Hacıyev 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, ermənilərin hərbi təcavüzü,

bunun ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.Tədbirdə “Standart” qəzetinin müxbiri

xanım Olya Al-Ahmed, Bolqarıstan Teleqraf Agentliyinin müxbiri Nikolay Tekeliev, sabiq millət vəkili Rəmzi

Osman və MDB Xalqları Dostluq Federasiyasının sədr müavini Beço Yakimov çıxış edərək 20 Yanvar

hadisələrini tənqid edib, bunun insanlığa qarşı törədilmiş cinayət olduğunu bildiriblər.Mərasimdə “Lider”

televiziyası tərəfindən çəkilmiş “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, faciə barədə

bolqar dilində materiallar təqdim olunub.Bundan əlavə, Bolqarıstan Teleqraf Agentliyində, “Sofiya Ticarət və

Sənaye Palatasının” internet saytında və Bolqarıstanın bir sıra internet saytlarında 20 Yanvar faciəsi ilə bağlı

məlumatlar dərc olunub.20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyində də anım mərasimi

keçirilib. Mərasimi 20 Yanvar faciəsində şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir

Emil Kərimov tədbirdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələrinə 20 Yanvar faciəsi barədə

məlumat verdi.Bolqarıstan ictimaiyyətinin 20 Yanvar hadisələri ilə bağlı geniş məlumatlandırılması məqsədilə

Page 416: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

416

səfirlik tərəfindən Bolqarıstanın dövlət və özəl strukturlarına, KİV-lərə, ölkədə akkreditə olunmuş diplomatik

korpus və beynəlxalq təşkilatların nümayəndəliklərinə məlumatlar göndərilib.

İqbal Hacıyev

AzərTAc-ın xüsusi müxbiri

Sofiya

Page 417: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

417

Kanadada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

(21 yanvar 2015)

Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım

mərasimi keçirilib.Səfirlikdən AzərTAc-a bildirilib ki, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan

icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar

faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan

danışıb. O vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix

ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.Milli

azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız

insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini

bütün dünyaya bir daha nümayiş etdirdi. 140-a yaxın dinc vətəndaşın Sovet qoşunları tərəfindən qətlə

yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə xalqımız daha böyük qüvvə

ilə mübarizəsini davam etdirdi və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyinin

bərpasına nail oldu. Azərbaycan diasporunun üzvləri 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirib və

Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər. Tədbirdə 20 Yanvar

hadisələrini əks etdirən sənədli film və fotolar nümayiş etdirilib.

AzərTAc

Page 418: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

418

Almaniyadakı Azərbaycan diasporu 20 Yanvar faciəsinə həsr olunan

“dəyirmi masa” keçirib

(21 yanvar 2015)

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Berlində 20 Yanvar faciəsinin 25-ci

ildönümünü “Qara Yanvar – yaddaş, tarix, gələcək” mövzusunda “dəyirmi masa” ilə qeyd edib. Tədbir

iştirakçıları 20 Yanvar tarixini elmi, ictimai və mənəvi nöqteyi-nəzərdən müzakirə ediblər. Məqsəd yerli

ictimaiyyəti Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi, keçmiş Sovet İttifaqının hərbi təcavüzü

haqqında məlumatlandırmaq olub. AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova təbdir iştirakçılarının

diqqətini şəhidlərin adları yazılan qara siyahıya cəlb edib.Azad Berlin Universitetinin dosenti Rüfət Səttarov isə

şəhid fenomenindən, bu məfhumun dini və ictimai məğzindən bəhs edib, 20 Yanvar şəhidlərinin Vətən uğrunda

həlak olduğunu, bu faciənin Azərbaycan xalqı üçün unudulmaz ağrı olduğunu vurğulayıb. Azərbaycan

səfirliyinin ikinci katibi Nurçin Əliyev həmin faciəvi günlə bağlı uşaqlıq xatirələrindən danışıb, 20 Yanvar

hadisələrini Azərbaycan xalqının həyatında dönüş nöqtəsi kimi səciyyələndirib. Məhz bu hadisə ilə sovet

dövrünün süqutunun başlandığı diqqətə çatdırılıb. Berlində yaşayan Həsən Abbasov Qara Yanvar hadisələrinin

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, həlak olanların isə bu azadlıq hərəkatının qurbanları olduğunu

bildirib. Berlin Avropa Qafqaz və Xəzəryanı Ölkələr üzrə Tədqiqatlar İnstitutunun əməkdaşı Mattias Dornfeld

tədbirdə Azərbaycanın bugünkü inkişafından danışıb. “Dəyirmi masa”da 20 Yanvar faciəsi müxtəlif

aspektlərdən araşdırılıb, hadisələrin Azərbaycan xalqının müstəqilliyi, eləcə də regionda gedən qlobal proseslər

və geosiyasi dəyişikliklər baxımından önəminə dair müzakirələr aparılıb.

Pərvanə Qarayeva

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Page 419: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

419

20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar Helsinkidə anma mərasimi

(21 yanvar 2015)

20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi,

Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) və AzərTürk gənclər təşkilatının təşkilatçılığı ilə Helsinkidə

“Müstəqilliyimizin qanlı və şanlı tarixi 20 Yanvar” adlı anma mərasimi keçirilib.FAA-nın sədr müavini,

Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə

keçən gecə Ermənistana havadarlıq edən sovet ordusunun dinc Azərbaycan xalqına qarşı törətdiyi qırğın, erməni

terrorçularının ölkəmizə hərbi təcavüzü barədə məlumat verib.Azərbaycanın Finlandiyadakı səfiri Adış

Məmmədov 20 Yanvar hadisələrinin tarixindən söhbət açıb. Səfir bildirib ki, xalqımızın firavanlığını, azadlığını,

ölkəmizin ərazi bütövlüyünü hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə doğma Vətən

uğrunda şəhid olaraq əsl qəhrəmanlıq nümunəsi göstəriblər.Səfir həmin vaxt xalqımızın ümummilli lideri

Heydər Əliyevin 20 Yanvar hadisələrini kəskin şəkildə tənqid edən sərt bəyanatla çıxış etdiyini xatırladıb.

A.Məmmədov qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra o qanlı hadisələrə lazımi

siyasi, hüquqi qiymət verilib və xalqımıza müsibət yaşadanların adları ictimaiyyətə acıqlanıb.Türkiyənin

Finlandiyadakı səfiri Adnan Başağ deyib ki, qardaş Azərbaycan xalqının kədəri kədərimiz, sevinci

sevincimizdir. Tarix boyu iki qardaş ölkəni ayırmağa və zəiflətməyə çalışıblar. Lakin hər bir çətin anda qardaş

ölkələrimiz bir-birinə dayaq olub, bir-birinə yardım edib. A.Başağ bildirib ki, sovetlər birliyinin əsarətindən

qurtulmaq istəyən Azərbaycan xalqının oğul və qızları azadlıq uğrunda canlarını verərək şəhidlik zirvəsinə

ucalıblar. Sonda 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş olunub, AzərTürk qrupunun üzvləri

şəhidlərimizə həsr olunan şeirlər və mahnılar ifa ediblər.

Rauf Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Helsinki

Page 420: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

420

Misir mətbuatı Azərbaycan səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatını yayıb

(21 yanvar 2015)

Misirin bir sıra aparıcı mətbuat orqanlarında və internet qəzetlərində Azərbaycanın bu ölkədəki

səfirliyinin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatı yayılıb. Bəyanatda keçmiş sovet ordusunun

Bakıda törətdiyi vəhşiliklərlə bağlı məlumatlar yer alıb. Başda Mixail Qorbaçov olmaqla bu qanlı faciədə əli

olanların beynəlxalq hüququn norma və prinsiplərinə zidd, insanlıq əleyhinə cinayətləri barədə həqiqətlər öz

əksini tapıb.Səfir Şahin Abdullayev bəyanatda 1990-cı ilin 20 Yanvar hadisələri, Azərbaycan xalqının sovet

rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi

iddiaları haqqında ətraflı məlumat verib.20 Yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın

azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi

cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilir, yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı bildirilir.

Vurğulanır ki, sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini qırmaq cəhdlərinə və SSRİ-nin

dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına

baxmayaraq, Azərbaycan xalqı öz yolundan dönməyib və dövlət müstəqilliyini bərpa edib.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

Page 421: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

421

Tokioda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (22 yanvar 2015)

Azərbaycanın Yaponiyadakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi

təşkil edib.Tədbirdə Yaponiya ictimai-siyasi dairələrinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan

həmvətənlərimiz, media təmsilçiləri iştirak ediblər.Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə

ilə tanış olublar. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Gürsel İsmayılzadə qanlı faciə

haqqında məlumat verib, 20 Yanvarın Azərbaycanda hər il ümumxalq hüzn günü kimi qeyd edildiyini bildirib.

O, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı rəhbərliyinin, imperiya ordusunun Azərbaycan xalqına qarşı törətdiyi

bu qəddar aksiya barədə söhbət açıb, öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc və

silahsız əhalinin, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə

gülləbaran edildiyini diqqətə çatdırıb. G.İsmayılzadə 20 Yanvar qətliamının Azərbaycan tarixinin həm də

qəhrəmanlıq səhifəsi olduğunu, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzinə

çevrildiyini qeyd edib. Diplomat 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsində, şəhidlərin

xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb. Ulu öndər Heydər

Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet

rəhbərliyinə qarşı açıq etiraz etdiyini diqqətə çatdırıb.G.İsmayılzadə Azərbaycanda törədilən dəhşətli qırğından

25 il keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını, həmin faciənin ağrısı ilə yaşadığını

bildirib. Azərbaycanda azadlıq hərəkatının qarşısını almaq məqsədilə sovet ordusunun xüsusi bölmələrinin

Bakıya yeridildiyi, avtomat silahlar və zirehli texnikadan istifadə edilməklə 147 nəfərin qətlə yetirildiyi, 700-

dən çox insanın yaralandığı, 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda

döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanının hər il yüz minlərlə insan tərəfindən ziyarət

olunduğu barədə məlumat verilib.Sonra faciədən bəhs edən “Dua” filmi nümayiş olunub. Tədbir iştirakçılarına

20 Yanvar qətliamı ilə bağlı məqalənin yer aldığı “İRS” jurnalının yapon dilindəki nəşri, digər çap materialları

təqdim edilib.

Vüqar Ağayev

AzərTAc-ın xüsusi müxbiri

Tokio

Page 422: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

422

Azərbaycan və türk icmaları Qanlı Yanvarın 25-ci ildönümünü

Vaşinqtonda birgə qeyd ediblər

(22 yanvar 2015)

Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını silah gücünə boğmağa çalışan Sovet qoşunlarının

törətdiyi 20 Yanvar hadisələrindən 25 il ötür. Azərbaycan xalqı üçün faciəvi olduğu qədər də, hüdudsuz qürur

mənbəyi olan bu qanlı hadisələrin 25-ci ildönümü ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən yanvarın 21-də təşkil

olunmuş xüsusi mərasimlə yad edilib. ABŞ-da yaşayan Azərbaycan və türk icmalarının çoxsaylı təmsilçilərinin

və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə çıxış edən səfir Elin Süleymanov 25 il öncə baş

vermiş hadisələri xatırladıb. O, qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli mənəvi dirçəlişi və ölkəmizin

müstəqillik yolunda daha inamla irəliləməsinə təkan verdiyini vurğulayıb. 1990-cı ilin yanvarında Moskvada

tələbə olduğunu söyləyən E.Süleymanov ümummilli lider Heydər Əliyevin Bakıdakı qanlı hadisələrin səhəri

günü - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, səsləndirdiyi tarixi

bəyanatdan bəhs edib. Səfir deyib ki, SSRİ-nin ən məşhur liderlərindən biri Heydər Əliyevin Azərbaycanın ağır

günlərində xalqın yanında olması milli birliyin təmin edilməsində əvəzedilməz rol oynayıb. Daha sonra

mərasimdə Azərbaycan tarixi üzrə çoxsaylı araşdırmaların və 1992-ci ildə nəşr edilmiş “Azərbaycan türkləri”

kitabının müəllifi, Massaçusets Amherst Universitetinin professoru, Vaşinqtonda Vudro Vilson Mərkəzində

ziyarətçi tədqiqatçı olan Odri Olstadt (Audrey Altstadt) “20 Yanvar” hadisələrinin tarixi aspektlərinə özünün

topladığı əyani materiallara istinadla nəzər salıb. O.Olstadt Qara Yanvarın Sovet rəhbərliyinin gözlədiyinin

əksinə olaraq, Azərbaycan xalqının müstəqillik iradəsini daha da möhkəmləndirdiyini vurğulayıb. O, eyni

zamanda ABŞ tarixi ilə müqayisə apararaq prezident Abraham Linkolndan tarixi bir sitat gətirib: Hər bir xalqın

müstəqillik və azadlıq yolunda qurban verməsini yalnız faciəvi bir hadisənin xatirəsi kimi deyil, həmçinin

mütərəqqi gələcək qurmağa ilhamlandıran bir mənbə kimi qəbul etmək lazımdır. Azərbaycan icmasının fəal

üzvlərindən Həbib Azərsina öz növbəsində 20 Yanvar faciəsi barədə məlumatların ABŞ mediası və

ictimaiyyətinə məhdud şəkildə çatdığını qeyd edərək, həmin günlərdə Azərbaycanla əlaqə yaradıb, məlumat

toplanması istiqamətində görülmüş tədbirlər barədə danışıb. O, həmçinin Azərbaycan xalqının səsini

Vaşinqtonda eşitdirmək üçün vaxtilə SSRİ-nin ABŞ-dakı səfirliyi qarşısında digər soydaşlarımızla birgə

keçirdikləri etiraz aksiyasından söz açıb. Mərasim çərçivəsində tədbir iştirakçılarına 1990-cı ilin yanvarında

Bakının küçə və meydanlarında lentə alınmış və 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillər nümayiş olunub.

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Page 423: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

423

Amerikalı keçmiş diplomat: 20 Yanvar SSRİ-nin süqutunun başlanğıcını qoydu

(22 yanvar 2015)

Azərbaycanın Los Ancelesdəki baş konsulluğunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma

mərasimi keçirilib.Mərasimdə Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və

mədəniyyət xadimləri, Hollivud prodüserləri, yerli universitetlərin professorları, icma üzvləri iştirak

ediblər.Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Azərbaycanın Los Ancelesdəki baş konsulu

Nəsimi Ağayev çıxış edərək, 20 Yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı Sovet

qoşunları tərəfindən günahsız insanların amansızcasına qətlə yetirildiyini qeyd edib. O, ümummilli lider Heydər

Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə

pislədiyini və bunun xalqın azadlıq uğrunda mübarizəsinə təkan verdiyini diqqətə çatdırıb.Müstəqilliyinin

bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan diplomat ölkəmizin siyasi və

iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib. Sonra çıxış edən

amerikalı keçmiş diplomat, San Dieqo Universitetinin professoru James Coyle bu hadisənin tarixinə nəzər

salaraq, Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.Daha sonra Los

Ancelesli jurnalist Nancy Pearlman çıxış edərək, bu qanlı hadisələrdən bir neçə ay əvvəl Bakıda olduğunu

xatırladıb. O, həmin vaxt Bakıda gərgin vəziyyətin hökm sürdüyünü, SSRİ rəhbərliyinin Azərbaycan xalqının

azadlıq iradəsini sındırmağa hazırlaşdığını hiss etdiyini deyib. Jurnalist Azərbaycana son səfərindən də danışıb.

Bildirib ki, ötən 25 il ərzində Azərbaycan inanılmaz dərəcədə dəyişərək, çağdaş və inkişaf etmiş ölkəyə

çevrilib.Çıxışlardan sonra skripka və violonçeldə klassik bəstəkarların həzin əsərləri ifa edilib.Sonda tədbir

iştirakçıları Qara Yanvar faciəsini əks etdirən foto-sərgi ilə tanış olublar.

AzərTAc

Page 424: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

424

Türkiyə KİV-ləri Azərbaycan səfirinin 20 Yanvar faciəsi barədə

məqaləsini və müsahibəsini yayıb

(22 yanvar 2015)

Türkiyə kütləvi informasiya vasitələri Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun 20 Yanvar

faciəsindən bəhs edən məqaləsini və müsahibəsini yayıb.

20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs edən səfir diqqətə çatdırır ki, keçmiş

sovet imperiyasının süqutu illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları xalqımızı hədsiz

hiddətləndirib. Lakin M.Qorbaçov başda olmaqla sovet hökumətinin rəhbərliyi Azərbaycan xalqının haqlı

tələblərinə məhəl qoymayıb. Xalqımıza qarşı davamlı olaraq həyata keçirilən qərəzli siyasət 20 Yanvar faciəsi

ilə nəticələnib.

Səfir yazır ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqımızın

tarixində şərəf səhifəsidir. Erməni təcavüzündən qorunmaq və azadlıq əldə etmək uğrunda mübarizəyə qalxmış

Azərbaycan xalqı həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qalıb. 20 Yanvar

hadisələri ərəfəsində sovet rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməniləri

dəstəkləyən xüsusi idarəetmənin tətbiq edildiyi qeyd olunub.

Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://www.haberturk.com/dunya/haber/1032656-20-ocak-katliaminin-canli-sahidiyim

http://www.yenicaggazetesi.com.tr/konuk-kalem-faig-bagirov-108621h.htm

http://www.aksam.com.tr/dunya/25-yilinda-kanli-20-ocak-katliami-c2/haber-374498

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Page 425: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

425

Misirin “Əl-Masr Əl-Yaum” qəzeti Azərbaycan səfirinin 20 Yanvar

hadisələri ilə bağlı məqaləsini dərc edib (25 yanvar 2015)

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Misirin geniş oxucu kütləsinə malik “Əl-Masr Əl-

Yaum” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin məqaləsi dərc olunub. Məqalə, eyni

zamanda, həmin qəzetin elektron saytında yerləşdirilib. Yazıda səfir Ş.Abdullayev Azərbaycan xalqının sovet

rejiminə qarşı milli azadlıq mübarizəsi, 1980-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı

ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol haqqında oxuculara ətraflı məlumat verir.Məqalədə 20 yanvar

hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin

səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilir,

yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı bildirilir.Vurğulanır ki, Sovet rəhbərliyinin Azərbaycan xalqının

mübarizə əzmini qırmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi

iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqı öz yolundan dönməyib və

dövlət müstəqilliyini yenidən bərpa edib.Səfir məqaləsində qanlı Bakı hadisələrindən sonra günahsız insanların

qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin

ədalətsiz olduğunu xüsusilə diqqətə çatdırır. Xalqımızın müstəqilliyin ilk illərində bir sıra siyasi və iqtisadi

çətinliklərlə, xüsusən də ölkə ərazilərinin 20 faizinin işğalına gətirib çıxaran erməni təcavüzü ilə üzləşdiyini

xatırladan müəllif ölkə rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində Azərbaycanın hazırda yüksək

templərlə inkişaf etdiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayır. Məqalənin tam mətni

ilə bu linkdən tanış olmaq mümkündür:http://www.almasryalyoum.com/news/details/637974

Asya Hacizadə

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

Page 426: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

426

Qətərin “Al-Sharq” qəzeti 20 Yanvar qırğınından bəhs edib (25 yanvar 2015)

Qətər Dövlətinin “Al-Sharq” qəzeti Bakıda törədilən 20 Yanvar qırğınının 25-ci ildönümündən bəhs edib.

Azərbaycanın Dohadakı səfirliyindən AzərTAc-a daxil olan məlumata görə, məqalədə erməni millətçilərinin

1980-ci illərin ikinci yarısında keçmiş Sovet İttifaqında yaranmış vəziyyətdən sui-istifadə etdikləri,

Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək kimi məkrli istəklərini həyata keçirmək üçün

SSRİ rəhbəri M.Qorbaçovdan dəstək aldıqları vurğulanır. Bildirilir ki, SSRİ rəhbərliyinin Azərbaycana qarşı

qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar addımlarının açıq-aşkar dəstəklənməsinə etiraz

əlaməti olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli

görünməmiş faciəyə gətirib çıxardı, nəticədə yüzlərlə günahsız insan qətlə yetirildi və yaralandı. O dövrdə

Moskvada yaşayan ulu öndər Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü

Azərbaycanın daimi nümayəndəliyinə gəldi, qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış

etdi, informasiya blokadasını yararaq xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Məqalədə qeyd

olunur ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun

başlanğıcı olub: “Bu hadisələrdən sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli Fərmanı ilə faciə qurbanlarına “20 Yanvar

şəhidi” statusu verildi”.

AzərTAc

Page 427: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

427

İranın “Dəniz” qəzeti AzərTAc-ın xüsusi müxbirinin 20 Yanvarla

bağlı analitik məqaləsini yayıb

(26 yanvar 2015)

İranın Qərbi Azərbaycan vilayətində nəşr olunan “Dəniz” qəzeti AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri

Sabir Şahtaxtının “20 Yanvar: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” sərlövhəli analitik məqaləsini

Azərbaycan və fars dillərində yayıb. 20 Yanvar faciəsinin başvermə səbəblərinin təhlil olunduğu məqalədə çar

Rusiyasının Qafqaz siyasətinin Azərbaycanda yaratdığı bəlalardan, o cümlədən qədim Azərbaycan ərazisində

erməni dövləti yaratmaq üçün həyata keçirilən işlərdən, sonrakı dövrdə sovet imperiyasının xalqımıza qarşı

davam etdirdiyi düşmənçilik siyasətinin məkrli məqsədlərin acı nəticələrindən bəhs edilir. Müəllif əsaslandırır

ki, çar Rusiyası ilə sovet imperiyasının Azərbaycana qarşı yürütdüyü siyasət mahiyyətcə bir-birini tamamlayan

işğalçılıq məqsədi güdüb. Bu iyrənc siyasətdə ermənilərdən alət kimi istifadə olunsa da, erməni millətçi dairələri

və erməni din xadimləri öz hiyləgər niyyətlərini gerçəkləşdirə biliblər.20 Yanvar faciəsinin Azərbaycana qarşı

uzun zaman kəsiyində yürüdülmüş işğalçılıq siyasətinin davamı olduğunu diqqətə çatdıran S.Şahtaxtı yazır ki,

M.Qorbaçov başda olmaqla keçmiş sovet imperiyasının sonuncu rəhbərliyi təcavüzkar Ermənistanın

Azərbaycana qarşı əsassız ərazi iddiasını dəstəkləməklə Azərbaycan xalqına böyük düşmənçilik edib. Məqalədə

diqqətə çatdırılır ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi cinayətə etiraz edib. O, M.Qorbaçov

başda olmaqla Qanlı Yanvar hadisələrini törədənləri ittiham edərək Azərbaycanda baş verən siyasi proseslərin

əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ulu Öndərin cəsarəti sayəsində 20 Yanvar

cinayətini ört-basdır mümkün olmayıb. Sonrakı illərdə isə Heydər Əliyev qətiyyətli addımlar ataraq 20 Yanvar

faciəsinə siyasi-hüquqi qiymət verilməsinə, cinayətkarların adlarının açıqlanmasına, şəhidlərimizin adlarının

əbədiləşdirilməsinə, qanlı hadisədə qəhrəmancasına həlak olanların ailələrinə, sağlamlığını itirən şəxslərə dövlət

qayğısı göstərilib. Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq

mümkündür:http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=2104:azerbaijan&catid

=26:team

AzərTAc

Page 428: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

428

Tacikistan ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb (15 yanvar 2016)

Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı mətbuat konfransı

keçirilib.

Mətbuat konfransında Tacikistanın “Cahonnome” televiziya kanalı, “Tocikiston” radiosu, “Xovar”

informasiya agentliyi, “Elm va Hayot” jurnalı, “Narodnaya qazeta”, “Faraj”, “Çarxi Qardun”, “Xalq Ovozi”,

“Payomi Duşanbe”, “Cavononi Tocikiston”, “SSRİ”, “Chelovek i priroda” qəzetlərinin nümayəndələri, xəbər

portallarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələri ilə bağlı sənədli film

nümayiş etdirilib.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar hadisələri haqqında ətraflı məlumat

verib. O qeyd edib ki, bu hadisələrin əsas təşkilatçısı və günahkarı keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov

olub. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində gecə saat 00:00-da komendant saatının

elan olunması barədə sənəd M.Qorbaçov tərəfindən qabaqcadan imzalansa da, əhaliyə bu haqda məlumat

verilməyib, bir gün sonra səhər tezdən elan edilib. Axşam saatlarında dövlət televiziyasının enerji bloku

partladılıb. Həmin günlərdə SSRİ-nin o vaxtkı güc strukturlarının rəhbərləri Bakı şəhərində idilər və əməliyyata

rəhbərlik edirdilər. O gecə xalqın silahsız nümayəndələrinə qarşı qadağan olunmuş silahlardan istifadə edilib,

dinc əhaliyə qarşı qəddarlıq göstərilib.

Diqqətə çatdırılıb ki, həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bu hadisələrə kəskin

etirazını bildirib. O, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini törədənlərin

cəzalandırılmasını tələb edib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından

sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilib, günahkarlar müəyyən olunub.

A.Həsənov mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında

ətraflı məlumat verib, 2015-ci ildə ölkəmizin sosial-iqtisadi yekunları haqqında söhbət açıb.

Səfir ötən il dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan vilayətində baş vermiş zəlzələnin nəticələrinin

aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Tacikistan hökumətinə 800

min manat dəyərində humanitar yardım göndərilməsi haqqında da məlumat verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

Page 429: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

429

20 Yanvar faciəsinin ildönümü Bişkekdə qeyd edilib (16 yanvar 2016)

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi

keçirilib.

Mərasimdə Qırğızistan parlamenti - Jokorku Keneşin deputatları, hökumətinin təmsilçiləri, bu ölkədə

akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun

üzvləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı fotosərgiyə baxış keçirilib, iştirakçılara bununla əlaqədar məlumatlar

toplusu təqdim olunub.

Tədbirdə 20 Yanvar faciəsi haqqında “Qanlı Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilib,

şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında

məlumat verib. O deyib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordunun hissələri, daxili qoşunlar və xüsusi

təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilib, bir gecənin içində qəddarlıq və görünməmiş vəhşiliklər

törədilib, 147 insan qətlə yetirilib, 744 nəfər yaralanıb, 5 nəfər itkin düşüb və 841 nəfər əsassız olaraq həbs

edilib. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskva

şəhərindəki daimi nümayəndəliyinə gedib və bu qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb

olunmalarını tələb edib.

H.Orucov bildirib ki, 20 Yanvar Azərbaycanın tarixinə həm də qəhrəmanlıq salnaməsi kimi daxil olub.

İyirmi Yanvardan sonra Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi

qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut etdi.

Qırğızıstan parlamentinin deputatı, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri

xanım Aşera Xalikova tədbirdə göstərilən filmdən çox təsirləndiyini, faciənin təkcə qardaş Azərbaycan xalqının

deyil, həm də qırğız xalqının müsibəti olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ilə Qırğızıstan arasında

əlaqələrinin yüksək səviyyədə olduğunu, Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman

dəstəklədiyini vurğulayıb.

Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko Azərbaycanın keçmiş SSRİ respublikaları arasında

müstəqillik üçün mübarizə aparan ilk dövlətlərdən biri olduğunu qeyd edib.

Qırğızıstan Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzubraimov qardaş Azərbaycan

xalqının öz tarixini heç vaxt unutmayacağını qeyd edib. O, ötən il Azərbaycanda olduğunu və Şəhidlər

xiyabanını ziyarət etdiyini bildirib. Azərbaycan xalqının öz tarixinə necə hörmət etdiyinin bir daha şahidi

olduğunu vurğulayıb. Assambleya sədri 20 Yanvar faciəsi və Xocalı soyqırımının qırğız xalqı tərəfindən hüznlə

anıldığını, bu qanlı hadisələri törədənlərin gec-tez öz layiqli cəzalarına çatacaqlarına ümid etdiyini bildirib.

Page 430: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

430

Sonra “Sebat” Tədris Mərkəzinin baş direktoru Nurlan Kudayberdiyev, Rusiyanın bu ölkədəki səfirliyinin

müşaviri Vadim Çekmazov, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, Qırğızıstanın əməkdar həkimi Akif

Rəfibəyov, müəllim Alla Kurbanova, Bişkekdəki Milli Strateji Araşdırmalar İnstitutunun müəllimi Anar

Qasımov, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Kayrat Osmanaliyev, Qırğız-Türk

“Manas” Universitetinin prorektoru Asılbek Kulmırzayev, Türkiyənin Qırğızıstandakı müvəqqəti işlər vəkili

Çağatay Yıldırım və başqaları sovet ordusu tərəfindən Bakıda və Azərbaycanın bir sıra digər ərazilərində

törədilmiş vəhşilikləri pisləyiblər. Bildiriblər ki, faciəyə görə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ-nin

şovinist rəhbərləri məsuliyyət daşıyırlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Page 431: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

431

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Ər-Riyadda yad olunub (16 yanvar 2016)

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı

ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.

Xarici qonaqların, ziyalıların, iş adamlarının, Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimizin və KİV

nümayəndələrinin iştirak etdikləri mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və

qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səfir Rasim Rzayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu tərəfindən

Azərbaycanda törədilmiş faciə və ölkəmizin azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş

hərbi cinayətlər haqqında məlumat verib. Bu qanlı hadisənin bəşəriyyətə qarşı cinayət olduğunu qeyd edən səfir

günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsinin cinayətkar sovet imperiyası rəhbərliyinin

Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu deyib. Diplomat bu faciəli günlərdə şəhid olan və

yaralananlar arasında azyaşlı uşaqların və qadınların olması, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə

edilməsi faktlarını iştirakçıların diqqətinə çatdırıb. R.Rzayev baş vermiş faciədən dərhal sonra ümummilli lider

Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən

cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırladıb. O, ölkə rəhbərliyi tərəfindən 20 Yanvar

şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi qayğı və diqqət göstərilməsinin

əhəmiyyətindən söhbət açıb. Səfir Qanlı Yanvar hadisələrinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini

bildirib.

Səfirliyin birinci katibi Mehdi Abdullayev və üçüncü katibi İmran Sadıxov 20 Yanvar hadisələri zamanı

keçmiş sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən söhbət açıb, Vətənimizin azadlığı yolunda şəhid

olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıblar.

Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimiz Rüfət Tanrıverdiyev və İfrat Bəkirov 20 Yanvar

hadisələri ilə bağlı xatirələrini bölüşüb, faciənin Azərbaycan xalqının tarixində əsarətə və zülmə qarşı şərəfli

mübarizə günü kimi qalacağını qeyd ediblər.

Tədbirin sonunda ingilis dilində “20 Yanvar” sənədli filmi nümayiş etdirilib. İştirakçılar faciənin

ildönümü ilə bağlı səfirlikdə yaradılmış xüsusi fotoguşə və 20 Yanvar hadisələrinə dair materiallar, eləcə də

“İRS” jurnalının xüsusi buraxılışı ilə tanış olublar.

Daha sonra Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 26-cı

ildönümü ilə əlaqədar bəyanatı oxunub.

İyirmi Yanvar faciəsi ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış press-reliz, insan hüquqları üzrə

müvəkkilin bəyanatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə, Ər-Riyadda yerləşən diplomatik missiyalara

və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilib.

Sabir Şahtaxtı

Page 432: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

432

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

Page 433: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

433

Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (18 yanvar 2016)

Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi

keçirilib. Mərasimə Almaniya Xarici İşlər Nazirliyinin, müxtəlif siyasi, iqtisadi, elmi və mədəni dairələrin,

diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri və alman mətbuatının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbir iştirakçılarına faciənin baş verdiyi dönəmdə

Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan

qovulması hallarına göz yummasının Azərbaycan xalqının haqlı narazılığına səbəb olması, Bakıda bir

milyondan artıq vətəndaşın suverenlik hüquqları tələb etdikləri etiraz aksiyaları və sovet rəhbərliyinin xalqın

etiraz səsini boğmaq üçün əl atdığı 20 Yanvar cinayəti barədə məlumat verib. Səfir bildirib ki, xalq bu

hadisələrə etiraz aksiyalarını genişləndirməklə və öz şəhidlərinin izdihamlı dəfn mərasimini keçirməklə cavab

verdi. O zamanlar Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinin ertəsi gün

keçirdiyi mətbuat konfransında sovet rəhbərliyinə qətiyyətlə etiraz etdi. Pərviz Şahbazov müstəqil Azərbaycan

Respublikasının şəhidlərimizin uğrunda həyatlarını qurban verdikləri azadlıq, suverenlik və demokratik

dövlətçilik dəyərlərinin keşiyində dayandığını, milli maraqlara uyğun müstəqil siyasət yürütdüyünü vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan səfir torpaqlarımızın işğalına son qoyulmasının, qaçqın və məcburi

köçkünlərin yurd-yuvalarına qayıtmasının Azərbaycan dövlətinin onun müstəqilliyi uğrunda şəhid olmuş

vətəndaşların ruhu qarşısında müqəddəs borcu olduğunu deyib. Bildirib ki, hər il 20 Yanvar hadisələrinin

ildönümü Azərbaycan Respublikasının Prezidenti başda olmaqla xalqımız tərəfindən şəhidlərimizin əziz

xatirəsinə ehtiramla qeyd edilir.

Tədbirdə çıxış edən Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias

Dornfelt Azərbaycanın müstəqillik illərində yürütdüyü siyasəti və əldə etdiyi nailiyyətləri təhlil edib. O,

dövlətimizin regionda və dünyada artan rolunu, müstəqil və balanslı xarici siyasətini, Avropanın enerji

təchizatında oynadığı konstruktiv rolu vurğulayıb. Matias Dornfelt Heydər Əliyevin hakimiyyəti dövründə

Azərbaycanın sabitlik dövrünə qədəm qoyduğunu bildirib, müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş

islahatları, demokratik dövlət quruculuğunu, iqtisadi və sosial layihələri yüksək qiymətləndirib.

Matias Dornfeld çıxışında Azərbaycanın multikulturalizm və dini tolerantlıq dəyərlərini xüsusi

vurğulayıb. O deyib ki, Azərbaycan müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin tarixən dinc şəraitdə

yaşadığı məkan olub və Azərbaycan hökumətinin siyasətində bu dəyərlərin təşviq edilməsi mühüm yer tutur.

Tədbirin rəsmi hissəsindən sonra hazırda Hannover Musiqi, Media və Teatr Akademiyasında təhsil alan

gənc və istedadlı azərbaycanlı musiqiçi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, beynəlxalq

müsabiqələr laureatı Nərmin Nəcəflinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anım

konserti olub.

Page 434: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

434

Həmçinin 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, eləcə də müxtəlif əyani

vəsaitlər tədbir iştirakçılarına təqdim edilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Page 435: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

435

Çexiya ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb (18 yanvar 2016)

Yanvarın 18-də Praqada 20 Yanvar faciəsi ilə bağlı yerli jurnalistlər üçün “dəyirmi masa” keçirilib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tərəfindən təşkil edilən tədbirdə o, 20 Yanvar faciəsi

haqqında jurnalistlərə ətraflı məlumat verib.

Səfir sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş

verməsindən öncəki və sonrakı hadisələrin tarixi haqqında söhbət açıb. Diplomat faciənin Azərbaycan xalqının

iradəsini qıra bilmədiyini və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb

olduğunu bildirib.

Səfir 20 Yanvar faciəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri

haqqında da danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Page 436: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

436

Mərakeş qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib (18 yanvar 2016)

Mərakeşin geniş oxucu kütləsinə malik “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Unudulmayan qanlı gecə...

20 Yanvar Azərbaycan xalqının xatirəsində ağrılı faciədir” adlı məqalə dərc olunub.

Hər bir xalqın tarixində qara hərflərlə yazılmış unudulmaz ağrılı faciə və fəlakətlərin olduğu fikri ilə

başlayan məqalədə tarix boyu kütləvi qətllərə, soyqırımlarına məruz qalmış Azərbaycan xalqına qarşı törədilmiş

20 Yanvar faciəsinin xüsusi mahiyyətə malik olduğu qeyd edilib.

Müəllif yazır: “Təəssüflər olsun ki, Azərbaycan xalqının tarixində qara səhifələrlə dolu hadisələr çox

olub, lakin bütün bunlara baxmayaraq, baş vermiş bu hadisələr Azərbaycan xalqının birliyini sarsıda, xalqın öz

müstəqilliyini əldə etməsində, müstəqil dövlətinin qurulması yolunda maneə yarada bilmədi”.

Məqalədə qeyd olunur ki, 1990-cı il yanvarın 20-də əksəriyyəti ermənilərdən ibarət və təpədən dırnağa

qədər silahlanmış ordu xəbərdarlıq etmədən Azərbaycanın paytaxtı Bakıya hücum edərək qanlı qırğın törədib,

tanklar, pulemyotlar və digər zirehli maşınlardan dinc əhaliyə atəş açıb. Nəticədə 147 nəfər qətlə yetirilib, 744

nəfər yaralanıb, 841 nəfər həbs olunub, bir neçə nəfər isə itkin düşüb, evlərin, məktəb və xəstəxanaların binaları

dağıdılıb.

Müəllif yazır ki, Azərbaycan xalqı hər il 20 Yanvar gününü “Qanlı Yanvar”, ümumxalq hüzn günü kimi

qeyd edir, faciə qurbanlarının xatirəsinə salınmış Şəhidlər xiyabanını ziyarət edir.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə

gəlməsindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, şəhidlərin xatirəsinə hər bir

azərbaycanlı üçün müqəddəs yer hesab olunan Şəhidlər xiyabanı salınıb.

Sonda müəllif vurğulayır ki, sovet qoşunlarının Azərbaycana bu hücumu xalqın xatirəsində “Qanlı

Yanvar” kimi qalıb, uzun ağrılı mübarizədən sonra müstəqilliyini bərpa etmiş Azərbaycanın tarixində dönüş

nöqtəsi olub və Azərbaycan xalqı onun milli azadlıq hərəkatını vəhşicəsinə boğmağa çalışmış orduya cəsarətlə

sinə gərib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

Page 437: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

437

Moldova qəzetində 20 Yanvar hadisələri haqqında məqalə dərc olunub (18 yanvar 2016)

Kişineuda çıxan nüfuzlu “Ekspert novostey” qəzetində Moldova jurnalistləri Lora Qarniş və Sergey

Ryabininin Bakıda 20 Yanvar faciəsinə həsr edilmiş böyük məqaləsi dərc olunub. “Qara Yanvar” məqaləsi

“Müasir dövrün tarixi” rubrikasında yer alıb.

Məqalədə konkret faktlar və materiallar əsasında 26 il əvvəl sovet ordusunun Azərbaycan xalqına qarşı

törətdiyi vəhşiliklərdən söz açılır. Məqalə müəllifləri o vaxtkı SSRİ rəhbərliyinin SSRİ Konstitusiyasını və

Beynəlxalq hüquq normalarını pozması faktını xüsusi vurğulayıblar. Ordunun öz xalqına qarşı ağır texnika və

odlu silahlardan istifadə etməsi nəticəsində 147 dinc sakin həlak olub, 744 nəfər yaralanıb.

Moldova jurnalistlərinin məqaləsində bildirilir ki, Azərbaycan xalqı bu gün də o məşum tarixi unutmur,

faciənin günahsız qurbanlarının xatirəsini böyük ehtiramla yad edir.

AZƏRTAC

Page 438: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

438

Çili portalı 20 Yanvar faciəsindən yazır (18 yanvar 2016)

Çilinin məşhur latercera.com portalında “Qara Yanvar” adlı məqalə verilib. Məqalənin müəllifi

Azərbaycanım Çilidəki müvəqqəti işlər vəkili Orxan Hacıyevdir.

Yazıda oxuculara 20 Yanvar hadisələrinin tarixi haqqında ətraflı məlumat verilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Page 439: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

439

Livanın “Al-Cumhuriyyə” qəzeti 20 Yanvar faciəsindən yazır (19 yanvar 2016)

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Livanın geniş oxucu kütləsinə malik “Al-Cumhuriyyə”

qəzetində Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürovun məqaləsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, məqalə, eyni zamanda, həmin qəzetin elektron saytında

yerləşdirilib.

Diplomat məqaləsində 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya

hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verib. Qeyd edib ki, dinc

sakinlərə qarşı törədilən vəhşiliklər yaddaşlara dərin kədər hissləri ilə həkk olunsa da, xalqın azadlıq əzmini qıra

bilməyib. O vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədi

Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 140-dan artıq

insan qətlə yetirilib, 700-dən çox insan isə yaralanıb.

Bu gün müasir Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən səfir ölkəsinin regional və beynəlxalq

miqyasda sabit və etibarlı tərəfdaşa çevrildiyi barədə də geniş məlumat verib.

Eyni zamanda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Livandakı səfirliyi bu

ölkənin kütləvi informasiya vasitələrinə və Livanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə bəyanat

ünvanlayıb.

AZƏRTAC

Page 440: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

440

Yaponiya televiziyasında 20 Yanvar faciəsi barədə xüsusi veriliş yayımlanıb (19 yanvar 2016)

Yaponiyanın “World Investors TV” internet televiziyasında 20 Yanvar hadisələrinə həsr olunan xüsusi

veriliş yayımlanıb.

Verilişin aparıcısı Kazuyasu İşidanın suallarını cavablandıran AZƏRTAC-ın Yaponiyadakı xüsusi

müxbiri Vüqar Ağayev və Hokkaydo Universitetinin doktorantı, Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti

Əlibəy Məmmədov qeyd ediblər ki, 26 il əvvəl Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi

hadisələr xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan

xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Bildirilib ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna

demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq,

insanların müstəqillik arzularını tankların altında əzmək idi. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli

oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib

hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə

istifadə etdi.

Sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatlar da

təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və digər rayonlarda həyata keçirdikləri qırğınlarda

147 nəfər öldürülmüş, 744 insan yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox

qadın, uşaq var idi, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər qətlə yetirilmişdi.

Vurğulanıb ki, xalqımız o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün

mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada olmaması günün ən

böyük həqiqəti kimi dərk olundu. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola hadisələrdən dərhal

sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə etirazını bildirdi,

faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən

gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Məhz Ulu

Öndərin Sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu.

Verilişdə qeyd edilib ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid

ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.

Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə

daha da möhkəmləndirilir.

Bildirilib ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər

Xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib. Şəhidlər Xiyabanı

azadlığımızın, müstəqilliyimizin, milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də bir qürur

mənbəyi olacaq.

Page 441: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

441

Veriliş zamanı faciənin əks olunduğu fotolar da yapon tamaşaçılara təqdim olunub.

AZƏRTAC

Page 442: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

442

İslamabadda nəşr olunan “Diplomatic Star” jurnalında 20 Yanvar

faciəsi ilə bağlı material verilib

(20 yanvar 2016)

İslamabadda nəşr olunan “Diplomatic Star” jurnalında 20 Yanvar faciəsi ilə bağlı tədqiqatçı Sabah

Aslamın “20 Yanvar – Bir gün necə dönüş nöqtəsi olub” adlı məqaləsi verilib.

Müəllif yazır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun əsgərləri Azərbaycan

xalqının azadlıq səsini boğmaq məqsədilə silahsız insanlara atəş açıb, günahsız adamlar öldürülüb, itkin düşüb

və tutulub. Sovet imperiyası zaman-zaman azərbaycanlılara qarşı kütləvi qətllər və etnik təmizləmə cinayətləri

törədib, erməniləri müdafiə edib.

Məqalədə vurğulanır ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın bu

şəhərdəki daimi nümayəndəliyinə gələrək, faciəni törədənləri kəskin tənqid edib, buna görə məsuliyyəti keçmiş

SSRİ rəhbərlərinin üzərinə qoyub.

S.Aslam məqaləsində 20 Yanvar şəhidlərinin Bakının ən yüksək nöqtəsində, Dağüstü Parkda dəfn

olunduğunu və həmin gündən etibarən həmin məkanın Şəhidlər xiyabanı, faciənin isə Qara Yanvar

adlandırıldığını vurğulayır. Materialda deyilir ki, siyasi, mənəvi və hərbi təcavüzün qurbanı olmasına

baxmayaraq, Azərbaycanın müstəqillik hərəkatı qələbə çalıb və 1991-ci il oktyabrın 18-də Azərbaycan öz

müstəqilliyini bərpa edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Page 443: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

443

İspaniya Diplomatik Akademiyasının tələbələrinə 20 Yanvar faciəsi barədə məlumat verilib

(20 yanvar 2016)

İspaniya Diplomatik Akademiyasının tələbələrinə 1990-cı ildə Azərbaycanda baş vermiş 20 Yanvar

faciəsi barədə məlumat verilib.

Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin əməkdaşı Əsəd Muradov tələbələr qarşısında çıxış

edərək Qanlı Yanvar faciəsi, Azərbaycan xalqının milli oyanış və azadlıq hərəkatı haqqında danışıb. O, 20

Yanvar qırğınının sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla xüsusi qəddarlıqla törədildiyini, mülki

vətəndaşların qətlə yetirildiyini qeyd edib. Bildirilib ki, aralarında uşaq, qadın və qocaların da olduğu yüzlərlə

günahsız dinc sakin bir gecədə qətlə yetirilib.

Sonda tələbələrin sualları cavablandırılıb, onlara faciənin fotolarını əks etdirən bukletlər paylanılıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Page 444: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

444

20 Yanvar şəhidlərinin xatirəsi Xarkov şəhərində anılıb

(20 yanvar 2016)

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü

münasibətilə anım mərasimi keçirilib.

Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, anım mərasimində Xarkov Vilayət Dövlət Administrasiyasının

rəsmiləri, diplomatlar, bir sıra ali təhsil ocaqlarının müəllimləri və tələbələr, diaspor fəalları və media

təmsilçiləri iştirak ediblər.

Tədbirə qatılanlar əvvəlcə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəman oğul və

qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Mərasimdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, 26 il bundan

əvvəl başda Mixail Qorbaçov olmaqla, totalitar sovet rejiminin Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdiyi

amansız qətliamlar barədə ətraflı məlumat verib. Həmçinin o, 20 Yanvar gecəsində ölkəmizin cəsur oğul və

qızlarının göstərdiyi qəhrəmanlıq şücaətindən söz açıb. Bununla yanaşı, fəxri konsul ölkəmizin informasiya

blokadasına alındığı bir zamanda ulu öndər Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirərək sovet

imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi hərbi siyasi cinayətin dünya ictimaiyyətinə çatdırılmasındakı

tarixi xidmətlərindən danışıb. O, bu gün ölkəmizin 20 faiz ərazisinin erməni işğalı altında olduğunu diqqətə

çatdırıb və Prezident İlham Əliyevin əmrinə əsasən, qüdrətli Azərbaycan Ordusunun istənilən an torpaqlarımızı

düşmən tapdağından azad etməyə hazır olduğunu vurğulayıb.

Anım mərasiminə qatılanlar Azərbaycan Televiziyasının hazırladığı “Qanlı Yanvar” sənədli filmini

izləyib, 26 il öncə totalitar sovet hakimiyyətinin Azərbaycanda həyata keçirdiyi amansız qətliamlarla tanış

olublar.

Filmə baxdıqdan sonra çıxış edən Xarkov Ticarət və İqtisadiyyat Kollecinin prorektoru Nikolay Podarel,

iqtisad elmləri doktoru Murad Ömərov, tarixçi alim Anatoli Kançarenko və digər rəsmi şəxslər 1990-cı ilin 20

yanvar gecəsində Azərbaycanda amansız qətliamlara şərait yaradan o vaxtkı sovet rəhbərliyinin beynəlxalq

məhkəmə qarşısında cavab verməli olduğunu vurğulayıblar. Tarix boyu dövlət müstəqilliyi uğrunda mübarizə

aparan Azərbaycan və Ukrayna xalqlarının böyük məşəqqətlərə məruz qaldıqlarını bildirən natiqlər, şəhidlərin

qanı bahasına dövlət müstəqilliyini qoruyub saxlayan Azərbaycan xalqına güc və müdriklik, işğal altındakı

torpaqlarımızın isə tez bir zamanda azad olunmasını arzulayıblar.

Mərasimdə Azərbaycan xalqının şanlı və şərəfli tarixi olan 20 Yanvar hadisələrinin qəhrəmanlıq

təcəssümü kimi xatırlanacağı bildirilib.

AZƏRTAC

Page 445: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

445

Kanadada 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

(20 yanvar 2016)

Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım

mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan icmasının

üzvləri iştirak ediblər.

Tədbiri açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar faciəsi haqqında ümumi məlumat verib və

bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. O vurğulayıb ki, 20

Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə bu hadisə ölkəmizin azadlığı və

ərazi bütövlüyü uğrunda mübarizə tarixinin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir: “Milli

azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız

insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini

bütün dünyaya bir daha nümayiş etdirdi. Belə ki, həmin faciəli gündə ölkəsinin, xalqının azadlığını, şərəf və

ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək qəhrəmanlıq zirvəsinə ucaldılar”.

Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirib və

Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və tədbir

iştirakçılarına ehsan verilib.

Anım mərasimində rejissor Vahid Mustafayevin 39-cu Monreal Beynəlxalq Film Festivalında xüsusi

mükafata layiq görülmüş, Azərbaycan xalqının azadlıq mübarizəsini əks etdirən “Qanlı Yanvar” filmi və fotolar

da nümayiş etdirilib.

AZƏRTAC

Page 446: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

446

20 Yanvar faciəsinin ildönümü Daşkənddə qeyd edilib

(20 yanvar 2016)

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan

Mədəniyyət Mərkəzi və diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi 20 Yanvar

faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirib.

Mərasimdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və

incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Mərasim iştirakçıları mərkəzin foyesində 20 Yanvar hadisələrindən bəhs edən fotostendə, uşaqların faciə

ilə bağlı əl işlərinə və kitab sərgisinə baxıblar. Onlara Qanlı Yanvar hadisələrindən bəhs edən məlumatlar

toplusu paylanılıb.

Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

faciə haqqında sənədli film göstərilib.

Səfirliyin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsi haqqında

məlumat verib. O deyib ki, bu faciə xalqımızın qəhrəmanlıq və qürur səhifəsidir və tarixdə həmişə belə də

qalacaq. Bildirib ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev faciədən bir gün sonra

Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gəlib, burada keçirdiyi mətbuat konfransında Bakıda törədilmiş

cinayətlərə görə Mixail Qorbaçov başda olmaqla Sov.İKP MK Siyasi Bürosunun məsuliyyət daşıdığını deyib.

S.Abbasov vurğulayıb ki, xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində 20

Yanvar faciəsinə siyasi qiymət verilib. O, faciəli günlərdə çətinliklə də olsa parlamentin növbədənkənar

iclasının çağırılması və orada bu qanlı faciəni törədənlərin ittiham olunması haqqında ətraflı məlumat verib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin qəhrəmanlığı, onların şəhidlik zirvəsinə

ucalması haqqında söhbət açıb.

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov bildirib ki, həlak olanların

arasında kiçik yaşlı uşaqlar, qadınlar və qocalar da olub. Sürəyya Babayeva mətbəxdə xörək hazırlayarkən, Vera

Bessantina evdə divanda oturduğu yerdə, Azad Mirzəyev pəncərənin qarşısında gülləyə tuş gəlib.

Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev imperiya qoşunlarının Bakıda

törətdikləri qanlı qırğınların təşkilatçılarını və icraçılarını lənətləyib, 20 Yanvar faciəsinin Azərbaycan xalqının

müstəqillik uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən biri olduğunu qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə həsr edilən

şeirlər söyləyib, “Siqdiana” Xalq Çalğı Alətləri Orkestrinin ifasında konsert-rekviem səslənib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Page 447: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

447

20 Yanvar faciəsinin qurbanları Madriddə də anılıb

(20 yanvar 2016)

Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi

keçirilib.

Mərasimdə İspaniyada fəaliyyət göstərən diplomatik qurumların və xarici təşkilatların nümayəndələri,

ispaniyalı tələbələr, hökumət nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar və iş adamları iştirak ediblər.

Azərbaycanın İspaniyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov tədbirdə 20 Yanvar faciəsi haqqında

məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. O

vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin

azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. 147 dinc vətəndaşın

sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi,

əksinə onun azadlıq arzusunu daha da alovlandırdı.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film, fotolar nümayiş etdirilib, iştirakçılara ispan

dilində hazırlanmış bukletlər paylanılıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Page 448: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

448

Almatı ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb

(20 yanvar 2016)

20 Yanvar faciəsi ilə bağlı faktların Qazaxıstan ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın bu

ölkədəki səfirliyi tərəfindən bir sıra tədbirlər təşkil edilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəliyinin təşkil etdiyi tədbirdə 20

Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib,

qanlı hadisələrin görüntülərini əks etdirən film göstərilib.

Tədbirdə Qazaxıstan ziyalıları, Almatıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, qeyri-

hökumət təşkilatlarının təmsilçiləri, “Jeltoksan akikatı” (“Dekabr həqiqətləri”) Qazaxıstan Respublika İctimai

Birliyinin üzvləri, Azərbaycan, Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə səfirliyin Almatı üzrə nümayəndəsi Nizami Rüstəmov 20 Yanvar hadisələrinin Azərbaycan

tarixindəki yerindən danışıb. Qeyd edib ki, Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar faciəsi, eyni zamanda,

xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o cümlədən xaricdə təhsil alan və

yaşayan azərbaycanlılar hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi borcu hesab

edirlər.

Diqqətə çatdırılıb ki, hər bir azərbaycanlı 20 Yanvar hadisələrini milli matəm, hüzn günü kimi qeyd edir,

o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan

xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqın

müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.

“Jeltoksan akikatı” Qazaxıstan Respublika İctimai Birliyinin üzvləri Almatıda və Bakıda törədilmiş

hadisələrin oxşarlığı barədə danışıb, bunu o zamankı Sovet İttifaqının dağılmasının ilkin təzahürləri kimi

qiymətləndirib, həmin hadisələrin sovet hökuməti rəhbərliyinin milli respublikalara qarşı apardığı siyasətin

nəticəsi olduğunu qeyd ediblər.

Vurğulanıb ki, 20 Yanvar müstəqillik uğrunda düşünülmüş şəkildə əliyalın tankların üzərinə yeriməyə

özündə təpər tapan millətin şərəf günüdür. Bu gün Azərbaycan xalqının qan yaddaşında həkk olan gündür.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

Page 449: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

449

Aktauda keçirilən tədbirdə 20 Yanvar faciəsinin tarixi barədə söhbət açılıb

(20 yanvar 2016)

Azərbaycanın Aktaudakı baş konsulluğu 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi

keçirib.

Mərasimdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin,

Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının üzvləri, ictimaiyyətin, kütləvi informasiya

vasitələrinin nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasim keçirilən zalda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan fotokompozisiya yaradılıb,

kitabların sərgisi təşkil edilib.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov ölkəmizin azadlığı və ərazi

bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin baş vermə

səbəblərindən danışıb. O, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların xatirəsinin

anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Diplomat ölkəmizə qarşı ərazi iddiaları irəli

sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından danışıb və

bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirib, ümummilli lider Heydər

Əliyev tərəfindən bu hadisəyə verilən siyasi-hüquqi qiyməti diqqətə çatdırıb.

Daha sonra Ümummilli Liderin 20 Yanvar hadisələri ilə bağlı çıxışı tədbir iştirakçılarına təqdim olunub.

Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev və

professor Yusif Quliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən

şərəfli tarixi olduğunu qeyd ediblər.

Daha sonra azərbaycanlı uşaqlar və tələbələr 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirib, film

nümayiş etdirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

Page 450: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

450

Avropa Parlamentinə 20 Yanvar faciəsinə dair məlumatlandırıcı məktub göndərilib

(20 yanvar 2016)

Avropa Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsi ilə əlaqədar Avropa Parlamentinə, Almaniya əyalət

parlamentlərinə məlumatlandırıcı məktub göndərib. Məktubda Azərbaycan xalqının tarixinə “Qara Yanvar”

kimi daxil olmuş hadisələr haqqında məlumat verilib və hər il həmin hadisələrin qurbanlarının xatirəsinin

Azərbaycanda və azərbaycanlıların yaşadıqları bütün ölkələrdə yad edildiyi bildirilib. Məktubda Azərbaycanın

müstəqilliyinin bərpası uğrunda 1988-ci ildən 1990-cı ilə qədər aparılan milli demokratik mübarizə, süquta

uğrayan sovet rejiminin amansız qəddarlıqla buna qarşı çıxması haqqında məlumat verilib. 1990-cı il yanvarın

19-da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov tərəfindən 66 minlik ordunun Bakıya göndərildiyi qeyd

edilib. Yanvarın 20-nə keçən gecə sovet ordusu tərəfindən silahsız dinc əhalinin qətlə yetirildiyi və həmin gecə

yüzlərlə insanın həyatını itirdiyi, yaralandığı və itkin düşdüyü diqqətə çatdırılıb.

Qeyd edilib ki, 20 Yanvar hadisələrinin analizi bunun sovet hakimiyyətinin Azərbaycana qarşı

planlaşdırdığı hərbi aksiya olduğunu aşkara çıxarıb. Lakin sovet rejiminin bütün cəhdlərinə baxmayaraq 1991-ci

il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında qərar qəbul edilib və

həmin il oktyabrın 18-də bu qərar qüvvəyə minib. Bununla da Azərbaycan öz müstəqilliyinə qovuşub.

Məktubda müstəqillik uğrunda canından keçmiş şəhidlərimizə rəhmət dilənib və onların gələcək nəsil üçün

qəhrəmanlara çevrildikləri vurğulanıb.

Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Almaniyanın Düsseldorf şəhərində

Mədəniyyətlərarası Əməkdaşlıq üzrə Avropa Forumu və Medeya İnteqrasiya Mərkəzinin rəhbərləri ilə keçirilən

görüş çərçivəsində Qanlı Yanvar hadisələri haqqında məlumat verib, Düsseldorf şəhərindəki “Azadlıq”

abidəsini ziyarət ediblər. İyirmi Yanvar şəhidlərinin xatirəsi bu abidənin önündə yad olunub. AAK-ın prezidenti

Samira Patzer-İsmailova digər qurumlardan olan həmkarlarına 20 Yanvar faciəsi haqqında məlumat verib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Page 451: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

451

İndoneziyanın “The Jakarta Post” qəzeti 20 Yanvar faciəsindən yazır

(20 yanvar 2016)

İyirmi Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar İndoneziyanın nüfuzlu “The Jakarta Post” qəzetində

məqalə dərc edilib.

“İşğalçı zülmə bəraət qazandırmağa cəhd etdiyində” adlı məqalədə 1990-cı il yanvarın 20-də sovet

ordusunun Azərbaycanın paytaxtı Bakıya yeridilməsindən, dinc sakinlərə tutduğu divandan bəhs edilir. Nəticədə

147 nəfərin öldürüldüyü, 638 insanın yaralandığı, 841 nəfərin qeyri-qanuni həbs edildiyi diqqətə çatdırılır.

Yüzlərlə binanın və digər əmlakların dağıdılmasının həm dövlətə, həm də əhaliyə böyük maddi zərər vurduğu

bildirilir.

Məqalədə vurğulanır ki, sovet hakimiyyəti bu hücumu guya Bakıdakı erməniləri təxliyyə etmək zərurəti

ilə izah edirdi. Lakin bu, tamamilə yalan və işğala bəraət qazandırmaq üçün sadəcə olaraq bir bəhanə idi. Əsl

məqsəd isə müstəqillik uğrunda milli hərəkatı və Azərbaycana ərazi iddiaları irəli sürən Ermənistanın

təcavüzkar hərəkətlərinə qarşı dinc etirazları yatırmaq idi.

Məqalənin sonunda SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun hadisələrlə bağlı 1995-ci aprelin 27-

də İstanbulda etdiyi etirafdan sitat gətirilir: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək

mənim siyasi həyatımın ən böyük səhvi idi”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Page 452: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

452

İsraildə “Qara Yanvar” şəhidlərinin xatirəsi anılıb

(20 yanvar 2016)

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzində

Azərbaycanın ən faciəli səhifələrindən birinə həsr olunmuş görüş keçirilib. Əslən Azərbaycandan olanlar harada

yaşamalarından asılı olmayaraq, Bakı küçələrinin sakitliyini tankların gurultusunun və uğultusunun pozduğu o

məşum gecəni - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni heç vaxt unutmayacaqlar. Bu küçələr hətta

Böyük Vətən müharibəsi illərində də tank görməmişdi. Evlər və küçələr nizamsız atəşə tutulur, insanlar

evlərinin içində gülləyə tuş gəlirdilər. Küçələrdə hərəkət edən nə vardısa tanklar əzib keçir, hədəfi məhv etmək

üçün atəş açılırdı. Gülləbaran edilən binaların divarları deşik-deşik olmuşdu.

Bu hadisə Sovet İmperiyasının dağılmasının başlanğıcı oldu. Aşkarlıq siyasətinin sərbəst buraxdığı

azadlıq “cin”i yetmiş ildən çox ölkələr və xalqlar üzərində hökmranlıq edən bir rejimin əsarət zəncirindən

qurtulmağa can atırdı. Azadlıq mehini hiss edən bütün respublikalar Lenin-Stalin rejiminin buxovlarını qırıb

atmaq istəyirdilər, amma can verməkdə olan imperiya onları qan tökmədən əldən buraxmaq istəmirdi. O vaxtlar

güclənməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda postyenidənqurma

proseslərini sürətləndirdi. Nəticədə Azərbaycanda erməni millətçiləri tərəfindən öz doğma el-obasından didərgin

salınmış etnik azərbaycanlılardan ibarət bir milyondan çox qaçqın ordusu yarandı.

Xalqın yaddaşına “Qara Yanvar” kimi həkk olunan dəhşətli qırğında yüzlərlə günahsız insan həlak oldu

və zərər çəkdi. Onların arasında müxtəlif millətlərin nümayəndələri – azərbaycanlılar, ruslar, tatarlar,

ukraynalılar, ləzgilər, qazaxlar və başqa xalqların nümayəndələri vardı. Azərbaycanlılar onları unutmur,

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlər kimi xatirələrini daim əziz tuturlar.

İsraildə o faciəli günlərdə həlak olan, özlərindən sonra azyaşlı uşaqlarını, ömür-gün yoldaşlarını, habelə

ata-analarını qoyub getmiş bakılıların qohumları yaşayır. Həmin gecə hələ yenicə yaşamağa başlayan, həyatın

zövq-səfasını dadmağa macal tapmamış gənclər vəhşicəsinə qətlə yetirildi. Bizə onların fədakarlığının xatirəsi

qalıb. Evinin içində snayper gülləsinə tuş gələn gənc Vera Besantinanın xatirəsi daim qəlbimizdə yaşayacaq.

Təcili yardım xidmətinin gənc həkimi Aleksandr Marxevka aldığı güllə yarasından can verən özü kimi bir

gəncin həyatını xilas edərkən öldürülmüşdü. Yan Meyeroviç dostunun xahişi ilə onun qoca anasını aeroporta

apararkən tank hücumunu qurbanı oldu.

“Azİz”in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, doğma Bakının taleyində ən dəhşətli

günlərdən birinin şahidi olmuş bakılılar o ağır günləri xatırlamağa və günahsız şəhidlərin xatirəsini anmağa

toplaşıblar. Bu barədə mərasim iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman

söz açıb. “Azİz” Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü Rauf Ağalarov, hadisə yerindən

çəkilən fotoşəkillərin müəllifi, bakılı Boris Dobin, şair Lev Abramov, Afula sakinləri Tofiq Əlibəyov və Pyotr

Rişal, Kiryat-Yama Şəhər Şurasının üzvü Marqarita Kozakova, Afula Bələdiyyəsi Absorbsiya İdarəsinin rəisi

Page 453: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

453

Svetlana Çerkasova, “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak 1990-cı ilin qanlı-qadalı günləri barədə

xatirələrini bölüşüblər.

Çıxışlar başa çatandan sonra rabanit Şendel Qureviç Bakıda 1990-cı ilin 20 Yanvar hadisələrinin bütün

şəhidlərinin ruhuna “İzkor” duasını oxuyub.

Mərasimdən iki gün əvvəl – yanvarın 17-də “Qara Yanvar” şəhidlərinin xatirəsi Qüdsdə anılıb. “Azİz”

Assosiasiyasının baş direktoru Lev Spivak Assosiasiyanın Qüds bölməsinin rəhbəri Aleksandr Aqranovskinin

Qüds Mətbuat Klubu ilə birlikdə təşkil etdiyi gecəyə toplaşanlara 26 il əvvəl baş vermiş dəhşətli hadisələrdən

söz açıb. Günahsız öldürülən təcili yardım xidmətinin həkimi Aleksandr Marxevkanın xalası Maya Speranskaya

tədbirdə iştirak edib.

AZƏRTAC

Page 454: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

454

Tehranda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi təşkil edilib

(20 yanvar 2016)

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı

ildönümünə həsr olunan anım mərasimi təşkil edilib.

Əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin ruhuna dualar oxunub, sənədli film nümayiş

etdirilib.

Tədbirdə çıxış edən səfir Cavanşir Axundov deyib ki, 20 Yanvar faciəsi SSRİ-nin əsl simasını ortaya

qoydu. Həmin vaxt Azərbaycan xalqı sadəcə olaraq torpaqlarının ermənilər tərəfindən işğalına və insanların öz

doğma el-obasından didərgin salınmasına etiraz etmək üçün küçə və meydanlara toplaşmışdı. Mərkəzi

hökumətin bu işğala biganə qalması xalq kütlələrinin qəzəbinə səbəb olmuşdu.

Diqqətə çatdırılıb ki, 1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi.

Sovet İttifaqında gedən siyasi proseslər, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda da milli-

azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Vəziyyətin böhran həddinə çatmasının əsas səbəblərindən

biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma Dağlıq Qarabağ probleminin

ortaya atılması idi. SSRİ rəhbərliyi kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə 1990-cı ilin yanvar ayında

Bakıya qoşun hissələri yeritməyə başladı. Yanvarın 19-da axşam dövlət televiziyasının enerji bloku partladıldı

və əhali məlumatsız qaldı.

Səfir bildirib ki, hazırlanmış plana əsasən yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər

tərəfindən 147 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 638 insan ağır yaralanmışdı. Bu hadisədən dərhal sonra

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada bəyanatla çıxış edərək başda Mixail Qorbaçov

olmaqla SSRİ rəhbərliyini kəskin tənqid etdi və informasiya blokadasını yardı. Məhz Heydər Əliyevin

bəyanatından sonra dünya ictimaiyyəti Bakıda baş verən qanlı hadisələrdən xəbər tutdu.

Tədbirdə İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə idarəsinin rəisi Qulamrza Qılıcxan,

Qafqaz Müsəlmanları İdarəsinin İran nümayəndəliyinin rəhbəri Şamil Rəsulov, Tehran ictimaiyyətinin

nümayəndələri, ziyalılar və digərləri çıxış edərək müasir dünyada müsəlmanlara qarşı aparılan yanlış siyasətdən

danışıblar.

Sonda ehsan süfrəsi açılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Page 455: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

455

Azərbaycanın Pekindəki səfirliyində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

(20 yanvar 2016)

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində 20 Yanvar faciəsinin

ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə qanlı Yanvar şəhidlərinin xatirəsi

bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov vurğulayıb ki, 20 Yanvar hadisələri müasir tariximizdə ən

faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsidir. Sovet rəhbərliyinin azadlıq uğrunda

mübarizəyə qalxmış Azərbaycan xalqını silah gücünə susdurmaq niyyəti kütləvi insan tələfatı ilə nəticələnsə də,

xalqımızın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. İyirminci əsrin sonunda dövlət müstəqilliyini bərpa

edən Azərbaycan böyük inkişaf yolu keçərək, güclü dövlət olmağı bacardı.

Səfir L.Qəndilov bildirib ki, həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev faciənin ertəsi günü

həyatını təhlükəyə ataraq Azərbaycanın daimi nümayəndəliyinə gəldi, qanlı qırğını törədənləri pisləyən kəskin

bəyanatla çıxış etdi və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Təəssüf ki, bu qanlı cinayətin baş

verməsində günahkar olanlar bir müddət məsuliyyətdən kənarda qaldı, hadisəyə hüquqi-siyasi qiymət verilmədi.

Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar

faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlandı, hadisə öz hüquqi-siyasi qiymətini aldı.

Tədbirin sonunda qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunub. Bundan başqa, tədbir

iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən kitablardan ibarət sərgiyə baxıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Page 456: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

456

Türkmənistanda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

(20 yanvar 2016)

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilib.

Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad

edilməsi ilə başlanıb.

Səfirliyin müvəqqəti işlər vəkili Zəbi Axundov çıxış edərək 1990-cı il yanvarın 20-də sovet ordusu

tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə Azərbaycanda dinc sakinlərə qarşı törədilmiş cinayətlər

haqqında geniş məlumat verib. Qeyd edib ki, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyev

Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək və ilk dəfə bu hadisəni törədən cinayətkarların

adlarını açıq şəkildə bəyan edib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar

şəhidlərinin ailələrinə xüsusi qayğı və diqqət göstərilməsindən söhbət açıb.

Z.Axundov ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan

xalqının üzləşdiyi digər qanlı faciələrə dair bir çox sənədlərin nəşr olunduğunu və hazırda Prezidenti İlham

Əliyev tərəfindən bu istiqamətdə fəaliyyətin davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, bu faciələrlə bağlı

Heydər Əliyev Fondu tərəfindən də bir çox sənədli materialların hazırlanıb.

Anma mərasimində çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən törədilmiş faciənin

Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu, Vətənin azadlığı uğrunda canından keçən

şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər.

Sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş olunub. Səfirliyin zalında Azərbaycan

xalqına qarşı törədilmiş hərbi cinayəti əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılıb.

Mərasim iştirakçılarına səfirlik tərəfindən hazırlanmış xüsusi fotoalbom, habelə xalqımızın üzləşdiyi bu

və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış materiallar

paylanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

Page 457: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

457

20 Yanvar şəhidlərinin xatirəsi Moskvada da anıldı

(20 yanvar 2016)

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda baş vermiş

faciəli hadisələrin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə xarici dövlətlərin səfirləri,

Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki barelyefi önünə, həmçinin

faciə qurbanlarının siyahısı həkk olunmuş stendin qarşısına çiçəklər düzdülər.

Anım tədbirində qonaqlara rus və ingilis dillərində məlumat verildi, 26 il əvvəl törədilmiş qanlı

hadisələrin xronikası açıqlandı. Sovet imperiyası hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın

insanların, o cümlədən uşaqların, qadınların və qocaların gülləbaran edilməsi, xalqın azadlıq ruhuna qarşı

yönəlmiş bu təcavüz nəticəsində 147 nəfərin şəhid olduğu, 638 vətəndaşımızın yaralandığı diqqətə çatdırıldı.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar hadisələri haqqında

ətraflı məlumat verərək bildirdi ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç bir zaman silinməyəcək, faciə

zamanı şəhid olanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Diplomat Bakıda sovet qoşunlarının

dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, tankların içərisində adamlar olan avtomobilləri əzib keçməsindən,

təcili yardım maşınlarının, binaların, yoldan keçənlərin gülləbaran olunmasından da söz açdı.

Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımından və bu

hadisələrə ədalətli qiymətin verilməsində xüsusi rolundan da danışdı. Xatırlatdı ki, Heydər Əliyev Bakıda baş

verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejiminin

hakimiyyətdə olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gəldi, siyasi bəyanatla çıxış etdi. Yanvarın 20-də Bakıda baş verən hadisələri sovet

rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pislədi. Bu, Azərbaycan xalqının adından

bütün dünyaya səsləndirilən bir bəyanat idi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Page 458: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

458

Ankarada 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

(20 yanvar 2016)

Azərbaycanın Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi

keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimləri, elm və incəsənət

adamları, Ankaradakı təhsil müəssisələrinin kollektivləri, ictimaiyyət, diaspor və KİV nümayəndələri, bu

şəhərdə təhsil alan tələbə və müdavimlərimiz iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan, iki qardaş ölkənin dövlət himnləri

səsləndikdən sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirildi.

Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım

günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü

olduğunu qeyd edən səfir Faiq Bağırov 1990-cı il yanvarın 20-də dinc əhalinin qətlə yetirildiyini, lakin bu

hadisənin xalqımızın iradəsini qıra bilmədiyini və bu azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz

müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edib,

hadisənin əsl mahiyyətini dünya birliyinə çatdırıb. Ulu Öndərimizin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycan

Respublikası Milli Məclisi 20 Yanvarın Ümumxalq Hüzn Günü elan olunması barədə qərar qəbul edib.

Daha sonra tədbir iştirakçıları Qanlı Yanvarı əks etdirən fotosərgi ilə tanış olublar.

Sonda iştirakçılara “İrs-Miras” jurnalı və 20 Yanvar faciəsi ilə bağlı nəşrlər təqdim olunub.

Türkiyənin nüfuzlu “Yeniçağ”, “Milliyət” və “Daily Sabah” qəzetlərində səfir Faiq Bağırovun 20 Yanvar

faciəsinə həsr olunan məqalə və müsahibəsi dərc olunub. Həmin materiallarda diqqətə çatdırılır ki, 1990-cı ilin

20 yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həmin gün xalqımızın tarixində şərəf səhifəsidir.

Vətəndaşlarımız torpaqlarımızı erməni təcavüzündən qorumaq və milli azadlığımız uğrunda mübarizəyə

qalxaraq Azərbaycan xalqının həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qaldı. 20

Yanvar hadisələri ərəfəsində sovet rejimi rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində

erməniləri dəstəkləyən xüsusi idarəetmə tətbiq edildi. Məqalə və müsahibələrdə, həmçinin keçmiş Sovet

ittifaqının süquta doğru getdiyi bir dövrdə hadisələrin xronologiyası, xalqımıza qarşı tətbiq edilən ikili

standartlardan geniş şəkildə bəhs olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Page 459: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

459

Azərbaycan-Gürcüstan FM radiosu 20 Yanvar faciəsi barədə məlumatlar yayıb

(20 yanvar 2016)

Gürcüstanda Azərbaycan dilində yayımlanan Azərbaycan-Gürcüstan FM (AGFM) radiosu 20 Yanvar

faciəsi ilə əlaqədar xəbərlər, o cümlədən, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun müsahibəsini

yayımlayıb.

X.Əzizov 20 Yanvar faciəsinin səbəbləri, Azərbaycan tarixindəki yeri, bu faciəyə siyasi qiymət

verilməsində ulu öndər Heydər Əliyevin xidmətləri barədə dinləyicilərə məlumat çatdırıb. Bildirib ki, sovet

imperiyasının xalqların azadlıq istəyini boğmaq istiqamətindəki bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və

gürcü xalqları müstəqilliyinə qovuşublar.

Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarının heç zaman unutmurlar. Şəhidlərimizin qanı bahasına

qazanılan müstəqillik böyük bir imperiya üzərində əldə olunan şanlı zəfərdir.

Paytaxt Tbilisi ilə yanaşı, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Tetrisgaro,

Rustavi, Qardabani rayonlarında yayımlanan radionun əsas məqsədi Gürcüstan vətəndaşı olan azərbaycanlıları

məlumatlandırmaq, onların gürcü cəmiyyətinə inteqrasiyasına kömək göstərməkdir.

AZƏRTAC

Page 460: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

460

Buxarestdə Qanlı Yanvar faciəsinin 26-cı ildönümü qeyd edilib

(20 yanvar 2016)

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi

keçirilib.

Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, səfirliyin və SOCAR-ın Rumıniya

nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin, Azərbaycan-

Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının

üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciədən bəhs edən qısametrajlı

film nümayiş olunub.

Tədbirdə çıxış edən səfir F.Abdinbəyov 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycan xalqına

qarşı törətdiyi bu qanlı cinayət barədə ətraflı məlumat verib. Dinc və silahsız əhalinin vəhşicəsinə qətlə

yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmin hadisələrə Azərbaycan xalqının ümummilli

lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və sovet rəhbərliyinə qarşı açıq

etirazın bildirildiyini vurğulayıb.

Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz

Rumıniyadakı dövlət strukturları və qeyri-hökumət təşkilatlarında yayılıb. Rumıniyanın “AGERPRES”

agentliyinin internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr yerləşdirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Page 461: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

461

Sofiya Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

(21 yanvar 2016)

Yanvarın 20-də Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Sofiya Universiteti nəzdində fəaliyyət

göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə bu universitetdə 20 Yanvar faciəsi ilə

bağlı tədbir keçirilib.

Tədbirdə Sofiya Universitetinin rəhbərliyi, müəllimləri, KİV nümayəndələri, o cümlədən ölkəmizdə

müxtəlif illərdə təhsil almış Bolqarıstan vətəndaşları, bu ölkədə oxuyan azərbaycanlı tələbələr, səfirliyin

əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad

edilib.

Müvəqqəti işlər vəkili Mahir Cəfərov çıxışında bildirib ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi

iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından

hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet

ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb oldu. Onlarla mülki

şəxs amansızcasına öldürüldü, yüzlərlə insan yaralandı.

M.Cəfərov diqqətə çatdırıb ki, 20 Yanvar xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə

milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Diplomat faciəyə Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə siyasi-hüquqi qiymət verildiyini

vurğulayıb.

Tədbirdə, həmçinin III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Bolqarıstanın Bəstəkarlar

İttifaqının üzvü, məşhur dirijor Kiril Lambov, ölkəmizdə 1950-1970-ci illərdə təhsil almış professorlar

G.Georgiyev və Ç.Hakov çıxış ediblər.

K.Lambov Bakıda olarkən Şəhidlər xiyabanını ziyarət etdiyini söyləyib, bu əzəmətli kompleksin onda

yaratdığı təəssüratdan uzun müddət ayrıla bilmədiyini qeyd edib. Baş vermiş faciənin miqyasını və

amansızlığını əyani şəkildə hiss etdiyini deyən K.Lambov bu faciənin dünya ictimaiyyəti tərəfindən yetərincə

qiymətləndirilmədiyini vurğulayıb.

Bakıda təhsil alan G.Georgiyev və Ç.Hakov ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb, Azərbaycan

xalqının tolerantlığından, qonaqpərvərliyindən söz açıblar. Onlar qanlı 20 Yanvar faciəsinin tarixdə misli

görünməmiş bir hadisə olduğunu söyləyiblər.

Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin rəhbəri xanım S.Şıgayeva və Bolqarıstanda yaşayan

Azərbaycan diasporunun nümayəndələri çıxışlarında Vətəndən uzaqda yaşadıqlarına baxmayaraq, bu qanlı

faciəni böyük kədər hissi ilə xatırladıqlarını qeyd ediblər.

Sonda Lider Televiziya tərəfindən hazırlanmış “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş

etdirilib.

Page 462: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

462

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Page 463: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

463

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Serbiyada da yad edilib

(21 yanvar 2016)

Azərbaycanın Serbiyadakı səfirliyində qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi

keçirilib.

Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun

üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-

Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, təhsil alan

azərbaycanlı tələbələr, jurnalistlər və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

20 Yanvar qırğınını əks etdirən fotoguşə ilə tanış olan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir

dəqiqəlik sükutla yad ediblər.

1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin

Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən söhbət açan ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov azadlığı,

müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə

gülləbaran edilməsindən danışıb. Faciə zamanı onlarla insanın qətlə yetirildiyini və yüzlərlə insanın isə

yaralandığını deyən E.Həsənov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvar 21-də Azərbaycanın

Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayıb. Qeyd edib ki,

həmin hadisələrə müstəqil Azərbaycan dövləti tərəfindən məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi

qiymət verilib. Səfir faciə zamanı milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın

yaddaşında əbədi yaşayacağına əminliyini bildirib.

Sonda “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilib.

Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar hadisələrinin səbəb və nəticələrini özündə əks etdirən məlumat

toplusu, eləcə də Azərbaycan ombudsmanının faciə ilə bağlı bəyanatı xarici ölkələrin Belqraddakı səfirliklərinə,

beynəlxalq təşkilatların nümayəndəliklərinə, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatlarına

göndərilib və yerli KİV-lərdə yayılıb.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Page 464: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

464

Bosniya və Herseqovinada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

(21 yanvar 2016)

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi tərəfindən qanlı Yanvar faciəsinin

26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Bosniya və Herseqovina - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, türk diasporasının

nümayəndələri, ziyalılar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər o dəhşətli gecədə təpədən-dırnağadək silahlanmış sovet ordusunun əsgərləri

tərəfindən Azərbaycanda törədilmiş cinayətdən danışıb, ölkəmizin azadlığı uğrunda küçələrə çıxmış dinc

sakinlərə qarşı törədilmiş vəhşiliyi insanlığa qarşı cinayət adlandırıblar. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın

20-də konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhali, Azərbaycanın azadlığı,

müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladları vəhşicəsinə gülləboran edilib.

Vurğulanıb ki, bu faciə zamanı onlarla insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb. Ümummilli lider

Heydər Əliyev 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet

rəhbərliyinə qarşı açıq etiraz edib. Qanlı yanvar hadisələrinə Ulu öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi

qiymət verilib.

Çıxışçılar milli azadlıq yolunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin xalqımızın yaddaşında əbədi

yaşayacağını bildiriblər.

Sonda tədbir iştirakçıları bu faciənin dəhşətlərini əks etdirən fotostend və materiallarla tanış olublar,

eləcədə “Qanlı yanvara aparan yol” sənədli filmini izləyiblər.

Diplomatik nümayəndəlik tərəfindən 20 yanvar faciəsi ilə bağlı geniş pres-reliz və Azərbaycan

ombudsmanının bəyanatı xarici dövlətlərin Bosniya və Herseqovinada akkreditə olunmuş diplomatik

nümayəndəliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, bu ölkənin bir sıra dövlət qurumlarına və

qeyri-hökumət təşkilatlarına göndərilib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Page 465: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

465

Haaqada 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub

(21 yanvar 2016)

Azərbaycanın Niderlanddakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş fotosərgi

təşkil olunub.

Niderland ictimaiyyətinin təmsilçilərinin, Leyden Universiteti tələbələrinin, bu ölkədəki Azərbaycan

diaspor təşkilatı üzvlərinin də qatıldığı sərgidə 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Sərgi çərçivəsində Leyden Universitetinin müxtəlif ölkələrdən olan tələbələri, eləcə də digər ziyarətçilər

üçün Niderland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilmiş Niderland-Azərbaycan Əməkdaşlıq

Platformasının, Benilüks Azərbaycanlıları Konqresinin, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin, “Ana Vətən”

Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbərliyi və təmsilçiləri ilə birgə “dəyirmi masa”lar keçirilib.

“Dəyirmi masa”larda xalqımızın müstəqillik mübarizəsi tarixinə həkk olunmuş 20 Yanvar faciəsindən

söhbət açılıb, həmin tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə

aparan xalqımızın birliyi, həmrəyliyi günü olduğunu bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Page 466: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

466

Romada 20 Yanvar milli fəxarət və qəhrəmanlıq günü kimi yad edilib

(21 yanvar 2016)

Romadakı La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və

Tədqiqatlar Mərkəzində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) vitse-prezidenti Məryəm Mehdiyevanın

moderatorluğu ilə keçirilmiş tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad

olunub.

Tədbiri açan Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti,

professor Daniel Pommier bildirib ki, tarixə nəzər saldıqda azadlıq uğrunda gedən mübarizədə xalqlarımızın

şəhidlər verdiyinin şahidi oluruq. Azərbaycanın müstəqillik tarixi barədə artıq İtaliya ictimaiyyətinin də

məlumatlı olduğunu bildirən D.Pommier 20 Yanvar gecəsi həyatını itirmiş insanların əziz xatirəsinin ehtiramla

yad edib.

Azərbaycanın İtaliyadakı müvəqqəti işlər vəkili Vüqar Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən

gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusunun heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilərək

Azərbaycan xalqına vəhşicəsinə divan tutmasından danışıb. Bildirib ki, tariximizin ən qanlı səhifələrindən biri

olan 20 Yanvar faciəsi zamanı onlarla insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb. Bakıdakı bu faciə

Azərbaycanda Sovet rejiminin süqutunu daha da sürətləndirdi, xalqımızın Sovet İttifaqına qarşı dirəniş göstərən

ən mübariz xalq olduğunu nümayiş etdirdi.

V.Hacıyev qeyd edib ki, Tbilisi, Vilnüs kimi Bakıda da öz müstəqilliyi uğrunda ayağa qalxmış silahsız

xalq sovet rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz əlaməti olaraq dinc yolla nümayiş keçirirdi. Bu, həmin

illərdə azadlıq mübarizəsinə qalxmış xalqlar arasında ən çox şəhid verən Azərbaycan xalqının əzminin

göstəricisi idi. Bakıdakı izdihamdan qorxan Sovet hökuməti günahsız insanları susdurmaq üçün bu cür qanlı

yola əl atdı, lakin istəyinə nail ola bilmədi. Belə ki, şəhidlərimizin qanı bahasına müstəqilliyimizi bərpa etdik.

20 Yanvar qanlı hadisələrlə yanaşı, Azərbaycanın tarixinə fəxr və qəhrəmanlıq səhifəsi kimi də yazılıb. O deyib:

“Sovet hökumətinin həmin gecə Bakıya 30 min əsgər yeritməsinə baxmayaraq, səhər saatlarında xalq küçələrə

axışaraq böyük izdihamla şəhidlərini dəfn etmək üçün toplaşıb. Bu, ədalətsiz rejimə qarşı meydan oxumaq idi”.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi

Şurasının dəstəyi ilə ərsəyə gəlmiş “Şuşa qalası” filminin təqdimatı olub.

Şuranın əməkdaşı Toğrul Məmmədli çıxış edərək azərbaycanlı tələbələrin xaricdə təhsil aldıqları

universitetlərdə, iştirak etdikləri tədbirlərdə ölkəmizlə bağlı həqiqətləri, o cümlədən 20 Yanvar faciəsi haqqında

məlumatları təbliğ etməkdə fəal olmağa çağırıb. Bildirib ki, dövlətimiz gənclərimizin bu kimi tədbirlər

keçirməsinə hər zaman dəstək olur. Şura da öz növbəsində müvafiq istiqamətdə irəli sürülən təşəbbüslərə dəstək

olmağa hər zaman hazırdır. Azərbaycan reallıqlarının təbliği hər bir azərbaycanlı gəncin borcudur.

Page 467: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

467

AİGA-nın həmsədri Emin Rüstəmov, “Şuşa qalası” filminin rejissoru Nihad İsa, İtaliyadakı Rəqs

Missiyası Assosiasiyasının prezidenti Raissa Salaxova çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın

azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyiblər.

Qeyd edilib ki, 20 Yanvar xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qürur və iftixar

hissi ilə xatırlanacaq.

Sonda “Şuşa qalası” filmi nümayiş edilib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Page 468: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

468

20 Yanvar şəhidlərinin xatirəsi tanınmış Los-Anceles muzeyində anılıb

(21 yanvar 2016)

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım

mərasimi təşkil edib.

Mərasim Los-Ancelesin tanınmış muzeylərindən olan Vende Muzeyində keçirilib. Vende Muzeyi “Soyuq

müharibə” illəri ilə bağlı nadir eksponatların nümayiş olunduğu muzeylərdən biridir.

Mərasimdə ATƏT-in Minsk qrupunun 2001-2004-cü illərdə ABŞ-dan olan həmsədri səfir Rudolf Perina,

Los-Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin diplomatları, elm və mədəniyyət xadimləri, yerli

universitetlərin əməkdaşları, icma üzvləri və digərləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları Qara Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin icraçı

direktoru Castin Cəmpol Vende Muzeyinin belə bir önəmli tədbirə ev sahibliyi etməsindən qürur hissi

keçirdiyini vurğulayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək 20 Yanvar hadisələri barədə

məlumat verib və həmin hadisələr zamanı sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın

amansızcasına qətlə yetirildiyini qeyd edib. Diplomat ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra

Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləməsini diqqətə çatdırıb və

bunun Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırdığını bildirib.

Baş konsul qeyd edib ki, bu qəddarlığı həyata keçirən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını

boğmaq niyyətində olsa da, öz məqsədinə çata bilməyərək tam iflasa uğradı və Azərbaycan dövlət müstəqilliyini

tezliklə bərpa etdi.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan baş

konsul Azərbaycanın mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib və

ölkəmizin müstəqilliyinin güclü və dönməz xarakter aldığını diqqətə çatdırıb.

Sonra çıxış edən amerikalı keçmiş diplomat, Kaliforniyanın San Dieqo Universitetinin (UCSD)

professoru Ceyms Koyl bu hadisənin tarixi önəmindən danışaraq Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun

başlanğıcını qoyduğunu vurğulayıb.

Çıxışlardan sonra baş konsulluq tərəfindən hazırlanmış “Qara Yanvar: Azərbaycanın azadlığına gedən

yol” adlı sənədli film nümayiş olunub. Həmçinin, CNN televiziya kanalının faciə ilə bağlı reportajı göstərilib.

Tədbirin sonunda klassik bəstəkarların həzin ruhlu əsərlərindən nümunələr səsləndirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Los-Anceles

Page 469: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

469

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Seulda anılıb

(21 yanvar 2016)

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi paytaxt Seulda 20 Yanvar faciəsinin ildönümünə həsr

olunmuş tədbir keçirib.

Koreyanın ictimai-siyasi xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, bir sıra ali

təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının

üzvlərinin iştirak etdikləri anım mərasimi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad

edilməsi ilə başlayıb.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov 20 Yanvar faciəsi ilə bağlı tədbir

iştirakçılarına məlumat verib.

Səfirliyin müşaviri Vaqif Cəfərov 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə danışıb,

dünya ictimaiyyətinin faciə ilə bağlı nümayiş etdirdiyi mövqe barədə məlumat verib.

V.Cəfərov keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər olayların digər

respublikalarda da törədildiyini qeyd edib, miqyası və qəddarlığına görə ən dəhşətlisinin isə məhz Azərbaycanda

baş verdiyini vurğulayıb.

Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı film və fotolar nümayiş etdirilib, faciə ilə

əlaqədar broşür və məlumat vərəqələri paylanılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

Page 470: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

470

Meksika, Peru, Kolumbiya qəzetlərində 20 Yanvar faciəsi haqqında məqalələr dərc edilib

(21 yanvar 2016)

İyirmi Yanvar faciəsinin ildönümü ilə əlaqədar Meksikanın tanınmış “Milenio” qəzetində Azərbaycanın

bu ölkədəki səfiri İlqar Muxtarovun “Qara Yanvar” adlı məqaləsi dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə hər il yanvarın 20-nin

Azərbaycanda və bütün dünyada azərbaycanlılar tərəfindən milli matəm günü kimi anıldığı qeyd olunub. 1990-

cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun böyük bir kontingentinin Sovet İttifaqı Kommunist

Partiyasının keçmiş baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya hücum etdiyi, bu hərbi müdaxilə nəticəsində

147 mülki şəxsin öldürüldüyü, yüzlərlə insanın yaralandığı bildirilib.

M.Qorbaçovun orduya göstəriş verərək Bakıda vəziyyəti tam nəzarətə götürmək istədiyi oxucuların

diqqətinə çatdırılıb. Bununla yanaşı, məqalədə sovet qoşunlarının 1956-cı ildə Budapeştə və 1968-ci ildə

Praqaya daxil olduqları kimi Bakıya da eyni qəddarlıq, azğınlıqla girdiyi qeyd edilib.

Müəllif İkinci Dünya müharibəsində yüz minlərlə qurban vermiş Azərbaycan üçün bu qanlı aktın vahid

Sovet İttifaqının və dost sovet xalqları ailəsinin sonu demək olduğunu diqqətə çatdırıb. Nəticədə minlərlə

kommunistin öz partiya biletini açıq şəkildə yandırdığını, veteranların öz qəhrəmanlıqları ilə qazandıqları hərbi

təltifatlarından imtina etdiklərini və qanlı 20 Yanvar hadisələrindən sonra Sovet İttifaqını tərk etməyin

Azərbaycan üçün yalnız vaxt məsələsi olduğunu vurğulayıb.

Həmçinin Qanlı Yanvarın SSRİ-nin sonu üçün bir başlanğıc olduğu və bu hadisələrin müstəqil

Azərbaycan Respublikasının yaradılması üçün ölkədə milli azadlıq hərəkatı, digər siyasi proseslərin inkişafına

səbəb olduğu oxucuların diqqətinə çatdırılıb.

Faciənin baş verməsindən artıq 26 il keçməsinə baxmayaraq, bu vaxta qədər SSRİ Kommunist

Partiyasının rəhbərlərindən heç kimin məsuliyyətə cəlb edilmədiyi bildirilib. Həmçinin azərbaycanlıların

müstəqil dövlət qurmaq yolunda həyatlarını qurban verdikləri və bu insanların daim xatirələrdə yaşayacaqları

vurğulanıb.

x x x

Azərbaycanın Meksikadakı və eyni zamanda Peru və Kolumbiyadakı səfiri İlqar Muxtarovun Perunun

nüfuzlu “El Peruano“ qəzetində “Qara yanvarın xatirəsi”, Kolumbiyanın tanınmış mətbu orqanlarından olan “El

Espectador” qəzetində “Azərbaycan müstəqilliyə yol açmış “Qara Yanvar”ı yad edir” sərlövhəli məqalələri də

dərc edilib.

“Qara yanvarın xatirəsi” adlı məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin,

M.Qorbaçovun göstərişi ilə Bakıya qoşun yeridilməsi, müstəqillik tələbi ilə ayağa qalxmış dinc Azərbaycan

əhalisinə amansızcasına divan tutulmasından bəhs edilib, faciənin tarixi-siyasi səbəbləri göstərilib.

Page 471: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

471

Hər il olduğu kimi, Qara Yanvarın 26-cı ildönümündə də faciə qurbanlarının xatirəsinin həm

Azərbaycanda, həm bütün dünya azərbaycanlıları tərəfindən ehtiramla yad edildiyini bildirən müəllif

müstəqilliyə gedən yolun Azərbaycan xalqı üçün əzabsız və qurbanlarsız başa gəlmədiyini diqqətə çatdırıb.

Bu faciənin hər il yad edilməsinin həm də gələcəkdə dünyanın heç bir yerində belə faciələrin

təkrarlanmaması məqsədinə xidmət etdiyi məqalədə vurğulanıb.

“Azərbaycan müstəqilliyə yol açmış “Qara Yanvar”ı yad edir” sərlövhəli məqalədə isə Qanlı Yanvarın

26-cı ildönümü, onun tarixi-siyasi səbəbləri və Azərbaycanın müasir tarixindəki əhəmiyyəti haqqında səfirin

fikirlərindən bəhs edilir.

Azərbaycan səfiri Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi M.Qorbaçovun əmri ilə Bakıya

yeridilmiş ordunun dinc əhaliyə divan tutaraq bununla əslində kommunist rejimini xilas etməyə və

Azərbaycanın müstəqillik hərəkatının qarşısını almağa cəhd etdiyini bildirib.

Məqalədə 20 Yanvarın yalnız faciə və matəm günü olmadığı, eyni zamanda, onun Azərbaycanın

müstəqilliyinin bərpası istiqamətində mühüm tarixi hadisə olduğu diqqətə çatdırılıb.

AZƏRTAC

Page 472: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

472

Brüsseldə “Qara Yanvar avropalı rəssamların gözü ilə” sərgisi təşkil edilib

(21 yanvar 2016)

Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Belçikada yaşayan azərbaycanlı rəssam Əli Seyran

İmanzadənin birgə təşkilatçılığı ilə Brüsseldə “Qara Yanvar avropalı rəssamların gözü ilə” adlı sərgi və anım

mərasimi təşkil edilib.

Mərasim 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın

dövlət himni səsləndirilib və qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial, eyni zamanda, belçikalı

rəssamlar Stefan de Blok, Maaike Beuten, Kito Sino, Boris Metçinski və əslən azərbaycanlı Əli Seyran

İmanzadənin faciəyə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi 20 Yanvar

şəhidlərinin ölkəmizin müstəqilliyi uğrunda canlarından keçdiklərini vurğulayıb, bu günün müasir Azərbaycan

tarixində dönüş nöqtəsi olduğunu qeyd edib.

Səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim

mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı

hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat veriblər. Onlar sovet ordusunun

törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyini, Azərbaycanda müstəqillik

hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib, doğma Vətənin hazırkı inkişaf mərhələsində

o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirin sonunda Belçikadakı türk icmasının nümayəndəsi, Gent Türk Ocağının sabiq rəhbəri Rəcəb

Tüncər Sarı çıxış edərək 20 Yanvar faciəsinin bütün türk dünyasının anım günü olduğunu bildirib və bu

ölkədəki türk icması adından Azərbaycan xalqına başsağlığı verib.

Mərasim Brüssel Kral Konservatoriyasının musiqiçiləri, skripkaçı Daniel Bartos və pianoçu Guilio

Cilonanın ifasında səslənən həzin Azərbaycan musiqisinin sədaları altında davam edib.

Tədbirdə Belçikada yaşayan Azərbaycan və türk icmalarının təmsilçiləri, KİV nümayəndələri,

azərbaycanlı tələbələr, səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları, ailə üzvləri iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Page 473: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

473

20 Yanvar faciəsi İordaniya mətbuatının diqqət mərkəzində

(21 yanvar 2016)

İyirmi Yanvar hadisələri ilə bağlı həqiqətlərin İordaniya ictimaiyyətinə çatdırılması məqsədilə yerli

mətbuatda məqalələr dərc edilib.

Azərbaycan səfirliyi tərəfindən yanvarın 20-də İordaniyanın nüfuzlu KİV-lərindən olan “Əl-Ray”, “Əl-

Dustur” və “Əl-Diyar” qəzetlərində, habelə “Əl-Uruba” xəbər agentliyində “Azərbaycan bu ay 1990-cı il sovet

təcavüzünün ildönümünü qeyd edir" və “Keçmiş sovet rejiminin Azərbaycana qarşı təcavüzünün ildönümü ilə

əlaqədar Azərbaycan səfirliyinin bəyanatı” adlı yazılar verilib.

Bəyanatda Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əməli qətiyyətlə pislənməklə yanaşı, bildirilir

ki, yanvarın 20-də Azərbaycan xalqının milli müstəqillik hərəkatında mühüm mərhələ olan Qanlı Yanvar

faciəsinin 26-cı ildönümü tamam olur. Bu, keçmiş Sovet İttifaqı rəhbərlərinin imperiyanı saxlamaq naminə öz

xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları və qoşunu Azərbaycanın Bakı şəhərinə daxil

olaraq günahsız insanlara hücum edib, uşaqlara, qadınlara və qocalara fərq qoymadan xeyli sayda insanı qətlə

yetirib. Bu qanlı hadisələr zamanı təxminən yüzlərlə dinc sakin yaralanıb, yüzlərlə insan həbs edilərək fiziki

təzyiqə və işgəncələrə məruz qalıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan

1990-cı ilin 20 yanvarı tarixə həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşüb.

Yazılarda bildirilir ki, bu qanlı müdaxilənin məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq

və kommunist rejiminin məhvinin qarşısını almaq idi. Sovet rəhbərliyi bütün cəhdlərə baxmayaraq, xalqın

azadlıq mübarizəsini dayandıra bilmədi və bu hadisədən cəmi iyirmi ay sonra Azərbaycan öz müstəqilliyini

bərpa etdi. Qara Yanvar Sovet İttifaqının rəhbərləri tərəfindən törədilən terrordan qorxmayan insanların əsl

mərdlik və mübarizlik nümunəsinə çevrildi. Qanlı Yanvardan 26 il keçməsinə baxmayaraq hər bir azərbaycanlı

dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Vətənin azadlığı uğrunda canlarından keçmiş

qəhrəmanları böyük hörmət və ehtiramla anır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

Page 474: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

474

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Praqada fotosərgi açılıb

(21 yanvar 2016)

Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı ilə Praqanın Karl Universitetində

“Müstəqilliyə aparan yol: Azərbaycan və Litva” adlı fotosərginin açılışı olub.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Litvanın bu ölkədəki səfiri və

Azərbaycan Tələbə Şəbəkəsinin Çexiya filialının rəhbəri Eldar Vəliyev çıxış ediblər.

Səfir F.Şəfiyev 1990-cı ilin 20 Yanvar faciəsi haqqında toplantı iştirakçılarına məlumat verib, faciəvi

hadisələrin tarixindən söhbət açıb.

Fevralın 3-dək davam edəcək sərgi qeyd olunan ölkələrin xalqlarının müstəqillik mübarizəsinin

yatırılması məqsədilə keçmiş sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş

amansız cinayətlərdən bəhs edir. Sərgidə, həmçinin 1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə qarşı

törədilmiş qırğını əks etdirən fotolar da yer alıb.

Sərginin açılış mərasimində yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan icmasının üzvləri və tələbələr

iştirak ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Page 475: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

475

Küveyt qəzetləri 20 Yanvar faciəsindən bəhs edir

(21 yanvar 2016)

Xalqımızın müstəqillik tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar

Küveyt mətbuatında məqalələr dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, gündəlik ərəb dilində nəşr olunan

“Əl-Nahar” qəzetində “Azərbaycan səfirliyi: 20 Yanvar Azərbaycan tarixində şanlı səhifədir”, “Əl-Ray”

qəzetində “Azərbaycan səfirliyi: Bakıya hücum insan hüquqlarının ən dəhşətli şəkildə pozulmasıdır”, “Əl-

Kuveytiyyə” qəzetində isə “Azərbaycan səfirliyi: Qara Yanvar hadisələrindən 26 il keçir” adlı məqalələrdə

faciənin tarixi haqqında məlumat verilir.

Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-in

konstitusiyalarının müvafiq müddəalarının, beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu qeyd

olunur. Bununla yanaşı, keçmiş sovet ordusu kontingentinin və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən

Bakı şəhərinə yeridildiyi vurğulanır. Torpaqlarının müdafiəsinə qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan

tutulması barədə ətraflı məlumat verilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş

vəhşiliklər nəticəsində 147 nəfərin öldürüldüyü, yüzlərlə insanın yaralandığı diqqətə çatdırılır. Öldürülənlər

arasında ən azyaşlı uşağın 7, gəncin 16 və qocanın 80 yaşlarında olduğu qeyd edilir. Bununla yanaşı, yaralı

insanları xəstəxanalara daşıyan təcili tibbi yardım avtomobillərinin, hətta xəstəxanaların tanklardan və

avtomatlardan atəşə tutulduğu vurğulanır.

Məqalələrdə hər il yanvarın 20-də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda

etmiş şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyi bildirilir. Həmçinin 100

minlərlə insanın onların şərəfinə salınmış Şəhidlər xiyabanını ziyarət etdiyi, bu qanlı hadisənin və şəhidlərimizin

xatirəsinin yaddaşlardan heç zaman silinməyəcəyi qeyd olunur.

AZƏRTAC

Page 476: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

476

Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

(21 yanvar 2016)

Azərbaycan Evi və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Berlindəki “İmam Rza” məscidində

20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə “İmam Rza”

məscidinin axundu Hacı Cəmaləddin 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən törədilmiş qəddarlıq aktı

nəticəsində şəhid olmuş Vətən övladlarının ruhuna Qurandan ayələr oxuyub.

Daha sonra “Azadlığa gedən yol” adlı sənədli film nümayiş etdirilib. Filmdə əksini tapmış faciəli

hadisələr iştirakçılar tərəfindən müzakirə olunub.

Anım mərasimində 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların

xatirəsi ehtiramla yad edilib, ehsan süfrəsi açılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Page 477: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

477

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Atırauda anım mərasimi təşkil edilib

(21 yanvar 2016)

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində

fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti 20 Yanvar şəhidlərinin xatirəsinə həsr

olunan anım mərasimi keçirib.

Mərasimdə Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayət rəhbərinin müavini Yerkin Kadırqaliyev,

vilayətdə yaşayan digər milli-mədəni cəmiyyətlərin üzvləri, ictimaiyyət nümayəndələri, yerli kütləvi

informasiya vasitələrinin nümayəndələri, soydaşlarımız iştirak ediblər.

Azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək ölkəmizin

azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar

faciəsinin başvermə səbəbləri haqqında məlumat verib. O, 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi

iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara

havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş

xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində baş vermiş faciə haqqında

məlumat verib.

Tədbirdə Y.Kadırqaliyev, Atırau vilayətindəki almanların milli-mədəni cəmiyyətinin sədri Dumler

Aleksadr Filipoviç, koreyalıların milli-mədəni cəmiyyətinin sədri Li Lyudmila Valentinovna, Atırau vilayətində

nəşr olunan “Prikaspiyskaya komuna” qəzetinin redaktoru Monastırskaya Lyubov Mixaylovna çıxış edərək bu

faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulayıb və Azərbaycan

xalqının yanında olduqlarını qeyd ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirilib.

Mərasimin sonunda 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub, ehsan verilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Atırau

Page 478: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

478

Almaniya qəzeti 20 Yanvar faciəsindən yazır

(21 yanvar 2016)

Almaniyanın “Teltower Stadt-Blatt” qəzetində 20 Yanvar faciəsindən bəhs edən “147 qurbanın anılması”

adlı məqalə dərc olunub.

Məqalədə qeyd edilir ki, Azərbaycanda dinc nümayişçilərin azad və demokratik dövlətçilik tələbinə qarşı

o zamankı sovet ordusu odlu silah və tanklarla cavab vermiş, nəticədə 147 mülki azərbaycanlı həlak olmuş,

xeyli sayda insan yaralanmışdır. Sovet hakimiyyəti törətdiyi bu qırğınla dağılmaqda olan imperiyada xalqların

azadlıq arzusunu boğmaq niyyətində idi. Məqalədə, həmçinin vurğulanır ki, o zamanlar erməni separatçıları

Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ayırmağa və Ermənistana birləşdirməyə çalışırdılar, 250 min

azərbaycanlı isə öz yurd-yuvasını tərk etməyə məcbur edilmişdi.

Məqalədə 20 Yanvar hadisələrinin 26-cı ildönümü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyində

keçirilmiş anım tədbiri barədə də məlumat verilir. Bildirilir ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz

Şahbazov çıxışında 20 Yanvar cinayətini 1953-cü ildə o zamankı Almaniya Demokratik Respublikası, 1956-cı

ildə Macarıstan, 1968-ci ildə o zamankı Çexoslovakiyada azadlıq hərəkatlarının silah gücünə yatırılması ilə

müqayisə edib.

Qeyd olunur ki, tədbirdə çıxış edən Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa

İnstitutunun rəhbəri Matias Dornfelt Azərbaycanın müstəqillik illərindəki uğurlarından bəhs edib, Azərbaycanı

keçmiş sovet respublikaları arasında iqtisadi cəhətdən ən inkişaf respublikalardan biri adlandırıb. Məqalədə

M.Dornfeltin Azərbaycandakı dini tolerantlığı və multikultural mühiti yüksək qiymətləndirdiyi vurğulanır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Page 479: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

479

“Batumi Post” və “Adjara” qəzetlərində 20 Yanvar faciəsindən

bəhs edən məqalələr dərc olunub

(22 yanvar 2016)

Batumidə geniş oxucu kütləsinə malik “Batumi Post” və "Adjara" qəzetlərində Azərbaycanın bu şəhərdəki

baş konsulu Rəşad İsmayılovun 20 Yanvar faciəsindən bəhs edən məqalələri dərc olunub.

Məqalələrdə qeyd olunur ki, 1990-cı ilin qanlı yanvarı kimi tanınan hadisələr respublika üzərində Sovet

nəzarətinə son qoyan qığılcım oldu və bütün dünya azərbaycanlılarının yaddaşına Azərbaycan xalqına qarşı ən

qəddar, zorakı və qeyri-insani hadisələrdən biri olaraq həkk edildi.

20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs edən baş konsul diqqətə çatdırır ki,

1980-ci illərin sonlarında Sovet İttifaqında cərəyan edən hadisələr, ermənilərin Azərbaycana qarşı əsassız ərazi

iddialarına sovet rəhbərliyi tərəfindən ikili standart tətbiq edilərək Ermənistanın haqsız iddialarına dəstək

verməsi və buna etiraz əlaməti kimi Azərbaycan xalqının meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq

göstərməsi totalitar sovet rejimi tərəfindən amansız qətliamın törədilməsinə səbəb oldu.

Bildirilir ki, bu qanlı hadisə azərbaycanlıları öz müstəqillik yolundan döndərə bilmədi və Azərbaycan

1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşdu.

Oxuculara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə hadisə

qurbanlarına "20 Yanvar şəhidi" fəxri adı verilib. Azərbaycan xalqı şəhidlərin xatirəsini daim əziz tutur və hər il

yanvarın 20-də Bakı şəhərinin ən yüksək hissəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edir.

Məqalənin tam mətni “Batumi Post” qəzetinin internet saytında da yerləşdirib. http://batumipost.com/752/

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

Page 480: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

480

Özbəkistanın podrobno.uz portalında 20 Yanvar faciəsi haqqında məqalə yayılıb

(22 yanvar 2016)

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə podrobno.uz

portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə yayılıb.

Məqalədə deyilir ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə qəhrəmanlıq simvolu kimi daxil olub.

Müstəqillik və ərazi bütövlüyü uğrunda küçələrə çıxan dinc əhali həmin gün keçmiş SSRİ ordusunun təpədən-

dırnağadək silahlanmış əsgərləri ilə qarşılaşıb. Bir gecənin içində Bakı küçələrində heç bir günahı olmayan

qocalar, qadınlar, uşaqlar qətlə yetirilib. Keçmiş SSRİ-nin o vaxtkı rəhbərləri Bakını qan içində boğub.

Məqalədə həmin gecə qəddarlıqla qətlə yetirilən şəhidlərin, yaralıların və itkin düşənlərin sayı haqqında

da məlumat verilir.

Qeyd edilir ki, 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” adı

təsis edilib.

Bildirilir ki, 20 Yanvar günü o vaxtdan qəhrəmanlıq rəmzi kimi qeyd edilir. Həmin gün Azərbaycan xalqı

Dağüstü Parkdakı Şəhidlər xiyabanını ziyarət edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Page 481: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

481

Çarlz Universitetində “Azadlığa gedən yol: Azərbaycan, Litva” adlı sərgi açılıb

(22 yanvar 2016)

Praqada fəaliyyət göstərən Çarlz Universitetində “Azadlığa gedən yol: Azərbaycan, Litva” adlı fotosərgi

açılıb. Yanvarın 20-dən fevralın 2-dək davam edəcək sərgi Azərbaycan Tələbə Şəbəkəsi və universitetin fəlsəfə

fakültəsi tərəfindən təşkil olunub.

Sərgidə Bakıda 1990-cı il 20 Yanvar, Vilnüsdə 1991-ci il 13 yanvar hadisələrinin əks olunduğu otuzdan

artıq foto yer alıb.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çarlz Universitetinin

professorları və Praqada təhsil alan Azərbaycan, gürcü və çex tələbələr iştirak ediblər.

Çarlz Universitetinin fəlsəfə fakültəsinin xarici əlaqələr departamentinin rəhbəri Daniel Soukup deyib ki,

belə sərgilərin təşkili çex xalqının dünyanın başqa hissələrində sovet boyunduruğu əleyhinə baş qaldırmış

hərəkatlar barədə məlumatlandırılmasında mühüm rol oynayır.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Bakıda törədilmiş və sovet əsgərləri tərəfindən 140-dan

artıq insanın öldürülməsi ilə nəticələnən Qanlı Yanvar faciəsi haqqında məlumat verib. O deyib ki, bu gün belə

sərgilərin təşkili azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş insanların unudulmadığını bir daha

təsdiq edir.

Litvanın Çexiyadakı səfiri Edvilas Raudonikis azadlıq və müstəqillik uğrunda aparılan mübarizələrin və

həmin mübarizələrin əks olunduğu belə sərgilərin təşkilinin önəmini qeyd edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Page 482: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

482

ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc edilib

(22 yanvar 2016)

ABŞ-da çıxan “Jewish journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin

20 Yanvar faciəsi ilə bağlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqının başına gətirilən

dəhşətli hadisələrdən bəhs edilir. Qeyd olunur ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun böyük

kontingenti Azərbaycanın milli azadlıq hərəkatının qarşısını almaq üçün paytaxt Bakıya yeridildi. Yüzlərlə

sülhməramlı nümayişçi qətlə yetirildi. Biz həmin gün canlarını qurban verən müsəlmanların və xristianların

xatirələrini dərin ehtiramla anırıq və heç zaman həmin günləri unutmayacağıq.

Məqalədə 20 Yanvar hadisələrində 16 yaşlı gənc yəhudi Vera Bessantinanın, Yan Meyeroviçin,

Aleksandr Markhevkanın həlak olmasından da bəhs edilir. Müəllif Bakı və Qubadakı sinaqoqlarda bu həftənin

hər günündə xüsusi xidmətin fəaliyyət göstərdiyini, dağ yəhudilərinin faciə qurbanlarını yad etdiklərini

vurğulayır.

Yazıda Qanlı Yanvarın SSRİ-nin sonu üçün bir başlanğıc olduğu və bu hadisələrin müstəqil Azərbaycan

Respublikasının yaradılması üçün ölkədə milli azadlıq hərəkatı, digər siyasi proseslərin inkişafına səbəb olduğu

oxucuların diqqətinə çatdırılır.

AZƏRTAC

Page 483: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

483

ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələrinin ildönümləri ilə bağlı bəyanatla çıxış edib

(4 fevral 2016)

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümləri

ilə bağlı ABŞ Konqresində bəyanatla çıxış edib.

Konqresmen D.Peyn bəyanatında 1990-cı il yanvarın 20-də Sovet ordusunun dinc nümayiş keçirən mülki

şəxslərə hücum etdiyini və nəticədə onlarla insanın öz həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycanın

işğal olunmuş ərazisində yerləşən Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və

uşaqların da olduğu 600-dən çox dinc sakinin qətlə yetirildiyini bildirib.

Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırışlar əks olunub.

Sonda konqresmen Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi

olduğunu vurğulayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Page 484: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

484

Astanada 20 Yanvar faciəsi ilə bağlı fotosərgi keçirilib

(14 yanvar 2017)

Qazaxıstanın paytaxtı Astanada “Qara Yanvar – müstəqilliyə doğru yol” adlı fotosərgi keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil edilən sərgi bu ölkənin Birinci Prezidenti Nursultan

Nazarbayevin Kitabxanasının Muzeyində baş tutub. Sərgi muzeyin “Mədəniyyət vasitəsilə dialoq” adlı

beynəlxalq layihəsi çərçivəsində nümayiş etdirilib.

Yanvarın 20-dək fəaliyyət göstərəcək sərginin fotoları АZƏRTAC tərəfindən təqdim edilib.

Sərginin açılışında ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatının nümayəndələri və diasporun

fəalları iştirak ediblər. Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin Kitabxanasının Muzeyinin

direktoru Beysinbay Jumabekov deyib ki, bu tədbir bir daha onu göstərir ki, Qanlı Yanvar faciəsinin

qurbanlarının xatirəsi unudulmayıb. Qazaxıstanda baş vermiş Jeltoksan hadisələrinin və 20 Yanvar faciəsinin

qardaş xalqların müstəqilliyi, dövlətçiliyinin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərin misilsiz

qəhrəmanlıqlarının, vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğu bu sərgidə bir daha öz

təsdiqini tapıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxışında bildirib ki, bu tarix Azərbaycan xalqının

mübarizə tarixində ən şanlı səhifələrdən biridir. Odur ki, hər bir azərbaycanlının borcu Vətənin azadlığı uğrunda

canından keçən şəhidlərin xatirəsini daim yad etməkdir.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Nümayiş olunan fotoşəkillərdən də əyani görünür ki, Azərbaycan

xalqı bu ağrılı günlərdən mərdliklə çıxıb və tariximizdə silinməz izlər qoyub. Keçmiş sovet dövlətinin

hərbçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır

cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə kimi hər bir fotoda öz əksini tapıb. Milli azadlığı, ölkəsinin

ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə

günahsız insanın qətlə yetirilməsi və yaralanması, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar

mahiyyəti bütün dünyaya bir daha nümayiş etdirilir.

İlahə Əhmədova

АZƏRTAC-ın xüsusi müxbiri

Astana

Page 485: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

485

Tbilisidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

(18 yanvar 2017)

Gürcüstan paytaxtındakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinə

həsr olunmuş tədbir keçirilib.

Muzeyin foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi açılıb.

Tədbirdə Tbilisidəki 164 nömrəli məktəbin azərbaycanlı və gürcü şagirdləri, müəllimlər və ictimaiyyət

nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin direktoru Leyla Əliyeva

iştirakçılara 1990-cı il yanvarın 20-də Sovet ordusunun paytaxt Bakıda və bölgələrdə törətdiyi misli

görünməmiş qırğınlar barədə ətraflı məlumat verib. Sovet imperiyasının müstəqillik uğrunda mübarizəyə

qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyətini açıqlayıb. İmperiya qüvvələrinin 1990-

cı il aprelin 9-da Tbilisi şəhərində törətdiyi qırğınla 20 Yanvar faciəsi arasında müqayisələr aparıb.

Məktəblilərə Azərbaycanın və Gürcüstanın müstəqillik uğurundakı mübarizə tarixi barədə ətraflı məlumat

verib, onların suallarını cavablandırıb.

Sonra Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Muzeyin foyesindəki fotosərgi bir neçə gün ziyarətçilər üçün açıq olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Page 486: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

486

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Daşkənddə anım mərasimi keçirilib

(19 dekabr 2017)

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan

Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi

keçirilib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirliyin və mərkəzin əməkdaşları, Özbəkistanın ictimaiyyət,

elm, mədəniyyət xadimləri, Daşkənddəki universitetlərin tələbələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak

ediblər.

Mərasim iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsindən bəhs edən kitab və Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin “20 Yanvar faciəsi

uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olublar. Mədəniyyət Mərkəzinin foyesində şamlar yandırılıb,

qərənfillərdən hazırlanan və şəhidlərin xatirəsinə həsr olunan ekspozisiya nümayiş etdirilib.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı

səfiri Hüseyn Quliyev çıxış edərək XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi

soyqırımlardan danışıb, 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında məlumat verib. Səfir deyib ki, 1990-

cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq

edilmədən Bakıya yeridilib, tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o

cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı,

digər xalqların nümayəndələri də olub.

Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün

və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə

gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz

əlaməti olaraq kommunist partiyası sıralarından çıxdığını bəyan edib.

Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini

bütün dünyaya sübut edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov sovet

imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləyib. O, 20 yanvar tarixinin

Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi mühüm mərhələ olduğunu vurğulayaraq, yanvar şəhidlərinin

Azərbaycanın istiqlala qovuşmasında müstəsna xidmətlərini qeyd edib.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

Anım mərasimində Özbəkistan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Milli Konservatoriyanın

kamera orkestri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan konsert-rekviyem təqdim edib. Rekviyemdə bir

sıra Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub.

Page 487: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

487

Qulu Kəngərli

АZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Page 488: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

488

Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub

(20 yanvar 2017)

Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi

keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qardaş ölkələrimizin dövlət

himnləri səsləndirilib.

Sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın

Topçu, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri

Nəcdət Ünüvar, Türkiyə Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Şefik Vural Altay,

qardaş ölkənin Azərbaycandakı keçmiş səfiri İsmail Alper Coşkun, professor Aygün Attar, tələbələr, kursantlar

çıxış ediblər.

20 Yanvar faciəsi barədə məlumat verən səfir Faiq Bağırov ümummilli lider Heydər Əliyevin

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu tarixi cinayəti

törədənləri ifşa etməsindən, sonrakı illərdə Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində hadisəyə

hüquq-siyasi qiymət verilməsindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Çıxışlarda diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının XX əsrdə qarşılaşdığı bütün

siyasi haqsızlıqlara kəskin etirazı idi. Milli azadlıq tələbi ilə çıxış edən xalq Dağlıq Qarabağın Azərbaycandan

qoparılması siyasətinə etiraz edərək küçə və meydanlara axışaraq haqq səsini ucaldıb. Azərbaycan xalqı dövlət

müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini əbədiyyətə qədər uca tutacaq.

Sonra Türkiyənin əmək və sosial təminat naziri Mehmet Müezzinoğlunun tədbir iştirakçılarına məktubu

oxunub.

Tədbirin sonunda iştirakçılar Qanlı Yanvar hadisələrinin əks etdirən sərgi ilə tanış olublar.

İştirakçılara "İrs" jurnalının nüsxələri və 20 Yanvar faciəsi ilə bağlı materiallar paylanılıb.

Sabir Şahtaxtı

АZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Page 489: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

489

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(20 yanvar 2017)

Azərbaycanın Fransadakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhidlərin xatirəsi anılıb, yanvar hadisələrinin tarixi əhəmiyyətindən danışılıb. Anım

mərasimində Azərbaycan səfirliyinin, UNESCO-dakı daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan

həmvətənlərimiz iştirak edib.

20 Yanvar hadisəsinin 27-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin memarlarından biri Əlimərdan

bəy Topçubaşovun Parisin San Klu məzarlığındakı məzarı önündə yad edilib. Səfirliyimiz və UNESCO

yanındakı daimi nümayəndəliyimizin adından Azərbaycanın ilk parlamentinin sədri Əlimərdan bəy

Topçubaşovun məzarı önünə əklillər qoyulub.

Azərbaycanın azadlığı uğrunda həyatından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışıb. Qeyd

edib ki, o dövrkü SSRİ rəhbərliyi xalqımızın azadlıq uğrunda mübarizədə ölümdən belə qorxmadığının şahidi

oldu. 20 Yanvar faciəsi xalqımızın müstəqillik istəyini boğmaq əvəzinə imperiyanın çökməsini sürətləndirdi.

Sovet rəhbərliyi faciənin miqyasını bütün dünyadan gizlətməyə cəhd etsə də, elə ölkənin özündə bu qanlı

cinayətə qarşı açıq etirazlar tüğyan etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev imperiyanın paytaxtında 20 Yanvar faciəsinə

kəskin münasibət bildirib və dinc insanlara qarşı atəş əmrini verənlərin cəzalandırılmasını tələb edib.

Ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Azərbaycan xalqının öz

cəsarəti və azadlıq arzusu ilə keçmiş SSRİ-nin digər xalqlarından fərqləndiyini bildirib. Xalqımızın öz taleyini

özü həll etdiyini, qanı bahasına müstəqilliyini qazandığını diqqətə çatdırıb.

Bildirib ki, məhz bu səbəbdən bu gün hər bir azərbaycanlı müstəqil, azad dövlətimizin keşiyindədir.

Anım mərasiminin iştirakçıları Azərbaycanın müstəqillik tarixinin şərəfli bir yol olduğunu vurğulayıblar.

Sonra tədbir iştirakçıları Ceyhun Hacıbəylinin qəbrini də ziyarət ediblər.

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Parisdəki səfirliyimizdə şəhidlərin ruhuna ehsan süfrəsi də

açılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Page 490: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

490

20 Yanvar şəhidlərinin xatirəsi Türkmənistanda yad edilib

(20 yanvar 2017)

Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsini anım

mərasimi keçirilib.

Mərasimdə səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan həmvətənlərimiz və ictimaiyyət

nümayəndələri iştirak ediblər.

Səfirliyin müşaviri çıxış edərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə

qarşı sovet qoşunlarının törətdiyi qətliam haqqında məlumat verib, Azərbaycan xalqının müstəqillik tarixində bu

günün önəmindən danışıb. Bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı xalqımızın haqlı

tələbinə qarşı törədilən bu qətliamın məqsədi xalqın milli azadlıq iradəsini qırmaq, onu başına gətirilənlərlə

barışmağa məcbur etmək idi. Həmin dövrdə respublika rəhbərliyinin xəyanətkarlığının heç də sovet

rəhbərliyindən geri qalmadığı diqqətə çatdırılıb. Mülki əhaliyə qarşı həyata keçirilən bu amansız qətliamı dünya

ictimaiyyətinə çatdıran, onun təqsirkarlarını açıq şəkildə tənqid edən məhz xalqımızın ümummilli lideri Heydər

Əliyevin olduğunu bildirən diplomat onun qətliamdan dərhal sonra ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı

nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransı barədə məlumat verib. 20 Yanvar hadisələrinə yalnız

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdıran müşavir

şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını bildirib.

Tədbir iştirakçıları çıxış edərək bu günün yalnız 1990-cı ilin 20 yanvar tarixində deyil, ümumilikdə

dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirə günü kimi çox dəyərli

olduğunu, hər bir azərbaycanlının ürəyində yaşadığını qeyd ediblər. Bu gün də Vətənimizin ərazi bütövlüyü

uğrunda şəhid verdiyimizi qeyd edən çıxışçılar xalqımızın azadlıq və dövlətçilik mübarizəsinin heç bir zaman

qırılmayacağını söyləyiblər.

Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgiyə və sənədli filmə

baxıblar.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

Page 491: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

491

Belarusda keçirilən anım tədbirində sovet ordusunun Azərbaycan

xalqına qarşı törətdiyi qətliam pislənilib

(20 yanvar 2017)

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci

ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdə səfirliyin əməkdaşları, Belarusda yaşayan

Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Səfirliyin müşaviri Zülfüqar Tanarverdi 20 Yanvar faciəsi ilə bağlı məlumat verib və həmin günün,

Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda

mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. O, həmin günlərdə bir çox dinc

sakinin sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildiyini vurğulayıb və şəhidlərimizin xatirəsinin hər il həm

ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda yad edildiyini bildirib. Z.Tanarverdi deyib ki, həmin

ağır günlərdə ümummilli lider Heydər Əliyev Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl

səs verdi. Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq

təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək təcavüzə kəskin etiraz bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu ittiham

etdi və qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21

yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Müşavir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha təsiredici şəkildə çatdırılmasında xaricdə

yaşayan həmvətənlərimizin fəallığının zəruri olduğunu bildirib. O, Belarusda yaşayan diaspor üzvlərinin bu

məqsədlə daim birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Sonda 20 Yanvar hadisələrinə həsr olunan sənədli film nümayiş etdirilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Page 492: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

492

Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar qurbanlarının nurlu xatirəsi anılıb

(20 yanvar 2017)

Yanvarın 20-də Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar qurbanlarının nurlu xatirəsi anılıb.

Əvvəlcə yanvarın 19-dan 20-nə keçən Bakıda həlak olmuş qəhrəmanların memorialı, habelə Azərbaycan

xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə əklil və gül dəstələri qoyulub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu matəm tədbirini açaraq 27 illik tarixi olan hadisələrə

qısa ekskurs edib. O vurğulayıb ki, bu faciəli tarix xalqımızın qan yaddaşından silinməyəcək.

Səfir bildirib ki, ölkəyə nəzarəti itirməkdə olan sovet rəhbərliyi o məşum gecədə dəhşətli qırğın törədib.

Qara Yanvar hadisələrindən sonra insanlar başa düşdülər ki, belə bir ölkədə yaşamaq olmaz. Səfir deyib:

“Azərbaycan bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmir. 20 Yanvar sovet rəhbərliyinin son

çırpıntıları idi”.

P.Bülbüloğlu vurğulayıb ki, başqa ölkələrdə, o cümlədən Rusiyada yaşayan azərbaycanlılar 1990-cı ilin

20 Yanvar faciəsini heç vaxt unutmamalıdırlar. O deyib: “Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan

xalqının böyük oğlu Heydər Əliyevin barelyefi qoyulub. Bu barelyef o dəhşətli hadisənin səhəri o vaxtlar

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi adlandırılan bu binaya gələn, sovet rəhbərliyini çox kəskin

pisləyən və bu hadisəni cinayət adlandıran Heydər Əliyevə ehtiramın əlamətidir. Bu addım çox böyük bir risk

idi. Heydər Əliyev Yanvar hadisələrinə qiymət verən və onları cinayət adlandıran ilk siyasi xadimdir”.

20 Yanvar qurbanlarının Bakıdakı Şəhidlər xiyabanında dəfn edildiyini bildirən Azərbaycan diplomatı

fikrini belə tamamlayıb: “Bakıya gələn bütün xarici nümayəndə heyətləri, o cümlədən Rusiya Federasiyasının

Prezidenti Şəhidlər xiyabanını ziyarət edir, əklil və güllər qoyurlar. Azərbaycan xalqı şəhidlərin xatirəsinə

ehtiramlı münasibəti yüksək qiymətləndirir”.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti, tibb elmləri doktoru, professor Fazil

Qurbanov bildirib ki, bu faciə heç vaxt yaddaşlardan silinməyəcək. O qorxunc günləri xalqa unutdurmaq

mümkün deyil.

Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı

Dmitri Savelyev bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək deyib: “Azərbaycan 1990-cı il

yanvarın 20-də əvəzolunmaz itkilər verib. Bu gün sözün həqiqi mənasında ümumxalq hüzn günüdür. Mən

Şəhidlər xiyabanında qəhrəmanların məzarları üstünə dəfələrlə gül qoymuşam və bu simalara diqqətlə

baxmışam. Həlak olanlar arasında gənclər lap çoxdur. Bu isə o deməkdir ki, onların övladları və nəvələri

doğulmadı. Bizim vəzifəmiz belə dəhşətli cinayətlərin və belə kədərli tarixlərin bir daha təkrarlanmaması üçün

səylərimizi əsirgəməməkdir”.

D.Savelyevin fikrincə, 20 Yanvar faciəsinə və başqa cinayətlərə hüquqi-siyasi qiymət verilməlidir.

Deputat deyib: “Zənnimcə, M.Qorbaçov etdikləri bütün əməllərə görə məhkəmədə cavab verməlidir”.

Page 493: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

493

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Page 494: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

494

20 Yanvar şəhidlərinin xatirəsi Monteneqroda yad edilib

(20 yanvar 2017)

Yanvarın 20-də Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı

tədbir keçirilib.

Tədbirdə Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin üzvləri, Monteneqrodakı

diplomatik korpusun nümayəndələri, bu ölkənin dövlət qurumlarının əməkdaşları, Türkiyənin Monteneqrodakı

səfiri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Monteneqro üzrə əlaqələndiricisi, Yunus Əmrə

İnstitutunun rəhbəri, Monteneqro dövlət radio və televiziyasının nümayəndələri, Monteneqroda təhsil alan

azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən nümayəndəliyin müşaviri Anar Əcəmov 20 Yanvar faciəsinin başvermə səbəbləridən,

Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən, nümayiş etdirdiyi qəhrəmanlıqdan bəhs edib.

A.Əcəmov Vilnyus, Tbilisi və Bakıda törədilmiş hadisələrin oxşarlığından danışıb, bunun Sovet İttifaqının

dağılmasının ilkin təzahürləri olduğunu deyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı

daimi nümayəndəliyindəki mətbuat konfransının tarixi əhəmiyyətinin olduğunu vurğulayıb.

Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə bu faciənin

ölkəmizin ərazi bütövlüyünə təcavüzün əleyhinə çıxan, azadlıq, müstəqillik uğrunda mücadilə aparan xalqın

inamını sarsıtmaq, iradəsini qırıb milli mənliyini məhv etmək məqsədilə törədilmiş qanlı terror aktı olduğunu

vurğulayıb. 20 yanvar tarixinin matəm günü olması ilə yanaşı, milli tariximizin şərəfli səhifəsi olduğunu

bildirib.

Tədbirdə, həmçinin Türkiyənin Monteneqrodakı səfiri Serhat Qalip çıxış edərək Azərbaycan xalqının bu

acı gününü birlikdə yaşadıqlarını, qardaş ölkənin müstəqillik uğrunda mübarizəsinin dünyanın digər xalqları

üçün fədakarlıq nümunəsi olduğunu bildirib.

Faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə Qanlı Yanvar hadisəsinə dair film nümayiş etdirilib.

Sonda iştirakçılara 20 Yanvar hadisəsinə dair diplomatik nümayəndəliyin press-relizi paylanıb.

20 Yanvar hadisələri Monteneqronun ən çox oxunulan CDM və Radio Yadran xəbərlər portallarında

geniş işıqlandırılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Page 495: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

495

Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

(20 yanvar 2017)

Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyində Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə

əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və Serbiya ictimaiyyətinin nümayəndələri

iştirak ediblər.

20 Yanvar qırğınını əks etdirən fotosərgi ilə tanış olan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini

birdəqiqəlik sükutla yad ediblər.

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 27 il əvvəl 1990-cı il yanvarın 20-də Sovet İttifaqı

Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən

danışaraq azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc

əhalinin vəhşicəsinə gülləboran edildiyini bildirib. Faciə zamanı 147- insanın qətlə yetirildiyini, 744 insanın

yaralandığını və yüzlərlə insanın həbs olunaraq təzyiqlərə məruz qaldığını deyən səfir 20 Yanvar faciəsinin

Azərbaycan xalqının imperiyaya qarşı azadlıq mübarizəsinin şərəf tarixi olduğunu vurğulayıb. O bildirib ki, bu

faciə zamanı Azərbaycan xalqının göstərdiyi şücaət Sovet rejiminin və totalitarizminin dağılmasına zəmin

yaradıb.

E.Həsənov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı

nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini və həmin hadisələrə müstəqil

Azərbaycanda məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

Tədbir iştirakçıları faciə zamanı milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın

yaddaşında əbədi yaşayacağına əminliklərini bildiriblər.

Həmçinin qeyd etmək lazımdır ki, Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ərəfəsində Serbiya

mətbuatında jurnalist Draqana Liliçin müəllifliyi ilə “Azərbaycanda faciəvi yanvar” adlı məqalə nəşr olunub.

Məqalədə 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunda silahlı erməni

quldurlarının törətdiyi cinayətlər, azərbaycanlıların regiondan qovulması və tarixi Azərbaycan torpaqlarının

qanunsuz şəkildə Ermənistana birləşdirmək cəhdlərinə, həmçinin SSRİ rəhbərliyinin baş verənlərə etinasız

münasibətinə etiraz edən dinc Azərbaycan sakinlərinin 20 yanvar 1990-cı il tarixində sovet qoşunları tərəfindən

gülləbaran edildiyi qeyd olunub, faciə barədə əhatəli məlumat verilib.

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Bosniya və Herseqovina

və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən də anım tədbirləri keçirilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Page 496: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

496

Page 497: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

497

Buxarestdə keçirilən anım mərasimində 20 Yanvar faciəsi qurbanları yad olunub

(20 yanvar 2017)

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi

keçirilib.

Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, səfirliyin əməkdaşları, “SOCAR

Petrolium SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan

İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə

Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsindən bəhs

edən qısametrajlı film nümayiş olunub.

Tədbirdə çıxış edən səfirliyin müşaviri İrfan Davudov 20 Yanvar faciəsi zamanı sovet qoşunları

tərəfindən törədilmiş vəhşiliklərdən danışıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin

xalqımızın yaddaşında əbədi yaşayacağını deyib.

Tədbirdə 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud

rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən

söhbət açılıb, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü

uğrunda mübarizə aparan silahsız Vətən övladlarının gülləbaran edilməsindən bəhs olundu. Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə

gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulanıb, həmin hadisələrə ilk dəfə siyasi-hüquqi

qiymətin Ulu Öndər tərəfindən verildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, səfirliyin təşəbbüsü ilə Rumıniyanın “Nine O'Clock” qəzetində, eləcə də Rumıniyanın

milli xəbər agentliyi olan “Agerpress”in internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr

yerləşdirilib.

Bununla yanaşı, səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks

etdirən mətbuat açıqlaması xarici ölkələrin Buxarest şəhərindəki səfirliklərinə və beynəlxalq təşkilatların

nümayəndəliklərinə, Rumıniyanın dövlət strukturlarına, qeyri-hökumət təşkilatlarına paylanılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Page 498: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

498

20 Yanvar şəhidlərinin xatirəsi Vyanada ehtiramla anılıb

(20 yanvar 2017)

Yanvarın 20-də Vyanada Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyi və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin

(AZER-DER) təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

AZER-DER-in rəhbəri Yardım Günəş 20-ci əsrin son qətliamlarından biri olan 20 Yanvar hadisələri

barədə danışıb. O, Sovet İttifaqının süqutu ərəfəsində müttəfiq respublikalarda baş qaldıran müstəqillik

meyillərinə qarşı sovet rəhbərliyinin əl atdığı amansız tədbirlərə toxunub. Qeyd edilib ki, Moskvanın

Azərbaycanda dinc və silahsız əhaliyə qarşı tətbiq etdiyi hərbi güc xüsusi amansızlığı ilə tarixin yaddaşına

düşüb. Sovet ordusu tərəfindən dinc sakinlərin qətlə yetirilməsi nəinki insanları qorxuda bildi, əksinə,

geridönülməz bir prosesə rəvac verdi. Vətənlərinin müstəqilliyi naminə qurban gedən şəhidlər insanların

qəlbində azadlıq qığılcımlarını daha da alovlandırdılar və Azərbaycanın milli müstəqilliyin bərpasına aparan

yolunu işıqlandırdılar. Qanlı Yanvar hadisələri nə qədər ağrılı və dəhşətli faciə olsa da, milli azadlıq tariximizdə

şərəf və qürur günü, qəhrəmanlıq salnaməsidir.

Mərasimdə çıxış edənlər öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan insanların göstərdiyi

fədakarlıqdan bəhs edib, bu qəhrəmanlığın gələcək nəsillər üçün bir örnək olduğunu qeyd ediblər.

Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Mərasimdə 20 Yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş

şəhidlərin ruhuna Quran oxunub, ehsan süfrəsi açılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Page 499: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

499

Mərakeşdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilib

(20 yanvar 2017)

Rabat şəhərində Mərakeş-Azərbaycan Dostluq qrupunun üzvlərinin, qeyri-hökumət təşkilatının

nümayəndələrinin, yerli ictimai-siyasi xadimlərin, V Məhəmməd Universitetinin müəllim heyətinin iştirakı ilə

20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”nın moderatoru olan

II Həsən Universitetinin professoru Kərimə Yatribi tədbir iştirakçılarını 20 Yanvar hadisələri zamanı

Azərbaycan xalqının başına gətirilən müsibətlər, sovet qoşunlarının Bakıya yeridilməsi zamanı dinc əhaliyə

qarşı törədilən qətliam və bu qanlı faciənin tarixi ilə bağlı məlumatlandırıb.

Səfirlik tərəfindən edilən məruzədə iştirakçıların diqqətinə çatdırılıb ki, 20 Yanvar hadisəsi Azərbaycan

tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bildirilib ki, 27 il əvvəl sovet ordusunun hücumu nəticəsində

qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, 147 nəfər şəhid olub, 700-dən artıq insan yaralanıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə

siyasi-hüquqi qiymət verilib, 20 Yanvar günü Ümumxalq Hüzn Günü elan edilib.

Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq qrupunun baş katibi Məhəmməd Faqiri Qanlı Yanvar

hadisələri zamanı təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun və erməni quldurlarının əliyalın və

dinc insanlara qarşı törətdiyi amansız vəhşiliklərin Mərakeş ictimaiyyəti tərəfindən pislənildiyini vurğulayıb,

dünya ictimaiyyətini bu hadisələrə hüquqi-siyasi qiymət verməyə çağırıb.

Keçmiş SSRİ-nin ali məktəblərinin mərakeşli məzunları ictimai birliyinin üzvü Fatimə Əl-Abdi öz

çıxışında faciədən 27 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının bu günü hər il dərin hüznlə andığını qeyd

edərək bu hadisələrin xalqın mübarizə əzmini qıra bilmədiyini qeyd edib.

V Məhəmməd Universitetinin professoru Hanan Larbi Mərakeş ictimaiyyətinin qardaş Azərbaycanla

həmrəy olduğunu bildirib, azərbaycanlılara qarşı törədilmiş qətliama beynəlxalq səviyyədə hüquqi qiymətin

verilməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.

Page 500: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

500

Berlində keçirilən tədbirdə 20 Yanvar qurbanlarının xatirəsi yad olunub

(20 yanvar 2017)

Berlində Azərbaycan Evinin və Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı, eləcə də

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar tədbir

keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni

səsləndirilib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək 20 Yanvar faciəsini tarixi və hüquqi-

siyasi aspektlərdən təhlil edib. Səfir 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qan yaddaşında oynadığı

faciəvi rolu vurğulamaqla bərabər, həmin hadisələri Azərbaycan milli azadlıq hərəkatında qəhrəmanlıq

salnaməsi adlandırıb. Ramin Həsənov bildirib ki, Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni

separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yummasına etiraz edən, eləcə də öz

milli hüquqlarını tələb edən dinc əhalinin etiraz səsi silah gücünə susdurulmağa çalışılsa da, Azərbaycan xalqı

həmin dövrdə birlik və qətiyyət nümayiş etdirib, nəticədə dövlət müstəqilliyinin bərpasına nail olub.

Səfir bu gün Azərbaycanın müstəqil siyasət yürütdüyünü vurğulayıb. Əsası ümummilli liderimiz Heydər

Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin əldə

etdiyi nailiyyətlərdən danışıb.

Ermənistanın hərbi təcavüzünə toxunan səfir Azərbaycan xalqının dövlətimizin ərazi bütövlüyünün təmin

olunması üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirib.

Ramin Həsənov qeyd edib ki, xalqımız 20 Yanvar şəhidlərini hər zaman qürur və ehtiramla anır,

Azərbaycanın müstəqilliyi və suverenliyinin müdafiəsini şəhidlərin ruhu qarşısında özünün əsas mənəvi borcu

hesab edir.

Daha sonra Almaniyadakı Türk-Azərbaycan Birliyinin rəhbəri, Almaniya Bundestaqının keçmiş deputatı

Hakkı Kəskin və şairə Şərifə Cəfəriyyə çıxış ediblər.

Sonda 20 Yanvar hadisələrini nümayiş etdirən videoçarxlar nümayiş etdirilib.

Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, Almaniyanın elmi və ictimai

dairələrinin təmsilçilərinin, Almaniyada təhsil alan azərbaycanlı tələbələrin və gənc tədqiqatçıların, səfirliyin

əməkdaşlarının iştirak etdikləri tədbirdə şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Vüqar Seyidov

AZƏRTAC -ın xüsusi müxbiri

Berlin

Page 501: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

501

Nyu-Yorkda 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib

(21 yanvar 2017)

20 Yanvar faciəsinin 27-cü ildönümünün anım mərasimi ABŞ-ın Nyu-York şəhərində də keçirilib.

Tədbir Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən Əyyub Sultan Mədəniyyət Mərkəzində təşkil

olunub.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, türk, yəhudi və

ölkəmizin Nyu-Yorkdakı digər diaspor təşkilatlarının rəhbərləri, icma üzvləri, Azərbaycanın BMT yanında

daimi nümayəndəliyinin əməkdaşları və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni

səsləndirilib.

Mərasimdə Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zamina Mirhadiyeva, Azərbaycanın

BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Azərbaycan Nyu-York Assosiasiyası təşkilatının rəhbəri Ercan

Yerdələnli, “My Way Development” Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Baku Bruklin” Dostluq

Cəmiyyətinin rəhbəri Marietta Rozental çıxış ediblər.

Yaşar Əliyev 20 Yanvar faciəsinin Azərbaycan üçün yalnız matəm deyil, qürur və şərəf günü olduğunu

vurğulayıb.

Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli mərasimə qatılan iştirakçılara təşkilat

adından təşəkkürünü bildirib, onların birlik və həmrəylik nümayiş etdirməsinin önəmini vurğulayıb. O,

həmçinin Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Xocalı soyqırımı günü BMT qərargahı önündə mitinq keçirmək üçün icazə aldıqlarını bildirən Ercan

Yerdələnli həmin gün Erməni Missiyasi və BMT qərargahı qarşısında mitinq təşkil edəcəklərini elan edib.

Daha sonra dərnək üzvü olan Ferzane Qasımova 20 Yanvara həsr etdiyi şeiri oxuyub.

Tədbirdə "Əyyub Sultan Mədəniyyət Mərkəzi"ndə fəaliyyət göstərən ruhani tərəfindən dualar oxunub,

ehsan süfrəsi açılıb.

Yusif Babanlı

AZƏRTAC -ın xüsusi müxbiri

Vaşinqton

Page 502: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

502

Londonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

(21 yanvar 2017)

Londonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan dostluq və

mədəniyyət evinin təşkil etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub,

Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin səbəbləri və nəticələri

haqqında məlumat verib. Qeyd edilib ki, həmin dövrdə bir çox sovet ölkəsində oxşar hadisələr baş verib, lakin

bunlardan ən qanlısı demək olar ki, məhz Bakıda həyata keçirilib. Əvvəlcədən planlaşdırılmış bu qanlı hadisə

xalqımızın azadlıq əzminin sındırılmasına yönəldilmişdi. Lakin bu əməli törədənlər məqsədlərinə nail ola

bilmədilər və xalqımız öz azadlığını və müstəqilliyini qurbanlar bahasına geri almağa nail oldu.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacaq, çünki bizlər bu gün müstəqil və azad

yaşayırıqsa, bu, onların sayəsindədir.

Digər çıxış edənlər Azərbaycan evinin rəhbəri Əli Təkin Atalar, Britaniyada fəaliyyət göstərən “Aloff”

teatrının prodüseri Sənan Əliyev, azərbaycanlı hüquqşünas Kamran Balayev 1990-cı il 20 yanvar tarixində

Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan

xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açıblar, konstitusiya hüquqlarının bərqərar

edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən

övladlarının gülləbaran edilməsindən danışıblar.

Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib, ehsan süfrəsi açılıb.

Orxan İsmayılov

AZƏRTAC -ın xüsusi müxbiri

London

Page 503: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

503

Roma Sapienza Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi təşkil olunub

(21 yanvar 2017)

Azərbaycanın İtaliyadakı səfirliyi, Roma Sapienza Universiteti və İtaliya-Azərbaycan Gənclər

Assosiasiyasının birgə təşkilatçılığı ilə Sapienza Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümü

münasibətilə tədbir keçirilib.

İtaliyanın akademik dairələrinin, KİV-lərinin, Azərbaycan icmasının nümayəndələrinin, bu ölkədə təhsil

alan Azərbaycan və digər ölkələrdən olan tələbələrin iştirak etdiyi tədbirin əvvəlində 20 Yanvar faciəsinin

qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 20 Yanvar hadisəsinin acı

nəticələri barədə məlumat verib, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi

qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb, bu faciənin Azərbaycan

xalqının müstəqillik əzminin güclənməsinə təsirindən, ölkəmizin müstəqillik illərində keçdiyi yoldan bəhs edib.

Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier Sovetlər İttifaqının son illərində

mövcud siyasi prosesləri, 20 Yanvar faciəsi ətrafında baş vermiş hadisələri, bu faciənin Azərbaycandakı siyasi

vəziyyətə təsirini təhlil edib.

İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçısı Karlo Frappi 20 Yanvar faciəsindən

sonra Azərbaycanda baş vermiş hadisələr, ölkənin müstəqillik yolunda əldə etdiyi nailiyyətlər, Azərbaycanın

strateji əhəmiyyəti, multikulturalizm ənənələri, regional və beynəlxalq siyasəti, Avropa və İtaliya üçün

önəmindən danışıb.

İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının sədri Fərid Abbasov Azərbaycanın müstəqilliyi uğrunda

canlarını qurban vermiş şəhidlərimizin bütün Azərbaycan gəncliyi üçün nümunə olduğunu və onların xatirəsinin

hər zaman yaddaşlarda qalacağını deyib.

Asiman Əsədov

AZƏRTAC -ın xüsusi müxbiri

Roma

Page 504: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

504

20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda ehtiramla yad olunub

(21 yanvar 2017)

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci

ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, xarici qonaqlar, ziyalılar, iş

adamları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən səfir Rasim

Rzayev 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və ölkəmizin

azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib.

Rasim Rzayev bildirib ki, 1985-ci ildə SSRİ-yə rəhbərlik edən M.Qorbaçov Dağlıq-Qarabağı Azərbaycandan

ayırmaq və “böyük Ermənistan” qurmaq xəyalı ilə yaşayan erməni şovinistlərinə dəstək olub.

Səfir diqqətə çatdırıb ki, 20 Yanvar hadisələrindən dərhal sonra ümummilli lider Heydər Əliyev

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, burada jurnalistlər qarşısında verdiyi mətbuat

konfransında M.Qorbaçovun həyata keçirdiyi məkrli siyasətin ağır fəsadlarını açıqlayıb. Azərbaycan xalqının

Ümummilli Lideri 20 Yanvar faciəsinin əsl mahiyyətini ifşaedici faktlar əsasında dünya ictimaiyyətinə çatdırıb.

Sonra səfirliyin birinci katibi Mehdi Abdullayev və üçüncü katibi İmran Sadıxov, bu ölkədə yaşayan

həmvətənimiz Yaşar Vəliyev və başqaları 20 Yanvar hadisələri barədə fikir və mülahizələrini bölüşüblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, haqq işi uğrunda əzmlə mübarizə aparan Azərbaycan xalqı böyük bir mətanətlə

sovet tanklarının qarşısına çıxaraq milli iradəsini ortaya qoyub.

Səfirliyin ikinci katibi Elvin Xəlilli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı

il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatını oxuyub.

Rəsmi hissədən sonra iştirakçılar Qanlı Yanvarın dəhşətlərini təsvir edən foromateriallarla tanış olublar.

20 Yanvar – şəhidlərin xatirə günü ilə əlaqədar Azərbaycan Respublikası İnsan Hüquqları üzrə

Müvəkkilinin (Ombudsmanın) bəyanatı Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn və Oman xarici işlər

nazirliklərinə, o cümlədən Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib və orada

yayımlanıb.

20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində və

internet səhifəsində səfir Rasim Rzayevin ingilis və ərəb dillərində məqaləsi dərc olunub.

Sabir Şahtaxtı

AZƏRTAC -ın xüsusi müxbiri

Ər-Riyad

Page 505: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

505

20 Yanvar faciəsi Efiopiyada silsilə tədbirlərlə yad edilib

(21 yanvar 2017)

Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr

olunan silsilə tədbirlər keçirilib.

Əddis-Əbəbə şəhərindəki “Sebeta” görmə qabiliyyəti məhdud olan və gözdən əlil uşaqlar üçün xüsusi

məktəbdə xeyriyyə aksiyası təşkil olunub. Aksiya çərçivəsində uşaqlara Brayl əlifbası ilə çap olunmuş kitabların

oxunması üçün xüsusi avadanlıqlar və görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş ağ çəliklər hədiyyə

olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru Abera Mamo göstərilən qayğıya görə Azərbaycan Hökumətinə

dərin təşəkkürünü bildirərək, 2017-ci ildə Azərbaycan Respublikasının məktəbə yardım göstərən ilk ölkə

olduğunu xüsusi vurğulayıb. Direktor bu addımı məktəbdə təhsil alan şagirdlər üçün önəmli mənəvi dəstək kimi

qiymətləndirib. A.Mamo 20 Yanvar faciəsi haqqında məlumat verərək, bu faciədə həyatını itirmiş insanların

xatirəsinin şagirdlər üçün hər zaman əziz olacağını bildirib.

Sonra tədbirdə çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev 1990-cı il yanvarın 20-nin

ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını qeyd edib,

xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb.

Digər tədbir Efiopiyanın aparıcı təhsil ocağı sayılan və bu ölkənin bir çox yüksək səviyyəli dövlət

rəsmilərinin, o cümlədən Baş nazir Haylemaryam Desalenin məzun olduğu Milli Liderlik İnstitutunda təşkil

olunub.

Tədbirdə Əddis-Əbəbə, Dövlət İdarəçilik, St-Meri universitetlərinin və Afrika İttifaqı Liderlik

Akademiyasının müəllim və tələbə heyətləri, ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları və yerli jurnalistlər

iştirak ediblər. Səfir E.Abdullayev tədbirdə Qanlı Yanvar barədə təqdimatla çıxış edərək, 20 Yanvar

hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici rolundan bəhs edib. Səfir qanlı faciədən

dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın

Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini, təcavüzə kəskin etirazını bildirməsini, qanlı

faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsini xüsusi vurğulayıb.

Аsya Hacızadə

AZƏRTAC -ın xüsusi müxbiri

Əddis-Əbəbə

Page 506: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

506

Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

(21 yanvar 2017)

Yanvarın 21-də Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş

“Mübariz iki xalqın qəhrəmanlıq səhifələri” adlı tədbir keçirilib.

Universitetin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Səbinə Novruzzadənin təşkilatçılığı ilə

keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, bu ali təhsil ocağının rəhbərliyi,

professor və müəllim heyəti, azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.

Universitetin rektoru, professor Zauri Amilaxvari tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın

ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən S.Novruzzadə 20 Yanvar faciəsi ilə bağlı məlumat verib, həmin günün Azərbaycan tarixində

xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş

etdirən qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. O, həmin günlərdə bir çox dinc sakinin sovet ordusu

tərəfindən vəhşicəsinə qətlə yetirildiyini vurğulayıb və şəhidlərimizin xatirəsinin hər il həm ölkəmizdə, həm də

respublikamızın hüdudlarından kənarda yad edildiyini bildirib. Vurğulayıb ki, bu faciəli tarix xalqımızın qan

yaddaşından silinməyəcək.

Sonra Azərbaycan səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxış edərək deyib ki, 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlər – qocalar, qadınlar, uşaqlar, gənclər xüsusi amansızlıqla

qətlə yetirilib. Ancaq bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi. Şübhəsiz ki, 20 Yanvar tariximizdə ən

qanlı səhifələrdən biridir. Bununla belə, hamımız üçün olduqca əlamətdar gündür. Faciə xalqımızı sıx

birləşdirdi, nəticədə müstəqil hüquqi dövlət yarada bildik.

Diplomat xalqımızın müstəqillik mübarizəsindən, 20 Yanvar qətliamı barədə məlumatların dünya

ictimaiyyətinə çatdırılmasında, bu faciəyə siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin

xidmətlərindən danışıb.

Tarixçi alim Quram Marxuliya çıxış edərək Azərbaycan və gürcü xalqları arasındakı oxşar talelərdən,

müstəqillik uğurunda mübarizə tarixindən söz açıb, 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də

Bakıda törədilən qırğınlar arasında paralellər aparıb. Bildirib ki, imperiya qüvvələri bu faciələri törətməklə

xalqlarımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq istəyiblər. Lakin bütün cəhdlərə baxmayaq, hər iki

xalq öz müstəqilliyinə qovuşdu və bu gün dünya birliyində layiqli yerlərini tutub.

Alim bu cür anım tədbirlərində gənc nəslin nümayəndələrinin iştirakını yüksək dəyərləndirib, tələbə və

gəncləri dövlətin ətrafında sıx birləşməyə, xalqın şanlı tarixini dərindən öyrənməyə çağırıb. O vurğulayıb ki,

Tbilisidə və Bakıda törədilmiş qırğınların bir səbəbi də ermənilərin bizə qarşı irəli sürdükləri ərazi iddiaları ilə

bağlıdır.

Sonra jurnalist Nizami Məmmədzadə, Çingizxan Yaqubov, Aktiv Qadınlar Assosiasiyasının sədri

Gültəkin Mustafayeva, Cavaxişvili adına Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycanın

Page 507: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

507

dostları” klubunun əlaqələndiricisi Leyla Əmrahova və başqaları çıxış edərək Azərbaycan dövlətinin

inkişafından, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixindən söz açıblar.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Page 508: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

508

Gürcüstanda yaşayan azərbaycanlı tələbələr 20 Yanvar faciəsi ilə bağlı

məlumatlandırma aksiyası keçiriblər

(21 yanvar 2017)

İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetinin və İvane Cavaxişvili Dövlət Universitetinin

tələbələri yanvarın 21-də Gürcüstan paytaxtının mərkəzi küçə və prospektlərində, metrolarda 20 Yanvar faciəsi

barədə məlumatlandırma aksiyası keçiriblər.

Gürcüstanın Azərbaycanlı Tələbələr Birliyinin üzvləri olan gənclər 20 Yanvar faciəsindən bəhs edən və

gürcü dilinə tərcümə olunmuş broşür və açıqcalar paylayıb, şəhər sakinlərinə, turistlərə faciə barədə məlumat

veriblər.

Birliyin sədri Mustafa İsmayılov jurnalistlərə bildirib ki, aksiyanın məqsədi 20 Yanvar faciəsi barədə

insanlara daha dolğun məlumat vermək, tələbələri məlumatlandırmaq, bu yolla Azərbaycanın haqq səsini dünya

ictimaiyyətinə çatdırmaqdır. Bu cür tədbirlər davamlı olacaq və Gürcüstanın digər ali məktəblərində oxuyan

azərbaycanlı və gürcü tələbələr də bu cür aksiyalara qoşulacaqlar.

Gün ərzində tələbələr 300-dən çox broşür və açıqcalar paylayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Page 509: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

509

20 Yanvar faciəsinin ildönümü Yekaterinburqda qeyd edilib

(21 yanvar 2017)

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Yekaterinburqda anım tədbiri keçirilib. Azərbaycanın

Yekaterinburqdakı Baş konsulluğu tədbiri Ümumrusiya Azərbaycanlılar Konqresinin Sverdlovsk vilayətindəki

“Azərbaycan” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə birgə təşkil edib.

Tədbirdə vilayət və şəhər administrasiyası, ictimaiyyət, Azərbaycan diasporu nümayəndələri, mədəniyyət

xadimləri, bu şəhərdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, həmçinin Sverdlovsk vilayəti

qanunverici məclisinin deputatları Mixail Klemenko, Valentin Savelyev və başqaları iştirak ediblər.

20 Yanvar faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qanlı Yanvar” filmi

nümayiş etdirilib.

Baş konsulun səlahiyyətlərini müvəqqəti icra edən İlqar İsgəndərov tədbir iştirakçılarına 20 Yanvar

hadisələri haqqında məlumat verib. Qeyd edib ki, bu hadisələr faciəli olmaqla yanaşı, Azərbaycan xalqının

tarixində şanlı səhifədir. Faciə qurbanları heç vaxt unudulmayacaq.

Vurğulanıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini və milli-azadlıq ruhunu qıra bilməyib.

Tariximizdə həm hüzn, həm də qəhrəmanlıq səhifəsi olan bu gündə dünya ictimaiyyəti azadlıq uğrunda

mübarizədə xalqımızın sarsılmaz iradəsinin şahidi oldu.

Ural Federal Universitetinin professoru Aleksandr Nesterov baş vermiş hadisələrin səbəblərindən

danışaraq Azərbaycan xalqının qürurunu və gücünü vurğulayıb. Onun sözlərinə görə, ölkəmizin hüdudlarından

kənarda yaşayan azərbaycanlıların bu hadisə qurbanlarının xatirəsini yad etməsi xalqın böyüklüyünü sübut edir.

Çıxış edənlər Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifələrindən danışıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Page 510: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

510

20 Yanvar faciəsinin ildönümü Yekaterinburqda qeyd edilib

(21 yanvar 2017)

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Yekaterinburqda anım tədbiri keçirilib. Azərbaycanın

Yekaterinburqdakı Baş konsulluğu tədbiri Ümumrusiya Azərbaycanlılar Konqresinin Sverdlovsk vilayətindəki

“Azərbaycan” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə birgə təşkil edib.

Tədbirdə vilayət və şəhər administrasiyası, ictimaiyyət, Azərbaycan diasporu nümayəndələri, mədəniyyət

xadimləri, bu şəhərdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, həmçinin Sverdlovsk vilayəti

qanunverici məclisinin deputatları Mixail Klemenko, Valentin Savelyev və başqaları iştirak ediblər.

20 Yanvar faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qanlı Yanvar” filmi

nümayiş etdirilib.

Baş konsulun səlahiyyətlərini müvəqqəti icra edən İlqar İsgəndərov tədbir iştirakçılarına 20 Yanvar

hadisələri haqqında məlumat verib. Qeyd edib ki, bu hadisələr faciəli olmaqla yanaşı, Azərbaycan xalqının

tarixində şanlı səhifədir. Faciə qurbanları heç vaxt unudulmayacaq.

Vurğulanıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini və milli-azadlıq ruhunu qıra bilməyib.

Tariximizdə həm hüzn, həm də qəhrəmanlıq səhifəsi olan bu gündə dünya ictimaiyyəti azadlıq uğrunda

mübarizədə xalqımızın sarsılmaz iradəsinin şahidi oldu.

Ural Federal Universitetinin professoru Aleksandr Nesterov baş vermiş hadisələrin səbəblərindən

danışaraq Azərbaycan xalqının qürurunu və gücünü vurğulayıb. Onun sözlərinə görə, ölkəmizin hüdudlarından

kənarda yaşayan azərbaycanlıların bu hadisə qurbanlarının xatirəsini yad etməsi xalqın böyüklüyünü sübut edir.

Çıxış edənlər Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifələrindən danışıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Page 511: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

511

20 Yanvar faciəsi qurbanları İğdır şəhərində də ehtiramla yad olunub

(24 yanvar 2017)

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Türkiyənin İğdır şəhərində anım mərasimi keçirilib.

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə diplomatik

nümayəndəliyimizin əməkdaşları, İğdır vilayətinin valisi Ahmet Turgay Alpman, Əmniyyət müdiri Orhan

Çevik, bu bölgənin nüfuzlu şəxsləri, ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi

bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Sonra baş konsul Nuru Quliyev, vali Ahmet Turgay Alpman, Azərbaycan Dil, Tarix və Kültür Birliyini

Yaşatma və Dəstəkləmə Dərnəyinin rəhbəri Ziya Zakir Acar və dosent Nəzakət Hüseynqızının çıxışları

dinlənilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan ərazisinə qanunsuz daxil olan sovet ordu

birləşmələrinin törətdikləri ağır cinayətlərin səbəb, məqsəd və nəticələri barədə geniş məlumat verən baş konsul

Nur Quliyev diqqətə çatdırıb ki, məhz ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində hadisənin

əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi mümkün olmayıb. Sonrakı illərdə isə Ulu Öndərin birbaşa

təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilib.

Vali Ahmet Turgay Alpman deyib ki, xoş gündə də, kədərli vaxtlarda da Azərbaycanın yanında olan

Türkiyə xalqı 20 Yanvar hadisələrini böyük sıxıntı, ağır hüznlə qarşılayıb. Azərbaycan şəhidləri həmişə olduğu

kimi, bundan sonra da Türkiyədə böyük ehtiramla anılacaq.

Z.Acar və N.Hüseynqızı 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi

dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə etiraz edərək küçə və

meydanlara axışan xalq faciədən əvvəl böyük cəsarətlə öz milli iradələrini ortaya qoyduğu kimi heç bir qorxu

bilmədən eyni dəyanətlə də şəhidlərin dəfnində iştirak etmişdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

Page 512: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

512

Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(24 yanvar 2017)

Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi

keçirilib. Mərasimə Vaşinqtondakı diplomatik korpusun əməkdaşları, ABŞ-da yaşayan Azərbaycan icması və

yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, 1990-cı ilin yanvar günlərində Bakı və

ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə və sovet

hakimiyyətinin xalqımıza qarşı həyata keçirdiyi qanlı qırğın haqqında məlumat verib. O, sovet imperiyasının

süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli, mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb.

Faciənin baş verdiyi günləri xatırlayan E.Süleymanov həmin vaxt özünün Moskvada ali təhsil aldığını

bildirib və bu qanlı faciəyə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə

soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri vurğulayıb. O, ümummilli lider Heydər

Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs edib, onun

Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin

soydaşlarımıza verdiyi mənəvi dəstəyi və bunun Azərbaycanın müstəqilliyinə aparan hadisə olduğunu diqqətə

çatdırıb.

Daha sonra Azərbaycan diasporunun fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin dünyadakı bütün

azərbaycanlıları ayağa qaldırdığını, o cümlədən ABŞ-da Azərbaycanın diaspor nümayəndələrinin keçmiş SSRİ-

nin səfirliyi qarşısında etiraz aksiyası keçirdiklərini xatırlayıb və bunu milli oyanışın, həmrəyliyin mühüm amili

kimi qeyd edib.

Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna ehsan verilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Page 513: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

513

ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verilib

(24 yanvar 2017)

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri konqresmen Stiv Kohen 20 Yanvar faciəsinin

27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycanda Qara Yanvar kimi anılan faciənin kommunizm zülmündən qurtuluş, ölkəmizin

müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəni təcəssüm etdirdiyi deyilir.

Konqresmen Kohen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda güclənən müstəqillik

hərəkatını boğmaq məqsədilə SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş sovet ordusunun dinc nümayiş

keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə arasında qadın və uşaqların da olduğu 130-dan çox insanın

qətlə yetirildiyini, habelə yüzlərlə insanın yaralandığını və itkin düşdüyünü bildirib.

Bəyanatda sovet rəhbərliyinin 20 Yanvar faciəsini törətməklə ittifaqa daxil olan digər dövlətlərdəki

müstəqillik tərəfdarlarını da ruhdan salmağa çalışdığı vurğulanıb.

Konqresmen Kohen sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, 20 Yanvar faciəsinin Azərbaycan

xalqını daha da səfərbər etdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini

bəyan edib.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, Avropa

dövlətlərinin və İsrailin enerji təhlükəsizliyinə töhfə verdiyini, habelə ölkəmizdə demokratik dəyərlərin və azad

bazar iqtisadiyyatının bərqərar olduğunu vurğulayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Page 514: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

514

Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

(16 yanvar 2018)

20 Yanvar faciəsi qurbanlarının xatirəsi qonşu Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları

Marneuli rayonunda ehtiramla anılıb.

Marneuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə

keçirilən tədbirdə ziyalılar, ictimaiyyətin nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Daha sonra Marneuli şəhərinin meri Teymur Abasov çıxış edərək Azərbaycan və gürcü xalqlarının

müstəqillik yolundakı mübarizlik tarixindən söz açıb, Bakıda 20 Yanvar və Gürcüstanda eyni ssenari əsasında

baş vermiş 9 Aprel hadisələri arasında paralellər aparıb. Mer hər iki ölkənin ərazilərinin işğal olunduğunu xüsusi

qeyd edib, bu torpaqların tezliklə azad olunacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına

qayıdacaqlarına ümidvar olduğunu bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov isə faciənin başvermə səbəbləri, acı nəticələri barədə

məlumat verib. Bu qanlı faciəyə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, siyasi qiymət

verildiyini bildirib.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımların atıldığını

qeyd edən diplomat Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə böyük hörmət və

ehtiramla yanaşıldığını, ailələrinə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Səfir 20 Yanvar hadisələrinin həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq səhifəsi olduğunu bildirib.

Tədbirdə, həmçinin Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və başqaları çıxış edərək 20 Yanvar

və 9 Aprel hadisələrindən danışıblar.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Page 515: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

515

20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub

(18 yanvar 2018)

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri

olan San-Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində Qara Yanvar faciəsinin 28-ci ildönümü

ilə əlaqədar geniş tədbir keçirilib.

Tədbiri açan San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar

faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın

amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin

təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını ədalətsizlik adlandırıb.

Sonra çıxış edən Tomas Cefferson Hüquq Məktəbinin dekanı Joan Ballok faciənin dəhşətlərindən

danışaraq, bu hadisənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində önəmli rol oynadığını vurğulayıb.

Baş konsulluğun əməkdaşı Orxan Rüstəmli çıxış edərək Qara Yanvar hadisələrinin Azərbaycanın azadlığı

və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb.

Diplomat ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gedərək burada qətliamı kəskin şəkildə pislədiyini, törədilən bu dəhşətli cinayəti antihumanist,

konstitusiyaya və hüquqazidd hərəkət adlandırdığını qeyd edib. O.Rüstəmli Azərbaycanın üzləşdiyi faciələrin

Qara Yanvar ilə bitmədiyini qeyd edərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik

təmizləmə siyasətindən bəhs edib.

Sonra San-Dieqo şəhərində fəaliyyət göstərən amerikalı jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət

və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi Raul Loueri

Kontreras çıxış edərək, 20 Yanvar hadisələrinin həmin dövrdə ölkəmizdə milli-azadlıq hərəkatını boğmaq,

Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə kommunist rejimi tərəfindən həyata keçirilən hərbi

təcavüz və cinayət olduğunu diqqətə çatdırıb və bunu bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş qanlı

terror aktı adlandırıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Page 516: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

516

Danimarkadakı “Vətən” Cəmiyyəti 20 Yanvar faciəsinin

ildönümü ilə əlaqədar bəyanat yayıb

(18 yanvar 2018)

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar

bəyanat yayıb və BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına və insan hüquqları üzrə ali komissarına, habelə

Avropa Komissiyasına, Avropa Şurasına, Danimarka parlamentinə, bu ölkənin Baş nazirinə təqdim edib.

Bəyanatda 20 Yanvar faciəsi barədə məlumat verilir. Bildirilir ki, həmin gecə keçmiş sovet ordusunun

Azərbaycanda törətdiyi hadisələr xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. İmperiya ordusunun

xalqımıza qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı ən ağır cinayətdir və artıq 28 il keçməsinə

baxmayaraq, bu qətliam və onun qurbanları hər il ürəkağrısı ilə yad olunur.

Bəyanatda qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı

hərbi qüvvələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə

ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib. Həmin qüvvələr dinc əhaliyə qarşı hərbi əməliyyat

keçirərək, beynəlxalq hüquq normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq

müddəalarını kobudcasına pozaraq, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış xalqımıza qarşı

kütləvi qırğın törədib. Belə ki, ölkəmizə daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı

olmayaraq 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb.

Həmçinin 744 dinc insan yaralanıb, 841 nəfər isə qanunsuz həbs edilib. Yaralıları daşıyan təcili tibbi yardım

maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri belə qətlə yetirilib. Hücum zamanı sıravi insanlara qarşı

qadağan olunan bir çox silah və sursatdan istifadə edildiyi vurğulanan bəyanatda 20 Yanvar hadisələrinin

beynəlxalq hüquqa əsasən, insanlıq əleyhinə cinayət kimi qəbul edilməsi üçün kifayət qədər hüquqi sənədlərin

mövcud olduğu diqqətə çatdırılır. “Ümid edirik ki, dünya ictimaiyyəti Azərbaycanın haqli tələblərini

dəstəkləyəcək, bu faciə insanlıq əleyhinə cinayət kimi tezliklə hüquqi qiymətini alacaq və cinayətkarlar

cəzalandırılacaqlar”, - deyə bəyanatda vurğulanır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Page 517: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

517

Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(16 yanvar 2018)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə

Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan və türk diasporunun üzvləri, ziyalılar, bu ölkədə yaşayan və təhsil alan

azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun həmsədri Bob Bləkmən tədbiri

açaraq faciə haqqında qonaqlara məlumat verib. Bildirib ki, bu hadisələr, hər şeydən əvvəl, Azərbaycan xalqının

milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. O, həmçinin

bəşəriyyətə qarşı cinayət kimi tarixə düşən bu hadisənin bütün beynəlxalq hüquq və normalara zidd olduğunu

vurğulayıb. B.Bləkmən qeyd edib ki, həmin gecə əliyalın xalqa tanklardan və zirehli hərbi maşınlardan, avtomat

və pulemyotlardan atəş açılıb, günahsız insanlar gülləboran edilib, dinc əhali amansızcasına qətliama məruz

qalıb. Hətta yaralıları daşıyan təcili tibbi yardım maşınları da atəşə tutulub. Beləliklə, bu hadisə həm də

insanlığa qarşı cinayətdir.

Azərbaycan ilə Böyük Britaniya arasındakı dostluq münasibətlərinə də toxunan deputat, əlaqələrin ildən-

ilə daha da möhkəmlənməsinin hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə faciənin dəhşətləri haqqında

danışaraq qeyd edib ki, bu hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev həyatına olan təhlükəyə

baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib və dünya ölkələrinin mətbuat orqanlarının

nümayəndələri qarşısında faciəni törədənləri kəskin tənqid edib. Səfir yüz minlərlə insanın sovet rejiminin

ədalətsiz və riyakar münasibətinə etiraz olaraq küçələrə çıxmasını, haqq səsini ucaltmasını 70 illik imperiyanın

canına qorxu saldığını vurğulayıb. Məhz buna görə respublikanın o zamankı hakimiyyətinin səriştəsizliyindən

istifadə edən mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun Bakıda

yerləşdirilmiş qüvvələri ilə kifayətlənməyərək, əlavə qüvvələr cəlb etməklə Azərbaycana hərbi müdaxilə edib.

Bu hadisələrə yalnız ulu öndər Heydər Əliyev Azərbaycana hakimiyyətə gələndən sonra düzgün siyasi-hüquqi

qiymət verilib, 20 Yanvar faciəsi dünya ictimaiyyətinə olduğu kimi çatdırılıb.

Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib, ehsan süfrəsi açılıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Page 518: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

518

20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub

(19 yanvar 2018)

Azərbaycanın Vyetnamdakı səfirliyi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Xoşimin adına

Milli Siyasətlər Akademiyasında tədbir keçirib.

Akademiyanın tələbə və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə çıxış edən səfir Anar İmanov

20 Yanvar hadisələri haqqında geniş məlumat verib. Səfir 20 Yanvarın xalqımızın müstəqillik uğrunda apardığı

mübarizənin dönməzliyini bütün dünyaya cəsarətlə nümayiş etdirdiyini və bunun Azərbaycanın suverenliyinin

təmin edilməsində dönüş nöqtəsi olduğunu bildirib.

A.İmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəli hadisələrin süquta uğramaqda

olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət olduğunu

vurğulayıb.

Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi

sayəsində 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bütün təzyiqlərə və təqiblərə

baxmayaraq, xalqın faciəsində məsuliyyət daşıyanları dünyanın gözü qarşısında ittiham etdiyini vurğulayıb. O,

Heydər Əliyevin Moskvadakı çıxışında sovet rejiminin gerçək simasını açdığını və bu siyasətə qəti etirazını

ifadə etdiyini diqqətə çatdırıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verib. Bildirib ki,

Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını

tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin

müddəalarının yerinə yetirilməsi Ermənistan tərəfindən tamamilə rədd edilib. A.İmanov münaqişənin yalnız

Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin

mümkünlüyünü qeyd edib.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib.

AZƏRTAC

Page 519: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

519

20 Yanvar şəhidlərinin xatirəsi Efiopiyada da yad edilib

(19 yanvar 2018)

Efiopiyanın mötəbər təhsil ocaqlarından olan Milli Liderlik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci

ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yol, Qanlı Yanvar” mövzusunda açıq mühazirə təşkil edilib.

Mühazirədə İnstitutun müəllim və tələbə heyəti, o cümlədən yerli media nümayəndələri iştirak ediblər.

Mühazirədə çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı

səfiri Elman Abdullayev 20 Yanvar gününün Azərbaycan xalqının tarixində şanlı səhifə olduğunu və hər bir

azərbaycanlının bu günü qürur hissi ilə yad etdiyini diqqətə çatdırıb. Səfir qanlı faciədən dərhal sonra ulu öndər

Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək bəyanat verməsini, təcavüzə kəskin etirazını bildirməsini, qanlı faciənin təşkilatçılarını

dünya ictimaiyyəti qarşısında ittiham etməsini xüsusi vurğulayıb.

Ulu öndər Heydər Əliyevin hər zaman Azərbaycan xalqının yanında olduğunu qeyd edən səfir

E.Abdullayev Ümummilli Liderin müdrik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın

müstəqilliyinin qorunub saxlanıldığını, ölkəmizin inkişaf etdiyini və dünyanın diqqət mərkəzinə çevrildiyini

bildirib.

Elman Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada artıq öz yüksək

standartları ilə tanındığını və bütün sahələrdə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini qeyd edib.

Sürətlə inkişaf edən Azərbaycanın müasirlik və tolerantlıq diyarı olduğunu, müxtəlif beynəlxalq tədbirlərə ev

sahibliyi etdiyini və dünyanın bütün yerlərindən milyonlarla insanın ölkəmizi ziyarət etdiyini deyən səfir

dövlətimizin başçısı İlham Əliyevin müasir, güclü və müstəqil Azərbaycanın daha da inkişafında və parlaq

gələcəyinin təmin olunmasında gənclərimizin rolunu yüksək qiymətləndirdiyini, onlara hər zaman yüksək diqqət

və xüsusi qayğı göstərdiyini, insan kapitalının inkişafı və savadlı gənclərin yetişdirilməsi üçün strateji,

uzunmüddətli və davamlı addımlar atdığını efiopiyalı gənclərin diqqətinə çatdırıb.

E.Abdullayev minlərlə afrikalı tələbəni yetişdirən və onlara müxtəlif sahələrdə təhsil verən Azərbaycanın

bu gün də dünya ictimaiyyəti ilə öz yüksək standartlarını bölüşməyə hazır olduğunu qeyd edib. O, Azərbaycanın

Ümumdünya “Ekspo-2025” sərgisinə ev sahibliyi etməsi üçün məhz “İnsan kapitalını inkişaf etdirərək, daha

yaxşı gələcək quraq” mövzusunu seçdiyini vurğulayıb. Bu il Afrika İttifaqında “Gənclərə Sərmayə Qoyulması”

mövzusu olduğunu nəzərə alaraq, təhsilin inkişafında və gənclərin yetişdirilməsində Azərbaycanın Afrika

ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Tədbirin sonunda səfir E.Abdullayev 20 Yanvar faciəsi ilə bağlı yerli mətbuat nümayəndələrinə müsahibə

verib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

Page 520: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

520

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Daşkənddə yad edilib

(19 yanvar 2018)

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsinin

ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, AMM-nin, Özbəkistan-Azərbaycan Dostluq

Cəmiyyətinin əməkdaşları, soydaşlarımız, qardaş özbək xalqının nümayəndələri, məktəblilər, jurnalistlər iştirak

ediblər.

Mərkəzin foyesində Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin istedadlı uşaqlarının 20 Yanvar

faciəsi ilə bağlı çəkdikləri rəsmlər, habelə fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdən əvvəl faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Şəhidləri

unutmayacağıq” adlı kompozisiyadakı şamlar yandırılıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin Azərbaycanın istiqlalı yolunda

çətin sınaq olduğunu və xalqımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini qeyd edib.

Səfir bildirib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın

bu şəhərdəki nümayəndəliyinə gedərək hadisələrə kəskin etirazını bildirib. Heydər Əliyev xalqımızın təkidli

tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar

faciəsinə siyasi-hüquqi qiymət verib.

Hüseyn Quliyev bildirib ki, Ümummilli Liderin siyasi kursunun davamçısı olan Azərbaycan Prezidenti

İlham Əliyev dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf

edir, iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrilib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi, dosent Gülbahar Aşurova bu hüzn günündə

Azərbaycan xalqına başsağlığı verib, şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycanın öz müstəqilliyini əldə

etdiyini bildirib. Gülbahar Aşurova Özbəkistanın Xalq Şairi Camal Kamalın “Azərbaycan” şeirini söyləyib.

Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kurslarının şagirdləri 20 Yanvar

şəhidlərinə dair şeirlər oxuyublar.

Anım tədbirində faciə qurbanlarına həsr olunmuş rekviyem iştirakçılara təqdim edilib. Nizami Gəncəvi

adına Daşkənd Dövlət Pedaqoji Universitetinin dosenti Davron Kadirovun rəhbərliyi ilə ansambl özbək muğam

və ağılarını, xanəndə Şaxistə Pirnazarova qəmli xalq musiqilərini ifa edib.

Mərasimdə 20 Yanvar faciəsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən

kitab sərgisi nümayiş etdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Page 521: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

521

İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

(19 yanvar 2018)

Azərbaycanın İtaliyadakı səfirliyi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar

faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan və region üzrə tədqiqatçılar,

KİV təmsilçiləri, Azərbaycan icmasının üzvləri, o cümlədən İtaliyanın müxtəlif universitetlərində təhsil alan

Azərbaycan və digər ölkələrdən olan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ötən əsrin 80-ci illərinin

sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn proseslər, 20 Yanvar

hadisəsinin acı nəticələri, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi

qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Bu faciənin Azərbaycan

xalqının müstəqillik əzminin güclənməsinə təsirindən, ölkəmizin müstəqillik illərində keçdiyi yol və bugünkü

reallıqlarından bəhs edib.

Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzi öz çıxışında

əsas etibarilə Azərbaycanın qarşılaşdığı ədalətsizliklərdən bəhs edib. Bu ədalətsizlikləri 20 yanvarda etiraz edən

dinc azərbaycanlı əhaliyə divan tutulması, habelə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və

ətraf yeddi rayonu işğal etməsi fonunda izah edib. Xüsusilə də bütün bu hadisələrdə azərbaycanlılara qarşı

törədilmiş vəhşiliklərə və cinayətlərə diqqəti yönəldib.

Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier Qara Yanvara aparan tarixi

mərhələlər, həmin hadisələrin gedişatında və bundan sonra Azərbaycanın məruz qaldığı ikili standartlar,

azərbaycanlılara münasibətdə tətbiq olunan etnik və dini ayrı-seçkilik barədə danışıb. Azərbaycanın dünyəvi

dəyərlərə, dinamik vətəndaş cəmiyyətinə malik ölkə olduğunu deyən D.Pommier ölkədə təhsilə böyük diqqət

yetirildiyini, son illərdə İtaliyada, o cümlədən Sapienza Universitetində azərbaycanlı tələbələrin sayının

artmasının da bunun göstəricilərindən olduğunu deyib.

Çıxışlardan sonra Qara Yanvarla bağlı sənədli film nümayiş olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Page 522: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

522

Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

(19 yanvar 2018)

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ankara şəhərində anma mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycan və Türkiyəni təmsil

edən elm və mədəniyyət adamları, QHT və KİV təmsilçiləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr və

kursantlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra ruhlarına dualar oxunub. Qanlı

Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun

rəhbəri Necdet Ünivar, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçı və başqaları çıxış ediblər.

Çıxışlarda 1990-cı il yanvarın 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Bakıya qanunsuz olaraq qoşun

yeritməsi bir xalqın bütün hüquqlarına qarşı qəsd kimi dəyərləndirilib, ölkəmizin müstəqilliyi uğrunda şəhid

olan qəhrəman övladlarımız haqqında ən xoş ifadələr səsləndirilib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi

nümayəndəliyində səsləndirdiyi siyasi bəyanat əsasında bu qanlı hadisənin əsl mahiyyəti dünya ictimaiyyətinə

çatdırılıb, cinayətkarlar ifşa olunub. O dövrdə Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələr olmasa da,

qardaş ölkənin ictimaiyyəti Azərbaycanda baş verən qanlı hadisələri böyük narahatlıqla qarşılayıb, yerli KİV-

lər, eləcə də televiziya və radio kanalları “Bakıda qırğın”, “Bolşeviklər Azərbaycanı yenidən işğal etdi”, “Sovet

ordusu Azərbaycana divan tutdu” və s. sərlövhəli məlumatlar yayıb.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Page 523: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

523

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edilib

(19 yanvar 2018)

Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın

Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın məşhur Luçerna sarayında Bakıda 1990-cı ilin yanvar qətliamının

28-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.

Sərgidə sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınların da əks

olunduğu fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 Yanvar

hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında məlumat verib. Həmçinin Gürcüstan və

Litvanın Çexiyadakı səfirləri sözügedən hadisələrlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və

Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış broşürlər, məlumat vərəqələri

tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

AZƏRTAC

Page 524: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

524

Belçikada 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib

(19 yanvar 2018)

Yanvarın 19-da Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Belçikanın Vaterlo

şəhərində yerləşən “Wellington” muzeyinin sərgi salonunda Azərbaycanın Belçikadakı səfirliyinin, NATO

yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə

faciəyə həsr olunmuş sərgi və anım mərasimi keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən

Qaya Məmmədov tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda

törətdiyi qanlı hadisələr, bu hadisələrin Azərbaycan tarixində yeri barədə məlumat veriblər. Onlar sovet

ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə

öz etirazını bildirməsini xatırladıb və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı

addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd

ediblər. Doğma Vətənin hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi

əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda mərasim iştirakçıları tərəfindən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Vaterlo

şəhərində yerləşən abidəsi ziyarət edilərək önünə əklil qoyulub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Page 525: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

525

Qanlı Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində anılıb

(19 yanvar 2018)

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır Universiteti, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi

və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə

təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, Azərbaycanı və Türkiyəni təmsil edən elm və mədəniyyət

adamları, QHT və KİV təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik

sükutla yad olunub. Sonra Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli filmin nümayiş

etdirilib.

Baş konsul Nuru Quliyev, İğdır vilayətinin valisi Ənvər Ünlü, İğdır Universitetinin prorektoru Səlim

Ərdoğan, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəy, Azərbaycan Evi Dərnəyinin

sədri Sərdar Ünsal, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə

Dərnəyinin sədri Ziya Zakir Acar və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyin Bakıya qanunsuz olaraq

qoşun yeritməsi Azərbaycanın suveren hüquqlarına qəsd kimi dəyərləndirilib. Çıxışçılar ümummilli lider

Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyində səsləndirdiyi siyasi bəyanatın

tarixi mahiyyəti, sovet tankları qarşısına çıxan əliyalın Azərbaycan xalqının qəhrəmanlığı, şəhidlərimizin adının

uca tutulması kimi məsələlər barədə danışıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

Page 526: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

526

Azərbaycanın Daşkənddəki diasporunun üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

(20 yanvar 2018)

Azərbaycanın Daşkənddəki diasporunun üzvləri 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım

mərasimi keçiriblər.

Tədbirdə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov 20 Yanvar

faciəsi haqqında danışıb. O deyib ki, həmin gün mərd oğul və qızlarımız şəhid olsalar da, xalqımız daha da

mətinləşdi, onun mübarizə əzmi daha da möhkəmləndi.

Sonra o, Özbəkistandakı diaspor üzvlərinin, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin 1990-

cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatını oxuyub. Bildirilib ki, bəyanat BMT-nin baş

katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa

Komissiyasına, Avropa Şurasına və ATƏT-ə göndəriləcək.

Sonra Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi sədrinin birinci müavini Mobil Məmmədov və

başqaları 28 il bundan əvvəl zirehli texnika ilə və ən müasir silahlarla silahlanmış keçmiş sovet ordusunun

əsgərləri tərəfindən Bakı küçələrində törədilən vəhşiliklər haqqında məlumat verib, 20 Yanvar faciəsinin

xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Page 527: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

527

Sükut dəqiqəsi

(20 yanvar 2018)

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin

xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn

əlaməti olaraq dövlət bayraqları endirilib.

Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun

olaraq, respublikanın bütün şəhər və rayon, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri

ilə bağlı anma mərasimləri keçirilir.

Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını

ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

AZƏRTAC

Page 528: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

528

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(20 yanvar 2018)

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

Əvvəlcə səfirlik, daimi nümayəndəliyin əməkdaşları, Parisdə yaşayan icma üzvləri Paris yaxınlığındakı

Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və

Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər.

Müstəqilliyimizin ilk nümayəndələrinin qəbirləri üzərinə əklil qoyulub, Azərbaycanın müstəqilliyi və

suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəliyinin

rəhbəri, səfir Anar Kərimov çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının istiqlal tarixinin qanlı hərflərlə

yazılmış şanlı səhifəsi olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, istiqlal tariximizin ən qanlı səhifəsi olan 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər

Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşdü, SSRİ

rəhbərliyinin ölkəmizdə həyata keçirdiyi qanlı cinayəti bütün dünyaya bəyan etdi. Ulu Öndərin 1993-cü ildə

hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Qeyd edilib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq

uğrunda mübarizə əzmini qıra bilmədi.

Bildirilib ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində ölkəmizin müstəqilliyi

möhkəmlənib, beynəlxalq nüfuzu daha da artıb. Bu gün Azərbaycan keçmiş sovet respublikaları arasında siyasi,

iqtisadi və müdafiə sahələrində müstəqil siyasət yürüdən yeganə ölkədir.

Qeyd edilib ki, dövlətimizin başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”

2017-ci il 16 may tarixli Sərəncamı və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan

edilməsi olduqca önəmli adımdır. Müstəqilliyimiz uğrunda ilk mübarizənin nümayəndələri məhz Paris Sülh

Konfransında iştirak etmiş həmin cümhuriyyətin üzvləri olub.

Tədbir iştirakçıları sonra Bobinyi qəbiristanlığında Əkbər Ağa Şeyxülislamın, Mirzə və Nadir

Əsədullayevlərin, Monparnas qəbiristanlığında Məmməd Məhərrəmovun məzarlarını ziyarət edib, önünə əklil

qoyublar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Page 529: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

529

Riqada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

(20 yanvar 2018)

Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə 1990-cı

ildə Bakıda və 1991-ci ildə Riqa şəhərində törədilmiş 20 Yanvar faciələrinin birgə anım tədbiri keçirilib.

Tədbir hər iki ölkədə eyni gündə baş verən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Latviya ictimaiyyəti və Azərbaycan icmasının tanınmış nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə

Bakıda törədilmiş 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilib.

20 Yanvar hadisəsinin canlı şahidi olduğunu qeyd edən səfir Cavanşir Axundov 1990-cı il yanvarın 19-

dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq

üçün Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutduğunu və yüzlərlə insanı qətlə yetirdiyini söyləyib. Xüsusi

qəddarlıqla törədilən bu cinayətin təfərrüatlarından bəhs edən səfir həlak olanlar arasında qadınlar, uşaqlar və

qocaların da olduğunu bildirib. Qabaqcadan hazırlanmış bu təcavüz aktının Azərbaycan xalqının demokratiya,

milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını qeyd edən səfir başda Mixail

Qarbaçov olmaqla bu cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb edilmədiyini bildirib.

Bir il sonra eyni hadisənin 20 yanvar tarixində Riqada baş verdiyini qeyd edən C.Axundov xalqlarımızın

bu zamana qədər sovet ideologiyasına əsaslanan yalan və saxtakarlıqlarla dolu bir cəmiyyətdə yaşadığına bir

daha əmin olduğunu qeyd edib. İki xalqın başına gələn bu qanlı hadisələrin sözlə ifadə edilməsinin mümkün

olmadığını bildirın səfir 20 Yanvar faciələrinin hər iki xalqın tarixinin bir qəhrəmanlıq səhifəsi olduğunu

bildirib.

Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət

bildirdiyini qeyd edən səfir deyib ki, faciədən bir gün sonra Ulu Öndər Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə tənqid edən bəyanatlarla çıxış edərək bu cinayəti törədənlərin

məsuliyyətə cəlb olunmasını tələb etdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra isə Qanlı Yanvar

hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Daha sonra çıxış edən Barrikada Muzeyinin direktoru Renars Zalais Azərbaycanda törədilən 20 Yanvar

faciəsinin 1991-ci ildə Riqada baş verən hadisələr ilə oxşarlıq təşkil etdiyini bildirib. 20 Yanvar tarixinin hər iki

xalqı birləşdirdiyini qeyd edən direktor bu tarixin hər iki ölkədə azadlıq və demokratiyanın müdafiəsi naminə

həlak olanların xatirəsinin anım günü olduğunu söyləyib.

20 Yanvar tarixində eyni qoşun hissələri və hərbi texnikanın Riqa şəhərinə yeridildiyini qeyd edən

R.Zalais bu cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. Həmin gün Riqaya

yeridilən sovet qoşun hissələrinin qabağını almaq üçün şəhərdə müxtəlif blok və barrikadaların qurulduğunu

qeyd edən direktor bu barrikadaların qurulmasında həmin vaxt Riqada yaşayan çoxlu sayda azərbaycanlının da

iştirak etdiyini deyib, Latviya xalqının azadlığı və müstəqilliyinə verilən dəstəyə görə bütün azərbaycanlılara öz

təşəkkürünü bildirib.

Page 530: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

530

Daha sonra çıxış edən “Ocaq” Azərbaycan diaspora cəmiyyətinin sədri, Latviya Respublikası Prezidenti

yanında Milli Azlıqlar üzrə Komitənin sədri Roman Əliyev Bakıda törədilmiş Qanlı Yanvar faciəsinin Riqa

şəhərində baş verən eyni hadisədən 1 il qabaq baş verməsinə baxmayaq, hər iki hadisənin Azərbaycan və

Latviya xalqlarının müstəqillik və Sovet rejiminə qarşı mübarizəsini özündə təcəssüm etdirdiyini bildirib. Bu

mübarizədə azərbaycanlıların latviyalıların yanında olduğunu, mitinq və barrikadalarda birgə iştirak etdiyini

qeyd edən R.Əliyev bu gün müstəqilliyini qazanmış xalqlarımızın öz milli ənənələri və demokratik dəyərlərini

inkişaf etdirdiyini diqqətə çatdırıb.

Sonra hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Page 531: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

531

İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib

(20 yanvar 2018)

İstanbulda Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci

ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak

ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və onların ruhuna dualar oxunub. Sonra

Qanlı Yanvar gecəsinin dəhşətlərini əks etdirən sənədli filmin nümayiş olunub.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu, professor Adil Allahverdiyev, Türkiyə-Azərbaycan İş Adamları

Dərnəyinin sədri Tural Qurbanov, “Şahləniş” Hərəkatının qurucusu Murat Altun və başqaları 20 Yanvar faciəsi

ilə bağlı fikir və mülahizələrini bölüşüblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş

verənləri xalqımızın tarixi qəhrəmanlığı kimi dəyərləndirən çıxışçılar qeyd ediblər ki, Vətənimizin bütövlüyü və

azadlığı uğrunda canlarını fəda edən qəhrəman övladlarımız bundan sonra da hər zaman ehtiramla anılacaq.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev o vaxt Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə

gələrək Bakıda törədilmiş cinayətə kəskin etiraz edib, bu faciənin dünya ictimaiyyətindən gizlədilməsinə imkan

verməyib. Sonrakı illərdə isə Ulu Öndərin iradəsi ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.

Mərasim “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səsləndirilməsi ilə başa çatıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Page 532: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

532

20 Yanvar şəhidlərinin xatirəsi Vyanada da yad edilib

(20 yanvar 2018)

Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin

qərargahında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Ölkəmizin Avstriyadakı

səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin

nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri

səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək, 28 il bundan öncə baş vermiş qanlı 20

Yanvar hadisələrinin mahiyyəti barədə məlumat verib. Qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində

ən faciəli və ağır günlərdən biri olmaqla yanaşı, eyni zamanda, qürurverici günlərdən biridir. Sovet ordusu

həmin vaxt dinc əhaliyə amansız divan tutmaqla Azərbaycan xalqının müstəqillik arzusunu nəinki boğa bildi,

əksinə, bu arzu və istəyi daha da alovlandırdı. Azərbaycan xalqı ittifaqın digər respublikaları üçün örnək oldu,

SSRİ-nin süqutu prosesi daha da sürətləndi.

Səfir bildirib ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik qoşunu Bakıda dinc

əhalinin üzərinə yeridən SSRİ hakim dairələri əhaliyə qarşı görünməmiş vəhşiliyə əl atdı. Fövqəladə vəziyyət

elan etmədən, öz azadlıq və insan haqlarını tələb edən dinc əhali üzərinə silahlanmış ordu yeridilərək qatı

cinayət törədildi. Televiziyanın enerji blokunun partladılması ilə ölkədə informasiya blokadası yaradıldı.

Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətə qarşı etiraz səsini ilk olaraq Heydər Əliyev ucaltdı, bu

vəhşiliyi qətiyyətlə pislədi və onun başvermə səbəblərini açıqladı.

Q.İsrafilov çıxışının yekununda qeyd edib ki, Azərbaycanda və ölkə hüdudlarından kənarda yaşayan

soydaşlarımız hər il Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələrini, öz canlarından

keçərək şəhidlik zirvəsinə ucalan insanların göstərdiyi fədakarlığı böyük ehtiramla yad edir. Səfir Azərbaycan

haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi fəaliyyətdə “AZERİ-DER”

Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinə uğurlar arzulayıb.

“AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş 20 Yanvar

hadisələri ilə bağlı fikirlərini bölüşüb, həmin hadisələr vaxtı Azərbaycandan kənarda yaşayan soydaşlarımızın

keçirdiyi hisslərdən bəhs edib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın

xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Sonra mərasimdə 20 Yanvar şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak

olmuş qəhrəman Vətən övladlarının ruhuna Quran oxunub, ehsan süfrəsi açılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Page 533: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

533

Vyana

Page 534: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

534

Berlində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

(21 yanvar 2018)

Berlin şəhərində Alman-Azərbaycan Ziyalılar Birliyi və Azərbaycan Evinin təşkilatçılığı, Azərbaycanın

Almaniyadakı səfirliyinin dəstəyi ilə 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Anım mərasimini Alman-Azərbaycan Ziyalılar Birliyinın sədri Naibə Şirinova giriş sözü ilə açıb və 20

Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ramin Həsənov 20 yanvar hadisələri barədə tədbir iştirakçılarını məlumatlandıraraq, həmin dövrdə

cərəyan etmiş proseslərə nəzər salıb, hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğurunda apardığı

mübarizənin dayandığını bildirib.

O, Azərbaycan xalqına qarşı həyata keçirilən məkrli siyasətin böyük etirazlara səbəb olduğunu, xalqın öz

müstəqilliyini dinc yolla tələb etdiyini, əvəzində isə Sovet İttifaqı rəhbərliyinin əmri ilə mülki əhalinin ordu

tərəfindən amansızcasına qətlə yetirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan xalqı sovet ordusunun

qəddarlığına şücaət və məğrurluqla cavab verərək azadlıq mübarizəsini davam etdirib və çox keçmədən

müstəqilliyinə qovuşub.

Ramin Həsənov həmçinin “20 yanvar” hadisələrinə hüquqi qiymət verilməsinə də toxunub, yalnız Ulu

Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə aydınlıq gətirildiyini və Milli Məclisinin

1994-cü il martın 29-da qəbul etdiyi qərarla 20 yanvar hadisələrinin hərbi müdaxilə və cinayət kimi

səciyyələndirildiyini bildirib.

Səfir Azərbaycan xalqının azadlığı uğurunda canını fəda etmiş oğul və qızlarını heç zaman

unutmayacağını, onların xatirəsini hər zaman sayğı və qürurla xatırlayacağını diqqətə çatdırıb.

Daha sonra “20 yanvar” hadisələrinə dair film nümayiş olunub.

Anım tədbirində Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan

tələbələr, gənc tədqiqatçılar və səfirliyin əməkdaşları iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Page 535: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

535

Haaqada Azərbaycan-Türk Mədəniyyət dərnəyinin üzvləri

Qanlı Yanvar şəhidlərinin xatirəsini yad ediblər

(21 yanvar 2018)

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət dərnəyinin üzvləri də Qanlı

Yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Haaqa şəhərində dərnəyin qərargahında keçirilən anım tədbirində 1990-cı il yanvarın 19-dan 20-nə keçən

gecə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik

sükutla yad edilib.

Dərnəyin üzvü İmam Əfəndiyev 20 Yanvar hadisələri haqqında geniş məlumat verərək, şəhərə daxil

olmuş, dinc əhalini atəşə tutmuş keçmiş sovet əsgərlərinin azadlıq uğrunda ayağa qalxmış insanların əzmini

sındıra bilmədiyini bildirib.

20 Yanvar tarixinin xalqımızın azadlığı və milli iradəsinin rəmzinə çevrildiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Page 536: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

536

Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

(22 yanvar 2018)

Benilüks Azərbaycanlıları Konqresində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa Azərbaycanlıları

Konqresinə daxil olan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.

Tədbir iştirakçıları 20 Yanvar tarixinin Azərbaycan xalqı üçün ağrılı və hüznlü olduğu qədər şərəfli bir

gün olduğunu qeyd ediblər. 150-yə yaxın günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə, 1000-ə yaxın insanın

yaralanmasına baxmayaraq, Azərbaycan xalqının öz haqq yolundan geri dönməməsi xüsusi vurğulanıb.

Bugünkü müstəqilliyimizin 20 Yanvar şəhidlərinin canı, qanı bahasına qazanıldığı bir daha diqqətə çatdırılıb.

Diaspor nümayəndələri vurğulayıblar ki, dəfələrlə üzləşdiyi soyqırımı faktları, haqsızlıqlar Azərbaycan

xalqını müstəqillik yolundan usandırmayıb, əksinə mübarizlik əzmini daha da gücləndirib. Bu gün isə biz

diaspor olaraq şəhidlərimizin ruhunu şad etmək üçün daha çox çalışmalı, dövlətimizi daha yüksək səviyyədə

təmsil etməli, düşmənə qarşı daha səmərəli mübarizə aparmalıyıq.

İspaniyanın Barselona şəhərində də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Barselonadakı Azərbaycan Cəmiyyətinin (“Azerbaijani Society in Barcelona” - ASB) təşkilatçılığı ilə keçirilən

tədbirdə əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla

yad edilib.

Sonra ASB sədri Kərim Kərimov 20 Yanvar hadisələri haqqında danışaraq, müasir tariximizin şanlı

səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda

canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk

olunduğunu qeyd edib.

Daha sonra Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz, Çiçək Zalova və Nizami

Namazov da çıxış ediblər.

Sonda 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

AZƏRTAC

Page 537: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

537

Çexiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(23 yanvar 2018)

Çexiyanın Brno şəhərindəki Masarik Universitetinin pedaqoji fakültəsində 20 Yanvar faciəsinin 28-ci

ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Masarik Universitetinin

professoru Azər Kərimov çıxış edərək 1990-cı ildə baş verən hadisələr barədə ətraflı məlumat verib. Qeyd

olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycanda silahsız əhaliyə

qarşı amansız qırğın törədilib. Nəticədə 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb.

Tarixə qara hərflərlə yazılan 20 Yanvar hadisələri zamanı ölkəsinin müstəqilliyi uğrunda canını fəda etmiş

insanların xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman əziz tutulur.

Dəfələrlə Azərbaycanda olmuş, ölkəmizi yaxından tanıyan tarixçi alim Frantisek Capka, professor İvan

Meznik, Tomas Cermak və başqaları tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən

danışıb, Azərbaycan xalqının şücaətindən bəhs ediblər.

AZƏRTAC

Page 538: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

538

20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb

(16 yanvar 2019)

Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tabeliyindəki

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin ildönümü qeyd

edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq

təşkilatların nümayəndələri, ictimai xadimlər, icma üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 1990-cı ilin 20 yanvarında

ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin

onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən

geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş

faciəyə gətirib çıxardığını deyib. Qanlı 20 Yanvar faciəsinin ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən

Dağlıq Qarabağa qarşı iddiaları onların "böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib

hissəsi olduğunu bildirən səfir Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə

edildiyini bildirib.

Diplomat qeyd edib ki, Bakıda baş verən Qanlı Yanvar hadisələri 1986-cı ilin 16-19 dekabrında sovet

qoşunlarının Qazaxıstanın Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi. Həmin

dövrdə hadisəyə zamanında qətiyyətli reaksiya verənlərdən biri məhz ulu öndər Heydər Əliyev olmuşdu. O,

1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının

Azərbaycanda həyata keçirdiyi qeyri-insani aktı qətiyyətlə pisləmişdi.

Rəşad Məmmədov bu faciəni Azərbaycan tarixinə qanları ilə əsarətə qarşı mübarizə günü kimi yazan

qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.

Sonra bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na

daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Sergey

Raxmaninovun əsərlərini ifa edib.

Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən fotolar nümayiş olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Page 539: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

539

Təbrizdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

(17 yanvar 2019)

Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə

əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə baş konsul Əliyənnağı Hüseynov Azərbaycanın suverenliyi,

istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar tarixinin mahiyyəti barədə danışıb.

Qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı

həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı törədilmiş ən ağır cinayət idi. Mərkəzi hökumətə arxalanan

ermənilərin Dağlıq Qarabağa qarşı təcavüzünə etiraz edən dinc əhaliyə yönəldilmiş silahlı basqın nəticəsində

yüzlərlə günahsız insan qətlə yetirilib. Bununla da totalitar sovet rejimi cinayətkar mahiyyətini bütün dünyaya

bir daha nümayiş etdirib.

Baş konsul nəzərə çatdırdı ki, 1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet

imperiyasının rəhbərliyi Bakıda hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşun yeridilməsi üçün

dezinformasiyalar yaydılar. Belə bəhanələrə əsasən 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ

Konstitusiyasını kobud şəkildə pozaraq, Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunu partlatdı.

Respublika ictimaiyyəti tamamilə məlumatsız qaldı. Həmin gecə şəhərə yeridilən qoşun hissələri fövqəladə

vəziyyətdən xəbərsiz əhaliyə amansız divan tutdu. M.Qorbaçovun fövqəladə vəziyyətin elan edilməsi haqqında

fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək 9 nəfər qətlə yetirildi. Bakıda fövqəladə vəziyyətin

elan edilməsinə dair məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də radio vasitəsi ilə bildirildi.

Bildirildi ki, 20 yanvar faciəsi nəticəsində 147 nəfər mülki şəxs amansızcasına qətlə yetirildi, 744 nəfər

yaralandı, 841 nəfər qanunsuz həbs edildi, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları

məhv edildi. Dövlət və şəxsi əmlaka külli miqdarda ziyan vuruldu. Dövlət səviyyəsində həyata keçirilən bu

terror aksiyası ilə SSRİ rəhbərliyi xalqı qorxudub onu azadlıq və müstəqillik yolundan döndərmək, Dağlıq

Qarabağın işğalına göz yummağa məcbur etmək istəyirdi. Lakin məqsədinə nail olmadı. 20 Yanvar faciəsi

Azərbaycan xalqının daha inamla müstəqilliyə doğru addım atmasına səbəb oldu.

Ə.Hüseynov qeyd etdi ki, 20 Yanvar faciəsi dünyanın bir çox ölkələrində, o cümlədən İran İslam

Respublikasında etirazla qarşılandı, İranın Milli Təhlükəsizlik Şurası bu barədə bəyanat qəbul etdi. İranın Ali

Rəhbəri, prezidenti və İran parlamentinin 160-dan çox üzvü tərəfindən M.Qorbaçovun Azərbaycana silahlı

təcavüzü kəskin tənqid edildi. İran mətbuatı isə bu hadisəni xalqa qarşı qırğın adlandırdı.

O zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev güclü siyasi iradə nümayiş etdirərək

Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə tənqid

etdi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqımıza böyük dayaq və dəstək oldu. Məhz

Heydər Əliyevin bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsini davam etdirdi.

Page 540: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

540

Hadisələrdən az müddət sonra Heydər Əliyev kommunist partiyasının sıralarını tərk edib xalqının dar günündə

Azərbaycana qayıtdı. O, doğulduğu Naxçıvana qayıdaraq 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə

Naxçıvan Ali Sovetinin Sədri seçildi. Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə 3 mühüm qərar

qəbul olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar

Respublikası Ali Məclisi adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli milli bayrağı dövlət bayrağı

kimi qəbul edildi və ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 1990-cı il noyabrın

21-də Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra isə Heydər

Əliyevin müvafiq Sərəncamı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi, Şəhidlər xiyabanı yenidən

quruldu, “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar hadisələrində

əlil olmuş şəxsləri və şəhid ailələrini diqqət mərkəzində saxlayır.

Baş konsul dedi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini,

milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycan

tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Çıxışdan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirildi. Mərasim iştirakçıları

20 Yanvar hadisələrinə aid fotostendə baxdılar, işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarını

özündə əks etdirən kitab, jurnal, DVD filmlər, qəzet və bukletlərlə tanış oldular.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Təbriz

Page 541: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

541

Tbilisidə azərbaycanlı fotoqrafın “20 Yanvar fotolarda” adlı sərgisi açılıb

(17 yanvar 2019)

Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirləri davam

etdirir.

AZƏRTAC xəbər verir ki, səfirliyin hazırladığı tədbirlər planına uyğun olaraq yanvarın 17-də Tbilisidəki

Parlament Kitabxanasında “20 Yanvar fotolarda” adlı sərgi açılıb.

Sərgidə Gürcüstanda yaşayan azərbaycanlı fotoqraf Şahvələd Eyvazovun 1990-cı ilin qanlı yanvarında

Bakıda lentə aldığı 100-ə yaxın fotoşəkil nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov sərginin açılışında çıxış edərək 20 Yanvar faciəsi ilə

bağlı ətraflı məlumat verib. Bildirib ki, hər bir xalqın tarixində daim qürurla xatırlanacaq hadisələr var.

Azərbaycan xalqının yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən biri də 20 Yanvar faciəsidir. 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc

sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi, yüzlərlə insan yaralandı. Həmin dəhşətli gecədə şəhid

olaraq azadlıq yolunda canını qurban verənlər də oldu. Qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan

küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı. İyirmi

Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə

səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini

heç zaman unutmayacaq.

Diplomat Qanlı Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin hüquqi-siyasi qiymət verdiyini və

törədilən qətliamın dünyaya çatdırılmasında məhz Ulu Öndərin əvəzsiz xidmətlərinin olduğunu xüsusi

vurğulayıb.

D.Həsənov Qanlı Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərin, fotomüxbirlərin

rolunu qeyd edib. Həmin dövrdə bütün təhdid və təhlükələrə baxmayaraq, Şahvələd Eyvazov Bakıya gedib və

faciənin bütün anlarını fotoaparatının lentinə köçürüb. Bu gün sərgidə nümayiş etdirilən şəkillər təkcə bizim

üçün deyil, gələcək nəsillər üçün də tarixi mənbədir.

Fotoqraf Şahvələd Eyvazov çıxış edərək 1990-cı ilin yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb,

sərginin təşkilinə görə səfir Dursun Həsənova minnətdarlıq edib.

Sonra “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, türk iş adamı Volkan Arslan, gaxa.ge saytının

redaktoru, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, İ.Cavaxişvili adına

Tbilisi Dövlət Universitetinin tələbələri Cəfər Məmmədov, Orxan Bayramov, Azərbaycan Televiziyasının

Gürcüstan üzrə müxbiri Şahismayıl Məmmədov və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələri

arasında paralellər aparıb, Azərbaycan və gürcü xalqlarının tarixin acı sınağından alnıaçıq, qalib çıxdığını qeyd

ediblər.

Page 542: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

542

Tələbələr və gənclər 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda canından keçən

vətən övladlarının gənc nəslə örnək olduğunu və işğal altındakı torpaqları azad etməklə onların qanlarının yerdə

qalmayacağını bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Page 543: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

543

20 Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində də ehtiramla yad olunub

(17 yanvar 2019 )

Azərbaycanın Qarsdakı baş konsulluğu, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və

Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyənin İğdır şəhərində 20 Yanvar

faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə baş konsulluğun İğdır vilayətindəki məsul əməkdaşı Behbud Qadalının, Beynəlxalq Əsassız

Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəyin və Türkiyə Azərbaycan Dərnəyinin İğdır

şöbəsinin sədri İlteriş Kaan Taşkınsunun çıxışları dinlənilib.

Çıxışlarda Qara Yanvar hadisələrinin səbəb, məqsəd və nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki,

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordu birləşmələri Bakıda, Azərbaycanın digər şəhər

və rayonlarında ağır cinayətlər törədiblər.

Diplomat Behbud Qadalı bildirib ki, 20 Yanvar cinayəti Azərbaycan xalqına arxadan vurulan zərbə idi.

Ölkəyə qarşı tətbiq olunan informasiya blokadası nəticəsində bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar.

Lakin ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqla

həmrəyliyini ifadə etdi, bu cinayəti törədənlər ifşa olundu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və

təkidi ilə 1994-cü ildə Azərbaycan parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

Page 544: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

544

Dneprdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

(17 yanvar 2019)

Ukraynanın Dnepr şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri

keçirilib. AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti

təşkilatının və Dnepropetrovsk Vilayət Şurasının birgə təşəbbüsü ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir

dəqiqəlik sükutla yad olunub.

Anım tədbirində çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti

təşkilatının sədri Nəcəf Əhmədov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin

Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayət haqqında məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycanın

müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin

vaxt üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gedərək başda Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi

hərbi-siyasi cinayəti beynəlxalq aləmə çatdırdı.

Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin

fəxri sədri Qüdrət Hacıyev və digər iştirakçılar Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda

apardıqları mübarizə tarixindən bəhs ediblər. Vurğulanıb ki, sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə

sipər etmiş qəhrəman oğul və qızlarımız gələcək nəsillərə örnəkdir, onların xatirələri daim əziz tutulur. Bildirilib

ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli əzmkarlıq salnaməsidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Dnepr

Page 545: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

545

Gürcüstanın Dmanisi rayonunda Qanlı Yanvar faciəsinə

həsr olunmuş anım mərasimi keçirilib

(17 yanvar 2019)

Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı

tədbirlər planı çərçivəsində Gürcüstanın Dmanisi rayonunda Qanlı Yanvar hadisələrinə həsr olunmuş anım

mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın

Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Kvemo Kartli bölgəsi qubernatorunun müavini

Zaur Darğallı, Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov, rayon ictimaiyyətinin

nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.

Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov çıxış edərək bildirib ki, 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiya qüvvələrinin Azərbaycanda törətdiyi qırğın, əslində, bir

xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsini boğmaq cəhdi idi. Sovet imperiya qüvvələri 1989-cu il

aprelin 9-da Gürcüstanda törətdiyi qırğınlar da eyni məqsədi daşıyıb. Amma imperiya qüvvələri xalqlarımızın

göstərdiyi mübarizə və qardaşlıq əzmini qıra bilməyib, əksinə, hər iki xalq öz istəyinə nail olub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 1990-cı ilin 20 Yanvar faciəsinin

səbəbləri, xalqlarımızın müstəqillik uğurundakı mübarizəsi barədə ətraflı məlumat verib.

Diplomat, sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli

siyasəti tarixi faktlarla əsaslandıraraq, 20 Yanvar hadisələrini milli azadlıq hərəkatının növbəti mərhələsi,

xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirib. Qeyd olunub ki, bu qanlı hadisə sovet

imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik

ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirib.

D.Həsənov qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda,

xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz

iradəsinin rəmzinə çevrilib. Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider

Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici

jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ulu

Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib.

Səfir faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət

və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Sonra Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı çıxış edərək 20 Yanvar və 9 Aprel

hadisələrindən danışıb. Bildirib ki, sovetlər birliyinin dağılması ilə bir sıra xalqlar müstəqillik uğrunda

mübarizəyə qalxdılar. Bu xalqlar sırasında Azərbaycan və Gürcüstan da var idi. Həmin dövrdə ən qatı cinayətlər

Page 546: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

546

məhz Azərbaycana və gürcü xalqına qarşı törədildi. Azərbaycanda 130-dan çox insan qətlə yetirilib, yüzlərlə

insan yaralanıb.

Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Dmanisi rayon bələdiyyəsinin deputatı

Ramiz Ramazanov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, tədqiqatçı-jurnalist Mirzə

Maşov və başqaları çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik

uğrunda mübarizə tarixinə nəzər salıblar.

Çıxış edənlər şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu

bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır

cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Page 547: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

547

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

(18 yanvar 2019)

Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar

Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt

markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, bu

markalar başqa maraqlı tərəflərə göndəriləcək.

Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən

müxtəlif tədbirlər keçiriləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Page 548: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

548

Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(18 yanvar 2019)

Azərbaycanın Misirdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə

tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr

olunmuş anım mərasimi keçirilib.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfirliyin müşaviri Azər Abbas

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı

cinayət haqqında məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycan tarixində ən faciəli günlərdən biri olmaqla

yanaşı, xalqımızın qəhrəmanlıq səhifəsidir. Ümummilli lider Heydər Əliyev qanlı hadisələr baş verən günlərdə

Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək başda Mixail Qorbaçov olmaqla sovet

rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayəti dünya ictimaiyyətinə çatdırıb.

Daha sonra çıxış edən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin rəhbəri

Seymur Nəsirov tarixi faktlar əsasında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri digər soyqırımı

və vəhşiliklərdən danışıb, bunların sosial medianın və KİV-lərin köməyilə dünya ictimaiyyətinə çatdırılmasının

vacibliyini vurğulayıb.

Tədbir 20 Yanvar hadisələrini əks etdirən qısametrajlı filmin nümayişi ilə davam edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Page 549: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

549

Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

(18 yanvar 2019)

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım

tədbiri keçirilib.

Tədbirdə Qırğızıstan parlamentinin - Joqorku Keneşin Azərbaycanla dostluq qrupunun rəhbəri Tazabek

İkramov, hökumət təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri,

ictimai-siyasi xadimlər, rektorlar, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Əvvəl qonaqlar səfirliyin foyesində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, 20 Yanvar

faciəsini əks etdirən fotosərgi və kitablarla tanış olublar, iştirakçılara məlumatlar toplusu təqdim edilib. Sonra

CBC televiziya kanalının rus dilində çəkdiyi “Qara Yanvar” sənədli filmi göstərilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir

dəqiqəlik sükutla yad olunub, Bişkekdəki Azərbaycan məscidinin axundu Qurandan ayələr oxuyub.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qanlı Yanvar faciəsinin təkcə xalqımıza deyil, bütün

bəşəriyyətə qarşı törədilən vandallıq nümunəsi olduğunu tutarlı dəlillərlə mərasim iştirakçılarının diqqətinə

çatdırıb. Səfir bildirib ki, həmin gecə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri

kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Nəticədə 134 insan qətlə

yetirilib, 744 adam yaralanıb, 841 nəfər əsassız olaraq həbs edilib.

Səfir ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı Daimi

Nümayəndəliyinə gedərək qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini

vurğulayıb.

Hidayət Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı qırğın, eyni zamanda,

qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını söyləyib, öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canlarından

keçən Vətən övladlarının hər cür hörmət və ehtirama layiq olduqlarını bildirib.

Diplomat deyib ki, həmin gün Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz

tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut edib.

Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Böyük

Vətən müharibəsi veteranı, Qırğızıstanın Əməkdar inşaatçısı Əsəd Həsənov, bu ölkənin Kant Şəhər Məclisinin

deputatı Rəhim Rəhimov, Əməkdar həkim, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri professor Zakir

Qəmərli, Bişkekdəki 44 nömrəli orta məktəbin direktoru Flora Xəlilova və başqaları Azərbaycanın keçmiş

SSRİ-də müstəqillik uğrunda mücadilə aparan ilk dövlətlərdən biri olduğunu bildiriblər. Onlar sovet ordusunun

Bakıda və ölkəmizin digər ərazilərindəki vəhşiliklərindən danışıb, bu qanlı faciənin bilavasitə Mixail Qorbaçov

tərəfindən törədildiyini diqqətə çatdırıblar.

Qulu Kəngərli

AZƏRTAC -ın xüsusi müxbiri

Page 550: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

550

Bişkek

Page 551: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

551

Hanoy Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

(19 yanvar 2019)

Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə Hanoy Universitetində 20 Yanvar faciəsinin 29-

cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin tələbə və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə çıxış

edən səfir Anar İmanov 20 Yanvar faciəsi haqqında dolğun məlumat verib. O, 20 Yanvar faciəsinin xalqımızın

qan yaddaşında silinməz izlər buraxmaqla yanaşı, milli qürur və qəhrəmanlıq nümunəsi, Azərbaycanın

suverenliyi və istiqlaliyyəti uğrunda mübarizəsinin şanlı səhifəsi olduğunu diqqətə çatdırıb.

A.İmanov 29 il əvvəl baş verən həmin faciəli hadisələrin dağılmaqda olan sovet imperiyasının hərb

maşınının milli azadlıq hərəkatımızı qana bürümək məqsədi daşıdığını bildirərək, həmin qanlı cinayətin

Azərbaycan xalqının iradəsini sarsıtmaq və öz müstəqilliyi uğrunda apardığı mübarizədən çəkindirməyə

müvəffəq olmadığını qeyd edib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev baş verən bu faciə ilə bağlı Azərbaycan xalqının kəskin

etirazını bütün dünyaya çatdıraraq, həmin cinayətin törədilməsində bütün müqəssir olanların məhkum

edilməsini tələb edib. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində 20 Yanvar faciəsinə

siyasi-hüquqi qiymət verilib.

Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verərək,

Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını

tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərinin

müddəalarının yerinə yetirilməsinin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirib. Diqqətə çatdırıb

ki, münaqışənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı

əsasında həlli mümkündür.

Sonda 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş olunub.

Page 552: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

552

Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib

(19 yanvar 2019)

Strasburq Universitetinin Türk Araşdırmaları Departamenti və Fransada Təhsil Alan Azərbaycanlı

Tələbələr Assosiasiyasının (ASEAF) birgə təşkilatçılığı ilə Strasburq Universitetində 20 Yanvar faciəsinin 29-

cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konfransda həmin təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.

Konfransda çıxış edən Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan Dö Tapia və

ASEAF-ın sədri Fərid Əliyev Qanlı Yanvar faciəsinin Azərbaycan tarixində qəhrəmanlıq və şəhidlik zirvəsi

kimi müstəsna əhəmiyyətindən söz açıblar. Bu konfransın Strasburq Universitetində təhsil alan tələbələri Qanlı

Yanvar mövzusu üzrə araşdırmalar aparmağa təşviq edəcəyinə əminliklərini bildiriblər.

Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi

nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov 20 Yanvar faciəsinin Azərbaycanın müasir tarixində ən

dəhşətli və unudulmaz səhifələrdən biri və ölkəmizi müstəqilliyə aparan yolda əsas dönüş nöqtəsi olduğunu

diqqətə çatdırıb. Sovet rəhbərliyinin əmri ilə törədilmiş bu qanlı cinayətin müəlliflərinin məqsədlərinə

çatmadığını və xalqımızın iradəsini sındırmağa nail olmadığını vurğulayıb. 20 Yanvar hadisələrinin Sovet

İttifaqının süqutunu sürətləndirdiyini, Azərbaycanın müstəqillik qazanmaq niyyətini daha da

möhkəmləndirdiyini bildirib.

F.İsmayılov bildirib ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisələrindən dərhal sonra

Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu ağır cinayətə qarşı kəskin

bəyanatla çıxış edib.

Çıxışlardan sonra Qanlı Yanvar hadisələrindən bəhs edən video və fotoşəkillər nümayiş etdirilib. Sonda

tədbir iştirakçılarının sualları cavablandırılıb.

Şəhla Ağalarova

AZƏRTAC -ın xüsusi müxbiri

Strasburq

Page 553: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

553

20 Yanvar faciəsinin ildönümü Daşkənddə də qeyd edilib

(19 yanvar 2019)

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət

Mərkəzində (AMM) 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirdə səfirliyimizin əməkdaşları, yerli

azərbaycanlılar, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, ictimaiyyət

nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar AMM-in foyesində “İstiqlaliyyətə gedən yol” adlı kitab və

rəsm sərgisi təşkil olunub. Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin üzvləri qəhrəmanlıq və

vətənpərvərlik rəmzi günü olan 20 Yanvara dair düşüncələrini rəsmlərdə təqdim ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar tarixinin yalnız faciə kimi deyil, həm də

Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günü olduğunu deyib. O, istiqlal

tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu

qeyd edərək, şəhidlərin Vətən üçün tökdükləri qanın hədər getmədiyini, ölkəmizin öz müstəqilliyinə

qovuşduğunu söyləyib.

Çıxış edən digər natiqlər “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor

Erkin Nuriddinov, azərbaycanlı alim Almaz Məcidova, Əməkdar müəllim Şərqiyyə Şıxəliyeva və başqaları bu

hadisələr zamanı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz azadlıq səsini ucaltdığını,

dövlətimizin suverenliyi, Vətən torpaqları üçün cəsarət nümayiş etdirdiyini bildiriblər. Onlar 20 Yanvar

hadisələrindən sonra Azərbaycan xalqının ictimai şüurunda, azadlıq ideyalarında ciddi dəyişikliklərin baş

verdiyini vurğulayıb, müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan o dəhşətli günlərdə xalqın bir yumruq kimi

vahid bir ideya ətrafında birləşdiyini qeyd ediblər.

Mərkəzin Azərbaycan dili kurslarının şagirdləri 20 Yanvar, Vətən məhəbbəti, şəhidlər haqqında şeirlər

söyləyib, şəhidlərə həsr olunmuş rekviem təqdim edilib.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Muxtar Əşrəfi adına Özbəkistan Dövlət

Konservatoriyasının hazırladığı bədii proqram nümayiş etdirilib.

Qulu Kəngərli

AZƏRTAC ın xüsusi müxbiri

Daşkənd

Page 554: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

554

1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş 20 Yanvar

faciələrinə həsr olunan anım tədbiri təşkil edilib

(19 yanvar 2019)

1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş 20 Yanvar faciələri ilə əlaqədar Azərbaycanın

Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin təşkilatçılığı ilə birgə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkədə eyni gündə baş vermiş faciənin qurbanlarının xatirəsinin

bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Latviya hökumətinin, ictimaiyyətin nümayəndələrinin və Azərbaycan icmasının tanınmış şəxslərinin

iştirakı ilə keçirilən tədbirdə əvvəlcə hər iki şəhərdə törədilmiş Yanvar faciəsinə aid sənədli film nümayiş

etdirilib.

Bakıda törədilmiş 20 Yanvar faciəsinin canlı şahidi olduğunu qeyd edən səfir Cavanşir Axundov 1990-cı

il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin Azərbaycanda milli azadlıq

hərəkatını boğmaq üçün Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutduğunu və yüzlərlə insanı qətlə

yetirdiyini söyləyib. Hər iki ölkədə baş vermiş oxşar faciələri heç vaxt unudulmayacaq və yaddaşlara qanla

yazılmış azadlıq günü kimi dəyərləndirən səfir Azərbaycan və latış xalqlarının iradəsi sayəsində tarixin

dəyişdiyini vurğulayıb. Xüsusi qəddarlıqla törədilən bu cinayətin təfərrüatlarından bəhs edən səfir həlak olanlar

arasında qadınlar, uşaqlar və qocaların da olduğunu bildirib. Tankların qarşısına əliyalın çıxan xalq əzmini

nümayiş etdirib. Azərbaycan qadınları da ərlərindən, atalarından, oğullarından geri qalmadan ölüm

mübarizəsinə qoşularaq şücaət göstərib. Lakin qabaqcadan hazırlanmış bu təcavüz aktı Azərbaycan xalqının

demokratiya, milli azadlıq və ərazi bütövlüyü uğrunda əzmini qıra bilməyib.

Bir il sonra yanvarın 20-də eyni hadisənin Riqada baş verdiyini qeyd edən səfir xalqlarımızın bu zamana

qədər sovet ideologiyasına əsaslanan yalan və saxtakarlıqlarla dolu bir cəmiyyətdə yaşadığına bir daha əmin

olduğunu qeyd edib.

Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət

bildirdiyini vurğulayan diplomat deyib ki, faciədən bir gün sonra Ulu Öndər Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə pisləyərək Kommunist Partiyası sıralarından çıxdığını bəyan

edib. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra isə Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində tam

siyasi-hüquqi qiymət verilib.

Barrikada Muzeyinin direktoru Renars Zalais Azərbaycanda törədilmiş 20 Yanvar faciəsinin 1991-ci ildə

Riqada baş verən hadisələrlə oxşarlıq təşkil etdiyini bildirib. 20 Yanvar tarixinin hər iki xalqı birləşdirdiyini

qeyd edən direktor bu tarixin hər iki ölkədə azadlıq və demokratiyanın müdafiəsi naminə həlak olanların

xatirəsinin anım günü olduğunu söyləyib.

Page 555: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

555

Həmin gün Riqaya yeridilən sovet qoşun hissələrinin qabağını almaq üçün şəhərdə müxtəlif blok və

barrikadaların qurulduğunu qeyd edən direktor bu barrikadaların qurulmasında həmin vaxt Riqada yaşayan

çoxlu sayda azərbaycanlının da iştirak etdiyini deyib.

Latviya xalq hərəkatının 1990-1992-ci illərdəki rəhbəri, tanınmış ictimai-siyasi xadim Romualds Razuks

çıxış edərək yaradılmış informasiya blokadası səbəbindən Azərbaycandakı hadisələrdən az məlumatlı

olduqlarından müstəqilliyin belə faciəvi şəkildə əldə olunacağını təsəvvür etmədiklərini vurğulayıb. “Biz elə

bilirdik ki, Moskva ilə danışıqlarda hər şeyi sülh yolu ilə həll edəcəyik. Lakin 1991-ci ilin Qanlı Yanvar

günündən bir neçə ay əvvəl demokratiyanın sülhlə qazanılmayacağını anladıq”, - deyən sədr hər iki xalqın qanla

əsas dəyərini - öz müqəddəratını həll etmək ixtiyarını qazandığını qeyd edib.

Latviya Prezidentinin etnik azlıqlar üzrə müşaviri Roman Əliyev də çıxış edərək ötən əsrin son onilliyində

baş vermiş və tarixə Qara Yanvar kimi düşmüş həmin günü Azərbaycan və latış xalqlarının bənzər azadlıq

mübarizəsi adlandırıb. Latış xalqı heç vaxt bu tarixi unutmayacaq, çünki məhz Bakı faciəsi onları müəyyən

mənada xilas etdi. Bakıda baş vermiş qətliam bir ildən sonra Riqada təkrarlanıb. Riqanın "barrikada günləri"

rəsmi Moskvaya bir daha sübut etdi ki, insanlar azadlıqları uğrunda sonadək gedəcəklər. "Mən 1990-cı ilin 20

Yanvar tarixini yaxşı xatırlayıram. Mən həmin gecə barədə latış dostlarıma informasiya verəndə onlar bu

qəddarlıqdan dəhşətə gəlmişdilər. Biz, Latviya azərbaycanlıları barrikadalarda latış xalqı ilə birlikdə keşik

çəkirdik, biz ayrılmaz idik. Biz bilirdik ki, Qara Yanvar şəhidləri qanını boşa axıtmayıblar. Bu gün xalqımız

azadlıq uğrunda can verənlərin əziz xatirəsini yaşadır", - deyə o bildirib.

Sonra hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Aygün Əliyeva

AZƏRTAC -ın xüsusi müxbiri

Riqa

Page 556: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

556

Tbilisidə “20 Yanvar gənclərin gözü ilə” adlı anım tədbiri keçirilib

(19 yanvar 2019)

Yanvarın 19-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “20 Yanvar

gənclərin gözü ilə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Gürcüstanın müxtəlif

universitetlərində təhsil alan tələbələr tərəfindən hazırlanmış tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və

M.F.Axundzadə adına muzeyin dəstəyi ilə reallaşıb.

Tələbə-gənclər əvvəlcə AZƏRTAC -ın təşəbbüsü ilə 20 Yanvar faciəsi ilə əlaqədar muzeydə açılmış

fotosərgi ilə tanış olublar.

Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açaraq Gürcüstanda hər il 20 Yanvar faciəsi ilə əlaqədar anım

tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bugünkü tədbirdə tələbələr 20 Yanvarla əlaqədar

təqdimatla çıxış edəcəklər.

Sonra 20 Yanvar şəhidlərinin və 1989-cu ilin 9 Aprel tarixində canlarından keçən qəhrəmanların, eləcə də

iki gün əvvəl Tbilisidə baş vermiş qəzada həlak olanların xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxışında tələbələrin

hazırladıqları "20 Yanvar gənclərin gözü ilə" adlı layihəni yüksək qiymətləndirib. Bildirib ki, savadlı, geniş

dünya görüşünə və zəngin biliyə malik olan gənclər Azərbaycan tarixinin təbliğində mühüm rol oynaya bilərlər.

Bu da bizim hamımız üçün çox vacibdir.

O, tələbələri daha fəal olmağa səsləyib və səfirliyin onlara dəstək verəcəyini bildirib.

24News.ge xəbər portalının rəhbəri Azər Məmmədov çıxışında bildirib ki, Gürcüstanda yaşayan

soydaşlarımız Azərbaycanın suverenliyi və azadlığı uğrunda mübarizədə fəal iştirak ediblər. Bu gün 20 Yanvar

faciəsində, eləcə də Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan qəhrəmanların xatirəsi

Gürcüstanda ehtiramla anılır.

Azər Məmmədov gənclərin hazırladığı layihəni yüksək qiymətləndirib, onları daha fəal olmağa səsləyib.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın Əməkdar jurnalisti, gaxa.ge saytının rəhbəri Nizami

Məmmədzadə qeyd edib ki, tələbələrin bu layihəsi digər gənclərin 20 Yanvar faciəsi ilə bağlı

məlumatlandırılmasında mühüm rol oynayacaq.

Əməkdar jurnalist deyib: “Gənclərin belə layihələr hazırlaması, eləcə də, tədbirlərdə iştirakı onların

xalqımızın şanlı tarixi və faciəli günləri barədə ətraflı məlumat almalarına geniş imkan yaradır. Bu, həm də,

həmin məlumatların gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir”.

Nizami Məmmədzadənin 20 Yanvar şəhidlərinə həsr etdiyi şeir tədbir iştirakçıları tərəfindən rəğbətlə

qarşılanıb.

Sonra İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin məzunu Cəfər Mahmudovun və universitetin

tələbəsi Orxan Bayramovun 20 Yanvar faciəsi ilə əlaqədar hazırladıqları videoçarx nümayiş etdirilib.

Page 557: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

557

Tələbələrin təqdim etdikləri videoçarxda 20 Yanvar faciəsinin əsl mahiyyəti, başvermə səbəbləri, gənclərin faciə

ilə bağlı fikirləri əksini tapıb. Təqdimat maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Digər çıxış edənlər layihə müəlliflərinin təqdimatını alqışlayıblar. Bildirilib ki, videoçarxdan da

göründüyü kimi, gənclərimizin real faktlar haqqında ətraflı məlumatları var. Onlar şanlı tariximizi,

dövlətçiliyimizi layiqincə təbliğ etməyə hazırdırlar. Bu ənənə davam etdirilməlidir.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Page 558: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

558

ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

(19 yanvar 2019)

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat

yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin – 20 Yanvar hadisələrinin

Azərbaycan xalqının acısına şərik çıxan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri

tərəfindən pislənildiyi qeyd olunur.

Həmçinin dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin

verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib.

Eyni zamanda, bəyanatda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən dünyanın bu vacib

regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi

Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciətin ünvanladığı da

vurğulanır.

Nigar Cəfərli

AZƏRTAC -ın xüsusi müxbiri

Rabat

Page 559: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

559

İsveçdə yaşayan azərbaycanlılar 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

(19 yanvar 2019)

İsveçdə fəaliyyət göstərən “İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi Odlar Yurdu” diaspor təşkilatı 20

Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət himninin səslənməsi və şəhidlərimizin ruhunun bir

dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə diaspor təşkilatının rəhbəri Sevinc Bakılı çıxış edib. Baş

vermiş hadisələrə nəzər salan Sevinc Bakılı yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı

tarixin həm şəhidlərimizin anım günü, həm də xalqımızın birliyi, fəxr və şərəf günü olduğunu qeyd edib.

Bildirib ki, bu hadisələr xalqımızın müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq

əzmində olduğunu bir daha nümayiş etdirdi.

Sonra Sevinc Bakılı 20 Yanvar hadisələri ilə bağlı rəhbərlik etdiyi təşkilat adından hazırlanan bəyanatı

tədbir iştirakçılarına təqdim edib. Bəyanat beynəlxalq təşkilatlara göndərilib.

İsveçdə fəaliyyət göstərən diasporumuzun fəalları bildiriblər ki, Azərbaycan tarixinə qanla yazılan 20

Yanvar faciəsi, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o

cümlədən xaricdə yaşayan azərbaycanlılar hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi

borcu hesab edirlər.

Tədbirdə Stokholmdakı səfirliyin əməkdaşları, Azərbaycan və türk diasporu, habelə KİV nümayəndələri

iştirak ediblər.

Rauf Əliyev

AZƏRTAC -ın xüsusi müxbiri

Stokholm

Page 560: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

560

Azərbaycan diasporu Yunanıstanda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirib

(20 yanvar 2019)

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar "QALA" Yunanıstan-Azərbaycan Dostluq

Cəmiyyətinin ofisində anım günü keçirilib.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Cəmiyyətin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin

Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq səhifəsi, oyanış günü olduğunu vurğulayıb.

Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, türk gənclər və əcnəbi tələbələr də iştirak edib.

20 Yanvar hadisələrini şərh edən sənədli film nümayiş olunub və ehsan süfrəsi ətrafında müzakirələr

aparılıb.

İqbal Hacıyev

AZƏRTAC -ın xüsusi müxbiri

Afina

Page 561: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

561

Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

(20 yanvar 2019)

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirin aparıcısı sosial elmlər üzrə tədqiqatçı, yazıçı-tərcüməçi Mətin Yıldırım 20 Yanvar faciəsi barədə

ümumi məlumat verib.

Dərnəyin sədri Səfər Qaraqoyunlu çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş

faciədən danışıb.

Bildirilib ki, dərin hüzn hissi ilə yaddaşlara həkk olunmuş bu faciə, əslində, Azərbaycan türklərinin 70

illik əsarətə son qoyduğu və zalımlıq qarşısında əzmlə dayandığı gündür. 20 Yanvar hadisələri Azərbaycan

tarixinə qanlı bir faciə kimi daxil olub. Lakin, eyni zamanda, bu faciə Azərbaycan türklərinin milli qəhrəmanlıq

tarixinin ən yaddaqalan səhifələrindən biridir. Həmin gün şəhid olanlar müstəqil Azərbaycan dövlətinin təməlini

qoydular.

Bu gün bu güclü təməlin daha da möhkəmləndiyini bildirən S.Qaraqoyunlu deyib: “Bu tarixi dərin hüzn,

eyni zamanda, qürur hissi ilə xatırlayırıq. Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycanın müstəqilliyi

uğrunda şəhid olan soydaşlarımızı daim hörmətlə anırıq”.

Sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, professor Adil

Allahverdiyev, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Xəyyam Daşdəmirov və başqalarının

çıxışları dinlənilib. Çıxışlarda 20 Yanvar faciəsinin səbəb və məqsədlərindən bəhs olunub. Diqqətə çatdırılıb ki,

ulu öndər Heydər Əliyev faciədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza

qarşı bu cinayəti törədənləri cəsarətlə ifşa edib, matəm günündə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib.

Tədbirdə Baş konsulluğumuzun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə

yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Günel Məlikova

AZƏRTAC -ın xüsusi müxbiri

İstanbul

Page 562: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

562

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(20 yanvar 2019)

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə

20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirlik, daimi nümayəndəliyin əməkdaşları, eləcə də bu ölkədəki

diaspor üzvləri Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş

Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər.

Müstəqilliyimizin ilk nümayəndələrinin qəbirləri üzərinə əklil qoyulub, Azərbaycanın müstəqilliyi və

suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Qanlı Yanvarın ildönümündə cümhuriyyət

qurucularının qəbirlərinin ziyarət edilməsinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, 20 Yanvar

qəhrəmanları 100 il öncə əsası qoyulan müstəqilliyimizi bərpa etmək uğrunda həlak olublar.

Səfir 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsində, müasir, müstəqil Azərbaycan dövlətinin

qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz

xidmətlərindən bəhs edib.

UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov 20 Yanvar hadisələrinin

qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Bildirib ki, 29 il əvvəl - Qanlı Yanvar günü tanklar, ağır artilleriya

Azərbaycan xalqının iradəsini, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, daha da alovlandırdı.

Yanvar şəhidlərimiz bir daha göstərdilər ki, xalqımız ata-babalarımızın müstəqillik ruhunu davam etdirirlər.

Qeyd edilib ki, 20 Yanvar şəhidləri suverenlik naminə qəhrəmanlığımızın rəmzi kimi yaddaşlarda həkk

olub. Ulu öndər Heydər Əliyev həmişə müstəqilliyimizin əbədi olmasını vurğulayıb. Azərbaycan diplomatları

bu müstəqilliyin əbədi olması üçün əlindən gələni əsirgəməyəcək.

Şəhla Ağalarova

AZƏRTAC -ın xüsusi müxbiri

Paris

Page 563: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

563

Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidinin xatirəsi anılıb

(20 yanvar 2019)

Yanvarın 20-də Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidi Rəşid İsmayılovun

xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik

sükutla yad olunub.

Tədbiri Ağtəhlə bələdiyyəsinin deputatı, kənd ağsaqqalı Eləmdar Quliyev açaraq Azərbaycanın ərazi

bütövlüyü və suverenliyi uğrunda Gürcüstanda doğulub böyüyən soydaşlarımızın da mübarizə apardıqlarını,

onlardan bəzilərinin şəhid olduğunu bildirib. Qeyd edib ki, şəhid olan övladlarımızdan biri də 1949-cu ildə

Ağtəhlə kəndində anadan olmuş İsmayılov Rəşid İslam oğludur. O, Rostov Dəmir Yolu İnstitutunu bitirdikdən

sonra Azərbaycan dəmir yolu idarəsində işləməyə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə

yaşadığı Biləcəri qəsəbəsinə gedən yolda düşmən gülləsinə tuş gələn Rəşid aldığı ağır yaradan yanvarın 23-də

dünyasını dəyişib. Şəhidlər xiyabanında dəfn olunan şəhidimizin iki övladı – bir oğlu və bir qızı var.

Qaratəhlə Ağsaqqallar Şurasının sədri Məhərrəm Cəfərov, Ağtəhlə Ağsaqqallar Şurasının sədri Novruz

Əlmədətov, kəndin ziyalılarından İsmixan Mağalov və başqaları çıxışlarında Azərbaycan və gürcü xalqlarının

dostluq və qəhrəmanlıq tarixinə nəzər salıb, hər iki xalqın oxşar talelər yaşadıqlarını vurğulayıblar. Bildirilib ki,

hər iki dövlət müstəqilliyini əldə etmək üçün qurbanlar verib. Qan bahasına əldə olunan qələbə və bu

mübarizədə şəhid olanlar heç zaman unudulmur.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək Qanlı

Yanvar faciəsinin əsas səbəblərindən danışıb, bu hadisələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizə

əzmini qırmağa yönəldilmiş addımların bir hissəsi adlandırıb. Bildirib ki, Azərbaycanın, eləcə də Gürcüstanın

azadlığı uğrunda aparılan mübarizə dövlətlərimizin müstəqilliyə qovuşması ilə nəticələnib. Ona görə də 9 Aprel

və 20 Yanvar hadisələri xalqlarımızın qəhrəmanlıq tarixində şanlı bir səhifədir.

Şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Page 564: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

564

Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

(20 yanvar 2019)

Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin

qərargahında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının

fəalları, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycan və

Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək 29 il bundan öncə baş vermiş Qanlı 20

Yanvar hadisələrinin tarixi barədə danışıb.

Qeyd edib ki, son günlərini yaşamaqda olan kommunist rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən

gecə Bakıda azadlıq tələb edən dinc sakinlərin üzərinə yüksək döyüş hazırlığına malik ordu hissələrini yeritdi.

Bakıdakı azadlıq mübarizəsini boğmağa çalışan və bu yolla digər üzv respublikalara da dərs keçmək niyyətində

olan rəsmi Moskva, əslində, bu aksiya ilə əks nəticə əldə etdi. Bakıda silahsız insanları qətlə yetirən və

yaralayan sovet rejimi Azərbaycan xalqının müstəqillik arzusunu nəinki boğa bildi, əksinə, bu arzu və istəyi

daha da alovlandırdı. Azərbaycan xalqı ittifaqın digər respublikaları üçün örnək oldu, SSRİ-nin süqutu prosesi

daha da sürətləndi.

Səfir bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətə qarşı etiraz səsini ilk olaraq ulu

öndər Heydər Əliyev ucaltdı, ona qarşı tətbiq edilən məhdudiyyət və təzyiqlərə baxmayaraq, bu vəhşiliyi

qətiyyətlə pislədi və onun başvermə səbəblərini açıqladı.

Q.İsrafilov çıxışının yekununda qeyd edib ki, Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının öz

dədə-baba torpaqlarından qovulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü və milli azadlıq hərəkatı

fonunda baş verən 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir.

Səfir Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi

fəaliyyətdə “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinə uğurlar arzulayıb.

Dərnəyin sədri Yardım Günəş 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, qərb

dünyasında Sovet İttifaqının qan tökülmədən dinc şəkildə süqut etməsi iddia olunsa da, əslində Bakıda törədilən

20 Yanvar faciəsi kommunist rejiminin ən son təcavüzkar əməllərindən biri kimi tarixə düşüb. Həmin hadisələr

vaxtı Azərbaycandan kənarda yaşayan soydaşlarımızın keçirdiyi hisslərdən bəhs edən Y.Günəşin çıxışından

sonra 20 Yanvar hadisələri ilə bağlı Türkiyə və digər ölkələrdə yaşayan soydaşlarımızın etiraz aksiyalarına dair

tarixi videomateriallar nümayiş etdirilib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20

Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Page 565: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

565

Qeyd edək ki, Azərbaycan səfirliyi Avstriya Mətbuat Agentliyi vasitəsilə Qanlı Yanvar hadisələri ilə bağlı

bəyanat yayıb.

Elgün Niftəli

AZƏRTAC -ın xüsusi müxbiri

Vyana

Page 566: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

566

Sankt-Peterburqda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

(21 yanvar 2019)

Sankt-Peterburqda 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkil etdiyi tədbirdə

diaspor üzvləri, Rusiyanın şimal paytaxtının ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Sultan Qasımov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanın

müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

kimi daxil olub. Konsul vurğulayıb ki, 20 Yanvar hadisələri öz miqyası, xarakteri və mahiyyəti etibarilə

görünməmiş cinayət idi. Azərbaycanın lideri Heydər Əliyev həmin günlər Moskvada idi. Faciədən bir gün sonra

Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sərt bəyanatla

çıxış edib və milli məsələlərin zorakı yollarla həlli cəhdlərini pisləyib. Məhz Heydər Əliyev öz xalqına sədaqət,

mərdlik və mətanət nümayiş etdirərək bu dəhşətli faciə barədə həqiqətləri bütün dünyaya yayıb. “İndi

Azərbaycan Respublikası suveren, müstəqil dövlətdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əbədi olaraq

qəlbimizdə yaşayacaq”,-deyə S.Qasımov vurğulayıb.

Matəm tədbirində “Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri

Vaqif Məmişov çıxış edib.

Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsi haqqında sənədli filmə tamaşa edib, 20 Yanvar faciəsini əks

etdirən fotosərgi ilə tanış olublar.

Fəridə Abdullayeva

AZƏRTAC -ın xüsusi müxbiri

Sankt-Peterburq

Page 567: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

567

Türkiyənin “Bengü türk” kanalının “Azərbaycan ruzigarı” verilişi 20 Yanvar faciəsinə həsr

olunub

(21 yanvar 2019)

“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu tamaşaçılara təqdim edilib

Türkiyənin nüfuzlu “Bengü türk” televiziya kanalının “Azərbaycan ruzigarı” proqramı 20 Yanvar

faciəsinə dair xüsusi buraxılış hazırlayıb. Kanalın ana xəbərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə

Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə dair buraxılış barədə məlumat yayılıb.

Telejurnalist Səidə Ömərin təqdimatında yayımlanan verilişin qonaqları AZƏRTAC-ın Ankaradakı xüsusi

müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı və sosial elmlər üzrə ekspert, yazıçı-tərcüməçi Mətin

Yıldırım olublar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətin səbəb,

məqsəd və nəticələri barədə məlumat verən S.Şahtaxtı diqqətə çatdırıb ki, vətəndaşlar küçə və meydanlara

axışaraq təcavüzkar Ermənistanın əsassız ərazi iddialarına qarşı öz etirazlarını nümayiş etdiriblər. Sovet

rəhbərliyi bütöv bir xalqın nə istədiyini, nəyə etiraz etdiyini dəyərləndirərək ədalətli şəkildə çıxış yolu tapmaq

əvəzinə hərbi güc tətbiq etməklə qan tökdü. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində

keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar cinayətləri dünya ictimaiyyətinə çatdırıldı. Naxçıvana qarşı planlaşdırılan

məkrli işğalçılıq planı dəf olundu. Hadisədən dörd il sonra Ümummilli Liderimizin təklifi və təkidi nəticəsində

Azərbaycan parlamenti bu hadisəyə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verdi.

Türk xalqlarının dövlətçilik tarixində xarici qüvvələrin xalqlarımıza qarşı törətdikləri soyqırımları, hərbi

təcavüzlər barədə məlumat verən Mətin Yıldırım qeyd edib ki, əslində 1990-cı il yanvarın 20-də Azərbaycanda

törədilən hərbi cinayət, eləcə də torpaqlarımızın 20 faizinin işğal olunması bütün türk dünyasına qarşı həyata

keçirilən səlib yürüşünün davamı və daha bir acı nəticəsidir.

Tamaşaçılara məlumat verilib ki, 20 Yanvar faciəsi sadəcə olaraq silahsız insanların qətlə yetirilməsi

hadisəsi deyil. Bu faciə bütöv bir xalqın torpağına, ölkəsinə və dövlətinə qarşı planlaşdırılan məkrli məqsədlərə

xidmət edən hərbi təcavüz və qəsddir.

Sonra aparıcının sualları cavablandırılıb.

Verilişdə aparıcı Səidə Ömər şəhidlərimizə həsr olunan şeirlər oxuyub. O, həmçinin 20 Yanvar

hadisələrinin 25-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi

məsələlər şöbəsinin və AZƏRTAC -ın birgə layihəsi olaraq nəşr edilən “20 Yanvar - Tariximizin qanlı və şanlı

səhifəsi” kitab-albomu ilə bağlı tamaşaçıları məlumatlandırıb. Bildirib ki, tədqiqatçılar AZƏRTAC tərəfindən

“Bengü türk” TV-yə hədiyyə edilən bu mühüm nəşrlə kanalın kitabxanasında tanış ola bilərlər.

Günel Məlikova

AZƏRTAC -ın xüsusi müxbiri

Page 568: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

568

İstanbul

Page 569: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

569

Rotterdam şəhərində Qanlı Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib

(21 yanvar 2019)

Benilüks Azərbaycanlıları Konqresi (BAK) tərəfindən Rotterdam şəhərində Qanlı Yanvar faciəsinə həsr

edilən anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC -a Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən Benilüks Azərbaycanlılar Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, bu

qanlı cinayət azərbaycanlıların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət

müstəqilliyinə qovuşdu. 20 Yanvar faciəsində həlak olanlar xalqımızın qəhrəmanlarıdır.

Azərbaycanın Niderlanddakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Cəlal Mirzəyev öz çıxışında deyib ki,

29 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, insanlığa qarşı həyata

keçirilmiş dəhşətli bir terror aktı idi. Bu faciədə 147 azərbaycanlı şəhid oldu və 700-ə yaxın insan yaralandı. 20

Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov qeyd edib ki,

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvar

gecəsi məhz belə bir zirvəni fəth etdi.

Benilüks Azərbaycanlılar Konqresinin (BAK) icra aparatının rəhbəri Sima Cəfərova bildirib ki, 20 Yanvar

şəhidlərinin qəhrəmanlığı gənclərimiz üçün bir örnəkdir. Azərbaycanın bugünkü və gələcək nəsilləri də bu

şəhidlərin qəhrəmanlığından nümunə götürməli, müstəqilliyimizin əbədiliyi uğrunda mübarizəyə daim hazır

olmalıdırlar.

Page 570: ANIM TƏDBİRLƏRİfiles.preslib.az/projects/aggression/az/d2.pdf · Şəhidlərimizin əziz xatirəsi İspaniya Krallığında anılmışdır (19 yanvar, 2006-cı il).....67 Ankarada

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI 20 Yanvar

570

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar

Batumi Dövlət Universitetində anım tədbiri təşkil edilib

(21 yanvar 2019)

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu Ş.Rustaveli adına Batumi

Dövlət Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə qonaqlar 20 Yanvar hadisələrini əks

etdirən fotosərgi ilə tanış olublar. Baş konsul Pərviz İsmayılzadə çıxış edərək sovet ordusunun 1990-cı ilin

yanvarında Bakı şəhərində törətdiyi cinayətlərdən, paytaxtın dinc sakinlərinə qarşı görünməmiş qəddarlıqla

həyata keçirdiyi qanlı aksiyadan danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyində mətbuat konfransı keçirərək keçmiş SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən

ittiham etdiyini xüsusi vurğulayıb.

Diplomat Bakının ən uca nöqtəsində Şəhidlər xiyabanının salındığını və bu xiyabanda 20 Yanvar faciəsi

qurbanlarının dəfn olunduğunu qeyd edib. Bildirib ki, bu gün ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanı

Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır. Hər il yanvarın 20-də yüz minlərlə

insan canlarını doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş mərd oğul və qızlarımızın

uyuduğu bu məkanı ziyarət edir, şəhidlərin xatirəsini dərin ehtiramla yad edir.

Batumi Dövlət Universitetinin rektoru Merab Halvaş çıxışında 20 Yanvar və 9 Aprel hadisələrinin eyni

ssenari üzrə həyata keçirildiyini, Azərbaycan və gürcü xalqlarının tarixin bu acı sınağından qalib çıxdıqlarını

qeyd edib. O, bu faciələrin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıb.

Hüquq üzrə ekspert, professor Rostom Quntaişvili 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən

danışıb, bu qanlı faciənin Azərbaycanın yeni tarixinin ən acı səhifələrindən biri olduğunu, yüzlərlə

vətəndaşımızın qətlə yetirildiyini və yaralandığını, həmçinin ölkədə böyük dağıntıların törədildiyini diqqətə

çatdırıb.

Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində ehsan süfrəsi açılıb.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi